İkinci İsmayılın hakimiyyəti dövründə
dirhəm və dinar sikkələrinin zərb olunması:
İsmayıl Mirzə elə o vaxtlarda əhalinin özü haqqında olan
etiqadını etibara çevirməkdən ötrü Mirzə Məxdum Şərifini
sorğu-suala tutub həbs etdi. Bu vəziyyəti müşahidə edən avam
adamlar onun ardınca söyüş və səfehlik dilini açaraq ətrafda
rüsvaylıq yaratdılar.
Bu iş əhali tərəfindən bəyənildi, lakin xalqın bu qiyamı rəf
edildi və bir daha onun məzhəbi barədə məclislərdə danışılmadı.
İsmayıl Mirzə bu vaxta qədər öz adına qızıl sikkə
kəsdirmədiyi üçün ticarətdə köhnə qızıl sikkələrdən istifadə
olunurdu.
Zərrablar
301
qızıl pulların təzələnməsi və zərrabxananın
mənafeyinin çoxalmasını arzu edirdilər. Mirzə pulun bir üzündə
yazılan "La ilahə illəllah və Məhəmmədən rəsulillah və Əliyyən
vəliyullah" ifadəsi ilə razılaşa bilmirdi. O, deyirdi ki, ticarət və
müamilə əməliyyatları zamanı dirhəm və dinar yəhudi, erməni,
hindli və başqa kafirlərin əllərinə keçir və avam adamlar "paklardan
başqa kimsə ona əl vurmaz"
302
müqəddəs kəlamının ziddinə gedib,
natəmizlər kimi Allah adına əl vururlar. O fikirləşirdi ki, həmin
sözlərin əvəzinə hansı söz yazılsın ki, xalqın gözündə pis
səslənməsin. Bir gün o əhali arasında belə dedi:
"Dostlarım məni bədnam etdikləri üçün, bu məsələ ortaya
çıxanda da deyəcəklər ki, şahın məqsədi bu ibarələri pullardan
301
Sikkə zərb edən ustalar.
302
Kəlamın ərəbcəsi: "La yəməssuhu illəl-mutəhhərun".
384
götürməkdə, "Əliyyən vəliyullah" ifadəsini pozmaqdır". Bir qədər
fikirləşdikdən sonra sikkənin bir üzünə bu beytin yazılması:
Bürüyərsə imamlar bu cahanı,
Bizə bəsdir Əli və xanədanı.
303
və başqa üzünün bir tərəfində isə öz adının nəqş olunması və
sikkənin zərb edildiyi yerin göstərilməsi barədə qərar çıxardı. Onun
tərəfindən müəyyən edilən xoş bir saatda sikkə zərb olundu, dirhəm
və dinar həmin sikkə ilə bəzəndi.
[İsmayıl Mirzə] bu məsələlərdən sonra Məşhədə hakim
təyin etdiyi Mürtəzaqulu xan Pornakı şahm mübarək nəşini götürüb
yola düşməsindən ötrü tutduğu vəzifədən mürəxxəs etdi.
Günahları Allah tərəfindən bağışlanmış o cənazəni
qorumaq və növbə ilə mənzil-mənzil çiyinlərində aparmaları üçün
üç yüz qorçi təyin olundu. O, [həmçinin] Heratın hakimi və
bəylərbəyisi olan Əliqulu xan Şamlını da cənazəni müqəddəs
Məşhədədək müşayiət etməyi və sonra Herata qayıtması üçün işdən
mürəxxəs etdi.
Camaat belə danışır ki, İsmayıl Mirzə onunla qərarlaşmışdı
ki, Əliqulu xan Herata çatan kimi o zaman yeddi yaşı olan əlahəzrət
zilləllah şahın şərafətli vücudunu (gələcək Şah Abbasın - Ş.F.) həyat
lövhəsindən silib, özünün xatirindəki narahatlığı o iqbal bürcünün
dürründən, varlığından özündən kənar etsin.
O, İsgəndər şanlı nəvvab Sultan Məhəmməd Mirzəni və
onun qardaşını həbs edib nəzarətdə saxlaması üçün Qazi bəy
Zülqədərin yanına Şiraza adam yolladı və ona tapşırdı ki, Şiraz
hakimi Vəli Sultan Qalxançıoğlu gəlib çatan kimi onu da həlak
etsin.
İsmayıl Mirzə belə qərara almışdı ki, padşahlıq
xanədanında ondan və oğlu Şah Şücadan başqa heç kim sağ
qalmasın. Amma bilmədi ki, "Qul idarə edir, Allah isə bir xalq kimi
[bunu] qiymətləndirir"
304
. Xaliqin istəyi xəlayiqin istəyinin əksidir:
303
Beytin farscası:
Ze məşriq ta beməğrib gər imaməst,
Əli və ale-u mara tamaməst.
304
İfadənin ərəbcəsi: "əl-abdu yudirru va-l-lahu yuqaddiru təqdirə Xaliqin".
385
Tutmayacaq baş ürəyindən keçən
Baş tutacaq bil ki, Xuda istəyən.
305
Züzbabə ulduzunun görünməsi:
Bu əhvalatlar baş verən vaxtlarda asimanda Qövs
bürcündə Zuzbabə ulduzu göründü. Onun quyruğu səmanın
ortasından qərb (məğrib) səmtinə doğru uzanırdı. Nücum elminə
bələd olan İsmayıl Mirzə bu vəziyyəti müşahidə edərək bərk
həyəcanlandı. O bütün gün münnəcimləri toplayıb onlardan Zuzbabə
və onun təsiri barədə sorğu-sual edirdi. Münnəcimlər vaxta münasib
sözlər deyirdilər və İsmayıl Mirzə nücum elminin dəlilləri əsasında
onlara xatırlatdı ki, Zuzbabə ulduzunun peyda olması padşahların
birinin zavala uğraması deməkdir. Münnəcimlərsə deyirdilər ki,
həmin ulduzun quyruğu qərbə uzandığı üçün onun təsiri Rum
vilayətinə və qərb ölkələrinə olacaqdır.
Münəccimlərin sözlərindən bir qədər təsəlli tapmasına
baxmayaraq İsmayıl Mirzə yenə də narahat idi. Əslində onun
narahatlığı üçün əsas vardı, çünki nücüm elmi qanunlarının
dəlalətinə görə əgər Zuzbabə ulduzu onun tale vətədində görünərsə
şəksiz-şübhəsiz onu yox edəcəkdir. İsmayıl Mirzə cövzada (Ekizlər
bürcü - Ş.F.) doğulmuşdu və onun tale ulduzu Ütarid (Günəşə ən
yaxın olan Merkuri planeti - Ş.F.) idi. Peyda olmuş Zuzbabə isə
onun tale ulduzunun vətənində görünmüşdü. Münnəcimlər bunun
səhv olduğunu söyləyib, onu şübhədən qurtarmağa çalışırdılar.
Nəhayət Zuzbabənin görünüşü öz səmərini verdi və az vaxtdan
sonra İsmayıl Mirzə öz varlıq paltarını yoxluq yolçusuna
geyindirərək axirət səfərinə yollandı.
İkinci Şah İsmayılın vəfatı:
Bu məsələnin bəyanı və şərhi belədir: İsmayıl Mirzə
mübarək ramazan ayının on üçündə (24 noyabr) yekşənbə günü
onunla eşqbazlıq edən (təəşoq), əlaqədə olan (təəlloq) və gecə-
gündüz dostluq edən Həsən bəy Halvaçıoğlu və dövlətxana
305
Beytin farscası:
Hər çe delət xast nə an mişəvəd,
An çe xoda xast çenan mişəvəd.
386
işçilərinin bir neçəsi ilə seyr məqsədi ilə kənara çıxmışdı. Onlar
gecənin çox hissəsini (4 dang) küçə və məhəllələrdə keçirdilər.
Sonra şah dövlətxanaya qayıdıb, adı çəkilən Həsən bəyin bir qapısı
dövlətxanaya bitişik, o biri qapısı isə "Meydane-əsbe-şahi"yə açılan
evində yatdı. İsmayıl Mirzə qəddar dünyanın səbatsız arzularını
müşahidə edən gözlərini qapayıb yoxluq yuxusuna getmiş, Həsən
bəy isə qapıları içəridən bağlayıb onun yanında yatmışdı.
Günortaya qədər qapı bağlı qaldı. Yaxın adamlar və
xidmətçilər orada toplaşıb qapının açılmasını gözləyirdilər. Heç
kimdə onun yataq otağına yaxınlaşa bilmək cürəti yox idi. Yuxu və
istirahət müddəti həddini aşandan sonra vəzir Mirzə Salman və
qorçibaşı günortaya qədər gözlədilər.
Yuxu vaxtının uzanmasından narahat olub həkimlar
zümrəsindən "Kiçik Həkim" ("Həkime-Kuçek") adı ilə
məşhur olan
həkim Əbülfət Təbrizini [İsmayıl Mirzə ilə] yaxın olduğu üçün nə
baş verdiyini öyrənmək üçün yataq otağına göndərdilər. Kiçik
Həkim cürət edərək onun yataq mənzili olan evə getdi və heç bir
səs-səmir eşitmədiyindən səsini çıxarmağa cürət etmədən geri
qayıtdı. Onu [şahlal danışmaq üçün təzədən göndərdilər. O, yataq
otağının arxasında dayınıb dua etməyə başladı. Həsən bəy
Halvaçıoğlu fəryadla dedi: "Ey həkim, qapını açmaqdan ötrü
qüvvətim yoxdur. Qapını hansı yolla olursa olsun açıb içəri girin və
nə baş verdiyini görün".
Kiçik Həkim vahiməyə düşüb geri qayıtdı və hamını
vəziyyətdən xəbərdar etdi. Mirzə Salman [şaha] yaxın olan bir dəstə
adamla gedib qapını açdı və onlar əndəruna daxil oldular. Gördülər
ki, İsmayıl Mirzə hərəkətsiz olsa da hələ keçinməyibdir. Həsən
bəyin isə bədəni taqətdən düşdüyü üçün hərəkət edə bilmirdi, dili də
pəltəkləyirdi (lənnət). Hamı heyran və şaşqın vəziyyətdə idi. Onlar
qorçibaşını əndəruna çağırmaq üçün Əmir xan, Pir Məhəmməd xan
və əmirlərin yanına adam göndərdilər. İsmayıl Mirzə elə o vaxt
həyata vida etdi, canını əcələ tapşırdı. Həsən bəy [isə] dili tutula-
tutula min bir təşvişlə dedi:
"[İsmayıl Mirzə] axşam iftar vaxtı xalis tiryək (əfyune-
xales) qəbul etdi, mənə də ondan verdi. O, yeməkdən sonra [adətən]
küçələri seyr edərdi. Onun mənə də verdiyi tiryəki mən qəbul
etmədim. Seyr vaxtı bir hamama çatdıq. Onun qapısı ağzındabir
halvasatan əyləşmişdi. [İsmayıl Mirzə] onun halvasından və
külçəsindən çox yedi. Mənzilə gəlib çatdıqda dedi: "Sübh açılmaq
387
üzrədir, bir az da nəşə (flunya) çəkib yataq". Ağzını həmişə mənim
möhürlədiyim nəşə qabını gətirdilər. Möhür yox idi. Dedim: "Bu
qabın ağzı açıqdır və mənim möhrüm orada yoxdur". Mənim
sözlərimə məhəl qoymadı, adətindən çox nəşə çəkdi, zorla mənə də
çəkdirdı. Mən amma az çəkdim və hər ikimiz yatdıq. Günorta
yuxudan ayılıb özümü indicə gördüyünüz vəziyyətdə gördüm.
Həzrət şah danışa bilmirdisə də əl-ayaq atırdı. Bir az sonra
hərəkətdən qaldı, nəfəsi kəsildi və elə bu vaxt Kiçik Həkimin səsi
eşidildi. Həqiqət budur, yerdə qalanını siz bilərsiniz".
Gələrək bu vəziyyəti müşahidə edən Əmir xan və Pirə
Məhəmməd xan olduqca təccübləndilər. Əmir xan Həsən bəy
Halvaçını ölümlə hədələyib dedi: "Doğru danış, bizim padşahımızı
zəhərləyən adam bu işi sənin köməyin olmadan görə bilməzdi".
İsmayıl Mirzənin vəfatı səbəbi haqqında müxtəlif fikirləri:
O, cavabında dedi: "Mən padşahın sayəsində bütün
qızılbaşların sevimlisi idim. Ondan sonra mənim sağ qalmağıma
gümanım yoxdur. Mənə məlum olanları isə sizə dedim".
Əmir xan bu işin təhqiq olunmasında çox təkid etməkdə
idi. Mirzə Salman və əmirlər bu işə mane olub dedilər:
"Bu işə həddən ziyada baş qoşmağın nə xeyri var? Bir
halda ki, bu hadisə baş vermişdir, gərək əvvəlcə din və dövlət
barəsində fikirləşək".
Həkimlər onun bədənində [hələ də] süst hərəkət hiss
edirdilər. Camaat belə danışırdı ki, [şah] nəvvab Pərixan xanımı
etibardan saldığına görə, o, hərəmxananın kənizləri ilə dilbir olub,
onun nəşəsinə zəhər qatmışdır. Bəziləri isə deyirdilər ki, şahın
qulunc
306
xəstəliyi vardı ki, arabir onu tuturdu. Bu xəstəlik bir dəfə
elə bərk tutmuşdu ki, az qala onu öldürəcəkdi. Amma həkimlərin
səyi ilə [o zaman] sağaldı. Bu dəfə isə quluncun şiddətlənməsi və
müalicənin edilməməsi üzündən onun həyatı ölüm sərhədinə çatmış
oldu.
Bəzi adamlar isə deyirlər ki, o, xüsusi hazırlanmış
tiryəkdən çox istifadə etdiyindən bu ona artıqlıq etmiş, mədəsini
dolduraraq nəfəs yolunu bağlamışdır. Xülasə hadisənin əsl səbəbi
məlum olmadı. Bu qəribə əhvalat üz verəndən sonra əhali və avam
306
Çox güman ki, ürək xəstəliyidir (infarkt) – Ş.F.
388
adamlar (əvamunnas) heyrət dənizində çaş-baş qaldılar, amma ağıllı
adamlar və elm sahibləri belə deyirdilər:
Beyt[lər]
Yaranışdan bəri cahanda heç kəs
Fələyin sabahkı işini bilməz.
Bilməz ki, o mavi, gözəl səmadan
Ona yetişəcək xeyir, ya ziyan.
Fələyin doludur sirrlə gərdişi,
Ağıl dərk eləməz bu mübhəm işi.
307
Xülasə, bu iş baş verəndən sonra, ölüm xəbərinin sürətlə
yayılmamasından ötrü əmirlər qapıçılara "At meydanı"nın qapılarını
bağlamaq əmrini verdilər. Çünki oymaqlar arasında yaxın günlərdə
inad qapıları açılmış, təkəli və türkmanlardan şamlı və ustaclılara
çoxlu sədəmə dəymiş, qanlar tökülmüş və onlar inadkarlara məğlub
olmuşdular. Bu qəziyyədən sonra kin qılıncının intiqam qınından
çıxmamasından və tərəflər arasında fitnə və dava-dalaş atəşinin
qalxmamasından ötrü ağsaqqal, dövlətxah və xeyirxah adamlar olan
Mirzə Salman və Xəlil xan Əfşar məsləhət gördülər ki, alışan
əmirlər bu əbədi dövlətin möhkəmlənməsi naminə müxalifətin
aradan qaldırılması üçün and içsinlər, sabiqdə olan savaşlar və
oymaqların təəssübkeşliyi aradan çıxsın, bir-biriləri ilə dost olsunlar.
Türkman tayfasının böyüyü və ağsaqqalı olan Əmir xan
irəli gəlib Pirə Məhəmməd Ustaclı ilə ata-oğul olacaqları barədə and
içdi, eləcə də bütün əmirlər bir-biriləri ilə dostluq andı içdilər. Sonra
isə səltənət və padşahlıq barədə söhbət başlandı. Şiraz hakimi Vəli
Sultan Qalxançıoğlu Zülqədər dedi:
" - Atanın mirası oğula çatar. Şah Şücanı padşah edin".
Əmirlər ona etiraz edərək dedilər:
307
Beytlərin farscası:
Nədanəd kəsi ta səmak-o səmək
Ke fərda çe bazi nəmayəd fələk.
Əz in nilgun hoqqeye-zərnegar
Çe mohre berun avərəd ruzgar.
Ze əsrare-gərdun kəs agah nist,
Xerədra bər in caygəh rah nist.
389
"- Sən vəkilüssəltənə və qızılbaşların böyüyü olmaq
istəyirsən. Səkkiz aylıq uşaq necə İran padşahı ola bilər?"
Bütün əmirlər və dövlət başçıları nəvvab Pərixan xanımın
hökmünə tabe olduqlarından, Vəli Sultan nəvvab xanımın xoşuna
gəlməkdən ötrü dedi: "Səltənət işlərinin icrası Pərixan xanım
tərəfindən həyata keçirilsin. Amma, qızların sultanlıq (səltənət)
rütbələri olmadığından, sikkə qoy Şah Şücanın adına zərb edilsin".
Onun bu sözünə heç kəs etina etmədi. Əmir xan, Pirə
Məhəmməd xan, Xəlil xan və bütün əmirlər dedilər ki, İsgəndər
şanlı Sultan Məhəmməd cənnətməkan şahın böyük oğludur və bir
neçə şahzadənin atasıdır. Elə o saat uca mərtəbəli divan "[Ey Allah,]
mülk sahibi sənsən, istədiyin kimsəyə mülk verərsən..."
308
[deyərək]
onun səltənət və padşahlığı barədə qərar çıxardı. [Amma] bəsirət
gözləri əzəli təqdiri müşahidə edə bilməyən bir dəstə dayaz
düşüncəli adam izhar edib dedi ki, onun gözləri zəifdir, belə olan
halda, Sultan Məhəmməd, ləşkər və məmləkəti görə bilmədən nə
təhər belə hörmətli səltənət işinin öhdəsindən gələ bilər? Gərək
padşahlığa adlı-sanlı bir oğlu təyin edilsin. "Bizim padşahımız
Sultan Məhəmməd padşahdır, onun övladları isə hələ kiçik
olmalarına baxmayaraq, inşaallah, böyük atalarının dövlət kölgəsi
altında böyüyüb boya-başa çatarlar və onların hansısa vəliəhd ola
bilərsə, o həzrətin izi ilə vəliəhd ola bilər" Qızılbaş əyanlarının
sözləri müqabilində heç kimin söz demək imkanı olmadı.
Vəli Sultan Şirazda nəvvab Sultan Məhəmməd Mirzə ilə
çox hörmətsiz davranmışdı və bu təkliflə razılaşmadı, lakin heç kim
onun sözünə qulaq asmadı, o da heç nə sübut eləyə bilmədi.
Həmin yığıncaq iştirakçıları bir səslə dedilər ki, "dövlət
Sultan Məhəmməd padşahın dövlətidir!". Onlar qərara aldıqları hər
hansı bir işin uğurla nəticələnməsi üçün qızılbaş tayfasının mübarək
adəti üzrə "Allah-Allah" deməyə başladılar. Əmirlər oradan çıxıb
nəvvab xanımın hərəmsarayına yollandılar, ondan bu işə savablı rəy
verməsini xahiş etdilər, ona gerçək vəziyyəti bildirdilər. Nəvvab
xanım [isə] özünü padşah təsəvvür edərək belə qərara aldı: Sultan
Məhəmməd Mirzə gələnə kimi şahlıq onun adı ilə bəzənəcək və
nəvvab xanım onun dövlət işlərinə başçılıq edəcəkdir.
308
İfadənin ərəbcəsi: "...tu-til-mulkə mən-təşa-u".
390
Sultan Hüseyn xan Şamlı o saat ordu işlərinə başçılıq
etmək üçün qalan Əliqulu xanın vəkili Sultan Mahmud adlı oğlunu
Herata yolladı ki, İsmayıl Mirzənin vəfatı xəbərini çatdırsın və əgər
hələ adlı-sanlı kamkar şahzadə, yəni əlahəzrət zəlləllah şahın dəf
olunması xüsusunda pis bir qəziyyə baş verməyibsə, onun nicat
xəbərini gətirsin.
Əmirlər Sultan Məhəmmədin padşahlığı xüsusunda bir
sənəd yazıb onu möhürlədikdən sonra o həzrətin dayısı oğlu olan
Əlixan bəy Mosullunu Şiraza göndərdilər. Ondan sonra İsgəndər
şanlı nəvvabın tərəfdarlarından olan Məhəmmədcan ağanın oğlu Əli
bəy Zülqədəri də İsmayıl Mirzənin vəfatını və şahın (Məhəmməd
Mirzənin - Ş.F.) hakimiyyətə gəlməsini [Şiraza] çatdırsın.
Günün axırında "At meydanı"nın qapıları açıldı. Carçılar
atlandılar. Tftar vaxtı əhaliyə məlum oldu ki, İsmayıl Mirzə vəfat
etmişdir.
Ertəsi gün nəvvab xanım, istər Sultan Heydər tərəfdarı
kimi, istərsə də başqa səbəbdən həbsdə olan əmir və əyanların azad
edilmələri barədə hökm verdi. Məsum bəy Kəmunənin oğlu
Sədrəddin xan və başqa-başqa təbəqələrdən çox adam məhbus idi.
Bir neçə gün bundan əvvəl ishal xəstəliyindən ölən Hüseyn bəy
Yüzbaşıdan başqa, təbii ki, hamını azad etdilər. Nəvvab xanım
tərəfindən anasına ehtiram olunan Mirzə Məxdum Şərifi də azad
olundu, amma İranda qalmağın çətin olacağını bildiyindən,
imamların məzarının ziyarəti məqsədi ilə Bağdada getdi. O, orada
Rum padşahı tərəfindən iltifata layiq görülüb bir neçə il Məkkənin
qaziül-qüzzatı* oldu. O, bir sıra gizli (xəfi) məzhəbə uyğun hökmlər
verirdi. Nəhayət, qaçılmaz əcələ giriftar oldu, Məkkədə həyata vida
etdi. Amma çoxları deyirlər ki, o, imamiyyə məzhəbi qaydasınca
dəfn olunmasını vəsiyyət etmişdi. O demişdi ki, "mən
isnaəşəriçiyəm, amma bu müddətdə dünya işlərinə və
vəzifəpərəstliyə uyub bəzi savabı olmayan işlərə qurşandım".
Xalqın çoxu İsmayıl Mirzənin bəd əməllərindən incik
olduğu üçün o qədər də pərişan olmadılar və onun ölümü ilə elə bir
hadisə baş vermədi. Xidmətçilər, saray ağaları və yaxın adamların
hər biri Şiraza gedib, padşahın xidmətində durmağı arzu edir,
əmirlərin yanına gəlib icazə istəyirdilər. Əmirlər onların xahişlərini
xanıma (Pərixana - Ş.F.) ərz edir, icazə verilənlər Şiraza gedirdilər.
Nəvvab xanımın və əmirlərin icazəsi olmadan heç kimin getmək
ixtiyarı yox idi.
391
SULTAN MƏHƏMMƏD PADŞAH XUDABƏNDƏNİN
CÜLUSU, İRANIN SƏLTƏNƏTTAXTINAƏYLƏŞMƏSİ VƏ
ONUN HÖKMRANLIĞI DÖVRÜNDƏ HƏR İL BAŞ VERƏN
HADİSƏLƏRİN ZİKRİ
Yuxarıda bəyan qələm ilə yazılmışdı ki, İsmayıl Mirzə
İsgəndər şanlı nəvvabın və onun övladlarının həbsdə saxlanmasının
və heç kimin onlarla görüşə bilməməsindən ötrü Qazi bəy adlı
zülqədər qorçisini Şiraza göndərmişdi. Həmin qorçi nəvvab mirzə
ilə çox pis rəftar etmişdi. İsmayıl Mirzənin vəfatı xəbəri bilindikdə
əzəmətli əmirlər Əlixan bəy Mosullu Türkmanı və Əli bəy Zülqədəri
Şiraza rəvan etdilər. Şamlı təbəqəsinin əmirzadələrindən olan
İsgəndər bəy Şamlı icazəsiz olaraq Əli bəy və Əmirxan bəydən
əvvəl Şiraza yollanıb, gecə-gündüz məsafə qət edərək, fələklər
fələyi kimi bir ləhzə də dayanmadan Əli bəydən iki gün əvvəl Şiraza
çatdı. O özünü qan-tər içində İsgəndər şanlı nəvvabın sarayına
çatdırıb müjdə verdi ki, İsmayıl Mirzə dünyadan köçmüş və haqq öz
yerini tapmışdır. O vaxt Qazi bəy orada yox idi. İsgəndər şanlı
nəvvabın xidmətçiləri çaşqınlıqla hərəmxanaya cumub dedilər ki, bir
qorçi gələrək belə bir müjdə gətirmişdir. Nəvvab mirzə, ya
himmətinin böyüklüyündən və dünyaya bağlılığının olmamasından,
ya da ehtiyatlı olduğundan o xəbərə heç bir əhəmiyyət vermədi. O,
fikirləşdi ki, məbadə İsmayıl Mirzə onu sınamaqdan ötrü Şiraza
adam göndərmiş ola. Bəlkə də o, qardaşının padşahlıq xəyalı olub-
olmamasını öyrənmək istəyir.
Xülasə, Qazi bəy Zülqədər dərhal saraya gəlib İsgəndər
bəylə danışmağa başladı və onu ölümlə hədələdi.
İsgəndər bəy dedi: "Burada təəccüblü nə var ki? Dünya heç
Məhəmməd Rəsulillaha qalmadı, İsmayıl Mirzəyə də qalmaya bilər.
Sözün yalanı-doğrusu üç günə bilinər. Əgər yalan demişəmsə, üç
gündən sonra mənə istədiyin cəzanı verə bilərsən".
Sözün qısası, bu xəbərdən şəhərə böyük həyəcan və
qarışıqlıq düşdü. Əhali saraya hücum çəkdi. İsgəndər şanlı nəvvab
Qazi bəyə dedi: "Sən belə xəbər yay ki, guya bu adam ağıldan
çıxmışdır və nə danışdığını anlamır. Onu həbs et. Əgər bu xəbər
doğru çıxsa, ilahi hökmə əməl edərik, əgər doğru çıxmasa, onu
şiddətli şəkildə cəzalandırarsan".
392
Qazi bəy buna cürət etmədisə də, o, Şiraz əhalisindən
bəzilərini və bu xəbərə inanan zülqədərləri təhdid etməyə başladı.
Hər saat İsgəndər bəy öz dediyini təsdiq edirdi. Həmin gün başqa bir
xəbər eşidilmədi. Qazi bəy bu xəbərə tamamilə inandı. İki gündən
sonra, axşamüstü Əli bəy gəlib düzgün xəbər gətirdi və nəvvabın
ayağını öpməklə şərəfləndi. Əli bəylə müttəfiq, Vəli Sultanla isə
ədavətdə olan zülqədərlərin böyük bir dəstəsi elə o dəm gələrək
nəvvabı cülus münasibətilə təbrik etdilər. İsgəndər bəy əmirlik
rütbəsinə layiq görülüb "Xoşxəbərxan " ləqəbi ilə şərəfləndi.
Zülqədərlər dərhal Qazi bəy əleyhinə sufiyanə dillə töhmətə
başladılar. İsgəndər şanlı nəvvab buyurdu ki, onun məni xeyli
incitməsinə baxmayaraq, mənə olunan bu ilahi inayət müqabilində
onu əfv edirəm, çünki o işə yararlı adamdır və öz padşahının əmr və
işarəsinə görə bizimlə elə rəftar etmişdir. O islafı oluna bilər.
Beləliklə eşikağasılıq* (eşikağasıgəri) mənsəbi ona verildi,
bir neçə gün xidmətini yerinə yetirdi. Lakin, sonradan Qazi bəyin
kobud rəftarı və ədəbsiz sözlərindən olduqca incik olan Məhdülya
(Şah Məhəmməd Xudabəndənin arvadı - Ş.F.) dözmədi və onu həbs
etdilər, Estəxr qalasına yolladılar. Elə həmin qalada da həyat
yüksəkliyindən ölüm çökəkliyinə yuvarlandı, torpağın məhbusu
oldu.
Ertəsi gün Şirazın bütün seyidləri, böyük rütbəli şəxsləri,
əyanları, həmçinin zülqədər ağsaqqalları saraya yığışıb nəvvabın
ayağını öpməklə şərəfləndilər. Əli bəyə Şiraz əyaləti və xan ləqəbi
verildi. Mirzənin tərəfdarı və əzəmətli seyidlərdən olan Şah
Müzəffərəddin Əncu isə qaziye-əsgər mənsəbi ilə şərəfləndirildi.
Son neçə ildə, xüsusilə İsmayıl Mirzənin hakimiyyəti zamanı
Şirazda ləyaqətlə vəzir və mütəssəddi vəzifələrində olmuş Mirzə
Əhməd Kufraniyə şərafətli sərkarlıq ali mənsəbi verildi. Nəvvabın
ali sərkarlıq* vəzifəsi bisaman olduğundan adı çəkilən Əlixan və
cənab Mirzə Əhməd Küfrani şah sərkarının zəruri xərclərini
özlərinin, zülqədər tayfasının və ölkənin divan vergiləri hesabına
müəyyənləşdirdilər.
Yüzbaşılar**, eşikağasılar, xidmətçilər, türk və taciklər hər
gün Qəzvin darüssəltənəsindən dəstə-dəstə adam gəlir və şah
tərəfindən nəvazişə layiq görülürdülər. Vəli Sultan və zülqədər
ağalarının çəkişməsi zamanı zülqədərlərlə müttəfiq olan Şiraz
müstovfisi Mir Qəvaməddin Hüseyn vaxtı ilə Vəli Sultanın
Qəzvində İsmayıl Mirzəyə ondan şikayətlənməsinə görə həbs
393
edilmişdi və indi həbsdən xilas olub, Şiraza gəldi, İsgəndər şanlı
nəvvabın möhtərəm hərəmi Məhdülya Fəxrənnisa bəyimin vəziri
oldu. Beləliklə, Məhdülya dövlət işlərinin nizamlanmasına başladı.
Onun əmri və işarəsi olmadan heç bir işə əncam olunmurdu.
İsgəndər şanlı nəvvab ona çox ehtiram edirdi.
Nəvvab Məhdülya Estəxr qalasında məhbus olan və özünə
yaxın qohumluğu çatan Gilan valisi Xan Əhməd xanın azadlığa
buraxılmasını ondan xahiş etdi, İsgəndər şanlı nəvvab Məhdülyanın
sözünü yerə salmayıb Xan Əhməd xanı qaladan çıxararaq çox
hörmət etdi, Gilanı yenidən ona verəcəyini vəd etdi.
Həmçinin cənnətməkan şah [vaxtı ilə] Şahrux bəy Tatıoğlu
Zülqədəri İsmayıl Mirzənin övliyası (burada "yaxın adam"ı - Ş.F.)
olduğu səbəbindən həbs edib qalaya salmışdı. İsmayıl Mirzə isə öz
hakimiyyəti zamanı onu özünün və ali divanın vəkilliyinə namizəd
etmiş və hər gün onu qaladan buraxdıracağını vəd edirdisə də buna
əməl etmirdi. İsgəndər şanlı nəvvab isə Şahrux bəyi həbsdən azad
edərək ona əyalət və xan rütbəsi verdi, dövlətin möhrdarı vəzifəsini
ona tapşırdı. Elə o əsnada da vəzir Mirzə Salman gəldi. O, əvvəlcə
Əliqulu xanın yanına getdi, onun vasitəsi ilə dost olduğu nazir cənab
Mirzə Əhmədin köməyi ilə nəvvabın və Məhdülyanın yanında oldu.
Görüş zamanı o Qəzvin hadisələri, nəvvab Pərixan xanımın
davranışı, əmirlərin itaəti barədə dövlətxah sözlər ərz etdi,
qiymətləndirildi və elə həmin məclisdə şahın hökmü ilə divan
vəzarətində vəzir və etimadüddövlə oldu.
Qəzvində baş verən hadisələr barədə: Nəvvab Pərixan
xanım cah-calalla kamiranlıq taxtına sahib olaraq bütün işləri öz
əlinə aldığı zaman alişan əmirlər onun fərmanına boyun əyib, hər
gün onun görüşünə gəlirdilər. Onlar qərara aldılar ki, Pərixan
xanımın tərəfdarı kimi hər oymaqdan bir nəfər ağsaqqal və etimadlı
şəxs seçilsin ki, tayfa üzvləri onların sözündən çıxmasınlar.
Türkman tayfasından Əmir xan, ustaclulardan Pirə Məhəmməd xan,
şamlılardan Durmuş xanın nəvəsi Sultanhüseyn xan, təkəlilərdən
Müseyib xan Şərəfəddinoğlu, əfşarlardan qorçibaşı Qulu bəy,
zülqədərlərdən ali divanın və ali qəsrin möhrdarı [başda] olmaqla
bütün oymaqların ağsaqqalları müəyyən edildi.
Bütün zəruri işləri nəvvab xanımın dayısı Şamxal Sultan
Çərkəs ərz edirdi və o, nə əmr etsəydi yerinə yetirirdilər. Belə qərara
alındı ki, ali əmrə görə Şiraza rəvan olan adamlardan başqa daha heç
kim icazəsiz yola düşməsin.
394
Şahın zəfərli dəstəsi Qəzvinə çatanda bütün əzəmətli
əmirlər xanımın tapşırığı ilə onu qarşılayıb, ayağı altındakı toıpağı
öpmək səadətinə yetişdilər.
Bir neçə gündən sonra, xanıma və Şamxala çox da etimad
bəsləməyən Mirzə Salman öz işini belə qurmağı qərara aldı: O,
Qəzvindən çıxaraq özünü padşahın müqəddəs qoşununa çatdırdı.
Şirin dili ilə Əmir xanı razı salıb, hərəmxana pəncərəsinin arxasında
dayandı, məhrəm adamların vasitəsilə ülyahəzrətə çatdırdılar ki,
Mirzə Salmanın təcili Şiraza getməsi məsləhətdir ki, məiyyət
arasında olsun, əks halda biganə adamlar şahın fikrini başqa səmtə
çevirərlər, alişan qardaş və mehriban bacı arasında fitnə-fəsad
salarlar.
Özünün razılığı olmadan şah ilə ordu arasında başqa bir
iqdamın ola biləcəyini ehtimal etməyən nəvvab xanım özlüyündə
onun sözlərinin həqiqət olduğunu götür-qoy edib Mirzə Salmanın
yola düşməsinə icazə verdi. O, elə həmin ləhzə hərəmxanadan
çıxaraq Şiraz yoluna düşdü, gizli yolla rəvan oldu. Ertəsi gün,
əmirlər özlərinin istəmədikləri üçün Mirzə Salmanın Şiraza
getdiyindən xəbərdar oldular. Şamxal Sultan adam yollayaraq onu
geri qaytarmaq istədi. Amma Əmir xan buna mane oldu.
Mirzə Salman isə gecə-gündüz hərəkət edib, hümayn şah
məiyyəti Şirazı tərk etməzdən əvvəl oraya çatdı, yuxarıda yazıldığı
kimi, görüş şərəfi ilə müşərrəf oldu. O, bilirdi ki, İsgəndər şanlı
nəvvabın xanımı olan Məryəm şanlı Məhdülya mütləq ixtiyar
sahibidir, dövlət adamları və mənsəbpərəstlər ondan asılıdırlar.
Buna görə də, onun rəğbətini qazanmaqdan ötrü Qəzvində baş verən
hadisələr, nəvvab xanımın (Pərixanın - Ş.F.) əzəmət və qüdrəti,
həmçinin qızılbaş əyanlarının ona bağlılığı barədə Məhdülyaya öz
bildiklərini ərz etdi. Beləliklə, o, İsgəndər şanlı nəvvabı və
Məhdülyanı inandırdı ki, nəvvab [Pərixan] xanım bütün dövlət
işlərini öz əlində cəmləndirdiyi bir halda nəvvab əşrəfin
(Məhəmməd Xüdabəndənin - Ş.F.) özü yox, yalnız adı padşah
olacaqdır və Məhdülya da başqa hərəmlər kimi hərəmxanada
yaşayacaqdır.
Belə qərara aldılar ki, nəvvab xanımın qüdrətini əlindən
alsınlar və onu ixtiyarsız etsinlər. Bu qərar hamının xoşuna gəldi,
nəvvab xanımı aradan götürmək barədə fikirləşməyə başladılar.
Qəzvindən gələn hər kəsdən onun barədə sorğu-sual edir, məlumat
yığırdılar. Nəhayət nəvvab xanımın dəf olunması fikri İskəndər şanlı
395
nəvvab və Məhdülya tərəfindən qətiləşdi, yoxsa o da İsmayıl Mirzə
kimi hərəkət edə bilərdi. Onlar həm də Pərixan xanımın İsmayıl
Mirzəyə qarşı məkr işlətməsindən şübhələnirdilər və bu şübhədə
əsas vardı.
Mirzə Salman səltənət işlərinin məsuliyyətini öz üzərınə
götürdü, hörməti gün-gündən artdı.
Bir sözlə, Şirazda bir aya qədər qaldıqdan sonra İsfahan
darüssəltənəsinə tərəf yollandılar.
Onlar həmin cənnətməkan yerə çatdıqları zaman
isfahanlılar
qonaqları
hədiyyələrlə
qarşıladılar,
ehtiramla
xidmətlərində durdular. Həmin darüssəltənə nəvvab Həmzə Mirzəyə
verildi və İsfahanın daruğəliyi nəvvab şahzadə tərəfindən
Məhdülyanın qardaşı oğlu Əmir Hüseyn xan Mazandaraniyə
tapşırddı. Oradan çıxıb, üç gün Kaşanda dayandılar, Kaşandan isə
möminlər şəhəri Quma gəldilər və orada İsgəndər şanlı nəvvabın
anası Sultanım ilə görüşdülər. Sultanım igid və adlı-sanlı oğlu
İsmayıl Mirzənin vəfatından və Sultan-hüseyn Mirzənin başına
gələn hadisəyə görə təziyə saxlayırdı, kədər içərisindəydi, amma ən
böyük oğlu olan qiymətli İsgəndər şanlı nəvvab ilə uzun vaxt uzağda
yaşadığı və əziz nəvələrini görə bilmədiyi üçün indiki görüşdən
sevindi və onun qəm-kədəri şadlıqla əvəz olundu.
Hüseynqulu Sultan Eşikağasıbaşı onların görüşünə gəldi,
qədəm basdıqları torpağı öpmək səadəti ilə şərəfləndi.
Qəzvin darüssəltənəsində əzəmətli əmirlərə belə xəbər
çatdırdılar ki, nəvvab xanımın iqtidarı və onun əmrlərlə ittifaqa
girməsindən [Şah Məhəmməd Xudabəndənin] və Məhdülyanın xoşu
gəlməmişdir. Əmir xan, Pirə Məhəmməd xan, Xəlil xan, qorçibaşı
və başqa alişan əmirlər və xanların hər biri öz oğlanları, qohumları
və oymaqlarındakı adlı-sanlı adamlarını onların qarşısına yolladılar.
İş o yerə çatdı ki, əmirlər və əyanlar nəvvab xanımın icazəsi
olmadan ayrı-ayrılıqda istiqbala getdilər. Qumda dayandıqları bir
neçə gün ərzində əmir və əyanların əksəriyyəti görüşə gəldi. Nəvvab
Pərixan xanımın vəkilləri də özlərinə qarşı iltifatsızlıq qoxusu hiss
etdilər. Şamxal Sultan və adamları bir az pərişanlandılar. Xülasə,
şahlığın zəfərli bayrağı möminlər diyarı Qumdan ölkə paytaxtına
tərəf hərəkət etdi. Savədən keçib Xoşkruda çatdıqda, Qəzvində qalıb
nəvvab xanımı istiqbal etmək əmri alan Əmir xan, Pirə Məhəmməd
xan, Xəlil xan, qorçibaşı, Məhəmmədi xan Toxmaq və başqaları öz
qərarlarının əksinə gedəcək bu qərara gəldilər ki, onların hər biri öz
396
adamları ilə birlikdə nəvvab xanımın müşayiətində getməyib, hərəsi
öz adamları ələ birlikdə [şahı] qarşılamağa getsinlər. Onların bəzisi
icazə alaraq, bəzisi isə icazəsiz yola düşüb Xoşkrud yaxınlığında
şahın xidmətinə yetmək səadətinə yetişdilər.
O vaxt Şamxal Sultanının, çərkəslərin və xanımın
adamlarının yaraqlanıb xanımın evində toplaşmaları və başlarında
üsyan və fitnə-fəsad sədası olması barədə xəbər eşidildi. İsmayıl
Mirzənin yaxınlarından biri olan Əmiraslan xan Ərəşli Şamlıya
Qəzvin darüssəltənəsi yaxınlığında durub Şamxal Sultam dəf etmək
tapşırılmış və o bu işi görməyə boyun olmuşdu.
Şah tərəfindən Şamxal Sultana onun ləqəbləri (əlqab)
göstərilməklə bu məzmunda bir məktub yazıldı: "Hələ cənnətməkan
şahın vaxtında bir neçə il onun ülkası olan Şəki əyaləti və oranın
bütün var-yoxu Şamxala Sultana verilmiş və o həmişə oranın
arzusunda olmuşdur. Buna görə də biz [Şəkini] ona veririk. Münasib
bir vaxt olduğuna görə öz adamları ilə şəhərdən çıxsın, ordusunu
şəhərin xaricində qoysun, mən dövlətxanaya gəldiyim zaman o,
mənim xidmətimə gəlmək, ayağımı öpməklə (paybus) şərəflənsin,
sonra [Şəkiyə] rəvan olsun". Şamxal Sultanla dost və əlbir olan
Əmiraslan xan şəhərə gəlib şahın məktubunu ona verdi və ona
atlanmasını təklif etdi.
Şamxal Sultan bu təklifin şəfqət üzündən edilmədiyini bilsə
də, başqa bir qərara gələ bilməyərək, Şəkiyə getmək və özünü bir
küncə verib şadyanalıq etmək niyyəti ilə istər-istəməz Əmiraslan
xanla birlikdə ata suvar olub, şəhərdən bir fərsəx aralıda olan
Şəntənə çatdı. Zilhiccə ayı
309
başlayan ertəsi gün şahlığın hümayun
ordusu Qəzvinin bir fərsəxliyində olan Birə Sufiyan adlı yerdə
dayandı. Nəvvab Pərixan xanım zər-ziba ilə işlənmiş kəcavənin
üstündə əyləşmişdi. Xanımın dörd-beş yüz nəfərədək olan
hərəmxana qorçiləri və xüsusi mülazimləri kəcavəni çiyinlərinə
götürüb ali orduya gətirdilər. Elə ki, hərəmxanaya çatdılar, saray
xacələri xidmət mərasiminə başladılar. Hərəmxanada əziz qardaşı və
adlı-sanlı şahzadələrlə görüşdü. Cənnətməkan şahın və qardaşlarının
təziyə mərasimindən sonra İsmayıl Mirzə və onun bəyənilməz
hərəkətləri, amansızlıqları barədə söhbət başlandı. Bəzi saray
xacələri deyirlər ki, nəvvab Məhdülya ədəb üzündən nəvvab
309
Zilhiccə ayı - hicri qəməri ilin on ikinci ayı (Bax: N.Səqəfi. Göst. lüğət, c. I, səh.
796).
397
[Pərixan] xanımın əlini öpdü, amma nəvvab xanım özünün
qəribəliyi və qüruru üzündən nəvvab Məhdülyaya lazimi diqqət
yetirmədi. Xülasə, ud (öküz) ilindən on bir ay keçən zilhiccə ayının
üçündə seşənbə günü (12 fevral) Qəzvin münəccimi Mövlana Əfzəl
xan xoş bir saat müəyyən etdi, İsgəndər şanlı nəvvab və aliməkan
şahzadə birlikdə atlanıb, həmin yerdən mübarək dövlətxanaya tərəf
yola düşdülər. Bütün əhali dəstələnib, qoşun-qoşun onları
qarşılamağa çıxdı. Birə Sufiyandan hümayun dövlətxananın
qapısınadək adamlar səf-səf dayanıb dua oxumağa başladılar.
İsgəndər şanlı nəvvab şadyanalıqla hümayun dövlətxanaya daxil
oldu, günəş kimi izzət və iqbal taxtına əyləşdi. Cənnətməkan şahın
pak qızları və zövcələri, habelə hərəmxananın başqa xidmətçiləri
ona təzim etmək şərəfinə nail oldular.
Nəvvab xanımın əhvalı barədə: İsgəndər şanlı nəvvab
mübarək dövlətxanaya tərəf yola düşərkən hökm etmişdi ki,
cənnətməkan şahın dövründə bir neçə vaxt cənab xanımın lələsi
olmuş Xəlil xan Əfşar gərək xanımı aparıb öz evində saxlasın.
İsgəndər şanlı şah və dövləti idarə edən nəvvab
310
[Pərixan
xanım] ata süvar olduqdan sonra əzəmətli qorçilər əmrə müvafiq
olaraq nəvvab xanımın kəcavəsini çiyinlərinə götürdülər. Nəvvab
Məhdülya və səltənətin başqa zadəgan xanımları da atlanıb
kəcavənin dalınca hərəkət etdilər. Mübarək dövlətxananın qapısına
çatdıqda, şəhərdən istiqbala gələn izdihamın çoxluğundan giriş
qapısının yolunun bağlı olduğunu gördülər. Nəvvab xanımın qorçi
və mülazimləri xanımın işarəsi ilə kəcavəni onun evinə tərəf
aparmağı başladılar və evin içindən keçirib hərəmxana bağçasına
çatdırdılar. Çatdıqları zaman Xəlil xanın mülazimləri ona hücum
edib, kəcavəni xanın evinə apardılar.
Dostları ilə paylaş: |