Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§3. Azərbaycanda mədəniyyət və incəsənət müəssisələrinin mövcud vəziyyəti



Yüklə 0,56 Mb.
səhifə84/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§3. Azərbaycanda mədəniyyət və incəsənət müəssisələrinin mövcud vəziyyəti

Mədəniyyət və incəsənət sahəsinin inkişafı milli-mənəvi dəyərlərin, adət-ənənələrin, tarixi abidələrin və s. qorunmasında mühüm yer tutur. Müasir dövrdə mədəniyyət və incəsənət sahəsinin inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün bir sıra göstəricilər sistemindən istifadə olunur. Bu göstəricilər sisteminə aşağıdakılar daxildir:


- kütləvi kitabxanaların sayı;
- onlardakı kitab və jurnalların sayı və əhalinin hər min nəfərinə düşən nüsxələrin sayı;
- klub müəssisələrinin sayı;
- kinoteatrların sayı;
- kinoseansa gələnlərin sayı;
- teatrlar və onlara gələnlərin sayı;
- konsert müəssisələrinin və onlara gələnlərin sayı;
- muzeylərin və onlara gələnlərin sayı;
- sirklərin və onlara gələnlərin sayı;
- mədəniyyət və istirahət parklarının sayı;
- daşınmaz tarixi-mədəniyyət abidələrinin sayı;
- uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin, onlarda təhsil alan şagirdlərin sayı və s.
Məlum olduğu kimi, yeni iqtisadi münasibətlərə keçiddən sonra bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də müvafiq dəyişikliklər baş verdi. Keçid iqtisadiyyatının ilkin mərhələsində yaranmış iqtisadi böhran bu sahəyə də öz mənfi təsirini göstərdi. Yaranmış sosial-iqtisadi vəziyyət keçid iqtisadiyyatının ilkin mərhələsində (1990-1995-ci illər nəzərdə tutulur) yaranmış problemlərin həllinə imkan vermirdi. Həmin dövrdə iqtisadiyyatın zəifləməsi, əksər istehsal müəssisələrinin öz fəaliyyətini dayandırması, mülkiyyət münasi-bətlərinin dəyişdirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, işsizliyin səviyyəsinin yüksəlməsi, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və digər sosial-iqtisadi problemlər də respublikamız üçün xarakterik idi. Bu problemləri həll etmədən mədəniyyət sahəsinin inkişafına nail olmaq mümkün deyildi.
Bundan başqa, bu dövrdə müstəqil Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycan mədəniyyəti və incəsənətinə ciddi ziyan dəyib. Aparılan hesablamalara görə Ermənistan tərəfindən işğal olunan ərazilərdə mədəni və tarixi abidələrə dəyən ziyan 6 milyard 72 milyon dollar olmuşdur. İşğal olunan ərazilərdə 13 dünya, 120 ölkə, 433 yerli əhəmiyyətli tarixi və mədəni abidələr qalıb. Kəlbəcər Tarix Muzeyindən 13000, Laçın Tarix Muzeyindən isə 5000 qiymətli əşya Ermənistana daşınıb. Həmin ərazilərdə 4,6 milyon kitab fondu olan 927 kitabxana erməni işğalçıları tərəfindən məhv edilib.
Şuşa Tarix Muzeyində 5000, Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Dövlət Muzeyinin Şuşa filialı və Dövlət Qarabağ Tarixi Muzeyində 1000, Ağdam Tarix Diyarşünaslıq Muzeyindən 3000, Zəngilan Tarix Muzeyindən 6000-dən çox, Qubadlı dövlət muzeyindən 3000 əşya ermənilər tərəfindən qarət olunub. Bundan əlavə, Üzeyir Hacıbəyovun ev-muzeyindən 300, Bülbülün ev-muzeyindən isə 400-ə qədər əşya mənimsənilib.
Bu sadalananlarla yanaşı, bazar iqtisadiyyatının ilkin mərhələsində baş verən böhran da Azərbaycan mədəniyyətində ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, 1990-cı ilə nisbətən 1995-ci ildə kütləvi kitabxanaların sayı artdığı halda (189), onlardakı kitab və jurnalların sayı müvafiq dövrdə 6 milyon nüsxə, müvafiq dövrdə əhalinin hər min nəfərinə düşən kitab və jurnalların sayı isə 6280-dən 5168-ədək azaldı. Maraqlıdır ki, sonrakı illərdə iqtisadiyyatda yaranan sabitləşmə və inkişaf prosesi də kitabxanalarla bağlı vəziyyətə müsbət təsir göstərmədi. Nəticədə 2008-ci ildə kitabxanalarla bağlı vəziyyət 1995-ci ildəkinə nisbətən daha da pisləşdi. Belə ki, müvafiq dövrdə kütləvi kitabxanaların sayı daha da azalaraq 4794-dən 4029-a endi. (Cədvəl 9.1)

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin