Birinci məqalə səfəvilərin Şah Abbasa qədərki nəsil
şəcərəsini və ondan əvvəlki 4 səfəvi hökmdarının (I Şah İsmayıl, I
Şah Təhmasib, II Şah İsmayıl və Şah Məhəmməd Xudabəndə)
tarixçəsini, qalan 11 məqalə isə birinci məqalə kimi müfəssəl
olmadan tam yığcam şəkildə Şah Abbasın fərdi xüsusiyyətlərini,
habelə quruculuq işlərini və hərbi-siyasi fəaliyyətini əhatə edir.
15
Həmin 11 məqalənin hamısı Şah Abbas ömrünün 38 və 39-cu
illərini əhatə edən hicri 1033 (miladi 1624)-cü ildən sonra
yazılmışdır.
16
Möhtərəm oxucu, indi isə həmin 11 məqalənin təkcə
sərlövhələrinə diqqət yetirmək müəllifin Şah Abbasa olan böyük
məhəbbət və ehtiramının inikası kimi diqqətəlayiqdir. İsgəndər bəy
onların adlarını bir-bir belə sadalayır və onlara bir neçə səhifə ayırrr:
İkinci məqalə: O həzrətin (Şah Abbasın - Ş.F.) Allah
dərgahına diqqət və hədsiz bağlılığının (esteğraq) zikridir;
Üçüncü məqalə: [O həzrətdə] təqdir səhifəsinə uyğun ilahi
məhəbbət və biliyin oturuşu (esabat), habelə gördüyü işlərin
gözəlliyi haqqında;
Dördüncü məqalə: [O həzrətə verilən] sahibqranlıq
rütbəsinin ləyaqəti, baş verən təhlükələrin və xoş sonluqla başa
çatan səadətli qranların (ulduzların nəhslik və bədbəxtliklərindən
qurtulma - Ş.F) zikri;
Beşinci məqalə: [O həzrət tərəfindən] ədalətpərvərliyin,
yolların əmniyyətinin və insanların yaşayış şəraitinin yüksəldilməsi
barədə;
Altıncı məqalə: [O həzrət tərəfindən] ilahi hikmətlərdən
olan sərt hökmlərin icrası haqqında;
Yeddinci məqalə: [O] həzrətin cahandarlıq tərzi (ayin) və
hökmranlıq etmə qaydaları haqqında;
15
Ç.A.Stori. Göst. əsər, II hissə, s. 874; İsgəndər bəy Münşi. Tarixe-aləmaraye-
Abbasi (Oqtay Əfəndiyev və Namiq Musalı tərcüməsi), səh. 9.
16
İsgəndər bəy Türkman. Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), Müqəddimə,
səh. 18.
17
Səkkizinci məqalə: O həzrətə xas anlaşılmaz xasiyyəti
(bitəəyyoni), dərvişanə xisləti (dərvişnehadi), xudbin olmaması
(bitəkəllofi) və onda iki təzadlı xüsusiyyətin mövcudluğu haqqında;
Doqquzuncu məqalə: [O həzrətin] xidmətkarların hüquqi
haqlarını qoruması və onların mülkiyyətlərinə toxunmamasının
zikri;
Onuncu məqalə: [O həzrətin] xoş xisləti (şekoftetəbi),
onun aləmdəki vəziyyət və ümmət təbəqələri ilə tanışlığı haqqında;
On birinci məqalə: O həzrət tərəfindən xeyriyyə təsisatları
və imarətlər inşasının zikri;
On ikinci məqalə: [O həzrətin] Humayun hakimiyyəti
vaxtı baş verən hadisələr, müharibələr və qələbələrin zikri."
17
Qeyd olunmalıdır ki, yuxarıdakı on bir məqalənin
sərlövhələri "Fars ədəbiyyatı" kitabında olduqca yığcam tərcümə
olunmuşdur.
18
"Tarixe-aləmaraye-Abbasi" kitabının I cildini bitirən
müəllif II cildi davam etdirməyə başlayır və onun qələmi Şah
Abbasın taxta cülusundan başlayaraq onun hakimiyyətinin ilk otuz
ilini yazmağa yönəlir (1587-1616-cı illər). III cild isə 1629-cu ilədək
davam edir.
İsgəndər bəy Münşi mükəmməl savada malik şəxs
olmuşdur ki, bunu onun qələmindən çıxan hər cümlə sübut edir.
Siyasi hadisələr haqqında nisbətən asan və hamının başa düşəcəyi
bir dillə yazmışdır, qalan məsələlər isə (elmi, iqtisadi, dini-ideoloji,
diplomatik və s.) olduqca qəliz söz, cümlə və ibarələrlə ifadə
olunmuşdur. Kitabı oxuyarkən səfəvi sarayının görkəmli münşisi
olan İsgəndər bəy həm də şeri, musiqini, yaşadığı dövrün rəvacda
olan elmlərini mükəmməl bilən bir sima kimi nəzəri cəlb edir.
İsgəndər bəy Münşinin qələmə aldığı bu məlum mənbənin
müxtəlif əlyazma nüsxələri (tam, yaxud hissələrlə) dünyanın bir çox
ölkələrindəki kitabxanalarda hifz olunmaqdadır. "Fars ədəbiyyatı"
kitabının məlumatına əsasən bilmək olur ki, bir çox məşhur
şəhərlərdə (Moskva, Leninqrad, Daşkənd, İstanbul, Edinburq,
Kabul, Bağdad, Tehran, Berlin, İrəvan, Lahur, Pəncab, Məşhəd,
17
Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), Bakı, 2010, səh. 676-710.
18
Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 874-875.
18
Aliqarx, Qahirə, Mədrəs, Bakı, Tiflis, İsfahan və s.) bu məşhur
kitabın müxtəlif nüsxələri vardır.
19
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda "Tarixe-aləmaraye-Abbasi"nin iki
cildini əhatə edən dörd əlyazma nüsxəsi mövcuddur.
20
İsgəndər bəy Münşinin kitabı yazıldığı vaxtdan başlayaraq
məşhurlaşmış və dəfələrlə nəşr olunmuşdur. Əsərin ayrı-ayrı
hissələri hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.
V.Velyaminov-Zernov tərəfindən tərcümə və dərc olunmuşdur.
21
Mənbə tam olaraq 1896-cı ildə İranda Mirzə Şərif adlı şəxs
tərəfindən üç cilddən ibarət litoqrafik şəkildə çap olunmuşdur.
22
1555-1556-cı illərdə əsər tədqiqatçı İrəc Əfşarın redaktəsi ilə iki
kitaba sığışdırılaraq üç cild halında çap olundu, az sonra isə həmin
nəşr daha iki dəfə /1971, 2003/ Tehranda işıq üzü görmüşdür.
23
1985-ci
ildə İranda Şahrudi "Tarixe-aləmaraye-Abbasi"nin
daşbasına mətnini bir kitab şəklində ofset üsulu ilə təkrar çap etdi,
1998-ci ildə isə Məhəmməd İsmayıl Rizvani də mənbənin litoqrafik
mətni əsas götürülməklə onu üç cilddən ibarət çap etdirdi.
24
"Fars
ədəbiyyatı" kitabında verilən məlumata görə "Tarixe-aləmaraye-
Abbasi" əsəri hələ 1718-1730-cu illərdə Osmanlı dövlətinin baş
vəziri Damad İbrahim paşanın əmrinə görə müdərris Məhəmməd
Nəbih Əfəndi tərəfindən osmanlı dilinə tərcümə olunmuşdur.
25
O.Əfəndiyev və N.Musalı həmin tərcümənin əlyazma nüsxəsinin
hazırda İstanbulun Topqapı sarayında hifz olunduğunu bildirirlər.
26
Lakin digər bir məlumata görə Türk Tarix Kurumu Kitabxanasında
(şifr № Ter./51) mənbənin türk dilinə başqa bir tərcümə variantı da
19
Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 875-881.
20
Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, səh. 11-
12.
21
Ç.A.Stori. Göst. əsər, II hissə, s. 880. Tarixe-aləmaraye-Abbasi (O.Əfəndiyev və
N.Musalı tərcüməsi), Ön söz, səh. 14.
22
Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi) Ön söz, səh. 14.
23
Tarix-i aləmaray-i Abbasi (İrəc Əfşar nəşri), I cild, səh. 6; Tarixe -aləmaraye-
Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, s. 14.
24
Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, səh. 14-
15.
25
Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 881.
26
Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, səh. 15.
19
mövcuddur ki, 1944-1945-ci illərdə Əli Gəncəli tərəfindən tərcümə
edilmişdir.
27
Mənbənin I cildindəki I Şah Təhmasib dövründə yaşayıb-
yaradan məşhur xəttatlara həsr olunmuş 7 səhifədən ibarət kiçik bir
hissə isə tədqiqatçı O.F.Akimuşkin tərəfindən rus dilinə çevrilmiş və
onun yazdığı məqaləyə daxil edilmişdir.
28
Mənbənin mətnindən
Türkmənistan
tarixinə
dair
iqtibaslar
1938-ci
ildə
A.A.Romaskeviçin redaktəsi altında rus dilinə tərcümə
olunmuşdur.
29
O.Ə.Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti XVI
əsrdə" adlı monoqrafiyasında İsgəndər bəy Münşinin I Şah
Təhmasib dövrünün sonundakı qızılbaş əmirlərinə həsr etdiyi cəmi
iki səhifəlik bir parçanın rus dilinə tərcüməsini vermişdir.
30
"Tarixe-
aləmaraye-Abbasi" əsəri 1978-ci ildə R.M.Seyvəri tərəfindən ingilis
dilinə tərcümə olunaraq çap edilmişdir.
31
İsgəndər bəy Münşinin kitabının bəzi hissələri 2004-2006-
cı illərdə Şahin Fazil tərəfindən tərcümə olunaraq AMEA Nizami
Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin nəşr etdiyi "Şərq"
adlı tərcümə toplusunun 1, 2 və 3-cü saylarında 92 səhifədə çap
olunmuşdur.
32
Biz illər boyu yüzlərlə mənbəni dönə-dönə tədqiq etdiyimiz
üçün orta əsr tarixçilərinin yaradıcılıq qabiliyyətləri ilə yanaşı,
onların şəxsiyyətləri ilə də tanış olmaq imkanı əldə etmişik.
Əsərlərində istifadə etdikləri məxəzləri göstərməyən və onları
səhifə-səhifə köçürərək öz kitablarına daxil edən (kompilyasiya!)
tarixçilərlə yanaşı, nə yaxşı ki, Həsən bəy Rumlu və İsgəndər bəy
27
İ.Münşi. Tarih-i Alam-Aray-i Abbasi, Çeviren Ali Genceli (Yayınlanmamış), TTK
Kütübhanesi, Ter. /51.
28
ÇA.Stori. Göst. əsər, II hissə, səh. 881; Краткие сообшения Института Народов
Азии, т. 39, Mocквa, 1963, c. 20-32; Tarixe-aləmaraye-Abbasi (O.Əfəndiyev və
N.Musalı tərcüməsi), Ön söz, səh. 16.
29
Ç.A.Stori. Göst. əsər, II hissə, s. 880-881; Tarixe-aləmaraye-Abbasi (O.Əfəndiyev
və N.Musalı tərcüməsi) Ön söz, s. 15.
30
O.Əfəndiyev. Göst. əsər, s. 216-218.
31
İskandar Beq Monshi of Shah Abbas the Qreat (translated by R.M/ Savory), 2 vols,
Boulder, Colorado: Westviyev Press, 1978. Tarixe-aləmaraye-Abbasi /O.Əfəndiyev
və N.Musalı tərcüməsi), Ön söz, s. 16.
32
"Şərq", AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Tərcümə
Toplusu, № 1, Bakı, 2004, s. 26-56. Yenə həmin toplu, № 2, s.26-64; Yenə həmin
toplu, № 3, Bakı, 2006, s. 299-324.
Qeyd: Bizim bu tərcüməmizdən O.Əfəndiyevin və N.Musalının məlumatları olduğu
halda, onlar bu tərcümə işi haqqında susmuşlar - Ş.F.
20
Münşi kimi salnaməçilər vicdanlı fəaliyyət göstərmişlər. İsgəndər
bəy təkcə tarixi mənbələrin adlarını və müəlliflərini xatırlatmır, o
həmçinin bir çox nəzm və nəsrlə elmi, dini-fəlsəfi, ədəbi, coğrafi və
s. kitabların adlarını bir-bir yazır, yeri gəldikcə onlara əsaslanır,
yaxud həmin kitabların müəlliflərini oxuculara təqdim edərkən
onların yaradıcılığında əsas yer tutan əsərlərini də bir-bir sadalayır.
Belə ki, İsgəndər bəyin istifadə etdiyi tarixi qaynaqlar
aşağıdakılardır:
"Əhsənüt-təvarix", "Tarixe-Əkbəri", "Tarixe-Həbibüs-
ciyər", "Tarixe-Təbəristan", "Tarixe-cəhanara", "Rövzətüs-səfa",
"Xülasətül-əxbar", "Zəfərnamə", "Foruhate-Yəmini", "Lübbət-
təvarix", "Mətləüs-sədeyn və məcməül-bəhreyn", "Cəngnamə",
"Cameye-Abbasi" və s.
İsgəndər bəyin mütaliə və məlumat diapazonunun geniş
olmasının sübutu üçün aşağıdakı kitabların təkcə adlarını çəkmək
kifayətdir:
"Qurane-Kərim",
"İncil", "Təcrid", "Əxlaqe-Cəlali",
"Əxlaqe-Mohseni", "Əxlaqe-Naseri", "Təzkireye-Mir Təqi Kaşi",
"Təşrihəl-əflak", "Cameəl-osul", "Cameəl-hekayat", "Çehel hədis",
"Haşiyeye-qəvayede-şəhid", "Haşiyeye-şərhe-eşarat", "Haşiyeye-
təfsire-Qazi", "Haşiyeye-mətul", "Həblol-mətin", "Zübdətül-osul",
"Hədayeqül-salehin",
"Haşiyeye-şərhe-moxtəsəre-osul",
"Həyəvətül-həyəvan", "Xüləsətül-hesab" "Xolseye-mələkutiyyə",
"Şərhüş-şərhe-Çəğmini", "Şərhe-şəfaye-Şeyx Əbu Əli", "Şərhe-
Koleyni",
"Səfvətüs-Səfa",
"Suratül-müstəqim",
"Rəvaşehe-
səmaviyyə", "Səbe-Şəddad", "Surətül-əqalim", "Orvətül-Vəsəqi",
"Sovərül-əqalim", "Əcayebül-məxluqat", "Fərəc bəd-əş-şeddət",
"Kəşkül", "Gülüstan", "Qiyasate-həqqül-yəqin fi hədusül-aləm",
"Eynül-həyat fi təfsirül-ayat", "Məxzənül-əsrar", "Əyunəl-məsayel",
"Nüzhətül-qülub", "Həft-bənde-Mövlana Həsən Kaşi", "Məsalekül-
məmalik", "Sidrətül-məntəha", "Haşiye-şərhe moxtəsəre-osule-Mir
Damad",
"Məşre-qüs-şəmseyn",
"Miftahül-fəllah",
"Divane-
Kəmaləddin İsmail", "Divane-Lisanülqeyb Hafiz Şirazi" və s.
"Tarixe-aləmaraye-Abbasi" əsəri artıq çoxdandır ki, bir sıra
dünya ölkələri tədqiqatçılarının nəzərini özünə cəlb etmişdir. XX
Alimlərdən V.Hins, H.R.Romer, H.Horst, H.Busse, H.Braun,
R.Luft, G.Herman, K.Rorborn, M.Mazzoi, S.Şuster, B.Palombiani,
E.Qlassen, B.Hofman, H.Müller, E.Eberhard, H.Zirke, iranşünas
Avropa müəlliflərindən A.Ləmbton, R.Seyvori, Ç.Melvill,
21
A.Morten, E.Herziq, J.Oben, J.Kalmar, M.Handa, J.Baqe-Qramon,
L.Rabino, M.Zuppe, A.Pimontese, B.Skarçia, V.Flor, R.Mati,
M.Dikson, R.Çesni, A.Hyuman, həmçinin rus şərqşünasları
İ.Petruşevski, A.Romaskeviç, O.Akimuşkin, N.Mikluxo-Maklay,
Türkiyə və İran tədqiqatçılarından F.Sümər, B.Kütükoğlu,
F.Kırzıoğlu, H.Fəlsəfi, Ə.Nəvai, İ.Əfşar, Ə.Mənzəvi, E.Eşraqi,
İ.Dehqan, Ə.Süheyli-Xansari və başqaları dəfələrlə "Tarixe-
aləmaraye-Abbasi"dən və onun müəllifindən bəhs etmişlər.
"Tarixe-aləmaraye-Abbasi"
əsərini bir sıra
vətən
tarixçilərimiz, o cümlədən Ə.Rəhmani, O.Əfəndiyev, M.Heydərov,
S.Aşurbəyli, Y.Mahmudov, M.Nemətova, S.Onullahi, Ə.Rəcəbli,
Ş.Məmmədova, T.Nəcəfli, X.Qasımov, R.Ağayev, T.Cəfiyev,
M.Ağalarov, Fərəh Hüseyn və b. mütəmadi olaraq tədqiqata cəlb
etmiş, bu dəyərli kitabı XVI-XVII əsrlər Səfəvi tarixşünaslığının
önəmli mənbələrindən ən dəyərlisi hesab etmişlər.
"Tarixe-aləmaraye-Abbasi" kitabının mühüm fayda və
əhəmiyyəti barədə aşağıdakıları demək olar:
XVI-XVII əsrlərdə idari və hərbi təsisatlar, həmçinin
maddi və şəri məsələlərin işıqlandırılması;
Səfəvilərə qonşu olan bir sıra ölkə xalqlarının (osmanlılar,
gürcülər, teymurilərin Hindistanda hakimiyyətdə olan padşahları,
Mavərənnəhr türkləri və s.) adət və ənənələrinin təsviri;
Başqa kitablarda təsadüf olunmayan tarixi hadisələrin
təsviri;
Səfəvi dövrünün alimləri, üləmaları, qoşun başçıları,
hökumət vəzifədarları, rəssamlar, xəttatlar, şairlər və musiqiçilərlə
bağlı məlumatların verilməsi;
Dövlət və hərbi aparatda hakimiyyəti illərində bir sıra
tayfalar və onların başçıları, həmçinin müxtəlif vəzifələr haqqında
geniş məlumatın nəzərə çatdırılması;
Dövrümüzdə artıq unudulmuş nadir söz və istilahların
işlədilməsi.
33
Kitabın bu faydalı cəhətlərini xatırlatmaqla kifayətlənən
İrəc Əfşarın məlumatlarının sayını xeyli artırmaq olar. Məsələn,
dövlətin quruluşu və diplomatiyası; bir sıra rəsmi məktubların tam
mətninin, yaxud məzmunlarının əks olunması; İsgəndər bəy Münşi
tərəfindən geniş işlədilən türk-monqol istilahlarının tez-tez nümunə
33
Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), I hissə, səh. 93.
22
gətirilməsi; bir sıra vergi və mükəlləfiyyətlər haqqında qiymətli
məlumatların verilməsi; əhalinin köçürülmə siyasəti; II Şah
İsmayılın vəfatından sonra və Məhəmməd Xudabəndənin
hakimiyyətə başlamasından əvvəl bir neçə ay hakimiyyəti öz əlində
saxlamış Pərixan xanımın (I Şah Təhmasibin qızı - Ş.F.) olduqca
orijinal tərzdə yazılan diplomatik fəaliyyətinin İsgəndər bəy qələmi
ilə əks etdirilməsi; dövlətlərarası və tayfalararası ixtilaf və
münaqişələrə münasibət; əsərdə hadisələrin məzmunu ilə bağlı 1000
misradan çox şer parçalarının, habelə atalar sözləri və
zərbülməsəllərin verilməsi və s.
Bəzi tarixçilərə yüksək qiymət verən İsgəndər bəy yazır:
"İlahinin seçdiyi o həzrətin (Şah Təhmasibin - Ş.F.) gözəl
sifətlərinin vəsfi qədərindən artıq, onun haqqında yazmaq isə
qələmin qüdrətindən və darülinşa (dəftərxana - Ş.F) katiblərinin
barmaqları (bənan) imkanından kənardır. Uca dövlətin onun
dövründə baş vermiş hadisələrinin təsvirini, apardığı müharibələri,
aldığı ölkə və şəhərləri, habelə başqa böyük əhvalatları rumlu tarixçi
(movərrex) mərhum Həsən bəy o həzrətin dövründə yazdığı və
"Əhsənüt-təvarix" adlandırdığı kitabında elə təsvir etmişdir ki, bu
həqir zərrədə ("zərreyi həqiq" - İsgəndər bəy Münşi özünü
təvəzökarlıqla belə adlandırır - Ş.F) elə yazmaq qabiliyyəti yoxdur.
Yol tapım mən necə şah məclisinə?
Qapıçı timsalı yoxdur qədrim.
Necə təlim eləyim elmi ki, var
Məndə vəsfiyçün onun az təlim.
Mənim niyyətim əlahəzrət zilləllah şahın (Şah Abbasın -
Ş.F.) dövründə baş vermiş hadisələri yazmaq olduğundan sözümü
uzatdığıma (ətnab) görə üzr istəyirəm. Bu aləmi bəzəyən "Aləmara"
kitabı (nosxe) o cahan şəhriyarının başına gələnlərin tam şərhinə
həsr olunduğu üçün "Abbasnamə"ni yazan qələmim (xame) gücüm
çatana qədər söz bəzəməkdən uzaqlaşmayacaqdır".
34
Bir daha vurğulamaq lazımdır ki, "Tarixe-aləmaraye-
Abbasi" əsərindəki məktublar, onlardan ayrı-ayrı parçalar, yaxud
məktubların yığcam məzmununun verilməsi, sünnü məzhəbindən
olan özbəklərin şiə qızılbaşlara münasibətlərini əks etdirən iki böyük
34
Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), I hissə, səh. 93.
23
məktubun surəti, bir osmanlı döyüşçüsünün Şah Abbasın Bağdad
üzərinə hücumu zamanı öz ölkəsinə göndərdiyi osmanlı üslubunda
yazdığı namə, Roma papasının Şah Abbasa ünvanladığı məktub
kitabın qiymətini daha da artıran və bizə miras qalan epistolyar irs
sayıla bilər.
Qeyd etmək lazımdır ki, XVII əsrdə səfəvi və osmanlı
saraylarından Qərb ölkələrinə göndərilən rəsmi dövlət məktubları,
əsasən, fars, qismən də türk dillərində yazılırdı. Məsələn, 1618-ci
ildə Rusiya çarı tərəfindən Səfəvi hökmdarının yanına yollanan
yüksək dərəcəli elçinin göndərdiyi məktub türk dilində yazılmışdı.
İsgəndər bəy yazır: "Həmçinin bu il o uca sülalənin (romanovların -
Ş.F.) mötəbər əmir və knyazlarından (kənnas) ibarət böyük bir elçi
heyəti Xəzər dəryası və o çöllərdən keçərək Şirvanın Dərbəndinə
gəldi və Humayun şah məiyyətinin ardınca Ərdəbildən [çıxıb]
Qəzvin darüssəltənəsinə çatdı. O elçi də Səadət [abad] meydanında
şahla görüş səadətinə yetişdi və mütərcim [tərcoman] vasitəsilə
padşah tərəfindən özlərinin ehtiyac (niyazməndi) xahişini və
möhkəm birlik (ettehad) istəyini ərz edərək, türk dilində yazılmış
uzun bir məktubu şaha təqdim etdi".
35
Səfəvi sarayının məşhur əmirlərindən olan Əmir xan
Türkman və Şah Təhmasibin qızı Fatimə Sultanın toyu münasibətilə
həmin xanımda gözü olan, lakin "bəzi məsləhətlərə görə" məqsədinə
çata bilməyən Müseyib xan Şərəfəddinoğlu Təkəlinin incik tərzdə
Azərbaycan dilində yazdığı bir rübai poeziya dilimizin səciyyəvi
xüsusiyyətləri baxımından olduqca maraqlıdır. "Tarixe-aləmaraye-
Abbasi"də oxuyuruq:
"Əmir xanın toyu oldu..., cənnətməkan şahın qızı Fatimə
Sultan xanım Əmir xanın evinə aparılıdı... Müseyib xan özünü Əmir
xandan yüksək tuturdu. Səltənət dənizinin həmin pakizə gövhərində
(yəni Fatimə Sultan xanımda - Ş.F.) onun da gözü var idi, lakin bəzi
məsləhətlərə görə bu iş baş tutmadı və o böyük töhfə Əmir xana
nəsib oldu. Müseyib xan razılıq barmağını gözünün üstünə qoyub,
şahın əmri ilə solduşluğu qəbul etdi, türkcə bu rübaini yazıb
İsgəndər şanlı nəvvaba (Şah Məhəmməd Xudabəndəyə - Ş.F.)
göndərdi:
Rübai
35
Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsinin əlyazması), II hissə, səh. 940.
24
Ey şahe-cəhan, biəsər oldi deməgim,
"Dutdi qəm-əli, ələm tikani-ətəgim.
Yüzyildi ki, xidmətimlə dərgahində!
Solduş əməgimə döndi axir əməgim"
36
İndi də əsərdə işlənən bir vacib istilah barədə misal
gətirmək istərdik: "azərbaycanlı (azərbaycani)" istilahı. İsgəndər bəy
"azərbaycanlı" sözünü əsərinin bir neçə yerində işlədir. Mən şəxsən
bu istilahın o dövrün başqa farsdilli mənbələrində verilməsinə
hələlik təsadüf etməmişəm. İsgəndər bəy isə yazır: "[Əlahəzrət]
müzəffər əsgərlərin bir dəstəsini Məhəmməd Tağı bəy Təbrizi adlı
azərbaycanlı (azərbaycani) tüfəngçilərin minbaşısının (minbaşiye-
tofəgçiyane-azərbaycani) sərkərdəliyi altında o qala üzərinə
yolladı".
37
Yaxud "İsmayıl bəy Tüfəngçibaşı iki yüz nəfər
azərbaycanlı (azərbaycani) tüfəngçi ilə həmin qalanın (Gürcüstanın
Torağan qalası - Ş.F.) mühafizəsinə təyin olundu".
38
Azərbaycanlı (azərbaycani) ifadəsi kitabın başqa yerində də
nəzərimi cəlb etdi: "Ondan sonra azərbaycanlı (azərbaycani)
tüfəngçilərin (töfəgçiyane-azərbaycani) minbaşısı Məhəmməd Tağı
bəy Təbrizi gələrək, cəngin necə aparılması, savaşın xüsusiyyətləri
və əsir götürülənlərin adları barədə təfsilatla məlumat verdi".
39
Mühüm tarixi mənbə olan "Tarixe-aləmaraye-Abbasi"
əsəri, demək olar ki, bütün Şərq ölkələrində səda doğurmuşdur. XIX
əsrin çox böyük mütəfəkkirlərindən olan Mirzə Fətəli Axundov
(1812-1878) tərəfindən də oxunan zəngin məlumatlı bu qaynaqdakı
bir epizod məşhur "Aldanmış kəvakib" ("Aldanmış ulduzlar")
povestinin əsasını təşkil etmişdir. Belə ki, Şah Abbas hakimiyyətinin
7-ci ilində (1592) saray münəccimləri ulduz falı vasitəsilə "həyatına
təhlükə yaranacağını" bu gənc səfəvi padşahına bildirmiş və onlar
təhlükənin qarşısını qabaqcadan almaq üçün "ulduzları aldatmaq"
36
Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I cild, səh. 260.
37
Bu misal və sonrakı daha iki misal "Tarixe-aləmaraye-Abbasi"nin 11 kitabındandır
(Bax: İrəc Əfşar nəşri, səh. 874). II kitabın tərəfimizdən tərcümə olunan əlyazma
nüsxəsi nəşriyyatda hələ səhifələnmədiyi üçün əsərin İrəc Əfşar nəşrinə istinad etməli
olduq - Ş.F.).
38
Yenə orada.
39
Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I cild, səh. 936.
25
tədbiri barədə düşünmüşlər. Münəccimlər şahdan müvəqqəti olaraq
şahlıqdan əl çəkməsini, onun əvəzində isə ölüm cəzasına məhkum
olunan bir "nöqtəvi" kafirinin
40
padşahlıq taxtına əyləşməsini xahiş
etdilər. Şahın yerinə üç gün şah olan Yusif Sərrac ("Tarixe-
aləmaraye-Abbasi"də bu ad "usta Yusifiye-tərkeşduz", yəni
"yəhərtikən usta Yusifi", yaxud "Mövlana Yusifi" kimi verilir - Ş.F.)
dövlətdə baş verəcək təhlükənin artıq sovuşduğu üçün dərhal
öldürüldü.
41
Abbasqulu ağa Bakıxanov da (1794-1847) İsgəndər bəyin
bu tarixi mənbəyindən bəhrələnmişdir.
42
İsgəndər bəy Münşinin məşhur əsərindən müasir dövrdə
yaşayan, habelə dünyanı tərk edən azərbaycanlı yazarlar o qədər
yazmışlar ki!.. Bu işdə böyük xidməti olmuş Ə.Ə.Rəhmanini
yuxarıda xatırladıq. Onun hər iki monoqrafik əsərində (namizədlik
və doktorluq dissertasiyaları) İsgəndər bəyə hörmət və "Tarixe-
aləmaraye-Abbasi"yə diqqət vardır. Birinci monoqrafiya bütövlüklə,
ikincisi isə qismən o salnaməçinin materiallarından istifadə
olunmaqla yazılmışdır. Prof. O.Ə.Əfəndiyev "Azərbaycan Səfəvilər
dövləti XVI əsrdə" adlanan kitabında 78 dəfə İsgəndər bəy Münşini
xatırlamış, dəfələrlə onun salnaməsinə istinad etmişdir. Prof.
M.X.Heydərov "XIII-XVII əsrlərdə Azərbaycan şəhərlərində sosial-
iqtisadi münasibət və sənətkarlıq təşkilatları" və "XIII-XVII əsrlərdə
Azərbaycan şəhərləri və şəhər sənətkarlığı" monoqrafiyalarında
istinadlarının 30-nu İsgəndər bəyin əsərinə əsaslanaraq elmi
dövriyyəyə gətirmişdir. Prof. S.M.Onullahi "XIII-XVII əsrlərdə
Təbriz şəhərinin tarixi" üzərində işləyərkən 23 dəfə "Tarixe-
aləmaraye-Abbasi”dən
bəhrələnmişdir.
Prof.
Ş.F.Fərzəliyev
"Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-
təvarix" əsəri üzrə)" və "Azərbaycan və Osmanlı imperiyası XV-
XVI əsrlərdə" monoqrafiyalarında 12 dəfə İsgəndər bəy Münşiyə
40
Nöqtəviyyə - Bu cərəyanın nümayəndələri "nöqtəvilər", yaxud "pəsixanilər"
adlanırdılar. Mahmud Pəsixani Gilani adlı bir şəxs hicri 800-ci ildə "nöqtəvi"
adlandırdığı bir məzhəb yaratdı. Əvvəllər hürufiçilərdən olan Mahmud sonradan bu
cərəyanı tərk etdi və "nöqtəviçi" oldu. Onun bu yeni məzhəbi səfəvi şahları tərəfindən
aradan götürüldü, çünki nöqtəvilər bütün yaranışın və hər şeyin əsasını təkcə torpaqda
görür, ölümdən sonra yenidən dirilməyə (rəstaxiz), cənnətə və cəhənnəmə
inanmırdılar (Bax: D-r M.Moin, c. VI, səh. 2141).
41
Tarixe-aləmaraye-Abbasi /İrəc Əfşar nəşri/, II hissə, səh, 887; Ə.Ə.Rəhmani. Göst.
monoqrafiya, səh. 28-29.
42
A.Bakıxanov. Gülüstani-İrəm, Bakı, 1951, səh. 93.
26
müraciət etmişdir. Tarix elmləri namizədi Ş.K.Məmmədova
üzərində işlədiyi "Xülasətət-təvarix" əsərinin müəllifi Qazi Əhməd
Quminin məlumatları əsasında İsgəndər bəy Münşinin həyatı və
fəaliyyəli haqqında maraqlı qeydləri nəzərə çatdırmışdır. Belə ki,
"Xülasətət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi" kitabında
oxuyuruq: "Qazi Əhmədin yazdığından aydın olur ki, məşhur
Azərbaycan tarixçisi, "Tarixe-aləmaraye-Abbasi" əsərinin müəllifi
İsgəndər bəy Münşi hələ kiçik yaşlarında onun şagirdi olmuşdur.
Qazi Əhməd Qumi "Gülüstani-hünər"də İsgəndər bəy Münşi
haqqında ətraflı məlumat verir: "İsgəndər bəy Münşi mənim
övladım kimidir. Onun xoşagələn xasiyyəti və gözəl keyfiyyətləri
vardır. Əvvəllər şahın dəftərxanasına getmişdi və şəriət
dəftərxanasında yazıçılığa başladı, təliq xəttini gözəl yazırdı. Elə ki,
həmin dəftərxananın işi mənə həvalə olundu, mən sənədləri və işləri
ona tapşırdım. Bir müddət səfərlərdə bir yerdə olurduq. Onda böyük
istedad müşahidə etdiyimə görə bəzi hökmlərin və müxtəlif
hadisələrin yazılmasını ona tapşırdım. Mənimlə olan dostluğu
sayəsində inşa işlərində, şahların hökmləri haqqında, kitab yazmaq
sahəsində get-gedə püxtələşdi və bu işə alışdı. Bir-iki ildən sonra
Divanın vəzarətindən azad olaraq Darül-İnşaya getdi. Onun kimi
sayaq (siyaq - Ş.F.) elmində mahir şəxs, xoşnevis və münşi az
tapılır. Sənədlərin tərtibi və tarixi kitabların yazılması indi ona
tapşırılıb. [İsgəndər bəy Münşi] sürətlə və zərif kitablar yazmaqda
dünyada yeganədir".
43
Yuxarıda işarə olunduğu kimi, həm İsgəndər bəyin özü,
həm də onun qardaşı oğlu Məhəmməd Saleh şer yazmaq məharətinə
malik şəxslər olmuşlar. Ç.A.Stori yazır: "İsgəndər bəy Münşinin
qardaşı oğlu Məhəmməd Salehin yazdığı üç maddeye-tarix
(xronoqramma) "Tarixe-aləmaraye Abbasi"də xatırlanır (İrəc Əfşar
nəşri, II hissə, səh. 837, 968, 1013)".
44
Ç.Stori Məhəmməd Saleh
tərəfindən yazılan "İnşa" adlı əsərin Tehran Universitetində
mikrofilm şəklində saxlandığını da bildirir.
45
Həqiqətən də, İsgəndər
bəy bu qardaşı oğlunu qiymətləndirmiş və onu "Əziz fərzənd"
("Fərzənde-ərcomənd"), əsərinin iki yerində isə "bu vərəqlər
43
Şükufə Məmmədova. "Xülasətət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi,
Bakı, 1991, səh. 11-12.
44
Ç.A.Stori. Göst. əsər, III hissə, səh. 1471.
45
Ç.A.Stori. Göst. əsər, III hissə, səh. 1471.
27
müəllifinin qardaşı oğlu fərzənd Məhəmməd Saleh" kimi qələmə
vermişdir.
İsgəndər bəy Münşinin şairliyinə gəldikdə isə, deyə bilərik
ki, o, əsərində təsvirini verdiyi Dəmdəm qalasının möhkəm
bürclərindən birinin "Hatəm bəy Ordubadi tarəfindən alınmasını və
həmin tutulan bürcün bu qalanın fəthi demək olduğunu bildirərək
özünün bir rübaisini oxucunun nəzərinə çatdırır.
46
"Tarixe-aləmaraye-Abbasi"nin bir neçə yerində Nizami
Gəncəvi bir neçə dəfə xatırlanmış, onun şerlərindən misallar
gətirilmişdir. Kilabda həmçinin oxuyuruq: "Şah [bundan sonra]
çıxıb Ordubada yollandı. O vilayətin havası əlahəzrətin külək sürətli
atının qopardığı tozanaqdan ətirləndi. Məşhur söz ustadı (soxənvəre-
nami) Şeyx Nizami həmin məmləkətin vəsfində demişdir:
"Turac, kəklik salıb elə qaraltı,
Quşlarla doluydu ağaclar altı.
47
İsgəndər bəy Münşi Ordubadda olarkən fars poeziyasının
görkəmli nümayəndələrindən biri olan Hafiz Şirazini (1325-1390)
xatırlayaraq yazır:
"Ordubad olduqca ürəkaçan və ürəyəyatan bir qəsəbədir.
Onun şimal tərəfindən Araz çayı axır ki, Şirazın söz sahibi Xacə
Hafiz o yerin gözəl sahillərinin mədhində buyurmuşdur:
Ey səba, keçsən Araz sahillərindən sən əgər,
Torpağından busə al ki, qoy ətirlənsin nəfəs".
48
(Tərcümə Şahin Fazilindir).
Yaxud başqa bir misal: "Tarixe-aləmaraye-Abbasi"nin
müəllifi öz kitabında Xacə Nəsirəddin Tusi və Hatəm bəy
Ordubadidən, habelə bir daha Ordubaddan söz açaraq, bu
"cənnətməkan yer" haqqında şair Əli Nəqi Kəmrəinin şeirindən bir
beyt gətirməklə belə yazır:
46
Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 808.
47
Yenə orada, səh. 878.
48
Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 722; Bax: "Şərq" tərcümə
toplusu, № l, Bakı, 2004, səh. 26.
28
"Ordubad Qapan (Qafan - Ş.F.) dağının ətəyində
yerləşmişdir və suyunun təmizliyi, bağ-bağatının meyvəsi,
çeşmələrinin gözəlliyi ilə bütün aləmdə məşhurdur. Dünyada elə bir
yer və ölkə yoxdur ki, bu lətafətdə və şirinlikdə su çeşmələrinə
malik ola bilsin. Oranın camaatı möhkəm təşəyyəxislətdirlər (qatı
şiədirlər - Ş.F.), kəramətli səfəviyyə xanədanına sadiq olmaları ilə
məşhurdurlar. Belə ki, məhz buna görə də rumiyyənin (osmanlıların
- Ş.F) ağalığı vaxtı bir neçə dəfə qətliam olunmuşdur. O zaman
həmin cənnətməkan yer dağıldı, əhalisinə, xüsusilə ustadül-bəşər və
nəsirül-millət və din (bəşər ustadı və millət və dinin himayəçisi -
Ş.F) olan Xacə Tusinin ali nəsriyyə-tusiyyə təbəqəsinə böyük
sədəmə dəydi. Həmin pərişanlığın iqbal qüvvəsi ilə aradan
qaldırıldığı bu vaxtlarda Ordubad şahanə inayətə layiq görüldü,
bütün divan vergilərindən azad olundu, Azərbaycan vilayətində
oraya bənzər başqa bir yerə bu imtiyazlar verilmədi. Cəm (Cəmşid
padşah - Ş.F) iqtidarlı etimadüddövlə (dövlətin etimadlı adamı, yəni
baş vəzir - Ş.F) Hatəm bəy də o ali silsiləyə mənsubdur. Bu
sətirlərin müəllifi uzun müddət həmin fələk ehtişamlı alicənab
şəxsin məclislərində iştirak etdiyindən və onunla həmsöhbət
olduğundan, o ali sülalə üzvlərindən bir neçəsi barədə məlumat
verməyi məqsədə müvafiq sayır.
Xülasə, o uca təbəqə öz ulu babalarının fəzilət və əqli
üstünlüklərindən bəhrələnmişdir. Həmin iqbal sahibləri barədə Şeyx
Əli Nəqi Kəmrəi nəzm yazmış, gözəl beytlər və ürəkaçan mənalı
sözlər söyləmişdir:
"Ordubad torpağının hətta tikanlıqları da
Daima fəzlü hünər meyvəsinə sahibdir"
(Tərcümə Şahin Fazilindir).
Onların (Hatəm bəy Ordubadi nəslinin - Ş.F) əksəriyyəti
göfünüşcə gözəgəlimli, pəhrizkar, daxili qabiliyyətə və istedada
malik, nəfsi tox, gözəl əxlaqlı olduqlarından o diyarın bütün camaatı
tərəfindən həmişə sevilmişlər. O da (Hatəm bəy Ordubadi - Ş.F)
yüksək rütbəli dövlət xadimi olub, təmiz əxlaqlı, nəfsi tox, xalqın
yaxşılığını istəyən adam idi və qabiliyyəti, işgüzarlığı ilə məşhur
olduğundan ali divanın vəziri rütbəsi ilə şərəflənərək, iyirmi ilədək
29
divan vəziri kimi cahan işlərinin həlli və əqdi (həyata keçirilməsi -
Ş.F) ilə məşğul olmuş, onları tənzimləmişdi".
49
İsgəndər bəy Münşinin dilində çoxlu türk sözləri və
ifadələri də vardır. Məşhur dövlət xadimi, vilayət hakimi və qoşun
başçısı olan azərbaycanlı Fərhad xanın Şah Abbasın əmri ilə qətl
olunması hadisəsi ilə bağlı oxuyuruq: "Açıq-aşkar görünən sübutlar
hümayun şahın xan barəsindəki fikrini qətiləşdirdi, onun şüurunun
işığı bu məqsədə yönəldi və xan şaha olan etibarı ələn verdi.
Nəticədə qəzavü-qədər icraçıları onun qətlinə hazır oldular.
Allahverdi xana, bəzi əmirlərə və qulamlara bu işin yerinə
yetirilməsi tapşırıldı, onlar da onun evinə gedərək işini bitirdilər.
Allahverdi xan əlini uzadıb onun xəncərini belindən çıxararkən, xan
artıq məsələnin nə yerdə olduğunu anladı. Fərhad xan türk ibarəsi ilə
təkcə belə deyə bildi: "Beləmi oldu? ", yəni "Mənim işim beləmi
oldu?" (farscası "Karema çenin şod? ").
50
Yuxarıda bildirildiyi kimi, "Tarixe-aləmaraye-Abbasi"
əsərinin dili mürəkkəb və rəngarəngdir, həmçinin "Qurani
Kərim"dən gətirilən ayələr,
51
müxtəlif hadisələrdən misallar və
zərbülməsəllərlə zəngindir.
Əsərin I cildində bir dibaçə (ön söz),
52
94 başlıq, 110
yarımbaşlıq, 607 misra şer parçası, II cildində 153 başlıq, 207
yarımbaşlıq, 546 misra şer parçası, III cildində isə bir dibaçə, 88
başlıq, 20 yarımbaşlıq və 280 misra şer parçası vardır. Beləliklə,
İsgəndər bəyin əsərində üç dibaçə, 335 başlıq, 337 yarımbaşlıq,
1423 misra müxtəlif şerlərdən nümunələr, habelə bir xatimə (son
söz) nəzərə çarpır.
Biz İsgəndər bəy Münşinin əsərinin adı haqqında da bir
neçə kəlmə deməyi münasib bilirik. Fars dilindəki izafət tərkibli
sözlərin sıralanmasına görə bu kitab "Abbasın dünyanı bəzəyən
tarixi" adlanmalıdır, lakin İsgəndər bəy öz salnaməsini "Tarixe-
49
Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 722; Bax: "Şərq" tərcümə
toplusu, Mbl, Bakı, 2004, səh. 26-27.
50
Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 575.
51
Əsəri tərcümə etdikcə orada müəllif tərəfindən Qurandan gətirilən onlarla surə və
ayələrin adlarının göstərilməməsi / "Zəlzələ" surəsindən başqa/ işimi bir qədər
çətinləşdirdiyindən mənim xahişimlə onların ərəb dilindən tərcüməsi ərəbşünas
dostum Valeh Tağı vasitəsilə həyata keçirildi ki, ona bir daha minnətdarlığımı
bildirirəm.
52
Əsərin hər üç cildinin əvvəllində "dibaçə" sözü yazılmayan dibaçələr mövcuddur.
30
aləmaraye-Abbasi"dən başqa "Tarixe-aləmara", yəni "Dünyanı
bəzəyən tarix" (1095-ci səhifədə) və "Aləmara" ("Dünyanı
bəzəyən") da (46, 92, 541, 765, 939, 995, 1052, 1094-cü
səhifələrdə) adlandırmışdır. Beləliklə, bir neçə tarixçi tərəfindən
"Abbasın dünyanı bəzəyən tarixi" kimi tərcümə edilən (məsələn,
İ.P.Petruşevski, O.Ə.Əfəndiyev və N.S.Musalı) və kitabın müəllin
tərəfindən "Dünyanı bəzəyən" kimi adlanmasına görə onu "Dünyanı
bəzəyən Abbasın tarixi" şəklində də tərcümə etmək olar
zənnindəyəm, çünki İsgəndər bəy Münşinin bu tarix kitabı aləmi
bəzəyən Abbasın tarixidir.
İsgəndər bəy 1560-cı ildə doğulub. İndi isə 2010-cu ildir.
İsgəndər bəyin təvəllüdündən 450 il keçir. Bəli, möhtəşəm bir tarix
əsəri yazan bu bəy hələ də yaşayır. Uzunömürlüdür İsgəndər bəy.
1560-cı ildən başlayan yaş hələ də davam edir. Dünya durduqca
davam edəcək bu yaş. Əlbəttə, həyalda iz qoyan şəxslər çox
olmuşdur. İsgəndər bəyin pozulmaz izi var - kitab izi.
Yeri gəlmişkən, İsgəndər bəy Münşi özü öz qüvvəsinə
bələd tarixçi kimi, hələ tamamlamadığı, yazmaqda olduğu
kitabının qiymətini yaxşı bilirdi və belə yazırdı: "Əgər o ali nəsəbli
vəlinemət [Şah Abbas] öz diqqət işığını bu şərif nüsxənin
tamamlanmasına saçardısa, mənim bəhanə gəzən təbim zaman
fərmanverəninin fərmanı önündə başını aşağı əyər, asiman
qüdrətinin yardımı və mənalar bazarında dükan bəzəyənlərin
köməyi sayəsində söz məclisini daha da hərarətləndirər və bu
rəmzləri şərif ibarələr və lətif istiarələrlə (metafora, məcazi mənada
işlənən söz, ya ifadə - Y.M.) yazı İpinə düzər, onu münasib, qiymətli
şeirlərlə bəzəyər, təbiət üzgücüsü (qəvvas), təbiətin qüvvəsi (fetrət)
və himayəsi (paymərdi) ilə bilik dənizindən sahilə qiymətli (səmin)
ləllər və zəngin mənalar çıxarardı, beləliklə, bu uca məqamlı
padşahın yaratdıqları dövranın sultanları üçün dəsturüləməl olduğu
kimi, bu müflis (ur) şəxsin (İsgəndər bəy Münşinin) yazdığı kitab
fəzilət şüarlı, istedadlı adamlardan ötrü zərbülməsələ çevrilərdi:
Dostları ilə paylaş: |