Aynur Əlizadə. Kompüter öyrədici proqramlar üçün avtomatik
lüğətlərin tərtib prinsipləri;
Natavan Əzizli.Mətndə sözlərin avtomatik sıralanması;
Səringül Ziyadova. Azərbaycan dilinin kompüter vasitəsilə
öyrədilmə prinsipləri;
Aynurə Rəhimova.Dilin statistik metodlarla tətqiqi;
Gülnarə Əliyeva. Maşın tərcüməsində semantik təhlil.
Beləliklə, kompüter dilçiliyinin öhdəsinə düşən, gələcəkdə
tədqiqata cəlb ediləcək maraqlı məsələlər: şifahi nitqin tanınması, dillərin
kompüter vasitəsilə tədrisi, video-elektron lüğətlərin hazırlanması və s.
öz həllini tapacaqdır.
ƏDƏBİYYAT:
1. Толдова С.Ю., Ляшевская О.Н. Современные проблемы
тенденции компьютерной лингвистики. В зеркале 24-ой
международной конференции по компьютерной лингвистике
COLING 2012 // Вопросы языкознания, 2014, 1,с.120-145.
2. Штиндлова Й. Применение методов механизации и
автоматизации в лексикологической работе за рубежом.
Автоматизация в лингвистике. М-Л., 1966, 240 стр.
3. Vəliyeva K.A. Mətnin avtomatik təhlili və sintezi. B., 1996, 158 s.
4. Axundov A.A. Riyazi dilçilik. B., 1979, 79 s.
5. Axundov A.A. Seçilmiş əsərləri. II C., B., 2012, 464 s.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
297
6. Vəliyev A.H. Azərbaycan dilinin keçid şivələri. Doktorluq
dissertasiyası. B.,1974, 400 s.
7. Vəliyev A.A. Azərbaycan dilinin keçid şivələri. B., 2005, 334 s.
8. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov С.
Azərbaycan qəzet dilinin tezlik lüğəti. B., 1997, 212 s.
9. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y. Azərbaycan qəzet
dilinin tezlik lüğəti. B., 2004, 263 s.
10. Mahmudov M.Ə., Fətullayev Ə.B., Məmmədova S., Fətullayev R.,
Hüseynli R., Talıbov B., Əzimova G., Abdullayev N. Azərbaycan dilinin
tezlik lüğəti (söz kökləri). B., 2010, 464 s.
11. Методы математической статистики и моделирование в
сравнительной
истории
языкознания.
http:
||
yazıko-
znanie.ru/content|view/ 127/215.
12. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə.,
Sultanov V.S, “Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili. B.,
1999, 248 s.
13. Mahmudov M. Ə., Fətullayev Ə. Azərbaycan dilinin əks lüğəti. B.,
2004
14. Мельников Г.П. Некоторые способы описание и анализа
гармонии гласных в современных тюркских языках. ВЯ, 1962, 6, 31-
58 s.
15. Пинес В.Я. Моделирование структуры азербайджанских
глагольных форм в связи с проблемой автоматического словаря.
АКД, 1970, 19 s.
16. Махмудов
М.А.
Разработка
системы
формально-
морфологического анализа тюркской словоформы (на материале
азербайджанского языка) АКД, Баку, «Элм», 1982, 26 s.
17. Əmirov Z.M. Azərbaycan dilinin formal modellərinin yaradılması və
onların əsasında linqvistik prosessorun qurulması. Texniki elmləri
namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın
avtoreferatı, B., 2006, 19 s.
18. Fətullayev Ə.B. Azərbaycan-ingilis maşın tərcüməsi sistemi üçün
rəqəm-modelləşdirmə metodunun işlənib hazırlanması və tətbiqi. NDA,
B., 2006, 19 s.
19. Xəlili Ə.M. Deduktiv maşının bilik bazasının tərkib hissəsi kimi
“Məhdud Azərbaycan dili”nin formal qrammatikasının işlənib-
hazırlanması, NDA, B., 2009, 34 s.
20. Кулиева З.Ю. Определение оптимальной структуры автоматичес-
кого словаря и системы машинного перевода. AKD, В., 2011, 46 с.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
298
21. Искендерова Н.А. Программно-частотный и качественно-
семантический анализ адекватности переводов и его применение к
переводам на различных языках. АКД, 2008, 19 с.
22. Əliyev Ə.A. İngiliscə-azərbaycanca maşın tərcüməsi sistemində feilin
çoxmənalılığının alqoritmik həlli. Fil.ü.f.d. DA, B., 2012, 20 s.
23. Мельников Г.П. Системология и языковые аспекты кибернетики.
М., 1978, 368 s.
24. Велиева К.А. Формальное описание синтеза слова АКД, М., 1971,
20 cтр.
25. Велиев А.Г. Переходные говоры Азербайджанского языка. АДД.
Б., 1975, 65 s.
26. Mahmudov M.Ə. Azərbaycan mətnlərinin avtomatik işlənməsi
sistemi, DDA, B., 1994, 64 s.
27. Vəliyeva K.A., Məmmədova M.H. Mətnlərin avtomatik redaktəsi. B.,
2003, 80 s.
28. Vəliyeva K.A. Azərbaycanda riyazi dilçiliyin müasir vəziyyəti.
Türkologiya 1, 2014. (s.51-56).
29. Vəliyeva K.A. Kompüter dilçiliyinin aktual məsələləri (s.126-132).
Dilçilik İnstitutunun Əsərləri, B., 2015, 195 s.
30. Vəliyeva K.A., Mahmudov M.Ə. Linqvostatistika: Fərziyyə və
reallıq. B., Tədqiqlər 1, 2000, 56-63 s.
31. Vəliyeva K.A., Mahmudov M.Ə. Pines V.İ., Rəhmanov S.Ə.,
Sultanov V.S. “Kitabi-Dədə Qorqud”un statistik təhlili (ilkin nəticələr)
B., 1999, 248 s.
32. Vəliyeva K.A., Mahmudov M.Ə., Sultanov V.S. M.Füzulinin nəzm
əsərlərinin əlifba-tezlik sözlüyü. B., 2004, 548 s.
33. Рахманов
Дж.Ф.
Статистико-дистрибутивный
анализ
азербайджанского текста (на уровне графем и фонем). Автореферат
канд. дисс. Б., 1988, 23 s.
34. Мамедова М.Г. Автоматизированный отбор лексики в
информационно – поисковый тезаурус на основе анализа
терминологических словарей. Авт. дисс. канд. тех.наук М., 1984, 20
стр.
35. Мамедова М.Г. О cоздании банка терминологических данных
азербайджанского языка – Советская тюркология, 1990, 2, 84-89 стр.
36. Şıxıyeva İ.X. Kitabi-Dədə Qorqud dastanın linqvostatistik
xüsusiyyətləri.Filologiya elm. nam., Avtoreferat, B.,1995.
37. Mahmudov M.Ə. Azərbaycan dili qloballaşma şəraitində (s.34-39).
Dilçilik İnstitutunun Əsərləri, B., 2012, 176 s. (xüsusi buraxılış).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
299
38. Vəliyeva K.A. Ehtimal-statistik metodlarının Azərbaycan dilçiliyində
tətbiqi (s.142-145), Dilçilik İnstitutunun Əsərləri, B., 2012 (xüsusi
buraxılış).
İnternet resursları:
39. htts//ru.wikipedia.org
40.
http://www/soylem.K2
Кямиля Велиева
История компьютерной лингвистики
Резюме
В статье прослеживается историческое развитие
компьютерной лингвистики в тюркологии и в азербайджаском
языкознании.
Kamila Valiyeva
The view to the developing history of the Computational Linguistics
Summary
The developing view of the Computational Linguistics was
followed by the other foreign countries, the main point was the
researching of the scientific works of the Computational Linguistics in
the Turkology of Azerbaijan in this article.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
300
Zemfira Əliyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya elmləri doktoru
xatira-melikova@mail.ru
Türk-slavyan dil əlaqələrinin nəzəri problemləri
Açar sözlər: türkdilli xalqlar, dillərin tarixi təkamülü, müqayisəli
tarixi dilçilik, dil strukturu, qədim slavyanların etnik tarixi
Ключевые слова: тюркоязычные народы, историческая
эволюция языков, сравнительно-историческое языкознание,
структура языка, этническая история древних славян
Key words: turkic-speaking people, historical evolution of
languages, comparative historical linguistics, language structure, the
ethnic history of the ancient slavs
XIX əsrin sonlarına qədər türk xalqlarının tarixi, dili, mədəniyyəti
demək olar ki, öyrənilmirdi. Müstəmləkə xalqlarının tarixi, dili,
ədəbiyyatı və mədəniyyəti rus elmini çox az maraqlandırırdı. Əksinə, I
Pyotrun dövründən türk xalqlarının qədim kitabları, yazılı abidələri,
salnamələri məxsusi olaraq məhv edilirdi. Bütün bunlara baxmayaraq,
türk xalqlarının tarixi, mədəniyyəti və dili üzərinə çəkilmiş qara pərdə
yavaş-yavaş yox olurdu.
Tarix türkləri müxtəlif adlarla tanıyır: hunlar, uyğurlar, karluklar,
avarlar, bulqarlar, xəzərlər, balkarlar, səlcuqlar, qıpçaqlar, tatarlar (1,
125-130). Avropalılar “türk” sözünü Mərkəzi Asiyanın bütün köçəri
tayfalarını adlandıran bir ad kimi qəbul edirdilər. Ərəblər Soqdianadan
şimalda yaşayan bütün döyüşkən köçəriləri “türk” adlandırmağa başladılar.
Sonralar bu termin bütün dil ailəsinin adına çevrildi.
Türk xalqlarının tarixinin, dilinin və mədəniyyətinin öyrənilmək
istənilməməsinin səbəbləri çoxdur. Türk xalqlarını bir-birindən təcrid etmək,
onların qədim dövlətlərə, mədəniyyətə malik olduğunu göstərməmək, yeni
nəslin dünyagörüşündə bu xalqların qədimliyinin və zənginliyinin
formalaşmasına yol verməmək sovet milli siyasətinin başlıca məqsədi idi
(1, 102-104).
Slavyan xalqlarının tarixi, dili, mədəniyyəti hərtərəfli tədqiq olunduğu,
dünyaya qədim bir xalq kimi tanıdıldığı halda, türk xalqlarını öz kökündən
uzaqlaşdırmaq üçün onların ümumi tarixində qəsdən ağ səhifələr
yaradılır, ayrılmış və təcrid olunmuş halda tədqiqata cəlb edilirdi.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
301
Slavyan xalqlarının mənşəyi və tarixi təkamülü barədə çox yazılmışdır.
Rus alimləri Sabolevskinin, Poqodinin, Şaxmatovun və b. əsərləri slavyan
dillərinin tarixinə həsr olunmuşdur. «Повест временных лет» adlı qədim
slavyan salnaməsi IX əsrə aid edilir. Bu salnamədə şərqi slavyan qəbilələrinin
tarixindən bəhs edilir. Bu qəbilələrin adi “uliçi”, “uqliçi”, “ulutuçi” və s.
variantlarda verilir. Uliçlərin adına ilk dəfə X əsrə aid edilən Nikonov
salnaməsində rast gəlinir (2, 201-204).
1614-cü ildə Praqa Universitetinin professoru İoann Matvey Sudetski
slavyanların ulu babalarının sarmatlar olması fikrini irəli sürmüşdür.
Sudetskinin fikrincə, bütün slavyanlar Şərqi Rusiya torpaqlarında yaşamış
sarmatlardan əmələ gəlmişlər. Lakin bu alim səhvən sarmatların
türkmənşəli olduqlarını təkzib edir, slavyan mənşəli olduqlarını sübut
etməyə çalışırdı.
Slavyan dillərinin tarixindən yazan görkəmli rus alimlərindən biri
A.X,Vostokov idi. A.X.Vostokovun fikrincə, slavyan dilləri qədim
dövrdə çox oxşar olmuşdur (3, 19-24).
XIX əsrin ortalarında İ.İ.Sreznevskinin «Мысли об истории
русского языка» əsəri böyük marağa səbəb oldu. Bu dövrdə artıq
müqayisəli-tarixi dilçilik Avropada öz inkişaf zirvəsinə çatmışdı.
İ.İ.Sreznevski Avropa alimləri Sleyxerin və Humboltun nəzəriyyələrinə
əsaslanaraq qeyd edirdi ki, dillərin təkamülündə iki inkişaf mərhələsi var.
Birinci mərhələdə dillər amorf vəziyyətdədir, zaman keçdikcə dil
strukturu dəyişir, zənginləşir, mükəmməl formalar və fonetik
qanunauyğunluqlar sisteminə çevrilir (165-70). Paris Universiteti
kitabxanasının direktoru P.Satarikin «Славянские древности» əsəri bu
mövzuda yazılmış çox monumental kitab sayıla bilər. Satarik slavyan
qəbilələrinin tarixini qədim salnaməçilər olan Pliniyə, Tasitə, Ptolomeyə,
İordana əsaslanaraq yazır. Bu alim çox doğru qənaətə gəlir ki, qədim
slavyanlar qot və kelt qəbilələri ilə eyni xalq deyildir. Lakin Satarik
slavyanların skiflərlə heç bir əlaqəsi olmadığını yazanda çox böyük səhvə
yol verir. O, slavyanların ancaq vened tayfalarından yarandığını qeyd edir,
halbuki venedlərin mənşəyi tarixə hələ tam məlum deyildir (5, 49-52).
A.A.Şaxmatov sübut etməyə çalışırdı ki, Şərqi Avropada Baltik dənizi
sahillərində müasir latışların, litvalıların və estonların ulu babaları yaşayırdı.
Qədim slavyanlar isə onlarla qonşu ərazilərdə məskunlaşmışdılar.
Beləliklə, slavyanların etnogenezində Baltikyanı ərazilərin xalqları da
iştirak etmişlər (6, 108-112).
Bizim eranın II əsrində tarixi şərait dəyişdi. German tayfaları
cənuba: Dunay və Dnepr sahillərinə doğru irəliləməyə başladılar. Müasir
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
302
Rusiyanın cənubunda Qot dövləti yarandı. Bundan istifadə edən slav-
yanlar cənub-qərbə doğru hərəkət edib, Visla sahillərində məskunlaşdılar.
Bu ərazi slavyanların tarixi məskəni hesab edilir. Bu zaman slavyanlar iki
qrupa: qərbi və cənub-şərqi qruplara bölünürlər. Bu dövrdə praslavyan dili
parçalanır və qərbi slavyanları cənub-şərqi slavyanlardan ayıran dil
xüsusiyyətləri meydana çıxır: 1) qərbi slavyanların dilində rast gəlinən
səsqovuşmalarında cənubi və şərqi slavyan dillərində rast gəlinmir; 2) qərbi
slavyanlarda rast gəlinən ge, ke səsbirləşmələrinə cənubi və şərqi slavyan
dillərində rast gəlinmir (7, 201-205).
Müqayisəli dilçilik yaranmamışdan əvvəl dilçilər qarşısında üç
mühüm problem dururdu: slavyanların ən qədim vətəni harada olmuşdur?
Slavyanlar Hind-Avropa tayfalarından nə zaman ayrılmışlar? Slavyanların
etnik və dil tarixi hansı mərhələlərdə inkişaf etmişdir? və s. Bu
problemləri araşdırmaq üçün alimlər dilçiliyin, arxeologiyanın, etnoqrafi-
yanın və s. elmlərin verdiyi məlumatlara əsaslanmışlar.
II əsrin sonlarında german qəbilələri Dunay sahillərinə, Dneprətrafı
ərazilərə gəlib çıxmışlar. Slavyanlar da bundan istifadə edərək, cənub-
qərbə doğru hərəkət edir və Visla sahillərinə yaxınlaşırlar. Burada
slavyanların ilk bölünmə prosesi gedir: slavyanlar qərb və cənub-şərq
qruplarına bölünürlər. Bu bölgü qərbi və cənub-şərqi slavyanların dilinə
öz güclü təsirini göstərir, bu xalqların dillərində müəyyən fərqlər
meydana çıxır: 1) qərbi slavyanlar dl, tl səsbirləşmələrini tələffüz etdik-
ləri zaman şərqi slavyanların dilində “d” və “t” səsləri düşür. Məsələn:
şərqi slavyanlar “salo” deyərkən onların qərb qəbilələrindən olan
qohumları “satlo” tələffüz edir; cənub-şərqi slavyan dillərində dodaq
samitləri “M” və “Y” səsləri qarşısında dəyişir. Bu sözlərdə “M”dən
sonra “L” səsi əlavə olunur (8, 21-30).
Slavyan dillərinin görkəmli tədqiqatçılardan biri də A.İ.Sobolevski
idi. A.İ.Sobelevskininm “Rus-skif etüdləri” və “Slavyan-skif etüdləri”
əsərləri bəzi rus alimləri tərəfindən tənqid olunsa da, əslində böyük bir
tarixi həqiqəti üzə çıxarır.
Alimin fikrincə, bizim eradan əvvəl çox qədim dövrlərdə Baltik
dənizi sahillərində balto-slavyan qəbilələri yaşamışlar. Bu tayfalar
ümumi balto-slavyan dilində danışmışlar. Sonrakı əsrlərdə bu tayfaların
dili iki yerə: baltik və slavyan dillərinə parçalanmışdır (7, 191-195).
Bizim eradan iki əsr əvvəl qədim slavyanlar türkdilli skif tayfaları ilə
qarışmışlar. Bunun nəticəsində isə slavyan və skif dilləri qarışmış və
slavyan-skif dil əlaqələrinin təsiri ilə yeni slavyan dili yaranmışdır.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
303
A.İ.Sobolevskinin fikrincə, qədim slavyan dilinin iki mənbəyi
olmuşdur: baltik dilləri və türk dilləri. Alimin fikrincə, qədim tarixçilər
bizim eradan əvvəlki dövrdə yaşayan slavyanlar barədə müəmmalı
şəkildə susurlar. Slavyanlar yalnız bizİm eranın ilk əsrlərindən tarix
səhnəsində görünməyə başlamışlar (74-81).
A.İ.Sobolevski öz fikirlərini onunla əsaslandırmağa çalışır ki,
qədim slavyan dilində müşahidə olunan: Hind-Avropa dil qrupuna
məxsus “s” səsi sonrakı dövrlərdə “ch” səsbirləşməsi ilə əvəz olunmuşdur.
Bu dəyişmə müəyyən fonetik şəkildə “i”, “u”, “ı” qapalı saitlərindən, dilar-
xası “k”, “q” samitlərindən və “iç”, “uç” diftonqlarından sonra müşahidə
olunur. Bundan əlavə, qədim “s” səsi mütləq sait səsdən öncə gəlməli idi.
