Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§2. Beynəlxalq turizm və onun inkişafı



Yüklə 0,56 Mb.
səhifə87/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§2. Beynəlxalq turizm və onun inkişafı

Turizm sosial sahələr arasında iqtisadi əhəmiyyətinə görə qabaqcıl yerlərdən birini tutur. Hazırda turizm dünya miqya-sında sürətlə inkişaf edən biznes sahələrindəndir. Qeyd etmək lazımdır ki, turizmin təşkilinə üstünlük verən ölkələr, təşkilatlar dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki mühari-bələr, müna-qişələr, terror hadisələri beynəlxalq turizmin inkişa-fına mane olan ən başlıca amillərdir.
Bir sıra Avropa ölkələrində beynəlxalq turizm mühüm iqtisadi artımda roluna görə aparıcı yerlərdən birini tutur. Çünki beynəlxalq turizim inkişafı ölkənin xarici valyuta axınını, ölkədə yeni iş yerlərinin aşılmasını, əhalinin məşğulluq imkanlarının genişləndirilməsini stimullaşdırır.
Son illərin təcrübəsi göstərdi ki, inkişaf etmiş ölkələrin, eləcə də inkişaf etməkdə olan ölkələrin turizmdən faydalanma əmsalı böyükdür. Turizmin faydalılığı təkcə iqtisadi nöqteyi-nəzərdən qiymətləndirilməməlidir. Turizm gəlir gətirməklə yanaşı, xalq-ların yaxınlaşmasında, beynəlxalq əlaqələrin güclənməsində, mə-dəniyyətin təbliğində, insanların mənəvi inkişafında, fiziki cəhət-dən sağlam olmasında mühüm rol oynayır.
Aparılan tədqiqatlara görə hazırda dünya turizm müəs-sisələrində çalışanların sayı 200 milyondan çoxdur və bu dünya üzrə məşğulluğun təqribən 10 faizi deməkdir. Bundan başqa, ümumilikdə dünya miqyasında ixrac olunan turizm məhsullarının həcmi 532 milyard ABŞ dolları təşkil edir. Əgər dünya ölkələri bu sahədən 1950-ci ildə 23 milyard dollar gəlir götürürdülərsə, 2000-ci ildə bu rəqəm 687 milyard dollar, 2002-ci ildə isə 703 milyard dollar təşkil etmişdir. Statistik məlumatlara görə 2008-ci ildə bu göstərici 1 trilyona çatmışdır. Aparılan araşdırmalara görə müasir dövrdə turizm sahəsində illik artım tempi 7 faizi ötüb keçir. Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatlarına əsasən turizm planetin servis-istehsal bazarının dövriyyəsinin 10 faizini təmin edir. Dünya ölkələrinin ÜMM-nun 6 faizi, vergi yığımlarının isə 5 faizi turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən 30-35 faizi beynəlxalq turizmin payına düşür.
Proqnozlara görə 2020-ci ildə turizm səyahətinə çıxanların sayı 2000-ci ilə nisbətən 2,2 dəfə artaraq 1 milyard 561 milyon nəfərə çatacaqdır. Turizmdən gələn gəlirin miqdarı isə 2020-ci ildə 2 trilyon dollara çatacaqdır.
Hazırda turistlər ən çox üstünlüyü Avropa ölkələrinə verirlər. Buraya ildə orta hesabla 398,2 milyon turist gəlir. Sonrakı yerləri Şərqi Asiya və Sakit Okean hövzəsi ölkələri tutur. Turistlərin daha çox Fransa və İspaniyaya gəlməsinə baxmayaraq, ABŞ bu sahədən onlardan daha çox gəlir götürür. ABŞ hər bir turistdən 1015 dollar gəlir götürür ki, bu da adı çəkilən ölkədə turistlərə təklif olunan xidmətlərlə əlaqəlidir.
Turizmdən əldə olunan gəlirin həcminə görə ABŞ-dan sonra 33 mlrd. ABŞ dollar gəlirlə İspaniya, sonrakı yerləri isə Fransa, İtaliya və Çin bölüşdürür. Çin turizmdən əldə vetdiyi gəlirin həcminə görə beş aparıcı ölkə arasındadır. Qeyd edək ki, İspaniyada valyuta fondunun 51%-i, Misirdə isə 27%-i turizm sahəsindən daxil olur.
İsveçrə alimlərinin hesablamalarına görə Cenevrə gölünə yerli və xarici turist səyahətlərindən əldə edilən gəlir ölkənin ixrac etdiyi saat, cihaz və maşınların ümumi ixracından əldə olunan gəlirlərdən 1,7-2 dəfə çoxdur. Şimali Kipr Türk Cümhuriyyətində turizm sahəsindən ildə 2 milyard dollar vəsait əldə edilir.
Beynəlxalq təcrübə göstərir ki, turizmin inkişafı investisiyaların cəlb olunmasına, sosial infrastrukturun inkişafına, məşğulluğun, həmçinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərir. Hər bir xarici turistə xidmət etmək üçün 6-7 iş yeri tələb olunur ki, bu da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayan məşğulluq səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.
Aşağıdakı cədvəldə sənaye cəhətdən inkişaf etmiş ölkələrdə məşğulluqla bağlı vəziyyət əks olunmuşdur. (Cədvəl 10.1)

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin