Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§3. Azərbaycan Respublikasında pensiyanın yaranma tarixi və inkişafı



Yüklə 0,56 Mb.
səhifə45/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§3. Azərbaycan Respublikasında pensiyanın yaranma tarixi və inkişafı

Müxtəlif ölkələrin pensiya təminatı sistemləri çoxlu sayda siyasi, iqtisadi, sosial və s. amillərin təsiri altında formalaşır. Azərbaycanda pensiya təminatı sisteminin formalaşmasını aşağıdakı dövrlər üzrə dörd mərhələyə bölmək olar: 1)Çar Rusiyasının əsarəti altında olduğu 1813-1918-ci illər; 2)Azərbaycan Demokratik Respublikasının fəaliyyət göstərdiyi 1918-1920-ci illər; 3)SSRİ-nin tərkibində olduğu 1920-1991-ci illər; 4)1991-ci ildən başlayan müstəqillik dövrü.
Məlumat üçün bildirək ki, sosial təminatın ilk rüşeymləri, yəni-imkanlı adamların yoxsulları himayə etməsi Azərbaycanda qədimdən mövcud olmuşdur. Belə ki, imkanlı adamlar öz gəlir-lərinin müəyyən hissəsini yoxsul adamlara Allah yolunda zəkat verirdilər. İslam dininin Azərbaycanda qəbul edildiyi dövrdən başlayaraq insanların çətin anlarda bir-birinə yardım göstərmələri ənənəvi hal aldı. İslam dininin müqəddəs kitabı «Qurani-Kərim»in «Əl-Ənfal» surəsinin 41-ci ayəsində deyilir: «Ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının, yetimlərin, yoxsulların və müsafir-lərindir (pulu qurtarıb yolda qalan yolçularındır)». Bundan başqa, «Qurani-Kərim»də imkanlı şəxslərin əhalinin yoxsul təbəqələrinə zəkat, xüms, sədəqə şəklində kömək göstərməsi ilə bağlı iqtisadi fikirlərə «Bəqərə», «Əraf», «Rum», «Nur», «Məryəm», «Ən-biya», «Tövbə», «Yusif» və başqa surələrdə də rast gəlmək olar.
Azərbaycan Respublikası öz suverenliyini elan etdikdən sonra 1991-ci il may ayının 25-də qəbul etdiyi «Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin Konstitusiya Qanunu»nun preambulasında göstərilmişdir ki, «…Azərbaycan xalqının yaşayış səviyyəsinin aşağı olduğunu, əmək qabiliyyətli xeyli əhalinin işləmədiyini, … Azərbaycan xalqının müqəddaratı üçün məsuliyyət daşıdığını başa düşərək və onun rifahı qayğısına qalaraq suveren dövlət kimi Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin məzmununu, məqsədini və əsas prinsiplərini müəyyən edən bu Konstitusiya Qanununu qəbul edir». Sosial təminatların yerinə yetirilməsi, əməyin ödənilməsi və iş rejimi, demoqrafik proseslərin idarə edilməsi, sosial təminat və sosial sığorta, zəhmətkeşlərin mənafeyinin qorunması və ətraf mühitin mühafizəsi kimi vacib məsələlər Qanunun «Azərbaycan Respublikası əhalisinin sosial təminatları»na həsr olunmuş V bölməsində yığcam şəkildə öz əksini tapmışdır.
Həmin il oktyabr ayının 18-də qəbul edilmiş «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nda Azərbaycan dövlətinin üzərinə düşən konkret vəzifələr açıqlanmış və ayrı-ayrı təminatlar üzrə öhdəlikləri qeyd olunmuşdur. Bu sənəddə göstərilirdi ki, Azərbaycan dövləti sosial fəallığın bütün növlərinə rəvac verməli və onları əlaqələndirməli, bütün vətəndaşların mənafelərinin qanuna əsasən uzlaşmasını təmin etməli, hər bir şəxsin azad inkişafı üçün bərabər şərait yaratmalıdır. Güzəranı daha ağır olan əhali qruplarının vəziyyətini yaxşılaşdırmalı və sosial müdafiəsi qayğısına qalmalı, onların insana layiqli həyat səviyyəsinin, binəsiblərin sosial müdafiəsini təmin etməyə çalışmalıdır. Bu müddəalar müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyasında daha dolğun və ətraflı ifadə olunmuşdur.
Konstitusiya Aktından sonra qəbul olunan ilk qanunlar, məhz sosial sahəyə aid olmuşdur. 1992-ci il aprelin 29-da «Hərbi qulluqçuların pensiya təminatı haqqında», avqustun 25-də «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında», sentyabrın 23-də «Vətəndaşların pensiya təminatı haqqında», 1993-cü il sentyabrın 3-də «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında», dekabrın 6-da «Çernobıl qəzasının ləğvində iştirak etmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında», 1994-cü il iyunun 28-də «Veteranlar haqqında» və s. Qanunlar əhalinin sosial problemlərinin qanunvericilik əsasında tənzimlənməsində əhəmiyyətli rol oynadı.
