§9. Bazar münasibətləri şəraitində Azərbaycanda təhsil siyasətinin formalaşması
Bazar münasibətləri şəraitində Azərbaycanda təhsil siya-sətinin formalaşdırılması, təhsil sistemində aparılan isla-hatların sosial-iqtisadi əhəmiyyətinin artırılması vacib məsələdir. Təhsil sistemi nəinki sosial-iqtisadi, sosial-mədəni, elmi-texniki və texnoloji inkişafa nail olunmasında, eyni zamanda ölkənin iqtisadi təhlükəsizliyinin və davamlı inkişafının təmin edilmə-sində, cəmiyyətin gələcək nailiyyətlərində mühüm yer tutan fəaliyyət sahəsidir. Ona görə də hesab edirik ki, yoxsulluq, məşğulluq və işsizlik kimi çox ciddi problemlərin mövcud olduğu indiki şəraitdə Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirməlidir.
Son illərdə qəbul edilmiş bir sıra sənədlərdə texniki peşə təhsilinin inkişafına yonəlmiş tədbirlərin həyata kecirilməsinin vacibliyi xususilə vurğulanır. Azərbaycan Respublikası Prezidentinin muvafiq sərəncamları ilə təsdiq edilmiş «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf uzrə Dövlət Proqramı (2003-2005-ci illər)», «Azərbaycan Respublikasında kicik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002- 2005-ci illər)», «Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafı Dövlət Proqramı 2004-2008-ci illər», «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları uzrə Milli Strategiya (2003-2012-ci illər)», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)» və «Azərbaycan Respubli-kasının Məşğulluq Strategiyasının həyata kecirilməsi uzrə Dövlət Proqramı (2007-2010-cu illər)» kimi normativ huquqi aktlarda peşə – ixtisas təhsilinin təkmilləşdirilməsinə, texniki peşə təhsili muəssisələri ilə işəgoturənlər arasında əlaqələrin daha da yaxşılışdırılmasına və muasir tələblərə savab verməsinə ciddi ehtiyac olduğu göstərilmiş və müvafiq tədbirlərin gorulməsi nəzərdə tutulmuşdur.
Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndiril-məsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Heç də təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “təhsil əsri” elan etmişdir.
Bəzən təhsil sahəsindəki problemlərin ölkənin yeni iqtisadi sistemə keçməsi, iqtisadi və siyasi sferada qeyri sabitlik ilə əlaqədar ortaya çıxdığı qeyd olunur. Qeyd edək ki, iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyü 1990-1995-ci illərdə Şərqi və Mərkəzi Avropanın ali təhsil sistemində aparılan islahatlar təhsil alanların və maliyyələşmənin azalması ilə müşahidə olunmadı. Məsələn, Macarıstanda tələbələrin sayı 100,8 min nəfərdən 133,9 min nəfərə, Rumıniyada 192,8 nəfərdən 255,1 nəfərə, Slovakiyada 49,1 nəfərdən 66,9 nəfərə, Bolqarıstanda 152 min nəfərdən 196 min nəfərə qədər artdı.
Azərbaycan Respublikasında 1996-cı ildə hazırlanmış İnsan İnkişafı haqqında ilk hesabatda da, Azərbaycan Respublikasının Konstitusiyasında, mövcud qanunlarda insanın təhsil almaq hüququna geniş təminat verildiyi qeyd olunur. Lakin bununla yanaşı, təhsilin keyfiyyətinin aşağı düşməsinin də müşahidə olunduğu bildirilir ki, bu da vəsait çatışmazlığı, həmçinin ölkədə böyük sayda qaçqın və məcburi köçkünlərin olması ilə əlaqələndirilirdi. Hesab edirik ki, təhsilin keyfiyyətinə təkcə bu amillər deyil, həmçinin təhsil sahəsində neqativ halların artması, ölkədə yoxsulluq səviyyəsinin yüksək olması və eyni zamanda islahatların məqsədyönlü şəkildə aparılmaması öz mənfi təsirini göstərmişdir.
Ölkəmizdə təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına təsir göstərən səbəblər sırasına aşağıdakıları daxil etmək olar:
- təhsilə ayrılan maliyyə vəsaitlərindən səmərəli idarə olunmaması;
- təhsil islahatlarının kortəbii şəkildə aparılması;
- əhalinin yoxsul təbəqəsinin təhsil almaq imkanlarının məhdud olması;
- ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbuluna məhdudiyyətlər qoyulması;
- ali və orta ixtisas təhsil müəssisələrinə qəbul mexanizminin mürəkkəbliyi;
- peşə və orta ixtisaslı kadrlara tələbin azalması (sənaye və kənd təsərrüfatı sahəsində) və bunun da orta ixtisas və peşə təhsilinə marağın azalması;
- müəllim - tələbə (şagird) münasibətlərinin pozulması:
- təhsil sferasında əmək haqqının aşağı olması;
- təhsilin keyfiyyətinin aşağı olması və s.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda təhsil sahəsində islahatlar haqqında bir çox müzakirələr aparılsa da, islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığı üçün bu istiqamətdə işlər sistemli, planlı şəkildə aparılmamış və epizodik xarakter daşımışdır. Bunun nəticəsi kimi son beş ildə təhsilə qoyulan investisiya da kifayət qədər artmışdır. Əgər 2005-ci ildə təhsilə 8,3 milyon investisiya yönəldilmişdirsə, bu rəqəm 2008-ci ildə 223,5 milyon təşkil etmişdir.
Onu da göstərmək lazımdır ki, Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin həm savadlılıq, həm də təhsillə əhatə olunma səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunan göstəricilərə malik olduğunu (DSK-nın məlumatlarına nəzər saldıqda) görmək olar. Hətta bəzi göstəricilərə görə bir sıra inkişaf etmiş ölkələri də geridə qoyur.
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli Fərmanına müvafiq surətdə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsilin keyfiy-yətinə nəzarət səlahiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinə verildikdən və ali və orta ixtisas təhsili müəssisə-lərinin attestasiyası və akkreditasiyasını tənzimləyən müvafiq normativ-hüquqi akt təsdiq edildikdən sonra qısa müddət ərzində təhsilin keyfiyyətinə nəzarət mexanizmi yaradılmış, ilk mərhə-lədə tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yeni mexaniz-min tətbiqinə eksperiment şəklində başlanılmışdır. Hazırda bu sistem, demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə edir.
Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji və metodik ustalığa malik olan müəllim kadrları hazırlığı daim diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respubli-kasının Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası”nı hazırlamış, həmin sənəd 2007-ci ildə təsdiq edilmişdir. Konsepsiya təsdiq edildikdən sonra pedaqoji kadr hazırlığının məzmununda islahatların aparılması işinə başlanıl-mışdır.
Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqra-siyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur.
Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulmuş və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilmişdir. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq edilmiş və buna müvafiq istiqamətlər üzrə yeni dövlət təhsil standartları hazırlanmışdır. Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış bu standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı (4140 saatdan orta hesabla 3305 saata qədər) azaldılmış, seçmə fənlərə ayrılan saatların miqdarı 10 faizdən 20 faizədək artırılmış və tələbələrin müstəqil işinə xeyli vaxt ayrılmışdır.
Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranmışdır. Bu sistemin tətbiqi ilə bağlı hüquqi normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” hazırlanıb təsdiq edilmiş, görüləcək işlərin həcminin genişliyi nəzərə alınaraq, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiq olunması qərara alınmışdır.
Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, infor-masiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqa-bətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır.