yağ payını (i-ba), geyim payını (tud-ba) o verməlidir).
Tonyukuk abidəsində ba sözü bağlamaq və qatılmaq, iştirak etmək
anlamlarında işlənmişdir (6,s.305).
Hazırda türk dilində bir şeyi ağzına kimi doldurmağa siləbəsilə
deyilir. Qabın ağzına qoyulan parça da silə adlanır. Bu söz Şumer dilində
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
350
si-si şəklində işlənmişdir: barağ-ga na-mu-un si-si-ig-de (qoy o mənim
zənbilimi taxılla siləbəsilə doldursun).
Bayram Əhmədov yazır ki, Azərbaycan dilinin şivələrində samit-
sait quruluşlu cu, bə, li, ho, bö, ba, qo, so, sa, co, do və s. kimi müstəqil
mənalı sözlər var (3,s.21). Doğrudan da Azərbaycanın bəzi bölgələrində
bəs əvəzinə bə, sən əvəzinə sa deyilir. Ho sözü isə hətta bir atalar
sözündə yaşayır: Ho-ho var, dağa qaldırar, ho-ho var, dağdan endirər.
Holavar, hodaq və hodaqçı sözləri ho kökündən yaranmışdır. Bunu
sözlərin hecalara bölünməsi də təsdiqləyir: ho-la-var; ho-daq; ho-daq-çı.
Deməli, qədim dildə samit-sait quruluşlu bir hecalı sözlər indikindən qat-
qat çox olmuşdur.
Söz yaradıcılığının üçüncü mərhələsində sait-samit quruluşlu (01
*
)
bir hecadan və iki səsdən ibarət sözlərin əvvəlinə samitlərin qoşulması
yolu ilə yeni sözlər əmələ gəlmişdir. Bu yolla dildə daha çox sözlər
yaranmışdır, çünki sait-samit quruluşlu (01) bütün sözlərin əvvəlinə əksər
samit səsləri artırmaq olur. Məsələn:
ağ=bağ, dağ, çağ, cağ, yağ, tağ, sağ, mağ, zağ, vağ, lağ,
ad=bad, dad, cad, yad
ol=bol, dol, yol, sol, kol, qol
al=bal, dal, lal, mal, yal, sal, zal, nal, qal, şal, fal, kal, val, çal, xal, hal
Bu yolla yaranmış sözlərin böyük əksəriyyəti hazırda dilimizdə
işlənir. Bundan başqa, hazırda Azərbaycan dilinin Gəncə-Qazax şivələrində
hör, hörmək, hörgü, hörük sözləri h səsi olmadan deyilir. Bu da onu göstərir
ki, həmin sözlərin ilk hecası əvvəlcə ör şəklində olmuş, sonra əvvəlinə h
samiti artırılmaqla hörə çevrilmişdir. Hazırda dilimizdə vur, vurmq,
vuruşmaq kimi işlənən sözlərə qədim yazılı qaynaqlarda ur, urmaq,
uruşmaq şəkillərində rast gəlinir ki, bu da onların ur kökünə v samitinin
sonradan artırıldığını göstərir. Üstəlik, bugünkü iki və daha çox hecalı
sözlərin də çoxu qədim dildə bir hecalı olmuşdur. Buna M.Kaşğarinin
“Divan”ında və digər yazılı abidələrimizdə çox rast gəlinir. Məsələn,
M.Kaşğari “Divan”da kəsək sözünü kəs (10,s.343), qurşaq sözünü kur
(10,s.339), yoxuş sözünü yok (10,s.122) şəkillərində yazmışdır. “Dədə
Qorqud”da yedək söz ü yed, dünən sözü dün şəkillərində işlənmişdir.
Qatar-qatar qızıl dəvələrini yetdilər (yedəklədilər). Nağah qovma-qaçma
olarsa birisini minəm,birisini yedəm (2,s.52). Orxon-Yenisey
abidələrində də yedəkləmək sözü yet kimi verilmişdir. Bundan başqa,
Orxon-Yenisey abidələrində pozuq sözü buz, yaxın sözü yak,yığıntı sözü
*
0 sait, 1 samit səsləri göstərir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
351
yığ, günəş sözü gün, qoymaq sözü ko, qoyun sözü koy, tapınmaq sözü
tap, doğulmaq sözü toğ (13,s.352,358,361,365,368,376,378), yoxsul sözü
yok, boran sözü bor, qırmaq sözü kır, pozmaq sözü boz (6,s.327,307,313)
şəkillərində yazılmışdır ki, bunlar bugünkü çoxhecalı sözlərin
başlanğıcda bir hecalı olduğunu göstərir. Soruş sözü sor, soruşmaq sözü
sormaq, dünən sözü dün, günəş sözü gün şəkillərində hazırda canlı
danışıq dilində çox işlənir.
Söz yaradıcılığının dördüncü mərhələsində samit-sait quruluşlu
(10) iki fonemli bir hecalı sözlərin sonuna samitlərin qoşulması,
artırılması yolu ilə yeni sözlər alınır. Bu sözlər də samit-sait-samit
quruluşlu olur (101). Məsələn:
Sa=sağ, sal, sam, say, saz, san, saç, sat
Ba=bağ, bal, bay, baz, bax, bat, baş, bas, bad, bab, ban, bar
Bu sözlər eyni zamanda sait-samit quruluşlu (01) sözlərin əvvəlinə
samit səslərin artırılması yolu ilə də yarana bilir. Ona görə də söz
yaradıcılığının üçüncü və dördüncü mərhələləri ilk baxışda bir-birini
təkrarlayır. Lakin onlar söz yaradıcılığının eyni yolu deyildir. Məsələn,
sağ sözü ağ kökünün əvvəlinə s samiti və sa kökünün sonuna ğ samiti
artırmaqla yarana bilir. Burada həmin sözün hansı yolla yarandığını
müəyyənləşdirmək də çətindir. Ancaq bir şey dəqiqdir ki, söz
yaradıcılığında hər iki üsuldan istifadə edilmişdir.
Bəzi alimlər belə hesab edirlər ki, iki fonemli sözlərin əksəriyyəti üç
fonemli sözlərin əvvəlindəki və ya sonundakı samit səsin düşməsi yolu ilə
yaranmışdır. Məsələn, saz sözünün əvvəlindəki s samitinin düşməsi
nəticəsində az sözü əmələ gəlmişdir. Doğrudur, dildə səsartımı kimi,
səsdüşümü də var. Lakin söz yaradıcılığının başlanğıc mərhələlərində bu
üsulla yeni sözlərin yaranması ağlabatan deyil. Əgər ilk sözlər tək sait
səslərdən ibarət olmuşdursa, onda başlanğıcda yeni sözlər almaq üçün yalnız
onların əvvəlinə və sonuna samit səslər artırılmışıdır. Söz yaradıcılığının
ilkin mərhələlərində səs düşümünün mövcudluğu sözlərin mürəkkəb
quruluşdan sadə quruluşa doğru dəyişdiyini göstərir. Halbuki başlanğıcda
belə olmamışdır. Səs düşümü hadisəsi dilin sonrakı inkişaf mərhələlərində
olmuşdur və onun nə vaxt meydana çıxdığını müəyyənləşdirmək olar.
Göründüyü kimi, həm tək sait səslərin, həm də onlardan yaranmış iki
fonemli, bir hecalı sözlərin əvvəlinə və sonuna samit səslərin artırılması yolu
ilə külli miqdarda yeni sözlər əmələ gəlmişdir. Dildə səs artımı samitlərlə
məhdudlaşmamışdır. İki fonemli sözlərin əvvəlinə və sonuna sait səslərin
artırılması yolu ilə də çoxlu yeni sözlər yarana bilərdi. Tutaq ki, sait-
samit quruluşlu (01) iki fonemli sözlərin sonuna saitlər qoşulmuşdur:
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
352
an+a=ana; at+a=ata; ar+a=ara; ay+a=aya; ad+a=ada; uc+a=uca;
ur+a=ura; ut+u=utu; al+a=ala; od+a=oda; ul+u=ulu. Lakin bu yolla
söz yaradıcılığı heca qanununun tələblərinə uyğun gəlmir. Ona görə də
bu yolla söz yaradıcılığı şübhə doğurur. Bu qəbildən olan sözlərin
yaranmasının ikinci yolu da var. Bu da samit-sait quruluşlu (10) sözlərin
əvvəlinə sait səslərin artırılmasıdır: a+ya=aya; u+ru=uru; u+ca=uca.
Burada da hansı sözün hansı yolla yarandığını dəqiq müəyyənləşdirmək
ilk baxışda xeyli çətinlik törədir. Lakin heca qanununu tətbiq etdikdə bu
çətinlik aradan qalxır. Bu məqsədlə həmin sözləri və onlara sözdüzəldici,
sözdəyişdirici şəkilçilər qoşulmaqla yaranmış sözləri hecalara bölmək
kifayətdir. Məsələn: uca=u+ca; ura=u+ra. Əgər söz hecalara
bölünərkən əvvəldəki sait səs təklikdə qalırsa, onda həmin sözlərin hansı
tərkib hissələrindən ibarət olduğu aydın görünür. Bu çox vacibdir, çünki
sözün tərkib hissələrinə düzgün bölünməsi onun kökünü tapmağı
asanlaşdırır. Türk dilində söz önlükləri olmadığına görə, bütün hallarda
birinci heca sözün köküdür. Məsələn, ara sözünü götürək. Ondan aralı,
araqçın, araba, aravuran, aralıq, aralamaq, aralanmış, arasında və s.
kimi yeni sözlər əmələ gəlmişdir. Onların hamısı hecalara bölünərkən
birinci a səsi təklikdə müstəqil heca olur: a-ra-lı, a-raq-çın, a-ra-ba, a-
ra-vu-ran, a-ra-lıq, a-ra-la-maq, a-ra-lan-mış. Deməli, heca qanununun
tətbiqi yolu ilə sözləri düzgün tərkib hissələrinə bölmək və bunun da
əsasında onların necə yarandığını müəyyənləşdirmək olur. Burada
səsartımı yoxdur. Əslində yuxarıdakı sözlərin əvvəlində gələn və təklikdə
heca əmələ gətirən a səsi iki fonemli sözün əvvəlinə artırılmış sait
olmayıb, kök funksiyası daşımışdır. Samit-sait quruluşlu iki səsli
morfemlər isə bu mərhələdə sözdüzəldici şəkilçiyə çevrilərək tək saitdən
ibarət söz köklərinə qoşulmuşdur. Bunun təsdiqi üçün ta hissəsinin altı
cür yazılan şəkilçi olduğuna diqqət yetirmək kifayətdir:
ta-a+ta, bu+ta, or+ta, bal+ta;
tə-kə+tə, küf+tə, sif+tə, müf+tə,ö+tə, nöq+tə;
tı-al+tı, qar+tı, ba+tı, ça+tı, qa+tı, pa+rıl+tı, qı+zar+tı;
ti-pi+ti, i+ti, kə+rən+ti, ə+rin+ti, pin+ti;
tu-qu+tu, tu+tu, u+tu, lo+tu, gu+rul+tu, u+ğul+tu;
tü-ü+tü, kö+tü, ü+zün+tü, gö+rün+tü, çü+rün+tü, tüs+tü.
Şumer dilində də bu cür yaranmış sözlər yetərincə çoxdur.
Məsələn, u-ru, u-tu, a-ba, a-ma, İ-nan-na və s. Bu sözlərin hamısının
kökü birinci saitdir. Ulu sözünü götürək. U yuxarıda deyildiyi kimi,
Şumer və türk dillərində ağıllı, bacarıqlı, lu isə insan anlamı bildirmişdir
(14,s.227). Göründüyü kimi, Şumer və türk dillərində ilk sözlərin və səs
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
353
artımı yolu ilə yeni sözlərin yaranması arasında çox yaxın səsləşmələr,
eyniliklər var. Deyilənlər əsasında Şumer və türk dillərində ilk sözlərin
yaranma yollarını aşağıdakı kimi ümumiləşdirmək olar:
1.Şumer və türk dillərində ilk sözlər tək sait səslərdən ibarət
olmuşdur.
2.Sait səslərin sonuna samitlər atrırılmaqla yeni sözlər yaranmışdır
(01).
3.Sait səslərin əvvəlinə samitlər artırılmaqla yeni sözlər
yaranmışdır (10).
4.Alınmış sait-samit quruluşlu (01) iki fonemli sözlərin əvvəlinə
samitlərin artırılması yolu ilə yeni sözlər əmələ gəlmişdir (101).
5.Alınmış samit-sait quruluşlu (10) iki səsdən ibarət sözlərin
sonuna samitlərin artırılması yolu ilə yeni sözlər yaranmışdır (101).
6.Alınmış samit-sait quruluşlu (10) iki səsli sözlərin tək sait
səslərdən ibarət söz köklərinə qoşulması yolu ilə yeni sözlər yaranmışdır
(010).
Beləliklə, Şumer və türk dillərində ilk sözlər tək sait səslərdən
ibarət olmuş, onların hər biri sonradan semantik yuvaya çevrilmiş, söz
yaradıcılığının ilk mərhələsində həmin saitlərə səsartımı yolu ilə yüzlərlə
yeni sözlər yaranmışdır.
ƏDƏBİYYAT:
1. Sadıq İ. Türk dilində heca qanunu//”Sivilizasiya” jurnalı. Bakı. 2016.
№ 1. səh. 27-33; “Kaspi” qəzeti. 27-29 fevral 2016. Səh.21.
2. “Kitabi-Dədə Qorqud” (Tərtib edəni: Həmid Araslı). “Gənclik”!.
Bakı. 1978.
3. Əhmədov B. Azərbaycan dili şivələrində fono-semantik söz
yaradıcılığı. BDU nəşriyyatı. Bakı. 1994.
4. Этимологический словарь тюркских языков (составитель
Э.В.Севортян), Москва, «Наука», 1974.
5. Sadıq İ. Şumer ədəbiyyatı, “Azərnəşr”, Bakı, 2013.
6. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili, “Maarif”, Bakı, 1993.
7. Ergin M. Orhon abideleri, 7 baskı, İstanbul,1980.
8. Aslanov V. Daxili bərpa üsulu və Azərbaycan dilinin yazıyaqədərki
fonomorfoloji və leksik-semantik mənzərəsinin öyrənilməsi//
Azərbaycan filologiyası məsələləri. II kitab. “Elm”. Bakı. 1984. S.38-
44.
9. Древнетюркский словарь. Москва.1969.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
354
10. Mahmud K. Divanü-luğat-it türk (tərcümə edəni: Ramiz Əsgər). IV
cilddə. I c. Bakı. 2006.
11. Məmmədov Y. Müstəqilliyini itirən köklərin çoxhecalılığa doğru
inkişafı haqqında// Azərbaycan filologiyası məsələləri. II kitab.
“Elm”. Bakı. 1984. S.59-66.
12. Малов С.Е. Памятники древнетюркской письменности,
Москва,1951.
13. Rəcəbov Ə.; Məmmədov Y. Orxon-Yenisey abidələri, “Yazıçı”,
Bakı, 1993.
14. Sadıq İ. Şumerdə izim var, “Azərnəşr”, Bakı, 2008.
Ислам Садыг
Первичные слова и словообразование посредством прибавления
звуков в шумерском и тюркском языках
Резюме
Первичные слова в шумерском и тюркском языках состояли из
гласных звуков-a,ı,i,e,u. Затем образовались новые слова путем
присоединения к ним согласных звуков. В данной статье все эти
вопросы подробно изучены.
Islam Sadig
Primary words and word-formation by adding the sounds in the
Sumerian and Turkic languages
(Summary)
Primary words were consisted from the odd vowel sounds in the
Sumerian and Turkic languages. Then new words are formed by adding
consonant sounds. In the article these questions are studied in detail.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
355
Aynel Məşədiyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent
aynel.meshadiyeva@mail.ru
UOT 811.512.1
Türk dillərində feili bağlamaların və feili sifətlərin
öyrənilməsinin nəzəri problemləri
Açar sözlər: feili-bağlama, feili-sifət, öyrənilmə, türk dilləri,
nəzəri problemlər
Ключевые слова: деепричастие, причастие, изучение,
тюркские языки, теоретические проблемы
Keywords: gerund, participle, study, Turkic languages, theoretical
issues
Türk dillərində və onların dialektlərində feili bağlama kateqoriyası
çoxdan alimlərin tədqiqat obyekti olmuşdur və özündə mühüm
qrammatik kateqoriya kəsb edir. Türk dillərində feilin feili bağlama
forması sistemi ümumi və fərqli əlamətləri ilə xarakterizə olunur.
Türk dillərində feili bağlama formalarının bu cür müqayisəli-tarixi
aspektdə öyrənilməsi türkologiyanın aktual məsələlərindən biridir. Belə ki,
müqayisəli-tarixi tədqiqat vasitəsilə feili bağlamaların fonetik, morfoloji və
sintaktik əlamətlərinin tarixi inkişafı açılır, həmçinin onların təşəkkül tapma-
sının və formalaşmasının bəzi məsələləri araşdırılır. Feili bağlama
kateqoriyası bir çox namizədlik və doktorluq dissertasiyalarının tədqiqat
obyekti olmuşdur: V.M.Askarova (1950), A.M.Xosrovi (1950), İ.P.Pavlov
(1953), A.Tursunov (1958), Y.D.Canmavov (1965), H.H.Məmmədov
(1967), M.M.Tekuyev (1973), A.Annaurov (1979), V.H.Əliyev (1989),
İ.A.Nevskaya (1990), İ.Syuya (1995), M.B.Əsgərov (2004), Y.Q.Erqin
(2007), E.Məmmədova (2015), Ş.A.Musayevanı (2015) və başqalarını
göstərmək olar.
Bundan əlavə, türk dillərinin feili bağlama formaları İ.A.Pavlov
(1953, 1955, 1957), K.Mundi (1955), Q.F.Babuşkin (1959, 1964),
İ.A.Andreyev (1964), A.M.Şerbak (1960), K.A.Xacıolova (1970),
A.A.Yuldaşev (1976-1977), M. İ. Çeremisina (1977,1999,2000,2001),
Y.İ.Korkina (1983,1985), N.E.Hacıəhmədov (1984), İ.A.Nevskaya (1986),
L.Yoxanson (1988), V.Əliyev (1989), Q.R.Abdullina (2009), A.V.Qatıpova
(2009) L.M.Xasanova (2010), V.İ.Rassadin (2012), L.M.Ulmezova (2011),
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
356
V.Q.Kondratyev (1990), M.Uğurlu (1996,2000), M.Onər (1999,2007),
B.Yücəl (2000), A.Aktaş (2001), Q.Gülsevin (2002,2010), Y.Arıkoğlu
(2004), A.Karadoğan (2004), N.Bayraktarın (2004) və başqalarının bir sıra
elmi məqalələrində işıqlandırılmışdır.
V.Əliyevin Azərbaycan dilində feilin təsriflənməyən formalarının təd-
qiqinə həsr edilmiş doktorluq dissertasiyasını (V.H.Əliyev, Bakı, 1989) və
onun “Azərbaycan dilində feili bağlama” (1989) adlı dərs vəsaitini xüsusi
olaraq qeyd etmək lazımdır. Həmin mənbələrdə Azərbaycan dilində feili
bağlama formalarının ümumnəzəri və spesifik xüsusiyyətləri müəyyənləşdi-
rilmişdir.
Məlumdur ki, feili sifət formaları bir sıra spesifik əlamətlərə malik-
dir və həmişə xüsusi şəkilçilərlə yaranır.
Türkoloji ədəbiyyatda bəzi tədqiqatçılar feili bağlama şəkilçilərini
sözdüzəldici şəkilçilər adlandırırlar, başqaları isə formadüzəldici
şəkilçilər hesab edirlər.
Y.D.Canmavov və İ.P.Pavlov feili bağlama şəkilçilərini formadü-
zəldici şəkilçilərə aid edirlər [8, s.2].
N.A.Baskakovun fikrincə: Feili bağlamalar xüsusi sözdüzəldici
şəkilçilərin birləşməsi vasitəsilə yaranır [1, s.460].
Biz həmçinin bu nöqteyi-nəzərlə razılaşır və feili bağlama şəkilçilə-
rini formadüzəldici şəkilçilərə, yəni sözün sintaktik işlənməsi ilə bağlı ol-
mayan müxtəlif qrammatik formalar yaradan şəkilçilərə aid edirik.
Bir qayda olaraq, feili bağlamalara başqa hərəkəti aydınlaşdıran kö-
məkçi hərəkət ifadə edən feilin dəyişməyən forması kimi baxılır. M.Aska-
rova, A.M.Şerbak, N.P.Dırenkova, İ.P.Pavlov, A.Tursunov və başqaları bu
fikiri bölüşürlər. Türk dillərində feili bağlamaların təsviri dəyişməz forma
kimi, bir sıra linqvistlərin əsərlərində tənqidə məruz qalmışdır.
Bu cür fikir mülahizəsi, bizim nöqteyi-nəzərimizlə, türk dillərində feili
bağlamaların mahiyyət və mənasını tam açmır. Bu tərifi müasir türk dillə-
rində feili bağlamalara aid etmək olduqca müşküldür.
Türk dillərində feili bağlamalar tamamilə feilin dəyişməyən forması
deyildir. Ayrı-ayrı türk dillərində bəzi feili bağlamaların şəxs və kəmiyyət
şəkilçilərini qəbul etmələri faktlarının təzahür etməsi bizi bu nəticəyə gətirir.
Yakut dilində feili bağlamaların şəxs və kəmiyyət şəkilçilərini qə-
bul etməsi feili bağlamaların dəyişməsi barədə faktdır. Müasir yakut
dilində doqquz feili bağlamadan yalnız -bıtınan və -bıçça şəkilçili ikincili
feili bağlamalar şəxs şəkilçiləri qəbul etmir. Bu cür hallara başqa müasir
türk dillərində də rast gəlmək mümkündür: məsələn, qaraçay – balkar
dilində келгенлейинче (kelqenleyinçe)- yalnız sən bura gəlincə [9, s.79];
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
357
özbək dilində ёзгунимча (yozqunimça) -hələ mən yazmayınca; türkmən
dilində -qelyençem -mən gəlməyincə [4, s. 414-417]; tula dilində
kelqijemçe – mən gəlməyincə.
Qeyd edək ki, bir sıra türk dillərində feili bağlama formaları hal
şəkilçilərini qəbul edirlər. Belə hallar başqırd, qumıq, tuva və başqa
dillərdə müşahidə olunur. Məsələn, başqırd dilində kıytkastan –ğаs, -qəs; -
каs, - кəs, - gedərkən; tuva dilində -kelqeşte, -kelqeşten -gələrkən; qumuq
dilində - aytqınçadan berli – sən danışandan bəri və s. göstərmək olar.
Türkiyə türkcəsində - (у) alı
2
beri qoşması ilə işləyərkən çıxışlıq
halın şəkilçilərini qəbul edə bilər. Məsələn, ben mektubunuzu alalı (dan)
beri iki hafta oldu – Sizin məktubu alandan sonra iki həftə keçib.
A.N.Kononov qeyd edir ki, qədim osman mətnlərində - (y) alı
2
şəkilçili
feili bağlamalar çıxışlıq halında beri qoşmasız işlənir [5, s. 481].
Bu hal XIV-XIX əsr Azərbaycan dilinin yazılı abidələrində də müşa-
hidə olunur. Məsələn, XIV əsrin görkəmli Azərbaycan şairi Nəsiminin
əsərlərində -alı/-əli şəkilçili feili bağlama forması çıxışlıq halın -dan/-den
şəkilçiləri ilə işlənir. Misal üçün: Saçların düşəlindən bədri-zülfün tabına;
Ey latə tapici sənə eyb etməzəm nədən; düşəlidən – düşərək [6, s. 16].
Türk dilinin Rizə dialektində -arak/-erek şəkilçili feili bağlamaların
həm çıxışlıq, həm də yerlik halların şəkilçiləri ilə işlənməsi halları qeydə
alınmışdır. Misallar: “gelu, diyor, şindi nerdeyse, diyerekten buni nasi
duydisamiktat diyanamadi ...; Bindi, bi şey yaptı, bi marifet yaptı, kuşlar,
bağladi attina ustine et kodi falan diyerekte... [12, s. 267]; Tek-tek
basaraktan, bade süzerekden, ince dizerekten, gel yarim, gel aman;
diyerekte-deyərək, süzerekten-süzərək [11, s. 431].
Birincili feili bağlamaların hal şəkilçiləri ilə birləşməsi faktı türk dillə-
rinin dialekt və şivələrində, həmçinin xalq-danışıq dilində daha çox qeydə
alınmışdır. Misallar: Qızarıfdan yerə keçmərsən, hələ üzümə də baxersan? –
Qızarıb yerə keçmirsən, hələ üzümə də baxırsan?[10, s. 98-99].
Türk dillərində feili sifətlərin tədqiqinə ötən əsrin 50-ci illərində baş-
lanmışdır. Bu müddət ərzində türkoloqlar feili sifətlərin əsas morfoloji xüsu-
siyyətlərini, sintaktik quruluşunu tədqiq etmişlər. Müasir türk dillərində ək-
sər feili sifət formalarının təsnifatı aparılmış, etimologiyası aşkar edilmişdir.
Buna baxmayaraq türkoloqlar hələ də türk dillərində feili sifətlərin
qrammatik xüsusiyyətlərinin öyrənilməsinə eyni yanaşma işləyib hazırla-
mamışlar. Hər ehtimala qarşı bu, türk dillərində feili sifət formalarının
funksional-semantik əlamətlərinin spesifikasının interpretasiyası zamanı
müxtəlif yanaşmalardan istifadə etməklə bağlıdır. Bununla birlikdə, ümu-
mi dilçilikdə sintaksisin əsas ideya və konsepsiyalarının elmi cəhətdən
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
358
dəqiq tədqiq edilməməsi həmçinin qohum dillərdə kondisiya hallarının
yanlış izahına səbəb olur.
Türk dillərində feili sifətlər daha çox aşağıdakı istiqamətlərdə tədqiq
olunur: modal, zaman formaları və feilin şəkilləri tədqiq edilərkən; təsadüfi
yaranan feil və feili sifət formalarının tədqiqi zamanı; xüsusilə mürəkkəb
cümlənin təhlili zamanı sintaksis tədqiq edilərkən.
V.V.Vinoqradovun fikrinə görə, feili sifətlər mürəkkəb törəmədir.
Belə ki, onda “iki ünsür” – sifət və feil toqqaşır. Özünün iki tərəfə meyilli
olduğuna görə, feili sifət dilin sintaktik quruluşu nöqteyi-nəzərindən xeyli
tez uzlaşandır.
Türkologiyada feili sifətlərin öyrənilməsinə ayrılıqda çoxlu tədqiqat
işləri və türk dillərinin qrammatikalarında bölmələr həsr edilmişdir. Mə-
sələn, A.N.Kononov, A.A.Axundov, V.İ.Aslanov, T.İ.Hacıyev, Q.Ş.Ka-
zımov, V.H.Əliyev, İ.B.Kazımov, A.M.Cavadov, A.V. Tanrıverdi, B.A.Xəl-
ilov, R.Ə.Rüstəmov, S.Ə.Abdullayeva, B.A.Serebrennikov, L.A.Pokrovs-
kaya, L.N.Xaritonov, A.M.Şerbak, D.M.Hasilov, P.İ.Kuznetsov,
V.Q.Quzev, D.Q.Tumaşeva, İ.A.Andreyev, N.A.Baskakov, R.İ.Baysurina,
M.Z.Jamyanova, L.A.Şamina, Q.Q.Filippov, A.R.Anderxil, F.Y.Yusupov,
M.İ.Çeremisina, V.Q.Kondratyev, C.M.Xanqişiyev, S.N.Abdullayev,
U.B.Əliyev, S.N.İvanov, V.H.Quliyev, K.M.Meliyev, H.İ.Mirzəyev,
S.J.Musayev, Ş.Ç.Sat, A.Z.Abdullayev, Z.İ.Budaqova, A.A.Quliyev,
Dostları ilə paylaş: |