[Maddeyi-] tarix
Allahın izniylə ey aləm şahı Təhmasib,
Qazi o şahdan sonra fəth elədin o təxti.
Tutub atayerini bütün cahanı tutdun,
Padşahlıq tarixindir "Caye-pedər gerefti".
113
Peyğəmbər sirlərinin məhrəmi olan həzrət vəlayətpənah
şaha hədsiz sədaqət və etiqad bəslədiyi üçün o Özünü "şahe-vəla-
yətpənahın bəndəsi" ("bəndeyi-şahe-vəlayətpənah") adlandırırdı.
Gözəl təsadüflərdəndir ki, "bəndeye-şahe-vəlayət Təhmasib" ("şahe-
vəlayətin bəndəsi Təhmasib") sözləri hümayun cülusun maddeyi-
tarixidir və bu sözlərin onun fərman üzüyündə yazılması vacib
görüləsi oldu:
Nəcəfin şahına bir bəndə olub
Şahlığa etdi bidayət*** Təhmas
Möhrünün nəqşi cülus tarixidir:
"Bəndeye-şahe-vəlayət Təhmas ".
114
O həzrət dindar və şəriətpərvər padşah, ədalətli bir
şəhriyar idi. İlahinin buyurduqlarını təsdiq edən (moəyyed), sonsuz
uğurlara müvəffəq, elm öyrənən, ruzigarın alimlərinə yardımçı olan,
yeddi və dörddən (həft və cəhar) alınan nəticələrin (?)
ümumiləşdiricisi (xolaseye-nətayec), hikmət* və elmdə Ərəstudan**
və İsgəndərdən***, artıq, cahandarlıq ayinlərində isə [qayda
qanunlarında) Cəm və Kəsradan irəli olan insan idi. O həzrətin
113
Maddeyi-tarixin farscası:
Təhmasp şahe-aləm k-əz nosrəte-İlahi
Ca bə'd şahe-qazi bər təxte-zər qerefti.
Caye-pedər gerəfti, kərdi cəhan mosəxxər,
Tarixe-səltənət şod "Caye-pedər gerefti".
114
Beytlərin farscası:
Şərəfe-bəndegiye-şahe-Nəcəf,
Yafte çon ze bedayət Təhmasp.
Nəqşe-mohrəş şode tarixe-çolus,
"Bəndeye-şahe-vəlayət Təhmasp".
114
hökmranlığının əvvəllərində dövlət işləri bir neçə istiqamətdə
(cəhət) pozulmuşdu (extelal). Belə bir günün arzusunda olan
aqibətsiz alçaq adamlar həm Şərqdə, həm də Qərbdə cahan
abadlığının son nəticəsi (xolase) kimi Kəyan təxtgahı olan İranda
fitnə-fəsad törətməyə başladılar, əmirlərin və dövlətin sultanları olan
şəxslərin arasında vəkalət vəzifəsi və tayfapərəstlik təəssübkeşliyi
(təəsəbe-oymaqeyyət) üstündə çəkişmə (monazee) başlandı və
qətllərlə nəticələndi. Baxmayaraq ki, dərgahın əzəmətli
əmirlərindən, yaxud dövlətxah ağsaqqallardan biri vəkalət****
vəzifəsini apararaq, dövlət işlərində ixtiyar sahibi (cahebexteyar) ola
bilərdi, amına o həzrət baş verən hadisələrin başlanğıcında yaşının
azlığından dövlət işlərinə baş qoşmur, hərdən qəzavü-qədərin
(karxaneye-təqdir) işlərinə tamaşa etməklə məşğul olur, hərdən də
müdrik adamların (pire-xerəd) ali təbiətinə (fetrət) və təliminə
diqqət yetirir, həqiqət***** və vəfa sahiblərindən (ərbab) özünə
ixlas cövhəri götürür, şərafətli uncudunu naqis cövhərli
dövləttələb şəxslərin şərindən qorumaqla keçirirdi. Taleyinin gücü
(niruye-eqbal) və cavan bəxtinin göstərişi ilə düşmənlərin
çoxluğuna, köməkçilərin (ənsar) isə azlığına baxmayaraq həm
xoşbəxt amallı həyatını qoruyur, həm də zavalsız dövləti mühafizə
edirdi. Dövlət və kamranlıq çəmənində tuba ağacına (behişt ağacına)
bənzər iqbalı [get-gedə] boy atır və ucalırdı. [Beləliklə,] Allahın
