KaLaMi (lat.) = QaMışın iti ucu -KaLeM (türk) - QəLəM
LaBium (lat.) LaBial (dodaqlanan) - LəB (dodaq)
DenS (lat.) TiŞ (türk) - DiŞ
SeNeks (yun.) = qoca kişi və qarı – SəNə (ə) /il,yaş/ - iN/li/yaşlı
SeMeNis (lat.) = toxum - SəMəNi
SaKSun (lat.) = qaya, daş - SKala (rus) - SaXSı
KaYuK (lat.) KaYıK (türk) - QaYıQ
PeSsimist (lat.) = bədbin - PiSi görən
BRiLliante (ital.) = PaRıLdayan = PaRLaq -
BRiLyant
PaR-PaR PaRıLdamaq /PaRıLdayan/
PıRıL-PıRıL (türk)
PoLis (yun) = çox - PoLiqlot - FuLl (ing)- FazLa (türk.) - BoL /DoLu
PLenus (lat) - PoLnıy- PoLno (rus)
BeauTiFuL (ing) = gözəl = PuLchra (lat) -
BüT(fars)+DoLu
Ən gözəl adamı bütə bənzədirlər, onu bütləşdirirlər. Belə halda, etimoloji
cəhətdən “BeauTy(gözəl)+FuLl (tam) sözü = büsBüTün /BüTöv (tam
şəkildə), yəni BüTəbənzər semantikasına uyğun gələcək.
FaCe [FeyS] (ing.) = üZ = ViSage (frans.) -
SiFət
BaRrikada (frans.) BaRyer (rus) = BaRiyer/ler/ (türk.) - BaRı /hasar/
Burada “baryer” sözü doğma səslənişi ilə özünə cəlb edir. Sadəcə,
mürəkkəb quruluşlu “barı + yer” (hasarlı yer) sözündə “ı” eliziyaya
uğramışdır. Demək olar ki, əksər Avropa dilləri üçün “ı” yad bir səs kimi
ya ixtisar olunur, ya da “i” ilə əvəzlənir.
Bu baxımdan “karyer” sözü də iki komponentlidir: kar (fars)+yer = (iş
yeri).
MuRDer (ing) = öldürmək,
MuRDar (fars),MüRDəşir -əRDiməzar
STation (ing) = “dayanacaq yeri” = iSTqah =oSTan (fars) poST (rus.-
növbə;vəzifə)
oSTanovka = meSTo (rus.) /yer/
SToyanka (rus.) – aSTana - STansiya
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
324
Yer bildirən farsmənşəli -ıstan
4
leksik şəkilçisi də buraya daxildir:
Çeçenistan, Monqolustan, gülüstan.
Belə şəkilçi variantına başqa bir misal gətirək:
LoQos (yun.) = yer, məkan - LoQovo (rus.)
berLoQa(rus)=bear(ing) /ayı/ + LoQa = /ayı yuvası/
Azərbaycan dilində yer bildirən -LaQ və -LıQ
4
şəkilçiləri
mövcuddur:
YayLaQ, otLaQ, daşLıQ, ÇəmənLiK
LaNd (ing.) = yer, məkan = LaNdşaft (ing.) – LaNe (fars.) - LoNo (rus.)
Bəzi hallarda ingilis dilində türk-ərəb sözləri müşahidə olunur:
BoDy (ing.) - BəTn - (a)BorT (lat.) - BəDən
VəTən – TəN (fars.)
İnsanın bu dünyaya gəlməzdən qabaq VəTəNi ana BəTNidir. Fars dilində
bu söz ilk hecasını itirirək TəN olur. (Məs.: ingilis dilində avtobus – BuS
, türk dilində BüTüN TüM olduğu kimi).
BraiN [BreYN] (ing.) - BeYiN
CHiN (ing.) - ÇəNə
TooTH (ing.) TiŞ (türk.) - DiŞ
QooSe (ing.) QuS (rus.) - QaZ
DuCK (ing.) - örDəK
MeaN (ing.) = seMaNtika (yun.) - MəNa
GaNgSTeR (ing.) =qulqur, QaN+iSTəR - CaNi
Başqa dillərlə müqayisədə də maraqlı leksik faktlar üzə çıxır:
KaSTRirovat (rus.) - KəSDiRmək
ToPoR (rus.) TəBəR (fars.) –TəBəRzin - BaLTA
BoloTo (rus) - BaTaq/lıq/
maSTer (rus) uSTad (ərəb.) - uSTa
magiSTr (lat.) - maeSTro (ital.)
