CAHAN ŞƏHRİYARININ İQBALI SAYƏSİNDƏ ŞİRVAN
VİLAYƏTİNİN FƏTH OLUNMASI, O MƏNFƏƏTLİ VƏ
GÖZƏL MƏMLƏKƏTİN ƏLƏ KEÇİRİLMƏSİNİN ŞƏRHİ
Cənnətməkan şahın fəth etdiyi məmləkətlərin birincisi bol
mənfəətli (kəsirül-mənfəət) Şirvan məmləkətidir. O diyarın valiləri
(vəllat) Ənuşirəvan Kəsranın (Xosrovun - Ş.F.) nəslindəndirlər və
"şirvanşah" adı ilə məşhurdular. Ata-babadan o vilayətdə hökmran
olanlar zümrəsindən biri Fərrux Yəsar ibn Fəraməz ibn Gəştasb ibn
Fərruxzad ibn Əmir Xəlilullah ibn Sultan İbrahim, ibn Sultan
Məhəmməd ibn Fərruxzad ibn "Xaqan" adı ilə məşhur olan
Mənuçöhrdür* ki, Xaqani Mənuçöhrün məddahı (madeh) olmuş" elə
buna görə də "Xaqani" təxəllüsünü özünə götürmüşdür. Fərrux
Yəsar yüksək səfəviyyə sülaləsi ilə inad mövqeyində dayandı ki, bu
haqda yerli-yerində danışılacaqdır. [Şirvanşahlar] Sultan Güneyd və
Sultan Heydərlə cəng edib onları şəhadətə yetirdilər. Amma, Fərrux
Yəsar nəhayət Süleyman şanlı xaqanın intiqam qılıncı ilə
cəzalandırıldı və o sülaləyə lərzə düşdü. Sultan Xəlil ibn Şeyxşah
ibn Fərrux Yəsar incəlikləri görən əqlinin gücü ilə Süleyman şanlı
xaqanın dərgahına gələrək ona tabeliyini bildirdi, nəvazişə layiq
görüldü, şahanə iltifat nəticəsində uca "şirvanşah" rütbə və
mərtəbəsinə yetişməklə şərəfraz oldu. O həzrətin (Şah İsmayılın -
Ş.F.) vəfatından sonra o, cənnətməkan şahın iltifat və şəfəqqəti
altındaydı və bir neçə il şan-şöhrət və iqballa ömr sürdü. Ali
hümayun cülusdan (Şah Təhmasibin cülusundan - Ş.F) on iki il
keçdikdən sonra doqquz yüz qırx ikinci ildə (miladi 1535) Sultan
Xəlil fani aləmə əlvida edərək, ölməz (cavidan) cahana yollandı, və
[sonsuz olduğu üçün] ondan nəsil qalmadı. Şirvan əmirləri hələ
kiçik olan onun qardaşı oğlu Şahrux ibn Sultan Fərrux
ibn Şeyxşahı
səltənət taxtına əyləşdirdilər. Şirvan əmirlərinin özbaşınalığı
nəticəsində o sülalənin (şirvanşahların - Ş.F.) qayda-qanunu
pozuldu, nizam-intizamdan əsər-əlamət qalmadı, diyarda hərc-
mərclik başlandı. O əsnada qələndər bir oğlan iddia edərək dedi:
"Mən Sultan Məhəmməd ibn Şeyxşaham". [Buna görə də,] onun
başına çoxlu ləşkər yığıldı və o, Salyanı tutdu, oradan Şamaxıya
gəldi. Şahruxun adamları (əshab) əmirlərin süstlükləri və ləşkərin
171
dağınıqlığı (biettefaqi) nəticəsində ona qarşı çıxa bilmədilər,
Şamaxıdan fərar etdilər və Biqord (mətndə səhvən "Biford"
yazılmışdır - Ş.F.) qalasına getdilər. [Nəticədə] şirvanşahların
təxtgahı olan Şamaxı qələndər oğlanın əlinə keçdi. Qələndərin
adamları da avara, veyil və hərcayı idilər və onların arasında ağıllı
və bacarıqlı heç kəs yox idi. [Qələndər] cəhaləti və tədbirsizliyinə
görə Şamaxını tərk edərək, Salyana tərəf qayıtdı. Biqord qalasındakı
Şirvan böyükləri qələndərin Şamaxıdan getdiyini bilərək, Şahrux
Mirzənin ordusu ilə onun təqibinə yollandılar, Salyan yaxınlığında
döyüşə başladılar. Şahruxun adamları qalib, qələndər məğlub oldu,
şirvanşahların əlinə keçdi, Şeyx Padar onu qətlə yetirdi. Amma,
Şirvan əmirləri əvvəlkindən də çox sırtıqlıq (ziyadəruy) və
tabesizliyə başladılar, müsəlmanların mal və namusuna əl uzatdılar.
Şahrux isə azyaşlı olduğundan, onları bu işlərdən çəkindirə bilmədi.
Əhali Şirvan zalımlarının (zoləma) zülmündən cana doyaraq zaman
şirləri dərgahına (şirane-zəman)
144
yalvarışa (esteğase) başladı.
Qorçibaşı Padar və bir dəstə döyüşçü də fəryada gəldilər:
Beyt
Əl əman, Yəcuc* zülmündən ey İsgəndər şanlı şah,
Ey Süleymanı bu dövrün, divlərin bax cövrünə!
145
Cənnətməkan şah həmin səliqə-səhmanlı (nozhət) vilayətin
fəthini və oranın zalım, üsyankar adamlarının dəf olunmasını öz
şahanə köməyi (zemməte-hemmət) üçün lazım bilib doqquz yüz qırx
beşinci ildə (miladi 1539) şahzadə Əlqası Müntəşa (mətndə
Müsənna) Sultan və bir dəstə qacar, təvaleş və Qarabağ döyüşçüsü,
həmçinin iyirmi min adam və qorçibaşı Padarla birlikdə həmin
vilayətin fəthinə yollandı.
Şirvan qalaları fəthinin şərhi:
Qəhrli döyüşçülər gəmi ilə Kür çayını keçərək Şirvana
gəldilər. Şirvan əhalisi onlarla xilaf və üsyan məqamında
144
Səfəvi dərgahına - Ş.F.
145
Beytin farscası:
Ey Sekəndərmənzelət əz zolme-Yəcuc ələman,
V-ey Soleymane-zəman, əz covre-divan zinhar!
172
dayandılar, vilayət qalalarını yararlı adamlarla möhkəmləndirdilər
və cəngə başladılar. Qalalar tutan mübarizlər əvvəlcə Sürxab
qalasını fəth etdilər, sonrasa Qəbələ qalasını ələ keçirdilər. Oradan
çıxıb Şirvanın ən möhkəm qalası olan Gülüstan üzərinə fəth
kəməndi atdılar. Mühasirədən ötrü bir dəstə qəhrli adam göndərildi.
Şahrux Mirzə Biqord qalasında olduğundan qalibiyyətli əskərlər o
tərəfə yollandılar. Şahrux Mirzənin vəkili Hüseyn bəy mərdanə
ləşkərlə qızılbaş döyüşçülərinin qarşısına çıxdı və hər iki tərəf
Biqord dərəsində qarşılaşdı, cəng başlandı. İqbal dəstələrinin
mübarizələri göstərilən dərəni müxaliflərin qanı ilə doldurdular.
Məğlub olan Hüseyn bəy qalaya qaçdı, orada bürc və barıların
möhkəmləndirilməsi və qaladarlıq ləvazimatının tədarükünə başladı.
Qızılbaş dəstələrinin dilavərləri onları mühasirəyə aldılar. Tərəflər
arasında hər gün cəng məşəli şölələnməkdəydi. Şirvanlılar
müxalifət və üsyanda israrlı idilər. Mühasirə müddəti dörd ay çəkdi.
Şəki vilayətinin valisi Dərviş Məhəmməd xan şirvanlıların
köməyinə gələrək, şəbxun məqsədiylə qızılbaş ordusunun kənarına
gəlib-çatdı, nağara döydürdü, şeypur çaldırdı. Ad-san axtaran igidlər
və cəngavər qorçilər o adamların dəfinə başlayaraq onları məğlub
etdilər. Dərviş Məhəmməd xan, adamlarının əksəriyyətini ölümə
verdi, heç bir iş görə bilməyib, geri qayıtdı. Şirvanlıların kömək yeri
(etezad və estezhar) qalmadığı üçün onlar müqavimət göstərmək və
qaladarlıq etməkdə aciz qaldılar, məktub yazıb dedilər: "Əgər alicah
şahın özü səadət və iqballa buraya təşrif gətirsə, [qalanı] ona təslim
edərik". Əmirlər məsələni [şaha] ərz etdilər. Cənnətməkan şah
Mərənddən çıxıb Şirvana yola düşdü və o vilayətin hər tərəfi (sahət)
padşahın dünyanı gəzən çətir günəşinin şüalarından işıqlandı. O,
qala ayağına gəlib çatdığı günün ertəsi Hüseyn bəy Vəkil böyük
adamlar və əyan-əşrafla qaladan çıxıb Şahrux Mirzəni gətirdi,
qalanın və xəzinələrin kilidlərini başı göylərə ucalan dərgahın
xadimlərinə (xoddam) təqdim etdi. Gülüstan qalasının kutvalı* da
eşiyə çıxaraq, qalanı təhvil verdi. Hüseyn bəy Vəkil Şirvanın əksər
günahkarları ilə birlikdə etdikləri müxalifətə, ədəbsizliyə və üsyana
görə cəzalandırdılar, tezliklə Şahrux Mirzə də ədəm diyarına
yollandı. [Şah] o diyar hakimliyini şahzadə Əlqas Mirzəyə verib,
yürüş cilovunu Azərbaycana tərəf çevirdi. O dövrün şairləri Şirvanın
fəthi barədə aydın ifadəli (ğorra) qəsidələr və [maddeyi-] tarixlər
nəzm etmişlər ki, o cümlədən iki beyt təqdim olunur:
173
Zühəl bürcünədək xəbər ucaldı,
"Fəthe-Şirvan " oldu o fəthin adı.
Olsa yüz il sonra belə bir zəfər,
"Fəthe-Şirvan " deyə yad edəcəklər.
146
"Fəthe-Şirvan" ifadəsindən əgər yüz (səd) rəqəmi çıxılsa,
qalıq bu fəthin tarixini göstərər.
Əlqas Mirzə Şirvanda doqquz il müstəqil hakim oldu.
Silahının çoxluğu, şahanə ziynəllərinin bolluğu, məqamının
böyüklüyü və qoşununun əzəmətinə görə yolunu azdı, öz vəli-
nemətinə qarşı üsyan etdi. Yuxarıda yazıldığı kimi, [buna görə də]
əbədi lənətə giriftar oldu. Cənnətməkan şah o vilayəti əziz oğlu
İsmayıl Mirzəyə verdi və Göyçə Sultan Qacarı o şahzadənin
xidmətinə təyin etdi. Şahzadə Şirvana yerləşdikdən sonra, Şirvan
sultanları nəbirələrindən olan və qaytaq (mətndə səhvən "yacaq"
yazılıb - Ş.F) camaatı içərisində yaşayan Mirzə Bürhan doqquz yüz
əlli dördüncü ildə (miladi 1547/48) Şirvana gəlib Qəlhanda*
dayandı. Bir neçə fitnəkar adam, eləcə də Şirvanın bəzi döyüşçüləri
o zəlil (məxzul) adamın başına toplaşdılar. Onlar meşə və
cəngəlliklərdə dəyənəklər düzəldib (cəpər boride) cəngə
hazırlaşdılar. İsmayıl Mirzə və Göyçə Sultan ağır qoşunla o
üsyankarların dəfinə yollandılar, qalibiyyətli qoşun çərxçiləri
və o yaramaz (məqhur) dəstə arasında cəng oldu. Şahzadənin ali
qoşunu döyüş meydanına gələn vaxt Şirvan döyüşçüləri müqavimət
göstərə bilməyib məğlub oldular. Bürhan Mirzə yüz əzab-əziyyətlə
özünü Dağıstana çatdırdı, adamlarının əksəriyyəti qətlə yetdilər.
Rum xandgarının qədirbilməz Əlqasla birlikdə gəlişi xəbəri
aydınlaşanda, İsmayıl Mirzə və Göyçə Sultan talehin fərmanıyla
səadət əsaslı orduya gəldi. Şirvan vilayətini boş görən Bürhan Mirzə
Şamaxıya gələrək öz işğal əlini o mülkə uzatdı və bir neçə gün orada
dövlət bayrağı qaldırdı, amma dövlətin üzü o tayfadan
(şirvanlılardan - Ş.F) döndüyündən, onun ömür çırağı tezliklə söndü
və Bürhan üqba aləminə cumdu. Sultan Süleymanın geriyə
146
Beytlərin farscası:
Ze kuyəş bəşarət bər eyvane-Keyvan,
Dər oftad avazeye fəthe-Şirvan
Ço fəthi konəd bəd səd sale digər,
Nevisənd tarexe-an "Fəthe-Şirvan".
174
qayıdışından və Əlqas Mirzənin doqquz yüz əlli altıncı ildə (miladi
1549) həbsindən sonra o vilayət hakimliyi İsgəndər şanlı xaqanın
bacısı oğlu və kürəkəni (damad), Məhəmməd xan nəsilli Qara xanın
oğlu Abdulla xan Ustaclıya verildi. Şirvanlıların Bürhan Mirzəyə bir
neçə günlük itaət və tabeliklərindən sonra [onların bəziləri] Abdulla
xandan qorxdular və Xəzər dənizi adalarından birinə pənah aparıb
oraya sığındılar. Xanın geriyə dönməsindən ötrü onlara
istimalətnamələr* göndərilməyinə baxmayaraq, razılaşmadılar,
üsyan və tüğyana başladılar və Abdulla xan önlara hücuma keçdi.
Qızılbaş qaziləri suya (çaya - Ş.F) at sürüb o müxalif tayfanın
üzərinə yürüşə başladılar və hərb atəşi alovlandı. Nəticədə, o
inadkar dəstənin əksər adamları qəhr və cəza qılını ilə öldürüldü,
qazilərin əlinə bol mal keçdi və onlar geri döndülər. Abdulla xan
Şirvan hakimliyində müstəqilləşdi, ətraf yerlərdə məşhur oldu, bir
neçə il kamranlıq və şadmanlıqla yaşadı. Sultan Süleymanın
Azərbaycana dördüncü yürüşü olan doqquz yüz altmış birinci ildə
(miladi 1554), Rum sultanının dərgahına pənah aparmış sabiq
şirvanşahlar nəslindən Qasım adlı birisi döyüşkən qoşunla Kəffə
yoluyla Şirvana göndərildi. Dərbəndi keçən Qasım qədəmini o
vilayətə basdığı vaxt şirvanlılar yenidən fitnəkarlığa başlayaraq,
Abdulla xandan üz döndərdilər, Qasımın başına toplaşdılar. Abdulla
xan da müzəffər qızılbaş döyüşçüləriylə onun dəfinə yollandı.
Möhkəm bir məkan olan Səkkə (?) adlı bir yerdə tərəflər üzbəüz
oldular. Səkkə çətin alınası yer olduğundan Abdulla xan da orada bir
iş görə bilməyib, Şamaxıya qayıtdı, Qasım isə Biqord qalasına
girərək orada cəngə hazırlaşdı və on iki min nəfər rumi, şirvanlı
(şirvani) və yeniçəridən ibarət adanıla Abdulla xana hücum etdi.
Xanla birgə olan qızılbaş ağsaqqalları zəfər pənahlı qoşunlarının
azlığı və azğın şirvanlıların çoxluğundan çəkinərək, hələlik döyüşə
girmədilər. İlahinin imdadına və padşah iqbalının gücünə arxalanan
xan [nəhayət] on iki min əskəriylə düşmənlə hərbə başladı və onlar
qoşunla Gülüstan qalası yaxınlığında bir-birilərinə yaxınlaşdılar,
aralarında cəng alovu şölələndi. İqbal qoşununun mübarizləri və
bacarıqlı bahadırlar həmin zəlil qoşuna mərdanə həmlələrə
başladılar, tərəflər axşamacan döyüşdülər. Şam vaxtı o bəxti
dönmüşlərin bəxt ulduzu fəna və zavala uğradı və məğlubiyyət
müxalif ləşkərin payına düşdü, qazilərin Yəmən qılıncı (tiğe -
Yəmani) sıyrıldı və həmin gözlərini qan tutmuşların əksəriyyəti fəna
bəhrinə qərq oldu, o başsızların başlarından minarələr ucaltdılar,
175
yerdə qalanları isə Təbəristana tərəf qaçdılar. Qasımın cəngdə
öldürülməsi, yaxud idbarlıq və azğınlıq diyarına fərar etməsi
haqqında məlumatımız yoxdur, amma Qazi Əhməd Qəjfari "Tarixi-
cəhanara" kitabında yazmışdır ki, [Qasım] məğlubiyyətdən sonra
cəng meydanından çıxdı və onun taleyi məlum olmadı, Abdulla xan
isə o diyarda öz əzəmət və iqtidar bayrağını daha yüksəklərə
qaldırdı, inadkar adamları iti qılıncla cəzalandırdı, rəiyyəti və
tabeçiliyində olan başqa adamları öz ədalət və rifah himayədarlığı
(kənəf) altında saxladı, məmləkətin halını yaxşılaşdırdı. Abdulla
xanın qorxusu (məhabət), şirvanlıların, eləcə də Təbəristan və
Dağıstan əhalisinin ürəyində elə yer tutmuşdu ki, ona qarşı çıxmaq
heç bir böyük və kiçik adamın xəyalına belə gəlmirdi. Abdulla xan o
vilayəti müstəqil şəkildə on altı ilə idarə etdikdən sonra, doqquz yüz
yetmiş dördüncü (miladi 1567) ildə bəqa aləminə getdi və həmin
vilayətin hakimliyi Araz xan (Ərəs xan) Rumluya verildi. O,
cənnətməkan şahın sağlığı dövründə Şirvan vilayətinin hakimi o idi.
958-ci İLDƏ (MİLADİ 1551) ŞƏKİ
VİLAYƏTİNİN FƏTHİ BARƏDƏ SÖHBƏT
Cənnətməkan şah tərəfindən fəth olunan məmləkətlərin biri
də iki tərəfdən Şirvana, bir tərəfdən Gürcüstana, başqa tərəfdənsə
Dağıstana və Əlbürz dağına bitişən Şəki vilayətidir. Dədə-babadan
oranın hakimi olan Həsən bəy şirvanşahiyyə kökündəndir.
Şəki qalalarının olunmasının zikri:
Süleyman şanlı xaqanın (Şah İsmayılın - Ş.F.) hakimiyyəti
zamanı Kaxet Gürcüstanının hakimi Ləvənd Gürcü, Şəkiyə qoşun
çəkdi və onunla Şəki valisi arasında hərb vaqe oldu, Həsən bəy
gürcülərlə döyüşdə şəhid oldu. Şəkinin əzəmət sahibləri onun oğlu
Dərviş Məhəmməd xanı öz hakimləri etdilər. Amma, o, atasının
əksinə olaraq bu qüvvətli dövlət övliyalarının əleyhinə çıxıb,
düşmənçiliyə başladı, ondan dəfələrlə xilaf əməllər zahirə çıxdı.
Cənnətməkan şahın Şirvanın fəthi üçün ləşkər göndərdiyi vaxt,
yuxarıda yazıldığı kimi, [Dərviş Məhəmməd xan] qızılbaş ordusuna
şəbxun etdi. Buna görə də doqquz yüz əlli səkkizinci ildə (miladi
1551) cah-cəlallı iqbal döyüşçülərinin qələbə ayəli ordusu bu
vilayətin fəthindən ötrü o tərəfə hərəkətə gəldi. Hümayun şahın
176
yürüşü xəbəri ətraf yer hakimlərini [də] həyəcana gətirdi, Ləvənd
xan Gürcü o həzrətə xidmətkarlıq kəmərini belinə bağlayıb, ümid
üzünü aləmpənah dərgaha gətirdi, Ərəs (Ərəş olmalıdır – Ş.F.)
şəhərində şahın dərgahına gələrək şahanə nəvazişlərlə sərəfraz oldu.
Dərviş Məhəmməd xanın adına hümayun nəvaziş və iltifat
məktubları yazılaraq, onu da öz eli ila birlikdə tabe olmağa dəvət
etdilər. Əbədi səadətli bu dövlətdən öz bəxtinin dönüklüyünə görə
üz çevirən xan, qalalarının möhkəmliyinə arxalanaraq, üzünə
müxalifət qalxanı tutdu, bəzi Şəki sərbazları da Kiş qalasını
möhkəmlədib oraya sığındılar. Dərviş Məhəmməd xanın özü isə
olduqca uca və möhkəm olan Gələsən və Görəsən qalasına getdi.
Hələ şövkət sahiblərinin heç biri o qalanı fəth edə bilməmişdi.
Dərviş Məhəmməd xan orada qaladarlığa başladı. Onun bir dəstə
adamı isə Əlbürz dağının ətəyindəki möhkəm bir yeri özlərinə
sığnaq* edərək, cəngə amadə oldular. Zərrənin günəşlə müqayisəsi
nisbətində olan o dəstənin müxalifəti və inadkarlığından ali
mənsəbli şəhriyarın qiyamət gününü xatırladan qəzəbinin şöləsi
zəbanə çəkdi, zəfər nişanlı ordu mübarizlərindən Sevindik bəy
Qorçibaşını, Bədr xanı və Şahqulu Sultan Ustaclını bir dəstə
müzəffər əskərlə Kiş qalasının fəthinə, Abdulla xan Ustaclını və
Ləvənd xan Gürcünü Gələsən və Görəsən qalasına, möhrdar
Şahqulu Sultan Ustaclını [isə] qüvvətli döyüşçülərdən ibarət bir
dəstə ilə Sığnaqa yolladı. Adlı-sanlı əmirlər və qələbə şüarlı əsgərlər
mühasirə və qalatutma işinə başladılar, top, zərbzən və badlic**
zərbələri ilə qala divarlarını çatlatdılar, bürc və barılara sədəmə
yetirdilər. Qalada mühasirəyə düşənlərin sifətlərində acizlik və ruh
düşkünlüyü (enkesar) müşahidə olundu. Kiş qalasının kutvalı qılınc
və kəfənlə şəhriyarın dərgahına gəlib, qala divarlarının açarlarını
ona verdi, bəxşişlərlə mükafatlandırıldı. Şahın fərmanı ilə qala
viran, bürc və barılarsa yerlə yeksan edildi. Bu qalanın fəthindən
sonra dünya xosrovunun iqbal ordusu Sığnaqa tərəf hərəkətə gəldi.
Kiş qalasının fəthindən və səadətli padşahın yürüşündən xəbərdar
olan Sığnaq camaatı o həzrətin heybətindən təşvişə düşərək, xalqlara
pənah verən dərgaha dəstə-dəstə gəldilər, öz acizlik və çarəsizlik
sifətlərini ethiyac torpağına sürtdülər. Etdiyi əməldən peşiman olan
Dərviş Məhəmməd xan bir gecə Gələsən və Görəsən qalasından
çıxıb, bərk heyrət və sərgərdanlıqla rahat bir yer axtarırdı ki, özünü
bu qanlı burulğandan (vərte) qurtara bilsin. O, bəxtinin qaralığından
dörd yüz nəfər əzilmiş döyüşçüsü ilə Abdulla xan Gürcünün (?)
177
ordusunun yaxınlığından keçdi. Şüarları igidlik olan qazilər xanın
fərar etməsindən xəbərdar olaraq, təqibinə başladılar, azacıq məsafə
qət etdikdən sonra o dəstəyə çatdılar. Dərviş Məhəmməd xanın
camaatı çarəsiz hərəkət (hərəkətül-məzbuhi) etdilər və onların
əksəriyyəti qazilərin iti qılıncları və qanlar tökən xəncərləri ilə qətlə
yetdi. Dərviş Məhəmməd xan Çərəndab Sultan Rumlunun Kosa
Pirqulu adin mülazimi ilə vuruşdu və Kosa Pirqulu gözəl xistətli və
tərifəlayiq xasiyyətli padşahın iqbal gücü sayəsində ona qalib gəldi,
başını bədənindən ayırıb ali dərgaha gətirdi, onu o həzrətin
səadətmənd səməndinin (atının) ayağı altına atdı və mükafatlanaraq
sərəfraz oldu.
Beyt
Bir baş ki, etməyə şaha itaət,
Bədəndən ayrıla gərək nəhayət
147
Şəki vilayəti tamamilə qüvvətli dövlət övliyaları tərəfindən
zəbt olundu, oranın hər yeri düşmənlərdən təmizləndi və şərafətli
şah torpaqlarına qatıldı.
HƏZRƏT CƏNNƏTMƏKAN ŞAHIN QƏZAVATININ ŞƏRHİ,
İMANSIZ GÜRCÜ KAFİRLƏRİNİN MƏHV OLUNMALARI
VƏ GÜRCÜSTANIN FƏTHİ HAQQINDA SÖHBƏT
Dindar [və] şəriətpərvər padşahın Həqqpərəst fikri daim
cəhad işlərinə başlamaq olduğundan, anıma Şərq və Qərb
ölkələrinin qüvvətli düşmənləri ilə əlaqədar məsələlərlə məşğul
olduğu üçün, istəyi təxirə salınırdı. Amma, [o,] fürsət tapan kimi
xristian (nəsari) Gürcüstanın qala və başqa yerlərinin qəzasına
148
yollanırdı. Hökmranlığının və cahanı bəzəməyinin səadətli
günlərində həmin diyara dörd dəfə ləşkər çəkdi, bir neçə dəfə də
ləşkərlər yolladı. Pak din mücahidlərinin (yəni qızılbaşlarının —
147
Beytin farscası:
Səri k-u tovqe-fərmanəş nəxahəd
Əgər əz tən ceda oftad şayəd.
148
Qəza - dini müharibə, müqəddəs yürüş - Ş.F.
178
Ş.F.) qılıncı ilə Gürcüstanın yeddi ölkəsi şahın hakimiyyəti atına
keçdi və o yerlərin hakimləri o həzrətə tabe olan və həzrət tərəfindən
təyin olunan adamlar oldular. Onlar cizyə* və xərac verməyə boyun
olub xütbə və sikkələrini o həzrətin şöhrətli adı və yüksək (sami)
ləqəbi ilə bəzədilər. Kaxet, Kartil (Kartli - Ş.F.) və Mesq (Mesxeti -
Ş.F.) vilayətləri barədə yığcam şəkildə bunları demək olar:
Şirvan və Şəki vilayətləri Gürcüstan vilayətlərinə
(Gürcüstanın) yaxın olduğundan, o yer hakimlərinin qüvvəti
olmadığı üçün bəzi vaxtlarda gürcü kafərləri həmin mülklərin ətraf
yerlərinə ləşkər çəkir, müsəlmanlara zərər yetirirdilər. [Buna görə
də] həmin yerlərin sultanları özlərini müdafiə edir, arada
düşmənçilik və dava-dalaş başlayırdı. Şahın zavala uğramayan
iqlalının təntənəsi xəbəri o vilayətdə (Gürcüstanda - Ş.F) yayılan
vaxt, yuxarıda yazıldığı kimi, Ləvənd xan Gürcü, padşahın iltifat
kölgəsinə müraciət edərək, itaət və xərac ödəmək (xəracgozari)
məsələlərinə başladı.
[Həmçinin] Gürcüstan valilərindən Qərqərənin (mətndə
səhvən "Fərfərə" - Ş.F) oğlu Keyxosrov da bir qul kimi (bəndevar)
özünü ali şah mülazimləri silkinə mənsub etdi. O, daim bu səltənətə
xidmət etməklə o həzrətin (Şah Təhmasibin - Ş.F) köməyinə belə
bağlayırdı. Amma, Kartil valisi Luvarsab, Başıaçıq valisi və Dadyan
valisi dəfələrfə müxalifət edərək, lazımi qədər itaət göstərmir, ali
hümayun şaha müti olan yuxarıda adı çəkilən Keyxovrovun ölkəsinə
dəxalət edirdilər. Bir neçə dəfə onlara qarşı igid əsgərlər
göndərilmiş, Başıaçıq və Dadayeli valiləri tənbeh olunmuş və
başlarını öz ədəb ciblərinə qoymuşdular. Luvarsabdan da, bəzi
vaxtlarda, yöndəmsiz hərəkətlər görünmüş və o, İslam diyarının
kənar yerlərinə əl uzatmışdı. Buna görə də, gürcü azğınlarının şah
tərəfindən cazalanmaları lazım bilinərək, qəzaya qərar verildi və
qəzavat savabına yetmək arzusu bu istəyi həyata keçirdi.
Dostları ilə paylaş: |