SÜLEYMAN ŞANLI XAQANIN MİRZƏ ƏLVƏND
TÜRKMANLA HƏRBİ VƏ ONUN ALLAHIN
KÖMƏYİ İLƏ ZƏFƏR ÇALMASININ ZİKRİ
[Əmirzadə Əlvənd] Naxçıvanda olarkən, Süleyman şanlı
xaqanın Azərbaycana yürüş xəbərini eşitdi, ordusundakı otuz min
döyüşçüsü ilə o həzrətin qarşısına yollandı. Amma Süleyman şanlı
xaqanın sücaəti və qorxmazlığı (delavəri), həmçinin pərvanə kimi
özlərini atəşə vurub ölümü əbədi həyat bilən qızılbaşların fədəkarlığı
(fədəviyyət) türkmanları bərk qorxuya salmışdı. Doqquz yüz
yeddinci ildə (miladi 1501), Naxçıvanın Şərurunda tərəflər bir-
biriylə qarşılaşdılar. Yeddi min nəfərdən ibarət qızılbaş ləşkərinin
dilavərləri fədai kimi döyüş meydanına qədəm ataraq, onlara qarşı
mərdanəlik göstərdilər, qarşı tərəfdən də türkman döyüşçüləri
bacardıqları qədər cidd-cəhd etməyə başladılar. Amma, Allahın
istəyi ilə zəfər, qələbə və tale (eqbal) amalları zəfər olan (zəfərməal)
qızılbaşlara nəsib oldu, əmirzadə Əlvənd məğlub edildi,
84
türkmanların böyük əmirlərinin və əyan-əşrafının çoxu, habelə
saysız-hesabsız döyüşçüsü həmin mərəkədə öldürüldü, qalibiyyətli
qoşuna bol qənimət qismət oldu. Azərbaycanda qalmağa macal
tapmayan Mirzə Əlvənd Ərzincana qaçdı, Süleyman şanlı xaqan isə
zəfərlə Təbriz darüssəltənəsinə çataraq, padşahlıq taxtına əyləşdi və
islamın isnaəşəri haqq məzhəbi zühura gəldi. Minbərlərdən
imamiyyə* xütbəsi eşidildi, pulların (dənanir) üstündə "La ilahə
illəllah və Məhəmməd rəsulillah və Əli vəliyullah" yazıldı və
sikkələr "Allah" sözü ilə bəzəndi. Zəlalət sahiblərinin (ərbabe-zolal)
dinsiz adətlərindən əcər-əlamət qalmadı. Gözəl əxlaq və pak
davranışlı əhli-beytin şiyələri, yəni indiyədək öz dini əqidələrini
gizlədənlər (təqiyyə), imamiyyə haqq məzhəbinə gəldilər, buna
müxalif olanlarsa zaviyələrdə gizləndilər. O həzrətin mətanəti
(səlabət) və qüvvəti (qəhhari) barədə xəbər ətrafa yayıldı, onun atəş
yağdıran qılıncının şöləsi fələyə ucaldı. Mirzə Əlvənd bir dəstə
adam toplayıb Əzrincandan Azərbaycana yürüşə başladı. Şahın
qələbə ayəli qoşunu Tərcan yoluyla Əzrincana yollanan vaxt
[Əlvənd] Təbriz darüssəltənəsinə çatıb rəiyyətin və varlı adamların
mallarına əl uzatdı, oradan Ucana* getdi. Cahanlar tuta biləcək
ordunun ona yaxınlaşdığını bilib, orada qalmayaraq, Ucandan
Həmədana getdi, oradan da Bağdada üz tutdu. İşi gətirmədiyindən
və orada Qasım bəy Pornakla döyüşməyi bacarmadığından,
Diyarbəkrə gəldi, o həzrətlə döyüş əmri ilə Həmədan yaxınlığına
qayıtdı. Türkman döyüşçülərindən yetmiş min nəfərədək adam
toplayan Əlvəndin üç yüz araba topu, zərbzəni və yaraq-yasaqı
vardı. Bu tərəfdənsə, Süleyman şanlı xaqan inadkar iqbal
döyüşçüləri ilə İlahinin inayətinə və müqəddəs imam ruhlarının
köməyinə bel bağlayaraq, müqəddəs qoşunundakı yüksək qızılbaş
tayfalarından on iki min döyüşçü ilə düşmənə qarşı yola düşdü.
Allah ona yar olsun!
SÜLEYMAN ŞANLI XAQANIN SULTAN MURADLA
MÜHARBƏSİ VƏ ALLAHIN KÖMƏYİ İLƏ İRAQİ-
ƏCƏMİN, FARSIN VƏ KİRMANIN FƏTH
OLUNMASININ ZİKRİ
Doqquz yüz səkkizinci il zilhiccə ayının iyirmi dördü
(miladi 1503, 21 iyun) şənbə günü Həmədanın Alma bulağı adlı
yerində onların arasında böyük hərb oldu. Süleyman şanlı xaqanın
85
heydəri qol gücü və isnaəşəri dövlət günəşinin xoşbəxt doğuşuna
görə o, müqayisəsiz ləşkərə qalib gələrək, həmin mərəkədə türkman
döyüşçülərinin kələyini kəsdi. Süleyman şanlı xaqanın həmişə
"Namurad" adlandırdığı Sultan Murad**, eləcə adlandırıldığına
uyğun olaraq, bəxti dönük və muradsız halda (namurad) fərar yoluna
düşüb Şiraza getdi. Bü döyüşdə müzəffər əsgərlərin əlinə bol
qənimət çatdı, atlar və hər diyardan toplanılan saysız-hesabsız başqa
mallar keçdi, Süleyman şanlı xaqan ətraf yerlərə fəthnamələr*
göndərdi. Ətraf yerlərin məlikləri və başqa-başqa məmləkətlərin
əyanları türkman sultanlarının uğursuz və bəxti dönük olduqları
barədə yəqinliq hasil etdilər, şahın ucalan dövlətinə ümüdvar olaraq,
aləmpənah dərgaha gəldilər, yer-yerdən onun hüzuruna elçilər*
yollanıldı. Dünya sultanlarının fəthlərinin ziynəti (təraz) olan bu fəth
dildən-dilə düşdü, [şaha] təbriklər və peşkəşlər göndərildi. Müzəffər
ordu o baharı Əlvənd dağının ətəyində keçirib, bahar günlərini
həmin cənnət gözəlliyində olan yerdə eyş-işrət, seyr və söhbətlə
başa vurdu. O, əsnada münhilər** xəbər gətirdilər ki, Sultan Murad
Şiraz darülmülkündə əyləşib, Fars məmləkətlərində özünü
möhkəmlətməklə məşğuldur. Süleyman şanlı xaqan öz istirahətini
saxlayıb Təxti-Süleyman səmtinə yollandı, uca bəxtli müzəffər
əsgərləri ilə İsfahan darülmülkünə təşrif apardı, ordansa Şiraza tərəf
hücumla rəvan oldu. Hümayun şah qoşununun (rayat) gəlişi xəbərini
eşidəndə Sultan Murad qorxdu, hümayun dövlətin hücumuna qarşı
çıxmaq üçün özündə güc görməyərək Şüstərə tərəf qaçdı. Müzəffər
ordu isə şan-şöhrət və kamranlıqla Təxti-Süleyman yüksəkliyinə
qədəm basdı və Şiraz darülmülkü bu sərəfraz padşahın iqamət yeri
oldu. Fars [vilayətinin] camaatı və əyanları onun ali sarayına gələrək
layiqli peşkəşlər gətirdilər, bütün fars əhalisi Mürtəza xislətli o
padşahın ədalət kölgəsi altında dövr hadisələrindən asudə yaşamağa
başladılar. Amma, namurad Sultan Murad müzəffər qazilərin
hücumunun qorxusundan Şüstərdə qala bilməyib, oradan Bağdada
yollandı. Oranın da vəziyyətini, Barik Pornakın o yerləri istila
etdiyinə görə özünə münasib görmədi. Hümayun xaqan ordusunun
oraya yürüş xəbəri yayıldıqda dayana bilməyərək adı çəkilən Bariklə
birlikdə Hələbə getdi, bir neçə vaxt Misir və Şam padşahı Sultan
Qansunun*** dövlət kölgəsi altında güzəran keçirdi, oradan
çıxdıqdan sonra Diyarbəkr və Rüstəmdara getdi, zülqədər faydasının
hakimi və Mürqəş (?) ölkəsinin varisi olan Əlaüddövləyə
sığınmaqdan ötrü onun yanına yollandı. Sultan Muradın gələcək
86
vəziyyəti barədə aşağıda məlumat veriləcəkdir. Xülasə, Cahan
padşahının zəfər ayəli ordusu Fars darülmülkünün işləri
nizamlandıqdan sonra İraqa tərəf hücuma keçdi. Allahın köməyi ilə!
İRAQ İNADKARLARININ (MOTƏMƏRREDAN) TƏNBEH
OLUNMALARI, QALALARIN FƏTHİ VƏ CAHAN
XOSROVUNUN (ŞAH İSMAYILIN - Ş.E)
QƏLƏBƏSİNİN ZİKRİ
Bütün Rüstəmdarı, Firuzgah dağlarını (cəbal), Dəmavəndi,
Həbəlrudu (?) və o yerlərin ətrafını öz əlinə alan və on iki min
döyüşkən süvarisi, saysız piyadası olan Hüseyn Kiya Cəlladi (?)
qalalarının
möhkəmliyinə,
dağlarının
ucalığına
arxalanıb,
müxaliyətə və inadkarlığa başladı. O, başını üsyan cibindən çıxarıb
ətrafdakı (həvaşi) İraq məmləkətlərinə əl uzatmaqdaydı. İraq
mahallarında vəziyyəti zəyifiəyən bayanduri türkmanları Murad
bəyin sərkərdəliyi ilə Rüstəmdar dağlarına və Əmir Hüseyn Kiyanın
dərgahına arxalanıb, onun yanında cəm olmuşdular. Getdikcə həsəd
və qürura qapılan Hüseyn Kiya [Şah İsmayılın] mülazimləri ilə
ədəbsiz davranmağa başladı. Böyük ordu Fars məmləkətlərinə
yollanan vaxt [şah] İlyas bəy Ənutoğlunu* bir dəstə ilə onun şərini
dəf etməyə yolladı. Bu xəbəri eşidən Əmir Hüseyn Kiya İlyas bəyin
qızılbaş qoşununun bir yerə yığmasından əvvəl ona hücuma keçdi,
İlyas bəy Vəramin qalasına getməli oldu. Cəlladilər qala ayağına
gələrək, oranı bir müddət mühasirədə saxladılar. Nəhayət, əhd-
peymanla onunla görüşən Hüseyn Küya o sadədil türkü və
mülazimlərini məkr və hiyləgərliklə Reyin Kobud Günbəd adlı
yerində səhadətə yetirdi. Əmir Hüseyn Kiyanın itaətsizliyi,
özbaşnalığı və ədəbsiz cəsarəti xəbəri şahın cah-cəlal qulağına
yetişdikdə həmin bəd əməlli (bədkirdar) əmirin fitnəsini dəf etmək
və Rüstəmdar dağlarının div xislətli adamlarını cəzalandırmaq
fikrinə düşdü, doqquz yüz doqquzuncu ilin (miladi 1503) baharının
əvvəlində Qum qışlağından zəfər şüarlı əsgərlərlə ona tərəf hərəkətə
başladı. Əvvəlcə, möhkəmliyinə görə dünyanın ən uca qalalarına
bərabər olan Gülxəndanı mühasirəyə aldı, Allahın köməyi və
heydəri pəncəsinin gücü ilə Xeybər qalası kimi möhkəm olan həmin
qalanı fəth etdi, qaladakılan qətli-ama yetirdi. Oradan, Firuzkah
qalasına getdi, o qala da qalibiyyətli (firuz) dövlət iqbalının qüvvəsi
ilə Gülxəndan qalası kimi alındı. Qala hakimi (kutval) olan Əmir Əli
87
Kiya uzun döyüşdən sonra qaladarlıq etməkdən aciz olub, padşahın
əfvinə pənah apardı və buna görə də, hərbdən əl çəkmiş başqa
adamları ilə birlikdə, salamat qaldı, qalan adamlarsa cəzalandırıldı.
Özünün on iki min süvarisi və piyadası ilə zəfər şüarlı əsgərlərin
yolunu kəsərək, qəddarlıq pusqusunda dayanan Əmir Hüseyn Kiya
[qızılbaşlarla] məkr və hiylə ilə döyüşmək istəyirdi. Həmin iki uca
qalanın fəthini və qaladakıların qətliam xəbərini eşidən Kiya bərk
qorxuya düşdü, qəflət yuxusundan oyanaraq, öz əməlindən peşiman
oldu. Yanında olan bir neçə nəfərlə o vilayətin ən möhkəm qalası
olan Osta qalasına pənah apardı, oraya sığındı. Şəhriyarın hümayun
fallı qoşunu qala ayağına çataraq, qalatutma silahlarının hazırlığına
başladı. Bir müddət sonra atışma başlandı və tərəflərarası hərb üz
göstərdi. Qala ayağından böyük bir çay axırdı ki, qala əhalisi çaydan
yol ayırıb qalaya oradan su arxı çəkmişdi. Bu iş şahın cahanı
bəzəyən fikrini işıqlandırdı, xislət bəhrinin himməti onu bu qərara
doğru yönəltdi ki, gərək çayın su yolunu başqa səmtə döndərsinlər.
Suyun çoxluğu və coşqunluğundan bu işi yerinə yetirmək çətin olsa
da, şücaət ümmanının o fatehi bu işin baş tutmasına çalışdı və bir
neçə gündə çaydan böyük bir arx ayıraraq suyu o səmtə yönəltdi.
Cəlladilər sudan kənara düşən balıq kimi çırpınmağa başladılar.
Çarəsiz qalıb bir neçə gün də dözdülər, nəhayət susuzluqdan fəryad
etməyə başladılar və həmin qala öz möhkəmliyinə baxmayaraq otuz
üç gün ərzində qüvvətli dövlət övliyalarının əlinə keçdi. Qalanın yaş
və quru adamları düşməni yandıran, amma dosta yanan padşahın
qəhr atəşi ilə yandırıldı, o qantökən tayfa iti qılınclara tapşırıldı.
Qələm əhli olan adamlardan başqa həmin tayfadan heç kim nicat
tapa bilmədi. Muradbəy Cahanşahlını qəhr atəşi ilə yandırdı və kinli
əsgərlər onun ətini yedilər. Əmir Hüseyn bayquş kimi dəmir bir
qəfəs viranəsində həbsə girifdar oldu, amma qoruyucuların
səhlənkarlığı üzündən özünü yaraladı və bir neçə gündən sonra
Reyin Kəbud Günbədində onun ruh quşu bədən qəfəsini tərk edib
uçdu. Qəribə hadisələrdəndir ki, o, İlyas həy Ayqutoğlunun
101
qızılbaşlarla qətlə yetirildiyi yerdə öz əməlinin cəzasını çəkdi və elə
oradaca axirət sarayına yollandı. Elə onsuz da qəfəsə salınmış quru
bir cəsəd (kalbod) idi, onun xəbis cüssəsi qəhr qəhrəmanının (Şah
101
İlyas bəyin adı bu dəfə düzgün yazılmışdır. Yuxarıda yazılan "Ənutoğlu" sözü
sadəcə olaraq mətbəə xətası üzündən səhv getmişdir - Ş.F.
88
İsmayıl - Ş.F.) atəşi ilə yandırıldı. O əsnada, türkman
sultanzadələrinin hakimiyyəti zamanı Əbrquhun daruğəsi olmuş və
Süleyman şanlı xaqan tərəfindən Əbrquh əyalətinə sahiblənmiş
Məhəmməd Kərrənin üsyan etməsi xəbəri eşidildi. O həzrət (Şah
İsmayıl - Ş.F.) Rüstəmdarın fəthi ilə məşğul olan vaxt ona belə bir
xəbər yetişdi: Məhəmməd Kərrə Yəzdə hücum edib, özünü qəfildən
şəhərə çatdırmış, oranın hakimini qətlə yetirmiş, qürur və itaətsizlik
bayrağını göyə ucaltmışdır. O qorxubilməz üsyankar adamın
cəzalandırılması üçün Yəzd darülibadəsinə hümayün yürüşə
başlandı. Şəhər və onun qalasının iki aylıq mühasirəsindən sonra
nəhayət o talesiz zəlil adam (məxzul) şəhəri hifz etməkdən və
döyüşdən yorulub ərkə* sığındı. Axırda, qalibiyyətli əsgərlər o
hasarı (qalanı - Ş.F.) alaraq, Məhəmməd Kərrəni ərkin
nağaraxanasında ələ keçirdilər, onu dəmir bir qəfəsə saldılar, başqa
adamları da öz cəzalarına çatdırdılar. Amma Süleyman şanh xaqanın
qəzəb şöləsi daha da ucaldı, onun cəsədini də İsfahanan Nəqşi-
Cahan meydanında babası Əmir Hüseyn Kiya Cəlladi kimi həmin
qəfəsin içində yandırdılar. Bu yürüş zamanı Allahın köməyi ilə İraq
mülkünün başqa üsyançıları da siyasət şəhnəsi" tərəfindən məhv
edildilər, həmin vilayət üsyankarlardan təmizləndi. Bir dəstə
türkmanın fitfası ilə Xorasana hücum etmiş cığatay ləşkərindən
ədəbsizlik baş vermişdi. Mərhum padşah Sultan Hüseyn Mirzə
"cığatayların"
hücumunun
qarşısının
alınması
və
cəzalandıralmasından ötrü Əmir Kəmaləddin Sədri [Şah İsmayılın]
yanına göndərdi. Sədrin gətirdiyi məktub nəinki şahın xoşuna
gəlmədi, hətta onun qəzəb tonqalını belə alovlandırdı. O Yəzddən
Təbəsə hücum edərək şəhərə girdi, şəhərdə yaşayan cığatayların
əksəriyyətini fəna qılıncı ilə yox etdi, yalnız qan axıdılmasının
çoxluğunu gördükdən sonra onun qəzəb şöləsi təskinlik tapdı, bir
həftədən sonra geri qayıtdı. "Əhsənüt-təvarix"də belə yazılmışdır:
Bu hadisədə yeddi min adam qətlə yetirildi və gələn ilin baharında o
Həmədan yaylağına getdi, qışı Xoy və Səlmasda keçirdi, fitnəkarlığa
başlayaraq Urumi* vilayətinə gələn, orada o məmləkətin ətraf
yerlərinə əl uzadan Kürd Saromun şərini dəf etməkdən ötrü Bayram
bəy Qaramanlını və "xəlifətül-xüləfa" kimi məşhur olan Xadim bəyi
oraya göndərdi. Onun qardaşı, oğlu və əksər sirdaşları ələ keçirildi
və möhkəm cəzalandırıldılar, bütün eli (il) və ulusu hadisələrin
taracına getdi. Durmuş xanın atası Əbdi bəy Şamlı və Sarı Əli
Möhdar Təkəli həmin səfərdə öldürüldülər. Rəşt valisi Əmir
89
Hüsaməddinin də bəyənilməz hərəkətlərindən qəzəblənən şah
doqquz yüz on birinci ildə (miladi 1505/06) onu cəzalandırmaqdan
ötrü qoşun göndərdi. Hümayun ordunun özü də Taromdan Rəştə
gəldi. Həmin əmir ona əl açıb tərcüman rəsmi** üzrə layiqli töhfə
və hədiyyələr göndərdi, Əmir Nəcməddin Məsud Rəştinin köməyi
sayəsində onun taxsırını əfv edib geri qayıtdı. Elə o il hökm olundu
ki, Sultan Heydərlə cəngə getmiş hər hansı bir müxalif adamı qətlə
yetirsinlər. O vaxt qorçibaşı*** olan Abdal bəy Dədə bu işi yerinə
yerilməyə göndərildi və buna görə də türkman və başqa tayfalardan
çoxlu adam cəzalandırıldı.
MİR ƏLAÜDDÖVLƏ ZÜLQƏDƏRİN DƏFİ ÜÇÜN
YOLLANAN HÜMAYUN YÜRÜŞ, DİYARBƏKR
HADİSƏLƏRİ VƏ ALLAHIN KÖMƏYİ İLƏ O
DİYARIN FƏTH OLUNMASININ ZİKRİ
Ertəsi il hümayun [şah] eşitdi ki, Sultan Murad Mərəş və
Əlbostan hakimi olan Əlaüddövlə Zülqədərin yanına getmiş,
Əlaüddövlə onu öz damadı etmiş, o isə zülqədər və Mosul
türkmanlarından, habelə o ətrafdakı başqa adamlardan ibarət ləşkər
hazırlayaraq, Diyarbəkr vilayəti və ətrafdakı qalaların zəbti ilə
məşğul olmuş, həmin vilayətdə istibdad və istiqlaldan dəm vurmağa
başlamışdı. Süleyman şanlı xaqanın məğrur qeyrəti belə tələb etdi
ki, həmin səmtə bayraq qaldırsın və öz hümayun ürəyini həmin
mülkün o fitnəkar adamları sarıdan arxayınlaşdırsın. Məmləkət
ləşkərlərinin çağırılması üçün iti sürətli qorçilər* göndərildi. Onlar
doqquz yüz on üçüncü ildə (miladi 1507) fəth ayəli bayraqlarını
Azərbaycana tərəf qaldırdılar. Elə ki, ordu öz kölgəsini o diyarın
üstünə saldı, Əlaüddövlə qızılbaşların yaxınlaşmalarından xəbər
tutdu, özünün döyüşkən ləşkəri ilə Əlbostana tərəf gedərək Kuhi-
Dumabad (?) adı ilə tanınan uca bir qalaya sığındı, cəngə hazırlaşıb
gözləməyə başladı. "Həbibüs-siyər" və "Fətuhate-Yəməni"
kitablarının məlumatlarına görə, Süleyman şanlı xaqanın hümayun
fallı ordusu Əlbostana tərəf hərəkətə gəldi. Tərəflər qarşılaşanda hər
iki tərəf səf bəzəməyə başladı. Hərb atəşi elə şölələndi ki, qılınc və
oxların parıltısından göydə ülkər ulduzunun (pərvin) quyruğu od
tutub yanır, Əlbostan torpağı öldürülən adamların qanından
Bədəxşan ləli kimi qızarırdı. O qorxulu mərəkədə zülqədər tayfası
öz səbat ayağını yerə möhkəm basaraq, hərbin birinci günü sübhdən
90
axşamadək vuruşdu. Hər iki tərəf arasına zülmət pərdəsi çökən vaxt
döyüşçülərin hər iki hissəsi öz aramgahlarına qayıdıb, sübhədək ön
(təlaye) və arxa qoşun dəstələrinin hazırlığı ilə məşğul oldular.
Üçüncü gün Süleyman şanlı xaqan özünün bənzərsiz bədəninə
zirehli libas geyinib, qızılbaş ləşkərinin dilavərlərinə düşmənlə
döyüşməkdən ötrü ürək-dirək verərək, meydana qədəm atdı və
döyüşə başladı. Qarşı tərəfdən də çaş-baş qalmış zülqədərlilər şah
ordusunun müqabilinə çıxarıldı. Oluqca qızğın hərb başlandı.
Vəziyyətlərində acizlik və süqut halını müşahidə edən zülqədər
düşmənləri fərar etmək qərarına gəldilər, fəth və qələbə nəsimləri isə
qızılbaşların fələyə ucalan bayraqlarını dalğalandırdı, onlar o
tayfanın kələyini kəsdilər. Zülqədərlərin əlinə keçən Diyarbəkr
qalası qəhr və qələbə ilə alındı və o vilayət həmin il Xanməhəmməd
Ustaclıya verildi.
O vaxtlarda Gülabi bəy Mosullu Türkmanın oğlu Əmir bəy
Mosul Diyarbəkrindən aləmpənah dərgaha gəlib iltifata yetişdi.
Süleyman şanlı xaqan o vilayətin işlərini tənzimləyərək geri qayıtdı.
Amma "Əhsənüt-təvarix"in müəllifi Həsən bəy Süleyman şanlı
xaqanla onların arasında hərbin olmadığını yazmışsa da, o zaman
sağ olan "Həbibüs-siyər"in müəllifi buna etiraz etmişdir. Buna görə
də bu həqir zərrə (yəni İsgəndər bəy - Ş.F.) hər iki fikri [öz əsərində]
bəyana gətirdi: Allah bilən məsləhətdir
102
.
Xülasə,
bu
hadisənin
baş
verməsindən
sonra
Xanməhəmməd Diyardəkrə gəldi. Həmid şəhərində olan Çülabi bəy
Mosullunun oğlu Qayıtmaz bəy [ona qarşı] müxalifətə başlayaraq
qalanı bağladı və onun şəhərə girməsinə mane oldu, Xanməhəmməd
isə məcbur olaraq səhrada dayandı. O yerlərin kürdləri qızılbaş
ordusuna qarşı çox əluzunluq etdilər, buna görə də Xanməhəmməd
onların üzərinə yollandı və aralarında güclü hərb baş verdi.
Kürdlərdən yeddi min nəfər qətl olundu və Xanməhəmməd kürdlərlə
döyüşdən qalib çıxaraq geri qayıtdı. Qayıtmaz bəyin də ona
müqavimət etmək tabı yox idi, [buna görə də,] o, Əlaüddövlə
Zülqədərin yanına bir adam yollayaraq, ondan kömək xahiş etdi, söz
verdi ki, şəhəri alıb ona verəcək. [Bir az əvvəl] böyük məğlubiyyətə
uğrayan Əlaüddövlə Həmid şəhərinə sahiblənmək həvəsi ilə
102
İfadənin ərəbcəsi: "Əl-ilmu ində-l-lahi" (Hərfi tərcüməsi: "Elm Allaha məxsusdur"
- Ş.F.)
91
Qayıtmaz bəyin xahişini qəbul etdi, elə həmin qış yenidən döyüşkən
bir ləşkər toplayıb onları "Sarı Qaplan" kimi tanınan oğlu Qasım bəy
və Ərdəvanə bəylə Xanməhəmmədin üstünə Diyarbəkrə yolladı.
Qoşununun azlığına baxmayaraq Xanməhəmməd Ustaclı zavalsız
şah iqbalına güvənib, ustaclı tayfasıyla birlikdə o ulduz saylı
döyüşçülərin önündə qətl səfi bəzədi, yenilməz dövlətin iqbal gücü
sayəsində döyüşdən qalib çıxdı. Öz şücaəti və dilavərliyinə görə
Əlaüddövlənin başqa övladlarından seçilən Sarı Qaplan və qardaşı
Ərdəvanə bəy çoxlu adamla ələ keçirilib qətlə yetirildilər,
Xanməhəmməd isə zəfər qazanaraq, əzəmətlə Qayıtmaz bəy
Türkmanın üstünə yollandı. O, şəhərin darvazalarını bağlayaraq,
qaladarlıq məqamında dayandısa da, bir iş görə bilmədi. Həmid
şəhərinin əhalisi ondan dönüb, şəhərə girmələrindən ötrü qazilərə
yol verdi, Qayıtmaz bəy tutulub qətl edildi. Diyarbəkr hakimliyini
ələ gətirən Xanməhəmmədin şöhrət və həşəmət xəbəri o ətrafa
yayıldı.
Oğlanlarının başına gələn hadisədən rahətliyini itirən
Əlaüddövlə özünün pərakəndə hala düşmüş ləşkərlərini bir daha
toplayaraq, onları oğlanları Kor Şahruxun və Əhməd bəyin
sərdarlıqları altında qardaşlarının qanını almaqdan ötrü
Xanməhəmmədin üzərinə göndərdi. Xanməhəmməd də mərd-
mərdanə müdafiə olunmaq məqsədi ilə şəhərdən çıxdı, zülqədər
ləşkəri ilə döyüşə başladı. Onun min nəfər adamı vardı. Deyilənə
görə səflərin düzülüşündən sonra tazi və tula itlər Zülqədər
qoşunundan çıxaraq ustaclı itləri ilə davaya başladılar.
Xanməhəmməd o itlərinin qapışmasına baxıb fal açdı. Təsadüfən
ustaclıların itləri üstün gəlib zülqədərlərin itlərini qaçırtdılar. Bu
vəziyyəti müşahidə edən Xanməhəmməd ürəklənərək qaziləri zəfər
çalacaqları xəbəri ilə müjdələdi. Aralarında güclü döyüş başlandı.
Xanməhəmməd bu dəfə də hümayun şahın zavalsız iqbal gücü
sayəsində o çoxsaylı ləşkərə qalib gəldi. Əlaüddövlənin övladları
Kor Şahrux və Əhməd bəy əsir alındılar, onun çoxlu qohumu,
təbəələri və əmirləri həmin mərəkədə öldürüldü. Baş vermiş qəribə
hadisələrdən biri də budur: Ustaclıların arasında döyüşə gəlmiş bir
kor da var idi. Yoldaşlarının məzəmmətinə qarşı deyirdi: "Allah-
təaladan diləyirəm ki, nə olaydı dinpənah şahın iqbalı o koru
(Əlaüddövlənin oğlu Kor Şahruxu - Ş.F.) bu korun (yəni özünün -
Ş.F.) əlinə verəydi". İlahidən gələn qəzavüqədər sayəsində Kor
Şahrux onun əlində giriftar oldu, düşmənlərin yerdə qalan
92
döyüşçüləri isə fərara başladılar. Bu məğlubiyyətindən sonra
Əlaüddövlə öz fərzəndləri və qohumları arasında qara keçədən
(nəməd) libas geyinməyə başladı. Onun əmirləri də çiyinlərinə qara
keçələr salaraq təziyə saxlamağa başladılar ki, [indiyə kimi] belə bir
təziyə mərasimi heç vaxt olmamışdı. Əlaüddövlə tamah dişini
Diyarbəkrdən çəkərək, bihudə səylər etdisə də, onun dövləti özünə
gələ
bilmədi.
Əlaüddövlənin
ard-ardınca
üz
verən
məğlubiyyətlərindən, həmçinin onun övlad, əmir və döyüşçülərinin
öldürülməyindən xəbərdar olan Rum padşahının ürəyində ona qarşı
qədim bir kin vardı. O, furəsti qənimət bilərək, Əlaüddövlənin
üzərinə ləşkər çəkdi və aralarında hərb başlandı, rumilərlə olan o
döyüş vaxtı Əlaüddövlə öldürüldü, onun dövləti süqut etdi. Zülqədər
tayfasının bir hissəsi xandgarın (Rum sultanı - Ş.F.), başqa hissəsi
ilə Süleyman şanlı xaqanın mülazimətinə gəldi. Bu Əlaüddövlə
Mərəş və Əlbostan vilayətinin və həşdad min zülqədər evinin sahibi
idi. O silsilədən dörd nəfər həmin vilayətdə hökmranlıq etmişdilər:
Məlik Aslan, Nasirəddin və Əlaüddövlə (üç nəfər olmalıdır - Ş.F.),
amma ata-babalarına nisbətən Əlaüddövlə daha çox iqtidar və
istiqlala yiyələnmiş oldu. O, Rum və Misir padşahları ilə
hiyləgərliklə davranmaqdaydı. Yanına Rum elçiləri gəldikdə, bütün
mülazimlərinə Misir cəng libasları geyindirib onlara deyirdi: "Bu
libasları mənə Misir padşahı göndərmişdir. O, Rum ləşkərini dəf
etməkdən ötrü mənə belə kömək göstərməkdədir, çünkü mən
xandgarın dostluğuna inanmıram". Əlaüddövlə Misir padşahına da
bu qayda üzrə sözlər söyləyir, onların hər ikisindən faydalanırdı.
Onun həmişə dediyi bu cümlələr məşhurdur: "Mənim iki qızıl
quşum var ki, biri gümüş, o birisi isə qızıl yumurta doğur". Xülasə,
zülqədərlərlə cəng gedən vaxtlarda Əlaüddövlənin yanına gedərək
onun damadı olmuş Sultan Murad rumilərin əlinə keçdi. Sultan
Səlim ehtiram edib onu bir müddət öz yanında saxladı. Süleyman
şanlı xaqanın üzərinə hücuma keçən illərdə Rum padşahı, Sultan
Muradı yanında saxlamağı məsləhət bilmədi. Buna görə də o,
rumilərdən ayrıldı, ətrafına yığılan bir dəstə adamla Sultan Qacarın
kiçik sarayı (soraçe) üzərinə yürüş etdi. Səkkiz yüz nəfərlə hərbə
yollanan Sultan Murad onun səkkiz minlik ləşkərinə qalib gəlsə də,
həmin mərəkədə öldürüldü. Əcə Sultan (?) onun başını və üzüyünü
bir nişanə kimi aləmpənah dərgaha göndərdi və “Miş Sultan” adı ilə
ləqəbləndirildi*. Sultan Muradın qətli ilə ağqoyunlu sultanlarının
dövləti süqut etdi. Bu hadisənin İraqi-Ərəbin fəthindən sonra baş
93
verməsinə baxmayaraq, biz yeri düşdüyünə görə bu haqda məlumat
verdik.
Dostları ilə paylaş: |