bütün türkologiyada ən düşünülmüş əsər” adlandırmışdır. Qüdrət
Cəfərovun aspiranturada olarkən qazandığı hörmət və nüfuzu ondan
bilmək olar ki, onu iki yerdə işə dəvət etmişlər; Coğrafiya sektoru və
Dilçilik İnstitutu. Bu zaman onun elmi rəhbərinin dediyi bir söz az şey
demir: “Sən burda olsan, biz etimoloji lüğəti tez qurtaracağıq. Müəyyən
səbəblərə görə Qüdrət müəllim həmin təkliflərdən heç birini qəbul
etməmişdir. Eləcə də o, Coğrafiya İnstitutu üçün yazılmasında yaxından
iştirak etdiyi və sonra çap olunmuş bir kitabın müəllifliyindən yazılı
surətdə imtina etmişdir. Başqası bunu etməzdi. Filologiya elmləri
namizədi Qüdrət Cəfərovun oxuculara təqdim olunan bu topludakı
məqalələrinə nəzər saldıqda onların ilk növbədə mövzu rəngarəngliyi,
əhatə dairəsinin genişliyi, elmi siqləti və sanballılığı dərhal diqqəti çəkir.
Bu məqalələrdən bir çoxu ayrıca bir dissertasiya mövzusudur desəm heç
də yanılmaram. Qüdrət müəllimin özünün yazdığı kimi, hətta bir
məqaləsi üzərində düz 8 il işləmişdir. Bu mühüm amil istedadlı qələm
sahibi Qüdrət Cəfərovun öz işinə necə böyük məsuliyyətlə yanaşdığını
açıq-aşkar bir şəkildə sübut edir.
Qüdrət Cəfərovun oxuculara, əsasən də peşəkar filoloqlara təqdim
olunan “Yüz qarğaya bir kəsək” başlıqlı kitabı – elmi publisistik
məqalələr toplusu bir növ müəllifin 80 illik yubileyi ərəfəsində
hesabatıdır. Kitabda müəllifin müxtəlif illərdə Azərbaycan və rus
dillərində qələmə aldığı və ölkəmizin nüfuzlu elmi jurnallarında, eləcə də
ayrı-ayrı qəzetlərdə dərc olunmuş məqalələri toplanmışdır. Müəllifin
məqalələri ilk növbədə elmi yeniliyi ilə diqqəti çəkir və müxtəlif sahələri
əhatə edir. Onlar sırasında istər ədəbiyyatla, istərsə də dil tarixi və
ümumiyyətlə, filologiya və türkologiya ilə bağlı məqalələr üstünlük təşkil
edir. Bu baxımdan Qüdrət müəllimin məqalələrini,əsasən üç başlıq
altında da ümumiləşdirmək olar: dil və ədəbiyyat tarixi, folklor
məsələləri və onun poetik dili, Azərbaycan filologiyası və türkologiyanın
ümumi məsələləri.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
378
Müəllifin dil və ədəbiyyat tarixinə aid məqalələri (“Qətran Təbrizi
və Naxçıvan”; “Xaqani hünəri”; “Ruzigarın yeganəsi”; “Füzulinin ləqəbi
haqqında bəzi qeydlər”; “К происхождению псевдонима «Хатаи» Шах
Исмаила”; “Русь и тюркский мир в «Искендер-наме» Низами” və
s.)istər dilçilik, istərsə də ədəbiyyatşünaslıq baxımından xüsusilə diqqəti
cəlb edir. Bu məqalələri eyni zamanda qədim və orta əsr Azərbaycan
tarixinə bir nəzər kimi də qiymətləndirmək olar. Məsələn, “Qətran
Təbrizi və Naxçıvan” adlı məqaləsində müəlliffarsdilli Azərbaycan saray
və divan ədəbiyyatının ilk böyük nümayəndələrindən olan, XI əsrdə
daha çox Rəvvadilərin və Şəddadilərin himayəsində yaşayıb-yaradan
Qətran Təbrizinin Naxçıvanla, xüsusən Naxçıvan hakimi Məlik Müzəffər
Əbudələflə münasibətlərindən söhbət açır. Qeyd edir ki, Qətran
Təbrizinin Naxçıvanda yazdığı və Naxçıvana göndərdiyi şeirlərdən cəmi
dördü dövrmüzə gəlib çatıbvə mədhiyyələr sayca az olsa da, Azərbaycan
tarixi, xüsusən də Azərbaycan mədəniyyət tarixinin öyrənilməsi
baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu mədhiyyələrdə XI əsr
Naxçıvan tarixi, hökmdar Əbudələfin apardığı müharibələr, onun
sərkərdəliiyi və müdrik dövlət başçısı olması geniş işıqlandırılmışdır.
