İRAQA GƏLİŞİ, QAYIDIŞI VƏ ONUN AQİBƏTİNİN ZİKRİ
Əlqas Mirzə əhvalatı belə olmuşdur: O Həmədana gəlib
Bəhram Mirzənin xanəköçünü ələ keçirdi, oradan Quma rəvan olub,
oranı da tutdu, Qumdan bir dəstə bəd mayalı kürdü Rey vilayətinin
qarətinə yolladı, Kaşana gələrək, oraya da əl uzatdı, Kaşandan
İsfahan arzusu ilə o cənnət nişanlı diyara rəvan oldu. [Amma]
İsfahanın əhalisi və böyük adamları dostluq qapılarını onun üzərinə
bağladılar, şəhərin bürc və barılarını möhkəmləndirdilər və cəng
etməkdən ötrü irəli gəldilər. Həzrət cənnətməkan şah Xalxal və
Tarom yolu ilə Qəzvinə təşrif gətirdi və oradan Bəhram Mirzəni və
Şiraz hakimi İbrahim xan Zülqədəri Əlqasın üzərinə yolladı. O
haqbilməz şahzadə müzəffər şah məiyyətinin gəlişi xəbərini eşidib
və Bəhram Mirzə ilə İbrahim xanın artıq gəlib çatdığından agah olub
pərişan oldu, isfahanlıların münasibətindən qəmginləşdi və Fars
diyarına yollandı. Yolüstü İzədxast qalasına əl uzatdı, rəiyyətin
qalanı onun üzünə bağlamasından ötrü qətliam törətdi, çoxlu aciz
adamı və rəiyyəti intiqam qılıncından keçirdi.
Buna baxmayaraq Bəndi-Əmir darvazalarını Əlqasın üzünə
qapadılar və onun Şiraza gəlməyinə yol vermədilər. Ərdəkanın Əli
adlı kəndindən (?) keçərək, Qəleyi-Seyidin ayağına getdi. İbrahim
xanm qardaşı Güneyd bəyin və zülqədərlərin xanəköçü həmin
qalada idi. O qalanın fəthi imkansız olduğundan, orada da bir iş görə
bilməyib, Şulestan və Bəhbəhan yoluyla Şüstərə tərəf getdi, oranın
əhalisi və Mir Əbdülvəhhab Şüştəri şəhər və qala qapılarını onun
üzünə qapayıb, döyüş qapılarını açdı. Əlqas onlardan da məyus olub
Dizfula getdi, [amma] orada da uğura yetişmədi, hədsiz yas və
ümidsizliklə Bağdada üz tutdu, bir neçə vaxt orada qaldı. Doqquz
yüz əlli altıncı ildə (miladi 1549) onun gələn il qayıtması barədə
Sultan Süleymandan hökm gəldi. Hər tərəfdən əli üzülən Əlqas onun
ordusuna tərəf üz tutdu, amma xandgarla da hiyləgərlik və
162
şəbədəbazlıq oyunu oynayaraq, Ruma getməkdən imtina etdi,
yanında saxladığı Bəhram Mirzə xanəköçünü geri qaytardı. Rum
böyükləri başa düşdülər ki, onun əlindən heç nə gəlmir və onun
Rum ölkəsində qalması üsyana, fitnə-fəsada, əmniyyətsizliyə,
şəhərin narahatlığına və əhalinin narazılığına səbəb olacaqdır. [Buna
görə də] ona qarşı çıxdılar və Sultan Süleymanı onu dəf etməyə
təhrik etdilər. Əlqasın tutulmağından ötrü xandgar böyük bir ləşkər
yolladı və rumilər qəfildən onun ordusu üzərinə tökülüşdülər.
Əlqas Mirzə halı pərişan vəziyyətdə özünü o vilayətdən
kənara çıxarıb, az adamla Ərdəlan ülkasına gəldi. Bu işlər barədə
xəbərlər cah və cəlal sahibinin (Şah Təhmasibin -Ş.F.) qulağına
çatdıqda o, Bəhram Mirzəni, Şahqulu Xəlifə Möhrdarı və İbrahim
xan Zülqədəri iyirmi min adamla onun üstünə yolladı. Onlar
Mərivan qalası yaxınlığına çataraq, onun qoşununu əzdilər. Əlqas
Mirzə avara, heyran və etdiklərindən peşiman halda Ərdəlan
qalasına - Sürxab Ərdəlanın yanına gəldi. Əlqasın tutulub
[qızılbaşlara] verilməsi barədə Sürxabın adına hümayun hökm
göndərildiyi üçün, onun padşah hökmünə itaət etməkdən başqa
çarəsi qalmadı. O xahiş etdi ki, qoy gəlib onu bacısının əri olan Şah
Nemətullah Yəzdi aparsın. Cənab mortəzəvi (Şah Nemətullah Yəzdi
- Ş.F.) kamyab xosrovun fərmanına əməl edib, Sürxabın yanına
gəldi, [Əlqas] Mirzəni ondan götürdü, şahın yanına gətirdi.
Əlqas Mirzə hümayun hüzura gəldikdə həzrət cənnətməkan
şah gövhərlər yağdıran dili ilə buyurdu: "Ey mənim namehriban
qardaşım. Mən nə pislik etdim ki, sən öz ata evindən üz döndərdin
və özünü izzət zirvəsindən dəhşət və məzəllətə atdın, düşmənlə
birləşərək, bu qədər fitnə-fəsada və qan tökülməsinə bais oldun?".
Əlqas Mirzə xəcalət üzündən cavab vermədi, peşimançılıq başını
aşağı əyərək dimnədi. Cənnətməkan şahdan qardaşlıq təri axmağa
başladı, ona rəhm etdi və qanından keçdi. Amma, [Əlqas Mirzə]
qızılbaş tayfaları arasında fəsada səbəb olduğundan, onun heç bir
etibarı qalmamışdı. Ali sufi ağsaqqalları da onun xilas edilməsi ilə
razılaşmırdılar. [Buna görə də] cənnətməkan şah hamının razılığına
əsasən onu yaşamaq üçün Qəhqəhə qalasına* göndərdi. Qərara
alındı ki, Sultan Əhməd Mirzə də atası ilə birlikdə o qalada qalsın.
Axırda Sam Mirzənin və oğlunun da yeri həmin qala oldu və hər
dörd padşahzadənin örnrü Qəhqəhədə tamamlandı. Xülasə, o əqli
dar və Haqq tanımaz adamın böyük fitnəsi iqbalın gücü və xoş fallı
163
bəxt ulduzunun köməyi ilə dəf olundu, onun üsyan və tüğyan şöləsi
də İlahinin qüdrətiylə söndü. Həmd olsun Allaha!
SULTAN SÜLEYMANIN DÖRDÜNCÜ DƏFƏ
AZƏRBAYCANA GƏLİŞİ, BAŞ VERƏN HADİSƏLƏR
VƏ O ALIŞAN İKİ PADŞAH ARASINDA SÜLHÜN
BAŞ TUTMASININ ZİKRİ
Əlqasın fitnəkarlığından beş illik bir müddətin keçdiyi
doqquz yüz altmış birinci ildə (miladi 1554) artıq bütün narahatlıq
(şureş və enqelab) aradan götürüldü. [Amraa] Ərzrum bəylərbəyi
İsgəndər paşa fitnəkarlıq edib Sultan Süleymanı bir daha əcəm
diyarına ləşkər çəkməyə təhrik etdi. Əhvalat belə olmuşdur: Rum
xandgarı üçüncü dəfə, Əlqas Mirzənin xahişi ilə, yuxarıda yazıldığı
kimi, gəlmiş və geri qayıtmışdı. Cənnətməkan şah da bəhr kimi
qaynayan və dərya kimi dalğalanan qızılbaş ləşkəri ilə onu təqibə
başlamış, Diyarbəkr və Ərzincana qədərki torpaqlar bu kinli
qoşunun tapdağı altında qalmışdı. [Qızılbaşların başlarından] bir
dəqiqə belə intiqam almaq fikri yox olmurdu. Sultan Süleyman
buraya gəlişindən bir neçə dəfə vaz keçib geriyə çəkilmiş, firəng
(Avropa - Ş.F.) qəzasına getmişdi. Cənnətməkan şah da islam
ölkələrinə ləşkər çəkməkdən çəkinmiş və Gürcüstan qəzasına
yollanmışdı. Əhali [buna görə də] dörd-beş il arxayınlıqla yaşamış,
sərhədlərdə tam sakitlik yaranmışdı. Kürd inadkarlarının bir qədər
ləyaqətsiz hərəkətlər etmələrinə baxmayaraq, onlar asanlıqla dəf
olunmuş, fitnə-fəsad törənməmişdi. [Cənnətməkan şah] xandgara
dostanə bir məktub yazaraq, əhalinin vəziyyətinin aramlığından ötrü
sülh danışıqlarından bəhs etmiş, həmin məktubu "Şəmse-
fələkdəvvar" ("Dünyanın başına dolanan günəş") ləqəbi ilə məşhur
olan rum seyidlərindən Mir Şəms Vəlixani ilə göndərmişdi.
Fəsadkar və fitnəkar adam olan İsgəndər paşa əvvəllər Van hakimi
idi və etibarı çox deyildi. O, qəflətən Vandan Xoya gəlib, bu
dudmanın adamlarından olan Hacı bəy Dünbülini bir dəstə Xoy
rəiyyəti ilə birlikdə qətlə yetirdi. Buna görə də, paşa [xandgar
tərəfindən] mükafatlandırıldı və Ərzrum bəylərbəyisi oldu. O, istədi
ki, elə həmin il o sərhədlərdə cəngə başlasın va buna görə də İrəvana
- Hüseynxan Sultan Rumlunun üzərinə yürüş etdi, bir neçə adam
öldürüb geri döndü. Ondan baş verən bu iki yaramaz hərəkətdən
başqa qeyri bir hərəkətin olmaması səbəbindən, bu tərəfdən heç kəs,
164
rəiyyətin rahatlığı naminə, onun tənbeh olunmasına və
cəzalandırılmasına cəhd etmədi. [Buna görə də] o, ayağını ədəb
dairəsindən kənara çıxarıb, qürurlanaraq sərhəd əmirlərinə ədəbsiz
sözlər yazıb, həddindən artıq cəsarət göstərir və fitnəkarlıqla məşğul
olurdu.
Məsələn, cənnətməkan şah bəzi qacar əmirlərini Gürcüstan
qəzasına - Dadyana tərəf göndərəndə [İsgəndər paşa] ağır ləşkərlə
hücuma keçdi, əmirlər basqın üçün yollanan vaxt, özü onların
ordusu üzərinə basqın edərək, qacar qazilərinin əksəriyyətini qətlə
yetirdi, onun özbaşınalığı və yekəxanalığı həddini aşdı. Elə bu
əsnada Sultan Süleymandan şahın məktubuna cavab gəldi. İsgəndər
paşanın təhriki ilə [şahı] hədələyən sultan əcəm diyarına yürüşə
keçəcəyini bildirirdi. Buna görə də, şəhriyarın cahanı yandıran hirs
atəşi alovlandı və o, qoşunların toplanışı haqda fərman verdi. Az
vaxt ərzində çoxlu qızılbaş tayfası zəfər nişanlı ordunun toplantı yeri
olan, Ağmisqal yaylağında cəmləndi. [Şahın] caham bəzəyən rəyi
belə oldu ki, rum ləşkərlərinin hərəkətə başlamasından qabaq ləşkəri
sərhədlərə aparıb, yerlərdə abadanlıqdan əsər-əlamət qoymasınlar,
İsgəndər paşaya qulaqburması versinlər və onu qəflət yuxusundan
bidar etsinlər. Qələbə nişanlı əskərləri dörd dəstəyə ayıraraq, hər
dəstəyə məşhur əmirlərin birini sərkərdə təyin etdilər, onların
hərəsini müəyyən yerlərə yolladılar. Qələbə ayəli ordu Əxlata getdi,
Əxlat qalasını mühasirəyə aldı. Öz yerlərinə gedib çatan adlı-sanlı
əmirlər Van, Bidlis, Masis və Adilcovazi (mətndə Adilcur - Ş.F.)
Muş səhrasınadək yandırıb, qarətə yetirdilər. Qızılbaşların qarşısına
çıxan hər bir rumi və kürd ilə güclü vuruşma baş verdi və cəng
qələbə ilə nəticələndi. Rumi və kürd əmir və mötəbər adamlarının
əksəriyyəti qətl olundu, əsir götürüldü, bol qənimətlərlə hümayun
orduya qayıtdılar.
İsgəndər paşanın məğlubiyyəti:
Geriyə dönən əmirlər İsgəndər paşanın cəzalandırılmasına
yollandılar. Adlı-sanlı əmirlərdən Bədr xan Ustaclı, Çuxur-Səd
hakimi olmuş Şahqulu Sultan Ustaclı, Məhəmməd xan Mosullu
Türkman, Qarabağ hakimi Şahverdi Sultan Ziyadoğlunu və başqa
əmirləri, həmçinin bir dəstə əzəmətli qorçini kamkar şahzadə
İsmayıl Mirzənin sərkərdəliyi ilə Ərzruma göndərdilər. Qızılbaş
ləşkərinin gəlişindən agah olan İsgəndər paşa yanına yığışmış
165
Ərzincandan, Bayburddan, Kaxdan, Mərəşdən, Trabzondan,
Gürcüstandan, Dadyandan və Kuryaldan olan rum əmirləri və
sancaqbəyiləri ilə cəngə girmək, yaxud qaladarlıqla məşğul olmaq
haqda məsləhətə başladı. Rum əmirləri cəng etməyi məsləhət
bilməyərək dedilər: "Padşahzadə [İsmayıl Mirzə] çoxlu tayfa və
ləşkərlə gəlmişdir və bizim onlarla müharibə etmək taqətimiz
yoxdur". Xeyli kürd və rumi ləşkərindən ibarət ordusu olan İsgəndər
paşanın şücaət və dilavərlik avazı həddini keçdiyi, qürur buxarınınsa
beynini doldurduğu üçün o, ağıllı və tədbirli adamların sözlərinə
qulaq asmadı və hərbə qərar verdi, bir dəstə təcrübəli adamı qoşuna
münqəlay təyin edərək irəli yolladı, özü isə şəhərin yarım
fərsəxliyində döyüş səfi bəzədi, səfin önünə tüfəngli beş yüz
yeniçəri, iyirmi ədəd top arabası və firəng zərbzəni düzdü, döyüşə
başladı. Bu tərəfdənsə, iqbal qoşunlarının çərxçiləri irəliyə çıxdılar.
Düşmən qarovulları göründükdə igidlər o sıx dəstəyə doğru at
sürdülər, onların işini lazım olduğu kimi bitirdilər. Rum ləşkərinin
qalan hissəsi [isə] rumilərin qol ləşkərinə birləşdi. Qızılbaş
döyüşçülərinin bu qələbəsindən rumilər qorxuya düşdülər. Müzəffər
ordunun çərxçiləri rumilərin qol ləşkərinin üstünə tökülüşdülər.
Onlar öndən, meymənə və meysərə sərdarlan isə sol və sağdan
cəngə girdilər, hərb bazarı qızışdı. Qızılbaş dəstələrinin
mübarizlərində qələbə və iqtidar əsər-əlamətləri zahir oldu və onlar
müxaliflərin çoxunu ölüm torpağına yuvarlatdılar. Qızılbaş
döyüşçülərinin igidlik və dilavərliyini müşahidə edən İsgəndər
paşanın qəlbində qeyrət atəşi şölələndi və o, ağır qoşunla qoldan
çıxıb, çərxçilərə hücum etdi, tərəflər arasında olduqca qızğın cəng
başlandı. Döyüş əsnasında, kamkar şahzadənin ehtişam və əzəmətlə
(fər) bəzənmiş qələbə şüarlı böyük qol hissəsi göründü. İsgəndər
paşa həmin saysız-hesabsız ləşkəri və rum qoşunundakı acizlik
əlamətlərini müşahidə etdikdə, əli işdən və döyüşdən soyudu,
qaçmağı qənimət sayıb, hərbdən çəkildi, özünü çaşqınlıqla qalaya
atdı. Qalibiyyətli ordu dilavərləri [isə] rum ləşkərini qala
darvazasınadək təqib edərək, təxminən üç min rumini, kürdü və
yeniçərini kəskin qılıncların yemi etdilər. İsgəndər paşanın qardaşı
Ramazan bəy, xandgar qulamlarının qullar ağası olan Məhəmməd
bəy və bir neçə rum əmiri, xüsusiylə Mərəş, Məlatiyyə, Masis
hakimləri, sancaq əmirləri, həmçinin kürdlərin bir dəstəsi əsir alındı.
Qalibiyyətli qızılbaş dəstələri o vilayətin bütün ətrafını qarət
atəşləriylə yandırıb-yaxdılar, qalibiyyət və saysız-hesabsız
166
qənimətlərlə geri qayıtdılar, oradan çıxıb dünyanı tutan orduya tərəf
üz tutdular, cənnətməkan şahın Əxlat qalasını tutması və Ərciş
qalasını mühasirə etməsi zamanı gəlib orduya qoşuldular, şahla
görüş səadəti ilə şərəfləndilər. Böyük mərdanəliklər göstərmiş bir
dəstə adam, xüsusilə Ziyadoğlu nəvazişləndirildi, əsir tutulmuşları
isə şahın nəzərinə çatdırdılar, onların çoxunu qətlə yetirdilər.
Əxlat qalasının fəth olunması belə baş vermişdir: Hümayun
ordu qala ayağına gəlib çatdıqda oranı mühasirəyə aldı. Mühasirədə
qalanlar isə müdafiyəyə və qaladarlığa başladılar, bir neçə gün
bacardıqları qədər qalanı qorudular. Nəhayət şəhər və qalanı
qorumaqda aciz qalaraq təhvil verdilər, qalanın dağıdılması barədə
hökm verildi, o möhkəmlikdə hasar [qala - Ş.E] bir yürüşlə yerb
yeksan olundu. Oradan yürüş cilovunu Ərcişə tərəf döndərdilər və
qalanı mühasirəyə aldılar. Qalanın alınmazlığına və hasarın
möhkəmliyinə güvənən qala hakimi qürurlandı və rumi topçular və
tüfəngçilər hümayun əskərlər üzərinə güllə yağdırmağa başladılar.
Mühasirədəkilər
qaladarlıq
işində
mərdanə
cəhdlər
göstərməkdəydilər. Bu tərəfdənsə, igid qazilər öz mərdanə
qədəmlərini irəli ataraq seybələri qala ayağına gətirib-çatdırdılar.
Xasseye-şərifənin topçusu Dərviş bəy qala ayağına böyük topunu
gətirdi və onun güllələlərini bürclərə və barılara istiqamətləndirdi,
qala içərisində çaxnaşma yaratdı.
Xülasə, qala camaatı qaladarlıq qabiliyyətlərini üç ayadək
davam etdirdi, amma dördüncü ay onlar artıq dözə bilmədilər.
Qalada bir dəstə kürd vardı. Kürdlərin belə adətləri var ki, onlar
müəyyən işlər görərkən hamı ilə məsləhətləşir, zəmanə ilə yar,
ruzigarla sazgar (yəni yola gedən, razılaşan - Ş.E) olurlar. Kürdlər
bir-birləriylə ittifaqa girərək, qala hakimini qətlə yetirib, qızılbaşları
[divarlardan] yuxarı çəkdilər, qəhrli dövlətin gücü ilə Ərciş qalası
ələ keçdi və ali əşrəfin (yəni şahın - Ş.E) əmri ilə dağıdıldı. Fəth
ayəli ordu bayrağını oradan Nargiri qalasına tərəf dalğalandırdı, o
möhkəm qalaya yürüşə keçdilər, cəng alət və vəsaitləri hazırlığına
başladılar. Qalada mühasirəyə alınanlar da qala müdafiəsinə
mərdliklə qalxdılar və bir neçə gün onların arasında cəng atəşi
şölələndi. Nəhayət, mühasirədə qalanlar bərk qorxuya düşərək,
əllərini aman ələyinə uzatdılar. Qalanın hakiminə aman verildi və
[günahı] bağışlandı.
Nargiri qalasının fəthindən sonra İsmayıl Mirzəni Sevindik
bəy Qorçibaşı ilə Kürdüstana bəzi əmirlərin qətli və mahmudi*
167
dikbaşlarının qarət olunmasından ötrü göndərdilər. Zəfər şüarlı
əskərlər bədxasiyyətli kürdlərin qətl və qarət olunmaları
əməliyyatını yerinə yetirərək, bol qənimətlərlə qayıdıb hümayun
orduya qoşuldular. Azərbaycan yürüşünü qarşısına məqsəd qoymuş
Sultan Süleyman Hələbə gəldi. O bu il azuqə qıtlığından bir daha
[Azərbaycana] gələ bilməyərək, Hələbdə qışladı, gələn ilin yürüşü
üçün silah və vəsait hazırlığı ilə məşğul oldu.
Qışlaq vaxtı yetişdiyindən zəfər ayəli ordu böyük əzəmət
və cah-cəlal ilə həmin iqbal yürüşündən qayıdıb Naxçıvana gəldi, o
il hümayun qışlaq orada oldu. Doqquz yüz altmış birinci il (miladi
1554) olan ertəsi ildə Sultan Süleyman qoşunla Hələb qışlağından
hərəkətə başlayaraq, bu diyara üz tutdu. Cənnətməkan şah [isə]
Naxçıvandan Bazarcahi (Bazarçay - Ş.E) yaylağına getdi,
qalibiyyətli əskərlərin bir dəstəsini İsmayıl Mirzə, əmir-divan*
Məsum bəy Səfəvi və Şahqulu Xəlifə Möhrdar Vana, Vəstana və bu
şəhərlərin yaxınlığındakı yerlərə (və an hodud), başqa dəstəsini isə
Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzə və Şahverdi Sultan
Ziyadoğlunun köməyi (kardani) ilə başqa tərəfə göndərdilər ki, rum
qoşununun gəldiyi yolları yandırsınlar və o yerlərdə abadlıqdan
əsər-əlamət qoymasınlar. Müzəffər dəstələr əmrə əməl edərək, sağ-
salamat qayıdıb gəldilər və Bazarcahi yaylağında hümayun orduya
birləşdilər.
Sultan Süleyman yaylaq fəslini başa vuraraq, yağış
qətrələri kimi çox olan ordu ilə sərhədə yaxınlaşdığı vaxt,
cənnətməkan şah iqbal dəstələrinin bir neçə mübarizini təcrübəli və
cənglər görmüş igidlərlə qarovuliyə yolladı ki, qoy gedib rumilərin
dörd-bir tərəfindən xəbərdar olsunlar, fürsət ələ düşərsə, vuruşsunlar
və üstünlüyü əldən verməsinlər. [Beləliklə,] qızılbaş dəstələrinin
köhnə dilavərləri və haramzada (qollaş) döyüşçüləri [hətta]
rumilərin mallarına da tamah dişi qıcıyaraq, yol boyu hücuma keçir,
müxalifləri əsir götürürdülər. Elə bir gün olmurdu ki, onlar
tərəfindən şahın nəzərinə silahlar, əxtərmələr və əsir tutulan rumilər
gətirilməsin. [Belə ki,] sultan Naxçıvana çatana qədər rum
dəstələrinin bir çoxu müzəffər qazilərin intiqam qılıncları ilə fəna
yoluna göndərildilər.
Xandgar Naxçıvana gələn vaxt cənnətməkan şah zəfər
nişanlı əskərlərin rəsmi keçidinə (san) başladı. Qırx min döyüşkən
muzdlu (məvacibxar) süvari külək surətli tazı atların üstündə gəlib
şahın qarşısından keçdi. Hümayun orduda olan başqa adamlar da
168
rəsmi-keçid qurtardıqdan sonra Bazarcahi yaylağından çıxaraq,
müxaliflərlə döyüşməkdən ötrü tam dəbdəbə ilə hərəkətə gəldilər.
Sultan Süleyman azuqə qıtlığından Naxçıvanda qala
bilməyərək şəhəri yandırdı, geriyə qayıdıb, təbilini döyərək
Ərzruma tərəf qayıtdı. Hümayun şah ordusu da onun təqibinə
başladı və beləliklə hər yerdə qızılbaş qarovullarının əllərinə keçən
rumilər qətlə məruz qaldılar, yaxud əsir alındılar.
O bir neçə gün ərzində, Sultan Süleymana yaxın adam olan
Sinan bəy qarovuli məqsədi ilə ordudan yola çıxdı və qızılbaş
qarovulları ilə rastlaşdı, döyüşdü və əsir götürüldü. Sinan bəyin
tutulmasından pərişan olan və faydasız bu yürüşlərdən bezən Sultan
Süleymanı nəfsi tox və xeyirxah adam olan baş vəzir* Məhəmməd
paşa daim sülhə rəğbətləndirir və sülh danışıqlarına başlamağı
məsləhət görürdü.
Sultan Süleymanın Şah Təhmasiblə sülhünün bəyanı:
Məhəmməd paşa sərhəd əmirlərinə məktublar yazaraq,
sülhü (mosalehe) izhar və şahdan Sinan bəyin azad olunmasını və
geri qaytarılmasını, Sinan bəylə birlikdə bir adamını da sülh
şərtlərinin hazırlanmasından ötrü (cəhəte-təmhide-əmre-mosalehe)
göndərilməsini təvəqqe etmişdi. Cənnətməkan şah Məhəmməd
paşanın bu xahişi və bu tərəfdən xeyirxah adamların arzusu ita Sinan
bəyi azad etdi. Sultanların düşmənçilik və savaşları məmləkətlərin
viranlığına, ədalətli hökmdarların müsalehəsi (sülh istəyi - Ş.F.) isə
əskərlərin və rəiyyətin əmniyyətinə səbəb olduğundan, həmçinin hər
iki tərəfin aciz adamları və rəiyyəti hadisələrin tapdağı, atların ayağı
altında qaldığından, hamı müsalihəyə rəğbət göstərirdi. [Buna görə
də] müzəffər qorçilər zümrəsindən və qaçar ağsaqqallarından olan
Şahqulu bəy adlı bir şəxsi Sinan bəylə birlikdə [sultanın yanına]
göndərdilər. Qarşı tərəfdən də Sultan Süleyman sülhə rəğbətənərək
Şahqulu bəyi ənam və hədiyyələrlə geri qaytardı. Cənnətməkan şah
buna görə də rumilərin təqib olunmalarından əl çəkdi, qələbə
bayrağı altında toplaşan və döyüşə hazır olan qalibiyyətli əskərləri
Gürcüstan qəzasına göndərdi ki, o həzrətin qəzavatı və Gürcüstanın
fəthi haqqında tezliklə bu dəftərin ardında (zeyl) məlumat
veriləcəkdir.
Xülasə, baş vəzir Məhəmməd paşanın məsləhətiylə
Şahqulu bəyin geri qaytarılmasından sonra xandgara məhəbbət
169
məzmunlu və bəyənilən bir məktub yazıldı və onu Fərruxzad bəy
Eşikağası Qəraroğluya (Qarabağlu ? - Ş.F) verib xandgara
göndərdilər, sədaqət (mosadeqət) və dostluq təklif etdilər. Sultan
Süleyman tərəfindən də etibarlı elçilər məhəbbətamiz namələrlə
gəlib-yetişdilər, tərəflər arasındakı razılaşma, dostluq və əhd-
peyman münasibətləri səmimiyyət nişanlı (movəddət) məktublar,
töhfə və hədiyyələr göndərilməsi yoluyla həyata keçdi. Mübahisəli
torpaqların bəzisi o tərəfə, bəzisi isə bu tərəfə verildi, sərhədlərə dair
sənəd (dəstur) sərhədləri müəyyənləşdi, hər iki tərəf əskərlərinin
gediş-gəlişlərindən əzab-əziyyətə düçar olmuş müsəlmanlar asudə
nəfəs aldılar. Əcəm diyarının istedad sahibləri bu müsalihənin
maddei-tarixini "əs-solh-xeyr"
142
sözləri ilə yazdılar və onu bəlağət
ipinə belə düzdülər:
Beyt
Carçı mələk də hu qoca dunyada
Eylədi ''əs-solh-xeyr''lə səda.
143
Hər iki hökmdarın bu həyatda olduqları vaxt ərzində
tərəflər arasında dostluq bərqərar oldu. Doqquz yüz yetmiş
dördüncü ildə (miladi 1566) Sultan Süleyman bəqa aləminə köçdü,
oğlu Sultan Səlim taxt-tac sahibi oldu, arada ata-oğul məhəbbəti
yarandı, yazışmalar, mötəbər elçi gediş-gəlişləri, töhfə və hədiyyələr
göndərilməsi həyata keçdi. Sultan Səlim səkkiz il hakimiyyətdə
qaldı, doqquz yüz həştad ikinci ildə (miladi 1574) isə əbədi cahana
tərəf üz tutdu. O da cənnətməkan şahın sağlığı və İsmayıl Mirzənin
cülusu dövründə süni və dostluğun möhkəmlənməsinə sadiq qaldı.
Amma, İsmayıl Mirzədən və İsgəndər şanlı nəvvab Sultan
Məhəmməd paşanın cülusundan sonra ataların əhd-peymanları
pozuldu, asudə həyat lərzəyə düşdü, rəiyyətin üzünə bəla qapıları
açıldı ki, o hadisələrin şərhi yerli-yerində qələmimizlə bəyan
olunacaqdır. İndi isə, müşk-ənbər qoxulu qələm kəhəri Gürcüstanın
ayrı-ayrı məmləkət və şəhərlərinin fəthi və həmçinin azğın
142
"Əs-solh-xeyr", yəni sülh-xeyir-bərəkət deməkdir.
143
Beytin farscası:
Monhiye-eqbal dər in kohne deyr
Qolqole əndaxt ke "əs-solh-xeyr".
170
(zəlalətnişan) kafirlər üzərindəki qəza və cəhadın şərhindən ötrü
cövlana gələcəkdir.
Dostları ilə paylaş: |