1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN
DÜNYANI BƏZƏYƏN
ABBASIN TARİXİ
(Tarixe-aləmaraye-Abbasi)
“ŞƏRQ-QƏRB”
Bakı – 2010
2
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix
İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur
Layihənin rəhbəri, redaktor və ön sözün müəllifi:
Yaqub Mahmudov Əməkdar elm xadimi, AMEA-nın
müxbir üzvü, tarix elmləri doktoru, professor
Fars dilindən çevirən:
Şahin Fərzəliyev (Şahin Fazil) tarix elmləri doktoru, professor
Rəyçilər:
Vasim Məmmədəliyev AMEA-nın həqiqi üzvü,
filologiya elmləri doktoru, professor
Vaqif Piriyev tarix elmləri doktoru, professor
Tofiq Cahangirov filologiya üzrəfəlsəfə doktoru, dosent
İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən
Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).
Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.
"Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini
öyrənmək üçün qiymətli ilk mənbədir. İsgəndər bəy Münşi Şah
Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı.
Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk
mənbəyə dönə-dönə istinad etmişlər. "Dünyanı bəzəyən Abbasın
tarixi" əsərinin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı
tərəfindən dilimizə tərcümə olunmuş və 2009-cu ildə nəşr
olunmuşdur. Hazırkı tərcümə isə əsəri bütövlükdə əhatə edir və
Azərbaycan tarix elminin mənbə bazasının zənginləşməsi
baxımından çox mühüm hadisədir.
ISBN 978-9952-34-620-6
© AMEA Tarix İnstitutu, 2010
© "Şərq-Qərb Nəşriyyat evi, 2010
3
BÖYÜK AZƏRBAYCAN TARİXÇİSİNİN
MƏŞHUR ƏSƏRİ DOĞMA DİLİMİZDƏ
İsgəndər
bəy
Münşinin
"Tarixe-aləmaraye-Abbasi"
("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin Şahin Fazil
tərcüməsinə
ÖN SÖZ
Azərbaycan
Milli
Elmlər
Akademiyasının
Tarix
İnstitutunda Azərbaycan tarixinin indiyədək öyrənilməyərək qalan
çoxsaylı problemlərinin tədqiq olunması diqqət mərkəzinə
götürülmüşdür.
Azərbaycanın
müxtəlif
tarixi
dövrlərdə
itirilmiş
torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi
çatdırılması tarixçilərin əsas tədqiqat obyektinə çevrilmişdir.
Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və
saxtalaşdırılmış səhifələri də yenidən yazılır.
Tarixçilərimiz yuxarıda göstərilən şərəfli və mürəkkəb
vəzifələri həyata keçirərkən son dərəcə ağır çətinliklərlə üz-üzə
qalırlar. Başlıca çətinlik ilk mənbələrin qıtlığıdır. Daha doğrusu,
müxtəlif xarici dillərdə olan və dünyanın bir çox ölkələrində
saxlanılan ilk mənbələrin ölkəmizə gətirilərək nəşr olunmasına və
tədqiqatçılara
çatdırılmasına
indiyədək
lazımınca
diqqət
yetirilməmişdir. Bu bir yana qalsın, hətta ölkəmizdə saxlanılan arxiv
sənədləri də nəşr olunmamış, geniş elmi dairələrə və oxucu kütləsinə
çatdırılmamışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Tarix İnstitutu
xarici ölkələrin arxiv və kitabxanalarmda saxlanılan ilk mənbələrin
Azərbaycana gətirilərək nəşr olunması kimi çox mühüm bir
layihənin həyata keçirilməsinə başlamışdır.
Az vaxt içərisində Tarix İnstitutunda bu layihənin həyata
keçirilməsi sahəsində mühüm uğurlar qazanılmışdır.
"Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük
Britaniyanın arxiv sənədlərində" (Bakı, 2008), "Azərbaycan xalqına
qarşı 1918-ci il mart soyqırımı"nın I cildi (Bakı, 2009), "İrəvan
əyalətinin müfəssəl dəftəri" (Bakı, 2009), "İrəvan əyalətinin icmal
dəftəri" (Bakı, 2009), İsgəndər bəy Münşinin "Tarixe-aləmarayi -
Abbasi" əsərinin doğma dilimizə tərcüməsi (Bakı, 2009), "Gəncə-
4
Qarabağ əyalətinin icmal dəftəri" (Bakı, 2010), "Azərbaycan tarixi
arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət
Hərbi Tarix Arxivinin sənədləri" (Bakı, 2010), "Azərbaycan xalqına
qarşı 1918-ci il Mart soyqırımı. III cild. Xatirələr" Sənədlər toplusu
(Bakı, 2010), "Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci
illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri"
(Bakı, 2010), "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər
soyqırımı. II cild, I kitab. Gəncə quberniyası", "Azərbaycan xalqına
qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan
quberniyasında soyqırımı" və digər nəşrlər institut əməkdaşlarının
Azərbaycan tarix elminə mühüm töhfələridir.
Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy
Münşinin fars dilində yazdığı "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı
bəzəyən Abbasın tarixi") əsərinin bütöv halda doğma dilimizdə işıq
üzü görməsi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix
İnstitutunda icra olunan "Azərbaycan tarixinə dair ilk mənbələrin
nəşri" layihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti
uğur, həm də ən mühüm nailiyyətlərdən biridir.
İsgəndər bəy Münşinin adı yuxarıda qeyd olunan əsərinin
ana dilinə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, hər
şeydən əvvəl, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın
orta əsrlərdə də möhtəşəm tarix əsərləri yaratdığını sübut edir. Başqa
sözlə, Azərbaycan xalqı A.A.Bakıxanovun "Gülüstani-İrəm"indən
çox-çox əvvəl də tariximizə dair qiymətli ilk mənbələr yaratmaq
ənənəsinə və bu cür ilk mənbələri ərsəyə gətirən İsgəndər bəy Münşi
kimi görkəmli tarixçilər yetirmək dühasına malik olmuşdur.
Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvi
imperiyasının tarixini araşdırmaq üçün son dərəcə qiymətli ilk
mənbə olan "Tarixe-aləmaraye-Abbasi"nin doğma dilimizə bütöv
halda tərcüməsi Azərbaycan tarix elminə çox mühüm töhfədir.
Yeri gəlmişkən, böyük Azərbaycan tarixçisi İsgəndər bəy
Münşinin məşhur əsərinin ana dilimizə tərcüməsinin özü də bir
tarixdir. Bu əsəri hələ 1939-1950-ci illərdə Muxtar Əfəndizadə,
F.Babayev və A.Qasımov Azərbaycan dilinə çevirməyə təşəbbüs
göstərmişlər. Hazırda "Tarixe-aləmaraye-Abbasi"nin Muxtar
Əfəndizadə tərəfindən tərcümə edilmiş 285 səhifəsi, F.Babayev
tərəfindən dilimizə çevrilmiş 102 səhifəsi və A.Qasımov tərəfindən
tərcümə olunmuş 27 səhifəsi Tarix İnstitutunun Elmi Arxivində
saxlanılır (Bax: inventar №№ 934,910, 2078).
5
Bu qiymətli əsərin dilimizə peşəkar tarixçilər tərəfindən
çevrilməsinə hələ XX əsrin 50-ci illərində tarixçi alim Əbülhəsən
Rəhmani tərəfindən başlanmışdı. Lakin Ə.Rəhmani bu qiymətli ilk
mənbəyə ayrıca tədqiqat əsəri
1
həsr etsə də, nədənsə, tərcüməni başa
çatdıra bilməmişdi.
2
Sonralar bu iş institutun elmi tədqiqat planına
daxil edilmiş və İsgəndər bəy Münşinin məşhur əsərinin bütövlükdə
deyil, yalnız Azərbaycana aid məlumatlarının tərcümə olunması
qərara alınmışdı. Əlbəttə, bu yanlış qərar idi. Və qərar olaraq da
qalırdı. Nəhayət, 2004-cü ildə Tarix İnstitunda rəhbərliyə
başladıqdan sonra bizim təklifimizlə İnstitutun Elmi Şurası böyük
Azərbaycan tarixçisinin "Tarixe-aləmaraye-Abbasi" əsərinin bütöv
halda tərcümə olunmasını qərara aldı və həmin qərarın icrasına
başlandı. Nəhayət, 2009-cu ildə "Tarixe-aləmaraye-Abbasi"nin
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
O.Ə.Əfəndiyev və onun yetirməsi N.S.Musalı tərəfindən tərcümə
olunmuş başlanğıc hissəsi çapdan çıxdı.
3
Bu, əlbəttə, Səfəvi
tarixinin öyrənilməsi işinə çox mühüm töhfədir.
Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru,
professor Şahin Fərzəliyevin (Şahin Fazilin) oxuculara təqdim
olunan bu tərcüməsi isə tam tərcümədir, daha doğrusu "Tarixe-
aləmarayi-Abbasi"nin bütövlükdə tərcüməsidir.
"Dünyanı bəzəyən Abbasın tarixi"nin ("Tarixe-aləmaraye-
Abbasi”nin) bütöv halda dilimizə çevrilməsi Azərbaycan tarix
elminin mənbə bazasının zənginləşməsi baxımından çox mühüm
hadisədir. Böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin fars
dilində yazdığı bu qiymətli əsərin müəllifin öz ana dilində nəşr
olunması Azərbaycanın geniş oxucu kütlələrinin Səfəvi dövlətinin
tarixi ilə bağlı biliklərini, məlumat dairəsini daha da
genişləndirəcəkdir. Bu qiymətli ilk mənbə bizim üçün həm də ona
görə dəyərlidir ki, orada yazılanlar xalqımızın tarixi barədə bizim öz
tarixçimizin - Azərbaycan tarixçisinin yazdıqlarıdır.
1
А.А. Рахмани. «Тарих – и алем арай-и Аббаси» как источник по истории
Азербайджана. Баку, 1960.
2
Ə.Rəhmaninin "Tarixe-aləmaraye-Abbasi"dən etdiyi tərcümənin bir hissəsi (cəmi
47 səhifə) AMEA Tarix İnstitutunun Elmi Arxivində saxlanılır (Bax: inventar № 49).
3
O.Ə.Əfəndiyev və N.S.Musalı "Tarixe-aləmaraye-Abbasi" əsərini İran alimi İrəc
Əfşarın nəşrindən tərcümə etmişlər. Bax: İsgəndər bəy Türkman Münşi. "Tarix-i
aləmaray-i Abbasi" (Abbasın dünyanı bəzəyən tarixi), I cild, Bakı, 2009.
6
İsgəndər bəy Münşi öz dövrünün görkəmli alimlərindən
biri idi. Hərtərəfli biliyə, geniş dünyagörüşlü İsgəndər bəy tarix
sahəsində zəngin biliyə malik olmaqla yanaşı, həm də şair, nasir,
xəttat idi. Hesab elminə də yiyələnmiş, musiqi sahəsi ilə də
maraqlanmışdı. Farscanı, ərəbcəni mükəmməl bilirdi. 1560-1634-cü
illərdə ömür sürmüş İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda
xidmət etmiş, Azərbaycan qızılbaş döyüşçülərinin hərbi həyatını
yaxından müşahidə edə bilmişdi. Sonralar Şah Abbas sarayında
münşi vəzifəsində çalışmış İsgəndər bəy Münşi Səfəvi hökmdarını
və onun vəziri Hatəm bəy Ordubadini bir çox hərbi səfərlərdə
müşayiət etmiş, gördüklərini qələmə almış və "Tarixe-aləmaraye-
Abbasi" adı ilə məşhur olan mükəmməl bir Səfəvi tarixi yaratmışdır.
"Tarixe-aləmaraye-Abbasi" üç cilddən ibarətdir. Əsərin I
cildi 1571-1586, II cildi 1587-1616, III cildi isə 1617-1629-cu illəri
əhatə edir və iki kitabda çap olunmuşdur.
Bu qiymətli əsərin yazılmasına müəllif ömrünün 14 ilini
(1616-1629) həsr etmişdir.
"Tarixe-aləmaraye-Abbasi"nin
əlyazmaları
dünyanın
müxtəlif ölkələrinin kitabxanalarında, o cümlədən Azərbaycan Milli
Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanılır. Dünya ölkələrinin bir çox məşhur tarixçiləri,
o cümlədən Azərbaycan tarixçiləri Azərbaycan, Cənubi Qafqaz, İran
və digər Yaxın və Orta Şərq ölkələrinin tarixindən bəhs edərkən
İsgəndər bəy Münşiyə dönə-dönə istinad etmişlər. Bu qiymətli
əsərin müxtəlif hissələri Osmanlı türkcəsinə, ingilis, rus və başqa
dillərə də tərcümə olunmuşdur. İsgəndər bəy Münşinin "Tarixe-
aləmaraye-Abbasi" əsəri Azərbaycan Səfəvi sülaləsinin və
dövlətinin, bütövlükdə Səfəvi imperiyasının tarixini araşdırmaq
üçün ən qiymətli ilk mənbədir. Əsərdə bəhs olunan hadisələrin
böyük əksəriyyəti müəllifin şəxsi müşahidələrinə əsaslanır. Və real
tarixi faktlardır. Səfəvi hökmdarı Böyük Şah Abbas Səfəvi
imperiyasının tarixi torpaqlarını geri qaytarmaq üçün qalibiyyətli
müharibələr apardığından Səfəvilərin hərbi-siyasi tarixini, xüsusilə
Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın
hərbi sərkərdəlik keçmişini öyrənmək üçün "Tarixe-aləmaraye-
Abbasi" əsəri misilsiz ilk mənbədir. Xüsusilə ona görə ki, İsgəndər
bəy Münşi sadəcə olaraq salnaməçi deyildi. O, qələmə aldığı
mövzuya ilahi bir münasibət bəsləyir, "Quran" ayələrindən
faydalanır, hər hansı bir hadisədən bəhs edərkən özündən əwəlki
7
müəlliflərə də müraciət edir, onlardan iqtibaslar gətirir, yeri gəldikdə
müqayisələr aparır, qələmə aldığı hadisələri və faktları təhlil edir.
Bütün əsər boyu verdiyi çoxsaylı şeir parçaları, zərbi-məsəllər onun
həm də istedadlı şair və xalq həyatının mahir bilicisi olduğunu
göstərir.
Məsələn, İsgəndər bəy Münşi yüzillərlə müxtəlif
Azərbaycan dövlətlərinin paytaxtı olmuş Təbriz barədə, bütövlükdə
Azərbaycan haqqında çox qiymətli məlumatlar verir. O, qeyd edir
ki, Təbriz "uzun müddət fərman verən padşahların səltənət mərkəzi
olmuşdur" ("Dünyanı bəzəyən Abbasın tarixi", Şahin Fazilin
əlyazması səh. 560). Təbrizin "abadlığı və əhalisinin sayı elə bir
həddə gəlib çatmışdı ki, bütün İslam şəhərləri arasında onun kimi
əzəmətli, əhalisi çox olan və abad yer yox idi"("Dünyanı bəzəyən
Abbasın tarixi", səh. 561). Bir çox ilk mənbələr kimi "Tarixe-
aləmaraye-Abbasi" əsərində də vurğulanır ki, Azərbaycan
bütövlükdə "İranın", yəni Səfəvi imperiyasının əsas güc qaynağı idi
("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 561). İsgəndər bəy Münşi
qeyd edir ki, Azərbaycan bütün "İran məmləkətinin əsas ləşkər
(hərbi qüvvə - Y.M.) yığımı mərkəzidir" ("Dünyanı bəzəyən
Abbasın tarixi", səh. 558). Bu məlumat hərb tariximizi öyrənmək
üçün çox qiymətli tarixi faktdır.
İsgəndər bəy Münşi Azərbaycanın digər şəhərləri və tarixi
yerləri barədə də olduqca maraqlı məlumatlar verir. O, Şəki şəhəri
və Şəki bölgəsindən bəhs edərkən "olduqca uca və möhkəm qala"
olan Gələsən-Görəsən qalasından bəhs edir və yazır ki, "hələ şövkət
sahiblərinin heç biri bu qalanı fəth edə bilməyib" ("Dünyanı
bəzəyən Abbasın tarixi", səh. 163). İsgəndər bəy Münşi dədə-
babadan Şəkini idarə edən "Şirvanşahiyyə kökündən olan" Həsən
bəydən və Şəki hakimliyindən bəhs edərkən bu diyarın möhkəm
qalaları içərisində Sığnaq qalasının da adını çəkir, Şah Təhmasibin
özünün məşhur sərkərdələrindən birini - möhürdar Şahqulu Sultan
Ustaclını "qüvvətli döyüşçülərdən ibarət bir dəstə ilə Sığnaq qalasını
fəth etmək üçün göndərdiyini" qeyd edir ("Dünyanı bəzəyən
Abbasın tarixi", səh. 163).
İsgəndər
bəy
Münşinin
"Tarixe-aləmaraye-Abbasi"
əsərində Şirvan haqqında, xüsusilə Şah Təhmasibin 1538-ci ildə
Şirvana yürüşü barədə, "Şirvanın ən möhkəm qalası" olan Gülüstan
qalası müdafiəçilərinin Səfəvi hərbi qüvvələrinə qəhrəmancasına
8
müqavimət göstərməsinə dair çox maraqlı məlumatlar vardır
("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 158).
"Tarixe-aləmaraye-Abbasi"də Dərbənd səddi ("İsgəndər
səddi"), Narınqala, Dərbənd şəhəri barədə də maraqlı məlumatlar
vardır. İsgəndər bəy Münşi qədim Azərbaycan şəhəri olan Dərbəndi,
haqlı olaraq, "Şirvan Dərbəndi" adlandırır ("Dünyanı bəzəyən
Abbasın tarixi", səh. 487).
İsgəndər bəy Münşinin Naxçıvan, Ordubad, Şamaxı
şəhərləri, Bakı qalası, Lənkəran, Şindan qalası, Qəhqəhə qalası və
digər şəhərlərimiz, qalalarımız haqqındakı məlumatları olduqca
maraqlıdır.
"Tarixe-aləmaraye-Abbasi" əsərinin çox qabarıq nəzərə
çarpan xüsusiyyətlərindən biri də budur ki, onun müəllifi İsgəndər
bəy Münşi öz əsərini zamanın tələbi ilə farsca yazsa da, müəllif
bütün əsər boyu doğma Azərbaycanına sonsuz məhəbbət bəslədiyini
oxuculara açıq-aydın hiss etdirir. İsgəndər bəy öz əsərində onun
üçün doğma olan dahi Azərbaycan şairi Nizami Gəncəviyə tez-tez
müraciət edir, onu "ariflərin ən böyüyü, adlı-sanlı Şeyx Nizami"
adlandırır ("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 278), dahi
şairimizdən tez-tez beytlər gətirir. Və yaxud böyük Azərbaycan şairi
Əfzələddin Xaqanidən bəhs edərkən yazır ki, Əfzələddin Xaqani
Məhuçöhrü mədh etdiyi üçün özünə "Xaqani" təxəllüsü
götürmüşdür. İsgəndər bəy Münşi digər bir məlumatında isə Şeyx
Səfiəddin Səfəvi ilə İran şairi Şeyx Müslihiddin Sədi Şirazinin
görüşündən bəhs edir və azərbaycanlı şeyxinin iranlı şeyxdən razı
qalmadığını qeyd edir: "Şeyx Səfiəddin Şeyx Müslihiddin Sədi ilə
söhbət etdi, amma onunla həmsöhbət olmaqdan xoşlanmadı"
("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 28).
"Tarixe-aləmaraye-Abbasi"nin
Azərbaycanla
bağlı
məlumatları içərisində Ordubad, Nəsirəddin Tusi və Hatəm bəy
Ordubadi haqqında yazdıqları da tarixi keçmişimizin doğru-düzgün
öyrənilməsi baxımından çox qiymətlidir. Qədim Azərbaycan şəhəri
Ordubaddan ürəkdolusu söhbət açan İsgəndər bəy Münşi bu diyarı
"bütün aləmdə məşhur olan cənnətməkan" adlandırır, Səfəvi-
Osmanlı müharibələri zamanı işğalçılara dəfələrlə müqavimət
göstərdiyi üçün Ordubadın hədsiz dağıntılara məruz qaldığını və
buna görə də Böyük Şah Abbas tərəfindən bütün dövlət
vergilərindən azad olunduğunu qeyd edir.
9
İsgəndər bəy Münşi öz əsərində Azərbaycan xalqının dahi
oğlu "bəşəriyyətin ustadı", "millətin və dinin himayəçisi" Nəsirəddin
Tusinin və böyük dövlət xadimi, Böyük Şah Abbasın baş vəziri
Hatəm bəy Ordubadinin də məhz Ordubaddan olduqlarını xüsusi
olaraq vurğulayır ("Dünyanı bəzəyən Abbasın tarixi", səh. 791).
Əlbəttə, böyük Azərbaycan tarixçisinin Azərbaycan-Səfəvi
hökmdarı Böyük Şah Abbasın şərəfinə yazdığı "Tarixe-aləmaraye-
Abbasi" kimi çox mötəbər bir tarixi mənbədə dahi Nəsirəddin
Tusinin və böyük dövlət xadimi Hatəm bəy Ordubadinin
Azərbaycan xalqının övladları olmasına dair tarixi həqiqətin təsdiq
olunması Azərbaycan tarixinə çox qiymətli töhfədir.
"Tarixe-aləmaraye-Abbasi"nin bir ilk mənbə kimi digər bir
xüsusiyyəti də Azərbaycan oxucusu üçün maraqlıdır. İsgəndər bəy
Münşi öz əsərində yeri gəldikcə, daha doğrusu qələmə aldığı
hadisəni fars dilində sərrast mənalandırmaq mümkün olmadıqda, öz
doğma dilinə - Azərbaycan türkcəsinə müraciət edir. Və bununla
həm doğma dilinin üstünlüklərini, həm də özünün milli
mənsubiyyətini nəzərə çapdınr.
Bir sözlə, xalqımıza məxsus olan "Tarixe-aləmaraye-
Abbasi" kimi qiymətli bir ilk mənbənin doğma dilimizdə bütövlükdə
nəşr olunması tarix elmimizə çox mühüm töhfədir. Və bu töhfə
oxucularda, keçmişimizlə maraqlanan hər kəsdə doğma tariximizə
sevgini daha da artıracaqdır.
Bir neçə söz bu böyük, olduqca əhəmiyyətli və son dərəcə
ağır işi başa çatdıran Şahin Fərzəliyev (Şahin Fazil) haqqında. Şahin
ölkəmizdə fars dilinin ən yaxşı bilicilərindəndir. İxtisasca
şərqşünasdır. Tarix elmləri doktorudur. Professordur. Tərcümə
etdiyi əsərdə bəhs olunan dövrlə bağlı qiymətli tədqiqat əsərlərinin
müəllifidir. Ömrünün 13 ilini Əfqanıstanda yaşamış, tərcüməçilik
etmişdir. Əfqanıstanın dövlət medalları ilə təltif olunmuşdur. Şahin
həm də görkəmli qəzəlxanımızdır. Onlarla şeir kitabı, bir neçə
divanı və poemaları var. Azərbaycan şairlərinin əsərlərini farscaya
çevirərək Kabulda, əfqan şair və yazıçılarının əsərlərini isə
Azərbaycan dilinə çevirərək Bakıda nəşr etdirmişdir. Şahin Fazil bir
sıra beynəlxalq elmi məclislərdə tariximizin ayrı-ayrı məsələlərinə
həsr olunmuş məruzələrlə çıxış etmişdir.
Şübhə etmirəm ki, böyük tarixçimiz İsgəndər bəy Münşinin
"Tarixe-aləmaraye-Abbasi" əsərinin bütöv halda doğma dilimizdə
ilk nəşri tarix elmimizin tarixində mühüm hadisədir. Və "Tarixe-
10
aləmaraye-Abbasi"nin ölkəmizdə fars dilinin ən yaxşı bilicilərindən
olan görkəmli alimlərimiz akademik Vasim Məmmədəliyev, tarix
elmləri doktoru, professor Vaqif Piriyev və filologiya üzrə fəlsəfə
doktoru, dosent Tofiq Cahangirovun yüksək qiymət verdikləri Şahin
Fazil tərcüməsi uzunömürlü olacaqdır.
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-mn müxbir üzvü,
tarix elmləri doktoru, professor
11
TƏRCÜMƏÇİDƏN
Təxəllüsü vəzifəsinə uyğun "Münşi", özü isə Azərbaycan
türklərinin türkman tayfasına mənsub olan İsgəndər bəy Münşi
(1560-1634), şərqşünaslıq aləmində çox tanınan müəlliflərdəndir və
o, bu şöhrətə məhz ilk Səfəvilərin, xüsusilə Şah Abbasın tarixini əks
etdirən "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın
tarixi") adlı əsərini yazmaqla yetişmişdir.
1560-cı
ildə doğulan, gənclik illərində "dövlət
qulluqçuları"na ("ərbabi-dövlət") qulluq edən, 26 yaşından etibarən
səfəvi sarayında münşi (katib) olan və 74 il ömür sürən bu tarixçi,
şair, xəttat və münəccim yaşadığı dövrdə baş vermiş bir çox
hadisələri şəxsən müşahidə edərək onları öz kitabında əks
etdirmişdir. Artıq bir neçə əsrdir ki, "Tarixe-aləmaraye-Abbasi"
əsərindən, demək olar ki, dünyanın bütün şərqşünaslıq
mərkəzlərində geniş istifadə olunur. Mirzə Fətəli Axundov
"Aldanmış kəvakib" əsərini məhz bu kitabın bir süjetindən əxz
etmişdir.
XVI əsr və XVII əsrin ilk 30 ilində Azərbaycanın ictimai,
iqtisadi, siyasi, mədəni, diplomatik, ideoloji həyatında baş verən
hadisələr İsgəndər bəy Münşinin ilkin mənbə kimi son dərəcə
qiymətli olan bu əsərində ətraflı işıqlandırılmışdır. Buna görə də
AMEA A.Bakıxanov adına Tarix İnstitutu böyük tarixçimizin
qələmindən çıxmış "Tarixe-aləmaraye-Abbasi" kitabını bütünlüklə
fars dilindən Azərbaycan dilinə çevirmək və onu oxuculara təqdim
etmək qərarına gəldi. Olduqca böyük zəhmət tələb edən bu iş artıq
yerinə yetirilmişdir və fəxr edirəm ki, mənə olunan təklifə əməl
etmişəm. Əsər 3 dibaçəni, 1 xatiməni
4
, habelə bir neçə "səhifə"
("cild") və "məqsəd"i əhatə edən mürəkkəb bir kitabdır.
4
Qeyd: "Tarixe-aləmaraye-Abbasi" əsərində müəllif "xatimə" adlanacaq gələcək
hissədən söz açaraq yazır: "Xatimə-köhnə kitablardan oxuduğum və həyatım boyu
müşahidə etdiyim qəribə hekayətlər, maraqlı rəvayətlər və dövranın nadir hadisələri
haqqındadır. İnşallah, əgər ömür vəfa edərsə, o hissə üçüncü cilddə yazılacaqdır
"(Bax: İsgəndər bəy Münşi, Tarixe-aləmaraye-Abbasi", I kitab, Tehran, hicri 1382
(miladi 2003), Şahin Fazil tərcüməsi, səh. 16). Görünür ki, İsgəndər bəy kitabının
yazılmasını nəzərdə tutduğu "Xatimə" hissəsini yazmamışdır, çünki biz də kitabda
həmin hissəyə təsadüf etmədik. Bu fikri "Tarixe-aləmaraye-Abbasi" kitabı haqqında
məlumat verən ÇA.Stori (Bax: Ч.А.Стори. Персидская литература. Био-
библиографический обзор. Переработал и дополнил Ю.Э.Брегель, часть II,
Москва, 1972, с. 875), həmçinin İsgəndər bəy Münşinin kitabının I cildini fars
12
İsgəndər bəyin planına görə demək olar ki, "Tarixe-
aləmaraye-Abbasi" 3 "cild"ə, 12 "Məqalə"yə və müxtəlif fəsillərə
(zikr, şərh, goftar) bölünməli idi. Kitabı nəşrə hazırlayan və çap
edən İran tədqiqatçısı İrəc Əfşar həcmcə qeyri-bərabər 3 cilddən
(səhifədən) ibarət olan bu tarixi salnaməni oxuculara 2 hissədə
(bəxş) təqdim etməsinin səbəbini belə izah edir: "Bu kitabın
cildlərinin bərabər həcmdə olmaması səbəbindəndir ki, onun birinci
səhifəsi və ikinci səhifəsinin yarısı I hissədə, ikinci səhifənin ikinci
yarısı və üçüncü səhifə isə göstəricilərlə birlikdə II hissədə çap
olunmuşdur". Qeyd olunmalıdır ki, İsgəndər bəy Münşi tərəfindən
"Müqəddimə", "Məqalə" və "Səhifə" adlandırılan ifadələr hcç də
bizim qəbul etdiyimiz mənada bir neçə vərəqdən ibarət yazı
anlayışına uyğun gəlmir və kitabın hər iki hissəsini əhatə edir.
İsgəndər bəyin özü şair olduğu üçün kitabında özündən və
başqa şairlərdən yüzlərlə beytdən ibarət məsnəvi, nəzm, qitə, rübai,
maddeyi-tarix və s. poetik nümunələr vermişdir. Onun müxtəlif
hadisələrlə əlaqədar misal gətirdiyi şeir parçaları içərisində bizim
Nizami Gəncəvidən və məşhur İran şairi Əbülqasim Firdovsidən
çoxsaylı beytlər mövcuddur. "Tarixe-aləmaraye-Abbasi"də dəfələrlə
Quran ayələri misal gətirilmiş, bəzi tarixi mənbələrdən istifadə
olunmuş və zərbül məsəllərdən nümunələr verilmişdir.
Hər şeydən əvvəl qeyd etmək istərdim ki, bu tərcümə işi
əsərin İran tarixçisi İrəc Əfşar tərəfindən çap olunan hicri tarix ilə
1382-ci il (miladi 2003) üçüncü nəşri əsas götürülməklə yerinə
yetirilmişdir.
5
Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi
Türkman haqqında ölkəmizdə ilk dolğun məlumatı mərhum
həmkanmız, tarix elmləri doktoru Əbülhəsən Əli oğlu Rəhmani
vermişdir.
6
İsgəndər bəyin özünü və sözünü qiymətləndirən və
əsərindən istifadə edən bir sıra tədqiqatçılar olmuşdur (məs., Süheyli
dilindən azərbaycancaya çevirən Oqtay Əfəndiyev və Namiq Musalı (Bax: İsgəndər
bəy Münşi, Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi"), I cild,
Bakı, 2009, səh. 36) da qeyd etmişlər. Lakin III cildin sonunda "Kitabın xətmi
haqqında bir neçə kəlmə (fəqərə)" adlanan kiçik bir "xatimə" vardır ki, bu "xatimə"
İsgəndər bəyin yazmasını nəzərdə tutduğu "Xatimə" deyildir.
5
İsgəndər bəy Türkman. Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I və II hissələr,
Tehran, h. 1382 (m. 2003).
6
A.A.Paxмaни. "Tapиx-и алам арай-и Аббаси" кaк источник по истории
Азербайджана. Баку, 1960, c. 8-15.
13
Xansari, Nəsrullah Fəlsəfi, Rzazadə Şəfəq, İ.RPetruşevski,
O.Ə.Əfəndiyev, M.X.Heydərov, S.M.Onullahi, Ş.F.Fərzəliyev,
Ş.K.Məmmədova və başqaları), lakin bir daha qeyd etməliyəm ki,
Ə.Ə.Rəhmaninin ilk tədqiqat işi məhz İsgəndər bəy Münşinin
qələmindən çıxan və bu salnaməçinin yaşadığı dövr tarixinin ilkin
mənbəyi olan "Tarixe-aləmaraye-Abbasi"nin ("Dünyanı bəzəyən
Abbasın tarixi") tədqiqinə yönəldiyindən o, bu haqda daha çox
yazmış, nəticədə özündən sonra mühüm bir monoqrafik əsər yadigar
qoymuşdur.
1560-cı ildə Azərbaycanın "türkman" adlı türk qəbiləsində
dünyaya göz açan İsgəndər bəy gənc yaşlarından mühasibat (siyaq)
elmi işlə məşğul olmuş, səfəvi hökmdarı Şah Məhəmməd
Xudabəndənin (hakimiyyət illəri 1578-1587) süvari qulamlar
xidmətinə qatılmış, 32-33 yaşında I Şah Abbas Səfəvinin
(hakimiyyət illəri 1587-1629) münşilərindən (katib) biri kimi ali
divanda işləməyə başlamışdır. Ə.Rəhmaninin gəldiyi qənaətə görə,
onun bir münşi kimi saray xidmətinə cəlb edilməsində Səfəvilər
dövlətinin etimadlısı (etimadüddövləsi), həmyerlimiz Hatəm bəy
Ordubadinin rolu olmuşdur. "Tarixe-aləmaraye-Abbasi"də İsgəndər
bəylə Hatəm bəy arasında olan dostluq münasibəti barədə dəfələrlə
məlumat verilmişdir.
Qeyd olunmalıdır ki, İsgəndər bəy gənc yaşında ikən bir
döyüşdə də iştirak etmişdir. Şah Məhəmməd Xudabəndənin oğlu
Həmzə Mirzə Səfəvinin üsyankar əmirlərlə qarşıdurmasına həsr
olunmuş hissədə (hicri 995/miladi 1586) müəllif yazır ki, onun 26
yaşı olarkən könüllü olaraq şah dəftərxanasını tərk edir, əyninə
zirehli paltar geyinir, silaha sarılır və Həmzə Mirzənin döyüşçü
dəstəsinə qoşulur. Əsərdə oxuyuruq: "Bu sətirlərin müəllifi deyir ki,
o zaman ömrünün həyat mərhələlərindən iyirmi altısı ötmüşdür və o,
nəvvab şahzadənin qələm ərbabı silkindən olub, divana mənsub
şəxslərdən biri idi, iyirmi altı yaşlı adamlara xas olan nəfs cəhaləti
və dərrakəsizlik üzündən əyninə zireh geyinib, silaha sarılıb, sivri
nizə tutub, igidlik ərbabı zümrəsinə daxil olub, nəvvab şahzadənin
xidmətindən ayrılıb fəthə qədər onunla birlikdə oldu, hadisələri öz
gözləri ilə gördü, gördüyü kimi də yazdı."
7
7
İsgəndər bəy Türkman. Tarixe-aləmaraye-Abbasi, Şahin Fazil tərcüməsi, I hissə,
səh. 609.
14
İsgəndər bəy mənşə etibarilə kimdir? Onun əslən
azərbaycanlı olmasının sübata heç bir ehtiyacı yoxdur. Lakin ingilis
tədqiqatçısı Ç.A.Stori "Fars ədəbiyyatı" adlı bio-biblioqrafik
kitabında tarixçi Əbülhəsən bəy İbrahim Qəzvininin "Fəvaide-
səfəviyyə" ("Səfəvilərin faydaları") adlı tarix əsərinə əsaslanaraq
8
"Tarixe-aləmaraye-Abbasi" müəllifini "İsgəndər əş-şəhir bi Monşi",
yəni "Münşi kimi məşhur olan İsgəndər" adlandırır. Ç.Storiyə görə,
İsgəndər h. 969 (m. 1561/62)-ci ildə doğulmuşdur. Alimin gətirdiyi
bu doğum tarixinin təshihə ehtiyacı vardır. Tədqiqatçılardan
Y.E.Breqel və N.D.Mikluxo-Maklay yuxarıda göstərilən 1561/62-ci
il tarixini dəstəklədikləri halda, İrəc Əfşar, O.Əfəndiyev,
Ə.Rəhmani, S.Onullahi, Ş.Fərzəliyev və başqaları İsgəndər bəyin
1560-cı ildə doğulduğunu yazmışlar.
9
Sonralar O.Əfəndiyev və
N.Musalı müəllifin öz materiallarından istifadə edərək, onun
təvəllüdünün 1560/61-ci ilə təsadüf etdiyini bildirmişlər.
10
Ç.Stori İsgəndər bəyin əsil-nəcabəti haqqında "ehtimal ki,
heç nə məlum deyildir" yazır.
11
Doğrudur, İsgəndər bəyin özü də bu
haqda heç nə demir. Orta əsr salnaməçiləri, ümumiyyətlə, özləri
haqqında xəsisliklə məlumat verirlər, Amma bizim tarixçinin adına
əlavə olunan və mənşəcə kimliyini bildirən "türkman" ifadəsi məgər
onun məşhur türk tayfalarından birinə mənsubluğunun sübutu
deyilmi? Axı azərbaycanlıların etnogenezisində fəal iştirak etmiş
türkman tayfası XV-XVII əsrlər tariximizin dövlət quruculuğu
sahəsində böyük nüfuz və fəaliyyətə malik olmuş, müstəsna xidmət
göstərmişdir. Səlcuqilərin tərkibində İrana, Azərbaycana və Kiçik
Asiya torpaqlarına gələn türkmanlar sonralar tərəfdarı olduqları
ağqoyunlulardan ayrılaraq qızılbaş tayfa birliyinin yaranmasında
fəal iştirak etmişlər. Məgər Cənubi Azərbaycandakı Türkman,
Türkmançay (bu toponim bizim ədəbiyyatımızda bu günədək səhvən
8
Ч.А.Стори. Персидская литература. Био-библиографической обзор.
Переработал и дополнил. Ю.Э. Бретель, Москва 1972, Часть III, с. 1741.
9
İsgəndər bəy Türkman. Göst.əsər, I hissə. İrəc Əfşarın müqəddiməsi, səh. 15; Октан
Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке, Баку, 1981, с.
24; А.Рахмани. Азербайджан в конце XVI и в XVII веке, Баку, 1981, с. 6.;
S.M.Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi, Bakı, 1982, s. 17; Şahin
Fazil Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə, II nəşr,
Bakı, 1999, səh. 18.
10
İsgəndər bəy Münşi. Tarixe-aləmaraye Abbasi (Abbasın dünyanı bəzəyən tarixi),
Fars dilindən tərcümə edənlər Oqtay Əfəndiyev və Namiq Musalı, Bakı, 2009, səh. 4.
11
Yenə orada, II hissə, s. 873.
15
"Türkmənçay" kimi yazılır - Ş.F.), Türkmankəndi, eləcə də Göyçay
və Bərdə rayonlarındakı türkman kəndləri
12
"türkman" toponimi ilə
müstəqil əlaqədar deyilmi? Bugünkü İranda 60 min nəfərdən çox
türkmanın (!) yaşadığı da məlumdur.
13
Türkman tayfa üzvləri
haqqında belə məlumatların olması İsgəndər bəy Türkmanın
mənşəyinin türk olması xüsusunda heç bir sorğu-sual doğurmur.
Belə olan halda, qətiyyətlə deyə bilərik ki, "Tarixe-aləmaraye-
Abbasi" kitabının müəllifi İsgəndər bəy Münşi Türkman
azərbaycanlıdır!!!
Şah Abbas məiyyətinin tərkibində müxtəlif səfərlərə və
hərbi yürüşlərə çıxan İsgəndər bəy əsasən İsfahanda yaşamışdır.
Onun ailəsi və övladları haqqında da əsərində məlumat yoxdur,
amma müəllif özünün ən yaxın qohumu kimi qardaşı oğlu
Məhəmməd Salehi tərifləyir və bu şairin şerlərindən misallar gətirir
ki, bu haqda aşağıda məlumat verəcəyik.
İsgəndər bəy Şah Abbasla birlikdə Azərbaycanın, demək
olar ki, bütün böyük şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil,
Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, Bakıda
olmuş, öz münşilik fəaliyyətinə uyğun tapşırıqları yerinə
yetirmişdir.
Bəzi müəlliflərə görə, İsgəndər bəy 1629-cu ildə vəfat
etmişdir. Bu tarixin səhv olduğunu bildirən Ə.Rəhmani tarixçinin
1634-cü ildə öldüyünü göstərir ki, bu fikir həqiqətə tam uyğundur,
çünki yazdığı "Tarixe-aləmaraye-Abbasi"dən başqa, onun yenə də
fars dilində yazdığı "Kitabe-tərəssol min münşəate-Xacə İsgəndər
bəy Münşi" ("Xacə İsgəndər bəy Münşi tərəfindən yazılan sənədlər
kitabı") və "Zeyle-tarixe aləmaraye-Abbasi" ("Dünyanı işıqlandıran
Abbasın tarixinin ardı") kimi daha iki əsəri qələmə alınmışdır
14
ki,
"Zeyl...", əlbəttə, birinci kitabından sonra yazılmışdır.
İsgəndər bəy səfəvi hökmdarları tarixinə həsr etdiyi öz
məşhur əsərini iki variant halında hazırlamışdır. I variant hicri tarix
ilə 1025-ci ildə (miladi 1616) tamamlanmış, II variant isə hicri
1038-ci ildə (miladi 1629) bitirilmişdir. Variantların birincisi həcm
etibarilə çox böyük olan və 12 məqaləyə bölünən "Müqəddimə"ni
12
Azərbaycan Sovet Ensiklopediyası, c. IX, Bakı, 1986, səh. 402.
13
D-r Məhəmməd Moin. Fərhənge-farsi, c. V, Tehran, h. 1378, səh. 387.
14
Ç.A.Stori. Göst. əsər. II hissə, s. 873-874; Ə.Rəhmani. Göst. əsər, səh. 17.
16
və müəllif tərəfindən "Səhifə" adlanan iki cildi əhatə edir.
Variantların ikincisi isə yenə "Səhifə" adlanan üç cildi əhatə edir ki,
I cilddə 12 məqalə əks olunur, lakin qədim Tehran nüsxəsinə əsasən
İrəc Əfşar "Tarixe-aləmaraye-Abbasi"nin I məqaləsini sonrakı 2-12-
ci məqalələrdən ayırmış və həmin 11 məqalə kitabın ikinci
hissəsinin 1099-1116-cı səhifələrində verilmişdir.
Dostları ilə paylaş: |