Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   33   34   35   36   37   38   39   40   41
Dilcilik-institutunun-eserleri-1-2018

O.F.Sərtqaya, X.Zülfiqar, A.Akar, V.Coşqun, Q.Doqan, M.Erdem, A.V.Qa-
ben, M.Gültekin, A.Kaliyev, A.R.Karabekoğlu, F.Karabulut, Z.Korkmaz və 
başqalarının  əsərlərində  təhlil  edilmişdir.  V.H.Əliyev,  M.A.Matjanova, 
A.A.Aymurzayeva, 
D.M.Muxtarova, 
E.D.Saidova, 
C.İbrahimov, 
A.S.Əbilov,  F.M.Xisamova,  A.Ustuner  və  başqaları  öz  namizədlik  və 
doktorluq dissertasiyalarında feili sifət formalarını tədqiq etmişlər. 
Türkoloqlar türk dillərində feili sifət formalarının mənşəyi barədə 
müxtəlif fikirlər söyləmişlər. Belə ki, bəzi tədqiqatçılar feili sifətləri feili 
isim  sırasına  aid  edirlər.  Onlar  fərz  edirlər  ki,  bu  forma  feil  mənasını 
itirmiş,  isim  və  sifətə  çevrilmişdir.  Başqa  türkoloqlar  isə  feili  sifətləri 
feilə aid edirlər və təsəvvür edirlər ki, onlar feilin törəmə formalarından 
biridir. 
Türk dillərində feili sifət sisteminin və onun  kateqorial statusunun 
bərqərar  olması  üçün  onların  qrammatik  təsnifatının  xüsusi  konsepsiyanı 
əsaslandırmaq vacibdir. Türk dillərində feili sifət sisteminin dərin və zid-
diyyətli  inkişaf  prosesi  yalnız  onların  sistem  xüsusiyyətlərinin  ardıcıl 
olmadığını  deyil,  həm  də  müxtəlif  aspektdən  yanaşmağı  qabaqcadan 
müəyyənləşdirir. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
359 
 
Türkoloji  dilçilik  feili  sifətin  kateqorial  statusu  barədə  müxtəlif  hi-
potezlərlə diqqət çəkir. Bir sıra tədqiqatçılar feili sifətə feilin və sifətin əla-
mətlərini özündə birləşdirən feilin şəxssiz forması (müstəqil) qismində ba-
xırlar. Türkologiyada olduğu kimi, Azərbaycan dilçiliyində də feili sifətlərin 
kateqorial  statusu  mübahisəli  məsələlərdən  biri  olub. Bir  sıra  tədqiqatçılar 
feili  sifətə  ayrıca  nitq  hissəsi  kimi  baxmış,  başqaları  isə  feil  və  sifətlərin 
sıralarına daxil olan söz qrupu saymışlar. 1960-cı ilədək feili sifət formaları 
feildən düzələn sifətlə eyniləşdirilirdi. 
Azərbaycan dilçiliyində də feili sifətlərin kateqorial statusu haqqında 
məsələ həmçinin mübahisəli olmuşdur. 1938-1960-cı illərin qrammatikala-
rında  feili  sifətləri  sifət  bölməsinə,  sonrakı  illərdə  isə  feil  bölməsinə  daxil 
etmişlər.  
Feili sifətlər müstəqil nitq hissəsi kimi hələ qədim qrammatikalar tər-
tib edilən zamanlardan təhlil olunur və o cümlədən, «feili sifət» terminini 
stoik məktəblərin baniləri həyata keçiriblər. 
Müqayisəli-tarixi dilçiliyin banilərindən biri olan A.X.Vostokov feili 
sifətləri  sifətlərə  aid  etmişdir  [3].  Belə  ki,  rus  dilçiliyində  ilk  dəfə  olaraq 
müstəqil  nitq  hissəsi  kimi  təhlil  edilmişdir.  A.X.Vostokov  kimi,  M.V.Lo-
monosov da feili sifəti müstəqil nitq hissəsinə daxil etmişdir. 
Lakin dilçilikdə feili sifətlərin ikili xüsusiyyətləri barədə fikir olmuş-
dur. Məsələn, V.A.Boqoroditski feili sifətin keçid vəziyyətini ilk dəfə qeyd 
edənlərdəndir [2]. 
Feili sifətin feilin və sifətin əlamətlərinə malik olması barədə fikirlər 
yalnız XIX əsrin II yarısında və XX əsrin əvvəllərinin elmi əsərlərində geniş 
yayılmağa başlamışdır. Keçid nitq hissələrinin qrammatik statusu XIX əsrdə 
müzakirə predmeti olmuşdur. 
Hibrid  nitq  hissələrinin  statusunun  müəyyənləşdirilməsi  problemini 
həmçinin V.V.Vinoqradov tədqiq etmişdir. V.V.Vinoqradovun fikrincə feili 
sifətlər  bilavasitə  feildən  gələn  və  sifət  sistemində  tətbiq  olunan  «forma 
axınıdır». 
İ.İ.Meşşaninov qeyd edir ki, feili sifət – «çox qədim dil formasıdır, feil 
forması ilə paralel inkişaf etmişdir, hətta onu qabaqlamışdır [7, с.237]. 
Bu səbəbdən feili sifətə feil törəməsi kimi baxmaq çox çətindir, lakin 
müasir feili sifətin dəyişikliklərə uğraması faktı da şübhəsizdir. Bunun nəti-
cəsi olaraq bəzi feili sifət formalarını feilin törəmələrinə aid etmək mümkün-
dür. İ.İ.Meşşaninovun fikrincə, feili sifət isim əsasında yaranır. O, feili sifət 
və feilin bəzi xüsusiyyətlərinin oxşarlığını onunla izah edir ki, feili sifətlər 
ismin (adın) predikativ formasından yaranmışdır və feil də onunla ümumi 
predikativlik əlamətlərə malikdir. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
360 
 
Türk dillərində feili sifətləri müstəqil nitq hissəsi kimi tədqiq edən 
dilşünaslar  öz  nöqteyi-nəzərlərini  onunla  əsaslandırırlar  ki,  feili  sifətlər 
morfoloji  xüsusiyyətlərə,  leksik  semantikaya  malikdir  və  təyin  qismində 
çıxış edir. 
Fikrimizcə, feili sifətlərin müstəqil nitq hissəsi kimi qəbul edilməsi 
üçün bu xüsusiyyətləri kifayət saymaq mümkün deyildir. 
Göründüyü  kimi,  feili  sifətlər  uzun  illərin  qrammatik  tədqiqi 
prosesində  aşağıdakı  kimi  təhlil  edilmişdir:  1)  sifət  sisteminin  hissəsi 
kimi; 2) feil sisteminin hissəsi kimi; 3) müstəqil nitq hissəsi kimi. Belə 
ki, feili sifətin həm sifətin, həm də feilin əlamətlərinə malik olması faktı 
danılmazdır. 
Biz  türk  dillərində  feili  sifətlərin  müstəqil  nitq  hissəsi  olmaması 
fikirləri ilə razılaşırıq. 
Bu ehtimala feili sifətlərin aşağıdakı xüsusiyyətləri sübutdur: 1) bu 
və ya başqa nitq hissələrinin tərkibinə daxil olan sözlər xüsusi nitq hissəsi 
semantikasına  malikdir  və  o,  müvafiq  funksiyada  çıxış  edir,  feili  sifət  isə 
kontekstdə  ifadə  etdiyi  nitq  hissəsinin  funksiyasının  mənasını  bildirir;2) 
müstəqil  nitq  hissələri  leksik-qrammatik  şəkilçilərin  köməyi  ilə,  feili 
sifətlər  isə  funksional-qrammatik  şəkilçilərin  vasitəsi  ilə  əmələ  gəlir;  3) 
müstəqil  nitq  hissələri  xüsusi  kateqoriyalara  və  qrammatik  mənaya 
malikdir, lakin feili sifət kimi feil və sifətin kateqorial qrammatik məna-
larını ifadə edir. 
Bundan  başqa,  məlumdur  ki,  hər  bir  nitq  hissəsi  həm  semantik, 
həm də qrammatik əlamətlər yığımını qəbul edir. Bu əlamətlərinin dəqiq 
işlənib hazırlanmış tərkibi olmayan nitq hissəsi heç bir zaman müstəqil 
nitq hissəsi kimi təyin edilə bilməyəcək.  
 
ƏDƏBİYYAT: 
 
1. 
Баскаков Н.А. Каракалпакский язык. Фонетика и морфология. 
Т.2, ч.1.М.: Издательство Академии Наук СССР, 1952, s.460  
2.  Богородицкий  В.А.Введение  в  татарское  языкознание  в  связи  с 
другими  тюркскими  языками.  Изд.  2-е,  Казань;  Татгосиздат, 
1953, 220 с 
3.  Востоков А.Х.Рассуждения о славянском языке. СПБ, 1820, 212 
с 
4.  Дмитриев  Н.К.Строй  тюркских  языков.  М.:  Издательство 
восточной литературы, 1962, с.414-417 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
361 
 
5.  Кононов  А.Н.Грамматика  современного  литературного  языка. 
М.-Л. Издательство АН СССР, 1956, с.481 
6.  Мамедов  Г.Г.  Деепричастия  в  письменных  памятниках 
азербайджанского  языка  XIV-XIX  веков:  Автореф…  дис.  канд. 
филол. наук. Баку,1967. с.16 
7.  Мещанинов  И.И.  Члены  предложения  и  части  речи.  Л.: 
Наука, 1978, с.237 
8.  Павлов  И.П.Деепричастия  в  чувашском  языке  и  их 
синтаксические  функции:  Автореф.  дис..  канд.  филолог.  наук,  М.: 
1953, с.2 
9.  Урусбиев  И.Х.Спряжение  глагола  в  карачаево-балкарском 
языке. Черкесск; Ставропольское книжное издательство, Карачаево 
– Черкесское отделение, 1963, c.79 
10.  Ширалиев М.Ш. Об этимологии деепричастной формы на -
ыбан, -ибəн, - убан, - үbən. Вопросы языкoзнания, 1960, N; 3, s.98-99 
11.  Banguoğlu T. Türkçenin qrameri, Ankara: TDK yayınları, 2007, 
c.431 
12.  Günay T. Rize ili ağızları (İnceleme-Metinler-Sözlük). Ankara: 
Türk Dil Kurumu yayınları, 2003, s.267 
 
Aynel Məşədiyeva 
 
Теоретические проблемы изучения деепричастий и 
причастий в тюркских языках 
Резюме 
 
В настоящей статье рассматриваются теоретические проблемы 
изучения  деепричастий  и  причастий  в  тюркских  языках. 
Тюркологами  были  исследованы  основные  фонетические  и 
морфологические  особенности,  синтаксическая  структура  и 
этимология  большинства  тюркских  деепричастных  и  причастных 
форм.  Несмотря  на  это,  до  сих  пор  не  разрешены  некоторые 
теоретические проблемы изучения данных неличных форм глагола в 
тюркских языках. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
362 
 
Aynel Meshadiyeva 
 
Theoretical issues of the study of gerunds and participles in the 
Turkic languages 
Abstract 
 
  This paper examines theoretical issues of the study of gerunds and 
participles  in  the  Turkic  languages.  The  turkologists  studied  the  main 
phonetic and morphological features, syntactic structure and the etymology 
of most Turkic gerundial and participial forms. Despite this, there are some 
unresolved theoretical issues of the study of these non-personal forms of 
the verb in the Turkic languages.   
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
363 
 
Elçin İbrahimov 
AMEA, Rəyasət Heyəti, 
“Türkologiya” jurnalının məsul katibi, 
filologiya üzrə fəlsəfə doktoru 
Elchinibrahimov85@mail.ru 
 
 
Türkiyədə əlifba siyasəti  
 
Açar sözlər:dil və əlifba, yazı, ədəbi dil, Osmanlı dövləti, Türkiyə, 
əlifba siyasəti 
Ключевые слова:язык и алфавит, письмо, литературный язык, 
Османское государство, Турция, политика алфавита 
Key  words:language  and  alphabet,  writing,  literary  language, 
Ottoman state, Turkey, alphabetical policy 
 
Ərəb əlifbasının türkcədəki bəzi səslərin ifadəsi üçün kifayət etmə-
məsi ilə başlayan ilk müzakirələr 1850-ci illərdə Əhməd Cövdət paşa və 
Munif paşa ilə bağlıdır. Munif paşa (daha sonra maarif naziri olmuşdu) 
ərəb əlifbası ilə bağlı fikirlərini açıq şəkildə ifadə edərək ərəb hərflərinin 
islah edilməsini, yazılış və oxunuşunu asanlaşdırmaq üçün hərflərin ayrı 
yazılmasına  ehtiyac  olduğunu  söyləmişdi.  Yazının  oxunuşu  və 
yazılışında  hər  hansı  bir  çətinlik  çəkmədikləri  üçün  Avropada  oxuyub-
yazmağı  6-7  yaşındakı  uşaqların  asanlıqla  öyrəndiklərini,  ümumiyyətlə, 
cəmiyyətin  hər  təbəqəsindən  olan  insanların  çox  asanlıqla  öyrənəcəyini 
ifadə  etmişdi.  Ortaya  atılan  fikirləri  nəzərə  alan  bəzi  dilçilər  hərflərlə 
bağlı islahat hərəkatının başlanğıcı kimi bu nitqi qəbul edirlər [1, s.224]. 
XIX  əsrin  sonlarında  bu  müzakirələrə  Namiq  Kamal  da  qoşuldu. 
Bundan  sonrakı  mərhələdə  dövrün  digər  ziyalıları  da  dil  və  əlifba  mü-
zakirələrində iştirak etmişlər. Bu ziyalılardan Əli Suyavi
*
 və Şəmsəddin 
Sami  açıq  şəkildə  ərəb  əlifbasının  islahının  lehinə  idilər.  Bu  mü-
zakirələrdə  qızğın  iştirak  edən  Ziya  Göyalp  da  ərəb  əlifbasından  latın 
əlifbasına  keçməyin  tərəfdarı  olmuşdur.  Ərəb  əlifbası  ilə  osmanlı 
türkcəsinin uyğunsuzluğundan bəhs edən Ziya Göyalp “Ərəb əlifbasının 
türkcəyə uyğun olmadığını açıq şəkildə bildirmişdir” [4, s.178-180]. 
                                                 
*
Qeyd:  Əli  Suyavi  Parisdə  1869-cu  ildə  də  yayımlamaqda  olduğu  “Ulum”  qəzetinin 
214-cü  sayında  “Lisan  ve  Hatt-ı  Türki”  başlıqlı  məqaləsində  bu  haqda  fikirlərinə  yer 
vermişdir. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
364 
 
Osmanlı dövlətində dil və yazı ilə bağlı həyata keçirilən bu müza-
kirələr  xüsusilə  II  Məşrutiyyət  illərində  albanların  latın  hərflərini  qəbul 
etməsi ilə daha da geniş vüsət aldı. İstər Türkiyədə, istərsə də bütün türk 
dünyasında  və  türk  xalqlarının  mədəni  həyatında  böyük  rol  oynayacaq 
əlifba  islahatının  tarixi  və  o  dövrdə  baş  verən  proseslərdən  bir  qədər 
geniş şəkildə bəhs etmək istərdik. 
Bəzi tədqiqatçılar Tənzimat ilə Cümhuriyyət arasındakı dövrdə latın 
əlifbasını istəyənlərin əsasında iki meyillənmə olduğu qənaətinə gəlmişlər. 
Çox  vaxt  iç-içə  keçən  bu  meyillənmələrdən  biri  ərəb  əlifbasını  müdafiə 
edənlərlə  eyni  ideologiyaya  qulluq  edirdi.  Türk  milliliyinə  zidd  olduğu 
üçün  onlar  ərəb  əlifbasına  qarşı  çıxmışdılar.  Eyni  zamanda  islamın  və 
ümumilikdə  dinin  bu  milli  kimliyi  boğması  və  beləliklə,  inkişafın 
qarşısının  alınması  düşüncələri  də  formalaşmışdı.  Bu  ideologiyanın 
tərəfdarları bütün qarışıqlıqlara və çatışmazlıqlara səbəb kimi ərəb əlifbasını 
göstərir,  latın  əlifbasının  qəbul  edilməsini  bütün  problemlərin  həlli  kimi 
qiymətləndirirdilər. Digər tərəfdə olanlar isə milliliyi və milli dəyərləri başqa 
cür  qəbul  edirdilər.  Cümhuriyyət  tarixi  boyunca  gördüyümüz  bu  qütbləş-
mədə Şərqə meyillənməni təmsil edənlərə görə, Qərbin latın əlifbası qəbul 
ediləcəyi təqdirdə milli kimlik və dəyərlər əldən gedəcəkdi. Həmçinin ərəb 
əlifbasını  müdafiə  edənlər  latın  əlifbasının  qəbul  ediləcəyi  təqdirdə  qədim 
Osmanlı tarixi və islam dünyası ilə əlaqələrin kəsiləcəyini düşünür, bundan 
bərk narahat olurdular. Beləliklə, iki tərəf də əlifbaya, demək olar ki, sirli 
məna  verir,  istənilən  halda  bu  qrupların  ikisindən  birinin  qalib  gələcəyi 
halda bir çox əsaslı dəyişikliklərin olacağını gözləyirdilər. 
1925-ci  ildə  İsmayıl  Şükrü  “Asrı  Türk  Harfleri  Hakkında”  adlı 
əsərində çağdaş türk hərflərinin yalnız latın əlifbası ola biləcəyini söyləyirdi. 
1926-cı  ildə  Bakıda  keçirilən  Birinci  Türkoloji  Qurultaydan  sonra  təhsil 
problemlərini araşdırmaq məqsədilə Türkiyəyə dəvət edilən Dr. Kühne yazı 
haqqında  “Macar  və  fin  dillərində  olduğu  kimi,  latın  əlifbasının  qəbul 
edilməsi  Qərb  mədəniyyətinə  qoşulmağı  asanlaşdıra  bilər”  fikrini  ifadə 
etmişdir.  Həmin  il  “Akşam”  qəzetinin  apardığı  sorğuda  iştirak  edən  16 
nəfərdən  üçü  (Abdullah  Cövdət,  Mustafa  Hamid  və  Rüfət  Avni)  latın 
əlifbasının  qəbul  edilməsinə  münasibətlərinin  müsbət  olduğunu 
söyləmişdilər. 
Calal  Nuri  İləri  1926-cı  ildə  nəşr  olunan  “Türk  inkilabı”  adlı 
əsərində latın əlifbasının birdən-birə yox, tədricən qəbul edilməsi fikrinə 
haqq qazandırırdı. Eyni ildə “Latın Harfleriyle Türkçe Elifba Tecrübesi” 
adlı  bir  kitab  nəşr  etdirən  Midhət  Sədullah  29  hərflik  türk  əlifbası 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
365 
 
layihəsini  təqdim  edir.  Bir  il  sonra  H.İsmayıl  “Ərəb  və  Latın  Harfleri” 
adlı kitabında 35 hərflik latın əlifbası layihəsini təklif edir [5, s.10-12]. 
Bu  layihələr  tərkibinə  görə  latın  əlifbasını  tam  olaraq  əhatə 
etmədiyindən qəbul edilməmişdir. 
1927-ci ildə Əhməd Cavad Əmrənin “Vakit” qəzetində çap etdirməyə 
başladığı  “Lisanımız  Hakkında  Bir  Kalem  Tecrübesi”  başlıqlı  altı  aylıq 
yazılar silsiləsi 1928-ci ildə “Muhtaç Olduğumuz Lisan İnkilabı Hakkında” 
adı  ilə  nəşr  edilir.  7  may  1928-ci  ildə  İbrahim  Nəcmi  Dilmən  “Milliyet” 
qəzetində  “Latin  Harfleriyle  Türkçe  Elifba”  başlıqlı  yazılarını  nəşr 
etdirməyə başlayır və yazılar həmin ilin 29 iyun tarixinə qədər davam edir. 
İ.N.Dilmənin  hazırladığı latın əlifbası ilə bəzi yazılar  “Milliyet” qəzetində 
nəşr  olunmağa  başlayır.  Ancaq  bu  əlifba  daha  sonra  onlara  qoşulan 
İ.N.Dilmənin özünün də iştirak etdiyi dilçi mütəxəssislər tərəfindən təsdiq 
olunmur.  Buna  baxmayaraq,  “Milliyet”  qəzeti  bəzi  səhifələrində  bu 
əlifbadan bir müddət istifadə edir.  
Hökumət tərəfindən latın hərflərinin qəbul edilməsi qərarından bir 
il  sonra  (1927)  Dilçilər  Cəmiyyəti  qurulur  və  “Hakimiyet-i  Milliye” 
qəzetində 10 iyun 1928-ci ildə bunu xalqa elan edirlər [6, s.728]. 
İ.Qrandinin 1 avqust 1928-ci ildə Mustafa Kamal Atatürkə təqdim 
edilən  rəyində  əsasən  bu  fikirlər  qeyd  olunmuşdu:  “Latın  hərflərinin 
dilimizə tətbiqi imkanını düşünmək üçün 26 iyun 1928-ci ildə fəaliyyətə 
başlayan heyətimiz birbaşa bugünkü və ədəbi dilimizin istinad etdiyi incə 
və  İstanbul  danışıq  dilini  əsas  götürərək,  bu  dilə  nəzəri  və  əməli 
cəhətlərdən  ən  uyğun  və  əlverişli  bir  əlifba  yaratmağa  çalışmışdır.  Bu 
məqsədlə  ibtidai  latın  hərflərinin  əsas  dəyərini  ‒  Avropa  xalqlarının 
istifadə  etdiyi  hərfləri  türkcədə  hansı  şəkildə  istifadə  edəcəyimizi 
aşağıdakı şəkildə təklif edirik” [3, s.218]. 
Avropada  və  SSRİ-nin  tərkibində  olan  Azərbaycanda  istifadə 
olunan latın əlifbası layihəsi bu şəkildə idi: 
a, b, d, e, f, h, i, l, m, o, p, r, s, t, u, v, z hərflərində qısa müddət 
ərzində razılaşma əldə olunmuşdu. Buna qarşılıq 
,
 ﻛ
,
 گ
,
 ج
,
 ﺞ
,
 ش
,
 غ
,
ى
 və 
sait səslərin qarşılıqları haqqında müzakirələr davam etmişdir. ﻖ üçün c,ﻛ 
üçün q,گ üçün   ج
,
 ع j və ya dj,ﺞ üçün c və ya ct, ش üçün ch və ya sh,غ 
üçün g və ya   غ
,
ى  üçün j, ı saitləri üçün y və ya i, vokal ü üçün y kimi 
qarşılıqlar  təklifləri  təqdim  edilmişdi.  Xüsusilə 
  غ
  ق
,
گ  əv  ﻛ
  hərflərinə 
qarşılıq  tapmaq  məsələsi  uzun  müddət  mübahisələrə  səbəb  olmuşdu. 
İclasda  گ  üçün  [gy],  ﻛ  üçün  [ky],  ﻖ  üçün  kh  və  غ  üçün  gh  qəbul 
edilmişdir.  Ancaq  istifadəyə  daxil  olmadan  bu  hərflərdən  imtina 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
366 
 
edilmişdir. Komitənin qərarının ilk bəndində bir səsin birdən artıq hərflə 
qarşılanmaması nəzərdə tutulurdu. 
Yeni  əlifbanın  ən  sonuncu  variantı  ilə  bağlı  İstanbulda  bir  həftə 
davam edən müzakirələrin nəticəsi belə oldu. 
1928-ci ilin avqustunda İstanbulda yeni hərflərin elan olunduğu və 
əsas  imla  qanunauyğunluqlarının  qeyd  olunduğu  “Elifba  Raporu”  nəşr 
edilir. 41 səhifədən ibarət olan hesabat (rəy) bu başlıqlardan ibarət idi: 
1.  Türk dilindəki səslərin miqdarı və keyfiyyəti. 
2.  Latın hərflərinin səs dəyərləri. 
3.  Avropa ölkələrində istifadə olunan latın əsaslı əlifbadakı hərflər 
kimi. 
4.  Türkcəyə məxsus latın hərflərinin seçilməsi və bu xüsusda tətbiq 
olunan əsaslar. 
5.  Müxtəlif  əlifbalardakı  qoşa  hərflər,  işarəli  hərflər,  latın 
əlifbasına əlavə edilmiş hərflər. 
6.  Türk  əlifbasını  təşkil  edən  hərflərin  müxtəlif  dillərdəki 
qarşılıqları. 
Yekunda  təqdim  edilmiş  yeni  türk  əlifbası  29  şəkildən  ibarət 
olmaqla aşağıdakı şəkildə təklif edilir: a (a), b (be), c (ce), ç (çe), d (de), 
e (e), f (fe), g (ge), h (ha), ı (ı), i (i), j (ji), k (ka), l (le), m (me), n (ne), o 
(o), p (pe), q (kü), r (re), s (se), ş (şe), t (te), u (u), v (ve), w (çift v), x 
(iks), y (ye), z (ze)[7, s.384]. 
Qısa  zamandan  sonra  yeni  hərflərin  tanıdılması  və  öyrənilməsi 
məqsədilə yerinə yetirilən fəaliyyətlərdə qarışıqlığa səbəb olan gh və kh 
birləşmələri əlifbadan çıxarılmış və 31 hərflik yeni türk-latın əlifbası 29 
hərfə endirilmişdir. Bundan sonra ictimaiyyətə “yeni türk hərfləri” kimi 
təqdim  edilən  əlifbanın xalqa tanıdılması və  qəbul  edilməsi üçün  əməli 
fəaliyyətə keçilir. 
Təqribən  75  il  davam  edən  əlifba  islahatı  prosesinin  sonunda  1 
noyabr  1928-ci  ildə  1353  saylı  qanunla  latın  hərflərinə  əsaslanan  türk 
əlifbası  qəbul  edilir.  Qanuna  görə,  iki  ay  sonra,  yəni  1929-cu  ilin 
əvvəllərindən  etibarən  dövlət  vasitəsilə  yerinə  yetiriləcək  bütün  yazış-
malarda, mətbuatda və digər sahələrdə yeni türk əlifbasından istifadəyə, 
bundan sonra isə məktəblərdə və digər təhsil sahələrində də yeni əlifba 
ilə tədrisə başlanılır. 
Daha sonra əlifba islahatının tam həyata keçirilməsini təmin etmək 
üçün 23 dekabr 1931-ci ildə qəbul edilən “Yeni türk əlifbası haqqında” 
qanuna əsasən “ərəb hərflərindən (ərəb əlifbasından) açıq və gizli şəkildə 
mədrəsələrdə,  tədris  mərkəzlərində  və  digər  yerlərdə  istənilən  şəkildə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
367 
 
istifadə  hallarına  görə”  Cinayət  Məcəlləsinin  526-cı  maddəsi  ilə  cəza 
növü nəzərdə tutulurdu. 
 
ƏDƏBİYYAT: 
 
1.  Abdulla F. T. Arap Harflerinin İslahı ve Değiştirilmesi Hakkında 
İlk Teşebbüsler ve Neticeleri (1862-1884) // Belleten, Cilt XVIII, 
sayı 66, 1953. 
2.  Bilal N.Ş. Türk Yazı Devrimi, Türk Tarih Kurumu, 1992. 
3.  Ertem R. Elifbeden Alfabeye Türkyede Yazı Meselesi. İstanbul: 
Dergah Yay, 1991.
 
4.  Gökalp Z. Osmanlı İmlasının Tarihi 1 // Gənc Kalemler, 1911. 
5.  Mercanlıgil D.M. Yeni Harfler Birliği ve Yeni Yazı // Ülkü, IV/40, 
Nisan 1949. 
6.  Reşit F.U. Latın Alfabesinden Türk Alfabesine. Ankara: Türk Dil 
Kurumu Yayınları, 1953. 
7.  Şirin H.U. Başlangıcından Günümüze Türk Yazı Sistemleri. 
Ankara: Akçağ yayınları, 2006. 
 
 
Эльчин Ибрагимов 
Политика алфавита в Турции 
Резюме 
 
Язык и алфавит являются факторами, подтверждающими бытие, 
существование  каждого  народа.  Алфавит  является  используемым  на 
письме  того  или  иного  языка  собранием  графических  знаков,  пост-
роенных в принятом для данного языка порядке. Алфавит имеет очень 
большое значение в развитии литературного языка. Вопрос алфавита 
всегда  занимал  должное  место  в  культурном  развитии  и  прогрессе 
общества.   
В  Турции  реформа  языка  и  алфавита  проводилась  не  только  в 
период  республики,  была  наиболее  обсуждаемым  вопросом  уже  в 
последние  годы  существования  Османского  государства.  Иногда  эти 
обсуждения были настолько бурными, что приводили к образованию 
противоположных друг другу различных радикальных группировок. 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
368 
 
Elchin Ibrahimov 
Alphabet Policy in Turkey 
Summary 
 
Language  and  the  alphabet  are  factors  that  confirm  the  existence 
and  existence  of  every  nation.  The  alphabet  is  a  collection  of  graphic 
symbols that are used in the writing of this or that language, in a manner 
acceptable  to  that  language.  The  alphabet  is  of  great importance  in  the 
development  of  the  literary  language.  The  alphabet  was  deemed 
necessary for the cultural development and progress of each era. 
Language and alphabetic reforms in Turkey were not only carried 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin