Sultan Bayazidin məğlubiyyəti:
O, günahının bağışlanmasını xahiş etdi. Amma, talesiz
oğlunun əməllərindən Sultan Süleymanın qəzəb atəşi elə
alovlanmışdı ki, həmin iki-üç mülazimin öldürülməsi ilə
kifayətlənmədi, şahzadənin üstünə İsgəndər paşanın başçılığı ilə
yeni qoşun göndərdi. Sultan Bayazid bu dəfə özündə o ağır qoşunla
döyüşmək qüdrəti görməyərək, var-yoxunu orada qoyub, dörd oğlu,
on iki min paşası mülazimi və yeniçəriləri ilə birlikdə qaçdı.
Xandgarın döyüşçüləri onu bir qədər təqib etsələr də, döyüş hər dəfə
qaçışla nəticələnirdi. Quduz Fərhad, Axsaq Seyfəddin və Sultan
Bayazidin başqa fədakar mülazimləri onu və oğlanlarını sağ-salamat
döyüş yerindən çıxararaq qızılbaş məmləkətinə çatdırdılar.
207
Sultan Bayazidin Rum məmləkətindən
fərar edərək İrana gəlməyi:
O, elə ki, şahlığın humayun sərhədinə çatdı, əşrəfin (şah
Təhmasibin - Ş.F.) yanına bir adam yollayıb öz halım ərz etdi. İzzət
büsatının yaxın adamlarından və ali məclisin mötəbərlərindən olan
Həsən bəy Yüzbaşı Ustaclı onun yanına şahanə yaraq və başqa
döyüş silahları yolladı. Qərara alındı ki, sərhəd əmrləri və hər
vilayətin əyan-əşrafı onun xidmətinə yetişsinlər, ona yer-yerdən
layiqli təzimlər və ləyaqətli xidmətlər edilsin, şərəfinə ziyafətlər
təşkil olunsun. Azərbaycan və Şirvanın vəziri olan Mirzə Ətaulla
İsfahani divan sərkarının dini qayda-qanununun icrası üçün saraya
gəlib çatan vaxta kimi onunla birgə idi. O, deyilən hər sözə əməl
edirdi və şahzadəyə zəruri xidmət icra olunurdu. Təbriz
darüssəltənəsinin böyük adamları və əyanları şəhərdə yır-yığış edib,
qeysəriyyə və bazarları gəzərək onu elə qarşıladılar ki, belə bir
istiqbal qədim vaxtlardan bu vaxta qədər az görünmüşdü. Şahzadə
elə ki, Təbriz darülsəltənəndən çıxıb ali saraya yaxınlaşdı, şah
rüknüssəltənə olan Məsum bəy Səfəvini yaraq və başqa şahanə nəfis
şeylərə onun yanına yolladı. Həzrət cənnətməkan şah Təbriz
darüssətənəsinin Səadətabad meydanında böyük bir ziyafət və
şahanə bir büsat qurdu, [yollara] əlvan xalılar döşəndi, zərli
xeymələr və bəzəkli sayəbanlar açıldı. Elə bir məclis quruldu ki,
ruzigarın gözləri hələ belə bir məclis görməmiş, zəmanənin qulağı
belə bir səs - səda eşitməmişdi. Onlar şəhərə daxil olan gün əzəmətli
əmirlər, ləşkər hissələri, əsnaflar, küçə və meydan camaatı, şəhərdə
və şəhərdən kənarda yaşayan əhali dəstə-dəstə istiqbala yollanıb,
bütün səhranı, çölü və dağı bürüdülər. Sultan Bayazid təkəbbürlü və
qaradinməz adam idi. Bir çoxları dedilər ki, belə müxtəlif sənət
nümunələri, şənliklər, oyunlar, müxtəlif zər-ziba libaslı döyüşçülər
və həddindən çox xidmətlər nümayiş etdirilən Təbriz istiqbalı
zamanı şahzadə heç yana baxmır, gözünü atının iki qulağı arasından
çəkmirdi.
Sultan Bayazidin Qəzvinə gəlməsi:
Xülasə, Sultan Bayazid başdan-ayağa rum silahları ilə
yaraqlanmış on min piyada, yeniçəri və süvari ilə Qəzvinin
208
Səadətabad meydanına yetişdi. O, şahın dayandığı yüksək
bargahının yanına çatan kimi atdan düşdü. Cənnətməkan şah bir
neçə qədəm irəli gəlib ona əl verdi (mosafehe), istiqanlıq göstərdi,
onunla mehribanlıqla görüşdü. O isə öz təkəbbürünü tərk etməyib
qətiyyən danışmır, həmişə gərəkli olan həkimanə danışıqlara
əhəmiyyət vermirdi. Nəhayət, rəsmi görüş ənənəsi bitdikdən sonra
onu hər günlük ehtiyacı nəzərə alınmaqla gözəl bir mənzilə
gətirdilər. Yorğunluğunu dəf edəndən bir neçə gün sonra, elə həmin
Səadətabad meydanında [onun şərəfinə] ziyarət verildi, işrət büsatı
başlandı. Meydanın yerini Süleyman sarayı kimi rəngarəng xahlarla
bəzədilər. Elə gözəl bir qonaqlıq verildi ki, fələkdən (göydən - Ş.F.)
baxanların gözləri min yerdən oraya dikilmişdi. [Şah Təhmasib]
Sultan Bayazidi oğlanları, əmirləri, yaxın adamları və mülazimləri
ilə birlikdə həmin cənnət misallı məclisə dəvət edərək, onun
xatircəmliyi naminə cürbəcür əyləncələr təşkil etdi, saatbasaat onun
ürəyini almaqdan ötrü canfəşanlıq göstərdi. Xansalarlar* belə bir
məclisə uyğun olan içkiləri, mürəbbələri, meyvə və müxtəlif
yeməkləri tez-tez təqdim edirdilər. Həmin məclisdə şahzadəyə on
min tumane-şahiye-İraqi məbləğində nəğd qızıl, daş-qaşla
bəzədilmiş silah, qumaş, parça, silah avadanlığı veridi. Onun
mülazimlərini onların hər günlük ehtiyacları ödənilmək şərti ilə ayrı-
ayrı əzəmətli əmir və hakimlərə tapşırdılar.
[Sultan Bayazid] şahın yanında olduğu vaxt ona verilən
yerli (bumi) ülufədən başqa, qarşılanma zamanı pay göndərilən
töhfələrdən və bu məclisdə təqdim olunan ənamlardan savayı on beş
min tümən də pul, cəvahir, qiymətli daşlarla bəzədilmiş silah, qızıl
və gümüş qab-qacaq, gözəl töhfə, nəfis kitab, zərli saplarla
toxunulmuş kirmani və cuşmani xalıları, əlvan parçalar, xarici ölkə
qumaşlarına layiq görüldü. Şah, ümumiyyətlə o sultanzadəni layiq
olduğundan daha çox şahanə diqqət və qiyamətli hədiyyələrə layiq
bildi. Amma, [Sultan Bayazid] nifaq sahibi və dikbaş (sərkeş) adam
olduğundan, onun həyatı ziyan və xəsarətlə başa çatdı. Çünki, o, uca
məqamlı şaha təklif edirdi ki, [şah ləşkərinin] köməyi ilə Rum
diyarına ləşkər çəksin, sakitləşmiş vəziyyəti [yenidən] qızışdırsın.
Şahzadənin bu niyyəti bir neçə cəhətdən şahın təbinə müvafiq
olmadı. Əvvəla, o həzrətlə xandgar arasında xeyli döyüş,
qantökmələr və məmləkət dağıntılarından sonra arada sülh
yaranmış, əhd-peymand bağlanmış, fitnə-fəsad sakitləşmiş, yaralar
sağalmağa başlamış, dinclik yaranmışdı. "Onlar Allahın əhdinə vəfa
209
qılar, ilqarı pozmazlar"
157
[ayəsinə] uyğun olaraq, şah verdiyi vədə
xilaf çıxmağı və əhd-peymanı pozmağı cayiz bilmirdi. O, həm də
istəmirdi ki, müsəlmanların rahatlıq və dincliyinə bais olsun, "Əhd
bağlayanda ona vəfa qılın və and içəndə andınızı pozmayın"
158
[ayəsinə] əsasən tənqid hədəfinə məruz qalsın. İkincisi, valideynə
qarşı üsyan etmək nankorluqdur, dünyada və axirətdə qədirbilməz
kimi qiymətləndirilir. Şahzadə isə onu yaradanın üzünə ağ [!] olmuş,
üsyan etmişdi. Elə buna görə də, kəramət dudmanından çıxmış, irşad
və kamalla bəzənmiş, ağıl və bilik bəzəyi ilə inkişaf etmiş o həzrət
[Şah Təhmasib] özünə layiq bilmirdi ki, bu batil əmələ yardımçı
olsun.
Şah Təhmasibin Sultan Bayazidin səhvinin
əfv olunması üçün xandgardan xahişi:
[Sultan Bayazid] kəramət şöləsi olan, irşad və kamal,
habelə əql və biliklə bəzənən bu dudmana pənah gətirdiyinə görə
[Şah Təhmasib] belə qərara gəldi ki, ata-oğul arasında düşmənçilik
və savaşı rəf etsin, sultanın qəzəb şöləsini dostanə danışıqlar zülah
ilə söndürsün. Buna görə də, özünün bir etibarlı adamını xandgarın
yanına göndərib, şahzadənin təqsirinin əfv edilməsini xahiş etdi.
Sultan Süleyman oğlundan elə bərk incimişdi ki, onun sağ qalması
ilə heç cür razılaşa bilmir, şahzadənin vücudunun Osman sülaləsi
(“Ale-Osman”) dövlətinin dağılacağına səbəb olacağını düşünürdü.
O, sülh sazişinin onun vasitəçiliyi ilə imzalandığı öz etibarlı adamı
olan Sinan bəyi əşrəfin [Şah Təhmasibin] yanına yolladı. [Sinan
bəy] əhd-peyman şərtlərinin möhkəmlənməsindən söz açdı, Sultan
Bayazidlə əlaqədar təkzibolunmaz dəlillərlə söhbət apardı. Sultan
Süleyman öz əli ilə yazdığı məktubda şahdan şahzadənin, ya diri
halda onu aparmağa gələnlərə verilməsini, ya da öldürülməsini
təmənna etmişdi. Yazmışdı ki, əgər şah şahzadəni sağ halda vermək
istəməzsə, qoy onun fitnə-fəsad çırağı olan gözlərini işıqdan salaraq
kor etsin. Cənnətməkan həzrət şah bu işin mürüvvətdən uzaq bir
əməl olduğunu düşünüb, Sinan bəyi mehribanlıqla yola saldı. O,
yenidən oğlunun dilli-dilavər, sözlü-söhbətli elçilərini [sultanın
hüzuruna] göndərərək, ondan xahiş etdi ki, şahzadəyə iqta* olaraq
157
İfadənin ərəbcəsi: "Əl-ləzinə yufunə bi-əhdi-l-lahi və la yənqu-zunə-l-misaq"
158
İfadənin ərəbcəsi: "və la tənquzu-1-imanə bədə təvkidiha"
210
bir yer verilsin ki, o gedib həmin yerdə ömrünü başa vursun. Əgər
bundan sonra da ondan ədəbsiz bir hərəkət baş verərəsə, onu
cəzalandırmaq çətin bir məsələ ola bilməz.
Bu əsnada Sultan Bayazid öz batinini aşkara çıxarıb, özünə
yaxın adamları ilə belə qərara gəldi ki, onun onlara göstərdiyi
dostluğa göz yumaraq həzrət şahı aradan götürsün, bu batil xəyalın
baş tutacağı təqdirdə Qəzvində bir qalaya sığınaraq, xandgardan
kömək istəsin və əcəm vilayətinin valisi olsun, ya əgər bu da ürək
istəyi ilə baş tutmasa, Ağrıca yolu ilə sayinxani türkmanlarının
yanına, oradan isə gəmi ilə Kəfəyə getsin. Ona məhrəm olan
adamdarından Qara Uğurlu və Mahmud Çərkəs bu məsələni
xəlvətcə şaha bildirdilər.
Cənnətməkan şah ürəyinin açıqlığından bu məsələnin yalan
söz-söhbət olduğunu zənn edərək onlara inanmadı. Amma Sultan
Bayazid onların həzrət şahla gizli görüşdüklərini bilib, hər ikisini
həbs etdi. Cənnətməkan şah Sultan Bayazidin şəkk-şübhəsini rəf
etmək məqsədi ilə bir gün Qəzvinin Səadətabad bağında onunla bir
dost kimi söhbət etdi. Sultan Bayazidin yaxın adamlarından Ərəb
Məhəmməd Trabzoni şaha yaxınlaşıb ona dedi: "İki kəlmə vacib
sözüm vardır ki, onların sizə çatdırılması şahanə nemətimizi
yediyim və xeyirxahlığınızı gördüyüm üçün olduqca vacibdir. Mən
sözümü sizə gizli bir yerdə demək istərdim". Sultan Bayazid bu
söhbətdən xəbər tutub, gecə onu və əvvəl adı çəkilən hər iki nəfəri
qətl etdi. Ali məqamlı həzrət şah bu alçaq hərəkətdən xəbər tutub,
bu işin səbəbini soruşdu və ondan şübhələndiyini bildirdi. Qəzvinin
əhalisi bu məsələləri və şahın əhvalının pozulmasından xəbərdar
olub, şahzadənin (qeysərzadə) yaşadığı evə hücum çəkdilər, onu
məzəmmət etməyə başladılar. Bu əməl şahın ürəyincə deyildisə də,
olub-keçənləri ölçüb-biçdi və qərara gəldi ki, daha onlara etibar
etmək olmaz. Buna görə də, şahzadənin şərindən xilas olmaq fikrinə
düşərək, onu istəyənlərlə məşvərət və məsləhətdən sonra Sultan
Bayazidi həbs etməyi qərara aldı.
O, bir gün, həmişə olduğu kimi şahzadəni yanına dəvət
etdi. Sultan Bayazid saraya gələn kimi həzrət şah məclisdən çıxıb,
onun əzəmətli əmirlərini həbs etdi. Həmçinin onun Lələ paşa,
Fərrux bəy, Əli bəy Çaşnigirbaşı, Sinan bəy Miraxur kimi fitnə-
fəsad əhli olan mülazimlərini qətl edərək, şahzadənin oğlanlarının
nəzarətini əmirlərə tapşırdılar, sarayda və başqa yerlərdə olan
adamlarının əksəriyyəti saf niyyətli sufilərin qılınclarına yem oldu,
211
bir qismi isə xeyirxah adamlar tərəfindən xilas olaraq öz ölkələrinə
getdi.
Sülhün ən mühüm şərtlərindən biri bu idi ki, əgər tərəflərin
adamlarından biri qaçaraq qarşı tərəfə sığınarsa, onu himayə
etməyərək geri qaytarsınlar. Doqquz yüz altmış doqquzuncu ildə
(miladi 1561/62) Sultan Süleyman Mərəş hakimi Əli paşanı və öz
çaşnigirbaşısı Həsən ağanı iki yüz etimadlı ağa və çavuşla birlikdə
şahzadəni geri tələb etmək məqsədi ilə saraya yolladı. Cənnətməkan
şah [Sultan Bayazidlə öz arasında] nifaq yaranmasına baxmayaraq,
o mərhəmətsiz adamlara (yəni Əli paşaya və Həsən ağaya - Ş.F.)
etibar etməyib, [şahzadəni aparmaq üçün] allah bəndəsi olan ixtiyar
sahibi ağsaqqalların göndərilməsini xahiş etmişdi. İkinci dəfə isə
əməlisaleh və osmanlı dudmanının çoxdankı xidmətçilərindən olan
Xosrov paşa bir dəstə etimadlı ağsaqqalla birlikdə gəldi. Heç güman
edilmirdi ki, onlar bu məmləkətdə şahzadəyə xəsarət yetirə bilərlər.
Buna baxmayaraq, onlar xandgarın fərmanı ilə, təxirə salmadan
onların beşini da qətl edib, cəsədlərini Ruma aparıdılar.
Misra
Beş nəfər az zümreyi-osmanlıdan.
159
[Əbcəd hesabı ilə] "beş" qədəmi çıxılsa həmin tarix doqquz
yüz altmış doqquzuncu (miladi 1561/62) ilə bərabərdir ki, həmin
ibrətamiz hadisənin tarixidir. Bu hadisə söz ustadları tərəfindən belə
tərənnüm olundu:
Beyt[lər]
Ey şah, o hansı kəsdir ki, təşəkkür etməsin sənə,
Çünki, əql və ədlinlə xəlqi asudə etmişsən.
Kin qılıncını çəkmədən məhv etdin din düşmənini,
Nə əlini, nə qılıncı qana aludə etmişsən.
160
159
Misranın farscası:
Pənc kəm əz zomreye-osmaniyan
160
Beytin farscası:
Şaha, çe san ayəd kəci əz ohdeye-şokrət borun
Kə-z əql-o ədlət xəlq-ra z-insan bovəd asudegi.
Ədaye-din-ra sərbəsər bi tiğe-kin kərdi ze sər,
212
Xülasə, şahzadənin fitnəkar vücudunu bürümüş fitnə-fəsad
yatdı. O fitnəkarlıq nəticəsində hər iki tərəfin əhalisi iztirab
girdabına düşər, aradan çıxmış fitnə-fəsad yenidən hərəkətə gəlməyə
başlayar, xalqlar əzaba düçar ola bilərdilər. Amma, [ürəklər] bu
əhvalatdan təskinlik tapdı, aram olmuş qəlblər daha da aram oldu.
ÇİNGİZİYYƏ SULTANLARININ SƏADƏTLİ
SARAYA CƏLMƏLƏRİNİN ZİKRİ
Ağıllıların dəlaləti və tale bəxtlərinin göstərişi ilə mərhum
cənnətməkan şahın başı fələyə ucalan sarayına gələnlərin birincisi
ali nəsilli çingizilərdən olan Şeyban ibn Cuci ibn Çingiz xanın
övladından Dinməhəmməd xan ibn Ulus xan və onun qardaşı Əli
Sultandır. Cənnətməkan şahın Übeyd xanın dəf olunmasından ötrü
dördüncü dəfə Xorasana qoşun çəkdiyi doqquz yüz qırx üçüncü ildə
(miladi 1536/37), onlar bellərinə xidmət kəməri bağlayıb, hümayun
şahla görüş səadətinə yetişdilər, buna görə də Nisa və Əbivərd
ülkaları və onlara tabe başqa yerlər Dinməhəmmədə verildi. Şahın
iltifatı sayəsində onun qardaşı (Əli Sultan - Ş.F.) bu adı çəkilən
vilayət hüdudunda hakimiyyət sürməyə başladı, qədir-qiyməti gün-
gündən çoxaldı. Əli Sultan get-gedə bütün Ürgənc vilayətini ələ
aldı. Vəziyyətin başlanğıcında o, müstəqim itaət yolunda durub
yaxşı xidmət göstərməkdəydi. Übeyd xan doqquz yüz qırx beşinci
ildə (miladi 1538/39) Xarəzm diyarını tutan zaman oranı Əbdüləziz
Sultana və öz tayfasının başqa sultanlarına verdi. Übeyd xan hələ
Vəzir şəhərindəydi ki Dinməhəmməd xan Ürgəncə tabe olan bir
dəstə özbək və yəqə türkmanı ilə xanın əmir və sultanlarına hücuma
keçdi, taraca əl atıb, özbəklərin başına tac qoydu, qızılbaşların ona
köməyə yollanmaları barədə şayiə yaydı. Aralarında baş vermiş
döyüşlərdən sonra Übeyd xanın əmirləri məğlubiyyətə uğradılar,
onun bir neçə mötəbər adamı əsir alındı, böyük hissəsi isə öldürüldü.
Übeyd xan bu məğlubiyyətdən elə çaş-baş oldu ki, dəvəyə minib
Vəzir şəhərindən Buxaraya qaçdı, elə bu qəm-qüssə nəticəsində də
elə həmin il axirət dünyasına qovuşdu, Əbdüləziz xan isə atasının
yerinə Buxarada padşah oldu. Dinməhəmməd xan əsir tutulan
Nə dəste-to darəd xəbər, nə tiğe-to aludegi.
213
adamları, qətl olunanların başları ilə birlikdə, səadətli saraya yolladı.
Bu hadisə cənnətməkan şahın şadlığına və arxayınlığına səbəb oldu.
Dinməhəmməd xan üçün qiymətli xələt göndərərək, ona Xorasandan
üç yüz tümən məbləğində pul ənam verdi. Hər iki qardaş bir neçə
müddət şaha baş əyənlər silkində qaldılar. Onların elçiləri həmişə
şahın xidmətinə gəlir və hədiyyələrə layiq görülürdülər.
XARƏZM VALİSİ YUNİS XAN VƏ ONUN QARDAŞI
PƏHLƏVANQULU SULTANIN ZİKRİ
Dustxan onlarla [yəni Yunis xan və Pəhləvanqulu Sultanla]
cəng edərək məmləkətlərini ələ keçirdikdə, Yunis xan öz qardaşı ilə
birlikdə ali saraya (Səfəvi sarayına - Ş.F) üz tutdu, doqquz yüz
altımış dördüncü ildə (miladi 1556/57) Qəzvin darüssəltənəsindəki
səadətli saraya gələrək hümayun görüş şərəfi ilə şərəfləndi.
"Amədəne-xarəzmiyye" ("xarəzmiyyənin gəlməsi") sözləri bu
hadisənin [maddeye] tarixi oldu.
Amma, buna baxmayaraq Dinməhəmməd xan və Əli Sultan
qardaşları [Şah Təhmasibin] şahanə iltifaq hüququna qarşı çıxaraq
inadkar və böyük hakimiyyət istəyi üzündən fürsət düşdükcə
Xorasan və Astrabad məmləkətləri üzərinə hücumlar edirdilər.
Dinməhəmməd xan bir dəfə, doqquz yüz əllinci ildə (miladi
1544/45), Astrabad hakimi Sədrəddin xan Ustaclının üzərinə ləşkər
çəkdi. Sədrəddin xan səhra cəngini məsləhət bilməyərək, şəhər və
qalaya sığındı. Dinməhəmməd xan isə şəhər və qalanı mühasirəyə
alıb geriyə döndü, müqəddəs Məşhəd yaxınlığınadək gedib qayıtdı
və cahanpənah dərgaha elçilər yollayıb yalvarış məqamında durdu.
Beləliklə, onun oğlu Əbülməhəmməd xan da atasının vəfatından
sonra şahanə iltifata və nəvazişə layiq görüldü, atasına məxsus ülka
və ələm ona verildi, buna baxmayaraq o da bir müddət sonra xilaf və
üsyan yoluna düşdü. [Buna görə də] Məsum bəy Səfəvi və bəzi
əmirlər Bəhram Mirzənin oğlu Sultan İbrahimlə birlikdə şahın
əmriylə onu (Əbdülməhəmməd xanı - Ş.F.) cəzalandırmağa
göndərildi. Xan Əbivərd qalasına sığındı, bir neçə vaxt mühasirədə
qaldı. Nəhayət o, əlini şahın nəvaziş ətəyinə uzadıb and içdi ki, daha
bundan sonra belə əmələ qurşanmayacaqdır. Adı çəkilən mirzə və
əmirlər hökmə baş əyib geri qayıtdılar. Amma Dinməhəmməd xanin
qardaşı Əli Sultan haqbilməz və bədxasiyyət adam olduğundan, çox
çəkmədi ki, qürur və əqidə badəsindən sərməst oldu, tamahkarlığı
214
üzündən müxalifət və tüğyan yoluna düşərək, zülm əlini Xorasan
məmləkətinə uzatdı. Bir neçə dəfə o dönük bəxtli siyahpaş (qara
geyimli - Ş.F.) tayfasının köməyi və oxlu qəbilə düşmənləri ilə
birlikdə Astrabada ləşkər çəkərək, həmin vilayətə qarışıqlıq saldı.
Amma, kiçik bir şahanə diqqətin və iqbal qoşunun köməyi
nəticəsində onun şəri dəf olundu, nəticədə, aşağıda yazılacağı kimi,
kiçik bir xəsarətdən savayı, heç bir iş görə bilmədi.
İndi isə, yeri gəldiyinə görə, bir qədər də Astrabad
hadisələri və o mülkdə baş verənlər barədə məlumat veriləcəkdir.
ASTRABAD HADİSƏLƏRİNİN ŞƏRHİ, MƏHƏMMƏD
SALEH BETƏKÇİ HADİSƏSİNİN BƏYANI, XARƏZM
ÖZBƏKLƏRİNİN KÖMƏYİ İLƏ ƏYA OXLUNUN
161
ÜSYANI
Astarabad darülmülkü keçmiş vaxtlarda Cürcan və
Təbəzistan valilərinin əyləşdikləri yer idi. Oranın əhalisinin
əksəriyyətinin əməlisaleh, mömin və pəhrizkar olmalarına
baxmayaraq, vəsvəsədən, qəzəbkarlıqdan və üsyandan da yan
deyildilər.
Eləcə Cürcanın meşə və dağlarının havası da insanda
üsyankarlıq əhvalı yaradır. Onların bir dəstəsi özlərinə
qarageyimlilər (siyahpuşan) adını qoymuşlar ki, onların tüğyan
həvəsləri beyinlərini dumanlandırmış, əmin, amanlıqlarını (afiyət)
məhdud etmişdir. O yerlərin "şuridəbəxt" adlanan bir dəstə adamı
isə sayinxani qəbilələrinə məxsusdurlar ki, xalq arasında yəqə
türkmanları adı ilə məşhurdurlar və Xarəzm sultanlarına tabedilər.
Öz inadkarlıq və azğınlıqlarından özlərini Astrabadın geniş səhra və
bol çöllərinə çatdırmış, Gürgan və Ətrək çayları arasında yaşayaraq
məmləkətə ziyan yetirməkdə idilər. Buna görə də, həmin mülk
bəladan xali, hakimləri isə cəngdən aralı deyildilər. Amma, Allah-
təalaya həmd olsun ki, əlahəzrət zilləllah şahın hakimiyyəti zamanı
qəhrin məşəli, zülmün zülməti və üsyanın tozu aradan götürüldü, hər
iki dəstə düşmənləri başlarını sakitlik cibinə qoyaraq rahətlik
tələbində oldular. Amma, cənnətməkan şah dövründə bir hadisə baş
verdi: Cahanı fəth edən şah bayraqlarının dördüncü dəfə Xorasan
yürüşündən İraqa tərəf hərəkət etdiyi doqquz yüz qırx dördüncü ildə
(miladi 1537/38) Übeyd xan o vilayətdən kənarlaşdırıldı. Təbiətində
161
"Əhsənül-təvarix" əsərində bu ad "Əba" kimi yazılmışdır.
215
cəhalət və üsyan havası olan, özbaşınalıq badəsindən beyni
dumanlanan, özü də Xacə Müzəffər Betəkçinin qardaşı oğlu olan
Məhəmməd Saleh bu əbədi əsaslı dövlətə tabe olmaqdan boyun
qaçıraraq sərvərlik fikrinə düşdü, Astrabadın bir dəstə
qarageyimlisini ətrafına topladı, dikbaşlıq etməyə (sərkeş) başladı.
O, bəzi qəsəbələrə əl uzadıb Daşkənd və Fərqanə valisi Bəraq xanın
bacısı oğlu Sultan Qazinin oğlu Ömər Qazi Sultanın yanına adamlar
yollayaraq ondan kömək istədi.
Ömər Qazi Sultan o nadan cahilin sözünə uyub, cüzi
qoşunla Astrabada tərəf hərəkət etdi. Məhəmməd Saleh də öz
qarageyimliləri ilə birlikdə Cürcan meşəsindən çıxaraq ona birləşdi.
O vaxt Astrabad hakimi olan Sədrəddin xan Ustaclı özbəklərin və
qarageyimlilərin ittifaq etmələrindən xəbər tutsa da, özündə onlara
qarşı çıxmaq imkanı görmədi, məharətlə aradan çıxdı, Astrabaddan
Bəstama gəldi və məsələni ali saraya çatdırdı. Məhəmməd Saleh
məmləkəti xali görüb özünü şəhərə atdı, özbəklərin köməyi ilə
həmin vilayətdə hakimiyyət bayrağını göyə qaldırdı, Xarəzm
valisinə və onun əhalisinə layiqli töhfə və hədiyyələr yolladı. Ömər
Qazi Sultan o vilayətin idarəsini Məhəmməd Salehə tapşırıb Xarzmə
qayıtdı. Onun qayıdışından sonra Məhəmməd Saleh qəflət və qürur
badəsi ilə sərməst olaraq, əbləhcəsinə səltənət büsatı qurdu, sərvərlik
və itaətsizlik fikrinə düşdü. Arama, o, vaxtını gecə-gündüz eyş-
işrətlə keçirir, həftələrlə çal-çağır edir, yeyib-içir, ölkənin hər
tərəfində baş qaldıran üsyan və məstlik havasını əllərində əbləhlik
badəsi tutan dostları arasında bölüşdürürdü. O, hər vilayətə özünün
gələcəyini fikirləşməyən mülazimlərini təyin edirdi. Onlar da ona
ondan daha çox divanə tərzdə səcdə edir, dua rəsmini yerinə
yetirirdilər. Belə deyirlər ki, günlərin bir günü məmləkət bölgüsü
üstündə onunla mülazimləri arasında bərk dava-dalaş düşdü.
Xülasə, elə ki, bu hadisə müzəffər padşaha ərz olundu
Əmir Sultan Rumlu, Şah Əli Sultan Ustaclı və Həsən Sultan Şamlını
bəzi qüvvətli ləşkərlərlə Sədrəddin xanın köməyinə yolladı, amma,
Sədrəddin xan əzəmətli əmirlərin gəlib ona çatmasından əvvəl Ömər
Qazi Sultanın geri qayıtmasından, Məhəmməd Salehinsə qəflət və
sərxoşluğundan xəbər tutub bir dəstə təcrübəli mübarizlərlə
Bəstamdan hücuma keçərək Astrabada gəldi. Mübarək ramazan ayı
idi. Məhəmməd Saleh öz tale yoldaşları ilə o müqəddəs günlərdə
qürur badəsi içərək elə məst olmuşdu ki, ağlı başından çıxmış,
məmləkət işlərindən xəbərsiz qalmışdı. Elə ki, qazilərin nağara və
216
şeypur sədaları onun və yoldaşlarının qulaqlarına gəlib çatdı,
qızılbaş döyüşçülərinin artıq şəhərə gəldiklərini anladılar, qorxudan
çaş-baş qalıb meşəyə tərəf qaçdılar. Sədrəddin xanın
mülazimlərindən olan Şahverdi bəy adlı kəngərli [tayfasından olan]
bir gənc onu tutub xanın yanına gətirdi və mükafatlandırıldı.
Sədrəddin xan isə onu ali saraya yolladı. Məhəmməd Saleh Təbriz
darüssəltənəsində şahın hümayun nəzərinə çatdırıldı. Fərmana görə
onu bir küpün içərisinə qoyub Bəsriyyə minarəsinə apardılar və yerə
tulladılar. İqtidarda olduğu dövr ərzində onun tərəfindən qəbahətli
əməllər baş vermişdi və o, müsəlmanların namusuna toxunmuşdu.
Buna baxmayaraq, o, səfehdən ali himmətlər də görünməkdəydi,
səhvləri bağışlamağı bacarır, xanəndə, şair və nəzm yazanlara böyük
nəvazişlər edirdi. [Şair] Heyrəti Astarbadi onun haqqında ilk beyti
(mətlə) belə olan bir qəsidə yazmışdı:
"Göstərirsən cahanın eybini sən ayinə tək,
Bizə gizlin qalan hər şey sənə məlum gerçək".
162
[Şair], bu qəsidəsini oxuya-oxuya aşağıdakı beytə gəlib
çatdı:
"Ey ki, bəxt ölkəsinin şəmsi Məhəmməd
Saleh, Bəzəyibdir səni Allah ayaqdan başadək ".
163
Padşahlıq papağını başına əyri qoyub əyləşən Məhəmməd
Saleh şairə bu beytinə görə yeddi xalvar ipək bağışladı, amma
bilmədi ki:
"Papağı əyri qoyub şax oturan hər kəsdən
Nə qoşun başçısı mümkün, nə də ki, sərdar olar".
164
162
Beytin farscası:
"Ey ke rayət becəhan ayineyi - eybnomast,
Həst rişe-to əyan ançe nehan dər dele-mast”
163
Beytin farscası:
"Xosrove-keşvəre-eqbal Məhəmməd Saleh
An ke sər ta qədəm arasteye-lotfe-Xodast"
164
Beytin farscası:
"Nə hər ke tərfe-koləh kəc nehad-o tond neşəst
Sepahdari-yo ayine-sərvəri danəd"
217
Astrabadda baş verən hadisələrdən biri də Əli Sultan
Özbəkin oraya gəlişidir. O doqquz yüz əlli beşinci ildə (miladi
1548/49) birdən-birə Xarəzmin bəzi yerlərini istila etmişdi. Bəd
fikirli özbəklərdən altı min nəfər döyüşçü Astrabada gəldi.
Sədrəddin xandan sonra hakim olmuş Şah Əli Sultan Ustaclı onların
qarşısına çıxdı, Astrabadın kənarında hər iki dəstə arasında bərk
vuruşma oldu. Ustaclı qazilərinin mərdanəliyi sayəsində müzəffər
dövlətin qüvvələri qalib gəldilər. Onlar Qabus günbəzinə qədər
özbəkləri təqib edərək, əksəriyyətini qətlə yetirdilər, başlarını isə ali
saraya göndərdilər.
Başqa bir hadisə isə belə olmuşdur: Şah Əli Sultan doqquz
yüz əlli yeddinci ildə (miladi 1550/51) vəfat etmiş, Astrabad
hakimliyi isə Keçəl Şahverdi Ustaclıya verilmişdi. Yəqə türkmanları
ona qarşı çıxdılar. Səbəbi belədir: Keçəl Şahverdi hakimliyə
başlayan vaxt yəqə türkmanları təbrik və mübarəkbadlıqdan ötrü
onun yanına gələrək çoxlu peşkəş gətirdilər. Oxlu tayfasının başçısı
Əya gözəl, ləyaqətli və yaraşıqlı rəna bir cavan oğlandı. Şahverdi
Sultan yanına gəlmiş başçılardan yalnız ona yanında qalmaq
təklifini etdi, eşqini bildirdi. Bu məsələ türkmanların arasında
yayıldı. Əya bədnamlıq qorxusundan icazəsiz olaraq bir gecə ata
süvar olub öz elinə döndü. Qisas almaqdan ötrü türkmanların
darüğəsi və Şahverdi Sultanın qohumu olan Şatır bəyi qətlə yetirib
sultana yağı oldu. Şahverdi Sultan onları cəzalandırmağa yollandı.
O, oxlu tayfasına yaxınlaşıb əskərləri o tayfanın qarətinə göndərdi.
Şahverdi Sultan öz mülazimlərindən bir neçə nəfərlə bir təpə
üzərində dayanıb qarət əməliyyatına baxdığı vaxt, adı çəkilən Əya,
türkmanlardan ibarət bir qoşunla qəfil bəla kimi gəlib sultana yetişdi
və onu qətlə yetirdi. Sultanın öldürülməsindən agah olan ustaclılar
qaçıb şəhərə getdilər. Damğan və Bəstam hakimi olan Əmir Qeyb
Sultan Ustaclı bu xəbəri eşidərək Astrabada hücuma keçdi və oranı
öz mühafizəsi altına aldı, məsələni saraya bildirdi. Əya Oxlunun
üsyan və fitnəkarlığı şaha məlum olduqda doqquz yüz altımış ikinci
ildə (miladi 1554/55) Kökçə Sultan Qaçan, Əli Sultan Tatıoğlu
Zülqədəri, Çərəndab Sultan Şamlını və Mustafa Sultan Vərsağı o
fitnəkarın fitnəsini dəf etməyə yolladı. Onlar gəlib çatdıqda, Əya
onlara tab gətirə bilməyib Xarəzmə tərəf qaçdı, Əli Sultan Özbəkdən
kömək istədi. Əli Sultan tamahkarlıq həvəsinə düşərək ağır qoşunla
Cürcana yollandı. Əzəmətli əmirlərin ordusuna yaxınlaşanda
218
qızılbaş ləşkərinin keyfiyyət və kəmiyyətindən agah oldu.
Gəlişindən peşiman olaraq əmirlərlə yaxınlıq yaratdı. Tərəflər
arasında töhfə və hədiyyə alış-verişindən sonra belə qərara gəldilər
ki, Əya bundan sonra qoy öz işləri ilə məşğul olsun, ayağını ədəb
dairəsindən kənara çıxarmasın və əmirlərin də onunla işləri olmasın.
[Əli Sultan] sülh peymanından sonra Xarəzmə qayıtdı. Həmin səfər
vaxtı Kökcə Sultan vəfat etdi, başqa əmirlərsə hərə öz ülkalarına
getdilər. Bu gediş-gəlişlər və düşmənçilikdə adı çıxan Əyanın
beyninə təkəbbür və böyüklük həvəsi yol tapdı. Doqquz yüz altımış
beşinci ildə (miladi 1557/58) İbrahim xan Zülqədər Astrabad
hökümətinə təyin olunmuşdu. Əya bir dəstə türkman üsyankarını
ətrafına yığaraq Astradbada yaxınlaşdı. İbrahim xanın onu dəf
etməyə gücü olmadığından məsələni şaha bildirdi. [O vaxt] həzrət
cənnətməkan şah Qəzvin darüssəltənəsində idi. O, İbrahim xana
kömək etmək və Əyanın fitnəkar vücudunu həyat löhvəsindən
silmək üçün Şahqulu Xəlifə Möhrdarın sərkərdəliyi ilə Bədr xan
Ustaclı, Yadigar Məhəmməd Sultan Tərxan Türkman, Rüstəm xan
Əfşar və başqa əmirləri təyin etdi. Əzəmətli əmirlər qoşun və ləşkər
bəzəyərək ordularını nizama saldılar, Astrabada yetişib İbrahim
xana birləşdilər, birlikdə Əyanın üzərinə yollandılar. Türkmanlar
arasında çaxnaşma düşdü. Əya o ləşkər qabağında müqavimət
göstərə bilməyərək, öz xanəköçünü (83) qoyub fərar etdi. Qazilər
onun el və ulusunu qarət edərək, elə orada da dayandılar. Elə bu
əsnada Əya bir dəstə türkmanla göründü və cəngə hazırlaşmağa
başladı. İqbal döyüşçüləri də hərb səfini bəzəyib vuruşmağa
başladılar. Hücumun şiddəti və havanın istiliyindən qazilərin atları
əldən düşdülər və şahmat atları kimi cansız oldular. Hərb axşamadək
davam etdi. Gecə özünün zülmət pərdəsini döyüş xəlvətgahının
şahidləri üzünə çəkdiyi zaman hər iki tərəf vuruşmadan əl çəkərək
istirahətə başladı. Ertəsi gün Əya oxlu tayfasından olan bir dəstə
adamla döyüş meydanına gəldi. Hər iki tərəfin davamlı həmləsindən
sonra Əya özünün zəyifliyini, qızılbaş qoşununun qüvvətliliyini
müşahidə edib geri çəkildi və anladı ki, təkbaşına bir iş görə
bilməyəcəkdir. Buna görə də Xarəzm yoluna şığıdı. Əzəmətli
əmirlər onu təqib edə-edə Ətrək çayına qədər qovdular. Həmin
biyabanın yandırıcı havasında ləşkərin sərdarı Şahqulu Xəlifə
qılınca mübtəla olub keçindi, ləşkərin başqa əmir və əyanı Bədr
xanın sərdarlığını qəbul edərək, hərə öz işinə başladı. Onlar hər yana
qarətə gedib iki-bir, üç-bir, bir-birilərindən ayrılaraq, özlərini əldən
219
saldılar. Belə bir vəziyyətdə qarovullar xəbər gətirdilər ki, Əli
Sultan Özbək yenidən [qızılbaşlara] qarşı çıxmış və döyüşkən
ləşkəri ilə Əya Oxlunun köməyinə yollanmışdır. Bədr xan
ləngimədən ata minərək özbək ləşkərinin qarşısına cumdu. Əli
Sultan
qızılbaş
döyüşçülərinin
igidliklərindən
çəkinərək
ehtiyatkarlıq etdi və ordusunun dövrəsini xəndəklə əhatələdi,
xəndəyin xaric tərəfini isə qala kimi möhkəmlətdi. Qazilərsə bu
tərəfdən xəndəyə yaxınlaşıb cəngə başladılar. Özbəklər qaziləri
xəndək arxasından ox və tüfəng atəşinə tutdular. Hərb əsnasında
Əya iki yüz nəfərlə ləşkərin arxa tərəfinə hücuma keçdi. Əmirlərin
Bədr xana "müxaliflər məkr və hiylə qapılarını açmışlar, qoy bir
dəstə adamı göndərək ki, ləşkərin arxasını Əyanın hiyləgərliyindən
qorusun" dedilərsə də, o, bu fikri qəbul etmədi, müxalif tərəfin
gücünü qiymətləndirmədən özbəklərlə cəngə başladı. Əya isə
rikabdarların dayandıqları yerin arxasından gəlib qulluqçuları hədəfə
tutdu. Türkmanların oxlarından bir-birinə dəyən qulluqçuların
bəziləri xəndəyin kənarında, bəziləri isə xəndəkdən keçərək
özbəklərlə əlbəyaxa oldular. Özbəklər də cürətlənib xeyli ox və
güllə yağdırdılar və qızılbaş dəstəsini ürəktikən ox və can yandıran
güllə ilə dağıtdılar. Əmirlər və qazilər döyüş qayda-qanunu əsasında
irəli getməyib ehtiyatsızlıq etdiklərinə görə böyük məğlubiyyətə
uğradılar, özlərini heç yerdən keçidi olmayan Gürgan çayına atdılar
və onların əksəriyyəti fəna girdabında qərq oldu. Bu cəngdə min
nəfərədək qızılbaş cavanı qətlə yetirildi, yaxud da əsir alındı.
Əmirlərdən İbrahim xan və Rüstəm xan öldürüldü, Bədr xan,
Yadigar Məhəmməd xan və başqaları ələ keçirildi, qalanları isə sağ-
salamat Damğana gedib çatdılar.
Dostları ilə paylaş: |