[Maddeyi-] tarix
Din ölkəsinin şahı Təhmasib şahi-adil
Din ləşkərinə tövbə etdirdi pis xisləti.
O tövbənin tarixi "tövbət nəsuhən " oldu,
Allahın sirridir bu, əl çəkmə bundan qəti
174
Ümumiyyətlə, o həzrətin humayun hakimiyyəti zamanı
xalqlar təqvanı və pis əməllərdən çəkinməyi özlərinin şüarı etdilər,
taat və ibadətlə məşğul oldular. Yaxşı işlərin qəbulu və pis əməllərin
qadağan olunmasında elə çalışdılar ki, qissəxanlar (nağıl danışanlar
- Ş.F.) və mərəkəgir (oyunbaz, dərviş - Ş.F.) adamların yüngül həzz
doğuran çıxışları qadağan edildi. Sərkare-xasseye-şərifədə*
saxlanılan beş yüz tümənlik saf tiryəki haram kimi axar suya
tökdülər. Həzrət on dörd məsumun hər birinin mövludu
münasibətiylə müəyyən məbləğdə nəzir müəyyənləşdirmişdi ki, o
nəzir hər il mövludda şiəliyə tam sədaqətli olan əzəmətli seyidlər
arasında bölünürdü. Əksər ölkələrdə və mötəbər şəhərlərdə sədəqə
(təsəddoq) çörəyi müəyyən etmişdi ki, həmin çörəyi o yerlərin hər
iki cinsdən olan kasıb adamlarına verirdilər. Şiə ölkələrində,
xüsusilə müqəddəs Məşhəddə, Səbzvarda, Astrabadda, Qumda,
174
Beytin farcası:
Soltane-keşvəre-din Təhmasb şahe-adel
Sovgənd dad-o tovbe xeyle-sepahe din-ra.
Tarixe-tovbe dadən şod "tovbət nəsuhən",
Serre-İlahist in monker məbaş in-ra.
243
Kaşanda, Yəzddə, Təbrizdə və Ərdəbildə şah qırx nəfər yetim oğlan
və qıza libas verir, ehtiyaclarını təmin edirdi. Onlara şiəməzhəb
müəllimlər, müəllimlər və əməlisaleh xidmətçilər vasitəsiylə
tərbiyələndirir və həddi-büluğ yaşına çatanları biri-digəri ilə
evləndirirdi. Ölkə rəiyyətinin və yollardan istifadə edənlərin
verdikləri vergilərin ləğvində atılan ən düzgün yol "yollar vergisi"
oldu. Təmğa vergisi**, deyilənə görə, qədim sultanların dövründə
yayılaraq tacirlərdən və varlı adamlardan yığılırdı. Onun məbləği
hər il min "şahiye-İraqi" tüməni miqdarında idi. Şah yuxuda həzrət
sahibəzzamanı - ona Allahın salamı olsun -görmüş və ona təmğanın
ləğvi xüsusunda tapşırıq verilmişdi. Doqquz yüz yetmiş ikinci ildə
(miladi 1564) həmin vergi tacirlərə bağışlandı, təmğaçılar ölkədən
kənar edildilər və bu vergidən əsər-əlamət qalmadı.
Beyt
Əsər qalmadı təmğadan təkcə dağdan savayı-
Təmğaçının ürəyində qalan dağdı həmin dağ.
175
Şah məmləkətlərin əksəriyyətində, xüsusən şiə[lər] yaşayan
yerlərdə "male-möhtərefe",*** "məvaşi"**** və "mərai"*****
vergilərinin miqdarını azaltdı və bunlardan gələn gəliri ixrac
dəftərindən çıxardı. Gözəl əməlləri sayəsində hakimiyyəti əlli dörd
il çəkdi və bu vaxtı qələbə və iqballa keçirdi. İslamın hakimiyyəti
müddətində ələvi Müstənsirbillahdan* başqa heç kim əlli dörd il
səltənət sürməmişdir. [Şah Təhmasibin] humayun şahlığı dövründə
döyüşçülər və rəiyyət asudə və rahat idilər. O dövlət idarəsinin
(karxane) bütün işlərini nizama salmışdır ki, indiyə kimi bütün
İranda onun qərarlarına əməl olunur. O, altmış dörd il bir ay və
iyirmi beş gün ömür sürmüşdü. Süleyman şanlı xaqanın dövründə
səkkiz il Xorasanda səltənət sürdü, əlli üç il, altı ay və iyirmi allı
gün İran məmləkətinin başında durdu.
Bu qəmli hadisə baş verən gün seyidlər, üləmalar və
əyanların əksəriyyəti bütün camaatla birgə öz həyatlarından narahat
175
Beytin farscası:
Əsər nəmand ze təmğa beğeyr əz an daği
Ke dər dəruneye-təmğaçi əz ğəme-təmğast.
244
və bu müsibətdən elə həsrətli və pərişan idilər ki, sanki dünyanın
çarxı dönmüş, qiyamət gününün əlamətləri zahir olmuşdu. O
həzrətin hakimiyyəti dövründə əcəm məmləkətində onun kimi şahlıq
fitrəti olan başqa bir padşah olmamışdı. Dünya sultanlarının adlarını
eşidənlər ona bənzər padşah görməmişdilər. Bu böyük hadisə bütün
xalqlara olduqca ağır gəldi, hörmətli üləma və fəqihlər, xüsusilə Mir
Seyid Həsən Müctəhid Cəbəlameli əmirlərin məsləhəti ilə mübarək
dövlətxanaya gələrək, şahın pak bədənini şəriət üzrə qüsl etdi. Şahı
hərəmxana bağçası və divanxana arasındakı Şirvani adlı bir yurdda
əmanət təriqi ilə dəfn etdilər. Gələcəkdə barəsində yazacağımız
İsmayıl Mirzənin hakimiyyəti vaxtı [onun cəsədini] müqəddəs
Məşhədə apararaq behiştə bənzər "Rezəviyyə" rövzəsində dəfn
etdilər. Ondan yadigar qalan abidələr: Tehranın divarı, müqəddəs
Məşhədin divarı, həzrət imam-əl cinn və-l-ons [imam Rza]
məscidinin mübarək günbəzinin qızıllanması, mübarək dövlətxana
tikililərinin və Qəzvin darüssəltənəsinin günbəzinin qızıllanması,
"Çahar bazar" və "Baği-irəm"in çoxlu hamamlarının inşası,
gözəllikdə cahanın şöhrəti və cənnət bağından nümunə olan
"Səadətabad"ın işlərinin tamamlanması, Təbriz darüs-səltənəsindəki
"Sahibabad" məscidi. Allah ona rəhmət eləsin! Ümidvarıq ki, öz
etiqadının nəticəsi kimi pak əlhi-beyt həzrətlərinə qarşı etiqadının
nəticəsi kimi [Şah Təhmasib] hesabat günündə (məşhər günü - Ş.F.)
risalət və vəlayət xanədanının məsumları ilə birlikdə olacaq və o
seçilmiş şəxslərlə bərabər Allahın dərgahında, cənnət bağlarında
yaşayıb cilvələnəcəkdir.
İndi isə, bu tarixçi (vaqiənevis) gərək hadisələr və
xəbərlərdən agah olmaq istəyənlər üçün o həzrətin adlı-sanlı övladı,
Heydərnejadlı başqa şahzadələr, əzəmətli əmirlər, dövlət başçıları,
şah vəfat edən zaman İran məmləkətləri ilə məşğul olan hər tayfa
başçıları haqqında yazmalıdır ki, onların hər biri barədə aşağıda
ayrı-ayrılıqda danışılacaqdır ki, oxucuların məlumatı olsun.
CƏNNƏTMƏKAN ŞAHIN ADLARI YÜKSƏK
ŞAHZADƏLƏRİNİN, ÖVLADLARININ, ONDAN
SONRAKIADLI-SANLI NƏSLİNİN (ƏQAB) VƏ ALİ
RÜTBƏLİ QARDAŞI OĞLANLARININ ZİKRİ
O kamyab həzrət dünyadan köçərkən onun sağ olan
möhtərəm səfəvinejad şahzadələri, doğma fərzəndləri, fərzəndlərinin
245
uşaqları və qardaşı oğlanlarının sayı otuz beş nəfər idi ki, aşağıda
göstərəcəyimiz kimi, onların iyirmi üçü oğlan və on ikisi qız idi. O
cümlədən, onun sağlığında ölüm libası geyərək əbədiyyat mənzilinə
gedən və dünyanı tərk edən iyirmi iki doğma övladı, nəvələri
haqqında bəhs açmağın heç bir faydası yoxdur. Şahın doğma (solbi)
övladları doqquz nəfərdir:
Birinci [övladı] İsgəndərşan nəvvab Sultan Məhəmməddir.
Hökmranlıq mərtəbəsinə yüksələn üç adlı-sanlı şahzadədən başqa
qeyri şahzadələrin təvəllüd tarixləri bu müəllifə məlum olmadığı
üçün o barədə sizə məlumat verə bilmədi, amma onların adları və
başlarına gələn əhvalatlar [tərəfimizdən] qələmə alınacaqdır.
O həzrət (yəni Sultan Məhəmməd - Ş.F.) doqquz yüz otuz
səkkizinci ildə (miladi 1531/32), yəni cənnətməkan şahın (Şah
Təhmasibin - Ş.F.) hümayun cülusundan səkkiz il sonra böyük
bayanduriyyə əmirlərindən olan Musa Sultan Mosullunun qızı
Sultanımdan doğulmuşdur. "Fərzənde - Şah Təhmasb əvvəl
Məhəmməd aməd"
176
bu möhtərəm mövlüd gününün maddeyi-
tarixidir ki, bu uca ad onun adı, "Xudabəndə" isə ləqəbidir. Atası
vəfat edərkən onun qırx altı yaşı vardı. Doqquz yüz qırx üçüncü ildə
(miladi 1536/37), o həzrətin altı yaşı olarkən Xorasan diyarının
hakimliyinə layiq görüldü və Məhəmməd xan Şərəfəddinoğlu ona
lələ və əmirülüməra təyin edildi. O həzrət [beləliklə] Herat
darüssəltənəsində hökmranlıq taxtına əyləşdi. Məhəmməd xan
həmin dövlət bağının olduqca gənc sahibi idi. O bir neçə il bu
darüssəltənədə afiyət, kamranlıq, dövrün nəfsani fəzilət və kamal
elmlərini öyrənməklə vaxt keçirdi. [Məhəmməd Xudabəndə] baş
verməkdə olan bütün işlərdən xəbərdar və agah idi. Fəhmli, fərasətli
və səxavətli idi. Qəlbigeniş adamdı. Onun gözündə dünyanın bütün
nemətləri ilə yol torpağının fərqi yoxdu. Hərbənbir "Fəhmi"
təxəllüsü ilə şe'r s.125 yazardı. Şivə və rəftanna görə zarafatcıl adam
idi, həyatda dərd-qəmə çox az dalardı. Bir qədər vaxt ötdükdən
sonra, cənnətməkan həzrət şah o xilafət, şəhriyarlıq və bəxtiyarlıq
sədəfini saraya çağırdı, onun əyan qardaşı İsmayıl Mirzəni isə
Herata göndərdi. Az sonra bu şahzadənin mülki işləri və başqa
namülayim hərəkətləri şahın məzacına müvafiq olmadığı üçün onu
176
Maddeyi-tarixin farscası:
Fərzəndi Təhmasibin əvvəl Məhəmməd oldu.
246
geri çağırıb Qəhqəhə qalasına yolladı. O yüksək vəzifəyə isə
yenidən nəvvab şahzadə (yəni Məhəmməd Mirzə - Ş.F.) təyin edildi.
Barəsində yuxarıda məlumat verdiyimiz Məsum bəy
Səfəvinin bir dəstə əmir və əsgərlə dəfninə yollandığı Qazaq
Təkəlinin hadisəsindən sonra nəvvab şahzadə tapşırığa əsasən
özünün əziz fərzəndi Sultan Hüseyn Mirzə ilə saraya gəldi, görüş
bitdikdən sonra geri qayıtdı. Şahqulu Sultan Yegan Ustaclı [onun]
lələsi və əmirülümərası oldu. O vaxtlarda Heratda o həzrətin gözləri
zəifləməyə başladı. Müalicəni çox yubatdılar. Təcrübəli cərrahlar və
göz həkimləri onu müalicə etmək istəyirdilərsə də, o həzrət bu işə
çox az diqqət verdi. Get-gedə gözlərinin zəifliyi gücləndi, gözləri
tamamilə işıqdan düşdü. Müxtəlif məsələlərə görə o həzrətlə lələsi
Şahqulu Sultan arasında kin-küdurət başlandı. Onlar bir-birinin pis
rəftarı barədə şikayətə başladılar. Cənnətməkan şah əziz oğlunun
şərafətli xatirini çox istədiyindən onu Şiraz darülmülkünə yolladı.
Şahzadənin qiymətli fərzəndlərindən olan Sultan Həsən Mirzəni
orduya gətirdilər və səltənət və iqbal dudmanının göz nuru olan uca
şahzadə əlahəzrət zilləllah şahı isə (Abbas Mirzəni - Ş.F.) öz
möhtərəm atasının yerinə "Xorasanın padşahı" adlandırdılar. O
həzrət (Məhəmməd Mirzə - Ş.F.) hümayun fərmanına görə, səltənət
bağının həmin gənc ağacını (yəni Abbas Mirzəni - Ş.F.) Heratda
qoyub, özü başqa kamkar fərzəndləri ilə birgə Şiraza yollandı və
"Müzəffəri" darülmülkündə sərvərlik büsatına qədəm basdı (yəni
hakimiyyətə başladı - Ş.F), Vəli Sultan Qalxançıoğlu Zülqədər onun
lələsi və idari işlərinin icraçısı oldu. O həzrət bir neçə vaxt həmin
fərəhbəxş yerdə yaşayaraq günlərini sakit tərzdə keçirməkdə idi.
Yeri cənnətlik olan həzrət şahın vəfatı və İsmayıl Mirzənin səltənəti
vaxtı onun şərafətli əhvalına nigarançılıq yol tapdı. [Tezliklə] elə bir
hadisə - qəvavü-qədərin qərarı ilə İsmayıl Mirzənin hadisəsi (ölümü
- Ş.F) baş verdi və o həzrət öz bəxtinin köməyi ilə yüksək
hökmdarlıq mərtəbəsinə yüksəldi ki, bu haqda aşağıda məlumat
veriləcəkdir.
O həzrətin (Məhəmməd Xudabəndə - Ş.F) birinci fərzəndi
Gilanın mötəbər əmiri və Qazi Cahanın damadı Mir Əbdüləzim
Seydi Hüseyninin qızından doğulan Sultan Həsən Mirzədir. Onun
doğum tarixi nəzərimizə dəymədi, amma böyük babası vəfat edən
vaxt on səkkiz yaşı vardı, buna görə də təxmin etmək olar ki, [Sultan
Həsən Mirzə] doqquz yüz altmış altıncı ildə (miladi 1558/59)
doğulmuşdur. Cənnətməkan şah o cavan və xoşbəxt şahzadəni ali
247
saraya gətirdi və o, bir neçə müddət şahın təlim-tərbiyəsi altında gün
keçirdi, Mazandaran vilayətinin yarısı ona verildi. Yeri cənnət olan
şahın vəfatı zamanı o, Mazandaranda idi. Fəhmli, fərasətli adam idi,
təbi də vardı, bu rübai onun dilindən çıxmışdır:
Hüsnündə sənin ki, lalə baş qaldıracaq,
Eşqinlə şərabi-jalə bas qaldıracaq.
Hər kim ki, ələ piyalə alsa səndən,
Qəbrindən onun piyalə baş qaldıracaq.
177
Əmisi İsmayıl Mirzənin səltənəti zamanı şəhid olmuşdur
ki, bu barədə İsmayıl Mirzə hakimiyyəti zamanında baş verən
hadisələrin şərhində məlumat veriləcəkdir.
İkinci fərzəndi qədr-qiymətli şahzadə Sultan Həmzə
Mirzədir ki, Mazandaran valisi Mir Abdulla xanın müqəddəs qızı
məhdülya Xeyrənnisa bəyimdən doğulmuşdur. Həmin vaxtlarda
onun on yaşı vardı və öz alişan atası ilə Şiraz darül-mülkündə
yaşayırdı. Nəvvab İsgəndərşanının (Məhəmməd Xudabəndənin -
Ş.F) səltənəti vaxtı vəkalət vəzifəsində idi və vəliəhd rütbəsinə
çatmışdı. Alişan atasının on ilə yaxın olan hakimiyyəti zamanı o, öz
əziz atasının xidmətində duraraq dövlət işləri ilə məşğul olmaqda
idi. Kəcrəftar fələyin əyri gedən işləri nəticəsində napak bir adamın
dəllək oğlu tərəfindən öldürüldü ki, böyük atasının hakimiyyəti
vaxtı baş verən hadisələrin şərhində bu barədə məlumat veriləcəkdir.
Üçüncüsü şah, aləm və aləm əhlinin şahzadəsi olan
əlahəzrət Şah Abbas bahadur xandır ki, Məryəm şanlı nəvvab
məhdülyadan (Xeyrənnisadan - Ş.F) doğulmuşdur. O səadət və iqbal
gülşəninin pöhrəsi və Allahın seçilmiş adamı bəzilərinin doqquz yüz
yetmiş səkkiz (miladi 1570/71), bəzilərinin isə doqquz yüz yetmiş
doqquzuncu (miladi 1571/72) il kimi yazdıqları ilin mübarək
ramazan ayının sonlarında düşənbə gecəsi, türklərin "yunt il" ("at
ili" - Ş.F) adlandırdıqları ildə Herat darülsəltənəsində doğulmuşdur.
O doğulan vaxt sanki cah-cəlal üfüqündən aləmi
işıqlandıran elə bir günəş parladı ki, zülmət dünyanı öz hümayun
177
Rübainin farscası:
Ruyət ke ziyade lale miruyəd əz-u,
Əz tabe-şərab jale miruyəd əz-u,
Dəsti ke piyaleyi ze dəste-to gereft
Gər xak şəvəd piyale miruyəd əz-u.
248
çöhrəsi (tələt) ilə işıqlandırdı, iqbal başlanğıcından (mətlə) elə
xoşbəxt bir ulduz doğuldu ki, insanlar üzərinə mehribanlıq (rəfət) və
xeyrxahlıq (emtenan) işığı saldı.
Asiman carçıları (monhiyan) həmin xoşbəxt mövlud
münasibətilə insanlarına əmin-amanlıq müjdəsi verdilər, qəza-qədər
fərmanlarını yerə çatdıranlar isə toz-torpağlı (ğəbra) yer üzünün
sakinlərinin üzünə şadimanlıq qapıları açdılar.
Beyt[lər]
O, kərəm bürcündən doğulduğu dəm,
Gəldi bir günəş ki, nurlandı aləm.
Allahın lütfüylə doğulan gündə,
Bir ulduz parladı şahlıq bürcündə.
Elə qərq etdi ki, nur hər yanı,
Onun parlaqlığı tutdu cahanı.
178
O xoşbəxt doğuşun taleyi ilə insanların ümid tarlası -
ulduzlar üzümü (xuşeyi-pərvin) barlı-baharlı oldu. Onun iqbal sahibi
Ütarüd* səyyarəsidir ki, buna görə də insanların əməl səhifələri
ədalət və ehsanın zərrin hərfləri ilə bəzədilib yazılmışdır. O həzrətlə
bağlı nadir və qəribə hadisələrdən biri də budur: Təvəllüd vaxtından
başlayaraq səltənət və hökmdarlıq taxtına yüksələn vaxta qədər tale
o həzrətin vəziyyət və əhvalına münasib olmuşdur.
Birinci Şah Abbasın doğulmasının fərmanı:
İqbal və başıucalığın o göz bəbəyinə (Abbas Mirzəyə -
Ş.F.) süd vermək (reza) və xidmət etməkdən ötrü gətirilən mamaça
qadın o vaxtlarda dünyaya övlad gətirməmişdi və döşlərində süd
yox idi. Buna baxmayaraq o döşünü o həzrətin mübarək ağzına
178
Beytlərin farcası:
Ze borce-mokremət əz bəxte-firuz
Bəraməd aftabi-aləməfruz.
Foruğan gəşte əz lotfe-elahi
Homayun əxtəri əz borce-şahi.
K-əz ənvarəş zəmane rovşəni yaft,
Foruğəş bər cəbine-aləmi taft.
249
verdi. Süd əmmə vaxtı ilahinin fərmanı və bitib tükənməz kamil
qüvvənin hikməti ilə o möhtərəm mamaçanın döşlərinə o qədər süd
gəldi ki, kamkarlıq bəhrinin göhvəri olan həmin şahzadə süddən
doyunca içdi. Nadir adətlərdən (hallardan – Ş. F.) biri olan bu qəribə
iş baş verdikdən sonra həmin iffətli qadın o əziz körpəni onun süd
qardaşı ilə birlikdə əmizdirməyə başladı. Bu hadisə qəribə hallardan
biri olduğu üçün qələm bunun təsvirini yazası oldu.
Vaxtın qədrini bilən ağıllı adam bilir ki, dünyəvi və dini
işlərdə neçə-neçə təəccüblü əməlləri olmuş yüksək (səfvət) nejadı
içərisində Allahın qüdrəti məhz onun hümayun və müqəddəs zatına
gözəl xüsusiyyətlər əmanət (vədiə) qoymuşdur. Onun əməlləri
çiçəkləndi. Bütün məşhur şahzadələr zümrəsi içərisində o, xilafət və
kamkarlıq dəryasının gövhəridir. Qiymətli atası və xoş əxlaqlı anası
tərəfdən o, səltənət və xilafət bağının səmərəsi kimi yaranmışdır.
Onun ata və ana babaları əxlaqlı və Allah adamları olduqlarına görə
bu dərgahın seçilmişlərindən olmuşdular. O səfəvi nəslindən olan
başqa şahzadə və hökmdarlardan da bu cəhəti ilə üstün olmuşdur.
Həmin qiymətli səltənət və bəxtiyarlıq gövhərinin atası İsgəndər
şanlı nəvvab Əbülqalib (qələbə atası, cəng atası - Ş.F.) Sultan
Məhəmməd padşah, böyük atası isə (yəni babası - Ş.F.) Cəm
məqamlı cənnətməkan şahdır ki, öz şan-şöhrətinin əzəməti,
məkanının böyüklüyü, nəsəbinin aliliyinə görə cahan vəssafları (vəsf
edənlər - Ş.F.) və bəlağət sahibləri tərəfindən təriflilərin ən təriflisi
kimi qiymətləndirilmişdir. O Yaqubnişan xaqanın müqayisəsi yalnız
övliyalar sultanı olan səfiəl-həqq və-l-həqiqət və-d-din (Şeyx
Səfiəddin - Ş.F.) ilə oluna bilər, ali məqamı isə hesaba sığmazdır. O
ilahi əsrarın arifi risalət və imamət dudmanında elə bir şəxsdir ki,
onun barəsində bu şərafətli kitabın əvvəlində yazılmışdır.
[Şah Abbasın] anası isə əzəmətli qadınların ən əzəmətlisi
və böyük banu (banuye-kobra) olan məhdülya Xeyrənnisa bəyim-
səyadət və səltənətpənah Mazandaran valisi Mir Abdulla xanın
möhtərəm qızıdır.
Şah Abbasın ana tərəfindən əsl-nəsəbinin bəyanı:
Mir Abdulla "Mir Bozorq" adı ilə Şah Abbasın məşhur olan
mərhum Seyid Qəvaməddinin nəslindəndir. Belə ki, Mir Abdulla
xan [şəcərə üzrə] ibn Sultan Mahmud xan ibn Mir Əbdülkərim ibn
Seyid Məhəmməd ibn Seyid Mürtəza ibn Seyid Əli ibn Seyid
250
Kəmaləddin ibn Əmir Teymur Gürəkanın müasiri olan bir nəslə
gedib çıxır. O, tarix kitablarında yazıldığı kimi Mahanə qalasında
mühasirəyə düşdü və döyüşə başladı. O, cənab Mir Bozorqun,
böyük oğludur və onun şərafətli nəsəbi Seyid Əli əl-Mərəşiyə çatır.
Elə buna görə, də bu sülalə seyidlərini "Mərəşi seyidləri"
adlandırırlar. "Tarixe-cəhanara"da yazılmışdır ki, o cənab, səcdə
edənlərin imamı və ariflərin qibləsi (İmaməs-sacedin və qiblətün-
arifin) həzrət imam Zeynalabdın əleyhüssəlamın - ona Allahın salam
olsun - nəslindəndir. Xülasə, o mərhum cənab qədir-qiyməlli
Hüseyni seyidlərindəndir. İmam Zeynalabdın maddi və mənəvi
səltənət sahibi, ülvi məqamlara çatan bir şəxs kimi yer və göy
sirlərini açmağı bacarmışdır. Cavanlığının ilk çağlarından ilahinin
köməyi ilə iştah artıran şeylərdən (möştəhiyyat) nəfsini çəkmiş,
qədəmini cahad (mocahede) və riyazət* vadisinə doğru
yönəltmişdir. Ali məqam dərəcələrinə yüksəlişdən sonra
Təbəristan məmləkətləri və onların təbəələri o rəbbani arifin
vəlayətinə (idarəçiliyinə - Ş.F.) həvalə olundu. İmam Zeynalabdin
təqdirə boyun əyib Mazandarana getdi və hamin diyarda qaldı. Onun
oradakı xanəgahı o mülk əhalisinin ziyarət yeridir. Mazandaran
vilayətinin valisi Çəlavilər sülaləsindən olan Əfrasiyab idi. İradət**
əhlinin həmin həzrətin ardınca getməsindən və onun mürid və
tərəfdarlarının çoxluğundan Əfrasiyabın o cənabla münasibətləri
kəskinləşdi, onu dəf etmək qərarına gəldi, ətrafındakı rəzil dəstəsiylə
birlikdə seyidin xanəgahına gəldi, şəriətə əsaslanan o cənab
Əfrasiyabı şərən dəf etmək istədi, müdafiə olunmağa başladı.
Allahın təqdiri ilə qəza oxundan çıxan bir ox Əfrasiyaba dəydi və
onu qətlə yetirdi, o cənabsa qələbə çaldı, o mülkdə qılıncı ilə xüruc
etdi, dünyəvi səltənəti mənəvi səltənətlə birləşdirdi. O gözəl sifətli
həzrətin əhfalatının təfsilatı belədir. Bu haqda "Tarixe-Təbəristan"
kitabının müəllifi Seyid Zəhirəddin*** yazmışdır və yığcam
məlumat "Həbibüs-siyər"də də vardır. Onların yazdıqlarına
inandığımız üçün biz bu haqda yazmadıq, həzrət zilləllah şahın
şəadətli təvəllüdünü əks etdirməyə başladıq. Xülasə, səfvətli (ən
yaxşı, ən yüksək - Ş.F.) və iffətli məhdülyanın ata-babaları
nəsillikcə (pedər be pedər) Təbəristan diyarında vali və fərmanfərma
olmuşlar. O ilahi nurunun səadətli vəladəti (doğuşu - Ş.F.) Herat
darüssəltənəsində olduğundan (Şah Abbasın təvəllüdündən söhbət
gedir - Ş.F.), onun hümayun alnında səltənət və kamkarlıq nurları
zahir olmaqda, bəxtəvər çöhrəsində xilafət və cahanbanlıq şüaları
251
parlamaqdaydı. O zaman Herat darüssəltənəsində olan bilikli
münəccimlər və fəzilətli ulduzşünaslar, xüsusən Mövlana
Əbdülsəməd Herəvi o iqbal bürcünün tale zicindən öyrənib xəbər
verdi ki, o həzrət tezliklə hökmranlıq rütbəsinə çatacaq, onun dövlət
günəşi səadət üfüqünün dairəsində görünəcək, ədalət şüaları
insanlara ziya bəxş edəcək, əhali onun mehribanlıq və minnətdarlıq
kölgəsi altında asudə olacaqdır.
Dostları ilə paylaş: |