HÜMAYUN MƏİYYƏTİN İRAQİ-ƏRƏBƏ YÜRÜŞÜNÜN
ZİKRİ, O VİLAYƏTİN FƏTHİ VƏ BAŞ VERƏN
[BAŞQA] HADİSƏLƏRİN BƏYANI
O
vilayətin
fəthi
belə
olmuşdur:
İraqi-Ərəb
məmləkətlərinin əyanları Sultan Murad əhvalatından xəbər
tutduqda, türkman əmirlərindən Barik adlı birisi o mülkü zəbt etdi
və onun mühafizəsinə başladı. Həmin vilayəti tutmaq fikri humayun
şahın da işıqlı beyninə yol açdığı üçün, o, əvvəlcə Barik üçün zərlə
işlənmiş tac, kəmər və xüsusi xələt göndərdi,* onu itaətə dəvət etdi.
Barik məsələnin başlanğıcında şah xələtini həvəslə qəbul edərək,
türkman papağını başından götürüb şahın tac və xələtini özünə
iftixar bildi, özü də bargah adamlarından ötrü layiqli peşkəşlər
yolladı, o vilayət idarəsinin onun ixtiyarında saxlanılması xahişini
etdi. Amma hümayun şahın nəzəri onun göndərdiyi şeylərə qonmadı
və Barikə məktubla bildirdi: "Mənim ürəyimə ali müqəddəslərin
ziyarətgahlarına (ətəbat) getmək fikri düşmüşdür və bu işi yerinə
yetirməliyəm (fəsxe-an nəmişəvəd). Əgər sənin sözlərindən sədaqət
qoxusu gəlirsə, yubanmadan aləmpənah dərgaha gəl və əmirlər
silkinə daxil ol, əks təqdirdə bu dərgaha məkr və hiylə yolu
qapalıdır". Barik bir neçə gün dövlətxahlıq şüarını öz şüarı etdi.
Hümayun yürüşün o səmtə başlanacağı aydınlaşanda qaladarlaq
ehtiyatı və silah-sursat toplamağa başladı. Şahın gəlişinə maneçilik
törətmə şeypurunu çalaraq, zərrin tacı başından atdı. Elə buna görə
də o tərəfə hümayun yürüş başlandı. Şah, Hüseyn bəy Lələni
qoşunun münqəlayı** edib, irəli yolladı. Hüseyn bəy Bağdadın iki
mənzillik*** məsafəsinə çatdıqda Barik qorxuya düşdü. O vilayətin
əksər əyanı şah bargahının adamlarına itaətə meyilləndi, Barik isə
özündə qarşılaşma (moqabele) və qaladarlıq qüdrəti görməyərək, bir
gecə gizlicə Dəcləni keçdi, Sultan Muradla birlikdə yorğun halda
(təəb) Hələbə qaçdı, onlar da oradan çıxıb, yuxarıda yazıldığı kimi,
zülqədərlərə qoşuldular. Ertəsi gün şəhərin əhalisi və əyanları Nəcəf
seyidlərindən olan və o vilayətin ixtiyar sahibinə çevrilən, amma
Barik tərəfindən yüksək şah dövlətinin tərəfdarı kimi quyuya salınan
Seyid bəy Kəmunəni quyudan çıxarıb şahsevənlik şüarı**** elan
etdilər. Seyid Məhəmməd Kəmunə cümə günü came məscidə gedib,
94
hümayun şahın adına isnaəşəri xütbəsi oxudu. O. Hüseyn bəy Lələni
qarşılayaraq, onu Mirzə Pirbudaq bağına* gətirdi. Hüseyn bəy
Bağdadın fəthinin şah dərğahı sayəsində mümkün olduğunu ərz etdi.
Əzəmətli ordu ov edə-edə tələsmədən gedib zəfər və kamranlıqla
darüssəlama (Bağdada - Ş.F.) çatdı. Əhali şadlıqlarını izhar edərək
onları istiqbal etdi, dua mərasiminə başladı. Süleyman şanlı xaqan
darüssəlamın fəth olunması münasibəti ilə o mülkə şükürlər diləyib
doqquz yüz on dördüncü il cəmadüs-sani ayının iyirmisində (miladi
1508, 16 oktyabr) darüssəlama təşrif gətirdi, Seyid Məhəmməd
şahın izzət və ehtiramı ilə şərəfləndi və iftixar etdi, o vilayətin
idarəçiliyi Xadim bəyə verildi, şah onu orada "əbülmənsur" və
"xəlifətül-xüləfa" adları ilə ləqəbləndirdi. Şah oradan çıxaraq öz
ehtiyat və sədaqət üzünü pak Kərbəla torpağına tərəf tutdu, Əbi
Əbdullah əl-Hüseynin və Kərbəla çölü şəhidlərinin nurlu qəbirlərini
ziyarət etməklə müşərrəf oldu, behişt ehtiramlı o rövzənin
gözəlləşməsinə və mücavirlərə ənamlar verilməsinə böyük diqqət
göstərdi. Oradan çıxaraq pak, nurlu vəlayətpənah (İmam Əlinin -
Ş.F.) yəni "o pak nurun, Allah vəlisinin"
103
cənnət mənzilli təvaf*
ehramını*** geyindi, Hillədən Nəcəfi-Əşrəfə getdi, bu böyük
səadətə yetişib xoşbəxt (fayez) oldu, səxavət əlini oranın
xidmətçilərinə ehsan vermək üçün açdı. O, Nəcəfi-Əşrəfin vəqf
qəyyumluğunu (tovliyət) İraqi-Ərəbin bəzi mahalları ilə birlikdə
Seyid Məhəmməd Kəmunəyə verdi və [Kəmunə] həmin işlərlə
məşğul olmağa başladı. [Şah] darüssəlama qayıdaraq, ali nejadlı
imamlar olan Əbi İbrahim Musa əl-Kazimin və Məhəmməd Təqi əl-
Cavadın məzarlarının ziyarəti ilə müşərrəf oldu. Oradan Samirəyə
gedərək həmin şərafətli məkanda dua, ziyarət, ənam və ehsan
rəsmlərini icra etdi.
İraqi-Ərəb məsələlərini nizamladıqdan və mübarək
ocaqlara zəruri diqqətini yetirdikdən sonra [şah] Xuzistan fəthinə
bayraq qaldırıb, o tərəfə rəvan oldu. Xuzistan hüdudunda Hüseyn
bəy Lələ və Bayram bəy Qaramanlını qələbə nişanlı əsgərdən on
min nəfərlə birlikdə Luristan hakimi Məlik Rüstəmin üstünə
göndərdi, humayun ordu isə Həvizəyə tərəf hərəkət etdi. Həmin
vilayətdə yaşayan müşəşə ərəbləri* o vaxtlarda azğınlıq (zəlalət)
yoluna düşərək, şahi-vilayət pənahın (Həzrət Əlinin - Ş.F) Allah
103
İfadənin ərəbcəsi: "Mutəhhiru ənvarin ınnəmə vəliyəkum Allahu"
95
məqamında olduğunu (Üluhiyyət) iddia edirdilər. Qəribə
hadisələrdən biri də budur: Xalq arasında söylənildiyinə görə,
müşəşələr öz ibadətlərini icra etdikləri zaman onlara bıçaq, ya
şəmşir zərbəsi təsir etmirdi. Onlar şəmşirin ucunu öz qarınlarına
dirəyərək "əliyullahlıq" yəni "Əli Allahdır" və başqa batil sözlər
söyləyirlər və bu vaxt şəmşir kaman kimi əyilir, amma bədənlərinə
zərər dəymirdi. Həmin tayfa hakimi həmişə seyidlər arasından
seçilirdi. Qızılbaşlar oraya göndərildikləri vaxtda isə Sultan Fəyyaz
ibn Sultan Möhsün onların hakimi və öz atasının qayimməqamı idi.
O tayfa üçün şəriət ehkimlarının icrası qadağandı və onlar azğınlıq
yoluna daha çox düşmüşdülər, Fəyyazın üluhiyyətini etiraf edirdilər.
Cah-cəlallı ordu Həvizəyə yaxınlaşanda, "Həbibüs-siyər"
əsəri müəllifinin sözünə görə, Fəyyaz müşəşə təbəqəsi ilə iqbal
qoşununun müqabilində səf bəzəyərək döyüşə hazır oldu. Həvizə
kənarında böyük hərb başlandı, Həvizə torpağı müşəşəçilərin axan
qanlarından ləl rənginə döndü, bəd niyyətli (sekal) Fəyyaz o
azğınların çoxu ilə birlikdə amalları zəfər olan qazilərin iti qılıncları
vasitəsilə ədəm yoluna tələsdi:
Nəzm
Qanı müşəşənin o təhər axdı,
Sanki yer üstünə lalələr çıxdı.
O qədər töküldü qan o başlardan,
Fələk qurşağacan oldu qızıl qan.
Üst-üstə qalandı elə çox ölü,
O çölə bağlandı küləyin yolu.
104
Luristana getmiş olan əzəmətli əmirlər əhd-peymanla
onların yanına gələn Məlik Rüstəmi özləri ilə ali saraya gətirdilər.
Məlik əmirlərlə qarşılaşandan sonra fərar etmiş, yolları olduqca
keçilməz olan dağlara pənah aparmış, Bəhram intiqamlı əsgərlər
104
Nəzmin farscası belədir:
Ze xune-moşəşe dər an sadə dəşt
To gofti zəmin-o zəman lale gəşt.
Ze bəs xun dər an sərzəmin kəlle bəst
Fələk ta kəmərgah dər xun neşəst.
Ze bəs koşte bər ruy həm uftad,
Dər an badiye bəste şod rahe-bad.
96
dağın ətrafını əhatəyə almış, onun işi çıxılmaz olmuş və o aman
diləyi, əhdü peymanla əmirlərin yanına gəlmişdi. Məlik Rüstəm
sarayda lur dilində şirin sözlər danışaraq şahın iltifat nəzərinə layiq
oldu. Onun uzun saqqalı vardı. Süleyman şanlı xaqan onun saqqalını
dürr və ləllərlə bəzədi və o, bir müddət hümayun orduda qaldı.
[Sonra] Luristanın hakimliyi ona verildi və məqsədinə yetərək, öz
diyarına rəvan oldu.
Xülasə, müşəşəyə qalib gəldikdən sonra [şah] Həvizə
hakimliyini əzəmətli əmirlərin birinə verib Şüştər və Disfula getdi.
Oranın hakimi itaət yolunu tutaraq ali saraya gəldi, şəhərin və
qalanın açarlarını təhvil verdi, həmin məmləkətlər Səlasil qalası ilə
birgə dərya ürəkli şəhriyarın əlinə keçdi. Süleyman şanlı xaqan başı
fələyə dəyən o qalanı etibarlı adamların birinə verib öz zəfər
bayrağını Fars vilayətinə doğru qaldırdı, şikar edə-edə Şiraz
darülmülkünə yetişib, həmin darülmülkdə kamranlıq və
rəiyyətpərvərlik taxtına qədəm basdı. Lar və Hörmüz valilərinin
elçiləri xilafət ehtişamlı saraya gələrək, layiqli peşkəşlər təqdim
etdilər, o məmləkətlərdə xütbəni və sikkəni hümayin şəhriyarın adı
və soyadı ilə bəzədilər. Şah qış fəslini cah-cəlal ilə (fərr) Şirazda,
baharı isə Həmədanda keçirdi, bir neçə vaxt da Əlvənd dağında
istirahət etdi, oradan yola düşdü və Təbriz darüssəltənəsi İran
hökmdarının şərafətli qədəmi ilə ətirləndi. Şirvan tərəfdən
Şeyxşahın yenidən o vilayətə sərvərlik bayrağı qaldırması və
(ödəyəcək) bac-xəracı ləngitməsi xəbəri gəldi. Şahın qiyamət
zəbanəli (qiyamətləhəb) qəzəb atəşi şölələndi, qışın oğlan çağı və
soyuğun şiddətli vaxtı yürüş cilovunu Şirvan istiqamətinə yönəltdi,
Cavadda körpü (cəsr) asıb, oradan sağ-salamat keçdi. Şiravanşah
ona müqavinıət edə bilməyərək, Biğord qalasına tərəf qaçdı, cəlal
ordusu zəfər və iqballa Şirvana daxil oldu. [Şah] o vilayəti Lələ bəyə
verdi və gəlib Şamaxıda dayandı. Bakı (Badkubə) və Şabranın
qoruyucuları itaətə gəlib qapı açarlarını təhvil verdilər. Qalalarının
möhkəmliyinə və qala ətəyinin yüksəkliyinə (xakrız) güvənən
Dərbənd əhalisi bir neçə gün əl-ayaq atdılar, sonra əllərini aman
ətəyinə uzadaraq [şaha] itaət mərasimi təqdim etdilər. Süleyman
şanlı xaqan həmin qış fəslində Şirvandan çıxaraq Qarabağa təşrif
gətirdi, baharın əvvəlində Sultaniyyəyə tərəf hərəkət etdi, Xorasana
yürüş tiçün yaraq-yasaq hazırlığına başladı.
97
XORASAN FƏTHİ DASTANININ BAŞLANMASl
Rəvayətlər gülşəninin bülbül nəvalı adamları və hekayət
əncuməninin yeni xəbərlər (əxbare-bədaye) yazan dastançıları
Süleyman şanlı xaqanın atəşlər yağdıran qılıncının parıltısı ilə
müyəssər olan Xorasan fəthini aşağıdakı kimi bəyan etmişlar: Elə ki,
ölkələr alan xosrovun şimşək gurultulu nağarasının təntənəli avazı
bütün dünyada (ərseye-cəhan) səsləndi, cahan sultanları o şəhriyarın
cahangirlik qorxusundan çıxmaqdan ötrü, o həzrətə xələtlər
gətirməyə və onunla yekdil (vəfaq) olmağa başladılar. Onlar
müvafiqət və sədaqət yoluyla töhfə və hədiyyələr göndərir, məktub
və elçilər yollayırdılar. Xorasan, Şahican Mərvi, Xarəzm,
Təxarıstan, Zabilistan, Qəndəhardan tutmuş Kabul və Bədəxşan
hüdudunadək hökmran olan, müzəffər hakimiyyəti uzun illər davam
edən və çoxlu oğlu və nəvələri olan xaqan Əbülqazi Sultan Hüseyn
Mirzə Bayqara əqlinin və uzaqgörənliyinin dəlaləti ilə həzrətlə
sədaqət və dostluq məqamında durur, ona həmişə məhəbbət izhar
edirdi. Süleyman şanlı xaqan da o, uca məqamlı padşahla oğul-ata
davranışında olub, teymuriyyə sülaləsinə və aralarındakı sabiq
əlaqələrə ehtiramla yanaşırdı. Buna görə də, o, öz fatehliyinin
əvvəllərində müzəffər şahın zəbtindəki məmləkətlərə hücum
etmirdi, aralarındakı məktublaşma və gediş-gəliş qapıları daim açıq
olurdu. "Həbibüs-siyər"də yazıldığına görə, o alicah padşahın
vəfatından sonra fərzəndlərinin bir-biriləri ilə nifaqından, xüsusilə
onlardan iki-üç nəfərin - Bədiüzzaman Mirzənin, Müzəffər Hüseyn
Mirzənin və Köpək Mirzənin istiqlal iddiasından həmin sülalə
arasına çaxnaşma düşdü. Şeybanilər nəslindən olan Mavərənnəhr
valisi Sultan Əhməd Mirzə ibn Sultan Əbu Səid Gurəkanın
hakimiyyəti dövründə nökərlikdən sultanlığa qədər ucalmış
Məhəmməd xan Şeybani ibn Budaq Sultan ibn Əbülxeyr xan ibn
Dövlət Seyxoylu ibn Cuci ibn Çingiz xan Özbək o məmləkətlərdə
fərman sahibi olan padşah oldu. O, vəziyyəti və teymuri*
şahzadələri arasındakı ayrı-seçkiliyi eşidib, Xorasan mülkünə tamah
saldı və müzəffər xaqanın (Sultan Hüseyn Bayqaranın -Ş.F.)
övladlarını aradan götürmək fikrinə düşdü. Doqquz yüz on altıncı
ildə (miladi 1507) Xorasana ləşkər çəkərək həmin tədbirsiz
şahzadələrlə döyüşlər keçirdi, onlara qalib gəldi və onların həyat
iplərini kəsməyə başladı. Xülasə, tarix kitablarında yazıldığı kimi,
Bayqara dudmanından dud (tüstü) çıxardı və onların məmləkətləri
98
özbəklərin zəbt və işğalı altına keçdi. Əhali arasında "Şahi bəy"
kimi tanınan Məhəmməd xan Şeybani Türküstan qəzalarından
başlayaraq İraqa qədər olan yerləri fəth etdi, onun əzəmət və iqtidar
bayrağı zirvəyə (oyuq) ucaldı, qürur buxarı beyin qəsrini elə bürüdü
ki, o, heç bir şövkətli ixtiyar sahibini saya salmadı və fələyə ucalan
şah sarayının xidmətkarları ilə xilaf məqamına gəldi. Ölkolər alan
ordunun ikinci dəfə Şirvana tərəf yürüşü vaxtı özünün bir dəstə
əsgərini biyaban yolu ilə Kirman üzərinə yolladı və həmin vilayətdə
onlar cürbəcür dağıntılar, qətl-qarət işləri törətdilər. Süleyman şanlı
xaqan buna görə də, dövranın bacarıqlı (mostəed) məşhurlarından
Şeyxzadə Lahıcının başçılığı ilə özünün dilli-dilavər elçilərini iki-üç
dəfə onun yanına göndərdi, onu fitnəkarlığı və savaşı tərk etməyə
çağırdı. O, isə bəxtinin dönüklüyündən [şaha] cavab məktubunda
xoşa gəlməz mənasız (gəzaf) laf sözlər yazıb fikrini belə izah etdi:
"İslamın Həccini ürəyə salmaq fikri o qədər də nüfuzlu (rosux)
deyildir. De görək harada qarşılaşacağıq?". Süleyman şanlı xaqan
onun məktubunun cavabında belə yazdı: "İmam əl-cin və -l-ünsün
("cinlər və adamlar imamının", yəni İmam Rzanın - Ş.F.) nurlu
qəbrini ziyarət etmək fikri bizim qəlbimizdə özünə möhkəm yer
tutmuşdur. Allah qoysa, görüş yerimiz müqəddəs Məşhəddə
olacaqdır". Doqquz yüz on altıncı ildə (miladi 1510) şah Xərrəqan
yaylağında qalibiyyət nişanlı əsgərlərin toplanması barədə əmr
verdi, güclü niyyət və geniş (fəsih) istəklə Xorasana yürüş etdi,
Semnandan keçərək, Xorasan vilayətinə igidliklə qədəm basdı.
Xorasan vilayətindəki özbək hakimləri duruş gətirməyib hər biri öz
dövlətinin mərkəzini boş qoyaraq Heratda yığışdı. Həzarə*
yürüşündən qayıdıb, Heratda olan Şahi bəy xan Süleyman şanlı
xaqanın cürət və qorxmazlığından və onun qorxu bilmədən
Xorasana gəlməyindən bərk qorxuya düşüb, fikir-xəyal dəryasına
qərq oldu. Süleyman şanlı xaqanın qorxusu onun qəlbində günbəgün
çoxalmaqda idi. Zəfər ayəli ordunun müqəddəs Məşhəd hüduduna
gəlib-çatma xəbərini eşidən [Məhəmməd xan Şeybani] özündə o
həzrətlə heç bir qarşılaşma qərarı tapa bilmədi, qohumu olan
Canvəfa Mirzəni Herat qalasında qoyub, özü Şahican Mərvinə tərəf
hərəkət etdi. Canvəfa Mirzə də müqavimətə tab gətirə bilməyərək,
onun ardınca Mərvə yollandı. Süleyman şanlı xaqan şadimanlıqla,
asudə ürəklə və xatircəmliklə müqəddəs Məşhədə gəlib, yeri
mələk aşiyanlı Xorasan sultanının (İmam Rzanın - Ş.F.) ziyarətinə
getdi, dua etmə mərasimini keçirdi, Kəbə mərtəbəsi misalında olan
99
həmin məzar yerinin (ətəbə) seyid və mücavirlərini nəvazişlərə layiq
gördü, o vəlilik və imamət sarayının sultanının müqəddəs ruhundan
kömək istəyib Şahi bəy xanın təqibincə Mərvə yollandı. Müzəffər
ləşkərinin münqəlayındakı (ordunun ön hissəsi - Ş.F.) əzəmətli
qazilər elə ki, Mərvin cəng meydanına çatdılar, Canvəfa Mirzə
çoxlu ad-sanlı Özbək bahadırları ilə birlikdə onların qarşısına çıxdı,
Mərvin Tahirabad adlı yerində aralarında çətin müharibə başlandı.
Qızılbaş ləşkərinin sərdarı Danə Məhəmmədin o hərb zamanı
öldürülməyinə baxmayaraq, Canvəfa Mirzə böyük məğlubiyyətə
uğradı, fərar etdi. Qızılbaş ləşkəri qala ayağınadək özbəkləri qovub,
onların böyük hissəsini həlak etdi. Bu hadisə baş verən vaxt xaqan
özünün hümayun fallı çadırım Mərvin kənarında tərk edərək gəldi
və öz bargahını qalanın qarşısında qurdu. Şahi bəy xan bu
məsələdən bərk qorxuya düşüb, Mərv qalasına sığındı, şəhər və
qalanın
mühafizəsini
gücləndirdi,
Mavərənnəhrə
adamlar
göndərərək, özbək tayfa sultanlarının çağırılması haqqında fərman
verdi. Tərəflər arasında hər gün döyüşlər gedir, hər iki tərəfdən
adamlar qırılırdı. Bu minvalla bir neçə gün ötsə də, fəth
görsənmədi. Dost-düşmənlə üzbəüz döyüşməyi qala ayağında
dayanıb döyüşməkdən üstün bilən Süleyman şanlı xaqan istədi ki,
Şahi bəy xanı şirdən qaçıb deşiyə girən tülkü kimi oradan eşiyə
çıxarsın. Buna görə də köçmə təbilini çalaraq qala ayağından
çəkildi, Məhəmməd xana bir məktub göndərdi: "Sən mənimlə İraq
və Azərbaycanda döyüşməyi vəd etsən də, sözünə əməl etmədin.
Biz isə öz vədimizə sadiq qalıb, Xorasana gəldik. Sən orada da
bizim qarşımıza çıxmadın. Hazırda Azərbaycanda baş verən bəzi
hadisələr səbəbindən geri qayıtmağımız vacib olmuşdur ki, biz buna
görə buradan gedirik. Siz haçan döyüşə hazır olsanız və Allah
istərsə, bizim görüşümüz baş tuta bilər". Şahi bəy xan Süleyman
şanlı xaqanın geriyə qayıdışını acizlik əlaməti kimi düşündü, istədi
ki, fərar edib qalaya sığınmaqla özünü bir müddət qızılbaş
qoşununun hücumundan xilas edə bilmək arından təmizləsin. Buna
görə də o vaxt yanında olan otuz min nəfər özbək döyüşçüləri,
məşhur əmirləri və sərdarları ilə şəhərdən çıxdı. Verilən fərmana
görə üç yüz nəfərlə ləşkərin arxasında olan Əmir xan Mosullu özbək
döyüşçülərinin qaladan çıxdıqlarını müşahidə edib, hümayun
xaqanın işarəsi ilə fərar etdi və gəlib müzəffər orduya qoşuldu.
Məhəmməd xan [Şeybani] fərarı qızılbaş ləşkərinin zəifliyi kimi
anlayıb onları izləməyə ürəkləndi. Xanın hücumundan xəbər tutan
100
Süleyman şanlı xaqan onun şəhərin üç fərsəxliyindən axan çaydan
keçməsini bir qədər gözlədi, sonra bir neçə nəfəri o körpünü
dağıtmağa göndərdi, ordusundakı on yeddi min nəfərlə Mərvin
Mahmudabad adlı yerində özbək döyüşçülərinin müqabilində səf
bəzədi. Şahi bəy xan naçar qalaraq müharibə etmək fikri ilə döyüş
meydanına üz tutdu. Özbək bahadurları və qızılbaş igidləri bir-
birilərinə qarışdılar. Elə bir hərb başlandı ki, qanlar tökən Bəhramın
ürəyi o mərəkədə öldürülən adamların halına yandı.
Nəzm
O cahan şahının yar oldu baxtı,
Yıxıldı torpağa özbək bayrağı.
Tökülən qanlardan qızardı çəmən,
Fələk fəth ayəsi oxudu həmən.
105
Can Vəfa Mirzə, Qənbər bəy və əksər özbək əmirləri həmin
meydanda öldürüldü, Şahibəy xan isə məğlubiyyətə uğramış bir
dəstə özbəklə çaşqın halda fərar atlarını qurtuluş yolu olmayan bir
sahəyə sürdülər, bataqlıqda (siyəhabi) bir-birinin üstünə çıxıb yüz
ah-fəryadla can verməyə başladılar. "Adı Bahadır" kimi tanınan və
bozculu qazilərindən olan Əzizağa adlı bir döyüşçü Şahi bəy xanı
bir neçə meyidin altından çıxardı, qüruru üzündən heç bir sərvərin
başını taca layiq bilməyən Şahi bəy xanın başını bədənindən ayırdı,
kəlləni üzərində əjdaha rəsmi çəkilmiş bayrağın kölgəsində dayanan
[şahın] dünyagəzən atının (səmənd) ayağı altına tulladı. Süleyman
şanlı xaqan ilahiyə şükür edib, onun əzalarının hər bir üzvünü bir
vilayətə yolladı, başının dərisini soyub samanla doldurdu və onu
Rum padşahı Sultan Bayazid ibn Sultan Məhəmməd Qaziyə
göndərdi. "Əhsənüt-təvarix" müəllifinin sözünə görə [xanın]
kəlləsini qızıla tutdu və həmin kəllə nişat məclislərində uzun illər
əldən-ələ gəzdi. Bu beyt Şahi bəy xanın halına münasibdir:
105
Nəzmin farscası:
Be niruye-eqbale-sahe-cəhan
Negunsar şod rayəte - özbəkan
Ze xune-yəlan gəşt golgun zəmin,
Fələk xand ayate-fəthe-mobin
101
Beyt
Eylədi viran fələk əllərdə sərgərdan məni,
Badə etdi kəlləmi zar eyləyib dövran məni
106
Xacə Kəmaləddin Mahmud Şahi bəy xanın vəzirinin
məşhur sağərçisi* idi və buraya Mərv qalasından gəlmişdi. Şəhriyar
(Şah İsmayıl - Ş.F.) həmin qızıla tutulmuş kasanı işrət qədəhi kimi
əlinə götürüb mey içirdi, xacə isə əsir tutulmuş [özbəklərlə] o iqbal
asimanı günəşinin (Şah İsmayılın -Ş.F.) qarşısında dayanmışdı.
Süleyman şanlı xaqan ona xitab edərək buyurdu: "Xacə, sən bu kəllə
kasasını tanıyırsanmı? Bu sənin padşahının başıdır". [Xacə] dedi:
"Sübhanallah! O necə də çoxlu dövlət sahibi olmuşdur! Onun sərvəti
hələ də qalmaqdadır və sən kimi bir iqbal sahibinin əlindədir və
ondan dəmadəm nişat meyi içməkdəsən". Onun bu incə sözləri şahın
xoşuna gəldi, xacəni iltifata layiq gördü, onu Xorasana vəzir təyin
etməklə şərəfləndirdi.
Mazandaran padşahı Ağa Rüstəmin ölümü:
Mazandaran vilayətini saxtakarlıqla istila etmiş Ağa
Rüstəm Ruzəfzun adlı bir adam da şahın mülazimlərinə qarşı
çıxaraq həmişə deyərdi: "Mənim əlim Şahibəy xanın ətəyindədir".
Elə bu vaxtlarda Süleyman şanlı xaqan Şahi bəyin bir əlini kəsib
özünün bir yasovuluna** verdi və ona tapşırdı ki, əli Mazandarana
aparsın və Ağa Rüstəmin ətəyinə atıb desin: "Sənin əlin onun
ətəyinə çata bilmədi, amma indi o əl sənin ətəyinə dəydi". Həmin
yasovul Ağa Rüstəmin Təbəristan sərdarları ilə ali bir ziyafət
məclisində olduğu vaxt məclisə daxil oldu, qorxu bilmədən öhdəsinə
qoyulan tapşırığı icra edib dərhal geri döndü, hətta heç kimin onunla
danışmağa macalı olmadı. Bu təhtidli gəlişdən Ağa Rüstəmin bağrı
yarıldı, vahimədən ürəyi xəstəliyə düşdü, gün-gündən zəiflədi və
üqba aləminə yollandı.
Xülasə, bu fəthdən sonra ətraf yerlərə fəthnamələr
göndərildi, Xorasan vilayətinin hər yerində xütbə və sikkə
106
Beytin farscası:
Kaseye-sər şod qədəh əz ğərdeşe-dövran məra,
Darəd in deyre-xərababad sərgərdan məra.
102
səlavatullah on iki pak imamın və hümayun şahın məşhur adları ilə
bəzəndi, Ceyhun çayının kənarına qədər olan torpaqlar qızılbaş
əmirlərinin ixtiyarında oldu, hidayətli imamiyyə məzhəbi bütün
Xorasan ölkəsində bərqərarlaşdı, qalibiyyətli ordu Herata getdi,
müzəffər xaqanın təxtgahı tacın və uca sarayın bəzəyi ilə (yəni Şah
İsmayılla - Ş.F.) bəzəndi. Bu qəribə hadisənin (əbcəd hesabı ilə)
tarixi "fəthe-şahe-dinpənah "dır, [yəni "din pənahı olan şahın fəthi"].
O qış fəsli fəxarətli Herat şəhəri o kamil sifətli şahın qışlaq
yeri oldu, ətraf yerlərin vali və hakimləri yuvası iqbal olan dərgaha
gələrək, Xorasanın fəthi münasibətilə özlərinin təbrik və
mübarəkbadlıq dillərini işə saldılar. O cümlədən Xanmirzə adı ilə
məşhur olan Sultan Üveyis Mirzə ibn Sultan Mahmud Mirzə ibn
Sultan Əbu Səid Gürəkan Bədəxşandan səltənət nişanlı saraya gəldi
və xüsusi nəzərə yetişdi, dostluqla şərəfləndi, Hisare-Şadmanın və
Bədəxşanın idarə olunma sənədini (nişan) götürüb geri qayıtdı.
Həmçinin Məhəmmədyar Mirzə ibn Ömər Şeyx Mirzə ibn Sultan
Əbu Səid Gürəkan Kabuldan şaha dilli-dilavər elçilər yollayıb öz
sədaqətini izhar etdi. Ölkələr alan ordu baharın əvvəlində
Mavərənnəhri tutmaq əzmi ilə Heratdan çıxdı, Meymənd (müasir
Əfqanıstandakı Meymənə şəhəri - Ş.F.) və Faryaba çatdıqda özbək
sultanları, [həmçinin] atasının qətlindən sonra Səmərqənddə səltənət
bayrağı qaldıran Məhəmməd Teymur Sultan, Buxara hakimi
Abdulla xan, Canı bəy Sultan və Mavərənnəhrin başqa sultanları bir-
birlərinə qoşularaq çay kənarına çatdılar, ali saraya adamlar
göndərib sədaqətlərini izhar etdilər, layiqli peşkəşlər yolladılar,
öhdələrinə götürdülər ki, əgər şah çayın o tərəfini onlara inayət etsə,
bütün ömürləri boyu xidmətkarlıq yolundan kənara çıxmayacaqlar.
Süleyman şanlı xaqan onların xahişləri ilə razılaşaraq İraqa yollandı,
Xorasan fəthinin təbriki üçün Misir, Şam və Rumdan ali saraya
elçilər gəldilər. Onlardan sonra Mazandaran hakimləri gəlib xilafət
hüquqlu saraya yetişdilər. Mazandaranın yarısı böyük mirin (mire-
bozorg) övladlarından olan Mir Əbdül Kərimə, o biri yarısı isə Ağa
Məhəmməd Ruzəfzuna şəfqət olundu, onların hər ikisi bununla
razılaşıb geri qayıtdı. Gilanat* hakimləri və Şirvanın valisi Şeyxşah
öhdələrinə bac və xərac ödəmək öhdəliyi, çiyinlərinə isə itaətkarlıq
çulu (ğaşiye) götürdülər. Amma, özbək sultanları əhd-peymana əməl
etməyib, humayun şah çıxıb getdikdən sonra, məmləkətin ətrafına
əliuzunluq etməyə başladılar.
103
Zəhirüs-səltənə olan Məhəmməd Babur Mirzənin xahişinə
əsasən belə bir humayun hökm verildi: Onun Məvarənnəhr
vilayətindən fəth edə biləcəyi hər yer qoy onun özünə qalsın!
[Babur] Kabuldan öz irsi (movrus) mülkünə getdi, Bədəxşanda Xan
Mirzəni özünə yoldaş (məshub) etdi və Hisare-Şadmana yollandı.
Hisarın və Bədəxşan vilayətinin hakimləri olan Cəmşid xan və
Mehdi Sultan özbək cığatay ləşkəri ilə hərbə başladı. Məhəmməd
Babur Mirzə onların üzərində qələbə çaldı və hər iki özbək sərdarı o
mərəkədə öldürüldü, humayun nişanla (Şah İsmayıl fərmanı ilə -
Ş.F.) Hisar və Bədəxşan vilayəti Xanmirzəyə verildi. Bu əhvalatın
necə baş verdiyini ali saraya ərz edən Babur bu sözləri yazdı: "Əgər
humayun şah tərəfindən kömək gəlib çatarsa, Mavərənnəhrin başqa
yerlərinin də fəth olunmasına ümid vardır". Süleyman şanlı xaqan
Əhməd Sultan Sufioğlunu və Şahrux Sultan Möhrdar Əfşarı döyüş
meydanının bir sıra igid döyüşçüsü ilə birlikdə onun köməyinə
göndərdi, Məhəmməd Babur Mirzə əzəmətli əmirlərə qoşulub
Səmərqəndə yollandı. Məhəmməd Babur Mirzənin qızılbaşlarla
birlikdə hücumundan xəbər tutan özbək sultanları öz dövlət
paytaxtlarını tərk edib, Türküstana tərəf getdilər, Babur Mirzə isə
Səmərqənd şəhərində-müzəffər əcdadının taxtgahında padşahlıq
taxtına əyləşərək, həmin cənnətnişan şəhərdə o həzrətin (Şah
İsmayılın - Ş.F.) adına isna əşəri xütbəsi oxutdu, qızılbaş əmirlərinə
qayıtmaq rüxsəti verdi, şaha layiqli peşkəşlər göndərdi. Amma,
əmirlərin çıxıb getmələrindən sonra, özbək sultanları yenidən qalın
qoşun və dağ əzəmətli ləşkərlə Mavərənnəhrə gəldilər. Babur Mirzə
az miqdar adamıyla düşmən qarşısına çıxıb, cəng səfi bəzədi və
onların aralarında böyük bir döyüş başlandı. Cənab Baburun
mülazimlərinin əksəriyyəti qətlə yetirildi və məğlubiyyətə düçar
oldular. Mavərənnəhrdə duruş gətirmək imkanı olmayan Babur
Mirzə Hisari-Şadmana gəldi. Özbək sultanları da onun təqibincə
qalaya yollandılar. Qalada qalıb möhkəmlənən Babur Mirzə Bəlxə -
Bayram xan Qaramanlının** yanına adam yollayıb ondan kömək
istədi və Bayram xan bir dəstə qızılbaş döyüşçüsünü [onun
köməyinə] göndərdi. Qızılbaş ləşkərinin gəlişindən xəbər tutan
Özbəklər mühasirədən əl çəkib Mavərənnəhrə qayıtdılar. Bu
əhvalatın baş verməsi və özbəklərin tüğyan etmələri xəbəri cah-cəlal
sarayına çatdıqda, Əmir Nəcme - Sani Xorasana rəvan oldu. O ali
divanın vəkili olmaqla sərəfraz olmuş, ali dərgahda və xalq arasında
əzəmət, kamranlıq, böyüklük, etibar və iqtidarına görə məşhur bir
104
şəxsə çevrilmişdi. Onun Xorasan işlərinin nizamlanması və
özbəklərin şərini orada dəf etməsi barədə "Həbibüs-siyər"də bir
qədər məlumat verilmişdir.
Dostları ilə paylaş: |