272
qalxır, üzünü tamaşaçılara çevirir, başını azca əyir; 2) başqa biri hər iki
əlini yuxarı qaldırır; 3) ovuclarını birləşdirərək sıxır, əlini yelləyir və s.
Böyük kütlə qarşısında çıxış edən natiqlər; dövlət xadimləri və
deputatların seçkilər zamanı ən çox təkrarladığı jestlər iki əli sıxaraq
başlarından yuxarı qaldırmaq “sizi salamlayıram”, “sizinlə həmrəyəm”,
“qələbə bizimdir” deməkdir.
Bu jestlər şərti xarakter daşıyır və simvolik adlanır. Eləcə də bir-
birini uzaqdan salamlayarkən görən şəxslər yüngülcə başını tərpədir,
yaxud əlini yarı qaldıraraq yelləyir. Bu jestlər uzaqdan-uzağa
salamlaşmağa işarə edən jestlərdir.
Jestlərin milli xarakteri
Əgər təsviri jestlər konkret xarici əlamətlərlə əlaqədardırsa, jest-
simvollar abstraksiya ilə əlaqədar olur. Onların məzmunu bəzən müəyyən
bir kollektivə, bəzən hər hansı xalqa aid olur. Bu jestlərdən salamlaşma,
xudahafizləşmə, təsdiq, inkar, susmağa işarə, xəyalən dadlı bir şeyi
xatırlayaraq ağzını marçıldatmaq, həzz almaq zamanı istifadə olunur.
Jestlərin milli xarakterini səciyyələndirən bəzi faktları nəzərdən
keçirək. Məsələn, əlin ovcunun içini özündən əks istiqamətdə tutularaq
iki aralanmış barmaq (şəhadət və orta) Avstraliya, Yeni Zellandiya,
İngiltərə, Türkiyədə qələbə işarəsi deməkdir. Ovucun içərisini özünə
tərəf tutaraq iki barmağı (şəhadət və orta) aralamaq jesti “Açıl başımdan”
ifadəsinə bərabərdir. Avropalılar ovucun hansı tərəfə olmasından asılı
olmayaraq bu jesti qələbə işarəsi kimi qəbul edirlər. Bu mənada əgər
ingilis təhqiredici jest edərsə, avropalı onun hansı qələbəyə işarə etdiyinə
təəccüblənər. Daha başqa bir fakt. Bir çox Avropa ölkələrində isə bu jest
“2” rəqəminə bərabərdir. Bu zaman da qəribə mənzərə alınır. Xidmətdən
narazı ingilis öz narazılığını, qəzəbini avropalı barmenə bildirmək üçün
ovcunu özünə tərəf tutaraq iki barmağını göstərirsə (təhqiedici jest),
barmen bu jestə cavab olaraq iki krujka pivə süzür. Yaxud koreyalılarda
iki çarpazlaşmış barmaq (şəhadət və orta) uğur deməkdir.
Göründüyü kimi ayrı-ayrı mədəniyyətlərdə bəzi jestlərin mənası
fərqlənir. Bununla belə, bütün mədəniyyətlər üçün səciyyəvi üç tip jest
formasını ayırmaq olar:
1)kommunikativ (salamlaşma, sağollaşma, diqqəti cəlb etmə,
qadağan, inkar, sual və s.);
2)münasibət və qiymətləndirmə (bəyənmə, təqdir, narazılıq,
inanma, inanmama, anlamama və s.);
3)nitq hökmündə yer alan təsviri jestlər.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
273
Bütün müxtəlifliyi, fərqliliyi, variantlılığı fövqündə jestlərin
ifadə olunmasında bir sabitlik özünü göstərir. Lakin bəzən jestlər
müəyyən qədər dəyişərək öz milli xarakterini itirir. Bəzən fikrin ifadə
olunmasında bir yox, bir neçə jestdən istifadə olunur. Məsələn; “Bunun
mənə dəxli yoxdur” cümləsində olduğu kimi. Mənə sözünün işarəedici jesti
(əl sinəyə tərəf hərəkət edir); bunun sözü də işarəedici jestlə (əlin içərisi
yuxarı doğru özündən aralanaraq); dəxli yoxdur ifadəsi əlin sağa-sola
tərpənməsi simvolik jestilə müşayiət olunur.
Jestlər də, söz kimi, çox ekspressiv ola bilir, nitqə kobud, familyar
(təklifsiz) xarakter verə bilər. Məsələn, baş barmağın (digərlərinin bir yum-
ruq kimi içəri sıxılaraq) yuxarı qaldırılması nəyə isə “əla” qiymət verilməsi;
şahadət barmaqla qulağın dibini göstərmək qeyri-mümkün olan şey ˗
“qulağının dibini görərsən”; barmaqların üst tərəfi ilə boğaza sağdan çırtma
vurmaq “nəsə içməyə”; şəhadət barmağının ucunun dodaqların üstünə
qoyulması susmağa işarə; barmağı gicgahda burma “başı xarab olub”, “ağlın
itirib”; şəhadət və baş barmağı birləşdirərək boğazı çəkmək “mən ölüm”, “
lazım deyil”, “yalvarıram” deməkdir.
Beləliklə, jestlərin hər biri natiqin nitqində fikir və hisslərin inkişaf
xəttini izləməli, təsdiq etməli, göstərməlidir, onun yaradıcı təşəbbüsünün
fiziki ifadəsi olmalıdır.
Jestlər, mimika, sifətin və gözlərin ifadəsi, sifətin rənginin, gözlərin
baxış istiqamətinin dəyişməsi, göz yaşı, yeriş, duruş və digər hərəkətlər
(məsələn, başı bulamaq, əli yelləmək, gözləri yummaq, gözləri qıymaq, göz
vurmaq, ağzı büzmək və s.) formalaşmış qeyri-verbal ifadə vasitələri kimi
mövcüddur. Belə hərəkətlər arasında fərdiləşənlər də az deyildir.
Məsələn, əsəbilik bir şəxsdə gözlərin tez-tez qırpılmasında, digərində
dodaqların səyriməsində, başqa birisində əllərin əsməsində, daha
başqasında çiynin çəkilməsində və s. şəkildə özünü büruzə verir.
Yersiz, mənasız jest nitqi rövnəqləndirmir, tamamlamır, o yalnız
gülüş doğura bilər, söylənən ideyanı korlaya bilər. Buna görə hələ qədim
dövrlərdən natiqlik məharətinə aid ilk dərslərdə jestlərdən necə istifadə
olunmasına aid məsləhətlər verilirdi.
Ədəb qaydaları ağız-burnu əyməyi, qulaqları sığallamağı,
dartmağı, sinəni və qarnı irəli verməyi, kürəyi əyməyi, çiyinləri çəkməyi,
əzilib-büzülməyi qadağan edir.
Nəzərə almaq lazımdır ki, jestlər həm də danışanın xarakteri ilə
şərtlənir. Bəzi insanlar təbiətən mütəhərrik, emosional olur. Belə təbiətdə
olan adamlar, əlbəttə ki, jestlərsiz keçinə bilməz. Öz hisslərini gizlədən,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
274
bildirməyən soyuqqanlı, sakit, təmkinli adamlara jestlərdən istifadə
etmək xas deyil.
Yaxşı jestlər o jestlər hesab olunur ki, onlar gözə çarpmır, gözə
girmir. Orqanizm təbii olaraq sözlə birləşərək onun (sözün) dinləyiciyə
təsirini gücləndirir.
Dövlət qulluqçuları müəllimlər, hüquqşünaslar, həkim, diler,
satıcılar, bir sözlə, öz fəaliyyətlərində daima insanlarla ünsiyyətdə olanlar
bilməlidir ki, jest və mimika insanın hiss-həyəcanı, xarakteri, düşüncələri
haqqında çox şey deyə bilər. Ona görə təcrübəli insanlar, psixoloqlar,
hüquqşünaslar ünsiyyətdə olduqları insanların davranışları, jest və
mimikalarını diqqətlə izləyir, çox zaman həmsöhbətin gözlərinin içinə
baxmağa çalışırlar. Adətən günahı olan, nəyisə gizlətməyə çalışan
adamlar gözlərini qaçırır, yerə baxırlar. Ona görə vaxtilə qiymətli daş-
qaşların ticarəti ilə məşğul olan qədim çinlilər diqqətlə öz müştərilərinin
gözlərinin içinə baxırdılar. Onlar bilirdilər ki, sevinc, heyranlıq içərsində
olan şəxsin gözlərinin bəbəkləri böyüyür, əsəbi narazı, qəzəbli olarkən
isə gözlər kifayət qədər kiçilir.
Yaxud öz təbiətinə görə lider olanlar əl verib görüşərkən əllərini
ovucu aşağı tutaraq; yumşaq, zəif, iradəsiz adamlar isə ovuclarını yuxarı
tutaraq əl verirlər. Arxada sıxılaraq tutulmuş əllər özünəəminlik və
üstünlüyü sübut edir. Bu jest mütəxəssislərin fikrincə, yüksək rütbəli hər-
bçilərə, polis işçilərinə, direktorlara xasdır. Bu vəziyyəti xüsusən onların
nəzarətində olan sahədə, kazarmada, müəssisədə, təhsil yerlərində
müşahidə etmək olur. Psixoloqlar çətin sınaq qarşısında, imtahanqabağı,
hesabatdan əvvəl, diş həkiminin qəbulunda olarkən bu jesti etməyi (əlləri
arxada sıxmağı) məsləhət görürlər. Elə o dəqiqə özünə inam yaranacaq,
qorxu itəcək, müəyyən yüngüllük əldə olunacaq.
Əlləri belə qoymaq-aqressivliyə hazırlıq jestidir. Bu jest rinqə
hazırlaşan boksçulara, səhnəyə çıxacaq aktyorlara xasdır. Bu poz
ayaqların aralanmış halda qoyulması, əl barmaqlarının yumruq kimi
sıxılması ilə müşahidə olunur.
İnsan əsəbiləşərək mənfi hisslər keçirərkən, instinktiv olaraq özünü
arzuolunmaz situasiyadan qorumağa çalışır: əllərini sinəsində
çarpazlayır. Bu jestlə onlar sanki özlərini xoşagəlməz hadisələrdən
qoruyur, əllərini sipər edirlər. Bu vəziyyətdə barmaqlar yumruq kimi
sıxılarsa, bu düşmənçilik işarəsidir.
Gözlər və baxış. Kreidlin hesab edir ki, emosiayanın ifadə
olunmasında gözlər və baxış əhəmiyyətli rol oynayır. Gözlər ünsiyyətə
çağırış, eyni zamanda ondan imtina etməyi ifadə edir(1, 51).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
275
Yaponlar söhbət edərkən bir-birinin gözünün içinə baxmazlar. Bu
mədəniyyətsizlik hesab olunur. Bizdə isə işgüzar söhbət, sövdələşmə
zamanı yaxşı münasibət qurmaq, əminlik üçün bir-birinin gözlərinin içinə
baxırlar. Psixoloqlar hesab edir ki, bu danışıq vaxtının 60-70% -ni təşkil
etməlidir. Əgər həmsöhbət gözünü yayındırır, yaxud yerə baxırsa, bu
qarşı tərəfdə ona inamsızlıq yaradır.
Burada məsələnin başqa tərəfi də var. Bizdə yad kişiyə və ya
qadına, eləcə də həmsöhbətə gözünü zilləyərək baxmaq böyük ədəbsizlik
sayılır. Adətən görüşərkən yüngülcə baxışdan sonra gözlər həmsöhbətdən
çəkilir.
Kommunikativ prosesdə emosiyanın qeyri-verbal ifadəsinə xidmət
edən bədən hərəkətləri bədii ədəbiyyatda təsvir yolu ilə verilir. Bu
hərəkətlərin təsviri mətnin formalaşmasında xüsusi rol oynayır.
• Əlinin batqın, quyunun dibindən gələn səsi yenə qalxdı, onun
yatıq sinəsi yenə qabardı, üzünün əzaları zol-zol durub tarıma çəkildi,
qalın qaşları enli alnını sıxıb dərin bir qırışla kəsdi, gözləri körüyün
yelliyinə tutulmuş kösövlər təki alışıb yanmağa, alovlanmağa başladı.
• Məhəmməd dayının üzündəki don açıldı, gözlərindəki təlaş
çəkildi, bəbəkləri işıqlandı, dodaqlarına təbəssüm qondu.
• Sərinə qapıdan çıxdı, tələsik çıxdı. Gözlərini yerə dikməsi,
çiyninin çəkişməsi, əllərini önündə çarpazlaması, addımladıqca çala-
çökəyi görməyib büdrəməsi İldırımın gözlərindən yayınmadı.
Maşınsızlar isə çolum-cocuğunu evin dərin yerinə çəkir,
əlacsızlığın ağırlığı altında balalarının qorxudan bərəlmiş gözlərinə
baxmağa da utanırdılar.
İldırımın çiyinləri düşdü, sifəti uzandı.
Bədii əsərlərdən seçilmiş bu fraqmentlər təsviri səciyyəlidir və jest
və mimikaları təsvir edir.
ƏDƏBİYYAT:
1.Креидлин Г.Е. Невербальная семиотика. Язык тела и
естественный язык. Москва, Новое литературное обозрение, 2002.
2.Культура речи и эффективность общения//Под. ред. Прудкина
Л.К., Ширяева Е.Н. Москва, 1996.
3.Леонтьев. А. А. Психология общения. М.1994.
4.Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı,
N/BM, 2015.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
276
Мирвари Исмайылова
Невербальные средства коммуникации
Резюме
В коммуникативном процессе для польного оcознания
передаваемой информации используются все средства ( вер-
бальные и невербальные). В статье рассматриваются вопросы невер-
бальных средств общения. Выясняется, что невербальные средства
общения (мимика и жесты) позволяют говорящему полнее выразить
свои чувства, показывают, насколько участники коммуникации
владеют собой, как относятся друг к другу. В статье также опре-
делены эталонные типы жестов и мимики, рассмотрены нацио-
нальные характеры жестов.
MirvariIsmayilova
The means of non-verbal expression of communication
Summary
In the communication process for fully appreciate the transmitted
information is used by all means (verbal and non-verbal). In this article
deals with the question of non-verbal communication means. It is cleared
that non-verbal communication means (facial expressions and gestures)
enables the speaker fully to express one’s feeling, shows some
participiant’s communication how to communication with one-another.
In this article it is also identified the type of facial expressions and
gestures, and it is considered of the national characters of gestures.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
277
Nadir Məmmədli
AMİU,
filologiya üzrə elmlər doktoru, professor
elm ve tehsil@mail.ru
NİTQ MƏDƏNİYYƏTİ: DİL VƏ NİTQ
Açar sözlər: dil, nitq, kollektiv təcrübə, fərdi, təbii işarələr sistemi, nitq
fəaliyyəti, şifahi və yazılı nitq, dilin funksiyaları;
Ключевые слова: язык, речь, коллективная практика, индивид,
естественная знаковая система, письменная и устная речь, функции
языка.
Key words: language, speech, collective practice, individual, natural
sign system, written and oral speech, language functions.
Nitq insan fəaliyyətinin spesifik cəhətlərini əks etdirdiyi üçün
dilçilikdə iki mənada işlənir: danışıq prosesi (şifahi və ya yazılı) və bu
prosesdə səs. Nitq və dil qarşılıqlı əlaqədədir. Nəsillər arasındakı rabitə,
xalqın intellektual və mədəni irsi dil vasitəsilə ötürülür. Nitq dilin
fəaliyyət formasıdır və məhz nitq sayəsində bu fəaliyyət forması konkret
dil aktına çevrilir; nitq, ilk növbədə, onun kommunikativ imkanlarını üzə
çıxarır və dildən fərqli olaraq, müəyyən məqsədə xidmət edir. Nitq
maddidir – şifahi formada səslənir, yazılı formada isə müəyyən qrafik
işarə və vasitələrlə reallaşır. Konkret situasiyadan asılı olaraq, hər ikisi
məkan və zaman çərçivəsində funksionallaşır. Məsələn, hazırlanan bir
mətn üzrə çıxış fərqli ola bilər; fərq həmin mətni necə qavramaqdan,
hansı səviyyədə mənimsəməkdən, məzmunla bağlı nə qədər danışa
bilməkdən, hazırlıq üçün nə qədər vaxt sərf etməkdən, hansı məkan və
məsafədə həmsöhbətlə nitq fəaliyyətini qurmaqdan və s.-dən asılıdır.
Nitq konkret şəraitdə müəyyən fərd (və ya auditoriya) üçün hazırlanır, bu
səbəbdən o təkrarolunmazdır, bu və ya digər vasitələrlə yazıya alınsa
belə, hər dəfə səsləndikdə mövcud şəraitə uyğun dəyişir, eyni hal daim
təkrar olunur (Sokratın məşhur kəlamındakı kimi: “Axar çayın suyunda
iki dəfə çimmək olmaz”). Bu ölçü ilə yanaşsaq nitq müəyyən fasilə və
fasiləsiz sonsuzluğa qədər davam edir, mahiyyət etibarı ilə bütün
həyatımız nitqlə qurulur - dəyişən şərait, həmsöhbət, nitqin mövzusu və
formasıdır. Bu yanaşma ilə nitq düz xətt üzrə inkişaf edir, müəyyən
ardıcıllıqla hər bir cümlə digərindən sonra söylənilir. Şifahi nitq prosesi
tempə (sürətli və ya asta), qısa və ya uzunluğuna, adıcıllığa, səs gücünə,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
278
artikulyasiyaya görə fərqlənir. Yazılı nitq aydın (asan oxunan), ya da
qəliz (çətin oxunan), böyük, yaxud kiçik həcmli ola bilər. Yəni, nitqin
maddiliyini müxtəlif nümunələrlə təsvir etmək mümkündür. Nitqdən
fərqli olaraq, dil daha ideal hesab olunur, çünki o, nitqdən kənarda, yalnız
danışan adamın təfəkküründə mövcuddur, yaxud məyyən hissəsi
müxtəlif lüğətlər (birdilli, ikidilli, sahə, izahlı və s.) və yaddaş (sorğu)
kitablarında cəmlənib. Nitq, bir qayda olaraq, fərdin – yazan və ya
danışanın fəaliyyətini əks etdirir, dil insanın müxtəlif, rəngarəng
xüsusiyyətlərinin təcəssümüdür. Bu səbəbdən də nitq həmişə
subyektivdir, yazan, yaxud danışan öz nitqinin məzmununu təyin edir,
fərdi düşüncəsini və təcrübəsini ərsəyə çıxarır. Dil isə ifadə sistemidir,
kollektiv təcrübədə qazanılır, həmin dildə danışan xalqın mentalitetini
əks etdirir. Nitq fərdi olsa da, dilin bütün imkanlarından istifadə etmək
mümkün deyil, insanlar lazımi şəraitdə müvafiq bildikləri sözlərdən
yararlanır, ünsiyyət zamanı öz bilik və söz ehtiyatlarına əsaslanırlar. Nitq
danışan adamın psixoloji vəziyyətindən asılı olaraq, onun kommunikativ
vəzifəsini həyata keçirir, bu həmsöhbətin səmimiyyətinə uyğun şəkildə
müşayiət olunur. Ola bilər ki, söz, hətta cümlələr intonasiyaya görə fərqli
səslənsin, müvafik vəziyyətdə başqa məna kəsb etsin.
Cümlə qurarkən ünsiyyət vahidi kimi çıxış edən dil nitqə çevrilir.
M.M.Baxtin bu prosesi müəyyən sərhədlərə ayırır: “Cümlə dil vahidi olaraq,
qrammatik xüsusiyyət daşıyır, buna qrammatik sərhəd, qrammatik bitkinlik
və vahidlik deyilir; deyiliş qaydasından asılı olaraq, öz məqsədini həyata
keçirmək üçün stilistik xüsusiyyət kəsb edir” (1, 7-8). Cümlə, dil vahidi
olaraq, ünsiyyət quran tərəflərin nitq aktları ilə məhdudlaşmır, fikir
bütövlüyünü tam əks etdirməsə də, həmsöhbətlərin qarşılıqlı mövqeyini
ifadə edir. Öz növbəsində, fikir cümlələrdə nitq məzmununa görə
fərqlənir, yəni başqalarının dediklərinə hesablanmasa da, həmsöhbət ona
ünvanlanan fikrə aktiv şəkildə cavab vermək mövqeyində olur. Fikir
məna bütövlüyü kəsb edir və digər nitq amilləri ilə birlikdə lazımi ifadə
gücünə malikdir. Humboldt haqlı olaraq yazır: “Dil fikri təşkil edən
orqandır. Tamamilə ruhi, dərin daxili və izsiz keçici olan əqli fəaliyyət
nitq vasitəsilə materiallaşır və hissi qavramaq üçün mümkün olur.
Təfəkkür və dilin fəaliyyəti buna görə bölünməz vahid təşkil edir” (2,
23). Lakin dil təkcə nitq amilləri ilə məhdudlaşmır, eyni zamanda qeyri-
dil (qeyri-söz, yaxud, qeyri-şifahi, qeyri-yazılı və s.) növləri də nəzərə
alınır: səs, intonasiya, hərəkət, mimika, poza, vəziyyət və s. Əgər nitqdən
ünsiyyət prosesi kimi danışırıqsa və mətni nitqin bir forması kimi qəbul
ediriksə, bu hədd prinsipi dil ilə ümumi məna daşıya bilməz, çünki mətn
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
279
dil kimi heç bir halda müstəqil ola bilmir, mətn məhz dil çərçivəsində
nitqdə yaranır: nitq xarici (ifadə edilmiş, yaxud, yazılmış) və daxili
(başqalarının eşidə, görə bilmədiyi) formalarda ola bilər. Daxili nitq bizə
düşüncələrimizi, fikrimizi ifadə etmək, öz-özümüzlə danışmaq, daxili
qərarlarımızı vermək (səssiz nitq), eyni zamanda yaddaşımızı təzələmək,
xatırlamaq üçün gərəkdir. Xarici nitq müxtəlif nitq formaları ilə təsdiqini
tapır, məsələn, çıxış, məruzə, mühazirə, vidalaşma və s. Nitq mətni bu və
ya digər şəkildə müəyyən funksional üslublardan yararlanır: elmi, rəsmi,
işgüzar, publisistik, bədii, məişət və s. Nitq mətn kimi lazımi şəraitdə
ifadə edilir, əhəmiyyətinə, gerçəklik və yanaşma mövqeyinə görə (doğru
- müəyyən qədər doğru - yalan) dəyərləndirilir. Nitq və mətn həm estetik
(gözəl - çirkin - iyrənc), həm də etik (yaxşı - pis) və s. funksiya daşıyır.
Dilin bütün funksiyaları nitqlə ifadə olunur, lakin nitq bu prosesdə ye-
ganə vasitə deyil. Nitq özündə hər zaman fərdin yaradıcı fəaliyyətini ifa-
də edir, ona görə də dəyərləndirməyə ehtiyac duyur və bu, dil ilə mü-
qayisədə tamam fərqli mənada qəbul edilir; nitqə daha çox mədəniyyət
anlamı kimi yanaşdıqda özünü doğruldur.
Dil və nitq fərqli anlayışlar olsalar da, qeyd etdiyimiz kimi, bir-biri
ilə sıx bağlıdırlar - nitq dilin işlək formasıdır və daim fəaliyyətdədir. Dil,
birmənalı, nitqlə ifadə olunur, nitq təsadüfi hallarda danışıq dilini əvəz
edə bilmir (müqayisə et: M.Füzulinin məşhur beyti: Eyləsən tutiyə ədəbi
kəlimat; Nitqi insan olur, əmma özü insan ola bilməz). Nitq və dil bir-
biri ilə o qədər sıx bağlıdırlar ki, bəzən bu hadisələri ayırd etmək çətin
olur. Məsələn, “dil təcrübsəi”, “dil daşıyıcısı” anlayışları bu və ya başqa
dillə müqayisədə aydın olur. İnsanın dil anlayışlarının əsasında onun
bilik və bacarıqları dayanır, konkret şəxsə aid olduqda “dil təcrübəsi” və
“dil daşıyıcısı” nitq düşüncəsidir. Bu, müstəsna halları nəzərə almaqla,
dil və nitqin ayrı mövcud ola bilmədiyinə sübutdur. Yüksək nitq mə-
dəniyyətinə yiyələnmək üçün, ilk növbədə, nitqin tərkib hissəsi olan
şüurlu və məqsədyönlü fəaliyyət müəyyənləşdirilməlidir; mədəniyyət hər
zaman şüurlu şəkildə nəyi tətbiq etməyi, nədən boyun qaçırmağı
müəyyən edir.
Hər bir insan tarixi zəmində mədəniyyətə qarışır, eyni zamanda hər
kəs fərdi şəkildə mədəniyyətin ona da məxsus olduğunu dərk edir, lakin
mədəniyyətin fundamental səviyyəsi dillə formalaşır. Dil daşıyıcısı
insandır və o, dialektik qanunlarla dili zənginləşdirir, təkmilləşdirir,
mənəvi yaradıcılıqla, şüurlu və məqsədyönlü fəaliyyəti ilə sərbəst
mətnlər yaradır, fikrini izah edir. Dil və nitq haqqında bilik və bacarıqlar
nitq mədəniyyətinin mahiyyətini anlamağı, yüksək səviyyəli mədəniyyətə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
280
gedən yolu dərk etməyi öyrədir. Dildəki bütün münasibətlərin məcmusu
onun ünsiyyət vasitəsi olmasıdır, bu isə onun ictimai vəzifəsini
şərtləndirir. Lakin dildən başqa da ictimi hadisələr mövcuddur. Bəs, dil
başqa ictimai hadisələrdən hansı keyfiyyətləri ilə fərqlənir? İşarəvi
səciyyəsi ilə:
1.Dil – işarələr sistemidir, müəyyən anlayışı ifadə edən sözdür,
verilmiş məzmunun ifadəsi, səs cildidir. O zaman dil olur ki, bu və ya
digər səs, söz, cümlə məna, işarələr müəyyən bir fikir bildirir. Məsələn,
Azərbaycan dilindəki bəli və xeyr səsləri konkret məna kəsb edir və
müvafiq intonasiya ilə razılıq və narazılıq əlamətini bildirirlər.
2.Dil – işarələr sistemidir, tam şəkildə funksionallaşır; işarələr ayrı-
ayrılıqda sadəcə səsdir, amma konkret məqsəd üçün birləşdikdə vahid
forma alırlar. Hər bir işarə tamın bir parçasıdır.
3.Dil – işarələr sistemidir; siqnifikativ funksiyaya malikdir, müəy-
yən predmet və ya real hadisə haqqında fikir mübadiləsinə xidmət edir.
Hər bir işarə nəyisə təmsil edir, buna reprezintasiya deyilir. Bu yalnız
insana xasdır, idraki və kommunikativ fəaliyyəti üçün mühüm vasitədir.
İşarə dedikdə dilçilikdə siqnallar, simvollar yox, dil nomenklaturaları
nəzərdə tutulur. Onlar iki formada olur: ideal - səs, yazı şəklində və maddi.
Hər bir dil işarəsi forma və məzmuna malikdir. Dil işarəsi danışanların
şüurunda mənalar və hissi obrazlar şəklində mövcuddur, ünsiyyət vasitəsi
Dostları ilə paylaş: |