ÜBEYD XANIN ÖZBƏK XAQANLARI İLƏ XORASANA
ÜÇÜNCÜ GƏLİŞİ, HUMAYUN ŞAH ORDUSUNUN
YÜRÜŞÜ, ONUN CAM (VİLAYƏTİNİNl XOSROVSƏRD
ADLIYERİNDƏKİ HƏRBİ VƏ CAH-CƏLALIVƏ
KƏRAMƏTLİ HƏZRƏT ALLAH-TAALANIN İMDADI
İLƏ HƏZRƏT ŞAHIN QƏLƏBƏSİNİN ZİKRİ
Qələm bülbül kimi eyləyib səda,
Yazmağa başladı bu dastanı da
121
Cəm məqamlı cənnətməkan şah özünün əbədiyyət əsaslı
səltənəti əyyamında bütün din və dövlət işlərini həzrət Allahın
iradəsinə (məşiyyət) həvalə edib İlahi iltifatlara bel bağladı (vaseq).
Buna görə də əta dərgahından onun bütün mətləb və məramı yerinə
yetdi, döyüş meydanlarında düşmənlər üzərində zəfər çaldı. Onun
əbədiyyətlə peyvənd olan hakimiyyəti vaxtı baş vermiş Cam cəngi
aləmdə məşhurdur və bu vaxtadək bəni-adəmin dilindən düşmür.
Belə ki, o həzrətin Übeyd xan və özbək xaqanları ilə etdiyi həmin
döyüş onun hümayun cülusunun əvvəllərinə düşmüş və qələbə ilə
nəticələnmişdi. Həmin əhvalatın bəyanı qısa şəkildə aşağıdakı
kimidir:
Xorasan qasidləri ardı-ardınca səadət nişanlı dərgaha
gələrək yalvarırdılar (esteğase) ki, o diyarda bəla tufanı tüğyan edir,
həmin yerlərin əhalisi özbəklərin fitnə sellərinin burulğanına
düşərək, iztirab dəryasına qərq olunmaqdadırlar. Buna görə də, Cəm
qədirli həzrət şah əmirlər və dövlət başçıları ilə məsləhətləşdi,
hamının fikri Xorasana yürüş və özbəkləri dəf etmək oldu.
Müzəffər döyüşçülər zəfər nişanlı orduda toplaşdılar və
cahangirlik bayraqları Xorasan səmtinə hərəkətə başladı. Cuhə
Sultan Vəkil, Əllamə Sultan Təkəli və Məhəmməd xan
Zülqədəroğlu bir dəstə zəfərpənah qazilərlə qoşuna münqəlay olub,
öncə getdilər, Zəmeş (?) bahadır isə Damğan qalasına sığındı.
Əzəmətli əmirlər o qalanı əhatələdilər, çuvalları üst-üstə yığıb
özbəkləri tüfəng atəşinə tutudular. Hər gün qaladan çıxan döyüş
121
Beytin farscası:
Qələm çon əndəlibe-nəğmepərdaz
Çenin dəstansərayi mikonəd saz.
125
meydanının bahadırlar dəstəsi qazilərlə vuruşurdu. [Beləliklə]
tərəflər arasında hərb atəşi bir neçə gün şölələndi, o vaxta qədər ki,
məşhur bahadırların çoxu güllə yarasından və qantökən şəmşirlərdən
həlak oldu. Mühasirədə qalanların işi çətinə düşdü, hümayun
ordunun gəlib-yaxınlaşması isə özbəkləri çaş-baş etdi. Nicat yolu
hər tərəfdən bağlanmışdı. [Buna görə də] onlar fərar yolu axtarmağa
başladılar. Zəmeş bahadır bir neçə adamla bir gecə qaçış məqsədiylə
bellərinə kəndir bağlayaraq qaladan endilər. Qazilər və qalanı
güdənlər bundan xəbərdar olub, onların hamısını tutdular, elə həmin
ləhzə qətlə yetirdilər. Ertəsi gün isə qala bir həmlədə fəth edildi və
bütün özbəklər qazilərin şəmşirlərinə yem oldular. Aləm
xosrovunun günəş parıltılı bayraqlarını [rayat] əllərində tutmuş
bəhrlər yandıran, dəryalar coşduran ləşkərlər Kalpuş yoluyla
müqəddəs Məşhədə çatdılar və onlar həzrət İmaməl-çinn və-l insi
(İmam Rzanı - Ş.F.) ziyarət etdilər və Rza rövzəsi sultanının pak
ruhundan kömək xahişində oldular, Herat darüssəltənəsinə
getməkdən ötrü müzəffər bayraqları Cama tərəf dalğalandırdılar.
Amma, yuxarıda yazıldığı kimi, Übeyd xan [artıq] Heratdan çıxaraq,
Buxaraya gəlmişdi. O, Kucəm xandan və çingiznejad sultanlardan
kömək
xahiş
edərək,
Dəşti-Qıpçağadək
yerləşən
bütün
Mavərənnəhr, Türküstan, Əxsi, Əndican, Otrar, Qılmaq, Kaşğər,
Qırğız və Qazaq vilayətlərindən olduqca qalın bir ordu topladı,
Kucəm xan, Yəraq xan, Fulad Sultan, Əbdüləziz Sultan, Əbdüllətif
Sultan, Canıbəy Sultan, Gəldi Məhəmməd Sultan, Əbu Səid Sultan,
Sevincək Məhəmməd Sultan, Kəskən Qara Sultan və sair özbək
sərdarları və hər qəbilənin mötəbər əmirləri ilə birlikdə dalğalanan
dərya kimi dəstələr təşkil edərək dəmir və poladdan bərk olan ürək
möhkəmliyi ilə Xorasana yürüş etdi.
Beytlər
Onların hamısı yırtıcı qurd tək,
Ağılları isə tükdən də kövrək.
Hamı bədxasiyyət, bədrəftar idi,
Hirsli, qaradinməz adamlar idi.
122
122
Həme gorgzadane-dərzəndexuy
Səbokrəueşan comle əz bore-muy
Ze əture-işan betər xuye-şan
126
Xülasə, Çingiz xanın xürucunun əvvəlindən bu vaxta qədər
Amu çayından belə çoxsaylı və izdihamlı ləşkər hələ keçməmişdi.
Hümayun şah ordusu Camın Xosrovsərd adlı yerinə çatanda, özbək
xanları da qarşı tərəfdən gələrək Zurabada çatdılar. Qızılbaş
əskərlərinin qarovulları bir neçə özbəyi tutub gətirdilər.
Şah Təhmasibin özbək padşahı Übeyd xan ilə cənginin zikri:
Özbək sultanlarının sayı və saysız özbək ordusunun
keyfiyyət və kəmiyyəti məlum oldu. Həmin ordunun sayı heç bir
etibarlı kitabda az miqdar göstərilməmişdir. "Lübbət-təvarix"
[əsərinin] müəllifi Mir Yəhya Seyfi onların yüz iyirmi min nəfər
olduğunu yazmışdır. Amma əhali arasında danışılır ki, özbək
əskərlərinin miqdarı, pornavol və əlmançilərdən* (?) başqa həştad
min döyüşkən bahadırlardan ibarət olubdur, amma qızılbaş
ordusundasa muzdlu (məvacibkar) süvarilərin sayı, xurcunlulardan*
savayı iyirmi dörd min nəfər idi.
Xülasə, doqquz yüz otuz beşinci ilin məhərrəmül-həram
ayının doqquzuna (miladi 1528, 23 sentyabr) düşən tasuva (tasua)
günü özbək sultanları Camın Sarıqamış adlı yerində fələk ehtişamlı
xosrovun (Şah Təhmasibin - Ş.F.) ordusunun yaxınlığına yetişdi. O
gecə heç bir tərəf cəngə başlamadı, aşura günü sübh çağı isə
tərəflərin döyüş səfləri bəzəndi.
Qızılbaş əmirlərinin başçısı Cuhə Sultan Təkəli Vəkil,
Əllamə Sultan Təkəli, Hüseyn xan Şamlı, Şiraz hakimi Həmzə
Sultan Xamuslu (Xunuslu olmalıdır - Ş.F) Zülqədər, Məhəmməd
xan Zülqədəroğlu, Əhməd Sultan Ustaclı, Yaqub Sultan Qacar, o
vaxtlarda sultan [titulu daşıyan] Məhəmməd xan Şərafəddinoğlu
Təkəli, Həsən Sultan Rumlu, Əhməd Sultan Əfşar və həzrət
cənnətməkan şahın başqa əzəmətli əmirləri və qorçiləri mükəmməl
yaraqlanaraq, iti sürətli ağ-qara atlara (əbləq) suvar oldular,
müzəffər qorçilərlə birlikdə ordunun qəlbində qərar tutdular.
Xoşbəxt ordunun meymənə və meysərə (sağ və sol - Ş.F) hissələri
məşhur və bacarıqlı əmirlərlə bəzəndi. Firəngi zərbzənlərlə
(Avropadan gətirilmiş kiçik toplar - Ş.F.) dolu arabalar ustad Şeyxi
bəy Topçubaşının başçılığıyla səfin önündə dayandı. Onlar uca
Por əz çin həme ruy-o əbruye-şan.
127
səslərlə qeybdən imdad diləyib, "Allaha təvəkkül" deyərək cəng
meydanında o xunxar ləşkərin qarşısında qərar tutdular. Hər iki
tərəfdən kəvrəkə, nəfir, kərrənay* sədaları göy qübbəsinədək ucaldı,
bayraqlar açıldı, surənlər** çalındı. Döyüşqabağı hər iki tərəfin
cavanları bir-birilərinin üstünə at sürdülər. Bu tərəfdən qızılbaş
dilavərləri əjdahaya (səban) bənzər nizələri atlar üstündə əllərində
tutub yaramaz (nabekar) özbəkləri həlak torpağına yuvarlatdılar.
Qarşı tərəfdənsə, özbək bahadırları məğlubedilməz ordunu oxlara
tutaraq qızılbaşların papaqlarını başlarına tikirdilər. Hər iki dəstənin
mübarizləri mərdanəlik göstərirdilər. Öldürülən adamların
çoxluğundan dağ və səhra (hamun) bərabər oldu.
Nəzm
Qızılbaş tərəfdə şir kimi əskər,
Qarşı tərəfdəsə kinli özbəklər.
Qızılbaş tərəfdə zirehli zirək,
Qarşı tərəfdəsə hiyləgər özbək.
Cəngavər igidlər toplaşıb həmən,
Üzbəüz durdular qorxu bilmədən.
Təpələr yaratdı ölən bədənlər
Hələ belə günü görməyib bəşər.
İgidlər qanından qızardı çəmən,
Fələk təngə gəldi belə döyüşdən.
123
Xülasə, həmin cəngə susayan iki dəstə arasında elə bir hərb
oldu ki, yeddinci fələyin sipəhsaları (sərkərdəsi - Ş.F.) qanlı qılıncını
əlindən salaraq, öz heyrət barmağını rəhm dişi ilə dişlədi. Ruzigarın
gözü hələ bu qızğınlıqda müharibə görməmişdi. Bu gen dünyada
123
Nəzmin farscası:
Ze yek sıı hejəbrane-porxaşçuy,
Ze suye-degər uzbəke-kineçuy.
Ze yeksu delirane-ahənqəba,
Ze suye-degər uzbəkane-dəğa.
Delirane-cəngazma biş-o kəm
Nehadənd por xəşm-o kin ru behəm.
Ze bəs koşteha poşteha şod pədid,
Degər an çenan ruz giti nədid.
Zəmin şod ze xune-yəlan laləzar,
Fələk xast əz covreşan zinhar.
128
iranlıların və turanlıların* arasında hələ elə bir hadisə
görünməmişdi. At yerişlərindən yerdə elə tozanaq oldu ki, aləmi
işıqlandıran günəş hicab niqabına büründü. [Amma,] qızılbaş
qoşununda zəiflik əlaməti yaranmağa başladı.
Qızılbaş ləşkərinin basılması və qoşunun
meymənə və meysərəsinin məğlubiyyəti:
Bu əsnada özbək sultanları Cuhə Sultana, habelə [bütünl
təkəli
və
şamlı
əmirlərinə,
həmçinin
qızılbaşların
meymənəsındəkı adlı-sanlı döyüşçülərə hücum edərək, onları
məğlubiyyətə uğratdılar. Sol qolun əmirləri də həyəcana düşüb
müxalif tərəfin ardıcıl həmlələrinə tab gətirməyərək əzildilər. Özbək
qoşunu qızılbaş ləşkərinin məğlub olan əskərlərini təqib etməyə və
o, səhrada ziyankar qarışqa və çəyirtkələr kimi qəlb tarlasına ziyan
yetirməyə başladılar. Şairin dediyi kimi:
Beyt
Oxlar uçuşurdu çəyirtkələr tək,
Oxlar bəla idi insana gerçək
124
Həzrət Cəm məqamlı cənnətməkan şah röya aləmində
görmüşdü ki, məsum imam həzrətləri o həzrətə (Şah Təhmasibə -
Ş.F) bu mərəkədən fəth və zəfərlə çıxacağı xüsusunda müjdə
verdilər. Buna görə də, o həzrət inamının (vosuq), etiqadının,
igidliyinin, sücaətinin və dilavərliyinin çoxluğundan heç öz durduğu
yerdən tərpənmədi və onun hümayun sifəsətində çaşğınlıq əlaməti
görünmədi. Müharibələr görmüş üç min mübariz döyüşçü ilə:
Nəzm
Köpək balığı tək adamı udan,
Fələk sütunu tək möhkəm dayanan
125
124
Beytin farscası:
Mələxhaye-peykan ze pərrəndegi
Həme afəte-məzrə'e zendegi
125
Nəzmin farscası:
Həme çon nəhəngane-mərdomrobay
129
fələk qütbü kimi mərdanə dayanıb öz yerindən tərpənmədi, fələk
qütbü kimi sakit dayandı. Həzrət Allah-təala öz əzəli inayəti ilə
sanki o az miqdar olan qoşunu müxalif gözlərdən gizlətdi və onları
qorudu. Tozanağın bir qədər yerə yatmasından sonra cənnətməkan
şahın nəzəri qalın bir qoşunda dikələn ağ bir bayrağa sataşdı. O
həzrət elə bildi ki, həmin qoşun xüsusi dəstə ilə qəlb hissədə
dayanmış Übeyd xan və Kucəm xanın qoşunudur.
Qızılbaş qoşununun mərdanə həmləsi
Qızılbaşların təqibindən dəstə-dəstə geri qayıdan özbək
bahadırları yuxarıda adları çəkilən xanlara gözaydınlığı verirdilər.
Übeyd xan onlardan soruşdu: "Uzaqda görünən və uzun müddət öz
yerindən hərəkət etməyən qoşun qızılbaş qoşununun qaraltısıdırmı?”
O, bir neçə nəfər göndərib oradan bir xəbər gətirmələrini tapşırdı.
Özbəklər ona dedilər: "Qızılbaş döyüşçüləri elə zəif məğlubiyyətə
uğramayıblar ki, bu səhrada onlardan əsər-əlamət görünmüş olsun.
Həmin qaraltı, qızılbaş ordu heyvanlarının qaraltısıdır". [Beləliklə,]
onların bəsirət gözləri həmin qaraltını müşahidə etməkdən bağlandı.
Elə bu vaxt cənnətməkan şah orada dayanmış iqbal mübarizlərinə
əmr etdi ki, o qoşunun üzərinə qorxmazlıqla gedərək, özlərini
dayanmadan həmin ağ bayrağa çatdırsınlar, iti qılınc və qantökən
şəmşirdən başqa heç bir hərb alətinə əl vurmasınlar, yaralayacaqları
hər özbəyi öldürməyib, başqasının yanına hücuma keçsinlər, çünki
abır-həya ilə məğlub olmaq və mərdanəliklə öldürülmək ruzigarın
başı uca edən işlərindəndir.
Beyt:
Ya, diz çökək murad ilə gərdun qabağında,
Ya, mərdlik ilə qəddimizi biz tutaq uca.
126
Həme çon sotune-fələk pa becay.
126
Beytin farscası:
Ya, ba morad bər səre-gərdun nəhim pay,
Ya, mərdvar bər səre-hemmət konim sər.
130
Qızılbaş qoşununun qələbəsi və özbəklərin məğlubiyyəti:
Həmin əqidə sahibləri olan və canlarından keçən
döyüşçülərdən əvvəlcə şamlı və zülqədər qorçiləri kamil mürşidin
(Şah Təhmasibin - Ş.F) fərmanını can-başla qəbul etdilər, öz misri
qılınclarını sıyırıb və gen ətəkli qalxanlarını başlarına tutub düzgün
əzmlə "Allaha təvəkkül" deyərək sağ qoldan atlarını irəli sürdülər.