miSTer (ing.) – maSTitıy (rus.)
hiSToRi (yun) = tarix = hiSToRy (ing.) - iSToRiya (rus)
SToRy (ing.) /hekayə (təhkiyə)/
STaRıy (rus.) – STaRik (rus)
Söhbət keçmişdən, köhnə xatirələrdən gedirsə, belə anda yaşlı kəsə
“köhnə adamdır” deyirlər. Bax bu baxımdan rus dilindəki starıy-starik
sözləri istoriya ilə bağlanmalıdır.
aLBus /-a,-um/ (lat.) = ağ – BeLilo (rus) - BeLıy (rus)
BeLla – BeLlona (ital)
LYaPsis (lat.) = səhv - LYaPnut (rus)
/ağızdan söz qaçırmaq/
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
325
TaLK [ToK] (ing.) = danışıq - ToLKovat (rus)
oKuLuS (lat.) = /oKuList (lat.- göz həkimi), oKo (rus),
oKno (rus)
– oKolo (rus) oÇi (rus.- gözlər = QLaZ = GöZ
Hər bir otaq /ev/ yalnız divarlardan ibarət olsa, o, qazamata
bənzəyər. Belə olmasın deyə, həmin otaqda bayırı nəzarət etmək
məqsədilə oyuq – göz yeri qoyurlar ki, bunu ruslar gözə bənzədib okodan
törəmə okno sözü işlədirlər.
Digər maraqlı fakt da ondan ibarətdir ki, azərbaycanlılar “mənim
yanımda dur” dedikdə yan sözündən istifadə etdiyi halda, ruslar sanki
gözümün qabağında ol/dur demək istədiklərinə görə “postoy okolo
menya” ifadəsini işlədirlər.
E.ə. Ylll əsrdə Qədim Romada ilin başlanğıcını (Novus annus) mart
ayından qeyd ediblər. Bu bizim Novruz bayramımıza uygun gəlir. Sadəcə
fərq ondan ibarətdir ki, il Mart (Müharibə allahı Mars) ayının 1-dən
başlayıb. Həmin dövrdə cəmi on ay mövcud olub və bunların əksəriyyətinin
adı allahlarla bağlı idi. İyul və Avqust ayları iki sezarın - Yuli Sezar və
Oktavian Avqustun şərəfinə qoyulub. Son dörd ay isə latın miqdar sayları
ilə verilib:
7 - septem - sentyabr
8 - okto - oktyabr
9 - novem - noyabr
10 - decem - dekabr
Aydınca görünür ki, bu dörd ay Mart ayına münasibətdə
sıralanıb.Novruz bayramı da məhz ilin başlanğıcını təsdiqləmirmi?
Çinlilər də ayı (月[yue] –“yüe”), hətta ili miqdar sayı ilə göstərirlər və
bu bizə görə belə anlaşılır:
一月 i yüe = 1 (-ci) ay – Yanvar
二月 ar yüe = 2 (-ci) ay – Fevral
三月 san yüe = 3 (-cü) ay – Mart və i.a.
Bu xüsusiyyət türklərin illəri miqdar sayı ilə verdiyi kimidir: 1951-
de və s.
Çinlilərdə həftələrin də adı yoxdur. Onlar 星期 (xingqi) [sintsi]
“həftə” sözünə 1- 6 miqdar saylarını artırırlar. Bircə bazar gününə 日 (rı)
– [jı] və ya (tian) [tyən] – “gün” mənası verən söz artırırlar:
星期 一sintsi i (sətri tərcümədə: həftə bir) Bazar ertəsi
星期二sintsi ar (həftə iki) Çərşənbə axşamı
星期 三sintsi san (həftə üç) Çərşənbə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
326
星期 四sintsi sı (həftə dörd) Cümə axşamı
星期 五sintsi vü (həftə beş) Cümə
星期 六sintsi liu (həftə altı) Şənbə
星期日sintsi jı /星期天 sintsi tyən / (həftə gün) Bazar
İngilislərin təqvimində həftə günləri bir başqa sistem üzrə qurulub.
Burada bir sıra günlər planetlər – göy cisimləri olan Günəş (Sunday), Ay
(Monday), Saturn (Saturday) ... ilə bağlı olduğu halda, Cümə günü
Friday[ Fraydi] – “boş, azad gün” mənası verir. Belə çıxır ki, həmin günü
ingilislər, ümumən xristiuanlar istirahət edirmişlər. Qəribə də olsa, belə
təqvim müsəlman aləminə daha uyğun gəlir, çünki Şərqdə Cümə azad,
istirahət günüdür. Maraqlıdır ki, belə istirahət günlərindən biri yəhudilər
üçün תבש םוי “yom Şabat” (ibri) - Şənbə günü - Суббота - Subbota (rus)
– Saturday (ing.) günüdür. Astroloji cəhətdən həmin gün Saturn
planetinə bağlıdır və o planetin enerjisi ağır olduğu səbəbdən yəhudilər o
gün heç bir iş görmürlər.
Amma farslarda tam tərsinədir. Onlarda həftə günləri Şənbəyə
köklənir və Cüməyə qədər miqdar sayı ilə sıralanır :
ﮫﺒﻨﺷ Şənbe Şənbə
ﮫﺒﻨﺸﮑﯾ Yekşənbe Bazar
ﮫﺒﻨﺷود Doşənbe Bazar ertəsi
ﮫﺒﻨﺸﮭﺳ Seşənbe Çərşənbə axşamı
ﮫﺒﻨﺷ رﺎﮭﭼÇaharşənbe Çərşənbə
ﮫﺒﻨﺷ ﺞﻨﭘPəncşənbe Cümə axşamı
ﮫﻌﻤﺟ Come Cümə
Türklər ilin fəsillərinə Azərbaycan türklərindən fərqli yanaşırlar:
ilkbahar - yaz - sonbahar - kış
bahar/yaz/ - yay - payız - qış
Türklərin nəyə görə ilkbahar və sonbahar deməsinə aydınlıq gətir-
mək “payız” sözündən asılıdır. Bu söz iki hissədən ibarətdir: pa (farsca
“ayaq”) və yaz . Nəticədə, pa+yaz = payız alınır. Doğrudan da, ilin
başında və sonunda isti-soyuq fəsillərə keçiddə havalar çox qarışıq olur
və bu cəhətdən bahar və payız bir-birinə bənzəyir.
Maraqlıdır ki, qədim rusların işlətdiyi “roVeSNik” sözü əsl
mənasına görə “VeSNa” /bahar/ sözünə bağlı olub, “eyni bahar qədər
yaşı olan”, yəni “yaşıd” deməkdir.
Belə bir fakt onu göstərir ki, bir sıra xalqlarda yeni il baharın
gəlişi təbiətin oyanışı – yenidən “dünyaya göz açması” ilə başlanırdı. Bu
da onu göstərir ki, Novruz bayramı heç bir dinə əsaslanmayaraq, təbiətin
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
327
özünü əks etdirir və artıq BMT onu Azərbaycan dövlətinin səyi
nəticəsində beynəlxalq bayram kimi təsdiqləyib.
Фикрет Ализаде
Лингвистические палитры
(историко-лингвистический, этимологический подход)
Резюме
Язык огромный и ценный материал каждого народа. В нём
много разнообразий в определении чего-то.
В словообразовании особую роль играют корневые согласные,
невзирая на разносистемность языков. Можно придти к такому
мнению, что это - остатки праязыка.
У каждого народа своё понимание в отношении названия чисел,
времён года, календарных месяцев и прочих.
Fikrat Alizada
Linguistic boards
(historical-linguistic, etymological approach)
Summary
Language is a huge and valuable material for every people. There
are many varieties in the definition of something.
In the word formation, root consonants play a special role, despite
the diversity of languages. One can come to the opinion that these are the
remnants of the pralanguage.
Each nation has its own understanding with respect to the name of
numbers, the seasons, calendar months, etc.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
328
Günel Bayramova
ADU,
filologiya üzrə fəlsəfə doktoru
gunelf@mail.ru
Orta əsr Venesiya yazılı mənbələrində türk və ərəb
dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri
Açar sözlər: mədəniyyət, mənimsəmə, mental model,
etimologiya, kontaminasiya
Ключевые слова: культура, заимствование, ментальная
модель, этимология, контаминация
Key words: culture, adoption, mental model, etymology,
contamination
Avropaya türk dilinin gəlişi türklərin Balkan yarımadasında
yerləşməsi, Osmanlı imperiyasının qurulması və onun Qərbin ən yaxın
sərhədlərinə qədər kök salması mərhələsinə təsadüf edir. Məhz tarixi
hadisələrin belə inkişafı bu mərhələyə qədər bir növ diqqətdən kənarda
qalan türk dilinin əhəmiyyətini xeyli dərəcədə artırırdı. Artıq Avropa
türk dilinin hegemon olduğu yeni bir reallıqla hesablaşmaq
məcburiyyətində qalırdı. Əlbəttə, ilkin mərhələdə bu prosesin kütləvi
şəkildə baş verdiyini demək olmaz. Çünki, hələ səlcuqlardan başlayaraq
Yaxın Şərqə doğru irəliləməyə başlayan türk tayfaları (bunların
içərisində oğuz qrupuna aid olan- salurlar, bayatlar, bayandırlar,
qaramanlar və s. var idi) özləri də müxtəlif ləhcələrdə danışırdı.
A.N.Samoyloviç qeyd edirdi ki, günümüzə gəlib çatan türk ədəbi dilinə
aid əsərləri XIII-XIV yüzilliklərə aid etmək olar. M.Mansuroğlu isə
Anadoluya səlcuqlarla birlikdə gələn türklərin “eski Türk kültürünün
temsilcileri olmadığını”(?!-G.B.) irəli sürmüşdür [1, səh.6]. Onun
fikrincə, bu, türklərin öz yazılarının olmadığından, buna görə də ərəb və
fars dillərində yazmaq məcburiyyətində qaldıqlarından irəli gəlirdi. Biz,
əlbəttə, ərəb və fars qrafikasının tarixin müəyyən mərhələsində türk
dilləri üçün əsas götürülməsi faktını türklərin qədim “türk mədəniyyətinin
təmsilçiləri olmaması” üçün səbəb hesab etmirik.
Avropada Türk-Azərbaycan dilinə aid ilk əsərlər XIV əsrin
sonlarından etibarən yazılmağa başlamışdır. Bunlardan ilk olaraq
İ.Şiltberger (1427), Pietro Ferraguto (1611), Pietro della Valle (1620), B.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
329
Pianzola [2] Poletti Andrea [3] və digərlərinin adlarını çəkmək olar. Bu
isə hələ orta əsrlərdə Qərb dünyasında Türk-Azərbaycan dili və
mədəniyyətinə olan marağın göstəricisidir. Bəkir Çobanzadə yazırdı ki,
qrammatika Şərqdə dini kitabları, Qərbdə isə qədim ədəbiyyat
memoriallarını düzgün anlamaq zərurətindən irəli gəlmişdir. Orta
əsrlərdə bu sahədə aparılan araşdırmaların əsas məqsədinin dini
mətnlərin öyrənilməsi və missionerlik fəaliyyətinin başqa ölkələrə doğru
genişləndirilməsi ilə sıx bağlı olunduğu düşünülür [bax: 4, səh.106].
Lakin araşdırmamız onu da müəyyən edir ki, bu məqsədlər arasında həm
də siyasi-diplomatik əlaqələrin qurulması, Venesiya Respublikası kimi
qüvvətli dəniz dövlətinin öz sərhədləri yaxınlığında digər güc mərkəzinin
- Osmanlıların -möhkəmlənməsi ilə də əlaqədar idi.
Qərbdə şərqşünaslığa olan marağın miqyasını müəyyənləşdirmək
üçün bir sıra mənbələrin adlarını çəkməyi məqsədəuyğun hesab edirik:
Xorvatiyalı humanist Lüdovik Krijeviç Tuberonun (Ludovik Crijevic Tu-
beron) De Turcarum Origine, Moribus, & Rebus Gestis Commentariis
(Floransa, 1590);Alman diplomat İohan Lövenklau (Johannes Löwenk-
lau) Historiae Musulmanae Turcorum (Frankfurt, 1590);Alman humanist
Yoaxim Kamerar (Joachim Camerarius) De Rebus Turcicis Commentarii
Duo (Frankfurt, 1598); italyan dilçi alimi Pietro Ferraguto-nun Gramma-
tica Turchesca (1611);Alman dilçi və şərqşünası Yeronim Miqizanın
(Hieronymus Megiser) Institutionum Linguae Turcicae Libri Quattuor
(Leipzig, 1617);Fransız şərqşünası Andre dü Ryenin Rudimenta Gram-
matica Linguae Turcicae (Paris, 1630);Yeddi il Türkiyədə yaşamış macar
soylu Yakob Harşani-Nagın (Jakab Harsányi-Nagy) Colloquia Familia-
ria Turcico-Latina seu Status Turcicus Loquens (Köln,1672);Alman
şərqşünası J.D.Şifedekerin (J.D. Schieferdecker) Grammatica Turcica
(Weissenburg, 1695);F. Meninskinin Thesaurus Linguarum Orientali-
umTurcicae, Arabicae, et Persicae: Lexicon Turcico-Arabico-Persicum
& Grammatica Turcica (Viyana, 1680) və ayrıca əlavə olaraq nəşr etdiyi
Latinca-Osmanlıca kiçik lüğət Onomasticum (Viyana, 1687) əsəri və bir
çox adlarını çəkmədiyimiz əsərlər. [4, s.114-116].
Hələ 1500-1600-cü illərdə məqsədyönlü qələmə alınmış və
missionerlik və ya tədqiqat yönümlü araşdırmaları nəzərə almasaq belə,
Türk-Azərbaycan, ərəb-fars dilinin izlərini bir çox öncəki mərhələlərə aid
qədim əlyazmalarda da müşahidə etmək olar. Bu mərhələdə hələ
qrammatik qaydalar, morfoloji xüsusiyyətlər və ya sintaktik quruluşdan
bəhs etmək yersizdir. Belə ki, yeni dünyanın ilk təzahürü onun yad
elementləri olan fərqli təfəkkür xüsusiyyətlərinə xas ifadə və anlayışların
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
330
təqdimatında öz əksini tapmışdır. Burada hələ sırf şərqşünaslıq ənənələri
deyil, yeni təfəkkür modeli ilə qarşı-qarşıya dayanan ayrı-ayrı fərdlərin
fərqli dil faktlarını ifadə etməsi üçün yaranan ilkin tələbat və
çatışmazlıqlardan söhbət gedir.
Öz mənafeyi naminə Osmanlıya xüsusi “diqqət” göstərən, Aralıq
və Qara dəniz hövzəsində özünəməxsus mövqeyə malik Venesiya
Respublikası bir-birinin ardınca öz elçilərini şərq kəşfiyyatlarına
yönəltmişdir. Bu baxımdan bir tərəfdən Qafqaz sərhədlərində yaranan
Ağqoyunlu dövləti və onun hökmdarı Uzun Həsənin sarayına, digər
tərəfdən Konstantinopola “Böyük Qapı”ya göndərilən Venesiya
elçilərinin orta əsr əlyazmalarında Türk-Azərbaycan, ərəb-fars mənşəli
ifadələrin əks olunması maraq doğurur. Bu məqamda Lukas Notarasın
(1453) dilçilik baxımından irəlidə aydınlıq gətirəcəyimiz məşhur
deyimini də nəzərə çatdırmaq istərdik: “Meglio vedere in città il potere
del turbante turco che non quello della tiara latina.”- “Şəhərdə
(Konstantinopol – G.B.) türkün əmmaməsinin hökmranlığını görmək
latının tacını görməkdən daha yaxşıdır” [5]. İfadənin ilk baxışdan
anlaşılmaz görünə biləcəyini nəzərə alaraq onun şərhini vermək istərdik.
Katolik kilsəsini təmsil edən “latın tacı” ifadəsi burada İslam dini və ya
müsəlman hakimiyyətini təmsil edən “türk əmmaməsi” ilə
qarşılaşdırılmışdır. Konstantinopolun fəthi ərəfəsində Bizans
imperiyasının sonuncu hersoqu, yunan mənşəli L.Notaras tərəfindən
söylənilən bu ifadə katolik kilsəsindənsə Osmanlı himayəsinin üstün
tutulmasını aydınlığı ilə əks etdirir.
