Bayram xanın qətli, Əmir Nəcmin öldürülməsi,
Şah İsmayılın ikinci dəfə Xorasan yürüşünə getmək qərarı:
Bəlx hüduduna gəlib-çatan Əmir Nəcm humayun şahın
əmri və işarəsi olmadan Mavərənnəhri tutmaq fikrinə düşdü, Herat
hakimi Hüseyn bəy Lələ, Xorasanın əzəmətli əmirləri və Bəlx
hakimi Bayram xanla Amuyə çayını keçdi. Hısar tərəfdən də
Məhəmməd Babur Mirzə özünü ona çatdıraraq qızılbaş qoşununa
qoşuldu. Onlar əvvəlcə Hərar (?), sonrasa Qərşi qalalarını aldılar.
Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə
Özbək və on beş min nəfər əsgər və rəiyyət qətl olundu. Mirzə
Babur, əhalisi cığatay camaatı olan Qərşi əhalisindən, qan (qan
bahası!)** xahiş etməsinə rəğmən onun xahişinə əməl olunmadı.
Buna görə də, onların aralarında ədavət (neqar) başlandı. Əmir
Məhəmməd Yusif Sədrin də came məscidinə yığışan seyidlərdən
(sadat) bu haqda etdiyi xahiş qəbul edilmədi, buna görə də
seyidlərin əksəriyyəti qətlə yetirildi. Bu əməl Əmir Nəcmin xoşuna
gəlmədi.
Bu hadisədən sonra o, Məhəmməd Teymur Sultan və Əbu
Səid Sultanın yerləşdikləri Qəcdəvan qalasına gələrək, həmin qalanı
dörd ay mühasirədə saxladı. [Buna görə də] qızılbaş ordusunun
ərzaq və başqa ehtiyatları (məkulat) azalmağa başladı. Döyüşçülər
azuqə və əliqdən*** ötrü mal-qaranı (dəvab) kəsməyə başladılar.
Abdullah xan və Cam bəy Sultan Buxarada idilər. Onlar
qızılbaşların düşdükləri çətinlikdən (əsrət) xəbərdar olub, nizama
salınmış ləşkərlə Əmir Nəcmin üstünə getdilər. Məhəmməd Teymur
Sultan da qaladan çıxıb onlara qoşuldu. Ramazanın otuzunda
yekşənbə günü Gəcdəvanın kənarına çatdılar, aralarında bərk döyüş
oldu. Həmin döyüşdə canuzən bir ox qızılbaş ləşkərinin sərdan və
çərxçisi* olan Bayram bəy Qaramanlıya dəydi və o, atdan yıxıldı.
Bu hadisə çərxçilərin məğlubiyyətinə və özbəklərin ürəklənmələrinə
səbəb oldu və özbək dəstələri hamılıqla hücuma keçdilər. Qızılbaş
əmirləri təlaşa düşdülər və ləşkərin qol hissəsi bir-birinə dəydi.
Məhəmməd Babur Mirzə hərbdən yan olub öz ləşkəri ilə qalaya üz
tutdu. Əmir Nəcmin qürur və yekəxanalığından təngə gəlmiş
105
qızılbaş əmirləri, onu hifz etməyə səy etdilərsə də, lakin o, ələ
keçirilib öldürüldü. Xorasanın bəzi böyükləri fərar yoluna düşdülər,
Kərki keçidindən keçib Xorasana getdilər. Bu hadisə doqquz yüz on
səkkizinci ildə (miladi 1512) baş verdi.
Özbək sultanlarının fəth və zəfərindən sonra onlar Xorasanı
tutmaq əzmi ilə çaydan keçdilər və Xorasanın müxtəlif yerləri bir
neçə vaxt özbəklərin tapdağı altında qaldı. Bu xəbər uca saraya
çatdıqda, şah yenidən Xorasan yürüşünü qərarlaşdırıb, hücum
cilovunu oraya tərəf istiqamətləndirdi. Kalpuş adlı yer dərya kimi
qaynayan ləşkərin gəlib-çatdıqları yer olduğu zaman bəzi əmirləri
bir dəstə müzəffər döyüşçü ilə Tus istiqamətinə göndərdilər. Zəfərli
şah ordusunun gəlib-çatma xəbərini eşidən özbək sultanları bərk
lərzəyə düşdülər və onların orada dayanma ayaqları sustaldı, qayıdış
cilovunu döndərib Mavərənnəhrə getdilər. O məmləkət yenidən
şahın uca dövlət övliyalarının əlinə keçdi. Süleyman şanlı xaqan bir
neçə müddət Xorasanda dayanıb, özbəklərlə müharibədə süstlük
göstərən bəzi əmirləri cəzalandırdı, o cümlədən Mərv hakimi Dədə
bəyin başına çadra (məcər) örtüb onu bərk cəzaya məruz qoydu.
Həmçinin, hümayun ordunun burada olmadığı vaxt özbəklərə
yardım edərək, şiə əhalisinə sədəmə yetirən bəzi fitnəkarlar zaman
qəhrəmanının atəş qəzəbi ilə yandırıldılar, o vilayət tör-töküntüdən
(xəs-o xaşak) təmizləndi. Şah Heratın hakimliyini və Xorasanın
işlərini Zeynalxan Şamlıya verib geri qayıtdı.
ALLAHIN KÖMƏYİ İLƏ SÜLEYMAN ŞANLI XAQANIN
RUM PADŞAHI SULTAN SƏLİMLƏ ÇALDIRANDA
DÖYÜŞÜNÜN ZİKRİ
Süleyman şanlı xaqanın Həmədan yaylaqlarında və həmin
vilayətin ürəkaçan və pak (monəzzeh) yerlərində istirahət etdiyi
doqquz yüz iyirminci ildə (miladi 1514) Rum xandgarı (sultanı -
Ş.F.) Sultan Səlimin gəlişi xəbəri eşidildi. Bu məsələnin müxtəsər
(bər səbile - ecmal) bəyanı belədir: Süleyman şanlı xaqanın ortaya
çıxdığı vaxt (xoruc) Rum məmləkətlərinin hökmdarı Sultan Bayazid
idi. O, o həzrətlə dostluq və məhəbbət münasibətində olub, həmişə
yaxınlıq və birlik nümayiş etdirməkdəydi. Arada dostluq (vedad)
mövcud idi. Doqquz yüz on yeddinci ildə (miladi 1512) Sultan
Səlim atası ilə düşmənçilik məqamına gəldi və onların arasında cəng
başladı. Ləşkərin arif adamları, xüsusilə yeniçəri* tayfası birləşib,
106
Sultan Səlimi padşah, Sultan Bayazidi isə səlahiyyətsiz elan etdilər.
O, bu dərddən xəstələnib doqquz yüz on səkkizinci ildə (miladi
1512/13) bəqa aləminə yollandı, Sultan Səlim isə taxtın bəzəyi
(sərirara) və tac (deyhim) sahibi oldu. Anadoluda olan Sultan
Əhməd ibn Sultan Bayazid xütbəni öz adına oxutdu, [amma] əmirlər
və vəzirlər onu hiyləgərliklə İstanbula çağırıb qətlə yetirdilər, oğlu
Sultan Muradın üstünə ləşkər göndərdilər. O, əmisinin əsgərlərindən
vahiməyə düşərək, şahın (Şah İsmayılın -Ş.F.) yanına yolandı,
İsfahanda onunla görüşərək nəvazişə layiq görüldü, elə o vaxtlarda
də təbii əcəllə öldü. [Amma] Sultan Muradın qüvvətlənməsini,
Ərzincan hakimi Nurəli Xəlifə Rumlunun onunla birləşib rumilərlə
cəng etməsini və buna görə də Sinanpaşanın çoxlu döyüşçüsü ilə
qətlə yetirilməsini güman edən Sultan Səlim o həzrətlə inad
mövqeyində durdu və aralarında düşmənçilik başladı. Kax qalası və
Diyarbəkrin bəzi başqa qalaları da dava-dalaşa səbəb oldu, get-gedə
onların aralarında bir-birlərinə qarşı vəhşət yarandı, [Sultan Səlim]
yuxarıda göstərilən ildə saysız-hesabsız döyüşkən əskərlərlə
Azərbaycana yürüşə keçdi, Süleyman şanlı xaqana namə yollayıb
ona öz gəlişini elan etdi. O həzrət də İsfahandan çıxıb, Həmədan
yaylaqlarına gəlib çıxdı. Rumilərlə hərb baş verəcəyi haqda fikir
şahın xəyalına belə gəlmədiyindən və sultanın vaxtsız-vədəsiz
yürüşündən yenicə xəbər tutduğundan o, İran məmləkətləri
qoşunlarının toplanması ilə əməlli-başlı məşğul ola bilmədi, fələyə
ucalan bayrağının kölgəsində olan az miqdar döyüşçüsü ilə
düşmənin qarşısına cumdu, həmin ilin rəcəb ayının ikisində,
çəharşənbə günü Çaldıran səhrasında Xoy adamlarından olan iyirmi
min döyüşçüsü ilə həmin çoxlu ləşkərin qarşısında döyüş səfi
bəzədi. Rumilərin döyüş qaydasına görə onlar özlərinin ön və
arxalarını ərradələr* və zəncirlərlə çəpərlədilər, on iki min nəfər
tüfəngli yeniçəriyə arabaların daxilindən döyüş atəşi açmalarını
tapşırdılar. Sultan Səlim həmin atəşli qalanı özünə hasar düzəltdi,
ordunun qəlbini (mərkəz hissə - Ş.F.) və hər iki cinahını bəzədi.
Qarşı tərəfdənsə Xanməhəmməd döyüş günü topxananın
möhkəmləndirilməyini məsləhət görməyib deyirdi: "Onlarla gərək
köç vaxtı cəngə başlanılsın". Durmuş xan isə qürurlanıb bu sözü
qəbul etmirdi. Həzrət Süleyman şanlı xaqan belə buyurdu: "Mən
karvanbasan quldur (hərami) deyiləm. İlahi nə buyursa, qoy o da
olsun". Xanməhəmməd sakitləşdi, Süleyman şanlı xaqan
Diyarbəkrdən münəzzəm qoşunla gəlmiş Xanməhəmmədi müzəffər
107
ləşkərə çərxçi təyin etdi və Müntəşa Sultanının qardaşı Sarı Pirə
Qorçibaşı Ustaclı onunla yoldaş oldu. Əzəmətli əmirlərdən Durmuş
xan Şamlı, Nurəli Xəlifə Rumlu, Xüləfa bəy, Hüseyn bəy Lələ və
Xəlil Sultan Zülqədər sağ qolda, ustaclı xanları və sultanları, Baba
İlyas Çavuşlunun oğlanları və bir dəstə başqa adam sol qolda
dayandı, hümayun mərkəz (qəlb) isə o həzrətin (Şah İsmayılın -
Ş.F.) vücudu ilə bəzəndi.
107
Əmirlər silkindən olan Seyid
Məhəmməd Kəmunə, Mir Əbdülbaqi Vəzir, Mir Seyid Şərif Sədr o
həzrətlə qolda dayandılar, hər iki tərəfin dilavərləri igidlik
addımlarını irəli atdılar və hərb atəşi alovlandı.
Şah İsmayıl şücaətinin bəyanı və şəxsən
onun özündən döyüşə girməyi:
"Tarixi-cahanara"da yazılmışdır və xalq arasında da belə
deyilir ki, o həzrət özünün döyüş səfləri düzələn vaxt bildirçin ovu
ilə məşğul idi. O, yalnız hərb qızışandan sonra meydana gəlib-çıxdı.
Rumiyyənin adlı-sanlı dilavərlərindən və dövranın şücaətli
adamlarından olan Malqoçoğlu rumlu çərxiçiləri zümrəsindən idi. O
həmişə rumlu böyükləri arasında özünü tərifləyərək [belə] deyirdi:
"Qarşı qoşunda şahdan başqa mənimlə hərb edə biləcək
başqa bir kimsə yoxdur". Döyüş vaxtı həmin bədxislətli alçaq adam
Süleyman şanlı xaqanla vuruşmaq məqsədilə döyüşkən rumi
şücaətlilərinin arasında olub, hümayun qəlbə hücum etdi, o həzrəti
döyüşə çağırdı. Həmin hövlnak adamın elə bir alicah padşahla hərbə
girməsinin ləyaqətli olmamasına baxmayaraq, o həzrət qeyrətinin
çoxluğu üzündən, dövlətxah əmirlərinin narazılıqlarına baxmayaraq,
qoşuna imdad etmək naminə onunla döyüşməkdən ötrü qorxmazlıq
atını irəli sürdü, özünün zülfüqar nisbətli heydəri qılıncını qınından
sıyıraraq, o bədbəxtə elə qəzəblə həmlə etdi ki, [Malqoçoğlu] bu
şahanə hücumdan sarsıldı və hərəkət etmə macalı belə olmadı.
[Amma] o cəsarət meşəsinin şiri öz heydəri qolunun gücü ilə
[Malqoçoğluya] elə bir zərbə endirdi ki, onun polad dəbilqəsi və
zirehli geyimi (xeftan) birlikdə ikiyə bölündü, xəbis cəsədi ölüm
torpağına sərildi. Hər iki ləşkərdən qışqırtı və fəryad (ğəriv) qopdu,
yuxarı aləmin mələkləri (kərrubiyan) o ələ və qola "afərin" dedilər.
107
Mətndə "qəlb" əvəzinə səhvən "qol" yazılmışdır - Ş.F.
108
Xanməhəmməd Ustaclının öldürülməsi:
Xülasə, hər iki dəstənin dilavərləri bir-birinin üstünə
tökülüşdülər. Toz-torpağın çoxluğundan göy qapqaranlıq oldu.
Süleyman şanlı xaqan o hövlnak mərəkədə şəxsən cəngə başlayıb
elə döyüşdü ki, "Sam və İsfəndiyar" dastanını* geridə qoydu.
Rumiyyə arasında məşhurdur ki, həmin döyüşdə alicah şah
özünün səadətmənd atını bir neçə dəfə ərradə və çəpərin
kənarınacan sürdü və ərradəni şəmşir zərbəsi ilə parçaladı.
Qızılbaş dilavərləri ərradələrə yaxınlaşıb, üç yüzədək
yeniçərini ərradələrin arxasında parça-parça doğradılar, [amma]
yeniçərilər və topçular atəş açmağa başladılar. Top, tüfəng
atəşlərindən və zərbzənlərdən* işıqlı gündüz qaraldı. Qızılbaş
ləşkərinin əksər igidləri qorxu bilmədən özlərini o atəş dəryasına
vurdularsa da, tüfəng atəşlərinin qarşısında çarəsiz qaldılar, öz həyat
xırmanlarını yandırdılar.
Çərxçi olan Xanməhəmməd Ustaclıya bir top mərmisi
dəydi və o, bir dəstə ustaclı döyüşçüsü ilə birlikdə həmin mərəkədə
Ədəm yoluna yollandı.
Seyid Məhəmməd Kəmunənin, Mir Əbdülbaqinin
və Mir Seyid Şərif Sədrin öldürülmələri:
Rumilərə məlum olmuşdu ki, humayun qol aliçah
padşahsız qalmışdır. [Buna görə də] onlar o tərətə hücuma
keçdilər. Döyüş alovun şöləsindən və aramsız atılan toplardan,
zərbzənlərin döyəclənməsindən qoldakı ləşkər bir-birinə dəydi,
nəticədə Seyid Məhəmməd Kəmunə, Mir Əbdülbaqi və Mir Seyid
Şərif - hər üçü qolda şəhadət şərəfinə yetişdilər. Əzəmətli
əmirlərdən Sarı Pirə Qorçibaşı Ustaclı, Hüseyn bəy Lələ,
Xanməhəmməd, Baba İlyas Çavuşlunun oğlanları və başqaları bu
cəngdə öldürüldülər. Sultanəli Əfşar da rumiyyənin əlində giriftar
oldu. Rumilər onu Süleyman şanlı xaqan olduğunu zənn edib, Sultan
Səlimin yanına apardılar. O, öz adını çəkən kimi elə oradaca qətlə
yetirdilər.
Düşmənin çoxluğunu, öz ləşkərinin pozulduğunu və
hümayun qəlb əsgərlərinin dağıdılmasını müşahidə edən Süleyman
şanlı xaqan kərrənay** çalınması əmrini verdi və üç yüz adam onun
109
başına yığıldı. Bu dövlətxah adamlar zərurət üzündən meydandan
qayıtdılar. Onlar bu zaman qızılbaş qoşununu məğlubiyyətə
uğradaraq geri qayıdan bir dəstə rumi ilə üz-üzə gəldilər, onların
səflərini dağıtdılar. Yola düşdükləri vaxt Süleyman şanlı xaqanın atı
bataqlığa batdı. Bunu görən Xızır ağa Ustaclı öz atını irəli çəkdi və
o həzrət atlandı. Xızır ağa isə o həzrətin atını çıxarıb onun ardınca
rəvan oldu, Dərczində o həzrətə çataraq, nəvazişləndi.
Xülasə, o həzrət öz adamlarıyla döyüş meydanından çıxıb
Dərczinə gəldi ki, qalibiyyətli əskərləri bir yerə toplayaraq, yenidən
qətiyyətlə (əz ruye-eqtedar) rumilərlə hərbə başlasın. Sultan Səlim
[isə] fəxrlə Təbriz şəhərinədək gəldisə də, orada altı gündən çox
qala bilmədi. Qızılbaş tayfaları arasında gedən çəkişmənin
(müharibə) şiddətindən [şahın] şan-şöhrəti o həddə çatdı ki, tayfa
üzvülərinin etiqadları müstəqim din və iman yolundan döndü,
[onlar] qələt fikirlərə düşdülər.
Beləliklə, Çaldıran hadisəsinin üz verməsindən sonra [şah]
Diyarbəkr hakimliyini Xanməhəmməd Ustaclının qardaşı Qara xana
verib onu o səmtə göndərdi. Qara xan Mardində qərar tutmuşdu.
Mardinin əhalisi ona bivəfalıq edərək, rumiləri gətirib Qara Həmid
adı ilə məşhur olan şəhəri onlara verdi, Qara xan isə Mardində qalıb,
rumilərin dəfinə hazırlaşmağa başladı. Rumilər onun qarşısına beş
min döyüşçü yolladılar və Qara xan döyüşərək onlara qalib gəldi,
belə ki, rumilərin əksəriyyəti qətlə yetirildi. O, şəhərə yaxınlaşan
vaxt əhalinin rumiyyə ilə müttəfiq olduğunu gördü, hasarı almaqdan
əlini üzdü və məmləkət rumilərin əlində qaldı. Onun hakimliyinin
ikinci ili olan doqquz yüz iyirmi ikinci ilində (miladi 1516) rumiyyə
iyirmi min piyada və süvari əskərlə onunla döyüşə yollandı. Qara
xan Durmuşxan Qacarla birlikdə onlarla cəngə başladı, Mardinin
yuxarı başındakı ələngdə* onların arasında hərb başlandı, Qara xan
həmin çoxsaylı qoşuna qalib gəldi. Təqib zamanı təsadüfən bir güllə
ona dəydi və atdan yıxılıb öldü. Bu əhvalatdan sonra qızılbaşlar
(qızılbaşiyyə) pərakəndə oldular, rumiyyə əsgərləri isə alçaldıcı
məğlubiyyətdən qalib kimi çıxdılar, xandgardan kömək alıb,
Diyarbəkri işğal etdilər, [beləliklə də] qızılbaşlar o vilayətdən əl
çəkməli oldular. Bu əhvalat Süleyman şanlı xaqana çatdıqda, Qara
xana kömək üçün hazırladığı qoşunu xanın vəfatı ilə əlaqədar daha
irəli göndərmədi.
Xülasə, baş vermiş bu hadisələrdən sonra Süleyman şanlı
xaqan məmləkətlərin zəruri işləri ilə məşğul olmasına baxmayaraq,
110
gecə-gündüz Rum diyarına hücum hazırlamaq (seybəarayı) və ləşkər
çəkmək fikrindəydi, [amma] doqquz yüz iyirmi altıncı i ldə (miladi
1520) Sultan Səlim bəqa aləminə yollandı, yerinə oğlu Sultan
Süleyman qayimməqam oldu. Onun tərəfindən qızılbaşlara qarşı
müxalifət görsənmədi, çünki onun üləmaları düşmənin (burada -
qızılbaşların -Ş.F.) hərəkətə başlamayacağı təqdirdə ləşkər çəkməyi
ona məsləhət bilmədilər.
Sultan Süleyman cülusdan sonra rus və firəng (Avropa -
Ş.F) diyarlarına qoşun çəkərək qəza və cəhadla* məşğul
olmaqdaydı. Sultan o həzrəti də (Şah İsmayılı - Ş.F.) kafərlərlə
cəhada şirnikləndirdi. Buna görə də Süleyman şanlı xaqan qəza
etmək naminə qalibiyyətli əskərlərini Gürcüstan qəzasına yollayar,
özü isə eyş-işrətlə məşğul olardı. "Tarixi-cahanara" kitabının
məlumatına görə, o, kamyab şahzadələrin birinə Xorasan əyalətini
verib, onu həmin diyara göndərdi. [Şah] birinci dəfə böyük oğlu
olan və hümayun alnına cahandarlıq ayini yazılan Təhmasib Mirzəni
oraya yolladı və Əmir xan Mosullu Türkman onun lələsi** və
işlərinin icraçısı oldu. Bir neçə vaxtdan sonra o həzrəti (Təhmasib
Mirzəni - Ş.F.) ali saraya gətirib Sam Mirzəni Durmuş xanla birlikdə
oraya yolladı. O həzrətin ömrünün sonunadək Xorasan məmləkətləri
əmin-amanlıqdaydı.
Birinci Şah İsmayılın vəfatı:
Doqquz yüz iyirmi altmcı ildə (miladi 1520) Şirvan
valisi Şeyxşah öz istək (iradət) və sədaqət üzünü iqbal yuvalı
(eqbalaşiyan) saraya tutdu, var-yoxunu peşkəş gətirdi və özünü bu
astananın bəndələri zümrəsindən hesab etdi. Şeyxşah şirvanşah
dudmanının iffət otağında (hiclə) böyüyüb boya-başa çatan qızını
(səbiyye) ismət pərdəsi altına salmanlar (yəni hərəmxana - Ş.F)
silkinə mənsub etdi və bu yaxşı xidmətləri müqabilində Şirvan
vilayəti yenidən şirvanşaha verildi. Doqquz yüz otuzuncu ildə
(miladi 1524), qəddar rüzgarın ən qədim adətlərindən birinə tabe
olaraq, o xosrovun və zəmanə Keyqubadının həyatı sona yetdi,
cavanlıq əyyamına və nəfsani ləzzətlərə, yaşı otuz yeddini keçdiyi
və otuz səkkizə başladığı bir vaxtda, səltənətə və kamranlığa vida
edərək, Sərab mahalının Mənqutay adlı bir yerində boqa aləminə
yollandı, həzrət sultanül-övliyanın (Şeyx Səfiəddinin - Ş.F.)
111
müqəddəs rövzəsində dəfn olundu. "Tab mozcəhu"
108
[deyimi]
həmin tarixə müvafiq gəldi və "Xosrovi-din"
109
ifadəsi də o həzrətin
və o sultannişan sultanın vəfat tarixidir. Onun başqa maddeyi-tarixi
isə başqa bir [şairin ifadəsində]) “zell”dir (yəni, "kölgə" - Ş.F.) ki, o,
bu haqda belə demişdir:
Nəzm
Aləmin şahı olan İsmail
Gün kimi gizli oldu gözlərdən.
"Zell" olub maddeyi-tarixi,
"Kölgə" gün tarixi imiş, əhsən!
110
O həzrətdən dörd adlı-sanlı şahzadə yadigar qaldı. Onların
hamısı azyaşlı idilər. Təhmasib Mirzə və Bəhram Mirzə türkman
mosullu əmirlərindən birinin hörmətli qızından, Əlqas Mirzə və Sam
Mirzə isə müxtəlif xatunlardan doğulmuşlar. [O həzrətin] qızlarının
adlarını çəkməyin elə bir faydası yoxdur. Şer yazmaqda o həzrətin
ali təbi vardı, amma türkcə şer yazmağa meyli daha çoxdu.
Təxəllüsü "Xətai" idi. Sultan Səlimlə həm müasir olduğu üçün,
Mövlana Ümidi öz qitəsində bu məsələyə işarə edərək yazmışdı:
Şer
Təsadüfən böyüklük məskənində
Səlim ilə Xətai oldu birgə.
111
108
"Məzan işıqlansın" ifadəsi [bu vəfatın] maddeyi-tarixidir.
109
"Xosrove-din" ifadəsi də Şah İsmayılın vəfatı tarixidir.
110
Nəzmin farscası:
Şahe-gərdunpənah İsmail
Anke çon mehr dər neqab şode,
Əz cəhan rəft-o "zell" şödəş tarix
"Saye" tarixe-afiab şode.
111
Şerin farscası:
Qəza dər kargahe-kebriyayi
Fekənde tərhe-Eslimi Xətai.
112
MƏRHƏMƏTLİ (ĞOFRANPƏNAH), CƏNNƏTMƏKAN,
XOŞ AQİBƏTLİ (ƏBÜLBƏQA) ŞAH TƏHMASİBİN – ONA
RƏHMƏT VƏ CƏNNƏT NƏSİB OLSUN-XOŞBƏXT
AMALLI ƏHVALATININ ZİKRİ
Cəm* məqamlı (Cəmcah), cənnətməkan, alışan şahın
şahzadələr zümrəsinin izzətli və böyük övladı [olan Təhmasib
Mirzə] qələbə bəxtli (firuzbəxt) Kəsra** və Keyqubad taxtına layiq
[bir padşah] idi. O həzrətin səadətli təvəllüdü (veladət) doqquz yüz
on doqquzuncu ilin zülhiccətül-həram ayının*** iyirmi altısında
(miladi 1514, 26 fevral) çəharşənbə günündə İsfahana məxsus
Şəhabad kəndində (qərye) doğulmuşdur. Ağahlıq məclisinin
uzaqgörən (durbin) adamları o həzrətin təvəllüdünü "Şəhabade-
mobarək" ("Mübarək Şəhabad") və "meymun" ("xoşbəxt") sözləri
ilə əlaqələndirərək onun padşahlığı və cahandarlığı barədə fal
açmışlar. Üstürlab-danlar**** onun xoşbəxt taleli ziclərinə
(zayece)***** əsasən sübut etdilər ki, tezliklə şərafətli vücudu
xosrovluq taxtının (ovrəng) bəzəyi olacaq, dövlət günəşi aləmi
işıqlandıracaqdır. Qeyb****** aləmindən gələn "aftabe-aləməfruz"
("aləmi işıqlandıran günəş") sözləri onun təvəllüdünün maddeyi-
tarixidir. Süleyman şanlı xaqan yaşadığı dövrdə yaşının azlığına
baxmayaraq, Xorasan mülkünün idarəçiliyində başqa qardaşlarından
artıq imtiyaz sahibi oldu, Herat şəhərində böyüdü. Amma, onun
lələsi olan Əmir xandan bəzi bəyənilməz hərəkətlər göründüyündən
[şahzadə] hakimlikdən çıxarıldı, ali saraya çağırıldı. Bir müddət
möhtərəm atasının yanında qaldı. Səltənət və cahandarlıq əsəri onun
bütün hümayun hərəkətlərində özünü göstərməkdəydi. Hümayun
alnında ilahi nurlar şüa saçmaqdaydı. Məkanı cənnət olan xaqanın
(Şah İsmayılın - Ş.F.) göydən nazil olmuş hadisəsindən (vəfatından -
Ş.F.) sonra [Təhmasib Mirzənin] qaməti öz ölçülərinə görə səltənət
və padşahlıq köynəyi ilə bəzəndi, on bir yaşında ikən Allahın -
"Allah sizə əmr edir ki, əmanətləri yiyələrinə qaytarasınız"
112
-
hökmü ilə şahlıq taxtının və padşahlıq məclisinin bəzəyi oldu. [O
həzrətin] hümayun cülusu doqquz yüz otuzuncu ilə müvafiq olan
meymun ilinin (piçi) rəcəb ayının* on doqquzu (miladi 1524, 23
may) düşənbə gününə təsadüf etdi və o öz möhtərəm atasının
112
İfadənin ərəbcəsi: "İnnə-l-lahə yə'mumkum ən-tu-əddil-əmanəti".
113
yerində qərar tutdu, qeyb aləmindən gələn "caye-pedər gerefti" ("ata
yerini tutdun") sözləri onun maddeyi-tarixinə müvafiq oldu.
Dostları ilə paylaş: |