Beytlər
Ölməyir, ölməzdir sadiq adamlar,
Ölüm aid deyil onlara qəti.
Fəna zövqünü sən dadıb bilərsən,
Bahardan üstündür xəzan xələti.
80
78
İfadənin ərəbcəsi: "Səllə əleyhi və səlləmə təslimən".
79
İfadənin ərəbcəsi: "İnnənə li-1-lahi və innənə ileyhi raciunə illə ənnə ovliyaə-1-lahi
və yəmutunə və lakin yənqəlibunə".
80
Beytlərin farscası:
Hərgez nəmordeənd - o nəmirənd əhle-del,
Namist hərfe-mərg bər in qovme-torcoman.
Zovqe-fəna noyafteyi v-ər nə dər nəzər
Rəngintər əz bəhar bovəd xələte-xəzan.
Qeyd: Bir din qardaşımız Altay Cəmil bu beytləri tərcümə etmişdir ki, məzmun və
məna baxımından opijinala uyğun olduğu üçün onun tərcüməsini də burada verməyi
münasib bildik. - Ş.F.
61
Yəməninin "Fütuhat" kitabında belə yazılmışdır: "O
həzrətin vəsiyyətinə görə onun qüslü və kəfənlənməsi Seyid
Cəmaləddin İsfahani tərəfindən icra olundu, Sultan Sədrəddinsə o
vaxt Sultaniyyədə idi. Səfəviyyə sülaləsinin üzvləri onun pak
cəsədini həzrət şeyxin özünün buyurduğu yerdə dəfn etdilər ki,
həmin yer indi "Təvaf yeri" ("Mətafe-təvayef”) adlanır".
Sultan Sədrəddin Musa*: Sərvərlik asimanından çıxan ay
(bədr) və xoşbəxt ulduzlarla dolu göydən doğan günəş idi. Uşaqlıq
və cavanlıq dövründə onun hümayun alnında zöhd və təqva nurları
parlayır, çöhrəsində xeyirxahlıq və cəsarət (səlah və rəşad)
əlamətləri aydın görünürdü. Başçılıq etməkdə və irşadda sərəfraz bir
sərv, alicənablıqda (olovv) isə başqalarından fərqlənən və üstün olan
bir adam idi. Qiymətli atası tərəfdən üstünlük (səyadət) və kəramət
bürcündən, xoşbəxt ulduzlu anası tərəfdən isə irşad sədəfindən
doğan ulduz idi. O, hidayət və zahidlik səccadəsində əyləşən
yeddinci şeyx idi. "Fütuhate-Yəməni"də yazılmışdır: "Şeyx Zahidin
qızı ilə həzrət sultanül-övliya (Şeyx Səfiəddin - Ş.F.) arasında kəbin
kəsilən gün şeyx kəbinkəsmə mərasimində ayağa durub [sanki] bu
məclisdə iştirak etməyən məchul bir şəxsə böyük təzim və ehtiram
nümayiş etdirdi. Məclisdə olan adamlar ondan bunun sirrini
soruşdular. Şeyx buyurdu: "Mənim nəvələrim olacaq Səfiəddin
övladlarının təcəssümünü gördüm. Onlarınsa arasında elə bir
səadətli adam gözümə dəydi ki, mənim və Səfinin qaimməqamı
olacaqdır. Elə buna görə də, mən bu adamda ali bir məqam görərək
ona təzim etdim". Elə ki, taleyin doğuş üfüqündən o ayüzlü
(mahtələt) şeyx (Sədrəddin Musa - Ş.F.) çıxaraq aləmi işıqlandırdı,
həzrət sultanül-Övliya iradət ərbablarına və rəşadətli səhabələrinə
belə bir xəbər verdi: "Bu qiymətli cövhər o səadətli fərzənddir ki,
Şeyx Zahid kəbin mərasimində ona təzim etmişdi". Sədrəddin Musa
öz böyük atasının yanında bir neçə il fəzilətə və yüksək
xüsusiyyətlərə malik olmağı öyrəndi, zahiri və batini ülviliyin kamal
mərtəbələrini qət etdi, onun hidayət və irşad sahibi olması xəbəri
(seyt) bütün dünyaya yayıldı. "Nəfəhatül-üns"* kitabının müəllifi
Könül yolçuları ölməyir, ölməz.
Ölüm onlar üçün qəlbin xilası.
Kim fəna zövqünü dadmasa, bilməz
Ki, yazdan əlvandır xəzan libası."
62
"bütün dövrlərin sirrlərini kəşf edən (kaşef)"** Seyid Qasım
Ənvarın*** mədhində belə deyir: "Hələ məlum deyildir ki, bütün
dünyada pak imamlardan sonra Seyid Qasım Ənvar kimi başqa bir
adam tapıla bilsin." Sonra sözlərini izhar edib yazır: "İradət və
müridçilik baxımından Allahın o arif bəndəsi (arife-rəbbani) həzrət
Şeyx Sədrəddin Ərdəbilinin davamcısıdır." Xülasə, o həzrət yüksək
nejadlı atasının vəfatı vaxtı irşad sərvətinin xəzinədarı oldu, səadətli
atasının vəfatından sonra isə Sultaniyyə səfərindən qayıtdı. O ali
sülalənin üzvləri onun aləmi bəzəyən cəmalını müşahidə edib şeyxi
yas libasından çıxarmaqdan ötrü bir təziyə məclisi qurdular, düzgün
yolu (təriqe-möbin) müəyyənləşdirənlər əməlinin paklıq və
niyyətinin xoşxahlıq olduğuna görə o həzrəti həzrət şeyxin
vəsiyyətinə əsasən irşad taxtına əyləşdirdilər, ona itaət etdilər [və o
irşad taxtı] məliklər və şərafətli şəxslər üçün səadət qapısı oldu.
Moğol (monqol - Ş.F.) əmir və əyanlarının o irşad xəzinələrinin
xəzinədarına böyük etimadları vardı və şeyx gün-gündən izzət və
sərvərlik meracına yüksəlirdi.
Onun himmət memarı hal-hazırda hamının ziyarətgahına
(motafe-təvayef) çevrilən böyük bir bina, sultanül-övliyanın şərəfinə
mübarək bir türbə (mərqəd) tikdirdi, həmçinin oranın mühafizə evini
(darül-heffaz) və başqa tikililəri öz vəsaiti ilə olduqca gözəl
görünüşdə inşa etdirdi, o yerlərə xoş səsli Quran qiraətçilərini
(hafezan) cəlb etdi. O tarixdən bu tarixədək həmin işıq və rəhmət
məskənindən gecə-gündüz Quran təlavəti eşidilməkdədir.
Beytlər
O pak məzar üstə şövqə gələrək
Bir türbə ucaltdı cənnət qəsritək.
İlahi feyz ilə özül qoyuldu,
Ayla gün o qəsrin kərpici oldu.
Göylərə baş vurdu başı qübbənin
Hər görən "tayıdır,- dedi.-Kə'bənin".
Türbə hafizləri gündüz və gecə
Təsbih və təhlillə
81
məşğuldur necə!
82
81
Qeyd: Təsbih - "sübhanallah", təhlil isə "Lə iləhə illəllahu vəh-dəhu lə şərikə ləhu.
Ləhul mulku və ləhul həmdu və huvə alə kıılli şə'yin qadirun" ifadəsinin zikridir.
Təsbihdəki sübhanallah - "Allah pak və nöqsansızdır" deməkdir; Təhlildəki cümlə isə
63
Elə ki, o müqəddəsin ömrü Allah axtarışı və şəriət pərvərlik
yolunda sona yetdi, öz hörmətli atasının yanında fəzilət və kəmalət
öyrənən, həmçinin irfan bəzəyi ilə bəzənən ləyaqətli fərzəndi Xacə
Əli* o ehtirama layiq (sotudexesal) həzrətin qaimməqamı oldu,
böyük atasının pak cəsədini əvvəlki övliyalar kimi sultanül-
övliyanın qübbəsi göylərə ucalan türbəsində dəfn etdi, həmin şərif
məkanın şərəfini daha da çoxaltdı. Sultan Xacə Əli mücahidə,
riyazət, nəfs toxluğu, batin saflığında "öz əcdadlarının yolunu
davam etdirən layiqli oğul kimi"
83
ləyaqətli şeyxlərdən olan ata-
babasının yolunu davam etdirdi, rəbbani rəmzlərdən və asimani
sirlərdən xəbərdar oldu. Baş vermiş vaqiədən sonra o, hidayət və
irşad taxtını öz hümayun parlaqlığıyla bəzədi, müqəddəs Səfəviyyə
xanədanının saf sufitari** həmin saf adamdan feyz və nur aldılar.
Onlar o həzrətin adət və xüsusiyyətlərini daim müşahidə
etməkdəydilər. Deyilənə görə, Sultan Xacə Əli böyük əmir
sahibqran Əmir Teymurla*" üç dəfə üzbəüz görüşdü. İlk görüş onun
(Əmir Teymurun - Ş.F.) Xorasana yürüş əmri ilə Ceyhun çayını
keçib* gəlməsi zamanına təsadüf etdi. O vaxt əmirin qamçısı
(tazyane) çaya düşmüşdü. Nimdaş geyimli bir dərviş həmin qamçını
sudan çıxarıb ona verdi. Əmir Teymur bu əhvalatın yozumunu
(təfal) dərvişdən xəbər aldıqda o, dedi: "Vətənim Ərdəbil, doğumum
Dizfuldur, məzanın isə Qüdsi-Xəlil** olacaq". Bu sözlər batini
aləmdən xəbər verən o həzrətə aid misallardan biridir. Əmir Teymur
Bağdaddan Xüzistana ləşkər çəkən vaxt Dizful çayındakı körpüdə
çiyninə qara bir xirqə*** salmış bir dərviş ona dedi: "Mən Ceyhun
belə tərcümə olunur: "Allahdan başqa ilah yoxdur, O təkdir, Onun şəriki yoxdur,
hakimiyyət (mülk) Ona məxsusdur. Bütiin tə'riflər (həmd) Ona aiddir. Və O hər şeyə
qadirdir."
82
Beytlərin farscası:
Dər an mərqede-pak minusereşt
Fekənde benayi ço qəsre-beheşt.
Homayun məqami ze feyze-ilah
Məh-o mehr xeşli əz an bargah.
Səre- qobbe bər çərx əfraşte,
Həriməş ze Kəbe neşan daşte.
Şəb-o ruz hafeze-an asitan
Be təsbih-o təhlil çon qodsiyan.
83
Ərəbcəsi: "Əl-vələdu hurrun yaqtədi bi əbəihi-1-ğuru"
64
çayının sahilində tazyanəni sənə verən həmin dərvişəm. Bizim daha
bir görüşümüz isə Ərdəbildə olacaqdır". Bir neçə ildən sonra Əmir
Teymur Rum səfərindən qayıdaraq, əsir tutduğu bir dəstə rum adamı
ilə gəlib Ərdəbil darülirşadına çatdı. Möhtərəm Şeyx Səfiəddinin
tərifini, yüksək dərəcələrini və məqamının ucaldığını eşidib, onun
mübarək qəbrinin ziyarətinə gəldi. Ziyarət mərasimini bitirdikdən
sonra həmin türbənin səccadəneşinlərini (yüksək rütbəli namaz
qılanlarını - Ş.F.) də görmək fikrinə düşdü. Ona Sultan Xacə Əli
barədə məlumat verdilər. Əmir Teymur onunla görüş üçün şeyxin
xəlvətsarayına gəldi. Şeyx ibadət səccadəsi üstündə oturub, ilahi
həmd ilə məşğuldu. Xadimlərin padşahın gəldiyini bildirmələrinə
baxmayaraq, şeyx ona iltifat göstərməklə, oturmağı təklif etdi,
əyləşərək moizə və nəsihət xəsinəsinin qapılarını onun üzünə açdı,
əmirin diqqətini xəlqullah barədəki fikirlərlə zənginləşdirdi. Ürəyinə
yatacaq hərəkət müqabilində öz iradət əlini o həzrətin hidayət
çiyninə toxundurmaq məqsədilə Əmir Teymur özü ilə üç şey
götürmüşdü ki, onların hər üçünü, Əmir Teymurun əgər istəyi
ürəyində tutduğu kimi baş versə, onun iradət əlinə təqdim edib onun
hidayətini eşitsin. Hər üçü könlü istədiyi kimi oldu. Buna görə də,
iradət əlini həzrət şeyxə verib, şeyxdən nə xahiş edəcəyini soruşdu.
Fəqirlik və məna padşahlarının məgər surətə**** ehtiyacları
vardırmı? Bu alçaq dünyanın xırda saxsı tör-töküntülərinin (xəzəf)
ilahi mərifətin qiymətli cəvahirlər bazarı ilə nə əlaqəsi? Şeyxin
parlaq beyni dünyəvi işlərdən uzaq, şərafətli istəyi isə dünya ilə
zahiri əlaqələrdən kənar olduğu üçün o, şeylər barədə öz mübarək
dilini danışdırmadı. Padşahın təkidindən sonra, Allah rizası naminə
Rum əsirlərinin azad buraxılmasını xahiş etdi. Əmir Teymur öz
razılıq barmağını gözünün üstünə qoyaraq, bütün əsirlərin azad
olunması barədə hökm verdi, Ərdəbildə və onun hüdudunda olan bir
neçə kəndi və məhsuldar tarlanı da öz halal pulu ilə alaraq, o
müqəddəs türbəyə bağışladı, o şərafətli məkanı pənah və bəst* yeri
elan etdi, həmin yerin xəracının o ali sülaləyə (Səfəvilərə - Ş.F)
verilməsini buyurdu. O tarixdən etibarən, həqiqətdə dudmanın azad
etdiyi həmin əsirlər bu vəlayət nişanlı sülalənin pak etiqadlı
müridləri və sufiləri silkinə daxil oldular. Camaat arasında belə
danışırlar: Əmir Teymurun həzrət Sultan Sədrəddin Musa ilə görüşü
olmuş və yuxarıda yazılanlar onların arasında baş vermişdir. Amma,
məsələnin düzgünlüyü (əsəh) bundadır ki, [Teymurla] söhbət edən
Sultan Sədrəddin Musa deyil, məhz Sultan Xacə Əli olmuşdur. Mən
65
tarix kitablarında, yaxud bu sülalə haqqındakı mənzum və mənsur
yazılarda bu haqda heç nə oxumamışam, amma yuxarıda
söylənənlərin şayiə (təvatöre-əfvah) olduğunu bildim və bu barədə
məlumat verdim. [Eyni vaxtda bildirirəm ki,] qızılbaşların Bəlxə
yürüşü və Əndxəd qalasının qazilər tərəfindən alınması vaxtı
monqolların al tamğası (möhür) və Əmir Teymurun möhürünün
əlaməti olan bir vəqf dəftəri (dəftəre-vəqfiyyə) qazilərin əlinə
keçmiş və əlahəzrət zilləllah şaha göstərilmişdir ki, həmin vəqf
dəftərində həzrət Sultan Xacə Əlinin bəzi kəramətləri haqqında
məlumat vardır. Xülasə, heç vaxt mənəvi təvaf və ziyarətdən
qalmayan Allahsevərlik yolunun o yolçusu şəriət qayda-qanununun
tələbi üzrə öz məqsəd Kəbəsinə getmək şövqü ilə həmin istiqamətə
yola düşdü, irşad taxtını (məsnəd) və cənnət əcaclı (cənnətnehad)
rovzənin seyidliyini (səyadət) və vəlayotini böyük bir ağacın
(dəvhe) bəhrəsi olan Sultan Şeyx İbrahimə" tapşırdı. Bir dəstə haqq
ohli (əhli-Haqq) və yoqinlik [yolunun] ərbabı ilə birgə "hər kim
Allahın şüarlarını (şəayer) uca tutarsa"
84
[ayəsinə] əməl edib,
beytullah Həccinə tərəf yola düşdü, "ləbbeyk" ("eşidirəm və itaət
edirəm") deyə-deyə və səadət yolunu axtara-axtara həmin əminlik
(eymən) vadisinə çatdı.
Onun səadətli oğlu atasından ayrılığa tab gətirə bilmədi, o
da faydalı Hicaz* səfərinə başladı, tələb vadisinə səy qədəmi ataraq
uzun yol getdi, Kəbə ziyarətinə yetişərək, mələk xislətli atasının
ayağını öpməklə şərəfləndi. Ata ilə oğul birlikdə Həcc ziyarətini
başa vurub oradan Qüdsi-Xəlilə yollandılar, orada ənbiyanın
(nəbilərin - Ş.F.) ruhlarının (ərvah) ziyarəti və Əqsa məscidinin
təvafı ilə feyziyab oldular. Elə o müqəddəs yerdə də Sultan Xacə
Əlinin şərafətli məzacı öz təbii axarından dönüb axirət səfərinin
hazırlığına başladı. O, irşad dəvəsinin (naqe) cilovunu öz sevimli
fərzəndinin əlinə verdi, o səfərdə yol yoldaşları olanlarla vidalaşdı,
həyat nəqdini Qüds aləminin xəzinədarına təhvil verdi. Şeyxin oğlu
dəfn mərasiminə başlayıb, o pak cəsədi həmin müqəddəs torpaqda
dəfn etdi. [Sonra] müridlər və yoldaşlar (rəfiqan) zümrəsi ilə
birlikdə o xoşbəxt (meymənətəsər) səfərdən qayıtdı və Ərdəbil
darülirşadı onun hümayun gəlişiylə çiçəklənməyə (13) başladı.
Onunla görüş xanədan üzvlərinin gözlərini işıqlandırdı və onlarm
dilləri bu şer kimi danışmağa başladı:
84
İfadənin ərəbcəsi: "Və mən əzzəmə şəaira-1-lahi"
66
O sərv ayağını çəksə də yerdən,
Onun yadigarı cahanda sənsən.
Dostlar qoy səninlə unutsun yası,
Səninlə ucalsın zəka binası.
85
Sultan Şeyx İbrahim əlahəzrət zilləllah şahın hakimiyyəti
dövründə "Şeyxşah" kimi tanınırdı. O, "Mən atalarımın ...
ardıcılıyam"
86
kimi düzgün dcyimin məzmununa uyğun öz ata-
balasının göstərişi (dəstur) ilə irşad taxtına əyləşdi və düzgün yolun
tələbələrini (taleban) müstəqim şəriət və dinpərvərlik təriqətinə
yönəltdi. Şeyx xəlifələri (xüləfa) və əyanları ətraf yerlərə
göndərərək, az vaxt ərzində şöhrətləndi. Camaat onun torpağını
(torab) öz etibar gözlərinin sürməsi (kehəlül-cəvahir) bilir, ona
etibar edirdilər. İradətli adamların çoxluğu (ezdeham) onların [Şeyx
İbrahimin] izzətli rövzəsinə gəlişlərini və onunla görüşlərini
çətinləşdirirdi. Şan-şöhrəti gün-gündən çoxalır, o vilayət
sakinlərindən heç kim onun zəruri fərmanlarının ziddinə getmirdi.
Şeyxin bol ənamlarından və səxavətlərindən kasıblar
(foqəra) və ehtiyacı olan adamlar (mohtacan), bütünlüklə o diyarın
bütün sakinləri faydalanırdılar. İnşa etdiyi aşbazxana (mətbəx) qızıl
və gümüş qablarla doluydu, onun verdiyi bəxşiş və ehsanlar ata-
babalarının verdiklərindən çox, xasiyyəti şahanə, bəyənilən
görünüşü padşahanə idi. Oyunbaz fələyin şivəsindən idi ki, onun
hümayün zatı müxtəlif xəstəliklərə məruz qaldı, zəmanə o sülalənin
şadimanlıq büsatını əlindən aldı və onları uzun sürən xəstəliklərə
düçar etdi, Şeyx İbrahimin də ömür payəsi yıxıldı, nurlu üzünü sanki
ildırım (bareqe) vurdu, həyat və ölümün fayda və ziyanından gözünü
çəkdi. "Rəbbindən razı və Rəbbini razı salmış halda Allahına dön"
87
[ayəsinə uyğun] mərəz onun canını aldı. Sadiq adamlar və bu
sülalənin üzvləri hamıya üz rutaraq, bütün varlı və kasıb, cavan və
qocaları bu vaqiədən agah etdilər, onları moizə, nəsihət və
85
Beytlərin farscası:
Əgər rəfte an sərv oz cuybar,
To başi be giti ze-vey yadegar.
Dele-dustan əz roxət şad bad,
Benaye-xerəd əz to abad bad.
86
İfadənin ərəbcəsi: "Va ittəboət millətə abai
87
İfadənin ərəbcəsi: "İrciəi ilə Rəbbikə radiyətən və mərdiyətən"
67
vəsiyyətlərə əsaslanaraq, şeyxin bənzərsiz fərzəndi Sultan
Cüneydin* lehinə meyilləndirdilər, onu vəliəhd və canişin elan
etdilər. Sonsuz ehtiramını saxladılar. "Bu sizə tapşırığımızdır. Bu
tapşırıq sizə iki evdə (burada ev "dünya" mənasındadır - Ş.F.)
tapşırdığımızdır."
88
Şeyxin şərafətli vəsiyyətinin icrasından sonra
əzadarlığa başladılar, həzrət Sultan Cüneyd dəfn mərasiminə
başlayıb atasını əzamətli babalarının yanında dəfn etdi.
Sultan Cüneyd ənginliyə üçan şahbaz, fələk vüqarlı şah
(xosrov), səxavət (fotovvət) və irşad asimanından parlayan ay,
xilafət üfüqündən zahir olan günəş idi. Elə ki, sərvərlik və
dinpərvərlik taxtına əyləşdi, əhalini öz səltənət və padşahlıq iddiası
ilə irşad elminin və dinin yardımından agah etdi. İradət əhli olan
adamlar hər tərəfdən sədaqətlə onun yanına gəlməkdəydilər. O,
iradət ərbablarını azğın kafirlərlə qəza* və cəhada** şirnikləndirirdi
(təhris). Ətrafındakı adamlar gün-gündən çoxalırdı və onların
arasında iradətli və sədaqətli insanların sayı artmaqdaydı. Dövrün
padşahı və İraqeyn və Azərbaycanın hökmdarı olan Mirzə
Cahanşah*** Türkman Sultan Cüneydin başına çoxlu adamın
toplaşması və onların böyük hərbi silaha malik olduğunu eşidərək, o
həzrətə qarşı pis münasibətdə oldu. O, öz mülk və dövlətinin zavala
uğrayacağından qorxuya düşdü, amma adının bədnam olacağından
çəkinib onunla hərb etməyi özünə layiq bilmədi. [Lakin,] dəfələrlə o
həzrətin yanına adam yollayaraq gizli, ya açıq şəkildə ona bildirirdi
ki, dövlət mərkəzindən çıxsın, şərafətli fikri haranı istəyirsə oraya da
getsin. O həzrət vaxtın məsləhətinə uyğun olaraq Diyarbəkrə
getməyi özünə məsləhət bildi və o tərəfə yollandı. Səfəviyyə
dudmanının və saf səfiyyə təriqətinin tərəfdarlarından ibarət çoxlu
adamla oraya yola düşdü və hamını öz səadət bayrağının kölgəsi
altına yığdı, təm-təraqla gələrək Hisn-Keyfdə**** dayandı. O vaxt
Diyarbəkirin yarı hissəsinin valisi Mirzə Cahanşaha ibadət etməyən
Əbu Nəsr Həsən bəy Ağqoyunlu**** idi. Onların arasında
düşmənçilik qapıları açılı, get-gol yolları qapalı idi. [Həsən bəy
Ağqoyunlu] Sultan Cüneydin məsud ordusunun gəlişindən şad olub,
o həzrəti izzət və ehtiramla qarşıladı, sufiyyə əyanının hər birinə
münasib yer təyin etdi, şeyxin gəlişini dövlət və iqbalın yüksəlişi
kimi qiymətləndirdi, onların aralarında ünsiyyət (movanesət) və
birlik (ettehad) yarandı, nəhayətdə isə onların münasibətləri dostluq
88
İfadənin ərəbcəsi: "Həzə mə əhədna ileykum va-1-əhdətu fi-d-dəreyni əleykum"
68
və qohumluqla nəticələndi. Öz əyan baçısı (həmşirə) Xədicə bəyimi
o həzrətə ərə verdi, beləliklə bu qohumluğa görə öz dövlət
nağarasının avazını qüvvətləndirdi. Sultan Cüneyd o diyarda bir
müddət qaldıqdan sonra onun qəlbində "Vətən məhəbbəti
imandandır"
89
hədisi baş qaldırdı, Əmir Həsən bəydən tapşırıq
(dəstur) aldı və az vaxt ərzində Ərdəbil darülirşadı "heç bir ölkədə
yaranmamış sütunlara malik olan İrəmə"
90
döndü. Hümayün gəlişi
ilə şərəfləndi, onun cahanı bəzəyən üzünü görən adamların gözləri
işıqlandı. Bunu bilən Mirzə Cahanşahın zatındakı həsəd tonqalı
yenidən alovlandı, [Cüneydin] Əmir Həsən bəylə qohumluğuna görə
olan qorxusu daha da çoxaldı. O, Sultan Cüneydin işini bitirmək
üçün faydasız fikirlərə düşdü. Bundan agah olan o həzrət iradət
ərbablarını yanına çağırmaqdan ötrü ətraf yerlərə külək sürətli
qasidlər yolladı, səltənət xəyalı ilə öz dövlət bayrağını ucaldıb, qəza
və cəhad fikrinə düşdü, sufiyyə qazilərindən (qozzat) on min
nəfərədək adam topladı və onlar Çərkəz* qəzası iddiası ilə Şirvana
rəvan oldular. "Fotuhate-Yəməni" kitabında yazılıbdır: [Şeyx]
şirvanşahla müharibə etmək və Şirvan mülkünü tutmaq iddiası ilə o
tərəfə rəvan oldu. Şirvan vilayətinin valisi Sultan Xəlil Təbərsəran
qiyamçılarının (taği) təhriki (əğva) ilə Sultan Cüneydə qarşı
müxalifət təbilini çalaraq, onun Çərkəz[istana] getməyinə mane
oldu. O, döyüşkən bir ləskər toplayıb onunla vuruşmağa yollandı,
zəfər pənahlı qoşunun önündə səf düzüb döyüşə başladı. Qarşı
tərəfdən də kamil mürşidin yolunda ölməyi özlərinə sədaqət
mərtəbəsi bilən sufiyyə qaziləri hümayün məiyyətlə birlikdə döyüş
səfi bəzədilər və hər iki tərəfdən hərb atəşi alovlandı. Yamanlıq
qılıncları işə düşdü, iti qanadlı qartallar biri-digərinin qəsdi üçün
pərvaza başladılar. Canlardan keçən qazilər öldürülmələri həqiqətən
də gərəkli olan din yolundan azmış o quldurların (əşrar) şərini
aradan qaldırmaqdan ötrü qətiyyətlə cidd-cəhd etdilər. Sultan
Cüneydin özü şəxsən döyüşə çıxdı:
Beytlər
Döyüşə başladı o Düldülsüvar,
Etdi hər həmləsi yağıları zar.
89
İfadənin ərəbcəsi: "Hübbü-l-vətəni min ə-1-imani"
90
İfadənin ərəbcəsi: "İrəm zəm-1-imədi əlləti ləm yuxləq misluhə fi-l-bilədi"
69
Almas tək bərq vuran qılıncı çəkdi.
Düşmənin qanını torpağa tökdü.
91
O həzrətin şəhadəti qəzavü qədərdə yazıldığı üçün
şirvanşah döyüşçüləri onu "ayın haləsi kimi"
92
əhatəyə alıb, cahanı
gəzən atını ayaqdan saldılar. O həzrət döyüş zamanı hadisə saqisinin
əlindən şəhadət şərbəti içdi. Meydanda öz səbat ayaqlarını möhkəm
saxlayan qazilər də şəhadət qanına bulaşdılar, amma onların bəziləri
"Dözülməz şeydən qaçmaq haqqında" hədisində deyildiyi kimi
93
fərar etdilər. "Fotuhate-Yəməni"də yenə də yazılıbdır ki, səfəviyyə
xanədanının sufiləri o hidayət sultanının şərafətli cəsədini
darülirşada gətirib müqəddəs rövzədə dəfn etdilər. Amma bu həqir
şəxsə (yəni İsgəndər bəyə - Ş.F.) məlum olan budur ki, həmişə bu
sülalənin tərəfdarları olan bir dəstə Təbərsəran əhli o həzrətin pak
cəsədini döyüş meydanından çıxarıb münasib bir yerdə dəfn etdilər.
Elə indi də həmin şərif məkan o vilayət adamlarının feyz, rəhmət və
ziyarət yeridir. Xülasə, Sultan Cüneyd vaqiəsindən sonra onun
candan artıq istədiyi fərzəndi (fərzənde-canpeyvəndəş), vilayət
taxtının sultanı, hidayət sarayının vəliəhdi və böyük əmir Əbu Nəsr
Həsən bəyin bacısı oğlu olan Sultan Heydər* öz ali məqamlı
atasının qaimməqamı oldu.
Sultan Heydər vəlayət bürcündən doğan (tolu) günəş və
səltənət ümmanının sədəfindən çıxan dürr kimi ortaya çıxdı. O, ata-
babasının yolunu davam etdirmək istədi. Öz iqbalının qüvvəsi ilə
Mirzə Cahanşahı** ayaqdan salıb, ölkənin padşahı olmuş mərhum
Həsən padşah o vəlayət və sərvərlik asimanının günəşi (mehr) ilə
[Sultan Hcydərlə - Ş.F.] daha da yaxın olmaq istəyinə düşdü, bu
dudmanla (səfəvi şeyxləri ilə - Ş.F.) əlaqələrini möhkəmləndirmək
naminə Ələmşah bəyim* kimi məşhur olan sevimli qızı
Həliməbəyim ağam ona ərə verərək, iffət bürcünün o Zöhrəsini**
səadət göyünün Müştərisi*** ilə birləşdirdi. O həzrət özündən
əvvəlki şeyxlərdən daha yüksək dövlət və sərvərlik meracına qalxdı.
91
Beytlərin farscası:
Bor ayine-sultane-Doldolsəvar
Be hər həmle əz cəm'e-an xaksar
Ze əlmasgun şoleye-tabnak
Fekəndi goruhi bər in tire xak.
92
İfadənin ərəbcəsi: "Kə-1-ihatəti bi-l-bədri"
93
İfadənin ərəbcəsi: "Hədisu-1-firar mimmə lə yutaqu"
70
Onun ali rövzəsi daim yaxın-uzaq adamların toplaşdığı yer idi. Bir
gecə, sonralar həqiqətə çevrilən bir röya (röyaye-sadeqe) gördü:
Qeyb aləminin xəbər gətirənləri (monhi) onun öhdəsinə qoydular ki,
o gərək isna əşəriyyət (on iki imam - Ş.F.) əlaməti olan qırmızı
zolaqlı bir papaqla öz tərəfdarlarının başını bəzəsin. Sultan [Heydər]
bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o
vaxtlarda dəbdə olan türkman papağını on iki zolaqlı "Heydər
papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və
ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular
və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına
qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şan-
şöhrətli adamlar "qızılbaş"**** ifadəsi ilə məşhur oldular. Xülasə, o
həzrətin həşəməti gün-gündən artırdı. Sədaqətli adamların onun başı
göyə ucalan dərgahına gəlişləri daim çoxalır, bütün əhali onun
fəzlindən bəhrələnirdi. [Sultan Heydər] zahiri və mənəvi səltənəti öz
əlində cəmləşdirib, batində irşad və dinpərvərlik yolunun yolçuları
olan şeyxlərin və əhlüllahların (Allah adamlarının - Ş.F), zahirdəsə
taxt bəzəyən sultanların sərvərinə çevrildi. Böyük əmir Həsən
padşah, işlərinin icrası zamanı Heydərin mülazimləri ilə dostluq və
razılıq (vefaq və vodud) tərzində davranır, qətiyyən bu baçısı oğlu
və damadının razılaşmadığı işlərə razılıq vermirdi. Bir müddət
kamiranlıqla vaxt keçirən Həsən bəyin iqbal ağacı Tuba***** ağacı
kimi özünün kamal zirvəsinə ucaldı. Türkman sultanları tarixinin
müəllifi Mövlana Əbubəkr Tehraninin****** təfsilatla yazdığına
görə o, səltənət taxtına vida etdikdən sonra oğlu Sultan Xəlil,**** '*
ondan sonrasa Sultan Yaqub* hökmranlıq taxtına əyləşdilər. Qəzaya
çıxmaq qərarı təbiətinə üstün gələn Sultan Heydər öz dayısı oğlu
(xal) Sultan Yaqubun hərəkətlərini ətraflı müşahidə etməkdəydi. O,
sufiyyə əmirləri və səfəviyyə sülaləsinin tərəfdarları ilə
məsləhətləşdi və onun cahanı bəzəyən fikri sakinlərinin imandan
uzaq və cahillik yoluna yaxın olduğu Dağıstana yürüş etmək və
çərkəz kafirlərinə qarşı qəzaya getmək qərarına yönəldi, saf
xasiyyətli (nehad) sufiləri və pak etiqadlı mülazimləri bir yerə
toplamaqdan ötrü qəmər sürətli (qəmərməsir) qasidlər yolladı. Sadiq
mücahidlər onun izzət və təmtəraqlı çadırlarında yığışdılar, çoxlu
silahlı adam (15) da onlara qoşuldu. O həzrət məqsədinə doğru
yürüş bayrağı qaldırdı. Həmin ləşkərin hərəkət xəbəri Şivanşah
[Xəlilullahın oğlu] Sultan Xəlilin** (Fərrux Yəsarın - Ş.F) səbat və
qərar binasına zəlzələ saldı. O, düşündü ki, Sultan Heydər atasının
71
qanını almaq və Şirvana qəsd etməkdən ötrü gələcəkdir. [Sultan
Xəlil] "məhəbbət və nifrət irsən keçir"
94
misalına uyğun olaraq
[Sultan Heydərə] qarşı nifaq məqamına gəldi. Həmin qaniçən
(xunxar) ləşkərə müqavimət etmək onun qüvvət və qüdrəti xaricində
olduğu üçün şirvanşah, bir-birinin ardınca külək sürətli qasidləri
özünün damadı olan Sultan Yaqubun yanına göndərdi və bildirdi:
"Sultan Heydər zahirən Çərkəz qəzasına getməkdədir, amma,
mümkündür ki, o, Dərbənd və Təbərsərana çatdıqda yürüş cilovunu
Şirvana tərəf yönəldib, qəsbkarlıq (molksetani) bayrağını göylərə
qaldırsın. Bir halda ki, bu gün məmləkət (Şirvan - Ş.F) onun əlinə
keçməyib, gərək döyüşkən ləşkər toplanılsın və şeyxin niyyəti
həyata keçməsin. Əgər onun məqsədi yerinə yetərsə, təkcə mən
həqir bəndənin vilayəti ilə kifayətlənməyəcək və işğalçılıq qapılarını
öz istəyincə daha geniş açacaq". Mehr göyünün o sərvəri ilə (Sultan
Heydərlə - Ş.F) nifaq məqamında olan Sultan Yaqub şirvanşaha
mərhəmət etdi, amma beynindəki düşmənçilik hissi baş qaldırdı.
Sultan Bəyçioğlunu (?) dörd min türkman süvarisi ilə onun
köməyinə göndərdi. Sultan Yaqubun köməyi şirvanşahı sevindirdi,
Şamaxıda çoxlu Şirvan və türkman əsgərləri bir yerə toplaşdı.
Amma, Sultan Heydər peşələri qəza olan qazilərlə Şirvanın
şimalındakı Şəkiyə gəldi, onun müzəffər ləşkəri oradan Dərbənd
qalasına yollandı. O şəhər cahanın abad şəhərlərindəndir və Babül-
əbvab (Qapılar qapısı - Ş.F.) kimi məşhurdur. Göylərə baş vuran
qalası İsgəndər səddi kimi möhkəmdir. Basqına sinə gərməyi və
özünü qorumağı ilə məşhurdur. Deyilənə görə onun hər bürcü
fələyin bütün bürclərinə bərabərdir. Qoruyucuları (pasiban) sakinləri
ilə dilbir və canbirdir. Oranın əhalisi inadkarlıq edərək öz hücum
əllərini irəli uzatdı. O iqbal sahibi (Sultan Heydər - Ş.F.) onları
cəzalandırmaq qərarına gələrək, qazilərə o şəhər və qalanın
tutulması üçün əmr verdi. İgidlər öz himmət sifətlərini qalanın
fəthinə doğru çevirdilər və az bir vaxtda o möhkəm qalam titrətdilər.
Qalanın alınması az qala müyəssər olacaqdı ki, Heydər dudmanının
tərəfdarlarından və ləşkərin qol başçısı olan Qara Piri Qaçar arxadan
gələrək söylədi ki, türkman ləşkəri çayı keçmişdir, şirvanşah Şirvan
əsgəri ilə artıq ona birləşmişdir və onlar ləşkərlə hərb
iddiasındadırlar. O qəddarların gəlişi haqda ard-ardınca xəbər gəlib
94
İfadənin ərəbcəsi: "Əl-hubbu yətəvarasu və-1-buğdu yətəvarasu"
72
çatmaqda idi. Dinpərvər sultan qala ayağından qalxaraq, o pis əməlli
(nabekar) adamlarla döyüşə amadə oldu. Xülasə, Təbərsəran
yaxınlığında o iki qaniçən ləşkər bir-birlərinə çatdı. Hər iki tərəf
qoşunun hərb hazırlığına başlayaraq, öz döyüş səflərini bəzədi. Hərb
atəşi elə şölələndi ki, bir çox dəst və düşmənin ömür xırmanını
yandırıb-yaxdı.
Dostları ilə paylaş: |