Məsələn: rus dilindəki «блоха» litva dilində “blusa”; rus dilindəki «мышь»
latın dilində “mus” kimi səslənir. A.İ.Sobolevski skif dili dedikdə bəzi rus
alimlərinin yazdığı kimi, iran dillərini deyil, məhz türk dillərini nəzərdə
tuturdu (7, 147-150).
Alimin fikrincə, Şərqi Avropanın toponimiyası, bir çox slavyan dillə-
rinin leksikası, arxeologiya və etnoqrafiya elmlərinin faktları türk dillərinin
slavyan dillərinə güclü təsirini sübut edir. Məsələn, rus dilindəki “sok”,
“osoçiti”, “osoka” sözləri “sak” sözündən yaranmışdır (7, 147-152).
Yunan tarixçisi Herodotun fikrincə, skifləri farslar sak adlandırırlar.
“Tura” türk xalqlarının adı rus dilindəki «турить, турнуть, протурить»
ifadələrində öz əksini tapmışdır (7. 152-154). Bəzi rus alimləri (Məsələn,
F.P. Filin, A.İ.Porodin və b) A.İ.Sobolevskinin bu fikirlərini fantaziya adlan-
dırır və heç bir elmi əsas olmadan səhv mövqe hesab edirdilər. Lakin
A.i.Sobolevski öz mövqeyində tək deyildi. Rus alimi B.A.Boqoroditski
«Общий курс русской грамматики» adlı əsərində A.İ.Sobolevski ilə həm-
fikir olduğunu söyləyirdi. B.A.Boqoroditskinin fikrincə, qədim slavyan
dilində gedən bir çox fonetik proseslər türk dillərinin təsiri ilə izah olunur (9,
84-95).
Dilarxası “q”, “k”, “x” samitlərinin xışıltılı samitlərə çevrilməsini alim
türk dillərinin təsiri ilə izah edirdi. Qədim slavyan dilindəki dilarxası “q”,
“k”, “x” samitləri türk dillərinin təsiri ilə izah olunur. Dilarxası “q”, “k”, “x”
samitlərinin xışıltılı samitlərə çevrilməsini alim türk dillərinin təsiri ilə izah
edirdi. Qədim slavyan dilindəki dilarxası “q”, “k”, “x” samitləri türk
dillərinin təsiri ilə öz fonoloji xüsusiyyətlərini dəyişmişdir (9, 105-110).
Türkdilli qəbilələr yunan tarixçisi Herodotun verdiyi məlumata
əsasən Rusiyanın cənubunda Dnepr sahillərində məskunlaşmışdılar.
A.İ.Porodin «Из истории славянских передвижений» əsərində slavyan
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
304
dillərinin tarixini yunan və latın tarixçilərinin təzkirələri əsasında müəy-
yənləşdirməyə çalışır (10, 93-100).
Bu əsəri qədim slavyanların etnik və dil tarixi haqqında çox gözəl
yazılmış mənbə hesab etmək olar. Lakin A.L.Poqodin bir dilçi kimi
müqayisəli-tarixi dilçiliyin faktlarına deyil, qədim tarixçilərin yazdıqlarına
söykənir. A.L.Poqodinin fikrincə, slavyanların yaşadığı torpaqlar ilkin
dövrlərdən onlara mənsub olmuşdur. Toponimlər, əlbəttə, etnogenezin tarixi
barədə fikir söyləməyə imkan yaradır. Lakin bu mənbələr heç də həmişə
düzgün faktları əks etdirmir, qeyri-dəqiq olur. Bundan əlavə bu yer adları
tarixin çox qədim dövrlərində yaranmış, zaman keçdikcə müəyyən fonoloji
və struktur dəyişikliklərə uğramışlar (10, 100-110).