Qüdrət müəllim “Xaqani hünəri” məqaləsində görkəmli
Azərbaycan şairi Xaqani Şirvani yaradıcılığının mükəmməlliyindən,
müəllifin zəhmətsevərliyindən, öz ziddiyyətləri ilə tarixə düşmüş
Şirvanşahlar sarayındakı həyatından, saray çəkişmələrinin müdrik ustada
sahibinə verdiyi iztirablardan bəhs etmişdir. Şairin əsərlərindən verilən
nümunələr XII əsr saray həyatının müsibətlərini dolğun əks etdirir.
“Ruzigarın yeganəsi” məqaləsinin mövsuzu isə,həqiqətən də,
“könüllər fatehi” (Salman Mümtaz) olan Məhəmməd Füzulidir. Məqalə
öz qeyri-adi girişi ilə (ölümündən sonra ustad Füzuliyə verilən ləqəb və
ünvanların incələnməsi ilə) diqqəti çəkir. Bundan sonra Qüdrət müəllim
eşqdən söz açırvə Füzuli zirvəsinin təhlilinə keçir. Füzulinin eşqi nə
qədər ilahi mahiyyətdədirsə, bir o qədər də realdır. Bu eşqə qovuşmağa
nə qədər can atılsa da, ona yetməmək o qədər zövqvericidir. Buna görə
də Füzuli əsərlərindəki qəhrəmanlardan da böyük aşiqdir. Bu aşiqlik şairi
hamıdan fərqləndirir. Müəllif bu fərqlənməni Füzulinin üstünlüyü hesab
edir. Füzuli 1) aşiqlik istedadına; 2) divanəliyin dərəcəsinə; 3) qəminin
artıq olmasına, qəmə, möhnətə dözümlülüyünə və s. görə bütün sələf və
xələflərindən seçilir. Geniş təhlildən sonra Qüdrət müəllim maraqlı bir
nəticəyə gəlir:
“Füzulinin türkcə və farsca divanlarının mütaliəsindən bizdə qalan
ən davamlı təəssürat bundan ibarətdir ki, Füzulidə eşq real həyatda olan
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
379
bayağılığa, adiliyə, düşüncə və duyğulardakı bəsitliyə, dayazlığa qarşı
çıxmaq vasitəsidir.”
Topludakı məqalələrin mövzusundan görünür ki, şifahi xalq
ədəbiyyatı və folklor məsələləri Qüdrət müəllimi həmişə məşğul
etmişdir. İstər bayatılardan, istər aşıq şeirindən, istər dastanlardan, istərsə
də folklorun nəzəri məsələlərindən bəhs edəndə müəllifin bu sahəyə
xüsusi vurğunluğu və peşəkarlığı diqqəti cəlb edir.
Kitabdakı məqalələr sırasında “Koroğlu” dastanındakı “Misri qılınc”
ifadəsinə, eləcə də ayrı-ayrı folklor mətnlərinin təhlilinə aid məqalələr də
elmiliyi və problemə yeni yanaşma baxımından diqqətçəkicidir.
Topludakı məqalələr içərisində “Русь и тюркский мир в “Искендер-
наме” Низами”istər həcminə, istərsə də elmi dəyərinə görə xüsusi yer tutur.
Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, müəllif bu məqaləsində
müxtəlif dillərdə olan qırx bir qaynaqdan istifadə etmişdir.
Qüdrət müəllimin orfoqrafiya, toponimika və leksikologiyaya həsr
olunmuş ayrı-ayrı məqalələri də peşəkar dilçi müşahidəsinin məhsulu kimi
xüsusi aktuallıq kəsb edir.
Biz inanırıq ki, bu toplu oxucular, xüsusilə filoloqlar tərəfindən
rəğbətlə qarşılanacaqdır. Kitabın müəllifini həm 80 illik yubileyi
münasibətilə, həm də bu dəyərli toplusuna görə ürəkdən təbrik edir və ona
yeni-yeni uğurlar arzulayırıq.
akademik Möhsün Nağısoylu
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
380
Azərbaycan dialektoqrafiyası – 60
XX əsrin 50-ci illəri Azərbaycan dialektologiyasının elm kimi
mərhələlər üzrə işlənməsi dövrüdür. Hələ o zaman Azərbaycan
Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil
İnstitutunun dialektologiya şöbəsində elmi-tədqiqat işləri üç istiqamətdə
gedirdi. 1) Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqi 2)
Azərbaycan dilinin dialektoloji atlasının hazırlanması 3) Azərbaycan
dilinin dialektoloji lüğətinin tərtibi.
1957-ci ildə Türk dillərinin dialektologiyası məsələlərinə həsr
olunmuş I Regional Müşavirənin qərarına əsasən Nizami adına
Ədəbiyyat və Dil İnstitutunun Dialektologiya şöbəsi qarşısında
dialektoloji atlasın tərtibi planını hazırlamaq məsələsi qaldırılır.
Məlumdur ki, Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrinin
tədqiqi dialektoloji atlasın tərtibinə xidmət edir. İlk təcrübə kimi
öyrənilməsi əsasən başa çatmış hesab edilən şərq qrupu dialekt və
şivələri dialektoloji atlas üçün obyekt seçildi. Bu iş 1957-ci ildə başlandı
və 1965-ci ildə başa çatdırılması qərara alındı.
ŞƏKİLDƏ: “Azərbaycan dilinin şərq qrupu dialektoloji atlası” nın
bir xəritəsi.
Sözsüz ki, atlasın tərtibi üçün ilk növbədə proqramın hazırlanması
ən vacib məsələ idi. Proqram Azərbaycan dilinin şərq qrupu dialekt və
şivələrinin ən spesifik cəhətlərini özündə əks etdirməli idi. Bu tələblərə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
381
tam mənası ilə cavab verən proqram tərtib olundu və 1958-ci ildə
“Azərbaycan dilinin dialektoloji atlasının tərtibi üçün toplanan
materialların proqramı” adı ilə çapdan çıxdı. Cəmi 197 sualdan ibarət
olan proqramda 56 sual fonetika, 47 sual qrammatika, 94 sual leksika bəh-
sinə aid idi. Proqramın fonetika və leksika bölməsini professor M.Ş.Şirə-
liyev, morfologiya və sintaksis hissəsini isə dosent R.Rüstəmov tərtib et-
mişdilər.
Professor M.Ş.Şirəliyev 1960-cı ildə çap olunmuş “Voprosı dialek-
toloqii tyurkskix yazıkov” jurnalınin II cildində dərc etdirdiyi “Azer-
baydjanskaya dialektoloqiya na novom etape” adlı məqaləsində Azərbaycan
SSR-in şərq rayonlarından proqram üzrə material toplanması və onların
kameral işlənməsi prosesinin getdiyindən bəhs edirdi.
Qarşıya qoyulmuş plana əsasən 1961-ci ildə material toplanması və
kameral işlənmə başa çatmalı idi. 1962-ci ildən şərq qrupu dialekt və
şivələrinin səciyyəvi dialekt fərqləri dilin fonetik, qrammatik və leksik
səviyyəsində 50 xəritədə kartoqrafiyalaşdırılmalı idi.
