Birinci Şah Abbasın doğum tarixi:
Bəlağətli sairlər onun qiymətli mövlud tarixini Padşahe-
həft eqlim (Yeddi ölkə padşahı) [maddeyi-] tarixində hesablamış və
bu barədə bir nəzm yazmışlar:
[Maddeyi]-tarix
Padşahlıq bağının tazə gülü
Elə ki, oldu cahan içrə müqim,
İstədi yazə təvəllüd ilini
Fələyin hökmü ilə təbi-səlim
Nagəhan gəldi qeybdən bir səs
Və dedi: "Padşəhe-həft eqlim".
179
O iqbal ulduzunun doğuşundan sonra o əziz gövhəri öz
böyük atasının yanına gətirən atası ərz etdi: "Ona qiymətli ad
qoymaq şəhriyarın rəyi ilə olmalıdır, siz işarə edin ki, [körpə] həmin
adla adlansın". İsgəndər şanlı nəvvabın bir məktubu təsadüfən elə
həmin gün gəlib həzrət cənnətməkan şahın xoşbəxt nəzərinə yetişdi.
Həmin ləhzələrdə şahın ilham bəyanlı dilində asiman ilhamının bu
sözləri təkrarlanırdı:
"Əbbas Əli oldu şire-qazi
179
Maddeyi-tarixin farscası:
Novnehale-çəməne padşəhi
Ke begolzare-cəhan gəşt moqim,
Sale movlude-vey əz kelke-qəza
Çon rəqəm kərd həme təb-e səlim,
Nagəhan əz peye-tarixəş goft
Hatefi "Padşahe-həft eqlim".
252
Sərdəfləre-ləskəre Hicazi".
180
Elə məktub çathaçatda ikən də [şah] müdam bu beyti təkrar
etməkdəydi. [Ümumiyyətlə] ədəm yoxluğundan vücud meydanına
qədəm basan hər şahzadə üçün dövlət xəzinəsindən (xəzineyi-
amere) xalça (qaliçe) və beşik ləvazimatı (yəraqe-məhd) şəfqət
olunurdu. Həzrət cənnətməkan şah o səltənət və şəhriyarlıq bağının
sərvindən ötrü mübarək dövlətxananın "Çehel sotun" ("Qırx sütun")
sarayında olan və öz altına saldığı mübarək xalçasını beşiklə birgə
şahzadəyə göndərdi. Sanki o bəyənilmiş (həmide) xasiyyətli zat
(Şah Təhmasib - Ş.F.) duymuşdu (mottəsel) ki, o əzəmət və
böyüklük bürcünün dürrü tezliklə şahlıq taxtını bəzəyəcək və
padşahlıq sarayının canişini olacaqdır. [Anladı ki,] bu şahzadənin
dövlət günəşi cah-cəlal məşriqindən görünəcək, şahlıq məqamına
vüsal işığı salacaq və gündən-günə güllənən bu dövlətin
həmişəbahar gülşəninə tazəlik, paklıq və təravət bəxş edəcəkdir.
[Bildi ki,] səltənət və kamkarlıq çəminə yol tapan fitnə-fəsad iti
qılıncın zülalı ilə yenidən bahar əyyamının təravətinə bürünəcək,
bədxah və bədkar adamlar dövlətin gücü, fikrin istiqaməti, qəlbin
fərasəti (fətanət), əqlin qüvvəti və hüsni-təbdir yoluyla öz cəzalarına
çatacaqdır. Xülasə, südəmər çağından (hine-reza) səltənət və
hökmranlıq əyyamına qədər o həzrətin uca səltənət mərtəbəsinə və
var-dövlətə yetişəcəyi haqda qeybdən çoxlu əlamətlər və işarətlər
gəlməkdəydi. O cümlədən, həzrət cənnətməkan şah haqqında
danışılan rəvayətçilərin dillərindən bir-iki qəribə hadisə
söylənilməkdədir ki, onları düzgün sözlü rəvayətçilər (ravi) özləri
eşitmişlər. Buna görə də, o həşəmət sahibinin (Şah Abbasın - Ş.F.)
mənəvi dərəcələr məqamına yüksəlişi haqqında, sözün uzun
çəkəcəyinin fərqinə varmadan, bu səhifədə yazılacaqdır. Onların biri
budur: Dövlət və iqbal bağının o yeni doğulan nihalının təvəllüd
xəbəri cah-cəlal sarayına çatmazdan qabaq həzrət cənnətməkan şah
öz böyük atasının yanında olan o həzrətin (Şah Abbasın - Ş.F)
böyük qardaşı Sultan Həsən Mirzəni yanına çağırıb dedi: "Bu gün
Herat darüssəltənəsinə bir qasid gəlib xoş bir xəbər gətirəcəkdir. O
xəbər mənim və sənin göz aydınlığımıza səbəb olacaqdır". Bu
180
Farscası belədir:
"Əbbase-Əlist şire-qazi
Sərdəftəre-ləşkəre-Hecazi"
253
sözlərdən sonra qasid gəldi və yazıldığı kimi, o həzrətin təvəllüd
müjdəsini gətirdi.
İkinci qəribə məlumat isə budur: Əzəmətli qorçilərin biri, o
ali mənzilli şahzadənin səadətli təvəllüdündən bir neçə il sonra əmr
alıb Herat darüssəltənəsinə getmişdi. Qorçi geri qayıdanda həzrət
cənnətməkan şah o bəyənilən sifətli şahzadənin vəziyyəti və mənəvi
xisləti barədə sual etdi. O şəxs ağlının azlığından və
bilməməzliyindən o həzrət haqqında lazimi qədər düzgün məlumat
verə bilmədi. Cəm məqamlı həzrət şah hiddətlə buyurdu: "O
qiymətli gövhər haqqında sənin heç bir xəbərin yoxdur. [O şahzadə]
bu dudmanın gözünün işığı və çıraq yandıranı olacaqdır". Şah
yuxarıda yazılan:
"Əbbas Əli oldu şire-qazi
Sərdəftəre-ləşkəre Hicazi"
beytini həmin ləhzə öz mübarək dilinə gətirdi. Hər biri öz istedad və
ləyaqətinə (şayəstegi) görə gözəl səltənətə layiq olan bu dudman
şahzadələri arasında həmin uca mərtəbəyə ucalma şərafəti yalnız
xilafət arxının kənarında bitən həmin sərv tərəfindən bu mərtəbənin
yalnız onun qabiliyyət qamətinə uyğun gələcəyi ilə təsdiqləəndi və o
əziz körpənin (movludun) ülvi, dünyəvi və mənəvi dərəcələri
gözəlliklə cilvələndi. O gözəl amallı şahzadənin yüksəlişi (saderat)
barədə hərçənd ki, dərindən düşünmək (xovz) və söz demək uzun
çəkər, amma o həzrətin əhvalının əsas cəhətləri (məbadi) haqqında,
o cümlədən Xorasan mülkündəki dəyişikliklərə bais olan o qiymətli
gövhərin Herat darüssəltənəsində qalması barədə bu kitabda söz
demək lazım bilindi. "Günəş kimi səmada parlayan"
181
elmli aqillərə
və bilikli alimlərə məlumdur ki, əgər yüksək dayaqlı (əkran) divanın
uca səltənət və kamkarlıq mənsəbi [ağıllı bir] dövlət sahibinin adına
yazılarsa və məsələnin başlanğıcında (bedayət) müxtəlif çətinliklər
(şədayed) ortaya çıxarsa elə bir vəziyyət dövlət sahibinin
çətinliklərinin hər biri nəticəsində, dünyadakı zahirpərəstlərin
nəzərincə, ruhani əlaqələrin qırılmasına səbəb olar. Amma,
müqəddəs zatın (Allahın - Ş.F.) əzəli hikmət və ilahi himayətinin
istəyinə görə cahanın o seçilmiş adamı (Abbas -Ş.F.) məkrli və
zarərli (məzarr) hadisələrdən elə qorunur ki, bu dünyanın ağıl
181
İfadənin ərəbcəsi: "Kə-ş-şəmsi-s-sarıqəti min-əs-səməi"
254
sahiblərinin heyrətinə səbəb olur, nəhayət məna aləminin uzaqgörən
şəxslərinə elə bir gözəl hüsnlü surət dəyir ki, həmin surətdə olan
bəyənilməz cəhətlər, (kərahiyyət), yaxud minlərlə elmi hikmət,
mülki mənfəət (məsaleh) fəqət əzəli qüdrətin əli ilə əmanət (vədiət)
verilmiş xüsusiyyətlərdir. Əziz dövlət sahibi əgər ilahi tərəfindən
qorunarsa, dünya zərərindən və əqli dayaz adamların xəyanət (keyd)
və qəddarlığından qorunmuş olar
Beyt
Gər bütün qılınclar birdən çəkilsə,
Bir damar da kəsməz Rəbb istəməzsə
182
Bu sözlərin yazılmasından məqsəd şah və Cəm qədir-
qiymətli şahzadə, habelə "bütün Allah bəndələri sahiblərinin
lütfkarlığı"
183
ilə əlahəzrət zilləllah şahın barəsində söz deməkdir.
Fəaliyyətlərinin başlanğıcında bir çox əzəmətli hökmdarlar dünya
hadisələrinin çətinliyinə məruz qalmış, nəticədə iqbalm gücü və bəxt
ulduzunun köməyi sayəsində sərvərlik meracına yüksəlmiş, "Biz
bəni-Adəmlərə qarşı səxavətli oluruq"
184
deyiminə müvafiq olaraq
onlar özlərinin uca mətbəbələrinə və böyük məqsədlərinə
yetişmişlər. [Şah Abbasın] südəmər çağından və uşaqlığından
başlayıb dövlət zirvəsinə merac edən vaxtınadək [Allah-təala] onu
ruzigar hadisələrindən, düşmənlərin qəsdlərindən, yağılarn
xəyanətindən, haramnəmək adamların qəddarlığından qorumuş, heç
şübhəsiz "biz səni xəlifə və ərzin [sahibi] etdik" ayəsinə uyğun
185
dünyada ona heç bir iqlidar sahibi olan fatehə (keşvərqoşa)
müyəssər olmayan mülklər almaq və aləm məsələlərini nizamlamaq
kimi vəzifələri qismət etmişdir ki, bu işlər haqqında bu dəftərin zeyl
hissəsində yerli-yerində məlumat veriləcəkdir. Onların biri, uşaqlara
qarşı olan haqsızlıq və övladın mehriban ata-anasından ayrılmasıdır.
Həyatının başlanğıcında və südəmər vaxtında, hələ ömründən bir il
182
Beytin farscası:
Əgər tiğe-aləm beconbəd ze cay
Nəborrəd rəgi ta nəxahəd Xoday
183
İfadənin ərəbcəsi:
"Məzhər lütfi-l-lahi summiyə-ismi ammu həbii həzrət Rəbbi-l-ibad"
184
İfadənin ərəbcəsi: "Və ləqəd kərəmnə bəni adəm"
185
İfadənin ərəbcəsi: "innənə cəəlnəkə xəlifətən və-l-ard"
255
altı ay keçməmişdi ki, o xoşbəxt amallı həzrət öz ata-anasından ayrı
düşdü. Bu söhbətin (məqal) bəyanı (təbyin) və bu hadisənin surəti
qısa şəkildə belədir: Herat darüssəltənəsində o həzrətin atası və
Heratın valisi olan İsgəndər şanlı nəvvab Əbülqalib Sultan
Məhəmməd Mirzə ilə lələsi Şahqulu Sultan Yeqan arasında fəsadkar
adamların fəsadı ilə vəhşət yarandı və onlar bir-birilərinin
rəftarından narazı oldular, ali saraya tez-tez şikayətlə dolu məktublar
göndərdilər. Cəm məqamlı həzrət şah bundan sonra onların arasında
sülh və barışıq olmayacağını görüb belə qərara gəldi ki, kamkar
şahzadə Sultan Həmzə Mirzəni o vaxtlarda səkkiz yaşı olan əyan
qardaşı ilə [gələcək] zilləllah şahla birlikdə atasının yerinə Herat
darüssəltənəsinə vali vəzifəsinə qoysun, onun alişan atası isə
müzəffər məmləkətlər hakimliyinə (hökumət) Şiraz darülmülkünə
göndərilsin. Hökm elə beləcə də yerinə yetirildi. Nəvvab Sultan
Məhəmməd Mirzə və onun möhtərəm hərəmi bu fərmanı alan kimi
sevindilər və şadiman oldular, amma ata, sevimli fərzəndi Sultan
Həmzə Mirzədən ayrıldığına görə çox qəmginləşdi. [Belə ki,]
gözünün nuru olan o fərzənddən ayrılmaq ata-ana üçün çox çətin idi.
Sultan Məhəmməd Mirzə yenidən məktub yollayıb xahiş etdi ki, o
əziz fərzənd ata-anası ilə bərk ülfət və ünsiyyət bağladığına görə,
əgər ayrı düşərsə, çətin ki, fəraqa tab gətirə bilsin. Elə olan halda
Sultan Həmzə Mirzədə nəfsani meyil (əğraz) baş qaldılar və təhlükə
yaranar. Heç anası da onsuz yaşaya bilməz. Amma, səltənətin
gözünün işığı olan Abbas hələ südəmər olduğundan, dayəsindən
başqa heç kəslə ülfət və ünsiyyət bağlamamışdır. Əgər şəhriyar əmr
edərsə, onu Heratda saxlasın, Sultan Həmzə Mirzə isə ata-anası ilə
birlikdə Şiraza getsin.
Həzrət cənnətməkan şalı nəvvab mirzənin istəyi ilə
razılaşdı və bu təklifi qəbul etdi. İsgəndər şanlı nəvvab [gələcək]
nəvvab ali şahı Heratda qoyaraq, başqa fərzəndləri ilə birlikdə
Şiraza yollandı. Yuxarıda yazıldığı kimi, o iqbal gülşəninin
fidanının qanuni sultanların taxtgahı olan Heratda qalması xəbəri
eşidilən kimi adamlar bildilər ki, səltənət və kamkarlıq bostanının o
nihalı iqbal bağında böyüyərək murad meyvəsini dərəcək və
dövlətdə kamyab olacaqdır. Elə həzrət cənnətməkan şahın özü də
cavan ikən (əhde-səbi) mərhum Süleyman şanlı xaqanın (Şah
İsmayılın - Ş.F.) fərmanına əsasən Xorasan səltənətinə göndərilib o
gözəl yerdə böyümüşdü və nəticədə qardaşlar arasında qələbə bəxtli
İranın səltənət taxtı onun şərəfətli vücudu ilə bəzənmişdi. O həzrətin
256
məşhur övladlarından Xorasana hakim göndərilən hər biri nəhayətdə
hökmdarlıq mərtəbəsinə qalxdı.
Xülasə, o iqbal sahibi iki yaşında ikən Xorasan
məmləkətlərinin uca səltənət və hökmranı kimi öz alişan atasının və
mərhum babasının canişini olmaq şərəfinə yetdi, fərmana müvafiq
olaraq Şahqulu Sultan ona lələ təyin olundu və lələ qiymətli
[gələcək] xosrovun beşiyini öz sədaqət ağuşuna alıb onu böyütməyə
başladı. Baş verən hadisələri yazmaqda olan qələm iqbal asimanının
bu nurlu şahzadəsinin həyatının başlanğıc illərini yazıb qurtardığı
üçün öz iti seyrli qələminin cilovunu başqa şahzadələrlə bağlı
hadisələri yazmağa yönəltdi.
İsgəndər şanlı nəvvabın dördüncü fərzəndi Əbu Talib
Mirzədir ki, cənnətməkan şahın xəstələndiyi ildə o mirzə şanlı
nəvvab məhdülyadan doğulmuşdur. Böyük babası vəfat edərkən iki
yaşı vardı. O, valideynlərinin tərbiyəsi ilə böyümüşdür. Bu cildin
sonunda yazılacağı kimi, rəhmətlik şahzadə Sultan Həmzə Mirzə
öldürülən və it ilinə təsadüf edən doqquz yüz doxsan dördüncü ildə
(miladi 1586/87) Əbu Talib Mirzə ali divana vəkil təyin edilir.
Həmin vaxtlarda dövlət işlərində ixtiyar sahibi olan əmirlərin və
dövlət başçılarının, xüsusilə Əliqulu xan Fəthoğlu Ustaclı və Vəli
Xəlifə Şamlının oğlu İsmayılqulu xan Topçubaşının məsləhəti ilə o,
vəliəhd təyin olundu. Doqquz yüz doxsan beşinci ildə (miladi 1587),
donuz ilində, allahın kölgəsi olan əlahəzrət şah təntənə ilə İraqa
gedəndə o, irsi səltənət taxtına əyləşdi. Əbu Talib Mirzə özünün
kiçik qardaşı Təhmasib Mirzə ilə bir neçə vaxt qalada saxlanıldı.
Doqquz yüz doxsan səkkizinci pələng ilində (miladi 1589/90),
İsfahanın Təbərrük qalasında yaşadıqları vaxt bəzi əmir və əyanların
səyi ilə onların hər ikisinin gözlərinə mil çəkildi.
[Məhəmməd Xudabəndənin] beşinci fərzəndi Təhmasib
Mirzədir ki, cənnətməkan şahın vəfatından sonra Şiraz
darülmülkündə məhdülyadan doğulmuşdur. Böyük babası dünyadan
köçdüyü üçün onun yüksək adı ilə (esme-sami) adlandırıldı. O da,
qardaşının əmri ilə valideynin lütf və ziyası sayəsində tərbiyələnib
böyüdü. Doqquz yüz doxsan üçüncü (miladi 1585/86) xoruz ilində,
barəsində gələcəkdə məlumat verəcəyimiz Əmir xan Türkmanın
qətlinə görə, təkəli və türkman tayfaları mərhum şahzadə Sultan
Həmzə Mirzə ilə münaqişəyə başladılar. Onu Təbrizdən oğurlayıb,
İraqa qayıtdılar. Orada onun tərbiyəsi ilə məşğul oldular, həzrət
Sultan Həmzə Mirzə ilə döyüşüb məğlubiyyətə uğradılar. Şahzadə
257
həbs olunaraq Ələmut qalasına salındı, sonra isə yuxarıda yazıldığı
kimi, İsfahanın Təbərük qalasında öz qardaşı ilə birlikdə kor edildi.
İsgəndər şanlı nəvvab Sultan Məhəmməd padşahın
hörmətli fərzəndlərinin adları bəyan edildiyindən, indi həzrət
cənnətməkan şahın adlı-sanlı və kamkar fərzəndləri haqqında
məlumat veriləcəkdir.
O həzrətin (Şah Təhmasib - Ş.F.) ikinci fərzəndi İsmayıl
Mirzədir ki, o da Musa Sultan Mosullunun qızı Sultanından
doğulmuşdur. İsmayıl Mirzə nəvvab Sultan Məhəmməd Mirzənin
doğma qardaşıdır. Adlı-sanlı atasının xidmətində böyümüş və daim
şəfqətlə tərbiyə olunmaqda idi. Onun da, həyatında şahanə məhəbbət
(atefət) nuru parlayırdı. Doqquz yüz altmış ikinci ildə (miladi
1554/55) onu islam məmləkətlərinin seçki adamı (mürtəza) Şah
Hemətullah Yəzdi və həzrət cənnətməkan şahın qızı mərhumə Xanış
bəyimdən doğulan qızı ilə evləndirdilər. Təbrizin ürəkaçan
Şimalabad bağında elə böyük toy etdilər ki, o toy barədə qızılbaşlar
arasında [indi də] söhbətlər getməkdədir. O həzrətin böyük atalıq
şəfəqqəti sayəsində baş verən həmin şahanə toyda və o şadiman
xosrovanə məclisdə çalıb-oynamağa başladılar. O səadətli
yığıncağın iştirakçılarının hər biri hal və vaxtın tələbinə uyğun
hədiyyələr verdi, sazçalan çalğıçılar və nəğməpərdaz müğənnilər
həmin işrət məclisində toplanmış pulun çoxluğu sayəsində öz
ehtiyaclarını rəf etdilər. Amma İsmayıl Mirzə bu ali mərtəbənin
qədrini bilmədi və şahın şəfqətini qiymətləndirmədi, izzətli atasının
xoşuna gəlmədiyi işlərə qurşandı. Həzrət şah o şahzadənin ali
sarayda qalmasını məsləhət bilməyərək, doqquz yüz altmış üçüncü
ildə (miladi 1555/56) nəvvab Sultan Məhəmməd Mirzəni Herat
darülsəltənəsindən orduya çağırıb, İsmayıl Mirzəni Herata göndərdi.
Əmrə müvafiq olaraq Əli Sultan Təkəli onu Herata çatdırdı və
Sultan Məhəmməd Mirzəni şahın yanına gətirdi. Savucbulaq
yaxınlığında Əli Sultan qəzəbə düçar oldu, qorçilər tərəfindən
döyülüb öldürüldü. Bu işin səbəbi məlum olmadı. Ola bilsin ki, o,
cənab İsmayıl Mirzəni [Herata] apararkən onların arasında bəzi əhd
və şərt olmuşdur. Doğrusunu Allah bilir.
186
Mirzənin Xorasandakı
davranış tərzi də, şahın xoşuna gəlmədi. Buna görə də, [İsmayıl
Mirzənin] mülki və dövlət işləri ilə məşğul olmasından çox vaxt
186
İfadənin ərəbcəsi: "Əl-ilmu ində-l-lahı"
258
keçməmişdi ki, o, həmin vilayətin hakimliyindən çıxarıldı. Hökmə
görə Sevindik bəy Qorçibaşı Herata gedərək onu Təbəs və Yəzd
yolu ilə geri gətirdi. Elə ki, Savəyə yetişdilər vəkilüs-səltənə olan
Məsum bəy Səfəvi onu Savədən Qəhqəhə qalasına, Sultan
Məhəmməd Mirzəni isə, yazıldığı kimi yenidən Herata apardı.
İsmayıl Mirzə on doqquz il, altı ay, iyirmi bir gün həmin qalada
yaşadı. Cənnətməkan şahın vəfatından və Sultan Heydər Mirzənin
öldürülməsindən sonra uca hökmranlıq mərtəbəsinə yetişdi ki, bu
barədə bu dəftərin "zeyl"ində məlumat veriləcəkdir.
Üçüncü fərzəndi Sultan Heydər Mirzədir ki, həzrət
cənnətməkan şahın pak zövcələri silsiləsindən olan əyan gürcü
qadınından doğulmuşdur. Onun təvəllüd tarixi dəqiq məlum
deyildirsə də [bilirik ki,] həzrət cənnətməkan şah vəfat edərkən
Sultan Heydər Mirzənin iyirmi iki yaşı vardı. Buna görə də, o, ola
bilsin ki, doqquz yüz altmış ikinci ildə (miladi 1554/55)
doğulmuşdur. [Heydər Mirzə] təvəllüdündən başlayaraq atasının
vəfatınadək ali dərgahda yaşamış və böyük atasının tərbiyəsi və
məhəbbəti altında ömür sürmüşdür. Onun atası
187
Sədrəddin xan
mötəbər əmirlərdən idi və əmrə görə şahzadənin xidmətində
durmuşdu. Həzrət şahın şahzadəyə böyük diqqəti vardı, şahzadə də
atasının dediyi kimi hərəkət edirdi. [Şah] ömrünün sonlarında bəzi
dövlət işlərinin icrası ilə [əvvəlki kimi] məşğul ola bilmədiyindən,
adamlar [müəyyən işlərin icrası üçün] şahzadəyə müraciət edirdilər.
Qardaşlarının hamısından hörmətli idi. Buna görə də, şahzadələr və
qızılbaş tayfaları içərisində onun qədr-qiyməti gün-gündən
çoxalırdı. O həzrətin zahiri əməlləri tam etibar qazandığı üçün o,
cavanlıq qüruru və nəfsani təxəyyulata qapılıb [gələcəkdə] özünün
vəliəhdlik və şahlıq etməsi qərarına gəlmişdi. Ordunun əksəriyyəti,
xüsusi ilə şeyxabənd, ustaclı tayfaları, gürcülər və başqaları onun
hakimiyyətə
gəlməsini arzulayırdılar. Cənnətməkan şahın
ölümündən bir-iki il əvvəl başlayan xəstəliyi dövründə o,
hövsələsizlik edib, sufiliyə və sədaqətə zidd olan bəzi hərəkətlərə
yol verdi. Yuxarıda, şahın xəstəliyi zamanı baş verən hadisələr
barədəki məlumatda deyildiyi kimi, şahzadə bir qədər incik
görünürdü. Amma, həzrət şah sağaldıqdan sonra elə bir hərəkət
etmədi ki, böyük oğluna qarşı diqqətsizliyini nümayiş etdirə bilmiş
187
"Atası" yox, "atalığı (lələsi)" olmalıdır - Ş.F.
259
olsun. Elə həmin şah lütfkarlığına nail olduğuna görə də, Heydər
Mirzə səfər ayının on altısında, doqquz yüz həştad dördüncü ildə
(miladi 1576), bu səhifənin zeylində yazıldığı kimi, atasının dəhşətli
ölüm hadisəsindən bir gün sonra şəhid oldu. Onun səltənəti barədə
alnında yazı olmadığından ömür kitabı bağlandı və belə bir hadisə
baş verdi.
Heydər Mirzə olduqca əməlisaleh, pəhrizkar və rəhmli idi.
Allah məxluqu ilə məhəbbət və mehribanlıqla davranırdı
ədalətpərvər adam idi. Onun bir qızdan başqa övladı yox idi.
Şah Təhmasibin dördüncü fərzəndi Sultan Süleyman
Mirzədir ki, o da pak zövcələrdən biri olan Şamxal Sultan Çərkəsin
bacısından doğulmuşdur. Yeri behişt olan atasının vəfatı zamanı
onun iyirmi bir yaşı vardı. Həzrət cənnətməkan şah onu hələ uşaqlıq
zamanı müqəddəs Məşhədə göndərmişdi. Məşhəd hakimini o
şahzadəyə lələ və müəllim də təyin etdilər ki, o, onun biliyinin
artması ilə məşğul olsun. [Buna görə də, həmin müəllimə] imam
(Rzanın) rövzəsində xadimbaşı* vəzifəsi verildi və o, uzun illər bu
vəzifədə çalışdı. Şahvəli Sultan Tatioğlu Zülqədərin müqəddəs
Məşhəd hakimliyindən çıxarıldığı doqquz yüz yetmiş səkkizinci ildə
(miladi 1570/71) şahzadəni orduya çağırdılar. O, ali dərgaha gəlib
öz böyük hörmət-izzətli atasının yanında yaşamağa başladı.
Cənnətməkan şahın vəfatından və məqsədi şahzadələri
aradan götürmək olan İsmayıl Mirzənin hakimiyyətə gəlişindən
sonra onu şahzadənin dayısı olan Şamxal Sultan Çərkəsə verdilər. O
da İsmayıl Mirzənin yanında öz etibarını artırmaq naminə Sultan
Süleyman Mirzəni aradan götürdü ki, bu barədə İsmayıl Mirzənin
taxta cülusunun təsviri zamanı məlumat veriləcəkdir.
O Həzrətin beşinci fərzəndi anası gürcü və həzrət şahın
kənizlərindən olan qadmdan doğulan Sultan Mustafa Mirzədir.
Böyük atasının vəfatı zamanı onun iyirmi yaşı vardı. Cənab
mirzənin lələliyi əzəmətli ustaclı əmirlərinə tapşırılmışdı ki, o
ustaclılar arasında boya-başa çatdı. Çox qabiliyyətli, bacarıqlı və xoş
sima adam idi. Gilanlıların bir neçə üsyanı zamanı Biyəpiş Gilanını
almaq üçün onların üzərinə qoşun çəkiləndə cənab mirzə də o
yürüşlərə yollanıb qələbə əldə etmişdi. Sultan Mustafa Mirzə əyalət
hakimi kimi qoşuna da sahib idi. Mirzənin lələsi Nəzər Sultanın
vəfatından sonra onun əvəzinə "əyalət rütbəsinə" yetən Hüseyn bəy
Yüzbaşı lələ vəzifəsinə təyin edildi.
260
[Sultan Mustafa] bütün işlərdə Sultan Heydərlə müttəfiq
idi. Cənnətməkan şahın vəfatından sonra ustaclı əmirləri Sultan
Heydər Mirzəni şah etmək üçün ona birləşib dövlətxanaya hücum
etdikləri vaxt cənab [Sultan Mustafa Mirzə] də onlarla birlikdə idi.
Sultan Heydər Mirzənin öldürülməsindən sonra onun təbəələri
arasında təfriqə düşdüyü zaman cənab mirzə Qəzvindən çıxaraq
özünə mülazimlik edən bayat elinə doğru üz tutdu. Hacı Üveys
Sultan Bayat onu tutub İsmayıl Mirzənin yanına gətirdi və mirzəni
Pirə Məhəmməd xan Ustaclıya tapşırdılar. Ustaclı əmirləri özlərinin
xilasını o şahzadənin edam olunmasında görüb, o cavan şahzadəni
Pirə Məhəmməd xanın evində həlak etdilər ki, bu barədə İsmayıl
Mirzənin padşahlığının təsviri zamanı danışılacaqdır.
O həzrətin altıncı fərzəndi [Şah Təhmasibin] bir
cariyəsindən doğulan həzrət Sultan Mahmud Mirzədir. Böyük
atasının şahlığının sonunda on səkkiz yaşı vardı. O, bir yol Gilan
Biyəpişinə hakim təyin olunmuş və Lahicanda yaşamışdı.
Gilanlıların düşmənçiliyi və fitnəsinə görə əmrə rəğmən oradan
çıxdı, cənnətməkan şahın son dövrlərində Şirvan hakimliyinə təyin
edildi. Üveys xan (?) onun lolosi və atalığı idi. Mirzə amma böyük
atasının sağlığında sarayda qalıb Şirvana getmədi və rumlu tayfası
arasında yaşamadı.
188
[Amma] Üveys xanın oğlanları onun
xidmətində idilər. Onlar İsmayıl Mirzənin əmirləri olduqlarından
cənab mirzə bu məsələdə onlarla əlbir idi. Aşağıda yazılacağı kimi,
İsmayıl Mirzənin hakimiyyəti zamanı [Sultan Mahmud Mirzə]
Məhəmməd Bağır Mirzə adlı kiçik bir oğlu ilə birlikdə öldürüldü.
O həzrətin yeddinci fərzəndi mötəbər gürcülərdən Zal bəy
Gürcünün bacısından doğulan İmamqulu Mirzədir. O, böyük
atasının vəfatı zamanı on dörd yaşında idi. Cənnətməkan həzrət şah
onu Biyəpiş Gilanının darülmülkü olan Lahicana vali təyin etmişdi
və mirzə orada yaşayırdı. Pirə Məhəmməd xan Ustaclı onun lələsi
idi. İsmayıl Mirzənin taxta cülusu zamanı Pirə Məhəmməd Xan
Gilandan çıxıb onun görüşünə gedəndə cənab mirzəni də özü ilə
götürmüşdü. Mirzə Zəncanrudun Ələnge-Qarabağ adlı yerində
qardaşının xidmətinə yetdi. Bir müddət zahirən [qardaşının]
mərhəmət və məhəbbəti altında idi. Qəzvin darüssəltənəsində başqa
qardaşları kimi ömrünə vida edib axirət dünyasına yollandı ki, bu
haqda məlumat veriləcəkdir.
188
Üveys xan rumlu tayfasından idi – Ş.F.
261
O həzrətin səkkizinci fərzəndi Sultan Mustafanın ana bir
qardaşı olan Sultanəli Mirzədir. O vaxt
189
on dörd yaşı vardı. O,
Gəncədə yaşayırdı və Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu
onun lələsi idi. İsmayıl Mirzənin [hakimiyyəti] zamanı Qacar
ağaları əmrə riayət edib, [onu] orduya gətirdilər. Şahzadələrin
öldürülməsindən sonra Qəzvinə gəlib bir müddət qardaşının
yanında yaşadı. [Sonra] İsmayıl Mirzənin əmri ilə onun gözləri
çıxarıldı. Sultanəli Mirzə bu səhifənin yazıldığı bu vaxtadək sağ-
salamatdır və hal-hazırda Allahın kölgəsi olan həzrət şahın
190
lütf və
məhəbbət nəzərləri altında hörmət-izzətlə asudə yaşamaqdadır.
Doqquzuncu fərzəndi Sultan Əhməd Mirzədir ki, həzrət şah
onu "Sultan Əhməd Bağdadi" adlandırırdı. Onun anası cariyələrdən
idi. O həzrətin vəfatı zamanı mirzənin on üç yaşı vardı. Əmir Aslan
Sultan Ərəşli Əfşar mirzənin lələsi idi və bir müddət onu İsfahanda
saxladı. Elə o vaxtlarda
191
o, əmrə görə orduya çağrıldı və öz adlı-
sanlı atasının yanında hörmət-izzətlə yaşadı. Əfşar tayfası,
xüsusilə ərəşli[lər] İsmayıl Mirzənin tərəfdarları silkinə mənsub
olduqlarından Sultan Əhməd Mirzə də lələsi kimi onlara
qoşulmuşdu. İsmayıl Mirzənin hakimiyyəti zamanı o da başqa
şahzadələr kimi öldürüldü.
Dostları ilə paylaş: |