Qədim Baltik, eləcə də qədim slavyan qəbilələrinin ilkin tarixi və yeri
müəmma olaraq qalır (15, 38-40). Çex alimi L.Niderle «Славянские
древности» əsərində müxtəlif ixtisaslı alimlərin: dilçilərin, tarixçilərin,
arxeoloqların, etnoqrafların nəticələrini toplamağa və ümumiləşdirməyə
çalışır. Öz əsərinin birinci hissəsində L.Niderle slavyanların tarixi keçmişini,
parçalanmasını qədim slavyan dilinin qərbi, cənubi və şərqi slavyan dillərinə
bölünməsini çox maraqlı təsvir edir (11, 38-42).
L.Niderlenin fikrincə, bizim eradan əvvəl II minilliyin başlanğıcında
Sanskrit artıq parçalanmışdı və bir dil kimi mövcud deyildi. Bu zaman
Avropa və Asiya ərazilərində fərqli dillərdə danışan xalqlar görünməyə
başladılar. Bu xalqların içərisində balto-slavyan dilində danışan qəbilələr
də var idi. Balto-slavyan dilinin parçalanması nəticəsində baltik və
slavyan dilləri yarandı. Alimin fikrincə, baltik-slavyan dil ailəsinin nə
vaxt parçalandığını, qədim slavyan dilinin nə vaxt yarandığını söyləmək
çətindir. L.Niderle bunu təxminən bizim eradan əvvəl II minilliyin sonu I
minilliyin əvvəllərinə aid edir (11, 122-130).
Slavyan etnik cəmiyyəti heç vaxt bir vəhdət halında mövcud
olmamışdır. Öz tarixlərinin hələ lap ilkin dövrlərindən slavyan dilləri
arasında fərqlər mövcud olmuşdur və bu fərqlər sonradan slavyan
cəmiyyətinin və etnosunun parçalanmasına səbəb olmuşdur. Bu
parçalanmanı müxtəlif alimlər çox fərqli izah edirlər. Məsələn: Yaqın,
Şaxmatov, Sobolevski və b. belə hesab edirlər ki, qədim slavyan dili
bizim eranın IV əsrində parçalanmışdır. Antuan Meyenin fikrincə, qədim
slavyan dili hətta bizim eranın IV əsrində mövcud olmuşdur (9, 57-41).
Qədim Yunan-Latın salnamələri şərqi slavyanların tarixinin Ant
dövrü barədə faktlar verir. Antların adına VIII əsr tarixçisi Feotilakt
Simokattanın “Tarix” əsərində rast gəlirik. Feotilakt Simokatta avar
Xaqanının antlara hücumundan bəhs edir (8, 94-100). Bəs antların adı
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
305
hansı səbəbdən tarix səhifələrindən silinmişdir?! Ant (and) sözünün
etimologiyasını slavyan dillərində axtarmaq mənasızdır. Bu slavyan
mənşəli söz deyildir. A.A.Şaxmatov “ant” sözünün etimologiyasının
slavyan mənşəli olduğunu sübut etməyə çalışmışdısa da, buna nail
olmamışdı.
A.A.Şaxmatov antları kelt əsilli saymışdır. Alimin fikrincə, ant
qədim kelt dilində antano (ulduz) sözündəndir. Satarik isə belə bir fikir
irəli sürür ki, tarixdə Yafəs qəbiləsi mövcud olmuşdur və bu qəbilənin
totemi antas (qartal) olmuşdur (5, 83-90). Lakin A.A. Şaxmatovun və
Satarikin fərziyyələri həqiqətə uyğun deyildir. Tarixdə heç bir zaman
keltlərin slavyanlarla əlaqəsi olmamışdır. Müəyyən dövrdən sonra
antların adı yunan-latın yazılı abidələrindən itir.
Çünki Balkan yarımadasını işğal edən bolqarlar antları Bizansdan
uzaqlaşdırmışdılar. Antlar artıq Bizans imperiyasının maraq dairəsində
deyildilər. Fikrimizcə, antların türk əsilli olması daha çox həqiqətə
Dostları ilə paylaş: |