Tədqiqata cəlb etdiyimiz və hələ Azərbaycan oxucusuna məlum
olmayan Venesiya mənbələrində rast gəlinən ifadə və anlayışları təhlil
edərkən məlum olur ki, burada ilk növbədə səs cildinin təqlidinə
əsaslanan mənimsəmə üstünlük təşkil edir. Konkret olaraq məşhur
italyan, daha doğrusu, venesiyalı səyyah və diplomat, Uzun Həsənin
sarayında elçilikdə olan Cozafat Barbaro (Giosafat Barbaro) 1487-ci ildə
qələmə aldığı “Səyahətnamə”sində bu cür səs təqlidi alınmaları müşahidə
etmək olar. C.Barbaro yazır: “Essendo un giorno io sotto el paviglion de un
Turco amico mio, capitò li uno di quelli dravis...” - “Bir gün bir türk
dostumun çadırında olarkən o dərviş-lərdən biri gəldi...” [6, səh.167]. Qeyd
edək ki, müasir italyan dilində “derviscio” formasını alan ərəb-fars mənşəli
“ﺶﯾورد” – “darwīsh” sözü “kasıb”, “fiziki dünyadan əl çəkən” dindar insan
anlamını ifadə edir və orta əsrlərdə daha çox “dravis”/ “darvis” formasında
italyan dilinə daxil olmuşdur.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
331
Digər bir hadisənin nəqlində C. Barbaro qeyd edir ki, “Venne la
cosa ad orecchie dil signor el qual lo misse nelle man del cadi laschar”–
“Bu söhbət hökmdarın qulağına çatdı və o, həmin bu şəxsi qazi-nin
mühakiməsinə verdi” (yenə orada). Ərəb mənşəli
“ضﺎﻗ
ٍ ”
sözündən olan
bu leksik vahidin C.Barbaronun hekayəsində yer alması və onun italyan
dilinə sırf türk dilindən keçməsi də şübhə doğurmur. M.Viallon qeyd
edirdi ki, italyan-venesiya dili ilə türk dilləri o qədər fərqli dil
sistemlərinə malikdirlər ki, bu dillərdə heç bir linqvistik kontaminasiya
mövcud deyil və dil mübadiləsi anlayışları olduğu kimi mənimsəməklə
məhdudlaşır [7, səh.7]. C.Barbaronun yazılarında belə mənimsəmələr az
deyil. Məs: “Et questo era vero, conzosia che Buran Taiapietra nostro
truzimanno haveva un occhio solo...” - “Və bu doğru idi, çünki, bizim
tərcüməçimiz, Buran Tayapyetranın bir gözü var idi...” [6, səh.75].
Gildani mənşəli bu söz yahudilər vasitəsilə ərəblərə (نﺎﻤﺟﺮﺗ
-tarǧumān
)
keçmiş və orta əsrlərdə Qərb dünyasında türk, ərəb və fars dillərindən
“tərcümə edən şəxs”i göstərmək üçün ifadə olunmuşdur. “Truzimanno”-
həmin dövrlərdə həm də savadlı, bilikli şəxs anlamında istifadə edilirdi.
Lakin venesiyalılar bu sözü “interprete” – dilmanc, vasitəçi, tərcüməçi
anlamında işlədirdilər. Bir çox mənbələrdə göstərilir ki, “turzimanno” –
“təcüman”, yəni “tərcüməçi” və ya dil “vasitəçi”si olan bu mühüm şəxs
həm osmanlı türkçəsini, həm ərəb dilini və bundan savayı ən azı, bir
Avropa dilini bilməli idi. Şərqlə Qərb əlaqələrinin vasitəçisi olan bu
“tərcüməçi” fiquru mühüm diplomatik mövqeyə malik olmaqla müasir
məna tutumundan daha geniş anlayışı ifadə edirdi. C.Barbaronun
əsərində “truzimanno” kimi qeydə alınan bu söz müxtəlif mənbələrdə
bəzən “turzimanno”, bəzən “torcimanno” formalarını almış və müasir
italyan dilində “turcimanno”, “dragomanno” şəklində mövcuddur.
Yuxarıda L.Notaras-dan gətirdiyimiz sitatda yer alan “turbante turco” –
“türk əmmaməsi” birləşməsindəki turbante sözünün məhz türk dilindən
italyan dilinə keçdiyini qeyd etmək istərdik. Fars mənşəli
ﺪ"""""""ﻨﺒﻟود
və ya
ﺪ"""""""ﻨﺒﻟد
anlamını verən bu söz türk dilinə “tülbent” şəklində keçmiş və
buradan da “turbante” formasında italyan dilinə daxil olmuşdur.
Göründüyü kimi, orta əsr türk-ərəb mənşəli alınmalar əsasən
realilər, yad elementlər, yəni fərqli təfəkkür və mental modellərə malik
xalqların ətraf mühit və dünyagörüşündən yaranan anlayış və ifadələrin
işarələnməsi ilə bağlıdır. Dini, siyasi, bəşəri “forma mentis”lə bağlı bu
kimi məfhumları ifadə etməyin çətinliklərindən M.Barbaro (1573),
G.Mororosini (1585) və digərlərinin Venesiya Senatına etdikləri
məruzələrində rast gəlmək olar. Bu ifadə və anlayışların yaranmasında
Dostları ilə paylaş: |