Şer
O gövhər ki, tutub əlində qərar
Başqa bir gövhərə ehtiyacmı var?
Çox yığma, daş-qaşun kifayət edər,
Nə fayda alanı olmasa əgər?
66
Əgər o ali nəsəbli vəlinemət (Şah Abbas - Ş.F) diqqət
işığını bü şərif nüsxənin (kitabın - Ş.F.) tamamlanmasına salarsa,
mən bəhanə gəzən təbimlə zaman fərmanverəninin (fərmandeh)
fərmanı önündə başımı aşağı əyər, asiman qüdrətinin yardımı və
mənalar bazarında dükan bəzəyənlərin köməyi sayəsində söz
məclisini daha da hərarətləndirər və bu rəmzləri şərif ibarələr və lətif
istiarələrlə (metafora-Ş.F.) yazı ipinə düzər, onu münasib, qiymətli
şerlərlə bəzəyər, təbiət üzgüçüsü (qəvvas) kimi təbiətin qüvvəsi
(fetrət) və himayəsi (paymərdi) ilə bilik dənizindən sahilə qiymətli
(səmin) ləllər və zəngin mənalar çıxarardım, [beləliklə,] bu uca
məqamlı padşahın yaratdıqları dövranın sultanları üçün dəsturüləməl
olduğu kimi, bu müflis (ur) şəxsin (İsgəndər bəy Münşinin - Ş.F.)
yazdığı kitab şüarı fəzilət olan istedadlı adamlardan ötrü
zərbülməsələ çevrilərdi:
Beytlər
Əgər indi mənə bəxtim olsa yar,
Ədəb mücrüsündən qıfılı açar.
Cavan şahzadəyə bəsləyib inam,
Alimlik mülkündə təxt ucaldaram.
Məna güllərindən yığıb rəngbərəng,
66
Beytlərin farscası
To-ra ba çenin govhəre-ərcomənd
Həmi hacət ayəd be govhər pəsənd.
Mətaye - geranmaye dari bəsi,
Çe sudət bovəd çon nəxahəd kəsi?
44
Hikmət dükanına verərəm bəzək.
Çoxlu dürr çıxarıb elm bəhrindən,
Cahanı dürr ilə dolduraram mən.
67
Əql mürşidindən və himmət ağsaqqalından (pir) icazə
aldığım üçün bu bağdan gül dərməyə tələsdim. Söz meydanında
çoxlu Abbasi qələmiylə fikir-xəyalın söz kəhərini hərəkətə gətirib,
şahın əbədi dövlətində baş verən hadisələri onun doğulduğu gündən
bu günəcən ki, hal-hazırda min iyirmi beşinci (miladi 1616) ilə
bərabərdir və [şahın] şərafətli yaşının qırx yeddiyə çatdığı günlərdir,
habelə onun cavanlıq dövrü və dövlətinin bahar əyyamıdır, yazmağa
başladım, şüur şüalarının işığı çatan məqama qədər həmin hadisələri
təfərrüata varmadan və nöqsana yol vermədən qələmə aldım, geniş
məlumatı olmayan əhvalatları, zərurət üzündən, onları mənə danışan
adamlara etibar edərək, olduğu kimi yazı ipinə düzdüm, bu son
dərəcə gözəl əsəri (segerfnamə) və qiymətli səhifəni* “Tarixe-
aləmaraye-Abbasi”
adlandırdım,
yazdıqlarımı xasiyyət
və
xüsusiyyətə (təbaye') məlal gətirən qaranlıq iqtibas və ibarələrdən
təmizləməyi lazım bildim, [Baş verən] hadisə və xəbərlərin parlaq
surətini və gözəl müşahidələrimi sadə bir libasla bəzədim, onları
ərsəyə gətirdim. Amma, [mənim etdiklərim] ümumi səciyyə daşıyan
yol deyildir. Bəzən olur ki, təbiət gülüstanının bülbülü budaqda
oturub nəğmə oxuyur, bəzən də şirin nitqli tuti [quşu] şəkəristanda
ibarələr deməyə başlayır və dilinin ləzzəti daha da çoxalır. Xülasə,
hər bir ibarə şirin xurmadır. Yaxud, bəzən elə də olur ki, kitabı
yazarkən qələmin dilinə hər nə gəlirsə elə onunla da kifayətlənir və
razılaşırsan, daha heç bir münasib şerə aludə olmursan. Yaxud da,
nadir hallarda [sənin tərəfindən] iki-üç beyt yazılırsa da, bunların
hamısı fikir və səliqə-sahmandan və təb' saflığından doğan bir
nəticədir. Kitabı yazarkən bədahətən bəzi tarixi hadisələr də
67
Beytlərin farcası
Əgər bəxtəm konun yari nəmayəd,
Ze dorce - mərifət qəflət qoşayəd.
Be eqbale-şəhənşahe cəvanbəxt
Zənəm bər keşvəre-daneşvəri təxt.
Begune-gune golhaye-məani
Beyarayəm dokane-noktedani.
Ze bəhre-daneş arəm an qədr dor
Ke gərdəd aləm əz dorre-səmin por.
45
xatirimə düşdü, qələmin dili ilə bəyan olundu və onlar mənim sözlü
qələmimlə yazıldı. Hərçənd ki, bu varaqları (ovraq) yazmaqdan əsl
məqsəd o həzrətin xoş amallı tərcümeyi-halını onun təvəllüdündən
hakimiyyətə yüksəlişinəcən bəyan etmək olmuşdur, amma, xəbərlər
vadisində qalan adamların susuzluqlarını yatırmaqdan ötrü indi
cənnət sarayında yer tutan Cəm məqamlı (cənnət bargah)
padşahın** dəhşətli (hayele) vəfatını, İsmayıl Mirzənin*** və
cənnətdə yeri olan (rezvan caygah) İsgəndər şanlı nəvvab Sultan
Məhəmməd
paşdahın****,
həmçinin
başqa
şahzadələrin
həyatlarını, özbəkiyyənin* və rumiyyənin** hücumlarını da
yığcam şəkildə qələmə aldım ki, gözlərin kökləri bir-birinə yapışsın
və əsl məqsədlə bağlı olan başqa məsələlər gizli qalmasın. Mən bu
kitabımda o həzrətin (Şah Abbasın - Ş.F.) məşhur adını (name-nami)
və yüksək ismini (esme-sami) "əlahəzrət zilləllah şah" ("Allahın
kölgəsi olan şah"- Ş.F.) onun atasının adını "nəvvabi-İsgəndərşan"*"
(İsgəndər şanlı nəvvab - ŞF), böyük babasının mübarək adını "şahe-
cənnətməkan"**** ("məkanı cənnətdə olan şah" -Ş.F) və şərafətli
ulu babasının (cədd) ismini "xaqane-Süleymanşan" ("Süleyman
şanlı xaqan") kimi yazdım. Kitabda adı "nəvvabe-Məryəmşane-
Məhdülya” kimi qeyd olunan məqsəd o həzrətin (Şah Abbasın - Ş.F)
anasını xatırlatmaqdır. Mənim "Həzrəte-cəhanbanr ("cahanın əsasını
qoyan həzrət" - Ş.F.) adını yazmağımın məqsədi isə nəvvab Sultan
Həmzə Mirzəni**** xatırlatmaqdır. Əgər o həzrətin (Şah Abbasın -
Ş.F) şərafətli meyli (təb) bu şərafətli nüsxə (kitab) tamamlandıqdan
sonra onu dastan-dastan oxumağa yönəlsə və əgər orada həqiqətdən
uzaq bir yazı görsə, qoy həmin yerləri hoqiqət bıçağı ("qəzleke-
rasti") ilə məhv etsin. Əgər bəzi hadisələrdə [verdiyim] məlumat az
olarsa, diqqət yetirilsin ki, bu sadiq qələmimlə onları [yenidən]
tətbiq və təsdiq edə bilim. Əvvəlcə, "müvəffəqiyyət və təbərrüklə"
68
mənşəyi peyğəmbərlik (nübüvvət) və vəlilik (vəlayət) xanədanı
(dudman) içərisindən çıxmış o həzrətin (Şah Abbasın - Ş.F) cahanın
başqa sultanlarından və dövranın qeyri xaqanlarından fərqlənən əsil-
nəsəbini, bəyənilən hərəkətlərini və layəqətli vəsfini bu kitabın
müqəddiməsində (dibaçə) yazdım ki, icmal şəklində bu haqda
sonradan təfsilatla yazmağa başlayım. Bu vəlayətnişan xanədanın
sadiq bəndəsi və duz-çörəyi ilə boya-başa çatan bir adam kimi
haqqım vardır ki, söz-sovlu mədhiyyəçilər (vəssaf) və sözləri
68
İfadənin ərəbcəsi: "Təmimən və təbərrokən"
46
bəlağətlə yazan [başqa] tarixçilər (movərrex) kimi, öz vəlinemətimin
bəyənilən vəsfi və əxlaqı (seyər) barədə biri-yüz, yüzi isə min edə-
edə yazaraq, yazılanları ruzigar səhifəsində yadigar qoyum, amma o
həzrətin düzgünlüyə (həqqaniyyət) olan sağlam meyli həqiqətdən
uzaq və bühudə sözlər yazan yazarların (səxənsəra) yazılarından
xoşlanmadığı üçün, biz onların bəyənilməz üsullarından sərfnəzər
etdik, qələmimizin cilovunu hiyləgərlik (təkəllof) meydanının
axtarışından (təkapu) və ibarəli bəzək - düzəyindən (ibarətarayi)
kənara çəkdik, həqiqət zinətindən (həliyye) xali olan məsələləri bu
səhifədə bəyana gətirmədik, bu hümayun (şahanə, şaha məxsus -
Ş.F.) kitabı müqəddimə, iki səhifə və xatimədən ibarət yazdıq ki,
Allah təalanın köməyi ilə iki-üç cilddə tamamlanacaqdır.
* * *
Birinci səhifə
Müqəddimə: [Bu hissə] o həzrətin (Şah Abbasın - Ş.F)
hümayun nəsəbinin zikri, mənəvi səltənət və yol göstərmək (erşad)
taxtında əyləşmiş görkəmli (sami), ali və yüksək rütbəli böyük
şeyxlərin (məşayex)* bəyanı, bu xanədana məxsus dövlətin
yaranması (zohur), o həzrətin səadətli təvəllüd və həyatının yığcam
vəsfini əhatə edən on iki məqalədən** ibarətdir.
Birinci məqalə: Xoşbəxt (kamkar) padşahların və o ali
nəsilli (alitəbar) şəhriyarın hakimiyyəti zamanı baş verən hadisələrin
(vaqiə) zikri, həzrət cənnətməkan şahın (Şah Təhmasibin - Ş.F)
vəfatı hadisəsi, İsmayıl Mirzənin və İsgəndər şanlı nəvvabın (Şah
Məhəmməd Xudabəndənin - Ş.F) hakimiyyətlərinin zikri, hümayun
cülus sahibinin (Şah Abbasın - Ş.F) İranın müzəffər səltənət taxtında
bərqərar olması;
İkinci məqalə: O həzrətin ilahi dərgaha olan diqqəti və ulu
əcdadlarından miras götürdüyü keyfiyyətlərinin zikri;
Üçüncü məqalə: Allahın ona bəxş etdiyi fikir və elmin,
habelə qəzavü qədərin istəyi ilə baş verən qarşılıqlı anlaşma (hosne-
tədbir);
Dördüncü məqalə: Sahibqranlıq*** rütbəsinin ləyaqəti və
səadətli əyyamı zamanı sahibqranın (Şah Abbasın - Ş.F) təhlükələrə
məruz qalmasının zikri;
47
Beşinci məqalə: [Şahin] ədalətpərvərliyi və bəndələrin
rifahı haqqında; şəhərin, ölkənin, vilayətin (belad) nizamına səbəb
olan yollar barədə;
Altıncı məqalə: İlahinin sonsuz hikmətlərindən olan bəzi
işlər (əmr), qəddarlıq və tündxasiyyətlilik (atəşməcazi) haqqında;
Yeddinci məqalə: Padşahlıq (cəhandari) məsələlərində
ortaya çıxan qayda-qanun haqqında;
Səkkizinci məqalə: Qeyri müəyyənlik (bitəəyyoni),
dərvişxislətlilik, öz borcunu yerinə yetirməmək (bitəkəllofi) və
təzadlı xüsusiyyətləri haqqında;
Doqquzuncu məqalə: Xidmətçilərin hüquq və haqlarının
zikri, mərdlik (fotovvəf)* və mürüvvət" aləmində həqi-qətgəzənlərin
hüquqi imtiyazlarının yerinə yetirilməsində [şahın] onların
mülkiyyətlərindən uzaq olmasının zikri;
Onuncu məqalə: Aləm sultanları haqqında xoş sözlər,
Adəm övladlarının (bəni - Adəm) dərəcələri, yeddi iqlimdəki
məmləkətlərin və yolların (məsalik) xüsusiyyətləri haqqında;
On birinci məqalə: [Əlahəzrətin] xeyirxah işləri və
məmləkətlordə ali binalar inşa etməsinin zikri;
On ikinci məqalə: Ali hümayun dövlətin hakimiyyəti vaxtı
baş verən müharibə, qələbə və fəthlərinin bəyanı haqqında.
İkinci səhifə
Səadətli cülusun xoş amallı çağından başlayaraq bu kitabın
yazılmasına - min iyirmi beşinci (miladi 1616) il tarixinədək baş
verən əhvalatların zikridir.
Xatimə: Köhnə kitablardan oxuduğum və həyatım boyu
müşahidə etdiyim qəribə hekayətlər, maraqlı rəvayətlər və dövranın
nadir hadisələri haqqındadır. İnşaallah, əgər ömür vəfa edərsə, o
[hissə] üçüncü cilddə yazılacaqdır. Yazdıqlarımız barədə bəsirət
ərbablarından xahişimiz budur ki, yazılanlara, - pis, ya yaxşı -,
bəsirət gözü və insafla baxsınlar, xırdaçılığa aludə olmasınlar. Əgər
o dövr (ruzigar) hadisələrinin çatışmazlığı barədə bəlağət nəzərli
şəxslər (baleğnəzəran) [hansısa] ziddiyyətli məqamlar (tənaqoz)
görərlərsə, fikir müxtəlifliyinə dözərək, eybaxtaran nəzərlərini
onlardan kənar etsinlər.
48
BİRİNCİ SƏHİFƏNİN BİRİNCİ MƏQALƏSİ
ƏLAHƏZRƏT ZİLLƏLLAH ŞAHIN HÜMAYUN
NƏSƏBNAMƏSİ, MEYDANA ÇIXMA (RESALƏT) VƏ
İDARƏETMƏ (VƏLAYƏT) DUDMANININ QƏDRİ ALİ
OLAN ƏCDADININ MƏQAMLARININ ZİKRİ
Yüksək bəsirət sahiblərindən gizli deyildir ki, bu sülalənin şəcərəsi
sonuncu Peyğəmbər (xatəmül-ənbiya) və Əliyyül-mürtəza (İmam
Əli - Ş.F.) əleyhüssəlamlarla bağlıdır. [Həmin şəcərə] belədir:
Əbülmüzəffər Şah Abbas ibn Sultan Məhəmməd padşah ibn Şah
Təhmasib ibn Şah İsmayıl ibn Sultan Heydər ibn Sultan Cüneyd ibn
Sultan İbrahim ibn Şeyxşah ibn Sultan Sədrəddin Musa ibn Şeyx
Səfiəddin İshaq ibn Əminəddin Cəbrayıl ibn Saleh ibn Qütbəddin
ibn Səlahəddin Rəşid ibn Məhəmməd əl-Hafiz ibn Əvəz əl-Xəvas
ibn Firuzşah ibn Məhəmməd ibn Şərif ibn Məhəmməd ibn Həsən
ibn Məhəmməd ibn İbrahim ibn Cəfər ibn Məhəmməd ibn İsmayıl
ibn Məhəmməd ibn Əhmədül Ərabi ibn Əbi Məhəmməd əl-Qasim
ibn Əbül-Qasim Həmzə İbnül-İmamül Hümmam Əbi İbrahim
Musaül-Kazim ibn İmamün - natiq Cəfərüs-Sadiq ibnül-İmam
Məhəmməd əl-Bagir ibnül-İmam Əli Zeynalabdin ibnül-İmam Əbi
Abdullah əl-Hüseyn ibn əmirəl-möminin və imamül-məttəqin
əsədullahül-qalib Əli ibn Əli Talib əleyhüssalam. Üləmalar və
bəlağətli tarixçilərin hamısı bu fikirdədir ki, o həzrət (İmam Əli -
Ş.F.) və həzrət xatəmül-ənbiya Xəlil gülzarının gülləri və İsmayıl
bostanının fidanlarıdırlar ki, onlara salamlar olsun. Onların əzəmətli
ata-babaları və Ədnandan həzrət əbülbəşər (bəşərin atası - Ş.F.)
Adəm əleyhüssalama qədər bir-biriləri ilə əlaqədar olmamışlar.
Tarixçilər (ərbabe-əxbar) peyğəmbərin məşhur sələflərinin və ulu
əcdadlarının başlarına gələn hadisələr, həmçinin onların hər birindən
zahir olmuş və həzrət xerül-bəşərin (Məhəmməd peyğəmbərin -
Ş.F.) nurlu zühuruna qədər baş verən qəribə əlamətlər (əlamat)
barədə yazmışlar, həmçinin onların fəzilətləri və gözəl xislətləri
(mənaqeb) haqqında risalələr tərtib etmişlər. Bu həqir zərrə
[İsgəndər bəy Münşi] imkan olduqca bu fənn (şəcərə fənni - Ş.F.)
üzrə məlumatlı ustadlara əsaslanaraq, onlar barədə aşağıdakı yığcam
məlumatı verir:
49
HƏZRƏT XEYRÜL-ƏNAMIN (MƏHƏMMƏD
PEYĞƏMBƏRİN NİSBƏLƏRİNDƏN BİRİ - Ş.F.)
KƏRAMƏTLİ ATA- BABASININ BƏYANI
Abdullah Abbas* - Allah ondan razı olsun
69
- barədə
yazırlar ki, həzrət rəsul salavatullahın özü böyüdükdən sonra öz
nəsəbi haqqında danışarkən, Ədnana çatdıqda möcüzbəyan bir dil ilə
belə buyurur: "Mənim nəsəbimin Ədnandan əvvəllərə gedib
çatması həqiqətdən uzaqdır"
70
. Ədnanın iki oğlu vardı. Amma,
nəbinin və vəli əleyhüsssəlamın nuru, səhih hədis məlumatına uyğun
olaraq - "Mən və Əli vahid bir nurdanıq"
71
, onun böyük oğlunda
vardı. "Rövzətül-əhbab" kitabının müəllifinin sözünə görə onun
(Ədnanın oğlunun - Ş.F) səkkiz oğlu vardı. Amma həmin nurun
daşıyıcısı Nezar olmuşdur ki, onun konyələri (adları) Əbu Rəbiə və
Əhv Əyaddır. Nezar doğulanda atası onun alnında parıldayan nuru
görərək, qurban kəsmə mərasiminə və adamlara ehsan süfrəsi
açmağa başladı. Həmin işıqlı nur onun doğma (solb) oğlu Məzərə
nəql olundu. Məzər daim gözəl Allah (Rəbbe-cəlil) yolunda Hənif
İbrahimin hənəfi adamlarına və İsmayıl əqidəsinə uyğun olaraq
gözəl Rəbbə ibadət edirdi. Həmin aləmi bəzəyən nur onun hümayun
hüsnündən təcəlla edir və gecənin zülmətini işıqlandırırdı. Olduqca
gözəl çöhrəsi vardı. Ərəblər arasında deyilən "xedəme-şotoran"
("dəvələr xadimi, müşayiətçisi" - Ş.F.) nisbəsi ona mənsubdur.
Günəş kimi parlaq olan o işıqlı nur sonra oğlu İlyasda göründü. İlyas
təkallahlığa inanan (movəhhed), dinpərvər və pəhrizkar adam idi.
Fərzəndinin təvəllüdündən, qoca sinnində olarkən doğulduğu üçün,
atası kədərlənmişdi. Çarəsiz qalaraq onu İlyas adlandırdı. O, Xəlil
övladının mənsub olduğu tayfanın böyüyü və İsmayıl xələflərinin
başçısı (sərvər) oldu. Deyirlər ki, İlyas Kəbə evinə getdi, oğlundan
təlbiyə* avazını eşitdi, bundan çox təəccübləndi, onun nuru oğlunun
camal aynasında parıldayırdı. Oğlunun adı Amir idi. Ondan sonra
həmin nur onun oğlu Xüzeymənin alnında parladı, aləmi bəzədi. O
günəş nurlu işıq sonra onun oğlu Kənanənin üzündə parlayıb
cahanın çöhrəsini işıqlandı. Əvvəlki adı Əbu Nəsr idi, sonrası
Qüreyş adı ilə şöhrətləndi. Bütün qüreyş qəbilələri onun
69
İfadənin ərəbcəsi: "Radiyə-l-lahu ənhu".
70
İfadənin ərəbcəsi: "Kizbu-n-nəsəbi ilə ma fəuqa Ədnan".
71
İfadənin ərəbcəsi: "Ənə və Əliyyun min nurin vahedin"
50
nəslindəndirlər. Onun nurlarının daşıyıcısı oğlu Malik idi. Ondan
sonra bu səadət oğlu Fəhrə nəsib oldu. Sonra nur oğlu Qalibə çatdı,
daha sonra Qalibin oğlu Ləvi üçün ötürüldü. Sonra oğlu Kəəbə, daha
sonrasa onun çoxsaylı oğlanlarına paylandı. Sonra Bəni-Qüreyş
nəslinin böyüyü Kəlab həmin nurla şərəfləndi. Nur sonra Kəlabın
oğlu Qəsiyə çatdı. Qəsinin övladlarından Əbu Manaf öz
qardaşlarından həmin nurun ona ötürülməsi səadəti ilə şərəfləndi.
Onun sadiq oğlu ləqəbi Əmrül-Əla olan Haşim idi ki, elə bu ləqəblə
də şərəfləndi. O, qüreyş qəbiləsinin sərvəri idi. Səadət nurları onun
surətində parlayır, onun günəş simalı camalında igidlik və böyüklük
nişanələri görünürdü. Qüreyşlərin arasında Bəni-Haşimin şərəfi və
yeri böyükdür. Həmin nuru daşımaq haqqı onun oğlanlarından
Əbdülmütəllibə** verilmişdi.
Əbdülmütəllibin Abdullahı nəzir
deməsi və qurbanlıq vermək istəyi:
O, əzəmətli, şan-şöhrəti və tutduğu uca məkana görə
qureyş qəbilə adamları və sərvərləri içərisində fərqlənən adamdı,
qureyşlər onun böyüklüyünü qəbul etmiş və ona tabe olmuşdular.
Onun adı Şeybə idi, amma tarix kitablarında Əbdülmütəllib kimi
məşhurlaşdı. Kəbə evinin açarı onun əlinə yetişdi və hecabət
mənsəbi ona verildi. Zəmzəm*** quyusunun qazılması (hefr)
onun dövründə icra olundu. Əhməd nurunun (nure-Əhmədi) onda
olması sayəsində Allahın dərgahında xahiş olunan hər duası Allaha
çataraq (eqteran) qəbul (ectenab) olunurdu. Onun iki oğlu vardı.
"Rövzətüs-səfa''* və "Xülasətül-əxbar"** kitablarının müəlliflərinin
fikrincə Əbdül Mütəllibin səkkizinci övladı sonuncu Peyğəmbərin
(xatəmül-ənbiya) atası Abdullahdır. Əbdülmütəllib nəzir etmişdi ki,
hər şeyi minnətsiz verən Allah-təala, əçər ona on övlad verərsə, ən
izzətli övladını onun yolunda qurban edəcəkdir. Əbdülmütəllibin bu
arzusu baş tutdu və o, etdiyi nəzirinə vəfa etmək xatirinə fərzəndləri
arasında püşk (qore) atdı. Püşk Abdullah adına düşdü. Abdullah bu
şad xəbərdən şadlandı, İlahinin təqdirinə boyun əydi. Əbdülmütəllib
onun bu qərara tabeliyindən və alinejad anasının razılığından sevindi
və oğlu ilə birlikdə qurbangaha yollandı. Bundan xəbərdar olan
Qüreyş onların ardınca gedərək onu bu işdən çəkindirdi, bu məsələ
xüsusunda həmin dövrdə başqalarından seçilən bir kahinə qadın ilə
məsləhətləşdi. Kahinə nəziri fidyə*** ilə əvəz etməyi məsləhət
51
bildi, qərara aldı ki, on övladın sayı qədər dəvəni Abdullahın fidyəsi
etsinlər və onunla dəvələrin arasında püşk alsınlar, əgər püşk yenə
də Abdullahın adına düşərsə püşkatmanı davam etdirsinlər və hər
dəfə dəvələrin sayını on-on artırsınlar. Əbdülmütəllib bu qərara
əməl etdi və püşk hər dəfə Abdullahın adına çıxdı. Dəvələrin sayı
yüzə çatdıqda, bu dəfə Allah-təalanın köməyi ilə püşk dəvəyə
düşdü. Bu işi bir neçə dəfə təkrar etdilər və Abdullah sakitləşdi
(təşəffi), yüz dəvə qurban etdi. Həzrət Xeyrül-ənam belə
buyurmuşdu: "Mən Abdullah və İsmayıl kimi göstərilən ibnüz-
Zəbeyhəm"
72
. Tarix kitablarında yazılmışdır: Nure-Əhmədinin
şüaları və Məhəmmədi nurlarının işığı Abdullahın alnında
parlamaqdaydı. Yəhudilər bir neçə dəfə ona qəsd etdilərsə də, hər
dəfə nifrət və paxıllıqdan qeybdən gələn qüvvə ilə yardım olundu,
düşmən xətərindən qurtuldu. Abdullahın nurunun parıltısından
bütün qüreyş xatunları onun günəş kimi işıqlı camalına vurularaq,
onunla evlənməyə rəğbətlənirdilər, amma o xoşbəxtlik Vəhbin qızı
Aminəyə* nəsib oldu, Abdullahın amal ağacı murad meyvəsi ilə
calaşdı, fil ilində (amel-fil) o əzəmətli qızdan xatəmül-ənbiya
doğuldu, zülmətə qərq olan aləm onun cahanı bəzəyən camal nuru
ilə işıqlandı. Hamiləlik, doğum, böyümə (reza), cavanlıq
əyyamından peyğəmbərliyə çatma (bəisət) müddətinə qədər o
nəbilər sərvərinin və onun möhtərəm anasının başına bir çox qəribə
işlər gəldi ki, bu haqda bir sıra hekayətlər (qesəs) və tarix
kitablarında məlumatlar (7) vardır. Sözün qısası, günəş batmazdan
əvvəl (qürub vaxtı - Ş.F) Adəmin oğlu seyid timsallı cahanı bəzəyən
camalı olan Abdullah iyirmi beş yaşında ikən Mədineyi-təyyibədə**
(gözəl Mədinə - Ş.F.) hər iki dünya Rəbbinin rəhmətinə qovuşdu,
müqəddəs Yəsrib (Mədinə - Ş.F.) torpağında dəfn olundu.
Peyğəmbər doğuluşunun (milad) yeddinci ilində Aminə vəfat etdi,
Əbdülmütəllib o Batha və Yəsrib sərvərini (Məhəmməd Peyğəmbəri
- Ş.F) özü böyütməyə başladı, [amma] həmin miladın səkkizinci
ilində özü də rəhmətə qovuşdu, o "Dorre-yetim"in böyüyüb boya-
başa çatması Əbu Talibin*** öhdəsinə düşdü. İmran ismi ilə tanınan
Əbu Talib Əbdülmütəllibin yeddinci oğlu idi və qüreyş qəbilələri
arasında onun şöhrəti və layiqli yeri vardı. Həzrət xatəmül-ənbiya
həmin ali qədir-qiymətli əmisinin mehribanlıq və nəvaziş (otufət)
72
İfadənin ərəbcəsi: "Ənə bnu-z-Zubeyhi əşarəhu bi Abdi-1-lahi və İsmailin".
52
şəfəqləri sayəsində böyüdü. Ona peyğəmbərliyin verilməsinin
(bəisət) onuncu ilinədək o sərvər (Əbu Talib) sağ idi, o həzrətə səylə
köməklik göstərirdi. Onuncu ildə Allahın dəvətini qəbul edib öldü.
Həzrət rəsul (salləllahu aleyhi və səlləm) Əbu Talibin, ondan sonra
isə Xədiceyi-Kübranın**** (Peyğəmbərin zövcəsinin - Ş.F.)
vəfatlarından sonra, dərin hüznə qərq olmuşdu. Əbu Talib
"kafirlərin və müşriklərin qənimi, aləmlər Rəbbinin dostu (həbib),
əzəmətli Allahın şiri, möminlər əmiri olan Heydəri-Kərrarın"
73
-
"Əli ibn Əbu Talibin" hörmətli atası idi. Tərəfdarlarının və
müxaliflərinin yazdıqlarına görə, "Ətim ətindən, qanım qanındandır"
hədisində buyuruldugu kimi
74
, [Həzrət Əli] böyük fəzilət və istedad
sahibi olan məşhur bir sima idi. Həzrət Məhəmməddən sonra Adəm
övladının əşrəfi olan Əli ibn Əbu Talib əleyhis-səlam asimandan
gələn işarə ilə Zöhreyi-Zəhra və Bətule-Üzra ilə (Məhəmməd
Peyğəmbərin qızı Fatimənin ləqəbləri - Ş.F.) izdivac etdi. İlahinin o
iki sirlər xəzinəsindən (məxzənül-əsrar) və o iki sonsuz nurlar
mədənindən (mədəne-dudmane-namotənahi) iki parlaq nübüvvət
ulduzu (İmam Həsən və İmam Hüseyn - Ş.F.)* iki asimanın iki
ulduzu kimi dünyaya gəldi. Behişt əhli olan o cavanların (İmam
Həsən və İmam Hüseyn - Ş.F.) böyüklüyü barədə mirvari kimi
qiymətli sözlər deyilmişdir. On iki çeşmə kimi bütün dünyanı
qucaqlayan və asimanın möhkəm qalaları olan o kəslərin uca adları,
[həmçinin] möhtərəm və uca məqamlı övladları haqqında çoxlu
sözlər zikr olunmuşdur. Onların birincisi Həzrət Əli (ə) və
sonuncusu Həzrət Mehdi** (ə)-dir. Həmin şəcərə ağacının kökü və
mübarək nəsli on iki nəfərdir və əzəmətli padşah (Şah Abbas - Ş.F.)
yer üzərində Allahın kölgəsidir. Buna görə də, mən söz dəftərimi o
həzrətin əcdadının və böyük atalarının zikri ilə bəzəyirəm.
Nübüvvət və imamət gülzarının iki dəstə gülü və şücaət və
kəramət bostanının iki sərvi olan o adamlar musəvi və hüseyni
xanədanına mənsubdurlar ki, onlar nəsilbənəsil möhtərəm və uca
məqamlı adamlar olmuşlar və yuxarıda işarə olunduğu kimi onların
şəcərəsi on iki imamın yeddincisi imam Museyi-Kazimə*** çatır,
73
İfadənin ərəbcəsi: "Heydər Kərrar qatili-1-kəfərə bi-1-muşrikinə vəsa həbibu rəbbi-
1-aləminə əsədu-1-lahi-l-ğalib əmiru-1-mömininə Əli ibn Əbi Talibin əleyhi-s-
səlamu".
74
İfadənin ərəbcəsi: Bi hokmi hədisi "Ləhmi min ləhmikə, dəmi min dəmikə"
53
ondan törəyir. Buna görə də "Günəşə və onun işığına and olsun"
75
ayəsində deyildiyi kimi, günəşdən də parlaq olan o böyük imamların
zikri ilə sözə başlayıram ki, mənim dilim o həzrətin uca məqamlı
sələflərinin adlarının zikri ilə daha da şirinləşsin. Ənsab elminin
(şəcərə elminin - Ş.F) übmalarının hamısı belə əqidədədirlər ki,
onlar (səfəvilər - Ş.F) həzrət imam Museyi-Kazimin və ali məqamlı
imamzadə Əbülqasim Həmzənin nəslindəndirlər. Düzgün olan
məlumata görə imam Museyi-Kazim Tərşizin Susefid adlı yerində
dəfn olunmuşdur və onun şərafətli məzarı əhalinin ziyarətgahı və
təvaf yeridir. İbn Bəzzaz* kimi tanınan Dərviş Təvəkkül ibn İsmayıl
Şeyx Sədrəddin Musanın sağlığında o həzrətin, şeyxlərin və
övliyaların bəyanı xüsusunda bir kitab yazmış və onu "Səfvətüs-
səfa" adlandırmışdır. Həmin kitab Firuzşah Zərrinkolahla
başlayır.** Bu sətirlərin müəllifi də İbn Bəzzazın yoluyla gedərək,
özünün zərrin qələminin köməyi ilə "Abmara" [kitabının] səhifəsini
o həzrətin (Firuzşahın - Ş.F) zikri ilə bəzəyir.
Firuzşah Zərrinkolah'': "Səfvətüs-səfa" [kitabının]
müəllifi yazır: "Təriqət sultanının fərzəndlərindən biri İbrahim
Ədhəmdir. O, mülk tutmaq bayraqlarını qaldıraraq daim qəza
(müqəddəs müharibə - Ş.F) və cihadla məşğul idi. O vaxtlarda
Muğan, Aran və o hüdudda yerləşən yerlərin əhalisi iman zinətindən
kənar, islam şərəfindən bəhrəsiz idilər. Peşəsi qəza olan o sultan
(sultane-qəzapişe) kəskin qılıncının şöləsi ilə o vilayətin hər yerini
islam nuru ilə işıqlandırdı, küfr və zalimlik qaydasını (rosum)
aradan götürdü, zahiri (suri) və mənəvi cəmiyyət [üzvləri] arasında
həm dini, həm də dünyəvi idarəçilik qabiliyyəti olan Əmir Firuzşahı
Ərdəbilin və oraya tabe olan yerlərin sərvəri və əmiri etdi. Onun
var-dövləti, qoşunu, heyvanı və qənimətləri o qədər çox idi ki,
Ərdəbilə sığınırdı. Oradan çıxıb Gilan meşəsinin kənarına getdi və
yaxşı bir yerdə dayandı (rəhle-eqamət əndaxt), həmin vilayətdə dini
məsələlərin təlqini ilə məşğul oldu, fəzilət və ənam süfrəsini açdı.
Əmir Firuzşah dünyadan köç cilovunu əcəlin əlinə verdikdə, onun
igid (rəşid) oğlu Əvəzül-xəvas sədaqətli adamların işlərinin icrası və
sərvərliklə məşğul oldu, həmin yerdən Ərdəbilə tabe olan
Əsfərəncan kəndinə (qərye) getdi, qoşun və təbəələri ilə orada
məskunlaşdı. O da, böyük atası kimi öz səxavəti (kərəm) və
qonaqpərvərliyi ilə xalq arasında (beynəl-comhur) məşhurlaşdı.
75
İfadənin ərəbcəsi: "Bi məntiq va-ş-şəms va-d-duha hə".
54
Ənam süfrəsini ziyafət və səxavət evində bağlayıb, üqba (axirət evi -
Ş.F) mehmanxanasına getdikdə, onun bənzərsiz oğlu Məhəmməd əl-
Hafiz atasının yerində qaimməqam oldu. Qəribə hadisələrdəndir ki,
o, yeddi yaşında ikən atasının evindən çıxmışdı və ondan heç bir
xəbər-ətər yoxdu. Həmin xanədanın üzvləri nə qədər axtardılarsa da
onu tapmadılar, məyus olub təziyəsini tutdular. Yeddi il keçəndən
sonra on dörd gecəlik ay cövza bürcündə* görünərkən o, ata evinin
qapısı önündə zahir oldu. Onun ayrılığından göz yaşları, ah-nalə
içərisində olan o sülalənin xidmətçi və müridləri asiman kəramətlə o
ayı (bədr) o ərazidə gördükdə s.10 öz təziyələrini şadlıqla əvəz
etdilər, ondan başına gələnləri (8) soruşdular. Dedi: "Doğru yol
silkinə mənsub olan (salek) bir dəstə müsəlman cini (əcinnə) məni
öz yanlarına apardılar, üzümə şəfəq qapılarını açaraq şəriət və Quran
öyrətdilər, beləliklə də mən yeddi il onların arasında yaşayıb
fəzilətlərlə (fəzayel) məşğul oldum, hal-hazırda isə vətənə
qayıtmışam". İradət (istək) yolunun adamları onun bu zəruri gedişini
dini və dünyəvi səadət üçün səmərəli sayaraq, onu əzəmətli
babalarının hidayət taxtına əyləşdirdilər. O da alinejad əcdadı kimi
yaşayıb, öz qövmünün hidayət və irşadı ilə məşğul oldu. Həyatı sona
yetdikdə ata-babalarının vəzifəsi möhtərəm fərzəndi Səlahəddin ər-
Rəşidə çatdı, o, hidayət və kəramət taxtını əzəmətli əcdadı kimi
zinətləndirdi, Ərdəbilin Kəlxaran adlı yerində məskunlaşdı, iradət
ərbablarının verdikləri nəzir və hədiyyələrdən gözünü çəkdi,
əkinçiliyə (ziraət) meyl etdi, özünün dost (əshab) və təbəələrini də
əkinçiliyə həvəsləndirdi, əhali tarlasında məhəbbət və şəfqət toxumu
becərdi. Ömrünün mərhələlərindən yetmiş mərhələ bitdiyi vaxt öz
varlıq yükünü axirət mənzilinə apardı. Möhtərəm oğlu Əmir
Qütbəddin* öz alimiqdar atasının qaimməqamı oldu, həmin
müqəddəs nəslin sərvərinə və rəhbərinə çevrildi, bu sülalə üzvlərini
öz nəvazişi və şəfqəti altına alaraq, qiymətli əcdadı kimi irşad
yolunu tutdu. O ləyaqətli əmirin sağlığında gürcü hakimlərinin biri
bir dəstə kafir döyüşçü ilə qəfildən Ərdəbil vilayətinə hücum etdi,
bu hücumdan islam əhlinə çox zərər yetişdi. Onların qorxusundan
Əmir Qütbəddin öz iffət sarayının qadınlarını Ərdəbil darülirşadına
köçürərək onları etibarlı bir yerdə gizlətdi. Bir gün axşam çağında o,
onları yoluxmaq məqsədilə gizləndiyi yerdən çıxdıqda kafirlərin biri
qarşısına çıxıb o sərvəri ağır yaraladı, əmir yaralı halda öldürülən
adamların arasında qaldı. Baş vermiş bu qorxulu vaqiədən sonra
cərrahlar onun müalicəsinə başladılar, yara sağaldı və onun mübarək
55
zatı sağ-salamat qaldı. Bu hadisədən sonra hidayət və irşad taxtı
[yenə] onun vücudunun işığı ilə zinətləndi, əhalinin müşkülatı onun
dürlər çəpən dili ilə öz həllini tapdı. Bir neçə il nəvəsi Səfiəddin
İshaqın (səftil-həqq və-1-həqiqə) səadətli təvəllüdü dövründə
həyatda qaldı, bir neçə il qiymətli [nəvəsini] gördü. Sözün qısası,
ölümünə az qalmış həmin gözəl xasiyyətli əmir öz qiymətli
əcdadından miras qalan və qorunan o irfan və irşad cəvahirini istəkli
fərzəndi Seyid Salehə* verərək, bu aşağı dünyaya vida etdi və onun
pak ruh quşu ülvi aləmə pərvazlandı. Seyid Saleh vəlayət və irşad
bəhrindəki sədəflərin incisi, hidayət, məsləhət və mürşidlik
bürcündəki dürlərdəndi. O, möhtac adamların vəziyyətlərinin
yaxşılaşdırılmasına atasından daha çox çalışdı. Xalq indiyəcən onun
şan-şöhrəti barədə danışmaqdadır. Onun səadətli qapısı həmişə fəqir
və möhtac adamların üzünə açıq olurdu və heç vaxt onların
çoxluğundan şikayətlənmirdi. Seyid Salehin dünyadan köçmə
zamanı yaxınlaşanda axirət səfərinə hazırlaşdı, şərafətli ruhu saleh
və sadiq adamların ruhlarına qoşuldu, həyat bağının cavan tingi
(novnehal) Seyid Cəbrayıl* o həzrəti Kəlxaran darülamanında dəfn
etdi.
Sultan Seyid Cəbrayıl***: Allahı tanıyıb onun səcdəsinə
əyləşən şəxslərin (səccadeneşinane-xoda) ən məşhuru idi. Təqva
(dindarlıq, möminlik, zahidlik - Ş.F.) pəhrizkarlıq, taət (Allaha itaət)
və ibadətdə ali dərəcəli adamdı. Öz alicənab atası kimi, doğulduğu
Ərdəbil Kəlxaranında qaldı. O diyarın camaatı o möhtərəmin
müqəddəs nəfəsindən səadət nurları əxz etməkdəydi. Nəhayət
Allahın mərifət zövqü onu zəmanənin qeyri adamlarının
söhbətlərindən kənara çəkdi, ona mücahidlik və pəhrizkarlıq, ziyarət
rəsmini öyrətdi, zahirini və batinini irfan nuru ilə işıqlandırdı, dilini
xamuşluq kamına çəkdi. Adamlarla az danışardı. Məqamının şöhrəti
hər yana yayıldı. Hörmətli və şərafətli tayfa əyanından doğulan və
dövrün Rabiəsi olan Dövləti adlı bir banu o alinejadla həyat qurdu...
onların birliyindən o iffətli [xanım] övliyalar və seçkin şəxslərin
sultanı səfiül-həqq və-1-həqiqət vəddin İshaqdan hamilə oldu.
Hamiləlik dövründə o mübarək camallı qadın aləmi o qədər
işıqlandırırdı ki, sanki dövlətübhü və səadət nurları onun işıqlı
alnından parlayırdı. İbn Bəzzaz "Səfvətüs-səfa" kitabında Sultan
Sədrəddin dövründəki fəzilət sahiblərindən olan Movlana
Məhyəddinin* dilindən Seyx Səfiəddin* və onun kamalına dair,
həmçinin onun doğulması və südəmərliyi (reza) dövründəki qəribə
56
nişanələr və əlamətlər haqqında o qədər məlumat vermiş və söz
açmışdır ki, həmin məlumatlar bu kitaba yerləşməz. Xülasə, aləmi
işıqlandıran o nur (yəni Şeyx Səfiəddin - Ş.F.) elə ki, səadət
üfüqündən doğuldu, altı yaşında olarkən möhtərəm atasına Allahdan
"onu darüssalama çağıran "Vallah" nidası gəldi"
76
və o, dünyasını
dəyişdi, elə o yerdə də - böyük atasının məzarının yanında dəfn
olundu. Həqiqətən də, o həzrətin mübarək qəbri işıq və rəhmət
zöhrəsi kimi sanki cənnətin bir parasıdır. Əlahəzrət zilləllah şah o
qəbrin üstündəki onun gözünə həqir görünən (mohəqqer) sabiq
imarətin üstünü götürüb, onu olduqca səliqə-səhmanlı (təkəllof) və
gözəl bir gümbəzlə əvəz etdi. O həzrətin [Sultan Şeyx Cəbrayılın]
fərzəndi hidayət taxtının sultanı, pakların pakı və övliyaların dəlili
(bürhanı) olan Şeyx Səfiül-millət vəd-dindir. Onun ali məqam və ali
tərifini saymaqla qurtarmaz. [Şeyx Səfiəddinin] nurlu qəbri feyz və
rəhmət nurunun məskən tutduğu məkandır. Böyük atasının
vəfatından sonra, möhtərəm anası İlahinin işıqlandırdığı [Səfiəddini]
böyütməklə məşğul oldu. Hələ cocuqluq vaxtından başlayaraq, onda
Allah kəramətinin işartıları görünürdü və asiman onun hümayun
nurundan parlayırdı. Ondan həmişə qəribə işlər müşahidə
olunurdu (məsələn qəbirlərin kəşfi, ölüm hallarının təsviri və bu
kimi başqa xüsusiyyətlər). O, bunları anasına danışar və anası da
yetişəcəyi yüksək mərtəbələr və böyük dərəcələr münasibətilə
oğluna müjdə verərdi. Fəzilət və kəmalət öyrənməklə bir müddət
vaxt keçdi. Məna aləmindən zövq almaq, bu aləmi müşahidə etmək
və mənimsəmək şövqü şeyxə üstün gəldi, o, mücahidə və
pəhrizkarlıq vadisinə qədəm basdı, çünki bilirdi ki, irşad sahibinin
(mürşid) köməyi olmadan kamal zirvəsinə yüksəlmək mümkü n
deyildir. [Buna görə də] arabir hər ikisi Şeyx Cüneyd Bağdadi
nəslindən olan Şeyx Fərrux Ərdəbili və Şeyx Əbu Səidin
məzarlarını ziyarət edər, orada ibadətlə məşğul olar, hərdənbir də
vaxtını ilahi (rəbbani) mərifətə qovuşmuş Şeyx Səhabəddin
Mahmud Amerinin qəbrinin üstündə keçirər, özünə kamil mürşid*
axtarışında olardı. O, Şeyx Nəcibəddin Bozegş (?)** Şirazinin
vəziyyətini və onun fəzələt dərəcələrinini çoxluğunu bildikdə onu
görmək istəyi ilə Şiraza yola düşdü. Özündən böyük olan, Şirazda
var-dövlət və etibar qazanan varlı və şan-şöhrətli bir şəxsin qızı ilə
evlənərək bu şəhərdə də qalan öz böyük qardaşı Səlahəddinlə
76
İfadənin ərəbcəsi: "Vallah yəd'u ib dan-s-sələmi"
57
görüşməyi bəhanə etmiş şeyx mehriban anasından icazə almış və
Şiraza rəvan olmuşdu. Yolda rastlaşdığı hər bir Allah adamıyla,
dərvişlərlə, Allah əhli (əhlüllah) ilə söhbət edər, onların sözlərini
diqqətlə dinləyərdi. Şiraza gəldiyi vaxt Şeyx Nəcibəddin Bozeğş
artıq dünya evindən köçmüşdü. O, bu diyarın şeyxləri ilə
görüşdükdə istəyində olduğu feyz işığını onlardan ala bilmədi. O
əsnada şeyx zəmanə üləmalarından olan Mövlana Rəziəddinlə
görüşdü, “Zəlzələ” surəsinə qədər Qur'anın təfsirini birlikdə
müzakirə etdi, ondan təfsir dərsinin icazəsini aldı. [Sonra] Şeyx
Müslihəddin Sədi*** ilə söhbət etdi, amma onunla həmsöhbət
olmaqdan xoşlanmadı. Şeyx Səfiəddini - əxlaqda, hərəkət tərzində,
davranışda (süluk) özlərindən yüksək görən o vilayətin dərvişləri və
hidayət sahibləri onu seyidlər zümrəsi və dövrün bilikli adamlarının
on biliklisi olan Əmir Abdullahın yanına göndərdilər. Elə ki, onunla
görüşdü, həqiqətən də onda hərtərəfli biliyə və kamala malik sifətlər
müşahidə etdi, cəlal və camal təcəssümü (məzhər) gördü. Həzrət
Şeyx Səfiəddin başına gələnləri ona danışdı. O isə bir ləhzə fikrə
getdikdən sonra dedi: “Ey cavan türk”. Sənin indiyədək riyazət və
mocahede**** (nəfsin tərbiyəsi - Ş.F) barədə öyrəndiklərin mənim
bəsirət gözümü hələ cəlb etməmişdir. Sənin böyük işlərin hələ
qabaqdadır, amma sən axtardığın malları bu bazarda tapa
bilməyəcəksən. Bu gün sənin gözlərindən örtüyü qaldırmağı bacaran
bir adam var ki, o da ilahi maarif arifi olan və sizin vilayətə yaxın
yerdə - Gilanda dərya kənarında inzivaya (xəlvət) çəkilən və
xəlvətgahı olan Şeyx Zahid Gilanidir".* [Beləliklə] Şeyx Zahidin
gözəl xüsusiyyətləri barədə ona çox danışdı. O, həzrət də, Fars
şeyxlərini tərk edərək Şeyx Zahidin saf daxili aləmindən kömək
diləyib vətəninə yollandı. Qardaşının ona qiymətli şeylər vermək
istəyinə baxmayaraq, o həzrət onları qəbul etmədi və tələb ayağını
məqsəd yoluna atdı, Allah-təalanın aman vermək zəmanəti ilə sağ-
salamat gəlib Ərdəbil darülirşadına çatdı. Şeyx Zahid o həzrətin
zöhdə (zahidliyə - Ş.F.) və batini elmə malik olduğunu kəşf yoluyla
bilib, üzünü müridlərinə tutaraq dedi: "Həqiqət axtarışıyla
Ərdəbildən buraya bir cavan adam gələrək, mənimlə görüşmək
istəyir. Onunla həzrət Rəbb arasında təkcə bir pərdə (hicab)
qalmışdır." Xülasə, Şeyx Səfiəddin Şeyx Zahidin olduğu yeri
öyrənib oraya üz tutdu, onun kəramətli xanəgahına çatdı,
ibadətgahda (sovmee) namaz qılmaqla məşğul oldu. Mübarək
ramazan ayı idi. Şeyx Zahidin belə bir adəti vardı: O mübarək ay
58
gələn vaxt öz məhrəm otağına (hərəmsəra) təşrif aparar və gecə-
gündüz taət və ibadətlə məşğul olardı. İftarı öz əhli-əyali ilə açar,
fitrə bayramınadək müridlər zümrəsi ilə görüşməzdi. Şeyx
Səfiəddinin o ali yerə gəlib çatdığı gün Şeyx Zahid öz
xəlvətgahından çıxıb bir xidmətçisinə dedi: "Bu gün ruzigarın haqq-
tələb adamlarından biri bizə qonaq gəlmiş və ibadətgahda namaz
qılmaqdadır. Namazını qurtardıqdan sonra onu mənim yanıma
gətir". Xidmətçi haqq yolunun o arif yolçusunu (salik) gətirdi və o,
şeyxlə görüşdən şərəfləndi. Şeyx ona "Səfiəddin" deyə xitab etdi,
onun yüksək mərtəbələrə və böyük məqama yetişəcəyi barədə
deyilənlərin həqiqət olduğunu gördü, bağlılıq əlini onun ətəyindən
asdı və ləyaqətli xidmətinə görə onun xüsusi məhrəmlərindən biri
oldu. Nəfsinin təmizliyi (təzkiye)" və pəhrizkarlığı (rəyazət) həzrət
Şeyx Səfiəddini həftədə bir yol deyil, üç gündə bir kərə ifrat açmağa
sövq etdi. Şeyx onun bu adətini də dəyişdi və o, hər gün iftar etmək
barədə qərar verdi. Amma, Şeyx Səfiəddin fəqət bir loğma quru
düyü çörəyi ilə kifayətlənib, bol çeşidli yeməklərdən sərfnəzər etdi
və qətiyyən ət yemədi. [Ümumiyyətlə] Şeyx Səfiədinin adət və
kəramətləri haqda çoxlu məlumat vardır ki, bunlar haqqında
"Səfvətüs-səfa" və Yəməni Herəvinin* kitablarında daha çoxdur.
Sözün qısası, o kamil sifətləri olan zat daim ruhlar və kabuslar
(əşbah) aləmi barədəki dərki çətin məsələləri öz bəsirət gözü ilə açır
və doğru yuxular (röyaye-sadeqe) görürdü. Onlardan biri beləydi:
Bir gecə yuxuda gördü ki, belində qılınc, başında isə samur
dərisindən bir papaq var. Papağı başından çıxaran kimi onun
hümayun başının düz ortasından (fərq) aləmi işıqlandırmaqdan ötrü
bir günəş parlayırdı. O, gördüyü yuxunu Şeyx Zahidə danışdı və
onun yozumunu (təbir) ondan xəbər aldı. İşıqlı fikri olan şeyx onun
yuxusunu təbir edərək buyurdu: "Qılınc və günəş güclü bir padşahın
zühuru və aradan getməsinin (zühur və xüruc) əlamətidir. Yaxın
vaxtlarda sənin belindən (solb) bəxti günəş kimi hamıya işıq saçan,
iti qılıncı isə ərbabların zülmünü yox edən bir şəxs peyda olacaqdır".
Xülasə, Şeyx Səfiəddin mübarizə və pəhrizkarlıqda çox inkişaf etdi
və onun işıqlı batinində ilahi sirlər nuru parlamağa başladı. Şeyx
Zahid onu öz kəşflərindən (mosaherat) agah edərək, Zöhreyi-
Zəhradan (Məhəmməd Peyğəmbərin qızı - Ş.F.) işıqlanan Fatimə
adlı pak qızını onunla evləndirdi. Baxmayaraq ki, Şeyx Zahid hələ
sağlığında ona irşad və səcdəyə oturma icazəsi (mürşidlik - Ş.F.)
vermişdi, amma o, bunu qəbul etmirdi. Həmin hidayət və vəlayət
59
taxtının sahibi (Şeyx Zahid - Ş.F.) vəfat edərkən o həzrətlə əhd
edərək, onun qabiliyyət qamətinə həmin köynəyi geyindirdi (yəni
onu mürşid elan etdi - Ş.F). Qərəzkar adamlar Şeyx Zahidə etirazla
dedilər: "Sənin sadiq oğlun kamallı və yetkin Cəmalləddin Əlini
irşadla şərəfləndirməkdənsə, niyə Şeyx Səfiəddini bu ali taxta
qaldırırsan?" Şeyx müridlərin şübhəsini aradan qaldırmaq və onları
sakitləşdirməkdən ötrü oğlunu və Şeyx Səfiəddini sınamaq
məqsədilə dedi: "Oğlumun xəlvət yeri haradır?" Dedilər:
"Xanəgahın məhrəm yerində." Buyurdu: "Səfinin xəlvət yeri
haradır?" Dedilər: "Şeyx Səfiəddinin yerindən oraya yarım fərsəx*
yol var." Dedi: "İndi mən onların hər ikisini buraya çağıracağam, siz
onların hansının bu rütbə və məqama layiq olduğunu görəcəksiniz."
O, oğlunu üç dəfə səslədisə də ondan səs gəlmədi, amma Səfini
çağırmaqla ondan cavab eşidildi: "Ləbbeyk, ey şeyx, ey mürşid" və
özü də gəlib çıxdı. Şeyx soruşdu: "Səfi, sən haradaydın?" Dedi: "Öz
xəlvət yerimdəydim. Şeyxin şövqlü nidasını eşidib onun xidmətinə
gəldim." Şeyx üzünü qohumlarına tutub dedi: "Mənim nəzərimcə,
"Allah-təala"
77
mənim nəzərdə tutduğumu Səfiyə vermişdir,
Cəmaləddinə yox. Mən də Allahın əmanətinə xəyanət etmədən onu
öz sahibinə verdim." Xülasə, Şeyx Zahid Gilanın Savrud adlı
yerində yeddi yüzüncü ildə (miladi 1300/01) üqba aləminə yollandı
və elə vəfat etdiyi yerdə də dəfn olundu. Həzrət sultanül-övliya Şeyx
Səfiəddin iradəti, geyim-keçimi (xirqə) və irşadı (mürşidlik
nişanələridir -Ş.F.) baxımından Şeyx Zahiddən, Şeyx Zahid - Seyid
Cəmaləddindən, Seyid Cəmaləddin - Şəhabəddin Mahmud
Ameridən, Şeyx Şəhabəddin - ondan yeddi nəsil əvvəl yaşamış Şeyx
Cüneyd Bağdadidən, Şeyx Cüneyd - Səri Səqətidən, Səri Səqəti -
"Kerexi-Xadim" kimi tanınan Həzrət İmam Əbülhəsən Əli İbn Musa
ər-Rizadan götürmüşdür. Nəticə etibarilə [deyə bilərik ki,] Şeyx
Zahidin vəsiyyətinə görə həzrət Şeyx Səfiəddin hidayət və irşad
taxtına əyləşdi, əhalini şəriət, təriqət və həqiqətin müstəqim (doğru)
yoluna çatdırmağa başladı. O həzrətin Şeyx Zahidin qızından
Sədrəddin Musa* adlı bir fərzəndi doğuldu. Həzrət Şeyx Səfiəddin
pəhrizkarlığının çoxluğundan zəiflədi və bir müddət öz dini dərdinin
darmanını təsəvvüf aləmində tapdı və buna sevindi. Nəhayət, onun
zəifliyi qüvvətləndi, şcyx natəvanlıq yatağına düşdü. Xəstəlik
vaxtında ağrıdan narahatlığına baxmayaraq, Şeyx Zahidin uyuduğu
77
İfadənin ərəbcəsi: "Allah sobhanə və təalə"
60
ətirli (möəttər) qəbrin ziyarətinə gedərək, orada bir az arxayınlaşdı,
vəziyyəti yüngülləşdi. Bir gün ağrının şiddətindən möhtərəm
zövcəsinə (həbilə) dedi: "Məni mənim evimə aparın". O həzrətin
xidmətçiləri ona dedilər: "Siz öz evinizdəsiniz." Buyurdu: "Mənim
əsl evim oradadır", (yəni Şeyx Zahidin yanındadır – Ş. F.).
[Beləliklə,] Şeyxi oraya apardılar. Bu hal bir neçə dəfə təkrarlandı.
Vəfat edən vaxt müqəddəs nişanlı səfəviyyə müridlərini bir yerə
topladı, səhabələrinə və övladlarına pak şəriət yolundan və şeyxlər
təriqətindən dönməməyi buyurdu, kasıblara (füqəra) ənam
vermələrini vəsiyyət etdi. Şeyx Sədrəddin Musa haqqında isə dedi:
"Səcdəyə oturmaq və irşad hüquqi fərzəndim Sədrəddinə çatır".
Sonra möizə və nəsihətlərə başladı. Nəhayət, gücünü qeyb
aləmindən alan ecazkar dili danışıqdan qaldı, son sözü bu oldu:
"Ona (Məhəmməd Peyğəmbərə - Ş.F.) salavat göndərin - gözəl bir
salam"
78
Yeddi yüz otuz beşinci ilin (miladi 1334) məhərrəmül-
həram ayının on ikisində, düşənbə günü sübh namazından sonra o,
əcəl saqisinin əlindən şərbət içdi, dünya aləminin iztirab evini
(aşubxanə) müşahidə etməkdən gözünü çəkdi. Onun möhtərəm
xanımı da, Allah dərgahından etdiyi dua və xahişə görə on səkkiz
gündən sonra vəfat edərək həzrətlə birləşdi, cənnət bağçasına
yollandı. "Mən Allaha mənsubam və ona da qayıdacağam. Allahın
övliyaları ölmürlər, lakin dəyişirlər"
79
Dostları ilə paylaş: |