Qeyd etmək lazımdır ki, şərq qrupu dialekt və şivələrinin fonetik
xüsusiyyətləri 24, qrammatik səciyyəsi 17, leksik cəhətləri isə cəmi 9
xəritədə öz əksini tapmalı idi. Atlasın proqramına görə, şərq qrupu
dialekt və şivələrinin səciyyəvi fonetik əlamətinin 11-i sait səslərin
əvəzlənməsinə (a-ə; a-e; a-o; a-u; ə-i; ə-e; ə-ö; e-i; i-ı; u-ı; o-u; ö-ü), 9-u
samit səslərin keçidinə (b-p; b-m; d-t; b-v; y-v; y-g; x-g; k-g; z-s), 4-ü
fonetik hadisələrə (söz əvvəlindən y və h səslərinin düşümü və
artırılması; söz ortasında və sonunda diftonqlaşma) aid idi.
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin qrammatik
əlamətlərinin atlasda əks olunması məqsədilə tərtib edilmiş 17 xəritədən
11-i morfoloji, yalnız 4-ü sintaktik xüsusiyyətləri əhatə edirdi.
Morfoloji dialekt xüsusiyyətlərinin 3-ü isimə, 2-si sifətə, 1-i əvəzliyə,
7-si feilə aid idi. Tədqiq olunan şivənin sintaktik xüsusiyyətləri cəmi 4 sualla
təmsil olunaraq yalnız söz birləşmələrinə həsr olunmuşdu. Suallardan 2-si
isimi, 2-si feili birləşmələrin səciyyəviliyini əks etdirməli idi.
Leksika bölməsində nəzərdə tutulmuş məsələlər arasında əsas yeri ev
və məişət əşyalarının adları, həmçinin insan və onun əlamətlərini bildirən
sözlər tuturdu. İctimai birlik formalarının (tayfa, tirə, coğa, oymağ və s.),
yaşayış sahəsinin(balxon, eyvan, artırma, qulangəriş və s.), bitki adlarının
(albalı, qarğıdalı), məişət əşyalarının (aşsüzən, su qabı), həmçinin xəsis,
bekar, kök kimi sifətlərin şivə variantlarının yayılma areallarını əks
etdirmək nəzərdə tutulmuşdu.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
382
Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin şərq qrupuna dair tərtib
olunmuş proqram əsasında lal xəritələr üzərində iş aparılsa da, kartoqrafik
işlənmə, atlas halında çap olunma həyata keçməmişdir. Yalnız müəyyən
nümunələr türk dillərinin dialektologiya məsələlərinə dair ümumittifaq
müşavirələri ilə əlaqədar düzəldilmiş sərgilərdə nümayiş etdirilmiş,
mütəxəssislərin rəy və təklifləri öyrənilmişdir.
Beləliklə, 1965-ci ildə Azərbaycan dilinin şərq qrupu dialekt və
şivələrinin dialektoloji atlasının tərtib işi yalnız ayrı-ayrı vərəqlər üzərində
əlyazma formasında başa çatdı.
1966-cı ildən “Azərbaycan dilinin dialektoloji atlası” nı hazılamaq
məqsədi ilə respublikanın ərazisindən material toplanması yenidən davam
etdirildi.
Sonradan əməkdaşların 500-dən çox yaşayış məntəqəsindən topladıql-
arı materialların 409-dan xəritədə istifadə olunmuşdur. Dialektoloji mater-
ialları M.Ş.Şirəliyev, M.İ.İslamov, K.T.Ramazanov, T.B.Həmzəyev,
S.M.Behbudov, Ə.Q.Ağayev, Z.Ə.Xasiyev, R.Ə.Kərimov və Ə.İ.Əliyev
toplamışdılar.
“Azərbaycan dilinin dialektoloji atlası” 128 xəritədən ibarət olub, dilin
bütün səviyyələrini əhatə edirdi. Əsər 17 ildən sonra başa çatmış gərgin
zəhmətin uğurlu nəticəsi kimi qiymətləndirilmişdir. Atlasın tərtibçiləri
M.İ.İslamov, Ə.Q. Ağayev, S.M.Behbudov, T.M.Əhmədov, N.X.Məm-
mədov, B.M.Tağıyev və Z.Ə.Xasiyev idi.
Professor M.İslamov atlasa yazdığı girişdə qeyd edirdi ki, hər
rayondan orta hesabla 7-8 kənd (bəzi iri rayonlarda 10-12 kənd) əhatə
edilmişdir. Material toplanan obyektlər elə seçilmişdir ki, rayon əhalisinin
bütün coğrafi cəhətlərini –qərb, şərq, cənub, şimal və orta hissələrini əhatə
etsin. Dialektoloji material toplanmış kəndlər arasındakı məsafə təxminən
10-15 km. saxlanmışdır. 1975- ci ildə tərtib işi yekunlaşmışdır. “Azərbaycan
dilinin dialektoloji atlası” ndakı 128 xəritədən 43-ü fonetik hadisələrə, 31-i
morfoloji xüsusiyyətlərə, 4-ü sintaksisə, 50-si leksika məsələlərinə həsr
olunmuşdur.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
383
ŞƏKİLDƏ: “Azərbaycan dilinin dialektoloji atlası” . Bakı, “Elm”,
1990.
Atlas yüksək poliqrafik tələblərə cavab verir. Xəritələrin
oxunmasını asanlaşdırmaq məqsədilə köməkçi acardan istifadə olunur.
Bu atlas üzərində iş bir neçə istiqamətdə getmişdir: material toplanışı və
kameral işlənmə; kartoqrafiya məsələləri; leqendaların tərtibi və
kommentariyaların yazılması. “Azərbaycan dilinin dialektoloji atlası”nın
tərtibində Azərbaycan Respublikasının inzibati və fiziki xəritələri,
material toplanmış yaşayış məntəqələrinin adları, informatorların
siyahısı, onların yaşı və s. məsələlər əlavə olunmuşdur.
Atlasın tərtibində fonetik xüsusiyyətlər narıncı, qrammatik
səciyyəvilik bənövşəyi, leksik əlamətlər isə yaşıl rəngli səhifələrdə
işlənmişdir. Bu da istifadə zamanı lazım olan dialekt xüsusiyyətini asan
tapmağa kömək məqsədi daşıyır. Xəritələrin mövzusuna uyğun tərtib
olunmuş leqendalarda müəyyən prinsiplərə əməl olunmuşdur. Müxtəlif
rəngli dairəciklər qara, qırmızı, göy, yaşıl, sarı və s. rənglə verilmişdir.
Hər bir rəng ədəbi dilə (qara dairəcik) nəzərən fərqliliyi bildirir.
İzoqlosların çox olduğu hallarda başqa həndəsi fiqurlardan da istifadə
olunmuşdur.
Atlasın Azərbaycanda ictimai-siyasi təbəddülatlar zamanında –
məlum 1990-cı ildə çapdan çıxması səbəbindən onun öz layiqli qiymətini
hələ də almaması təəssüf doğurur.
“Azərbaycan dilinin dialektoloji atlası” 2008-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
384
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin dialektoloji atlası”nın
(Bakı, “Elm”, 1990) ilk nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
Atlasın təkrar çapı zamanı (Bakı, “Şərq-Qərb”, 2008) əvvəlki nəşrin
redaktorları akademik M.Ş.Şirəliyev və pofessor M.İ.İslamovun adları
saxlanmaqla, edilmiş bəzi dəyişikliklərə görə filologiya elmləri namizədi
S.M.Behbudovun adı da əlavə olunmuşdur. Atlasın yeni variantında
yardımçı açar-xəritə ləğv olunmuşdur. Atlas “CBS –PP MMC”
mətbəəsində ofset üsulu ilə çapdan çıxmışdır.
ŞƏKİLDƏ: “Azərbaycan dilinin dialektoloji atlası”. Bakı, “Şərq-
Qərb”, 2008.
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli
sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına
dair” Dövlət Proqramının 6.3.5 bəndi bilavasitə dialektologiyanın aktual
problemlərinə həsr olunmuşdur. Bu bənddə Azərbaycan dilinin müxtəlif
dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq
öyrənilməsinin təmin edilməsi qarşıya mühüm vəzifələr qoymuşdur.
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Dövlət Proqramından
irəli gələn vəzifələr müzakirə olunmuş və müvafiq qərarlar qəbul
edilmişdir. 2014-cü ildə İnstitutun direktoru, mərhum akademik Tofiq
Hacıyevin bilavasitə rəhbərliyi altında Azərbaycan Respublikasının
strateji ərazilərinin dialektoloji atlasını hazırlamaq işinə start verilmişdir.