1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı müvafiq təminatların minimum səviyyəsi; Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları; Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə, Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilmişdir.
Əvvəlki illərdə qəbul edilmiş qanunların və digər normativ-hüquqi aktların müddəaları Konstitusiyada və Əmək Məcəlləsində tam əhatə olunduğundan, onların əksəriyyəti qüvvədən düşmüş hesab edildi və bəzilərində müvafiq dəyişikliklər aparıldı.
Milli Məclisin 1997-ci il iyunun 13-də qəbul etdiyi «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Qanun pensiya təminatı sistemində islahatlar aparılmasında ilk ciddi addımlardan biri oldu. Bu qanunla, 1993-cü ilə qədər və sonrakı illərdə pensiyaya çıxan, eyni göstəricilərə malik adamların pensiya məbləğində yaranmış və getdikcə daha da dərinləşən fərqləri, 1993-cü ildən əvvəlki illərdə pensiyaya çıxanların əmək haqqının müasirləşdirilməsinin yeni əmsallarını tətbiq etməklə aradan qaldırdı.
Həmin qanunun müddəalarına uyğun olaraq, ikinci mərhələdə, 1997-ci il avqust ayının 1-dən etibarən pensiyalar ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla Nazirlər Kabinetinin pensiyaları hesablamaq üçün təsdiq etdiyi orta aylıq əmək haqqının məbləğinə müvafiq olaraq daha mütərəqqi qaydada hesablandı.
Pensiya təminatı sistemində mövcud vəziyyətin və gələcəkdə yaranacaq gərginliyin aradan qaldırılması üçün 17 iyul 2001-ci il tarixdə «Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası» qəbul olundu. Bu konsepsiya üçnövlü pensiya təminatı sisteminin təşkilini nəzərdə tuturdu.
İlk növbədə pensiya təminatının qanunvericilik bazası yaradıldı. Belə ki, «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» 27 noyabr 2001-ci il, «Dövlət qulluqçularının pensiya təminatı haqqında» 1 iyun 2004-cü il tarixli Qanunlar qəbul olundu. «Sosial müavinətlər haqqında» 7 fevral 2006-cı il və «Əmək pensiyaları haqqında» 7 fevral 2006-cı il tarixli Qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanlarından sonra, əvvəldə də qeyd olunduğu kimi, sosial sığorta və sosial yardım sistemlərinin ayrılması baş verdi.
Hazırda respublikamızda pensiya təminatı «Əmək pensi-yaları haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Bu qanuna görə vətəndaşlar müəyyən yaş həddinə çatdıqdan sonra qocalığa, əmək qabiliyyətini tam və ya qismən itirdiyinə, ailə başçısını itirdiyinə görə vahid dövlət pensiya sistemi əsasında pensiya almaq hüququna malikdirlər. Bu qanuna görə təkcə ölkə vətəndaşları deyil, həmçinin «Azərbay-can Respublikasının ərazisində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də pensiya təminatı hüququ vardır. Ölkəmizdə hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı isə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilirdi. 28 noyabr 2006-cı il tarixdə “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanunun qəbulu ölkədə pensiya sığortasının vahid pensiya təminatı sistemi əsasında həyata keçirilməsini təmin etdi.
Hazırda vətəndaşlara ödənilən əmək pensiyaları üç: baza, sığorta və yığım hissədən ibarətdir.

Əmək pensiyasının baza hissəsi - əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır. Əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Əmək pensiyasının yığım hissəsi - əmək pensiya-larının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddə-tinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.


Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ildə bir dəfədən və istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla artırılmalıdır. Əmək pensiyalarının digər növlə-rinin (əlilliyə, ailə başçısını itirməyə görə) baza hissəsi yaşa görə əmək pensiyasının baza hissəsi əsasında hesablandığı üçün onun məbləği pensiyaçıların sosial vəziyyətinin müəyyənləşdirilmə-sində mühüm rol oynayır. Hazırda respublikamızda yaşa görə əmək pensiyasının baza hissəsi 1 fevral 2007-ci il tarixdən isə 50 manata, 2007-ci ilə nisbətən 2008-ci ildə 50% artırılaraq sentyabırın 1-dən 75 manata çatdırılmışdır. 2007-ci il yanvar ayının 1-dən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi həyata keçirilməyə başlanılmışdır. Nəticədə pensiya ilə orta aylıq əmək haqqı arasındakı nisbət 2006-cı ildəki 28,7%-dən 2008-ci ildə 35,0%-ədək yüksəlmişdir. (Cədvəl 5.1)

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin