SULTAN SÜLEYMANIN AZƏRBAYCANA İKİNCİ GƏLİŞİ
Doqquz yüz qırx birinci il (miladi 1535) olan sonrakı ildə
Sultan Süleyman ikinci dəfə Bağdaddan əcəm diyarına ləşkər çəkdi,
İraq mülkünə qədəm basdı, Dərczinədək gəlib çıxdı. Buna görə də,
cənnətməkan şah Van qalası ayağından ayağını çəkib Təbrizə
yollandı. Orada mötəbər əmirlər silkindən olan və sonralar nifaq
əhlinə çevrilən Məlik bəy Cuveyni qətlə yetirildi. [Şah] orardan
153
çıxaraq qəzəbli ləşkərini rumlu əskərlərin meydanına tərəf hərəkətə
gətirdi.
Müzəffər ləşkərin çərxçiləri Dərczində xandgar ordusunun
münqəlayına çataraq döyüşdülər və qalib gəldilər. Qızılbaşların
qələbəsi, rumilərin isə məğlubiyyətindən agah olan Sültan Süleyman
öz əmirlərini həyəcana düşmələrinə (aşofte) görə danlayıb dedi: "Siz
hərgah çorxçi döyüşçüləri və qarovul tərəfindən məğlub
olmuşsunuzsa, bəs qızılbaş padşahı ilə necə döyüşəcəksiniz?". O,
kədərləndi, qızılbaşlarla qarşılaşmaqdan daşındı, Dərczindən çıxıb,
qayıdış, bəlkə də məğlubiyyət cilovunu Ruma tərəf yönəltdi.
Rum sultanının geri çəkilməsi:
Şahın zəfər ayəli ordusu isə onun ardınca hərəkətə başladı.
Van qalasına çatdıqları vaxt Bəhram Mirzəm və bəzi əmirləri
rumilərin təqibinə göndərdilər, hümayun qoşun isə Van
çəmənliyində dayandı. Van qalasındakı rumilərsə şahın əzəməti
(şokuh) və qüvvəsi (setvət) qarşısında tab edə bilməyərək, orada
qalmadılar və fərar etdilər. Bu əhvalatdan əvvəl rum xandgarı
Diyarbəkr əmirülümərası Məhəmməd paşanı Əllamə, bəzi rum əmir
və paşaları, habelə iki min nəfər yeniçəri ilə Van qalası əhalisinin
köməyinə yollamışdı. Vəstana çatdıqları vaxt onların gəlmə xəbəri
cənnətməkan şaha çatdı və şah bir neçə cəngavərlə birlikdə onlara
hücum etdi. Rum qoşununun qaraltısı gözə göründüyü zaman
qızılbaş ləşkərinin əksəriyyəti gecə yuxuda idi. Hücumun şiddətli
vaxtı qalibiyyətli məiyyətdə iki mindən çox adam qalmamışdı.
Əllamə şah bayraqları arasında (Şah Təhmasibin - Ş.F.)
parıltılı (foruq) "bükürük" adı ilə məşhur olan xüsusi bayrağını
gördükdə tanıdı və Məhəmməd paşaya dedi: "Həzrət şahdır ki, özü
şəxsən buraya təşrif gətirməkdədir. Cəngə girməyimiz məsləhət
deyildir, çünki biz onun əzəmət və qüdrətinə tab edə bilmərik".
Məhəmməd paşa [isə] öz ləşkərinin böyüklüyünə və qızılbaşların
azlığına qürurlanıb, qoşun səfini bəzədi. Amma, rumilər Şiraz
zülqədərlərindən olan Qazi xanın və bir dəstə müzəffər qorçinin
birgə həmləsi ilə məğlub olub, geri çəkildilər, göz müşahidəsinə
görə onların əksəriyyəti qətl olundu, xandgarın bir neçə mötəbər
adamı əsir alındı, yerdə qalanları isə Ərciş qalasına tərəf getdilər və
adam yollayıb xandgardan kömək istədilər.
154
Rum ləşkərinin məğlubiyyəti və Sinan paşanın öldürülməsi:
Xandgar Sinan paşanı əmir, paşa və sancaqbaşılardan
ibarət böyük bi qoşunla onların köməyinə yolladı. Qızılbaş ləşkəri
dilavərlərindən Budaq xan Qacar döyüşkən ləşkərlə onlarla
qarşılaşdı və böyük qələbə əldə etdi, Sinan paşa o mərəkədə
öldürüldü, rumilərin böyük bir dəstəsi qətl edildi, əsir götürüldü.
Sinan paşanın öldürülmə xəbəri Sultan Süleymana çatanda
İbrahim paşanı rum ləşkərinin qalan hissəsilə oraya yolladı, İbrahim
paşa da Ərciş üzərinə gedən Bəhram Mirzə və onunla həmrah olan
əmirlərin üstünə böyük bir qoşun göndərdi. Hər iki tərəfin
qarovulları arasında cəng oldu, nəticədə rumilər məğlub edildilər,
İbrahim paşa isə bir daha qızılbaşlarla hərbə yollanmadı. O, Ərciş
qalasındakı bütün camaatı özüylə götürüb xandgarın ordusuna
yollandı. [Beləliklə] bu zavalsız dövlətin gücü ilə Ərciş qalası da ələ
keçdi, oranın kutvallığı Əhməd Sultan Sufioğluya verildi.
ƏLQAS MİRZƏNİN TƏHRİKİ İLƏ RUM
XANDGARI SULTAN SÜLEYMANIN ÜÇÜNCÜ
DƏFƏ BU DİYARA HÜCUMUNUN ZİKRİ
Söz qoşunu meydanının sərkərdələri (sipəhdaran) bu
hücum tarixini belə tərzdə (nəmət) bəzəmişlər: Əllamə Təkəli əcəm
məmləkətinin ən gözəli (şahed) olan [Azərbaycanı] rum sultanının
nəzərində elə [gözəl] bəzəmişdi (tərifləmişdi - Ş.F.) ki, sultan bircə
gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu
ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu [sultanı]
nadan və haqtanımaz Əlqas Mirzəni ağlının gödəkliyi və ondan da
artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə
yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil
(dadar) adamlarından olan belə mehriban qardaşın (Şah Təhmasibin
- Ş.F.) xidmətindən yayınıb Rum [diyarına] getdi. Sultan Süleyman
onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və
sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil
adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı.
Məsələ belə baş vermişdir:
Həzrət
cənnətməkan şah Əlqas Mirzəni başqa
qardaşlarından daha çox istəyir, ona onlardan daha artıq mehribanlıq
göstərirdi. Belə ki, Şirvan vilayətinin fəthindən sonra o, Əlqas
155
Mirzəni başqa qardaşlarından üstün tutaraq, ona şirvanşah olmaq
imtiyazı verdi, həmin vilayət hakimliyini və oranın mülkiyyətini ona
tapşırdı. Əlqas Mirzənin şahanə məhəbbətlərə (əvatef) yetişməsinə
başqa qardaşları həsəd aparırdılar. O nadan mirzə bəzi fitnəkarların
təhrikiylə o həzrətin onu böyütmə haqqını unutdu və üsyanla əvəz
etdi. Əlqas Şirvanda çoxlu qoşun-ləşkər, həmçinin səltənət və
padşahlıq əsasları (movəccəbat) gördüyündən, ayağını tabelik
dairəsindən kənara çıxartdı, müxalifət qapılarını açaraq, o həzrətin
razı olmadığı işlərlə məşğul olmağa başladı. [Buna görə də] şərafətli
şahın mübarək xatiri ondan döndü, onun fitnəsini dəf etmək fikrinə
düşdü. Əlqas o həzrətin yürüşünü bilib qəflət yuxusundan azacıq
oyandı, öz yersiz hərəkətlərindən peşman oldu, oğlu Sultan Əhməd
Mirzə ilə birlikdə anasını cənnətməkan şahın yanına göndərdi, söz
verdi ki, [bundan sonra] bütün ömrü boyu ayağını [bir daha] itaət
yolundan kənara çıxarmayacaqdır. Cənnətməkan şah onun üzrünü
qəbul və təqsirlərini əfv etdi, dövlətin Seyid Məhəmməd Kəmunə,
Sevindik bəy Qorçibaşı, Məsum bəy Səfəvi, Şahqulu bəy Xəlifə
Möhrdar və Bədr xan Ustaclı kimi əzəmətli əmirləri və
ağsaqqallarını, həmçinin anasını onun yanına, bundan sonra bir də
xilaf çıxmayacağı barədə and içməkdən ötrü, göndərdi. Əmirlər
göstərişə əməl edərək geri qayıtdılar. Qərara alındı ki, elə həmin qış
hər tərəfdən kafirlər diyarına qoşun çəkib, qəzaya və cahada
başlasınlar. Buna görə də cənnətməkan şah Gürcüstan qəzasına,
Əlqas Mirzə isə Çərkəs qəzasına getdi, amma Əlqas, əmirlərin
qayıdışından sonra sikkə və xütbəni öz adıyla bəzəyərək,
əvvəlkindən daha artıq müxalifət və üsyan yoluna düşdü. Gürcüstan
qəzasından geri dönən cənnətməkan şah o əhd-peymanı süst olan
[Əlqasın] ədəbsizliyindən xəbər tutdu və onun cəzalandırılmasını
vacib bildi. Əlqas hələ Çərkəs [diyarında] ikən şah İbrahim xan
Zülqədəri, Göycə (Kukcə) Sultan Qaçarı, Şahverdi Şultan
Ziyadoğlunu bir neçə müzəffər döyüşçü ilə hücumla Şirvana yolladı,
ki, həmin vilayəti zəbt etsinlər. Gedənlər Gülüstan qalasını
mühasirəyə aldılar. Bu xəbəri eşidən Əlqas Mirzə Çərkəs
vilayətindən geri qayıdıb, Dərbəndə gəldi. Əlqasın ləşkərinə qarşı
iki dəfə ləşkər göndərildi və hər dəfə əmirlər onun ləşkərinə qalib
gəldilər, bu döyüşlər vaxtı bir dəstə fitnəkar və tərbiyəsiz (bədamuz)
qızılbaş öldürüldü. Bu əhvalat şaha ərz olunduqda, o, əmirlərin
bəzilərini köməyə göndərdi və əzəmətli əmirlər Əlqasa hücum
eldilər.
156
Əlqas Mirzənin fərar etməsi və Rum sultamna birləşməsi:
Elə zəfər ayəli ordu da o istiqamətə hərəkətə başladı.
Hümayun şah məiyyətinin yollanma və o məşhur əmirlərin gəlib
çatma xəbərlərindən xəbərdar olan Əlqas Mirzə hədsiz qorxu və
çaşqınlıqla Xınalıqa tərəf qaçdı, amma döyüşçüləri ondan dəstə-
dəstə ayırıb müzəffər əskərlərlə birləşdilər. Əlqası təqib edən
əmirlər Samur çayı kənarında ona çatdılar. Əlqas elə çaş-baş oldu ki,
heç çəkmə geyməyə də macal tapa bilmədi, qırx-əlli nəfərlə
Dağıstana-qohumu olan Şamxalın (yaxud şamxal tayfasının - Ş.F.)
yanına gəldi, oradan da gəmiyə oturub Kəffəyə* yollandı, Kəffədən
də çıxıb İstanbula rəvan oldu, çatıb Sultan Süleymana qoşuldu.
Dərbənd və Gülüstan qalaları bir müddət Əlqas Mirzə
adamlarının əllərində qalmaqda idi. Qalibiyyətli əskərlər həmin
qalaları mühasirəyə aldılar, nəhayət o yerlər bu qəhrli dövlət
övliyalarının əlinə keçdi, Mehtər Dövlətyar və o dövlətsizlərin
bəziləri cəzalandırıldılar. Cənnətməkan şah Şirvan vilayətini adlı-
sanlı şahzadə İsmayıl Mirzəyə (gələcək padşah II İsmayıla - Ş.F.)
inayət etdi, Göycə Sultanı şahzadənin yanında qoyaraq geri qayıtdı.
Bir neçə gün İstanbulda qalan Əlqas Mirzənin yalan və
batil vədləri Sultan Süleymanın beynini dumanlandırdı, doqquz yüz
əlli beşinci ildə (miladi 1548) o, Rum, Şam, Misir, Qaraman,
Diyarbəkr və İraqi-Ərəbdən topladığı ağır ləşkərlər, bol top, araba
və zərbzənlər, habelə saysız-hesabsız yeniçərilərlə İstanbuldan çıxdı,
əcəm vilayətinə üz tutdu. Alicah şah da Qəzvin darüssəltənəsindən
döyüş əzmi ilə yola düşərək, qoşun toplamaqdan ötrü bir ay Şənb-
Qazanda dayandı. Orada İsmayıl Mirzə Şirvan qoşunu və ətraf
yerlərin əmir və hakimləri ilə birlikdə gələrək, hümayun orduya
birləşdi. Yüksək məqamlı şah tərcrübəli adamları yollayaraq,
müxaliflərin gələcəkləri yolları Təbrizdən Rum sərhəddinədək
yandırdı, ət və taxıldan əsər-əlamət qoymadı. Təbriz camaatı
kəhrizləri elə bağlamışdı ki, içməli su və başqa ərzaq artıq
tapılmırdı. Əzəmətli əmirlərdən Abdullaxan Ustaclını şah Bədr xan
Ustaclı, Hüseyn xan Sultan Rumlu, Şahverdi Sultan Ziyadoğlu və
başqa əmirlərlə birlikdə qoşunlara münqəlay təyin edib Mərəndə
tərəf göndərdi. Müzəffər ordu isə Təngiz yaylağına getdi və dünya
şəhriyarı o yaylağın otlaqlarında dayandı.
Elə ki, Rum sultanı gəlib yetişdi, Əllamə Təkəlini bir dəstə
rumlu döyüşçüylə Van qalasının mühasirəsinə göndərdi. Xoydan isə
157
Əlqas Mirzəni bəzi paşa və sancaqbəyilər və təxminən qırx min
nəfər əskərlə Mərəndə -münqəlay əmirlərinin üzərinə yolladı, özü
isə yerdə qalan cəngavər döyüşçülərlə Təbrizə tərəf hərəkət etdi.
Mərəndə getmiş əzəmətli əmirlər Ziyadoğlunu iqbal qoşununun bir
dəstə mübariz əskəri ilə qarovulu [əməliyyatına] göndərmişdilər. O,
rumilərin ön dəstəsinə çatmış və onların arasında qızğın döyüş
olmuş, Ziyadoğlu həmin döyüşdə mərdanəlik göstərmişdi. Mərənd
çəmənliyindəki əmirlər dəstə-dəstə gələn rumlu döyüşçülərin
çoxluğunu görərək, ehtiyatkarlıq etmiş və dağa tərəf çəkilmiş,
[amraa] bir dəstə döyüşçünü xəbər toplamaq (xəbərgiri) məqsədiylə
Mərənddə saxlamışdılar.
Xəbər toplamaqdan ötrü Mərənddə qalmış qızılbaş
dilavərləri şəhərə gəlib çatan Əlqas və rumilərə özlərini göstərdilər
və onlarla cəngə başladılar. Onların pusquda çoxlu yardım
döyüşçüsü olduğundan ehtiyatlanan rumilər bu döyüşə bir o qədər
də cürət etmirdilər. Axırda aralarında güclü döyüş başlandı,
qızılbaşlar cəng edə-edə çıxıb əmirlərə birləşdilər, amma rumilər
həmin az miqdar qızılbaşın mərdanəliyindən fikir-xəyala düşdülər.
Abdulla xan və qızılbaş əmirlərinin Mərənd çəmənliyindən
getdiklərini görən rumilər də geri qayıtmağı məsələhət bildilər və
qayıdaraq Təbrizin Çərəndab [adlı yerində] Sultan Süleymana
birləşdilər. [Bu tərəfdən] Abdulla xan və əmirlər də Əşənkiz
141
yaylağında hümayun məiyyətə qoşuldular. Yeri cənnətlik olan
əzəmətli həzrət şah iqbal qoşununun mübarizlərini rumilərin dörd
tərəfinə göndərdi. Onlar döyüşkən müxalifiəri gecə-gündüz narahat
edir, hər gün bir neçəsini ələ keçirib qətlə yetirirdilər.
Rumilər azuqədən ötrü ordularından kənara çıxa
bilmədikləri üçün onların ordusunda azuqə və heyvan yemi (əliqəd-
dəvab) yoxa çıxmış, hamısı çörək qıtlığından nigaranlığa düçar
olmuşdu. Buna görə də şəhəri qarət etməyə girişdilər, amma heç nə
əldə edə bilmədilər. Sultan Süleymanın Təbriz şəhərində olduğu
dörd gün müddətində bir neçə min at və qatır qüvvədən düşüb ədəm
otlağına yollandı.
141
Əşkənbər olmalıdır - Ş.F.
158
Sultan Süleymanın Təbrizdən fərar etməsi:
Bu yürüşdən peşman olan Sultan Süleyman geri qayıtmaqdan
başqa heç bir çarə görmədi. Hümayun ordunun Əşənkizdən
(Əskənbərdən - Ş.F.) büsbütün çıxmasından sonra qızılbaş
ləşkərinin [onlara] yaxınlaşma xəbəri rumiyyə ordusuna yayıldı.
Sultan Süleyman qayıdış təbilini çalaraq, ağır-yüngül ləvazimatını
irəliyə göndərdi, özü isə sübhədək at üstündən düşmədi, sübh
açılarkən yola düşdü. Təbrizin quldurluq edən adamları rumilərin
qətl və qarətinə başladılar və onların çox hissəsi bu quldurların iti
xəncər yaraları ilə ədəm yoluna yollandı.
Qəribə əhvalatlardan biri də budur: Rumilərin Çərəndabda
olduqları bir neçə gündə ildırımın (saeqe) güclü çaxması və küləyin
bərk əsməsi nəticəsində göyə elə toz-torpaq qalxdı və hava elə
qaraldı ki, ruzigarın uzaqları görən gözü aydın gündüzü qara
gecədən ayıra bilmirdi. Rumilərin qayıdışından sonra [isə] zülmət və
qaranlıq aradan çəkildi və hava dəyişdi, İran xosrovunun dərya kimi
dalğalanan döyüşçüləri fərmana əməl edərək, rumiləri təqib etməyə
başladılar. Onlar hər yerdə rumilərə əl uzatmaqla məşğul idilər.
Sultan Süleyman Vana tərəf getdi və qala döyəcləyən top və
badliclərlə qalagirliyə başladı, silah tədarükü gördü. Van qalasının
kutvalı olan Şahəli Sultan Çəkəni rumilərin çoxluğu və hücumundan
çaş-baş qalaraq qalanı onlara verib aradan çıxdı, xandgar Rüstəm
pasanı Van qalasında saxladı.
Çuxur-Səd və Ərzrumun arasında yerləşən Qars qalasının
bir tərəfi Gürcüstanın [Meşq adlı yerinə] birləşir. Bu qala əskərlərin
gediş-gəlişi nəticəsində bərbad hala düşmüşdü. Rumilər Qars
qalasını abadlaşdırıb Amasya, Ərzrum, Toqat, Sivas, Ağsəhr və
müxtəlif yerlərdən dörd-beş min nəfər münasib adamı oraya
yığmışdılar. Bu vaxt Sultan Süleyman Osman Çələbi adlı qullar
ağasını dörd-beş min döyüşkən süvari ilə onların mühafizəsinə
qoyub, özü Müşabada tərəf getdi. Həzrət cənnətməkan şah rumiləri
təqib etməkdən əl çəkməyərək, İsmayıl Mirzəni Göycə Sultan
Qaçarla birlikdə onların üstünə, Qarsa yolladı. Onlar işıq və külək
sürətilə hücuma başlayıb, qala yaxınlığında yuxarıda adı çəkilən
(məzkur) qullar ağasına və rumiyyə döyüşçülərinə gəlib çatdılar.
Döyüş başlandı. Müzəffər əskərlər rumi döyüşçülərə qalib gəldilər.
Üç-dörd min rumi və Qarşın abadlaşdırılmasından ötrü ətraf
yerlərdən yığılmış dörd-beş min adam qazi qılınclarının yemi
159
oldular, yaş-quru, hər şey qəhr atəşi ilə yandırıldı, yerdə qalan
adamlarsa canlarının qorxusundan özlərini qalaya atdılar, müzəffər
döyüşçülər qalanı mühasirəyə aldılar. Üç gün ərzində mühasirədə
qalanların işi (54) elə pisləşdi ki, onlar "əl-aman" deyərək fəryada
başladılar. Qullar ağası Osman Çələbi və altı yüz nəfərədək
mühasirədə qalan adamlar aman alıb eşiyə çıxdılar. Döyüş zamanı
qullar ağası şəmşirini sıyırıb divanə kimi Toyğün (mətndə Təbgun -
Ş.F.) bəy Qaçarın sinəsinə bir zərbə endirdi. Rumilər də hamısı
birlikdə şəmşirlərə əl atıb, şahzadəyə və onunla birlikdə olanlara
həmlə etdilər. Buna görə də onların qətliam olunmaları başlandı və
bir nəfər də olsun rumi nicat tapa bilmədi. Kamkar xosrovun əmri
ilə qazilər qalanı dağıdaraq, qayıdıb hümayun orduya birləşdilər.
O vaxt Bəhram Mirzə döyüşkən ləşkər və döyüş
meydanının igid əskərləri ilə birlikdə öz ülkası olan Həmədandan
gəlib onlara çatdı. Həzrət cənnətməkan şah onu Bayburda tərəf
yollayaraq, İsmayıl Mirzəni də ona qoşdu, bir dəstə məğlubedilməz
döyüşçünü Əxlata, başqa bir dəstəni Adilcəvaza (mətndə Adilcur -
Ş.F.) göndərdi, özü isə qələbə və iqbal gücü ilə Həmiş (?) və Masis
Ölkəsinə basqın etdikdən sonra Muşabad yilayətinə yollandı. Ali
məqamlı cənnətməkan şahın və gün-gündən onun köməyinə gəlib
çatan və təqibdən əl çəkməyən müzəffər qızılbaşların vəziyyətlərini
müşahidə edən Sultan Süleyman Əlqas Mirzəni beş min nəfərlə
Kərkuyə və Şəhrizur yoluyla İraqa tərəf, Əllaməni isə on iki min
əskər və Ərzrum paşası ilə birlikdə adı çəkilən vilayətə göndərdi,
çünki Əlqas Mirzə xandgara belə demişdi: "Qızılbaşların hamısı
məni istəyirlər, Mən əgər əcəm vilayətinə qədəm bassam, onlar
dəstə-dəstə gəlib mənim başıma toplanacaqlar". Elə buna görə də,
rumilər belə qərara gəldilər: Əlqas Mirzə və Əllaməni, hər birini bir
yana yollasınlar ki, qızılbaşlar qoy onların üzərinə hücuma keçsinlər
və xandgarın ordusu aradan çıxa bilsin.
Xandgar öz ağrəqi ilə Bitlis (mətndə Tiblis -Ş.F.) yoluyla
gedib özünü Diyarbəkrə çatdırdı.
Şah Təhmasib əmirlərinin hər birinin
Sultan Süleyman əmirləri üzərində qələbələri:
Cənnətməkan şah isə Muşabad vilayətinədək gedib, o
vilayəti qarət etdi, yandırdı və həmin diyarda abadlıqdan əsər-əlamət
qoymadı. Əllamə Təkəlinin xandgar ordusundan ayrılması, bir dəstə
160
rumi əskərləri ilə Tərcanda olması və [hal-hazırda] Ərzruma
yollanması xəbəri şaha gəlib-çatdıqda, o, bir dəstə yel sürətli
döyüşçünü həmin səmtə göndərdi, qalibiyyətli əskərlər də dəstə-
dəstə arxadan gəlib çatmaqdaydılar. Əllamə və yanındakı rumi
əskərləri kamkar xosrovun hücumundan xəbərdar olduqda, onların
qoşununa və sərdarlarına qorxu üz verdi, can qorxusundan silah belə
işlətməyərək, Tərcandan çıxıb fərar yoluna düşdülər. Hümayun fallı
ordu isə qələbə və iqbal ilə gələrək Tərcana çatdı. Rumilər fərar
etdiklərindən qazilər bir neçə gün onların arxasınca gedərək
axtərmə* gətirirdilər. Yürüş bayrağı Tərcandan Ərzincana tərəf
qaldırıldı və az vaxtdan sonra həmin vilayət iqbal xeymələri ilə
doldu. Hər yana göndərilən məşhur əmirlər, [həmçinin] Şahqulu
Sultan Əfşar və yoldaşları Əxlatın ulus və mal-qaralarını (əhşam)
tarac və qarət etdilər, təxminən beş min beş at, yüz min qoyun, əlli
min inək ələ keçirərək, sağ-salamat geri qayıtdılar. Kuh-Giluyə
hakimi Mahmudxan Əfşar, Keçəl Şahverdi Ustaclı və qarovuliyə
gedən başqa əmirlər xandgarın bir dəstə qapıqulu və qarovulu ilə
qarşılaşdılar və cəng eldilər. Rumilər məğlubiyyətə uğradılar.
Adilcəvaza və oranın ətraf yerlərinə on min nəfər müzəffər əskərlə
basqın edən Əli Sultan Tatioğlu Zülqədər Gözəl dərəsi adlı yerdə,
xandgar ordusundan ayrılmış rumiyyə paşaları və əzəmətli
adamlarla qarşılaşaraq, onların üzərində zəfər çaldılar. Döyüş
meydanının bir dəstə dilavəriylə Bayburda tərəf gedən kamkar
şahzadələr Bəhram Mirzə və İsmayıl Mirzə Məhəmməd Paşa
Məkoğluya (?) çatıb hərbə başladılar və Bəhram intiqamlı
döyüşçülər Bayburd torpağını rumi mübarizələrinin qanı ilə
qızartdılar, çoxlu adam qətlə yetirdilər.
Xülasə, qızılbaş ləşkərinin sərdarlarının hamısı zəfərlə
dünyanı tutan orduya qayıtdılar, çoxlu baş, axtərmə və döyüşlərdə
ələ keçirdikləri başqa şeyləri Ərzincanda kamkar xosrovun nəzərinə
yetirdilər, onların hər biri də göstərdikləri xidmət müqabilində
şahanə nəvazişlərə yetirildi. [Beləliklə] Sultan Süleymanın əcəm
diyarına gəlişi ilə üz vermiş xəsarətin əvəzi on dəfə artıq alınmış
oldu. Bu yürüşdə iyirmi min nəfərədək rumiyyə döyüşçüsü qazilərin
müzəffər intiqam qılıncı ilə ədəm yoluna göndərildi və şah
Ərzincandan geri qayıdıb İrəvana gəldi, oradan da Qarabağa tərəf
yollandı. O, oradan İsmayıl Mirzəni, Abdullah xan və Göycə Sultanı
Şirvana göndərdi, Sevindik bəy Qorçibaşını isə əzəmətli qorçilərin
dəstəsi ilə Şəki vilayətini çapıb-talamağa yolladı. Bu əsnada xəbər
161
gəldi ki, xandgarın İraqi-Ərəbə yolladığı Əlqas Mirzə Şəhrizur
yoluyla gələrək, orada olan Bəhram Mirzə fərzəndlərini tutmuşdur
və onun gəlişiylə İraq mülkündə fitnə atəşi baş qaldırmışdır. Buna
görə də, İsmayıl Mirzə və qorçibaşı zəfər nişanlı orduya qayıtdı və
zəfər ayəli ordu Əlqasın fitnəsini dəf etməkdən ötrü İraqa tərəf
hərəkətə başladı.
ƏLQAS MİRZƏNİN RUM [ÖLKƏSİNİN] KÖMƏYİ İLƏ
Dostları ilə paylaş: |