Bu məqsədlə dialektologiya şöbəsinin bir qrup əməkdaşından ibarət
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
385
Dialektoloji Atlas qrupu yaradılmışdır. Dövlət Proqramının icrası
məqsədilə ilk tədqiqat işi Naxçıvan Muxtar Respublikasından
başlamışdır. Qrup üzvləri tərəfindən “Azərbaycan dilinin Naxçıvan
dialektoloji atlasının proqramı” hazırlanmışdır (Bakı, “Elm və Təhsil”,
2015). Proqram dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində
işlənmişdir. Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrinin
səciyyəvi fonetik xüsusiyyətlərinə dair 64 morfoloji səciyyəviliyə görə
110, sintaktik əlamətlərə dair 19, leksik xüsusiyyətlərə məxsus 57 xəritə
sualı yazılmışdır. Proqram əsasında hazırlanmış “Azərbaycan dilinin
Naxçıvan dialektoloji atlası” 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında
nəfis şəkildə çapdan çıxmışdır. Atlasda Naxçıvan Muxtar
Respublikasının 220 yaşayış məntəqəsindən 151-nin şivə xüsusiyyətləri
250 xəritədə öz əksini tapmışdır. K.İmamquliyeva (Fonetika. Xəritə 1-
64); K.Quliyeva (Morfologiya. Adlar. Xəritə 65-122); Q.Qəmbərova
(Morfologiya. Feil.Köməkçi nitq hissələri. Xəritə (123- 175);
M.Məmmədli (Sintaksis. Xəritə 176-194); Z.Xasiyev (Leksika. Xəritə
195-245); Ə.Quliyev (Leksika. 246-250).
ŞƏKİLDƏ: “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”,
“Elm və təhsil”, 2015.
Atlas 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində işlən-
mişdir. Əsəri türk dilinə K.Quliyeva, rus və ingilis dillərinə G.Axundova
tərcümə etmişlər. Atlasın kompüter proqramçısı, AMEA Coğrafiya
İnstitutunun gənc əməkdaşı E.Əmrahovdur. “Azərbaycan dilinin Nax-
çıvan dialektoloji atlası” nəfis şəkildə çap olunmaqla bərabər, onun
elektron variantı da atlasa əlavə olumuşdur. Kompakt diskdə yerləşdirilən
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
386
iki qovluğun biri atlasın səsli – hərəkətli kitab variantını, digəri isə yerli
əhalinin bəzi nümayəndələrinin canlı danışığını əhatə edir.
Bu atlasda əvvəlki dialektoloji atlasların ən yaxşı tərtib ənənələri
qorunmaqla bərabər, xeyli yeniliklər də əlavə olunmuşdur. Azərbaycan
dilinin Naxçıvan dialekt və şivələrinin fonetik, qrammatik və leksik
xüsusiyyətləri müvafiq olaraq Azərbaycan Respublikasının üçrəngli
bayrağının rəngləri ilə verilmişdir – fonetik xüsusiyyətlər göy, qrammatik
səciyyəvilik qırmızı, leksik əlamətlər isə yaşıl rəngli səhifələrdə
verilmişdir. Hər bir xəritənin özünəməxsus sualı, leqendası və şərhi 4
dildə işlənmişdir. Səhifələrdə Naxçıvan Muxtar Respublikası ərazisinin
qədim tarixini, məişətini, müasir vəziyyətini, relyefini, adət-ənənələrini
əks etdirən 188 rəngli fotoşəkildə öz əksini tapmışdır. Bu bölgədə atlasın
tərtibi məqsədi ilə nəzərdə tutulmuş suallara cavab verən ən yaşlı
informatorun 104, ən cavanının isə 20 yaşı olmuşdur. Yerli inzibati ərazi
nümayəndəlikləri və əhali alim qrupunun bu fəaliyyətinə bacardıqları
bütün köməyi göstərmişlər.