köməyi, rəyinin möhkəmliyi, biliyinin və kamil əqlinin çoxluğu
sayəsində öz iddialı əmirlərini və xudpəşənd üsyançıları tədbirlə
aradan götürdü, müstəqil sultan və hökmran oldu. [Amma] bu
dövlətin düşmənləri [hələ də] məmləkətin pusqusunda (kəmin)
durmuşdular. Onların hamısı onun atəş yağdıran qılıncının
şüalarından məhv oldular. Həmişəbahar səllənət və hökmranlıq
gülşəninin murad qönçəsi tamam gülləndi, o elə möhkəmliyə və
istiqlala malik oldu ki, heç kim onun sözündən boyun qaçıra
bilmədi. İlahinin seçdiyi o həzrətin [Şah Təhmasibin] gözəl
sifətlərinin vəsfi qədərindən artıq, onun haqqında yazmaq isə
qələmin qüdrətindən və darül-inşa (dəftərxana - Ş.F.) katiblərinin
barmaqları (bənan) imkanından kənardır. Uca dövlətin onun
dövründə baş vermiş hadisələrinin təsvirini, apardığı müharibələri,
aldığı ölkə və şəhərləri, habelə başqa böyük əhvalatları rumlu tarixçi
(movərrex) mərhum Həsən bəy o həzrətin dövründə yazdığı və
"Əhsənüt-təvarbe" adlandırdığı kilabında elə təsvir etmişdir ki, bu
115
həqir zərrədə (zərreyi-həqir, yəni İsgəndər Münşi özünü
təvazökarlıqla belə adlandırır - Ş.F) elə yazmaq qabiliyyəti yoxdur.
Nəzm
Yol tapım mən necə şah məclisinə?
Qapıçı timsalı yoxdur qədrim.
Necə tərif eyləyim elmi ki, var
Məndə vəsfiyçün onun az təlim.
115
Mənim niyyətim əlahəzrət zilləllah şahın (Şah Abbasın -
Ş.F.) dövründə baş vermiş hadisələri yazmaq olduğundan, sözümü
uzatdığıma (ətnab) görə üzr istəyirəm. Bu aləmi bəzəyən "Aləmara"
kitabı (nosxe) o cahan şəhriyarının başına gələnlərin tam şərhinə
həsr olunduğu üçün "Abbasinamə"ni yazan qələmim (xame) gücüm
çatana qədər söz bəzəməkdən uzaqlaşmayacaqdır.
Cah-cəlal dairəsinin mərkəzi olan o şahın (Şah Təhmasibin
- Ş.F) hümayun cülusu şadlıq və xoşbəxtliklə baş tutduğundan,
hökmranlıq taxtı onun mələk sifətli zatı ilə bəzəndi. O zaman
vəkalət işi Div Sultan Rumlunun əlində idi. O, Bəlxdən gələrək,
Çayan Sultan Ustaclının
116
vəfatından sonra əmirül-üməra oldu. Bir
il ötdü və dərgah əmirlərinin əzəmətlisi və qoşun başçısı olan Köpək
Sultan vəkalət mənsəbi və səltənət işlərini idarə etmək (qət'-o fəsle-
mohhame-səltənət) üstündə Div Sultanla rəqabətə başladı, onların
arasında mübarizə getdi. Elə bu əsnada Kucəm xan və Übeydulla
xanın Xorasana gəlmələri xəbəri orduya yayıldı. Div Sultan
zəmanəyə görə Köpək Sultanla danışaraq, vəkalət vəzifəsinin onda
qalması ilə razılaşdı. Köpək Sultan özbəklərə qarşı çıxmaq
məqsədilə Xorasana getməyi bəhanə edib, həmin səmtə rəvan oldu.
Əslindəsə, o, Farsın və İraqın əzəmətli əmirləriylə belə razılıq əldə
etdi ki, Div Sultana qarşı birləşərək düşmənə qarşı hərəkətə
başlasınlar. Lar yaylağında dayandığı bir neçə gündə xüsusən
115
Nəzmin farscası:
Çe şetabəm be məfhele-şahi
Ke, dər u nist qədre-dərbanəm
Çe nevisəm sənaye-daneş ra
Ke, yeki əz hezar nətvanəm.
116
Kitabın bu yerində "Çayan" əvəzinə səhvən "Xanan" yazılmışdır - Ş.F.
116
məşhur əmirlərdən İsfahan hakimi Cuhə Sultan Təkəli, Qaraca
Sultan Təkəli, Şiraz hakimi Əli Sultan və başqaları saysız-hesabsız
döyüşçülərlə gələrək onun başına yığışdılar.
Div Sultan əzəmətli ləşkər başçılarının bəzilərini danışıq
yoluyla, bəzilərini isə onlara ehsanlar, hədiyyələr və başqa şeylər
verməklə özünə ram etdi, vəkalət mənsəbini Köpək Sultandan almaq
üçün onların razılığını aldı. Xorasanın işləri iqbalın gücü və asiman
qüvvələri vasitəsi ilə sona çatdıqda, Div Sultan qələbəylə ali şah
ordusu səmtinə rəvan oldu. Ustaclı əmirlərinin Köpək Sultana
düşməni dəf etmək və mübarizə alovunu yandırmaq təklifini
etmələrinə baxmayaraq o, [bu təklifi] qəbul etməyib dedi: "Heyfdir
ki, bir dərgah mülazimləri və həzrət şahın dostları olan iki döyüşkən
ləşkər arasında saxta dünya vəzifələri üstündə dava-dalaş başlasın".
Köpək Sultan Div Sultanın vəkil olması ilə razılaşıb, Təbrizdən
çıxdı və onu qarşılamaq üçün Türkmankəndiyə gəldi. Onlar bir-
biriylə dostanə tərzdə görüşdülər, birlikdə ali dərgaha rəvan oldular,
Təbrizin Çərəndab adlı yerində kamyab şəhriyarın səcdəsinə
yetişməklə şərəfləndilər, vəkalət vəzifəsi Div Sultana verildi. Div
Sultan isə fitnə-fəsad mayası güman etdiyi Qarınca Sultanı və başqa
bir neçə nəfəri qətlə yetirərək, Köpək Sultanı bütün ustaclı el və
oymağı ilə birlikdə Gürcüstan qəzasına yolladı, onu saraydan
uzaqlaşdırdı. Bununla da kifayətlənməyərək, onların orada
olmadığından istifadə edib tiyullarını*, təkəli əmirlərini razı
salmaqdan ötrü, əllərindən aldı, onların cəzalanmalarını istədi.
Əlbəttə, bu iş dövlətçiliyə və ağsaqqallığa yaraşan iş deyildi və qarşı
tərəfdən də nifaq qapılarının açılmasına, ittifaq qapılarının
bağlanmasına bais oldu. Doqquz yüz otuz ikinci ildə (miladi
1525/26) o, qoşunla Sultaniyyəyə gəldi, orada başqa ustaclı əmir və
əyanları, o cümlədən Müntəşa Sultan (mətnin bu yerində səhvən
Mosənna Sultan yazılmışdır - Ş.F.), Faruq Sultan, Qılınc xan və
başqaları onun başına toplaşaraq, Div Sultana və adamlarına qarşı
müharibəyə başladılar. Bu tərəfdən də Div Sultan və Cuhə Sultan
sülh barədə danışıq aparmaq, onlara nəsihət verməkdən ötrü Qasım
Xəlifə Vərsaqı göndərdilər. Onun məqsədi tərəfləri şahm göylərə
ucalan (fələkfarsa) çətiri altında toplamaq və hərbin qarşısını almaq
idi, amma Qasım bəy bu fitnə tonqalını və savaş məşəlini
söndürməyə çox çalışdısa da, onlar Div Sultanın etibarına bel
bağlamadılar. Allahın istəyi (eradeye-əzəli) onların hərb etmələrinə
tərəf olduğundan Qasım bəyin elçiliyinin heç bir xeyri olmadı,
117
tərəflər səf bəzəməyə başladılar. Sadiq adamlar qarşı-qarşıya
dayanan hər iki ləşkəri qanlı ürək və yaşlı gözlə seyr edir və
təəssüflənirdilər ki, nə üçün hər iki dəstə fələk əzəmətli hümayun
qoşunla bir olub düşmənlərin dəfinə birgə də yollanmayalar?
Xülasə, onların arasında böyük hərb başlandı. Təkəli
əmirləri ustaclılara məğlub oldular, Burun Sultan və Qaraca Sultan
Təkəli öldürüldülər. Köpək Sultan və Müntəşa Sultan hümayun qola
yaxınlaşdılar. Onların gözləri zərlə bəzənən hümayun çətirin
asimana ucalan bayrağına (ləva) sataşdıqda, döyüşdən əl çəkib geri
döndülər. Zəfərli şah qoşunundakı əzəmətli əmirlər və qorçilər Div
Sultanın əmri ilə onlan təqibə başladılar, böyük-kiçiyə baxmadan bir
çox adamı qətlə yetirdilər. Ustaclılar isə məğlubiyyətlə Əbhərə
gələrək, oradan Gilana getdilər, Rəşt valisi Müzəffər Sultana pənah
apardılar. Vali onların köməyinə yeddi-səkkiz min piyada əskər
yolladı və ustaclı əmirləri yenidən döyüş əzmi ilə hümayun ordu
üzərinə yürüşə keçdilər. Bu hərəkət şahm xoşuna gəlmədi və onun
qiyamət alovuna bənzər (qiyamətləhəb) qəzəb şöləsi rəvanə çəkdi,
şəxsən özü onların üzərinə hücuma keçdi. [Şah] Div Sultanı, Cuhə
Sultanı və Məhəmməd xan Zülqədəroğlunu bir dəstə döyüşçü ilə
irəli göndərdi. Müzəffər (mənsur) ordunun münqolay döyüşçüləri
Məncil və Hərzəvilə çatdıqda ustaclı əmirləri Gilan meşəsindən
(cəngəl) çıxdılar və qətl alovu yenidən şölələndi. Nəticədə, zəfər
nəsimi şah əmirləri qoşununun bayrağına tərəf əsdi, gilanlıların
böyük hissəsi öldürüldü, Köpək Sultan, Müntəşa Sultan və Qazaq
Sultan məğlub olub, böyük çətinliklə Gilana getdilər.
Badımcan Sultan Rumlunun öldürülməsi:
Köpək Sultan gecə-gündüz Div Sultandan və Cuhə
Sultandan intiqam almaq və vəkalət işinə yiyələnmək fikrində idi. O
doqquz yüz otuz üçüncü ildə (miladi 1526/27) yenidən Gilandan
çıxdı, Ərdəbil darülirşadına yollandı. Doxsan yaşı olan və yaşının
çoxluğundan xərifləyən Badımcan Sultan Rumlu o vaxt
Ərdəbildəydi. O, rumlu, çəkəni və talış tayfalarından üç-dörd min
adam toplayaraq, cəng etmək üçün ustaclı əmirlərinin qarşısına
yollandı. Qaradərədə onların arasında hərb oldu, Badımcan Sultan
əmirlər tərəfindən, qoşununun çox olmasına baxmayaraq,
məğlubiyyətə uğradı, fərar etdiyi vaxt öldürüldü, ustaclı əmirləri isə
zəfərlə şəhərə gəlib həzrət sultanül-övliyanın və əzəmətli səfəvi
118
şeyxlərinin - "Allah onların sirlərini arındırsın"
117
- ziyarəti ilə
şərəfləndilər, oradan çıxıb Təbrizə rəvan oldular. Cəm məqamlı,
cənnət məkanlı şah bunu bilərək, Div Sultanı, Cuhə Sultanı və
Məhəmməd xan Zülqədəroğlunu səkkiz min əskər və min nəfər
əzəmətli qorçi ilə onları dəf etməyə yolladı. Köpək Sultan və
yoldaşları Div Sultanın, əmirlərin və şah qorçilərinin gəlişlərindən
xəbər tutaraq Çuxur-Sədə tərəf getdilər. [Amma] əmirlər və qorçilər
Şəmrda onlara çatıb döyüş səfi bəzədilər. Ustaclı əmirləri o gün elə
vuruşdular ki, Samın* ruhu onlara "afərin" söylədi. Vurhavur
əsnasında Məhəmməd xan Zülqədər ustaclı teypinin** arxasından
onlara həmlə etdi, Köpək Sultan ağır yaralanıb öldü, Cuhə Sultan isə
təkəli döyüşçüləri ilə ön hissəyə at sürdü. Köpək Sultan öldüyündən,
ustaclı tayfası məğlubiyyətə uğrayaraq fərar yolunu önə tutdu.
Müntəşa Sultan və Faruq onların qoşun səfini yarıb, o mərəkədən
mərdanəliklə çıxdılar, böyük əziyyətlə özlərini Gilana çatdırdılar.
Diyarbəkr hadisələrində ustaclılara məğlub olub, atası Kor Şahruxun
və qardaşlarının qətlə yetirildiyi Zülqədəroğlu bu döyüşdə onların
qarşısına çıxmadı.
Şamlı və təkəlilərin cəngi:
Xülasə, ustaclıların sağ qalan hissəsi Gilanda bir qədər vaxt
keçirdilər. Doqquz yüz otuz dördüncü il (miladi 1527) olan
sonrakı ildə isə Cuhə Sultanın təhriki (əngiz) ilə Div Sultan
öldürüldü və vəkalət mənsəbi ona çatdı. Ustaclıların Gilanda
qalmalarından iyirmi ilədək vaxt keçən doqquz yüz otuz altıncı ildə
(miladi 1529/30) zəfər ayəli şah ordası Üheyd xan Özbəyin fitnəsini
dəf etməkdən ötrü ikinci dəfə Xorasana yollandı. Gilanda olan
Müntəşa Sultanın atası, Faruq Sultan, Qazaq Sultan və başqa ustaclı
əyanları fələk şöhrətli dərgaha öz istəkləri və sədaqət hissi ilə gəlib,
əllərində qılınc və kəfən tutaraq, dünya şəhriyarının yanına
cumdular. Şah onlara qarşı rəğbət məqamında olmadı, amma
düşmənçilik və inad mövqeyində də dayanmadı. Onlar da şahla
barışıq şəraitində yaşamağa başladılar. Amma, şah Cuhə Sultandan
razı idi və onun rəftar tərzi şahın xoşuna gəlirdi. [Buna görə də]
Cuhə Sultanın ixtiyar və iqtidarı get-gedə çoxalırdı. Təkəli
tayfasının isə xüdpəsəndlikləri həddən aşmaqdaydı. Bunu görən
117
İfadənin ərəbcəsi: "Qəddəsə-l-lahu əsrarəhum".
119
şahın mübarək qəlbində onlara qarşı təşviş (ğobar) yaranmağa
başladı. Doqquz yüz otuz yeddinci ildə (miladi 1530/31) Hüseyn
xan Şamlı Şirazdan gələrək İsfahanın Kəndoman adlı yerində
səltənət sarayına daxil olub, şahanə nəvazişlərə layiq görüldü. [Bunu
görən] Cuhə Sultan ona qarşı inad məqamında duraraq onu
öldürmək fikrinə düşdü. Bunu bilən təkəlilər bir gecə özlərinin
qoşununu yaraqlandırıb, Cuhə Sultanın çadırına (xeymə) hücum
etdilər. Cuhə Sultan bu məsələdən pərişan olub, özünü hümayun
divanxana xeyməsinə çatdırdı, mübarək dövlətxana hərəmxanasında
şamlılar və təkəlilər arasında cəng başlandı. Keşikdə dayanan
zülqədər qorçilərindən Misir adlı quroğlu [tayfasının bir üzvü] Cuhə
Sultanı yaralayıb öldürdü, [amma] təkəlilər onun öldüyünü məxfi
saxlayıb, yenə də özlərini müdafiə etməkdəydilər. Hüseyn xan
həmin qaranlıq gecədə çox çalışdı, amma sübh dəstə-dəstə və qoşun-
qoşun gələn təkəli əmirlərinin hücumundan məğlub olub fərar etdi,
məqsədinə yetməyərək məyus halda İsfahana qayıtdı. O mərəkədə
şamlı cavanlarının çoxu qətlə yetirildi. Təkəli əmirləri Cuhə
Sultanın Şahqubad adlı böyük oğlunu atasının yerinə vəkil etdilər.
[Amma] bütün şamlı, ustaclı, zülqədər və əfşar oymaqları inad və
intiqam məqamına gəldilər, onunla düşmənçiliyə başladılar.
İmamzadə Səhl Əli əleyhüssalamın məzarı yaxınlığında aralarında
cəng vaqe oldu. Təkəli əmirləri, Cuhə Sultanın vəkilliyi vaxtında
olduğu kimi, özlərinin müstəqil hökmranlıqlarını (istiqlal) istədikləri
üçün bir yerə toplaşdılar və dövlətxanaya gəldilər ki, cənnətməkan
şahı özləri ilə aparıb, düşmənlərin dəfi ilə məşğul olsunlar. Cahanı
bəzəməyinin başlanğıc dövrünü keçirən cənnətməkan şah o tayfanın
bəyənilməz hərəkətlərindən bərk bezdi və özbaşınalıq və
xudpəsədnlik edən təkəlilərin dəf olunmaları xüsusunda fərman
verdi, əzəmətli qorçilər də hümayun dövlətxanada onları oxa
tutdular (tirbaran). [Vəziyyəti belə görən] təkəlilər Cəm məqamlı
şahın narazılığından məyus olaraq fərar etdilər, bəxtlərinin
dönüklüyündən onların dövləti üstünə məzəllət tozu qondu və
əksəriyyəti qətlə yetirildi. Bu ibrətli hadisənin maddeyi-tarixi "afəte-
təkəliyan" ("təkəlilərin bəlası") sözləri oldu.
O vaqiədən sonra həsrət onlara qalib gəldi və Bağdad
yolunu üzə tutdular. Bağdad hakimi Məhəmməd xan Şərəfəddinoğlu
Təkəli Qunduz Sultanı (Quduz Sultan olmalıdır - Ş.F.), Hüseyn
Sultanı və daha bir neçə təkəli fitnəkarını qətlə yetirərək, başlarını
aləmpənah dərgaha göndərdi. Bu vaqiədən sonra o həzrət (Şah
120
Təhmasib - Ş.F.) Hüseyn xan Şamlıya lütfkarlıq məktubu yollayaraq
onu yanına çağırdı, qızılbaş tayfalarının uca əmirülüməralıq
mənsəbini ona və Abdulla xan Ustaclıya verdi ki, onların hər ikisi
həzrət Süleyman şanlı xaqanın bacısı oğlanları idilər.
[Beləliklə] oymaqların savaş və söz-sovları bitdi. İxlas
ərbabları kamil mürşidin (Şah Təhmasibin - Ş.F.) mübarək razılığını
öz mətləblərinə uyğunlaşdıraraq, ayaqlarını ədəb ətəyində
gizlətdilər. O həzrət şəxsən səltənət və cahandarlıq işlərini yüksəltdi.
Amma, ali mərtəbəyədək tərəqqi edən və o zaman Azərbaycan
əmirülümərası olan Əllamə Təkəli (Həsən bəy Rumluda "Ölmə
Təkəli" - Ş.F) Cuhə Sultanın əvəzinə vəkil və səltənətin ixtiyar
sahibi (muxtarüs-səltənə) olmaq istədi, boş xəyala qapılaraq qoşunla
birlikdə hümuyun orduya doğru yollandı.
Cənnətməkan şah Əllamənin fitnəkar istəyindən agah
olaraq onun üstünə hücuma keçdi, o da o həzrətin qorxusundan işıq
və külək sürətiylə Azərbaycana tərəf götürüldü, özünü Van qalasına
çatdırdı, oraya sığındı. Vanda olduğu vaxt bu dövlətdən üz
döndərərək Rum padşahı Sultan Süleymanın çağırışı ilə İstanbula
rəvan oldu. O, orada Sultan Süleymanı fitnə-fəsada təhrik etdi və
Rum padşahı Əcəm diyarına (burada: Azərbaycana - Ş.F) dörd dəfə
qoşun çəkdi, saysız-hesabsız döyüşçülərlə gəldi və hər dəfə də qeyb
qoşunlarından və Allahın iltifatından mədəd alan cənnətməkan şah
onun fitnəsini dəf etdi. [Sultan Süleyman] birinci dəfə Əllamənin,
ikinci dəfə Qazi xan Təkəlinun və Zülqədəroğlunun, üçüncü dəfə
Əlqas Mirzənin yalan vədlərinin, dördüncü dəfə Ərzrum hakimi
İsgəndərpaşanın təhrikləri, düşmənçilikləri, şeytanlıqları və
fitnəkarlıqları ilə hücuma keçməli oldu. Bu hadisələr barədə
həqiqətlər Xorasan hadisələrinin şərhindən sonra xülasə şəklində
bəyan olunacaqdır.
dular. Bu xəbər Übeyd xana çatdıqda söhbət büsatı pozuldu və onlar
elə çaş-baş oldular ki, Sevincək Məhəmməd Sultan çaya düşdü,
Übeyd xan isə özünü bir yabıya çatdırıb əsgərləri ilə qaçdı.
Xülasə, Übeyd xan mühasirə əyyamının uzanmasından və
döyüşdən, həmçinin qalanı tutmaq uğursuzluğundan məyus olaraq
öz diyarına getdi.
121
ÜBEYD XANIN XORASANA İKİNCİ GƏLİŞİ
Doqquz yüz otuz birinci ilə (miladi 1525) müvafiq gələn
ertəsi il Durmuş xan vəfat etdi, təkəlilər və ustaclılar arasındakı
cəngdə isə müqəddəs Məşhədin hakimi Burun Sultan Təkəli qətlə
yetirildi. Bu xəbərlər Məşhədə gəlib çatdıqda, Xorasana pərişanlıq
yol tapdı. Artıq orada düşmənlərlə vuruşa biləcək bircə sərdar da
qalmamışdı. Ali orduda isə dərgah əmirləri arasında savaş başlandı
və qətllərlə nəticələndi. Bu xəbər Mavərənnəhrə çatdıqda, Xorasan
mülkünün məftunu (şifte) olan Übeyd xan heç vəchlə oradan əlini
üzmək istəmədi. Aşağıdakı beytlər onun mövzun təbinin nəticəsidir:
Beytlər
Yenə də can həvəse-mülke-Xorasanə düşüb,
Bədənimdə yox ikən can təzədən canə düşüb.
Dəmi-Ruhullah olubdur Xorasanın küləyi,
Küləyin meyli də sanki Poli-Malanə
118
düşüb.
119
[Buna görə də o,] fürsəti qənimət bilərək yenidən vilayəti
fəth etməkdən ötrü belinə himmət kəməri bağladı, doqquz yüz otuz
ikinci ildə (miladi 1526) "Cəharcu" ("Dörd arx" - Ş.F.) keçidindən
keçib Mərvə gəldi, oradansa özbək sultanları və bahadırları ilə
birlikdə gəlib müqəddəs Məşhədə çatdı, həmin şərafətli şəhəri
mühasirəyə aldı. [O zaman] Burun Sultanın ev əmlakı (xanəköç)
şəhərdə qalmışdı. Qəribə işdir ki, qızılbaş qaziləri bir yerə toplaşmış,
bir müddət oranı qorumaqla məşğul olmuş, mərdanəlik
göstərmişdilər. [Amma] azuqə qıtlığından mühasirəyə alınan
adamlar artıq cana doymuşdular. Vəziyyət pisləşmişdi və heç
yandan imdad nəsimi əsmirdi. Übeyd xan o şəhəri alıb, özünün
etibarlı bir adamını orada saxlayaraq, Astrabada rəvan oldu. Oraya
çatdıqda Astrabad hakimi olan Zeynalxan Şamlı bir dəstə sınaqdan
çıxmış və təcrübəli adamı qarovul (kəşfiyyatçı - Ş.F) kimi onun
118
Pole-Malan Heratın böyük körpülərindən biridir - Ş.F.
119
Beytlərin farscası:
Baz canəm həvəse-molke-Xorasan darəd,
Təne-bicanşodeye-mən həvəse-can darəd.
Ruhbəxşəst şemaləş ço dəme-Ruhullah
Məgər u niz həvaye-Pole-Malan darəd?
122
önünə yolladı. Qorçilər və onlardan zəif özbək qarovulları arasında
bərk döyüş baş verdi. Qızılbaş döyüşçüləri müxalif dəstənin
qələbəsini müşahidə edib fərara başladıdar, "dözülməz vəziyyətdən
qaçmaq lazımdır"
120
[ifadəsinə uyğun olaraq] dörd fərsəng (24 km -
Ş.F.) yolda cəng edə-edə geri qayıtdılar.
Zeynal xan və qazilər xanəköçlərini götürərək, Rey
vilayətinə gəldilər, Übeyd xan [isə] Astrabadı oğlu Əbdüləziz xana
verdi, özü Bəlxə tərəf getdi. Özbəklərin tüğyanı və onların Astrabad
vilayətini istila etmələri xəbəri fələk ehtişamlı orduya yetişəndə Əxi
Sultan Təkəli, Ağzıvar xanın atası Dəmri Sultan Şamlı və Şahəli
Sultan Ustaclını bir dəstə qızılbaşla Zeynal xanın köməyinə
yolladılar. Onlar Reydə birləşərək Astrabada üz tutdular.
Qızılbaşlara müqavimət gücü olmyan Əbdüləziz xan Astrabaddan
çıxdı və gedib atasına qoşuldu, əzəmətli əmirlərsə şəhərə daxil
oldular. Qeyrət tüstüsü beyin qəsrini tərk edən [motəsaed] Übeyd
xan Bostama tərəf qayıtdı. Əxi Sultan, Domri Sultan və Şahəli
Sultan [isə] münqəlay dəstəsi kimi Astrabaddan çıxdılar, Bəstam
çəmənində Übeyd xanın hücumuna düçar oldular. Qızılbaş
döyüşçülərinin sayı üç min nəfər olmazdı, özbək ləşkərində isə
iyirmi mindən çox əsgər vardı. O az dəstənin, ağır qoşunu olan
özbək padşahı ilə döyüşməyi ağıl qanunundan kənar bir hərəkət idi,
amma özbəklərin onları haxladıqlarına görə əmirlər hərbdən başqa
çarə görməyərək, zərurət üzündən döyüş səfi bəzədilər, onların
arasında bərk döyüş başlandı. Həqiqətən də, o gün qorxubilməz
dilavərlər həmin qorxulu meydanda elə vuruşdular ki, zəmanənin
heyrət barmağı təəccüb dişində qaldı. Elə indi də özbəklərlə olan
Bəstam cəngi hamının dilindən düşə bilmir. Əxi Sultan özünü
dəfələrlə Übeyd xan ordusunun qəlb hissəsinə vurdu, amma bu
qəlbin darmadağın olmasına az qalmış qol hissə bahadırları yetişib
vuruşmağa başladılar. Əxi Sultan təkəli mübarizlərinin əksəriyyəti
ilə birlikdə atılan oxlara tuş gəlib yerə sərildi, qələbə Übeydin oldu.
Dəmri Sultan ələ keçirilib öldürüldü.
Zeynal xan, bu xəbər çatan kimi şəhərdə qala bilməyərək
Firuzkuha getdi. Übeyd xan isə Astrabadı özbəklərin məşhur
əmirlərindən olan Turmuş xana verib Herata rəvan oldu, hər yanı
özünün rəhmsiz adamlarıyla doldurdu və o ili Guryanda qışladı.
120
İfadənin ərəbcəsi: "Nitaq-əl-fərar mimmə lə yutaqu"
123
Doqquz yüz otuz dördüncü ilə (miladi 1528) bərabər olan ertəsi
ildəsə o, Herat qalasına hücuma keçdi.
Qardaşı Durmuş xanın vəfatından sonra Herat hakimi olan
Hüseyn
xan
Şamlı qalanın təmirinə və bürc-barılarının
möhkəmləndirmə işlərinə başlayıb, qaladarlıq silahları hazırladı,
tərəflər arasında dəfələrlə mərdanə döyüşlər baş verdi və mühasirə
yeddi ay çəkdi. [Nəticədə] qaladakı ehtiyat azuqə tamamilə tükəndi.
Hüseyn xan şəhərin qalada olan bütün rəiyyətini oradan çıxardı,
qazilər bir neçə gün onların azuqələri ilə dolandılar. Elə bu əsnada
özbəklər arasında Zeynal xanın qətli xəbəri yayıldı. Xan
Damğanda* Səbzvar** hakimi Çəgurkə (Çəyirtkə ? - Ş.F.) Sultanla
birlikdə Turmuş bahadıra hücum edərək döyüşmüş və İlahinin
əmriylə, məğub olmağa başlayan Turmuş [birdən-birə] qalib gəlmiş,
Zeynal xan və Çəgurkə Sultan qətlə yetirilmişdilər. Bu hadisədən
fərəhlənən Übeyd xan elə həmin gün özünün əmirülümərası olan
Yari bəy ibn Canvəfa Mirzənin təhrikiylə böyük hücuma başlayaraq,
hər tərəfdən qalaya yürüşə keçdi. Şamlı qaziləri özbəklərin
həmlələrini igidlik və mərdanəlik pəncələri ilə dəf edərək qala
yaxınlığındakı çoxlu adamı ölüm torpağına yıxdılar. Yari bəyə bir
güllə dəydi və məchul bir tüfəngçi onun başını kəsib, Hüseyn xanın
yanına gətirdi. Yarinin öldürülməsindən olduqca kədərlənən Übeyd
xan öz şadlığını qəm və ələmlə əvəz etdi. O, bunu da bildi ki, nə
qədər çalışsa da Heratın fəthi müyəssər olmayacaqdır. Bu
hadisələrin baş verdiyi vaxt ona ayəsi qələbə olan şah ordusunun
Xorasana yürüşü, Turmuş bahadırın müzəffər qoşunun münqəlay
hissəsi ilə döyüşü və Turmuşun öldürülməsi xəbəri də gəlib çatdı,
bol ələm və sonsuz qəm ilə "Pole-Malan”dan keçərək Buxara
yolunu önə tutdu ki, orada çingiziyyə xanlarından kömək xahiş etsin
və təzədən Xorasan mülkünə vəlvələ salsın.
|