ƏTRAF SULTAN ELÇİLƏRİNİN MƏLƏK TƏVAFLI
SARAYA GƏLMƏRİ BARƏDƏ SÖHBƏT
Elə ki, yeri cənnət olan yüksək məqamlı həzrət şah zəruri
ölkə işlərinin nizama düşməsindən xatircəm oldu, iyirmi il Qəzvin
darüssəltənəsində iqamət edib, heç yana getmədi. Bütün iqamət
müddətində ki, cahanbanlıq sarayı və Kəyanlara xas müzəffər
xosrovluq taxtı (ovrəng) şahın vücudu ilə bəzənmişdi, onun dövlət
bayrağı gün-gündən asimana ucalır və iqbal quşu daha yüksəklərə
uçurdu. Məğrur padşahlar sultanlara pənah verən saraya öz dilli-
dilavər elçilərini göndərərək, töhfə və hədiyyələr təqdim etməklə o
həzrətlə özlərinin xarici əlaqələrini və mənəvi münasibətlərini
möhkəmləndirirdilər. Dəfələrlə o həzrətin xidmətinə öz elçilərini
yollayan cahan sultanlarından və fərman sahibi olan hökmranlardan
birincisi zaman qeysərlərinin sərvəri və ale - Osmanlı padşahlarının
ən əzəmətlisi olan Rum xandgarı Sultan Süleymandır. O iki iqbal
sahibi olan şəxs arasında bir neçə il baş verən müharibələrdən sonra
vəzire-əzəm (baş vermiş - Ş.F.) və osmanlı ailəsinin etibarlı
adamlarından olan Məhəmmədpaşa sülh barədə qüdrətli dövlət
adamlarına məktublar yazıb ali saraya elçi də yollamışdı. Bu
tərəfdən də Mir Şəms Vəlixani elçi kimi getdikdə Sultan Süleyman
ona demişdi ki, dünya sultanları həmişə bizim saraya töhfə və
hədiyyə göndərmişlərsə də, Osmanlı dövləti tərəfindən indiyəcən
heç bir sultana elçi və töhfə yollanmamışdır. Bu qayda Osmanlı
qanunlarında yoxdur. Vəzirlərin [sizin saraya] elçi və məktub
göndərmələrindən mənim xəbərim yoxdur.
Ona yaxın adamlardan olan Sinan bəy, yuxarıda yazıldığı
kimi Qanlıçəmənidə tutulub azad edildi və arada sülh yarandı,
Sultan Bayazidin [səfəvi sarayına] gəlməsi məsələsi baş verdi.
Sultan Süleyman [onda] Sinan bəyi elçi kimi o həzrətin yanına
göndərdi. Doqquz yüz altmış altıncı ildə (miladi 1558) o, Qəzvin
darüssəltənəsində şahla görüş səadətinə nail oldu, məktublaşma,
dostluq və məhəbbətdən danışdı. Cənnətməkan şah söhbət əsnasında
söylədi: "Bir halda ki, hər hansı bir yerə elçi yollamaq Osmanlı
qanununda yoxdur, belə olan halda bu necə olmuşdur ki, qanuna
xilaf olaraq sənin kimi ləyaqətli bir şəxsi elçi sifətilə yola salmışlar".
Sinan bəy olduqca məqbul və səmimanə cavab verib şaha ərz etdi ki,
elçinin yad yerə göndərilməsi qanuna ziddir. Bir halda ki, aramızda
yazışma və dostluq yaranmışdır, deməli ögeylik birliklə əvəz
230
olundu. Dostların bir-birilərinin yanına gediş-gəlişi, qayda-qanuna
müxalif deyildir. Cənnətməkan şah ona əhsən deyərək belə bir beyti
söylədi:
Başı gər elçinin səlamətdir
Bu onun əqlinə dəlalətdir.
169
Səlim bəyin qayıtmasından sonra, Mərəş hakimi Əli paşa
və xandgarın çaşnigirbaşısı* Həsən ağa üç yüz nəfərlə öz
mülazimləri və xidmətçiləri ilə birlikdə yeddi yüz altmış adamla elçi
sifətinə gəldi. Birinci gün Səadətabad bağında şahla görüşərək,
xandgarın əvvəldən axıradək öz xətti ilə yazdığı dostluq məktubunu
şaha təqdim etdi. Ertəsi gün mübarək dövlətxanada onunla [yenidən]
görüşüb töhfə və hədiyyə kimi silah, xəncər kəməri, qılınc kəməri,
Avropa (firəng) və başqa ölkələrin nəfis qumaş parçalarını mübarək
dövlətxananın Çehelsütun qəsrində şahın müqəddəs nəzərinə
yetirdilər. O həzrət də həmin elçilərin şəxsiyyətlərinə münasib
olaraq onlara bol ənam və qiymətli xələtlər verərək yola saldı.
Doqquz yüz altmış doqquzuncu ildə (miladi 1561) osmanlıların
əzəmətli şəxslərindən və aləmin ağıllı tədbirli, ayıq-sayıq
adamlarından biri olan Xosrov paşa, Sultan Bayazid əhvalatının
təsvirində yazdığımız kimi, xandgarın qapıçıbaşısı Əli ağa ilə
birlikdə gələrək, sədaqət üslublu, dostanə və təvazökarlıqla yazılmış
məktub gətirdi. Onlardan sonra xandgarın mötəbər adamlarından
olan İlyas bəy adlı bir elçi başı fələyə ucalan saraya gələrək Rumdan
gətirdiyi qeysəri ənnəğanı əcəm şəhriyarı, Cəm və Xosrov
mülkünün hökmranına çatdırdı. O hədiyyələr arasında qırx baş şahi
və bədöv ərəb atı, bəzəkli qızıl yəhərlər, Rum qızılı sapları ilə
tikilmiş çullar, əlli min şahiye-İraqi tüməni məbləğində olan beş
yüz-min miqdarda əşrəfi və flori (əşrəfi pul - Ş.F.), qumaş parçalar
və başqa misilsiz cins mallar vardı. Bütün bu hədiyyələri hörmətli
şahzadələrə, saray əmirlərinə, qonşu məmləkətlərin hakimlərinə,
qorçilərə, aralarında heç bir fərq qoyulmadan qızılbaş tayfalarının
əyanlarına, [həmçinin] Bəlx hakimi Pir Məhəmməd xan, Buxara
padşahı Abdulla xan, Səmərqənd valisi Əbu Sultan Səid xan,
169
Beytin farscasıdır:
Gor ferestade əz xerəd zindəst,
An xerədməndiye- ferestəndəst.
231
Ürgənc xanları Əbülməhəmməd xan və Hacəm xan kimi əzəmətli
özbək sultanlarına verdilər. Sultan Süleymanın vəfatından sonra
oğlu qeysərlik mülkünün maliki və İsgəndərlik taxt-tacının sahibi
oldu. Doqquz yüz yetmiş beşinci ildə (miladi 1567/68)
Məhəmmədxan adlı bir elçi böyük şövkət və həşəmətlə Qəzvin
darüssəltənəsinə gələrək, ata-oğul təvazökarlığı və dostanə
məsləhətlərlə dolu ənbər ətirli bir məktub gətirdi. Həmin məktub
ata-oğul münasibətlərinin möhkəmlənməsi və sülh qayda-qanunun
bərqərar olması xüsusunda sözlərlə dolu idi.
Doqquz yüz yetmiş altıncı ildə (miladi 1568/69) vəkilüs-
səltənə Məsum bəy Səfəvi həccə gedərkən yolda bütün yoldaşları və
oğlu Xanmirzə ilə birlikdə öldürüldü və şəhadət dərəcəsinə yetişdi.
Rumilər bu alçaq hərəkətin quldur çöl ərəbləri tərəfindən həyata
keçirilmiş olduğunu söyləyirdilər. Sultan Səlim Əli ağa adlı mötəbər
elçini bu hadisə münasibətilə üzrxahlıq etmək və başsağlığı vermək
üçün şahın yanına göndərdi. O həzrət müsəlmanların rahatlığı və
cahan insanlarının əmniyyəti naminə o üzrxahlığı qəbul etdi.
Doqquz yüz qırx səkkizinci ildə (miladi 1541/42), özbək
nəslindən olan Çingizi padşahlarından o vaxtlar Bəlx hakimi olan
"Xançöhrə" kimi tanınan Kəskən Qara Sultan və Buxara padşahı
olmuş Übeyd xanın oğlu Əbdüləziz xan elçi kimi Xudayberdi
bahadırı saraya yollayıb, sədaqətlərini bildirdilər və sabiq
düşmənçiliyin aradan qaldırıldığını ərz etdilər. Xarəzm və Ürğənc
sultanlarının elçiləri də tez-tez gəlib-gedərdilər.
Dekənin əzəmətli sultanları, xüsusilə Petən Əhmədabadının
valisi Nizamşahın, Heydəri-Kərrar xanədanına (İmam Əli - Ş.F)
məhəbbəti olan və özlərini pak imamların - onlara Allah-təlanın
salamı olsun - şiələri sayan Gülkəndə və Heydərabad valisi
Qütbşahın, Bicapur valisi Əli Adilşahın dilli-dilavər elçiləri
dəfələrlə gəlib onların ölkələrində on iki imam xütbəsinin o həzrətin
(Şah Təhmasibin - Ş.F) adına oxunduğunu bildirir, xüsusi xələtlər, o
cümlədən qiymətli daş-qaşlarla bəzənmiş tac, qızıl yəhərli atlar,
xəncər kəməri və başqa şeylərdən ibarət töhfə və hədiyyələr
gətirirdilər.
Doqquz yüz yetmiş birinci ildə (miladi 1563/64) Bəkr və
Sind valisi Sultan Mahmud xan xoş xəbərli Əbülməkarim adlı bir
elçisini uca dərgaha göndərib şahla həməqidə və qədimdən bəri
sadiq olduğunu bildirərək sabiq imtiyazlarını xatırlatdı, layiqli
hədiyyələr yolladı.
232
Firəng ölkəsinin alışan sultanlarından Portuqaliya padşahı
Don Senan doqquz yüz əlli səkkizinci ildə (miladi 1551/52) töhfə və
hədiyyələrlə işbilən bir elçi göndərib öz səmimi sədaqətini bildirdi.
Portuqallar yad dinə qulluq etmələrinə baxmayaraq o, (Portuqaliya
padşahı - Ş.F.) şahın görüşdüyü başqa sultanlar arasında daha
hörmətli idi. İkinci dəfə, doqquz yüz səksən ikinci ildə (miladi
1574/75) xidmətçilərindən başqa əlli nəfər mülazimi olan mötəbər
bir elçi heyəti şaha sədaqət və etibarlarını daha da dərindən ərz
etmək üçün səadətli dövlətə gəlib, cənab portuqal padşahı tərəfindən
elə töhfələr gətirdilər ki, bəsirət gözlü adamların nəzərincə İslam
diyarında onların tayi-bərabəri olduqca azdır. Amma həmin elçilər
İslam dininə müxalif olan bəzi əməllərinə görə şahın iltifatından
kənar oldular və o həzrət nə qədər ki, sağ idi, onların geri
qayıtmalarına icazə verilmədi. Yeri cənnət olan İsgəndər şanlı
nəvvab Sultan Məhəmməd padşahın cülusu zamanı onlar mürəxxəs
olub, öz diyarlarına qayıtdılar.
DÖVLƏTE-XAQANİ DÖVRÜNDƏ (ŞAH TƏHMASİBİN
HAKİMİYYƏTİ ZAMANI - Ş.F.) ASİMANIN ƏMRİ İLƏ
BAŞ VERƏN NADİR VƏ QƏRİBƏ HADİSƏLƏR
Cənnətməkan şahın dövründə baş vermiş qəribə
hadisələrdən Xorasanın Qayin adlı vilayətindəki böyük zəlzələlərdir
ki, doqquz yüz əlli altıncı ildə (miladi 1549/50) o vilayətin beş
kəndində baş verdi. Belə ki, üç min adam torpaq altında qalaraq
yoxluq nihanxanasına getdilər (yəni məhv oldular - Ş.F). Həmin
vilayətin qazisi Mövlana Baqi münəccim idi və həmin beş kəndin
birində yaşayırdı. O, kəndin əhalisinə əvvəlcədən xəbər verib
demişdi ki, fələyin vəziyyəti və ulduzların təsiri ilə bu gecə böyük
bir zəlzələ olacaqdır, buna görə də ehtiyat naminə gərək çöldə
dayanıb evlərdə qalmasınlar. Kəndin camatı ona qulaq asmadı, qazi
isə öz adamları ilə evdən çıxıb gecə yarısına qədər səhrada qaldı.
Soyuqa dözə bilməyib övladlarının sözünə qulaq asaraq kəndə
qayıtdı və elə o saat zəlzələ baş verdi. Qazi özünün bütün övladları
və adamları ilə torpaq altında qaldı, həlak oldu.
Nadir hadisələrdən biri də budur: Doqquz yüz səksəninci
ildə (miladi 1572/73) asimanın şimal qütbündə bir atəş görünmüşdü.
Həmin atəş yeddi ay görünməkdə davam etdi. Sonradan o, kül
şəklinə çevrilib yerə töküldü. [Elə o il] Rumda bərk taun xəstəliyi
233
oldu və bunun səbəbinin həmin atəşin əlaməti olduğunu güman
edirlər ki, bu hadisə müstəsna hal (bədi) deyildir. Çünki elə həmin
ildə şimal qütbü altında yaşayan insanlarda güclü zəiflik (fetrət)
göründü. Əskəri xan Tatar - Urus məmləkətini tutmaq fikrinə
düşərək, oğlu Dövlət Gərayla birlikdə o diyara ləşkər çəkdi. Baleq
xan adıyla məşhur olan urus padşahı Karol Vəmavıç (?) onun önünə
çıxdı. Onların arasında hərb atəşi elə alovlandı ki, hər iki tərəfdən
bir neçə min adamın şirin canını yandırdı və onların külü fəna yelinə
verildi. Ruslar (rusyan) hücuma keçib tatar padşahzadəsi Dövlət
Gərayı ələ keçirdilər. Əskəri xan isə bir iş görə bilməyərək, geri
qayıtdı. Bu zəiflik və qan tökülməsi də şimal tərəfdə baş vermiş
taunla əlaqədardır.
Başqa olduqca qəribə hadisə budur ki, Xorasanın Qayin
vilayətində göydən buğda böyüklükdə danələr yağdı. Əhali yığıb
onlardan çörək bişirirdi.
Şah Təhmasibin dövründə baş verən hadisələrdən biri də
budur: Doqquz yüz altmış ikinci ildə (miladi 1554/55) bir dəstə
başsız - ayaqsız və nəşəxor qələndər lotuluq işlədərək, Sultaniyyənin
Səvərluq yaylağında cənnətməkan şahın yanına gəldilər və onlara
xas olan libaslarla əqidəsizliklərini nümayiş etdirdilər, o həzrətə
mehdəviyyətə" əsaslandıqlarını sübut etməyə çalışdılar. O həzrətin
qəti dəlillərlə həmin fitnəkar əqidədən onları əl çəkməyə çalışmasına
baxmayaraq, fikirlərindən dönməyib, əməllərində ifrat dərəcəyə
vardılar. Axırda dindar və şəriətpərvər padşah o etiqadsız dəstəni
cəzalandırmağa əl atdı. Fərraşlar onların hər birinin başını toxmaqla
əzib, ədəm diyarına yolladılar. Bu hadisədən sonra başqaları bir
daha baş qaldıraraq öz puç əqidələrini zahirə çıxarmırdılar.
Beləliklə, qırx nəfərədək nəşəxor qələndər cəzalandırıldı.
Cənnətməkan şahın hakimiyyətinin sonunda baş verən
başqa hadisələrdən biri də Təbriz darüssəltənəsinin başı
pozuqlarının cəzalandırılmasıdır. Bu hadisənin şərhi belədir:
Çuxursəd hakimi Şahqulu Sultanın oğlu Allahqulu bəy Ustaclı
Təbrizin daruğəsi idi. Dərb məhəlləsinin avaraları onun mülazimini
tutub, ona qarşı bərk hörmətsizliyə yol verilmişdilər. Daruğə o
məhəllənin azğın adamlarından birini qətl etdi. Qohum-əqrabası isə
daruğənin icazəsi olmadan onu cəzalandırıldığı yerdən götürüb,
başqa azqınlarla birlikdə qəbul edilmiş qayda-qanun üzrə
məzarıstanda dəfn etdilər. Daruğə bu məsələdən xəbərdar oldu, o
azğınları tənbeh etmək məqsədi ilə onun cəsədini qəbirdən çıxarıb
234
ibrət darından asmaq istədi. Azğınlar mane olub, damğənin fikrinə
qarşı çıxdılar. Daruğə isə öz fikrində israr etməkdə idi. Aralarında
dava-dalaş başladı. Azğınların inadkarlığı həddini aşdi-Allahqulu
bəy onların silahlarının qorxusundan özünü evino çatdırıb gizləndi.
Onun mülazimlorindən və adamlarından bəzisi yaralandı, bir neçə
nəfəri isə öldürüldü.
Bu qarmaqarışıqlıq və qovğada cəhl meyxanəsinin
bədməstləri və cünunluq aşubxanəsinin (həyəcan evi - Ş.F.)
davagəzən dəliləri özbaşınalıq sevdasına düşərək tüğyana və fitnə-
fəsada başladılar. Şəhər adamları arasında mövcud olan iki yerə
parçalanma yenidən qızışdı, bir-birinin qanını tökməyə başladılar.
Təbrizin qeysəriyyəsində və dörd bazarındakı anlaşma və müamilə
aradan götürüldü. Ev və dükanların qapıları bağlandı, küçələrdən
camaatın əl-ayağı kəsildi. Hörmətli adamlar, kədxudalar, kasıblar və
dərvişlər
əzab-əziyyətə
düçar
oldular,
tüğyançıların
ədalətsizliyindən cana doydular. O kütlə bir çox qəbahətli işlər
gördü, məmləkət dağılmağa başladı.
Bu vəziyyət şaha məlum olduqda rəiyyətin qətl olunması
və cəzalandırılmasının qarşısının alınmasından ötrü Baba
Süleymanın ağıllı və işbilən oğlu Yusifbəy Çavuşlunu darüğə
sifətilə göndərdi ki, tüğyançıları düz yola çəksin, fitnə atəşini barışıq
suyu və tədbirlə söndürsün.
Yusif bəy o kütlə ilə görüşdü, düşmənləri ayırd edib, onları
hər məhəllə kətxudalarının zaminliyinə verdi. And içdilər ki, bundan
sonra fitnə-fəsadla məşğul olmayacaqlar. Şəhərdə bir-iki ay sakillik
yaranmışdı ki, Pəhlivan Bari
170
adlı bir nəfər vəziyyəti yenidən
pisləşdirdi, orada çaxnaşma saldı. O, Yusif bəyin iki mülazimini qətl
etdi və tüğyançılar yenidən fitnə-fəsada başladılar. Yusif bəy bu
qarışıqlığı salan adamların dörd yüz nəfərdən çox olmadığı barədə
məlumat verərək bildirdi ki, əgər belə azğınların cəzalandırılması
ləngisə, bu iş bütün ölkədə fitnə-fəsada səbəb ola bilər.
Buna görə də, Xəlifə Ənsarın oğlu Söhrab bəy Təbrizə
hücum etmək və tüğyançıları cəzalandırmaq üçün göndərildi. Elə ki,
şəhərə çoxlu döyüşçü daxil oldu, Yusif bəy də öz adamları ilə
Söhrab bəyə qoşuldu, üsyançıları axtarmağa başladılar. Onlar
vahiməyə düşüb gizləndilər. Zamin duran kədxudaları tutub, onlara
tapşırılan adamları tələb etdilər. Kədxudalar zərurət üzündən o
170
Pəhlivan Yari olmalıdır - Ş.F.
235
adamları ələ keçirib qətl etdilər. Onlardan qırx-əlli nəfərini ibrət dar
ağacından asdılar. Həmin hadisə zamanı iki yüzdən çox adam
öldürüldü və o tüğyan və fitnə-fəsad yatırıldı.
Başqa hadisələrdən biri də budur ki, doqquz yüz altmış
beşinci ildə (miladi 1557/58) Qəzvinə böyük bir sel gəldi, iki minə
qədər ev dağıldı, o yerin camaatına bərk ziyan dəydi.
Başqa bir hadisə [isə] doqquz yüz səksən birinci ildə
(miladi 1573/74) baş verdi. Taun xəstəliyi səbəbindən Ərdəbil
darülirşadında otuz min nəfərədək adam tələf oldu.
HƏZRƏT CƏNNƏTMƏKAN ŞAHIN VƏFATI VƏ ALLAH-
TAALANIN İRADƏSİ VƏ TƏQDİRİ İLƏ O VAXTLARDA
BAŞ VERƏN BÖYÜK HADİSƏLƏRİN ZİKRİ
Xəbərlərdən hali olanlara və sələflərin əsərlərini mütalifə
edənlərə məlum olsun ki, yuxarıda cənnətməkan və Cəm rütbəli
həzrətin (Şah Təhmasibin - Ş.F.) mübarək əhvalatı və onun səadətli
dövründə baş verən hadisələr bədaye qələmlə [bizim tərəfimizdən]
yazıldı. Amma, indi isə dili sınmış qələm həmin zaman yeganəsi
olan şahın, özü də elə bir şahin ki, "[Qurani-Kərimin] hər şey məhv
olandır, Onun zatından başqa"
171
kəramətli ayəsinə uyğun gələn və
hər hansı qoca və cavan adam üçün qaçılmaz olan kədərli [ölüm]
əhvalatının şərhində göy [rəngli] bir əskiyə bükülərək, mürəkkəbdən
də qara olan qanlı göz yaşı ilə bəyan səhifəsini yazacaqdır.
Əhvalatın bəyanı belədir: Allah-təalanın seçilmiş [bəndəsi] olan o
həzrətin vəfatından iki il əvvəl onun şərif məcazına xəstəlik üz
verdi. Xəstəliyin şiddətlənməyi iki ay çəkdi və bu müddətdə xəstəlik
iki dəfə olduqca artdı, şahın öləcəyini güman etdilər. Amma, nəticə
olaraq şah Allah şəfaxanasının təcili şəfası ilə sağaldı. Xəstəlik
müddətində əzəmətli şahzadələr, əmirlər və dövlət başçıları iki
dəstəyə bölündülər. Hər dəstə səltənət və şahlıq barədə müxtəlif
xəyala düşdü. O həzrətin böyük fərzəndi olan İsgəndər şanlı nəvvab
(yəni Məhəmməd Xudabəndə - Ş.F.) göz xəstəliyi səbəbindən neçə
il idi ki, görməkdən məhrum olmuşdu və buna görə də inadkar
qızılbaşlar onun vəliəhdliyini, məmləkəti əlinə almasını və inadkar
qızılbaş tayfalarını bir yerə toplayacağını münasib bilmirdilər.
Camaatın əksəriyyəti, sadə xalq adamları, döyüşçülər və rəiyyət
171
Ayənin ərəbcəsi: "Kullu şəyin halikun illa vəchəhu".
236
alişan atasının fərmanı ilə Qəhqəhə qalasında dustaq olan İsmayıl
Mirzənin hakimiyyətə gəlməsini istəyirdi. Lakin onlar bunu
bilmirdilər ki, Xaliqin qüdrəti xalqın iradəsindən yüksəkdir:
[Misra]
Allahın sevdiyini xar edə bilməz heç kim!
172
Və onlar hələ bilmirdilər ki, lap elə bu yaxın vaxtlarda
xilafət və padşahlıq o həzrətin (İsmayıl Mirzənin - Ş.F.) şahlığı və
dudmanının davamı ilə başlayacaqdır. Xülasə, o zaman dövlətin əsas
aparıcı qüvvələrindən olan ustaclı əmirləri və ali orduda onların
əzəmətli başçıları Müntəşa Sultanın nəvəsi Murad xan Süfrəçi,
Həsən bəyin oğlu Hüseyn bəy Yüzbaşı, ox və kaman qorçisi Piri bəy
Qoçulu, Əmiraxurbaşı Məhəmməd bəy Əmiraxurbaşı və Allahqulu
Sultan Eycəkoğlu İsmayıl Mirzədən qorxurdular. [Ustaclılar]
İsmayıl Mirzədən sonra başqa şahzədələrdən böyük olan və ali
sarayda atası tərəfindən seçilən Heydər Mirzə ilə ittifaqa girdilər.
Vəkil atası Məsum bəyin əvəzinə Mirzənin lələsi olan Sədrəddin
xan Səfəvi bütün şeyxavənd əyanları və mirzənin atasının qohumları
olan gürcülərlə ittifaq etdi, bir-biriləri ilə əhd-peyman bağladılar.
Ustaclılar arasında böyüyüb boya-başa çatan, lələsi ustaclılardan
olan və qardaşları tərəfindən sevilən ali məqamlı şahzadə Sultan
Mustafa Mirzə səmimi-qəlbdən Sultan Heydər Mirzənin
padşahlığına razı olaraq buna çalışırdı.
Cənnətməkan şahın damadı, bu əbədi dövlət məliklərinin
əvvəlincisi və Bəhram Mirzənin oğlu olan Sultan İbrahim Mirzə öz
vəziyyətini nəzərə alaraq bu şahzadənin fikrinə tərəfdarlıq edirdi.
Hüseynqulu Xüləfa Rumlu, Əmir Aslan Sultan Əfşar və Heydər
Sultan Cabuq Türkman İsmayıl Mirzənin şahlığı uğrunda bir-biriləri
ilə ittifaq ectdikləri üçün bütün əfşar, rumlu və türkman tayfaları bu
işdə onlarla dilbir idilər.
Adlı-sanlı şahzadələrdən örpəkli Pərixan xanım ağıl və
biliyinin çoxluğuna görə başqa möhtərəm xanımlardan üstün və
atasının yanında hamıdan izzətli, hörmətli, əziz olan rəy və məşvərət
172
Misranın farscası:
"Əziz kərdeyi Həq-ra kəsi nəsazəd xar"
237
sahibi idi və başqaları ona həsəd aparırdı. Səltənət və padşahlıq
istəyən böyük oğul və vəliəohd nəvvab Sultan Heydər Mirzə
anaların göz götürməzliyi və küdurətinə baxmayaraq şah olmaq
istəyirdi, amma vəliəhd böyük oğlu olmalıydı.
[Belə deyən dəstələr də vardı:] "Cənnətməkan şahın ən
böyük oğlu olan İsgəndər şanlı nəvvab Məhəmməd Mirzənin gözləri
zəifdir. Ondan sonra o həzrətin əyan qardaşı olan İsmayıl Mirzə
övladların ən böyüyüdür. Sufigərlikdə biz ondan başqasını
tanımırıq." Onlar "şahsevən" adlandırılıb, Sultan Heydəri
haramnəməklikdə ittiham edirdilər. Onlara "iki birli" ad qoydular, o
təbəqə üzərinə tənə yağışı yağdırdılar. Bu səs-səda hər iki dəstə
üzvləri arasında geniş yayıldı. Adlı-sanlı əmirlər, qızılbaş əyanları
və saraydakı oymaq ağsaqqallarının hamısı birinci dəstənin tərəfini
tuturdular. Yenidən hümayun dövlətxanada hər iki dəstə arasında
qəzəbli sözlər deyilməyə başlandı. Xülasə, mahir həkimlərin
müalicəsi qəzavü-qədərin rəyinə müvafiq çıxdı, cənnətməkan
nəvvabın xəstəliyi sağalmağa başladı, səhhəti gündən-günə
yaxşılaşdı. Pərixan xanım və qardaşlarının təhriki ilə anası bu işlər
barədə şaha məlumat verib, Sultan Heydər Mirzəni öz yaradanına
qarşı xain və qəddar adlandırdı, o həzrətin mübarək fikrini o
şahzadədən uzaqdaşdırdı. [O qadın] İsmayıl Mirzənin sufi, səbatlı və
dövlətxah olduğunu bildirdi. Onların, məhrəmanə söhbətləri
hərəmxanənin pəncərəsindən kənara çıxdı. Qızılbaş əyanlarından
söhbət yasovulu olan Kor Şahəli Rumlu pəncərədən yayılan bu
söhbətləri bütün təfsilatı ilə xəbər verib, açıq-aşkar dedi:
"Münasibdir ki, bundan sonra şahın bəndələri özlərinin şərafətli
vücudlarını bu dəstələrin məkrindən qorusunlar".
Həmin şahzadə və onun tərəfdarları ali ordunun töhmətinə
məruz qaldılar. Amma, cənnətməkan şah hər iki dəstənin fəsadlı
qərəzkarlığını nurla qamaşdırdı və şahın alovlanmış ali fitrətinin
məna ayinəsi o dəstələrin nəzərinə yetişdi. O adamlar uzaqgörən
əqlin tələbinə uyğun olaraq bir daha bu əhvalat barədə danışmadılar.
Şahın belə davranışı o adamları belə söhbətlərdən çəkindirdi.
Amma, qaradağlı tayfasının ağsaqqalı Fərruxzad bəy Eşikağası və
qaradağlı oymağına mənsub və Fərruxzad bəyin qohumu olan
Qəhqəhə [qalasının] hakimi Xəlifə Ənsar Sultan Heydərin və
tərəfdarlarının tərəfində idilər. Şahın birdən-birə xatirinə belə bir
fikir gəldi ki, məbadə Sultan Heydər və tərəfdarları Xəlifə Ənqsarın
vasitəsiylə İsmayıl Mirzəyə qarşı qərəzkarlıq edələr. [Buna görə də]
238
şah on iki nəfər əfşar qorçisini Qəhqəhə qalasına, şahzədəni
qorumaq üçün göndərdi. Bu məsələ İsmayıl Mirzənin və
tərədarlarının möhkəmlənməsinə səbəb oldu. Zal bəy Gürcü, şahın
zövcələrindən olan onun bacısı və ali şahzadələrdən bir-iki nəfər də
Sultan Heydərin tərəfdarlarındandı. O həmişə hamam başında
cənnətməkan şaha xidmət etməkdə idi. Bir gün, o həzrətin hamama
getməsi qərara alındıqda, İsmayıl Mirzənin tərəfdarları belə qərara
gəldilər: "Bir halda ki, Zal bəy haramnəmək adamlardan biridir və
biz dövlətxah sufilərin ona etimad etmələrinə və Zal bəyin şaha üz
vermiş olan bu zəiflik müddətində ona xidmət göstərməsinə yol
verməməliyik, çünki ondan arxayın deyilik."
Bütün gürcü, şeyxavənd və ustaclı tayfaları, həmçinin
Sultan Heydərin tərəfdarlarının hamısı bu məsələ xüsusunda söz-
söhbətə başladılar. Gürcülər deyirdilər ki, bizdən nə pis iş baş verib
ki, bizi bizə tapşırılmış xidmətdən məhrum edirlər?
Xülasə, nəvvab həzrət cənnətməkan şahın hamama getdiyi
gün Hüseynqulu Xəlifə Rumlu, Əmir Aslan Sultan və özlərini
"şahsevən" adlandıran başqa adamlar sufilərdən, rumlu və başqa
tayfalardan olan dörd-beş min adamla Zal bəyə mane olmaq üçün
silahlanıb mübarək dövlətxananın qapısına gəldilər. Gürcülər,
şeyxavənd, ustaclı və onların adamları da dörd-beş min nəfərlə bir
yerə toplanıb Zal bəyi himayə etməyi qərara aldılar. Onlar da
silahlanıb dövlətxana qapısına gəlmək istəyirdilər. Fitnə-fəsad
qalxması və çoxlu qan tökülməsi ehtimalı vardı. Aralarında belə bir
əhvalatın baş verdiyi həmin gecə bu sətirlərin müəllifi, Hüseyn bəy
Yüzbaşının məclisinin yaxınlığında idi. O, bu məsələdən çox pərişan
idi və istəmirdi ki, arada dava-dalaş olsun. Sübhə qədər belə fikir və
xəyallarla bütün gecəni yatmadı. Sübh isə, böyük izdiham
toplanmasına baxmayaraq, onların hamısı silahsız gəlmişdilər. Adlı-
sanlı şahzadə Sultan Mustafanın lələsi Nəzər Sultan vəfat etmişdi və
bu sətirlərin müəllifi, qərara görə, şahzadənin məiyyətində idi. O,
adlı-sanlı şahzadə Sultan Mustafa Mirzənin əmrinə görə, ustaclıların
və onun adamlarının arasında idi ki, onlar evin qapısına gəlib
çatdılar. Eşikdə isə cahil və fasid adamlar çoxlu kinayəli sözlər
danışırdılar. Onlar döyüşçülərə etina etməyib Çehelsütunun
yaxınlığına gəldilər və İsmayıl Mirzə tərəfdarlarının ardınca
çığırmağa başladılar. Hüseyn bəy Yüzbaşı Hüseynqulu Xüləfanı öz
yanına çağırıb dedi: "Bu nə fitnə-fəsaddır ki, sən qızılbaşlar arasında
yaratmaqdasan? Nə üçün bu camaatı yaraqlandırıb evin qapısına
239
gətirmisən? Allahın həmdi sayəsində (əlhəmdülillah) padşah, mürşid
və millətimizin başı sağ-salamatdır. Bizim nə həddimiz vardır ki, biz
özbaşına işlər edirik?".
Hüseyn bəy Yüzbaşı onu müfsid və fitnəkar adlandırıb,
sədaqət və sufigəriliyə tərəf qədəm atdı. Hüseynqulu Xəlifə və
adamları da hirsli və pis sözlər dilə gətirdilər. Amma nəvvab
şahzadə Sultan Heydər Mirzənin orada olmasına görə İsmayıl
Mirzənin adamları çox boşboğazlıq edə bilmədilər. Cənnətməkan
nəvvab bu məsələdən xəbər tutan kimi belə söhbətlərə göz yummağı
(eğmaz) məsləhət bildi və Zal bəyi yanına çağırdı, ona, əvvəlki kimi
yenə də hamama gedib, öz işi işə məşğul olmasını tapşırdı. O
adamlar danışmağa belə macal tapmayıb, bir qədər xəcalətli tərzdə
dağılışdılar. Sultan Heydərin tərəfdarları sanki tazə həyat tapıb
həsədli adamların töhmət və tənələrindən bir qədər azad oldular.
Şahın səhhəti tam sağalandan sonra daha belə işlər baş vermədi, şah
da belə işlərin nizamlanması ilə bir də məşğul olmadı. Amma o,
bəzən ustaclılardan qüdrət sahibi olan hər hansı bir əmiri müəyyən
xidmətlə ordudan uzaqlaşdırırdı: Muradxanı Kəcur qalasını fəth
etmək üçün Rüstəmdara göndərdi, Piri bəy Qoçuluya [isə] Rey
hökumətini verib o səmtə yolladı.
Bu il Rum padşahı Səlim xan vəfat etdiyindən onun oğlu
Sultan Murad xan taxta cülus etdi. Cənnətməkan nəvvab Sultan
Səlimdən ötrü təziyə vermək, Sultan Muradın culusunu isə təbrik
etmək üçün ağıllı, fəhmli böyük əmirlərdən birini Ruma elçiliyə
göndərməyi qərara aldı. Məsələnin başlanacağında bu xidmətə
Hüseyn bəy Yüzbaşını namizəd etdilər, Sultan Heydərin adamları
bunu eşidib götür-qoy etdilər və belə düşündülər: "Cənnətməkan
nəvvabın onu göndərməkdən məqsədi şahzadənin yaxın adamları
olan ustaclılar arasında təfriqə salmaqdır". [Buna görə də] onlar
Hüseyn bəyi Ruma getməkdən əl çəkməyə vadar etdilər. O da həmin
təklifdən yaymaraq ərz edib bildirdi ki, şahın mübarək səhhətinin
sağalmasından ötrü nəzrim var idi və demişdim ki, səkkizinci
imamın ziyarətinə yetmək üçün gərək müqəddəs Məşhədə gedim.
Ömrə etibar olmadığı üçün, ümidvaram ki, mənim ziyarətə
getməyimə icazə verilər. O, bu bəhanə ilə [Ruma] getməkdən boyun
qaçırdı. Nəvvab şah onun üzrünü qəbul edib, mötəbər ustaclı
əmirlərindən olan Çuxursəd hakimi Məhəmmədxan Toxmağı elçi
kimi göndərdi. Hüseyn bəy də, onun sarayda olmayacağı vaxt
gözləmədiyi bir hadisənin baş verəcəyindən şübhələndiyi üçün
240
Məşhədə getməkdən boyun qaçırdı. Cənnətməkan şah bunun üstünü
örtüb bu barədə heç nə söyləmədi.
Hüseyn bəy belə məsləhətlərdə (məsir) düzgün mövqe
tuturdu. Get-gedə onun izzət və etibarı artırdı. Sultan Mustafa
Mirzənin lələsi Nəzər Sultan Ustaclı öldüyü üçün şahzadənin lələliyi
və atalığı, ona verilən əyalət və ülkanın idarəsi ilə birlikdə, Hüseyn
bəyə verildi. O da xoş bir saatda mirzəni evə gətirib şahanə bir
bayram təşkil etdi, layiqli peşkəşlər təqdim etdi. Ali əmrə görə
nəvvab şahzadəni yoluxmağa və Hüseyn bəyin lələliyini təbrik
etməyə gələn adlı-sanlı şahzadələrin hamısına bir-bir ləyaqətli
töhfələr təqdim olundu. Beləliklə, oymaqlar arasındakı fitnə və
düşmənçilik atəşi söndü, ali dərgahda hər iki dəstə arasındakı
danışıqlar yatdı. Daha iki il həzrət cənnətməkan şah dövlətə
kamranlıq və iqbal ilə başçılıq etdi. Bu hadisələrin üstündən iki il
keçəndən sonra, yəni doqquz yüz səksən dördüncü ildə (miladi
1576), siçan ilində, şahın mübarək surətinə yenə də bir qədər
xəstəlik çökdü. Hamamda şahın bədəninin bəzi yerlərini nurə
173
ilə
yandırıb-yaraladı. Yaraların ağrısı çoxaldı, qızdırmaya səbəb oldu.
Təcrübəli təbiblər müalicəyə başladılar. Heç kimin bu xəstəliyin
ölümə səbəb olacağına gümanı olmadığı halda, seşənbə gecəsi,
səfərin on dördündə (miladi 1576, 13 may) şahın məzacı pisləşdi,
ağrı əlamətləri zahir oldu, zəiflik üz verdi. Adlı-sanlı şahzadələr
gecə yarısına qədər öz böyük atalarının yanında durdular, "Heç bir
təşviş yerimiz yoxdur" deyərək hamını öz evlərinə göndərdilər.
Orada ləngiyən Sultan Heydər Mirzədən başqa bütün şahzadələr
dağılışdı. Onun ləngiməsinin səbəbləri barədə isə deyirlər: Səbəbin
biri budur ki, həzrət cənnətməkan şahın özü oğlu Sultan Heydərə,
istisna kimi, öz yanında qalmasını əmr etmişdi. Başqa bir rəvayət isə
belədir ki, Sultan Heydərin anası şaha bir şey olacağı təqdirdə
məbadə oğluna saraydan eşikdə bir xətər toxunmasın deyə,
dövlətxananın isə əmniyyəti mövcud olduğu üçün oğluna belə
demişdi: "Böyük atanın vəziyyəti ağırlaşmışdır. Çox ehtimal ki, o bu
gecə həyatını əcələ tapşırsın. Sən ki, atanın canişinisən, şahlıq
taxtını qoyub haraya gedirsən? [Buna görə də] münasibdir ki,
dövlətxanada qalasan. Elə ki, həmin dəhşətli hadisə baş verdi, sən
gərək başına şahlıq tacı qoyaraq, mübarək Çehelsütun sarayında
173
Nurə - Hamamda tüklərin təmizlənməsindən ötrü istifadə olunan sabun. Nurə
"vacibi" də adlanır (Bax: M.Moin. Göst. Lüğət, c.4, s.4847).
241
hümayun xalça üzərində əyləşib cülus edəsən. Xəzinələrin və
qurxanələrin* açarları əldə olduğundan döyüşçülərin gözləri
dünyəvi var-yoxa dikilmişdir. Xəzinə qapılarını açaraq, qoşunun
yüz-başı, qorçi və əyanlarını öz qiymətli hədiyyələrinlə sevindirə
bilərsən. Mübarək dövlətxanaya gələn yüksək şəxslər isə padşahlıq
taxtında artıq cülusun baş verdiyini görərlər. Hal-hazırda əlləri
məqsud ətəyindən uzaq olan İsmayıl Mirzənin tərəfdarlarının itaət
əlləri məqsəd ətəyindən uzaq olduğu üçün onların itaət etməkdən
başqa çarələri qalmaz. Gəlib səni paybus** etməyən hər kəsi öz
layiqli cəzasına çatdırarsan".
Anasının fikri şahzədənin məzacına uyğun oldu, dayanıb
gözlədi. Gecə yarısı şahın hümayun vücudunda vəfat əlaməti zahir
oldu, [səfər] ayının on beşində sübh tezdən onun qələbələrlə dolu
olan ruhu müqəddəs məkana tərəf pərvaz etdi. Bu böyük hadisənin
baş verdiyi səfər ayının on beşi maddəyi-tarix kimi qeybdən gələn
"Qəbri nurla dolsun!" ("Gurəş por nur") ifadəsinə uyğundur.
Səltənət sarayının qadınları canı dağlayan bu müsibət
üzündən səbr libaslarını cırıb ah-əfğan etməyə başladılar. Möhtərəm
hərəmxana xadimələri əzəmətli şahənşahın matəmi günlərində
əyinlərinə matəm libasları geyinərək zülmət gecə kimi qaraya qərq
oldular. [Sanki] aləm dəyişmişdi. Əhali təşviş (qeleq) və iztirab
girdabına (vərte) qərq olmuşdu. Ürəklər sınmış, xatirlər pərişan
olmuşdu. Necə də sınmasınlar və pərişan olmasınlar? Artıq günəş
özünün tutulma pərdəsi (pərdeyi-kosuf) arxasında gizlənmişdi.
Əhali onun tərbiyə feyzi ilə kamyab, rahət və xoşbəxt (afiyət) idi.
Ay öz işığını göstərməyib batdı (xosuf), çünki, o şahın işıqlı
fikrindən cahanda asayiş və aramlıq işıqlanmaqdaydı. O dövran
yeganəsinin vəsfi bəyana sığmayır. Kitabın başlanğıcında hərçənd
yığcam halda (mücməl) bu haqda yazılmışdır, lakin elə indi də o
müqəddəs şəxsin bəyənilən xüsusiyyətlərinin tərifi qaçılmazdır.
Xülasə, o həzrət hərçənd ki, müharibə etdiyi vaxtlarda
mühüm səltənət və ölkə işlərindən uzaq olurdu, [amma] şərif vaxtını
zəruri işlərin qayda-qanuna düşməsinə, ehtiyacı olanların mətləb və
məqsədlərinin yerinə yetməsinə yönəldirdi. Yerlərdə şəriətə rəvac
bəxş edir, üləmaya təzim edir, zöhd və təqva əhlinə ehtiram göstərir,
məscid, mədrəsə və başqa
xeyirxah yerlərə rəvac verir, məscidlərin
təmirinə olduqca böyük diqqət yetirirdi. Yaxşı işə cəlb etmək və pis
işdən
çəkindirmək (əmre-mərnf və nəhye-münkər) kimi xislətlərə
həmişə əməl etməklə nurlanırdı. Uşaqlıq dövründən və cavanlıq
242
vaxtından bəri nəfsani ləzzətlərdən əl çəkib, asimani uğurlara
meyllənmişdi. Doqquz yüz otuz doqquzuncu ildə (miladi 1532/33),
hümayun culusundan doqquz il sonra, iyirmi yaşında ikən səmimi-
qəlb ilə bütün pis əməllərdən tövbə etdi, tövbəsini heç vaxt
sındırmadı. Şərabxana, qumarxana və başqa beytüllütflərdən
(əxlaqsızlıq evlərindən - Ş.F.) gələn gəliri qeydiyyat dəftərlərindən
çıxardı. Get-gedə bütün əmirlər və qızılbaş tayfa əyanları o həzrət
kimi tövbəyə rəğbət etdilər. Doqquz yüz altmış üçüncü ildə (miladi
1555/56) əzəmətli əmirlər və iqbal astanasının mülazimləri pis
əməllərini yerə qoydular, bütün məmləkətlərin camaatına qeyri şəri
işlər qadağan olundu. Qəribə haldır ki, "tövbət nəsuhən" ("pozulmaz
əhd") bu işin maddeyi-tarixi olmuşdur:
Dostları ilə paylaş: |