Sol qolun dilavərləri də hərəkətə başladılar. Onların hamısı
birlikdə fədakarlıqla və o qeyb qoşununun köməyi ilə həmin qəddar
və xunxar özbəklərin üstünə at çapdılar. [Belə ki,] onların üç min
şimşək parıltılı şəmşirləri birlikdə işləməyə başladı. Qızılbaşlar,
kamil mürşidin buyurduğu kimi, yaraladıqları hər adamı qətlə
yetirməyib, başqası ilə döyüşə başladılar. Çox miqdarlı özbək
əskərlərinin əksəriyyəti qazilərin almas kimi parıldayan qılınclarının
zərbələrindən yaralandı, yaxud öldürüldü, müdafiə olunmağa fürsət
tapa bilmədi, qoşunlarının qəlb hissəsi parçalandı. Kucəm xan və
Übeyd xan elə çaşdılar ki, fərar etməkdən başqa heç bir çarələri
qalmadı, o saysız-hesabsız ləşkər canlarından keçən fədailərin bircə
mərdanə həmləsi ilə məğlub edildi.
Bir-birilərindən ayrı düşən ulduzlar kimi (bənatən-nəş)
qızılbaş döyüşçüləri isə keçirdikləri kədər və ümidsizlikdən sonra
qələbəyə ümidvar olaraq Sürəyya ulduzları kimi* bir yerə
toplaşdılar.
Elə fəthdən sonra belə məğlubiyyətə uğrayan özbək
sultanları kama yetməyərək, qaçmağa başladılar. Əzəmətli qorçilərin
biri Übeyd xana çatıb ona şəmşirlə arxadan bir zərbə vurdu və xan
bayıldı. [Qorçi] nifrət etdiyindən hətta onun həqarətli bədənini
götürüb-aparmaq belə istəmədi, ondan daha yaxşısını tapıb-
öldürməyə üz tutdu. Bəzi adamların sözünə görə, qorçi [Übeyd
xanın] başına elə toppuz zərbəsi vurdu ki, qulağı (samec) parçalandı.
[Buna görə də] xalq arasında o "Kar Übeyd" kimi də adlanmışdı.
Übeyd xan Mavərənnəhrin və Daşkəndin qırx nəfər əzəmətli
adamını da özü ilə buraya gətirmişdi ki, onlar bayrağın yanında
dayanıb, onun qələbə çalmasından ötrü dua etsinlər. Haqq onlarla
olmadığından, duaları geri qayıtdı və hamısı bayrağın yanındaca
öldürüldü.
Xülasə, Kucəm xan və Übeyd xan yüz təşvişlə həmin qan
dənizindən canlarını qurlara bildilər. O azğınların təxminən iyirmi
min nəfəri ildırım təsirli şəmşirlərin şöləsi ilə yandırıldı, o alçaqları
131
(xaksar) "onları tapdığınız yerdə tutun və öldürün" ifadəsinə uyğun
olaraq öldürdülər
127
. Həzrət cənnətməkan şah haqqında belə
danışılır: Həzrət şahla birlikdə özbək qoşununun qəlb hissəsinə
hücuma keçən üç min nəfər döyüşçüdən başqa, habelə daha min
yeddi yüz qorçi və əmirlər ləşkərinin yerdə qalanları (tətəmme) da
vardı. Özbək sultanlarından Canıbəy Sultan öz təbəələri və özbək
döyüşçüləri ilə birlikdə məğlub olan qızılbaşların təqibindən geri
qayıdarkən, axşam vaxtı, qızılbaş ordusunun çıraqlarının Übeyd xan
ordusunun çıraqları olduğunu zənn edib, hümayun ordunun arxa
tərəfinə gəldi və orada dayandı.
Ertəsi gün, məhərrəmül-həram ayının on birində (24
sentyabr) onların qaraltıları gözə dəydi. Onların Özbəklər olduqları
məlum olduqda hamı yəğma (qarət - Ş.F.) məqsədi ilə atlandı.
Cənnətməkan şah da ata süvar oldu və onlar o bəxti dönmüşlərin
üzərinə yollandılar. Cuhə Sultan onların getmələrinə mane olaraq
deyirdi: "Qızılbaş ləşkəri dağıldığından getmək lazım deyil. Allah
eləməsin, iş əngələ düşə bilər". O həzrət, igidlik və dilavərliyinin
çoxluğundan bu ağıllı təklifə əhəmiyyət vermədi və o rəzillərin
üzərinə hücum etdi, cəsur bir həmlə ilə onların işini bitirdi,
[özbəklərin] əksəriyyəti qazı şəmşirləri üçün yem oldu. Canı bəy
Sultan bir az müqavimət göstərdi və onun adamları mərdanəliklə
döyüşdülər, amma nəticədə fərar yoluna düşdülər.
Beləliklə, bəxtləri uca olduğundan [qızılbaşlar] elə fəthə
nail oldular ki, belə fəth qədim zamanlardan bəri olduqca az
görünmüşdür. Bir nəfərə on nəfər düşdüyü halda özbəklər əzildilər
və özlərinin idbar diyarlarına qayıtdılar. "Əgər aranızda iyirmi
səbirli kişi olsa, iki yüz nəfərə qələbə çalarlar" ayəsi gerçəkləşmiş
oldu.
128
Qızılbaşlar İlahiyə şükr edərək ətraf məmləkətlərə
fəthnamələr* göndərdilər. Şah Xorasan işlərini tənzimləməyə
başladı. Bu cəngdə Hüseyn xan Şamlıdan igidliklər zahir olduğu
üçün Heratın və onun mülkiyyətinin idarə olunması fərmanla ona
tapşırıldı. [Sonra] yürüş İraqi-Ərəb səmtinə oldu ki, bu səfərin şərhi
[tərəfimizdən] yazılacaqdır.
127
İfadənin ərəbcəsi: "... vəqtuluhum heysu vəcədtumuhum".
128
İfadənin ərəbcəsi: "İnyəkun-minkum işrunə sabirinə yəğlibu-mi-ətəyni"
132
ÜBEYD XANIN XORASANA
DÖRDÜNCÜ GƏLİŞİNİN ZİKRİ
Şahın müzəffər ordusunun qayıtması xəbərindən agah olan
Übeyd xan yenə də elə həmin ildə - doqquz yüz otuz beşinci ildə
(miladi 1528/29) Buxaranın ətraf yerlərindən döyüşkən ləşkər
toplayaraq, Xorasana gəldi. Sevincək Məhəmməd Sultanı və
Əbdüləziz Sultanın oğlunu özündən əvvəl müqəddəs Məşhəd
səmtinə yolladı. Qızılbaş əmirlərindən, o vaxtlarda "sultan" olan,
Ağzıvar xan Şamlı, [habelə] Əhməd Sultan Əfşar və Yaqub Sultan
Qacar müqqədəs Məşhəddə idilər. Məşhəd barısının inşası hələ başa
çatmadığı üçün onlar şəhərdə səngər (kuçebənd) quraraq,
qorunmaqla (moharesət) məşğul olmağa başladılar. Onların
aralarındakı hərb atəşi iki ayədək alovlandı. [Sonra] Übeyd xanın
özü də Mavərənnəhrin Bəhram qəzəbli qoşunu ilə şəhər xaricinə
gəlib yetişdi və hücuma keçdi. Səngərlərin ətrafında bərk döyüşlər
başlandı. Bu hərbə davam gətirməyə bundan artıq taqətləri
qalmayan qızılbaşlar döyüşməyi məsləhət görməyərək, bir gecə
Məşhəddən çıxdılar. Əhməd Sultan Əfşar özünün ülkası olan
Fəraha* getdi, Fərah qalasını möhkəmlədib orada qaldı, Ağzıvar xan
və Yaqub Sultan isə Məzinana tərəf yollandılar.
Bir sübh zamanı, özbəklər qızılbaşların gedişlərindən
xəbərdar olaraq, onların təqibinə doğru hərəkət etdilərsə də, gedib
əmirlərə çata bilmədilər. Übeyd xan müqəddəs Məşhədi özünün bir
etibarlı əmirinə tarşırıb Herata yollandı, şəhəri mühasirəyə aldı.
Hüseyn xan və şamlı qazilərinin müdafiə və qaladarlıqla
məşğul olduqları və şəhərdə hərb alətlərinin şölələndiyi həmin il
bütün yerlərdə taxıl yoxa çıxmışdı. [Buna görə də] Hüseyn xan və
şamlı ağsaqqalları, ərzağın və qaladarlıq vəsaitinin olmadığından,
şəhərdən çıxmağı məsləhət bilib [özbəklərlə] sülh danışıqlarına
başladılar. Arada elçi gediş-gəlişi oldu və belə qərara gəldilər: Qoy
Übeyd xan bir neçə mənzil geriyə çəkilsin ki, qızılbaşlar öz uşaqları,
əhl-əyalları və əşyaları ilə şəhərdən çıxa bilsinlər, onları heç bir
özbək sultanı təqib etməsin.
Übeyd xan sülhə rəğbətlənərək, bir neçə mənzil geriyə
çəkildi. Əhd-peymandan sonra Hüseyn xan bütün qazilər və şiə
məzhəbli əhali ilə sağ-salamat şəhərdən çıxıb, Sistana tərəf getdi.
Sistan valisi Məlik Mahmud insanpərvərlik göstərdi. Hüseyn xan
qızılbaşlara yağı olan Pəştzereh (?) quldurlarının üstünə gedərək
133
onların var-dövlətlərini qarət etdi, oradan Kəbç (?) və Mokrana (?)
yollandı, xeyli qarətkarlığa başladı, sonra Şiraza gəldi. Onun bu
işlərinin şərhi tezliklə [tərəfimizdən] yazılacaqdır.
Xülasə, Übeyd xan bütün Xorasan mülkünü istila edib,
həmin məmləkətdə yenidən çövr və tüğyana başladı, özbək
döyüşçüləri Xorasan əhlinə çox zülm etdi. Übeyd xan [hətta]
mallarını əllərindən almaq tamahı ilə əsl sünnü camaatının çoxunun
guya rəfz* olmaları və şiəlikləri bəhanəsi ilə qətlə yetirdi ki, zülmlə
öldürülənlərin biri də şair Hilali idi, onu Heratın dörd yol hissəsində
öldürdülər, çünki Übeyd xana demişdilər ki, cənab movlana xanı
həcv edərək, bu rübaisini onun barəsində yazmışdır:
Qarətçilik etməkdə olan xansansa,
Taraçgəri-mülki-Xorasansansa,
Yığdın yetimin malını da sən, ey
Übeyd, Vallah ki, kafərəm müsəlmansansa.
129
Yaxud, o, Übeyd xanın mədhində bir gözəl qəsidə də
yazmışdı ki, bu iki beyt həmin qəsidədəndir:
Bilən varmı Xorasan torpağı canə haçan gəldi? –
Ona can gəldi ol dəm ki, Übeydullah xan gəldi.
Qızıl nallı səmənd at ki, xanındır, bənzəyir şəmsə,
Ki, məşriqdən gedih məğribə, döndü, nagəhan gəldi.
130
Bu mədhin şair Hilaliyə heç bir faydası olmadı, məlum
səbəbdən qətlə yetirildi.
129
Rübainin farscası:
Ta çənd, Ubeyd, əz peye-talan başi?
Taracgəre-molke-Xorasan başi?
Qarət koni-yo male-yətiman bebəri,
Kafər başəm əgər [mən to] mosəlman başi*.
* Qeyd: Rübainini 4-cü misrası naqisdir. Mötərizəyə alınmış sözləri özüm artırdım -
Ş.F.
130
Beytlərin farscası:
Xorasan sineye-mye-zəmin əz bəhre-an aməd,
Ke can aməd dər-u, yəni Übeydullah xan aməd.
Səmənde-tondzərrin nə'le-u xorşid-ra manəd
Ke əz məşreq be məğreb rərf-o yek şəb dər miyan aməd.
134
Elə ki, özbəklərin Xorasanı istila etmələri xəbəri cənnət-
məkan şahın hümayun qulağına çatdı, o din və ədalət sahibi artıq
Bağdad işlərini öz işlərinə uyğun həll etdiyindən doqquz yüz otuz
altıncı ilin (miladi 1529) əvvəlində özbəklərin fitnəsini aradan
qaldırmaqdan ötrü, qələbəsi əyan olan yürüş cilovunu Xorasana
çevirdi, sürətlə hərəkət edən qorçiləri ölkəsinin bütün yerlərinə
(qələmrov) göndərdi ki, döyüşçülər özlərini müzəffər orduya
çatdırsınlar. Az günlər ərzində məğlubedilməz döyüşçü dəstələri
hissə-hissə gəlib hümayun toplantı yerinə (məəskər) toplaşdılar.
Tarixçi Həsən bəy belə yazmışdır: "O səfərdə müzəffər orduda
yetmiş min əskər cəmləndi".
Dostları ilə paylaş: |