“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” qardaş Türkiyədə
böyük rezonans doğurmuşdur. Ankarada çapdan çıxan beynəlxalq
səviyyəli “Dil araşdırmaları” toplusunun 2015 Güz,17 sayında Türkiyə
Qazi Universitetinin professoru, doktor Leyla Karahanın “Azərbaycan
dilinin Naxçıvan dialektoloji atlası” adlı məqaləsi dərc olunmuşdur. Əsərin
bütün elmi özəlliklərini yüksək qiymətləndirən alim yazır:”Gələcəkdə bir
Türkiyə Türkcəsi Ağızları Atlası hazırlanmasına katılacak olan ağız
araştırmacıları, hem eserden, hem de eserin hazırlayıcılarının tecrübele-
rinden yararlanmak zorundadır”.
Türkologiyada bir neçə “ilk” ləri imzalamış AMEA Nəsimi adına
Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının
qardaş ölkədəki məsləkdaşlarından belə yüksək qiymət alması çox
qürurverici haldır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “Azərbaycan dilinin Naxçı-
van dialektoloji atlası” Türkiyənin Türk Dil Kurumuna, Türk Araşdırmaları
Vakfına, İstanbulun İSAM və Modern Kitabxanalarına, həmçinin İstanbul
Universitetinin Ədəbiyyat bölümünə təqdim olunmuşdur.
Ağır və məsuliyyətli bir araşdırmanın son nəticəsi kimi Azərbaycan
dilinin Naxçıvan dialektoloji atlası”nın digər ölkələrin elmi müəssisələrində
də tanınması və təqdimatı çox vacibdir. Hal-hazırda Azərbaycan dialekto-
logiyası şöbəsinin əməkdaşları Azərbaycan dilinin Qarabağ dialektoloji
atlasının tərtibi məqsədi ilə kameral işlərlə məşğuldurlar. Əməkdaşlar artıq
Qarabağ Regional Mərkəzinə daxil olan Bərdə, Ağdam, Ağcabədi, Tərtər,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
387
Füzuli, Beyləqan rayonlarında elmi ekspedisiyada olmuş, eyni zamanda
Cəbrayıl, Laçın, Ağdərə, Xocavənd rayonlarının sakinləri ilə görüşərək
lazım olan dialektoloji materialı toplamışlar. Hal-hazırda Kəlbəcər,
Xocalı, Qubadlı və Şuşa rayon əhalisi ilə görüşlər planlaşdırılır.
Filologiya üzrə fələfə doktoru, dosent Qüdsiyyə Qəmbərova
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
388
MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ
QAYDALAR
1. Jurnalda məqalələr iki dildə (Azərbaycan və rus) çap olunur.
2. Məqalələrin mətnləri Azərbaycan dilində latın əlifbası, rus dilin-
də kiril əlifbası Times New Roman – 12 şrifti, 1 intervalla yığılmalıdır.
3. Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakteri-
nə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. aydın şəkildə
verilməlidir.
4. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olunmalıdır. Məqalə-
lərin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə,
monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir. Məqalənin
sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad
olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və
məsələn, [1] və ya [1. S. 20] işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə
başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin
ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
5. Açar sözlər üç dildə verilməlidir.
6. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni ol-
malı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalənin yazıldığı dil-
dən əlavə digər 2 dildə xülasəsi verilməlidir.
7. Məqalələrdə müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı,
müəllifin elektron poçt ünvanı göstərilməlidir.
8. Plagiatlıq faktı aşkar edilən məqalələr dərc edilməyəcək.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
389
DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ
№1
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
390
DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ
№1
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
391
«Elm vя тящсил» няшриййатынын директору:
профессор Надир МЯММЯДЛИ
Dizayn: Zahid Məmmədov
Texniki redaktor: Yadigar Bagirova
Чапа имзаланмыш 01. 05. 2018.
Шярти чап вяряги24,5 Сифариш № 1
Каьыз форматы 70х100 1/16. Тираж 300.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
392
jurnal “Elm və təhsil” няшриййат-полиграфийа мцяссисясиндя
щазыр диапозитивлярдян чап олунмушдур.
E-mail: elm. ve. tehsil@mail. ru
Тел: 497-16-32; 055 426 -72-27
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
393
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
394
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
395
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
396
Dostları ilə paylaş: |