QƏNDƏHAR VİLAYƏTİ VƏ ZƏMİNDAVƏRİN, HİRMƏND
[ÇAYI] KƏNARINDAKl GƏRMSİRATIN FƏTH OLUNMASI,
HƏMÇİNİN O VİLAYƏTDƏ BAŞ VERƏN BƏZİ SABİQ
HADİSƏLƏRİN ZİKRİ
Cənnətməkan şahın dövründə fəth olunan vilayətlərdən biri
də Qəndəhar və onun ətraf yerləridir. Əhvalat belə olmuşdur: Adı
çəkilən vilayət müzəffər xaqan Sultan Hüseyn Mirzə Bayqaranın
hakimiyyəti zamanı onun və oğlu Sultan Bədiüzzamanın hökmüylə
189
Əmir Zəvalnun Ərğuna və onun oğlu Şüca bəyə verilmişdi.
Mirzənin vəfatından və o sülalənin süqutundan sonra Xorasan
məmləkəti Sahi bəy Sultan Özbəkin əlinə keçdi, onun xidmətinə
gələn Şüca bəy nəvazişə layiq görüldü. Elə həmin il mərhum padşah
Məhəmməd Babur Mirzə ibn Ömər Şeyx ibn Sultan Əbu Səid Mirzə
ibn Sultan Məhəmməd ibn Mirzə Miranşah ibn əmirkəbir
sahibqıran Əmir Teymur Gurəkan Kabuldan Qəndəhara ləşkər
çəkdi, Şüca bəy və Əmir Zəvalnunun övladları ərğun tayfası ilə o
həzrətlə hərb edərək məğlub oldular. Qələbə çalan Babur
döyüşçüləri Qəndəhar vilayətini və Zəmindavəri Əmir Zəvalnunun
xəzinə və dəfinələri ilə birlikdə ələ keçirib, o həzrətə verdilər.
Babur o vilayət idarəçiliyini öz qimətli qardaşı Nasir Mirzəyə
verərək, Kabula qayıtdı. Qəndəhar hadisəsindən xəbərdarı olan
Şeybək xan Özbək saysız-hesabsız əskərlə o vilayətə doğru yürüşə
yollandı. Əmir Zəvalnunun övladları onun qarşısına çıxdılar, özbək
ləşkərinin çərxçisi kimi Qəndəhara hücum etdilər. Qala divarları
arxasında qalan Nasir Mirzə nəhayət məmləkəti atıb, Kabula -
qardaşının yanına getdi. Şeybək xan isə həmin vilayətin və onun
mülkiyyətinin idarə olunmasını fərmanla ərğunlara verib geriyə
qayıtdı. Süleyman şanlı həzrət xaqanın (Şah İsmayılın - Ş.F.)
zühurundan və Şeybani xanın (Şeybək xanın -Ş.F.) o həzrətin cahanı
fəth edən qılıncı ilə öldürülməsindən sonra Xorasan məmləkəti, yeri
cənnətdə olan o padşahın əlinə keçdi. Ona sədaqət məktubu və
peşkəş göndərən Şüca bəy bir müddət Qəndəhara sahiblik etdi. O,
[hərdənbir] Heratda olan kamkar şahzadələrinə və qızılbaş
bəylərbəyilərinə əl uzadırdı. Nəhayət, Zəhirəddin Məhəmməd Babur
yenidən Kabuldan Qəndəhara ləşkər çəkdi və oranı mühasirəyə aldı.
Şüca bəysə bir neçə vaxt qaladarlığa başladı və mühasirə müddətini
uzatdı. Nəhayət, o, Herat bəylərbəyi Durmuş xan Şamlıdan kömək
xahişi (esteğase) etdi. Durmuş xan da padşahdan belə bir iltimas
elədi: "Şah dərgahına öz sədaqət və qulamlığını izhar edən Şüca
bəyə qarşı bizim sədaqət və əlaqəmiz yol vermir ki, ona köməklik
göstərməyək". [Buna görə də,] Babur padşah Durmuş xanın
iltimasına görə Qəndəhar mühasirəsindən əl, çəkib Kabula qayıtdı.
Şüca bəysə, özünün Molla Baqi adlı etibarlı bir adamını Qəndəharda
qoydu və Xorasana getdi. Durmuş xanın orada olmadığı vaxt həmin
dövlətxahlıq izhar edən Molla Baqi Qəndəhan baburilərə, həzrət
Babur padşahsa o vilayəti oğlu Mirzə Kamrana verdi. Həmin
tarixdən başlayaraq Qəndəhar Mirzə Kamranın adamlarının
190
əllərində qaldı. Hümayun cənnətməkan şahın cülusundan on bir il
keçdikdən sonra, doqquz yüz qırx birinci ildə (miladi 1534/35) Sam
Mirzə Qəndəharı fəth etmək həvəsinə düşüb oraya hücum etdi.
Mirzə Kamrandan əvvəl hakim olan Xacə Kəlan qalanı, qoruyaraq
səkkiz ay qaladarlıqla məşğul oldu. Mirzə Kamran Lahurda çoxlu
döyüşçü toplayıb köməyə gəldi, aralarında bərk cəng başlandı. Sam
Mirzə kamil mürşidin (Şah Təhmasibin - Ş.F.) razılığı olmadan bu
işə başladığı üçün onun hərəkəti bəyənilmədi. Ağzıvar xan həmin
mərəkədə qətlə yetdi, Sam Mirzə isə məqsədinə yetmədən geri
qayıtdı. Fərmanla Xacə Kəlanı Qəndəharda qoyan Mirzə Kamran
geri döndü.
Doqquz yüz qırx üçüncü ildə (miladi 1536) yeri cənnətlik
olan hümayun şah altıncı dəfə Übeyd xanın fitnəsini dəf etməkdən
ötrü Xorasana gəldi. O, Qəndəharı tutmaq və qızılbaşlarla hərbə
başlamış cığataylardan intiqam almaq üçün yürüş cilovunu Herat
darüssəltənəsindən Qəndəhara tərəf istiqamətləndirdi. Cah-cəlal
ordusunun təntənəsi xəbəri o yerlərə yayıldıqda, hümayun fallı şah
çətiri həmin diyara kölgə saldı. Yuxarıda yazıldığı kimi, Xacə Kolan
orada qala bilməyərək, Sində* tərəf getdi. Onun Qəndəharda
qoyduğu Gənci Xacə hümayun ordunun istiqbalına çıxaraq qala
açarını təhvil verdi, adı çəkilən vilayət bu güclü dövlət övliyalarının
əlinə keçdi, oranın idarəsi və mülkiyyəti Budaq xan Qacara verildi.
Dünya xosrovunun İraqa tərəf qayıdışından sonra Mirzə Kamran
yenidən ləşkər toplayaraq, Lahurdan çoxlu adamla Qəndəhara gəldi.
Rum sultanının yürüşü və Əlqasın yağı olmasına görə həzrət
cənnətməkan şahın İraq və Azərbaycanda işi çox olduğundan, artıq
Xorasana yürüş etmək imkam müyəssər deyildi. Hərb qanun-
qaydasına və zəmanəyə uyğun hərəkət edən Budaq xan Qacar özünü
mühasirəyə məruz qoymayıb Qəndəhardan çıxdı, Mirzə Kamran
geri qayıtdı.
Doqquz yüz əlli birinci ildə (miladi 1544) mərhum
Məhəmməd Hümayun padşah ibn Babur padşah əfqan qoşununun
hücumuna tab etməyərək Hind vilayətindən İrana gəldi. O, həzrət
cənnətməkan şahin yanında Qəndəhar məsələsində Mirzə Kamranın
kobudluğu barədə öz xəcalətini izhar edib dedi: "Əgər Qəndəhar
fəth olunsa, onu şahın mülazimlərinə verəcəkdir". O həzrət etdiyi
vədə vəfadar oldu, Qəndəharın müzəffər əsgərlər tərəfindən ələ
keçirilməsinin ilk vaxtında Əskəri Mirzə həmin şəhəri o yürüş
zamanı ləşkərin sərdarı və məşhur şahzadə Sultan Muradın lələsi
191
olan Budaq xan Qacara təhvil verdi. Elə o əsnada da şahzadə vəfat
etdi. Hələ Hümayun padşahın işləri başa çatmamışdı ki, cığatay
əhalisi tərəfindən o həzrət mülazimlərinin əmin-amanlığı üçün
Qəndəharı yenidən Budaq xandan götürüb, Bayram xan Türkmana
verdilər, düşündülər ki, o hər iki tərəfin dövlətxahıdır və həmin
həzrətin işləri başa çatanadək Qəndəharı əldə saxlaya bilər.
Hümayun padşahın Kabul və Bədəxşanda Mirzə Kamranla dava-
dalaşda olduğu bir neçə ildə Qəndəhar Bayram xanın əlində qaldı.
Həzrət şah, Hümayun padşahın ehtiramının saxlanılması və Bayram
xanın xidmət və sədaqətinə hörmətə görə, Qəndəhar məsələsində
etinasızlıq göstərdi, şəhəri ondan geri almadı. Bu o vaxtadək davam
etdi ki, mərhum padşah öz kamına yetdi və Qəzneyni, Kabulu və
Hindistanı tutdu, amma Qəndəharı hələ qızılbaşlara verməmişdi kı,
padşahın qaçılmaz məsələsi ortaya çıxdı, aligövhər atasının yerinə
möhtərəm oğlu Cəlaləddin Məhəmməd Əkbər* padşah oldu.
[Amma,] o vaxt Şah Məhəmməd Qəllati Bayram xan tərəfindən
Qəndəharda qalmışdı. Doqquz yüz altmış üçüncü ildə (miladi
1555/56) Zəmindavər hakimi Bahadır xan Özbək Qəndəhara ləşkər
çəkərək, oranı Şah Məhəmməddən almaq istədi. O, şahın yanına bir
adam göndərib dedi: "Qəndəhar o dərgahın mülazimlərinin
olduğundan, bir qızılbaş ləşkəri göndərilsin ki, özbaşına tərzdə oranı
işğal edən Bahadır xanın şəri aradan götürülsün, məmləkət
qızılbaşların əllərində qalsın". Buna görə də, həzrət cənnətməkan
şah Sultan Hüseyn Mirzə ibn Bəhram Mirzəni Əliyar Sultan Əfşar,
Vəli Xəlifə Şamlı və bəzi əmirlərlə birlikdə Şah Məhəmməd
Qəllatinin köməyinə yolladı. Vəli Xəlifənin oğlu Şahverdi Xəlifə bir
dəstə şamlı döyüşçüsü ilə Bahadır xana hücuma keçərək qəfildən
onun üstünə tökülüşdülər. Arada güclü döyüş oldu. Cəngdən sonra
Bahadır xan Hindistana tərəf qaçdı, amma Şah Məhəmməd Qəllati
məkr və hiylə ilə qalanı mirzənin və əmirlərin üzünə bağlayaraq,
qaladarlıq etməyə başladı. Əzəmətli əmirlər Zəmindavər vilayətini
tutdular və Qəndəhar işləri barədəki həqiqəti şaha ərz etdilər.
Cənnətməkan şah doqquz yüz altmış beşinci ildə (miladi 1557/58)
Əli Sultan Tatioğlu Zülqədəri döyüşkən bir ləşkərlə Qəndəharın
fəthinə yollayıb, o vilayətin idarəçiliyini və mülkiyyətini Sultan
Hüseyn Mirzəyə namizəd etdi. Dərya kimi dalğalanan döyüşçülər
Qəndəhar qalasını mühasirəyə alıb qalatutma mərasiminin icrasına
başladılar. Şah Məhəmməd Qəllati də vuruşa qalxdı, arada altı ay ox
və güllə səfirlərinin gediş-gəlişləri oldu, müharibə atəşi şölələndi.
192
Məsələnin sonunda o, müqavimət göstərməkdə aciz qaldı, əlini
aman ətəyinə atdı. Əhd-peymandan sonra qalanı təhvil verərək Hind
diyarına rəvan oldu, Sultan Hüseyn Mirzə Qəndəhar əyalətində
istiqlal tapdı. Təxminən iyirmi il o, qiymətli ömrünün kölgəsi
altında həmin diyarda hakim oldu, izzətli və xoşbəxt həyat yaşadı,
İsmayıl Mirzənin cülusu vaxtı təbii əcəllə öldü. Onun fərzəndləri
haqqında, inşallah, bu aləmi bəzəyən kitabın ikinci səhifəsində,
əlahəzrət zilləllah şahın möhtərəm əhvalının şərhi zamanı müşk
yağdıran qələmlə məlumat veriləcəkdir. İndi isə, kəlamın sövqü,
sözün zəbti və məqamın münasibliyini nəzərə alıb, Xorasanda baş
verən hadisələrin ardı yazılacaq, o həzrətin [Şah Təhmasibin] səadət
peyvəndli uca dövlətinin hakimiyyəti dövründəki hadisə və
vaqiələrdən bəhs olunacaqdır.
ÜBEYD XANIN VƏFATINDAN SONRA BAŞ VERMİŞ
XORASAN HADİSƏLƏRİNİN ARDI, HABELƏ CAHANI VƏ
CAHANDA OLAN HƏR ŞEYİ YARADANIN TƏQDİRİ VƏ
İRADƏSİ İLƏ HƏYATA KEÇƏN ƏHVALATLARIN ZİKRİ
Ənbər ətirli qələm bundan əvvəl yuxarıda belə yazmışdı:
Übeyd xan ibn Mahmud Sultan ibn Əbülxeyr xan sağ olduğu
müddət ərzində öz işğal əlini Xorasan mülkünə uzatmış, qaniçən
özbəklərin yürüşləri nəticəsində həmin diyarda çoxlu yerlər
dağıdılmışdı. Onun vəfatından sonra Xorasan bir neçə ilidi ki, əmin-
amanlıqdaydı.
Herat
darüssəltənəsində
Məhəmməd
ibn
Şərəfəddinoğlu Təkəli ədalət bayrağı ucaltmış və məşhur şahzadə
Sultan Məhəmməd Mirzənin mülazimətində durub, mülk işləri ilə
məşğul olmaqdaydı. O, Ğorcistana* ləşkər çəkərək özbəklərlə və
oranın hakimi Sima Bayram Oğlanla böyük savaşlar etmiş və qələbə
çalmışdı. [Buna görə də,] Özbəklərin illərlə Xorasana gəlmək cürəti
olmamışdı. Doqquz yüz əlli yeddinci (miladi 1550/51) ildə,
Übeyd xanın vəfatından on bir il sonra, atasının yerinə Buxarada
padşah olmuş oğlu Əbülxeyr xan da üqba aləminə yollandı. Bəraq
xan ibn Sevincək Sultan ibn Əbülxeyir xan, Əbdüllətif Sultan və
Şah Məhəmməd Sultanla birlikdə Daşkənd, Səmərqənd və Hisare-
Şadmandan Xorasana ləşkər çəkərək, çoxlu adamla Herat üzərinə
gəldi. Məhəmməd xan Şərəfəddinoğlu qala və şəhərin möhkəmliyi
ilə kifayətlənməyərək, şəhərin xaricində küçəbəndlər
(səngərlər- Ş.F.) qurdu və oralara təcrübəli sərdarlar, topçular və
193
tüfəngçilər təhkim etdi. Özbəklərlə qızılbaşlar arasındakı cəng
günlərlə uzandısa da, özbəklər bircə küçəbəndi də ola bilmədilər.
Özbək sultanlarının ən şücaətli sultanı olan Şah Məhəmməd Sultan
Sistanı və Fərahı qarətə yollandı. Oradan qayıdıb Herata gəldiyi vaxt
Bəraq xana etirazla dedi: "Niyə indiyədək küçəbəndləri ələ keçirə
bilməmisən?". İddia ilə əlavə etdi: "Sabah küçəbəndləri tutmayana
qədər mən at üstündən yerə düşməyəcəyəm". Ertəsi gün çoxlu
məşhur bahadırlardan ibarət döyüşçü ilə bu məqsədlə atlara süvar
oldular və o, "Məzare-Şah Zeyd" ("Şah Zeydin məzarı" -Ş.F.)
küçəsinə üz tutdu, igidliklə oranı qoruyanlara hücum etdi.
Küçəbəndin qoruyucuları müqavimətə tab gətirməyərək, fərar edib
küçəbəndin arxa tərəfinə keçdilər. Şah Məhəmməd Sultan və
özbəklər atlarını küçəbəndin ağzına qədər (dəhəne) sürdülər. Elə bu
əsnada təsadüfən canüzən bir daş atıldı və sultanın üzünə dəydi, o,
qürur atından torpağa yıxıldı. Belə bir vəziyyətlə Məhəmməd xanın
mülazimlərindən olan məchul bir adam vaxtında özünü ona yetirdi
və onun bədənini baş yükündən yüngülləşdirdi. Bir neçə adlı-sanlı
bahadır da əsir götürüldü. Şah Məhəmməd Sultanın başına gələn
hadisənin xəbəri Bəraq xana çatdıqda qorxuya düşdü, qayıdış
təbilini
döyərək
Mavərənnəhrə
gəldi.
Məhəmməd
xan
Şərəfəddinoğlu və oğlu Qazaqın həbsindən sonra aləm şahzadəsi
Sultan Məhəmməd Mirzə ali orduya getdi, [amma] təzədən Xorasan
mülkünə hakim təyin olundu və Şahqulu Sultan Yeqan Ustaclı onun
lələsi oldu, ali şahzadənin ordusu ilə Xorasana yollandı. Abdullaxan
ibn İsgəndər xan ibn Canı bəy Sultan və Xosrov Sultan yürüş əzmi
ilə Amu çayından keçərək Xorasana — mirzənin və sultanın
keçəcəyi yolun üçtünə çıxdılar. Mirzənin başına Xorasan ləşkəri
hələ gəlib-yığışmadığı üçün, həmçinin o zaman mirzənin və sultanın
hələ cəng istedadı olmadığından, onlar özlərini "Türbəte-
Heydəriyyə" ("Heydəriyyə türbəti") qalasına saldılar. Özbək
sultanları isə yetişərək, qalanı mühasirəyə aldılar. Düşmənlərin dəf
olunmasından ötrü Xorasan əmirlərinin hər biri öz yerindən hərəkətə
başladı. Hələ gəlib bir yerə toplaşmamışdılar ki, İraq ləşkərinin
gəlib-yetişməsi xəbəri yetişdi. Özbək sultanları tab gətirə bilmədilər,
əvvəlcə Xosrov Sultan ehtiyatı əldən verməyib getdi, ertəsi günsə
Abdulla xan köç təbilini döyərək, Buxaraya qayıtdı. Onların
gedişlərindən sonra bir daha Mavərənnəhr sultanlarından heç kim
Xorasana gəlməyə cürət etmədi, fəqət birdən-birə Pir Məhəmməd
xan ibn Canı bəy Sultan Bəlxdən çıxıb, müqəddəs şəhər (Məşhəd -
194
Ş.F.) yaxınlığına gəldi və yenidən geri qayıtdı, dayısı Tulək bahadırı
töhfə və hədiyyələrlə üzrxahlıqdan ötrü xalqlara pənah olan dərgaha
göndərdi, Tulək bahadırsa şahanə iltifatla sərəfraz olaraq geri
qayıtdı. Başqa bir vaxt Özbək xan ibn Rüstəm Sultan ibn Cam bəy
Sultan doqquz yüz altmış yeddinci ildə (miladi 1559/60) Əndxod və
Şibirğandan* səkkiz min qaniçən və döyüşkən döyüşçü ilə çıxaraq
Sərəxs, Zurabad və Cama gəldilər, bir neçə dəfə qarətkarlıq edib, öz
diyarlarına döndülər. [O zaman] Cam hakimi Zeynal xan ibn
İbrahim xan Zülqədər, Mir Hüseyn Sultan Firuzcəngi yanına çağırdı
və özbəklərin dəf olunmaları xüsusunda onunla məsləhətləşdi. O və
cığatay əmirlərindən olan məşhur Hacı Sultan Kutval qoşun bəzəyib
Zeynal xana birləşdilər. O da onların köməyinə yetişərək, özbəkləri
təqib etmək fikrini bildirdi, amma adları çəkilən əmirlər təqibi
məsləhət bilmədilər. Bir dəstə döyüşçünü təqibə yollayıb,
məğlubiyyətə uğrayan Zeynal xan, öz cəhalət və qürurunun
çoxluğundan, iki min beş yüz nəfər qızılbaş və cığataylarla
özbəklərin ardınca gedərək, Pole-Xatunda Özbək xana çatdı. Özbək
xan iki-üç min döyüşçünü qızılbaşların qarşısında qoyub, özü isə
yeddi min nəfərlə pusquda dayandı. İlk həmlədə özbəklər məğlub
oldular. Zeynal xanın adamları qənimətlərdən ötrü təzəcə işə
başlamışdılar ki, Özbək xan pusqudan çıxdı və atını əmirlərə tərəf
sürdü, onları bir həmlə ilə məğlub etdi və qızılbaşlar dağılışdılar.
Qızılbaşların tam qüvvətlə mərdanə döyüşmələrinə baxmayaraq,
min nəfərədək qızılbaş və cığatay döyüşçüsü, habelə Zeynal xan və
Mir Hüseyn Sultan öldürüldü, Hacı Sultan Kutval isə qoşunun
qalıqlarıyla birlikdə yüz həyəcanla həmin qorxulu mərəkədən yaxa
qurtara bildi. [Beləliklə,] Zeynal xanın tədbirsizliyi, cəhaləti və
qüruru üzündən, qüvvətli qoşuna belə bir zərbə dəymiş oldu və
Özbək xan öz diyarına döndü.
HÜMAYUN CƏNNƏTMƏKAN ŞAHIN BAĞDAD
DARÜLXİLAFƏSİNƏ VƏ XUZİSTANA YÜRÜŞÜ VƏ
CAHAN PƏRVƏRDİGARININ İLTİFATIİLƏ İNADKAR
ADAMLARIN DƏF OLUNMALARININ ZİKRİ
Bu kitabın əvvəlində dünya şəhriyarının, yəni həzrət Cəm
məqamlı cənnətməkan şahın dövründə baş vermiş hadisələrin şərhi
vaxtı iki dilli qələm bəyan səhifəsində belə yazmışdır: Hümayun
cülusun başlanğıcında, habelə hakimiyyəti və cahanı bəzəyən
195
şəhriyarın dövründə Süleyman məkanlı həzrət xaqanın (Şah
İsmayılın - Ş.F.) qorxusundan özlərinin şöhrətsizlik (xəmul)
zaviyələrində oturan ətraf yerlərin üsyankar adamları başlarını üsyan
cibindən çıxardılar və onlardan müxalifət və tüğyan görünməyə
başladı. O həzrət, yuxarıda yığcam məlumat verildiyi kimi, uzun
müddət düşmənlərin dəf olunmaları, inadkarların cəzalandırılmaları,
mülk və millət işlərinin icrası ilə məşğul olmasından başqa, səfərlərə
çıxır, yasaq elan edir və onun zəruri yürüşlər üzündən rahətliyi
olmurdu. Hümayun hücumla bağlı olan Bağdad darüssalamı
hakimlərinin üsyan və tüğyan hadisəsi onlardan biridir. Noxud
Sultanın oğlu Zülfüqar Kəlhər hakimi idi. Alın lövhəsinə müxalifət
və inadkarlıq nəqşini cızaraq, Bağdadın hakimliyi və mülkiyyətini
ələ keçirmək fikrinə düşdü. İbrahim Sultan hərçənd ki, Zülfüqarın
belə mülayim olmayan bir tərzdə gəlişi barədə Sultan Qurinin*
(mətndə səhvən "Sultan Qədri" yazılmışdır - Ş.F.) fikrini öyrənməyə
çalışdı [və dedi ki,] onun belə sürətlə xəbərsiz gəlişi xeyir və
səlamətlikdən xəbər vermir, sultan onun fikrini qəbul etmədi. O, bir
neçə yaxın adamıyla öz divanxanasında rahat əyləşmişdi ki,
Zülfüqar ordu kənarına çatıb, ona basqın etdi. Bu vəziyyəti
müşahidə edən İbrahim xan çaşdı, adam toplamaq və müdafiə
füpsəti əldə edə bilməyib, canının qorxusundan özünü hərəmxanaya
atdı. Zülfüqar bir dəstə adamla atdan enib, hərəm xeyməsinin
kəndirlərini qılıncla kəsdi və onlar İbrahim Sultanın üstünə
tökülüşdülər, sultanı yanındakı bir neçə adamla iti qılınclarla parça-
parça etdilər. Ərəb əmirlərindən olan Seyid Süleymanın oğlu Seyid
bəy Kəmunə dörd yüz adamla gələrək, zərurət üzündən Zülfüqara
birləşdi. Zülfüqar bu vaqiədən sonra çoxlu adamla darüssalama çatıb
oranı tutdu. O, öz qohum-əqrəbalarından çoxlu adamı qəhr qılıncı
ilə qətlə yetirdi və bütün İraqi-Ərəbi özünə götürüb, orada
hökmranlıq bayrağını (əbme-təsəllət) dalğalandırdı. Bu məsəb
ədalətli şəhriyara (Şah Təhmasibə - Ş.F.) ərz olunduqda, doqquz yüz
otuz beşinci ildə (miladi 1529/30) onun cah-cəlal ordusu müzəffər
əsgərlər və iqbal döyüşçüləri ilə birlikdə İraqi-Ərəbə doğru hərəkət
etdi, az vaxtda darüs-salamın ərazisi fələk ehtişatlı xosrovun cah-
cəlal çadırlarına məskən oldı. O zaman günəş Sərətan bürcündə*
olduğundan hava olduqca isti idi.
Beyt
196
Elə istiydi hava, çaydakı xərçəng hətta,
İstilikdən başını salmış idi çayda quma
153
Bədxislət Zülfüqar bir dəstə bazıpozuq kütlənin sözü ilə
şəhər darvazalarını bağlayıb qaladarlıq işlərinə başladı, cəngə
hazırlaşdı. İqbal ordusunun mübarizləri Bağdad hasarını əhatəyə
alaraq, qaragün müxaliflərlə hər gün vuruşurdu və onların arasındakı
cəng atəşi şölələnməkdəydi. Zülfüqarın qardaşları Əli bəy və
Əhmədbəy o haramzadənin gördüyü işin aqibətini düşünüb, fürsət
düşən kimi həmin talesizin üstünə tökülüşdülər, iti qılıncla başını
bədənindən ayırıb, ali saraya gətirdilər. Bağdad qalası, beləliklə də,
hümayun şah iqbalının gücü, bəlkə də məhz İlahinin təsdiqi ilə fəth
olundu. Zülfüqarın fitnəkar mülazimləri şahanə qəzəbin
qorxusundan özlərini Dəclə çayına atdılar ki, bəlkə nicat sahilinə
üzüb çıxsınlar, amma onların əksəriyyətini fəna dalğası qərq etdi. O
həzrət isə, böyük əzəmət və cah-cəlalla darülxilafəyə gəldi və onun
ədalət nurları o vilayətin hər yerini işıqlandırdı. Hökm verildi ki,
şəhərdə heç kimi Zülfüqarın dövründəki əməllərinə görə sorğu-suala
çəkməsinlər, xalq buna görə də bu əbədi dövlətin davamı üçün
dualar etməyə başladı. Ərəb qəbilə sərdarları şaha dilli-dilavər
elçilər və layiqli peşkəşlər yollayıb Bağdadın fəthi münasibətilə onu
təbrik edirdilər. Cənnətməkan şah hərarətin daha da şiddətlənməsi
və öz hümayun zatına qızdırma xəstəliyi üz verdiyinə görə orada
dayana bilmədi, darüssalamın idarə olunmasını və mülkiyyətini o
vaxtadək "sultan" olan Məhəmməd xan Şərəfəddinoğluya verdi,
İraqi-Ərəbdən İraqi-Əcəmə yönəldi və sağ-salamat səltənət
paytaxtına yetişdi.
Onun Xuzistana və Ərəbistana yürüşünün səbəbi bu
olmuşdur: Dizful valisi olan Əlaüddövlə Rənaşi (Rənaş o vilayətin
kəndidir - Ş.F.) itaət və fərmandan boyun qaçırıb, xilaf mövqeyinə
keçmişdi. Buna görə də, Xuzistan yürüşünə başlamaq vacib bilindi.
Hümayun cülusdan on səkkiz il keçəndən sonra, doqquz yüz qırx
səkkizinci ildə (miladi 1541/42) cahanı fəth edən bayraqlar o
istiqamətə doğru hərəkətə gəldi. Qələbə nişanlı əsgərlər Luristanın
153
Beytin farscası:
Bud z-angunə həva gərrn ke, dər abe-rəvan
Sine bər rig nehadi ze hərarət sərətan.
197
Xürrəmabadına gəldikdə, Əmir Cahangir Abbasi Lur Kuçek səltənət
başçısının qəbuluna getmək səadətinə yetdi, iltifat və nəvazişə layiq
görüldü. İqbal qoşununun gəliş xəbəri Dizful və ona yaxın
yerlərdəki düşmənlərin səbrü qərarını əllərindən aldı. Adı çəkilən
Əlaüddövlə qorxu və dəhşətdən öz məmləkətlərini ataraq işıq və
külək sürəti ilə Bağdada tərəf qaçdı. Dizful vilayəti səadətli şah
xeymələri ilə dolduqda Həvizə hakimi Seyid Şücaəddin Pədran
Müsəşəi öz sədaqət üzünü şaha göstərərək, nəvaziş və lütfkarlıqla
şərəfləndi, həmin vilayət fərmanla ona mərhəmət olundu. Şiraz
hakimi İbrahim xan Zülqədəri bir dəstə əmir və əsgərlə Bayat
qalasındakı düşmənlərin qarətinə göndərdilər, beləliklə də o tərəfin
bütün işləri ürək istəyən kimi nizam-intizam tapdı və qələbə cilovu
İraqa tərəf istiqamətləndi. Xülasə, o həzrət hümayun cülusundan
otuz il keçənədək mülk işlərinin irəli getməsindən ötrü səadət və
iqballa çalışdı. Bu tarixdən sonra Təbriz darüssəltənəsinə yaxın
məsafədə olan Van bölgəsi rumiyyə qoşununun əlinə keçdiyindən,
hümayun paytaxt və bu əbədi səltənətin taxtgahı kimi Qəzvin
darüssəltənəsini münasib göründü. Şah orada dövlətxana və gözəl
bir bağ salaraq iqamət etdi. İmarət işlərinin dörd-beş ilə
tamamlanmasından iyirmi il keçən müddətə qədər şah Qəzvin
darüssəltənəsindən heç yana getmədi, onun dövlət bayrağı gün-
gündən ucaldı, dünya sultanları Keyvan bürcünədək ucalan dərgaha
gəlməyə başladılar:
Dostları ilə paylaş: |