Beytlər
Elə ki, tutdular gəlib səhranı,
Hər iki ləşkərin töküldü qanı.
Bütün qılınclardan şölə çıxırdı,
Oxlardan torpağa al qan axırdı.
95
Bu tərəfdən sufiyyə döyüşçüləri öz şirin canlarından əl
çəkib, qılınc və oxlara qarşı gedirdilər. Xülasə, elə hərb başlandı ki,
sabiq dövrlərdə o cür döyüş az olmuşdur. Vuruş əsnasında Sultan
Bəyçioğlu döyüş meydanının bir dəstəsi ilə o başıuca (sərəfraz)
sultanın qarşısına çıxıb o sərvərə qəsd etdi. Sultan Heydər də o
talesizin (bədəxtər) qarşısına çıxaraq, nizəsi ilə o qiymətsizi
(bədgövhər) at üstündən yerə saldı, qara torpaqla bir etdi. Bəyçioğlu
onu tanıyıb qanından keçməsi üçün yalvardı, Sultan Heydər də
kifəyətlənib onun qətlindən keçdi, Bəyçioğlu yenidən atına süvar
oldu. Müqəddəs ordu mülazimləri Şeyx Heydərdən ondan bu
mərhəmətin səbəbini soruşdular. Dedi: "Onun əcəli hələ gəlib-
çatmayıb, amma mənim ömür günəşimin zavalı gəlib-çatmaqdadır.
Mən bu döyüşdə şəhadət şərbəti içəcəyəm. Qismətə çarə yoxdur".
Xülasə,
bu
xanədanın
dövlət
günəşinin
doğuşu
hələ
müəyyənləşməmişdi. Cəng əsnasında can üzən bir ox qəza
kamanından çıxaraq döyüş meydanının o şahsüvarına dəyib istədiyi
işi yerinə yetirdi. Bu vəqiyyəni görən qazilərin əlləri işdən, işləri
əldən düşdü və o sülalənin yüksəlişdən ötrü açılan dövlət bayrağı
zillət torpağına yıxıldı. Bu kəramətli dudmanın canlarından keçən
95
Beytlərin farscası:
Dər an dəşle-pormohnəte - hovlnak
Bəramixt xune-do ləşkər be xak.
Dəme-tiğ çon şo'le atəşfeşan
Senanha ze zəxme-yəlan xunçekan.
73
bir çox sufisi o dinpərvərlik asimanındakı ayın müqəddəs qoşununda
əcəl saqisinin əlindən ölüm badəsi içdi, cansız halda torpağa düşdü.
"Fotuhate-Yəməni"də yazılmışdır ki, o (tarixçi Yəməni -Ş.F)
məsələnin necə baş verməsini Süleyman şanlı xaqanının (Şah
İsmayıl - Ş.F) əmri ilə o cəng meydanında olmuş Hüseyn bəy Lələ,
Fərrux ağa və başqalarından soruşmuş və ona deyilənləri qələmə
almışdır. Xülasə, Səfəviyyə xənadanının sufiləri o xeyrül-bəşər
mücəssəməsinin mübarək cəsədini Təbərsəranda dəfn etdilər.
Süleyman şanlı xaqanın ikinci dəfə Şeyxşahı cəzalandırmaq üçün
Şirvana hücumu zamanı Sultan Heydərin şəhadətindən iyirmi iki il
ötmüşdü. O, onun pak nəşini dəfn olunduğu yerdən çıxarıb Ərdəbil
darülirşadına apardı, böyük əcdadlarının qəbrləri yanında dəfn etdi.
O hadisə səkkiz yüz doxsan üçüncü ildə (miladi 1488) baş
vermişdir. Allah ona rəhmət etsin. O, comərdlik bostanının
sərvindən (Sultan Heydərdən - Ş.F.) və Həsən padşahın qızından
"Həbibüs-Siyər"* və "Tarixi-cəhanara"** kitablarının müəllifləri
belə yazırlar: Xoşbəxt ulduzlu üç şahzadə vücuda gəldi ki, onların
hər biri vilayət gülzarından çıxan, nihal və xilafət asimanından
doğan ulduz olmuşdu: Əhali arasında Sultanəli padşah kimi tanınan
Sultanəli Mirzə, İsmayıl Mirzə və Seyid İbrahim Mirzə. Xülasə,
qələbədən sonra Sultan Bəyçioğlu Təbrizə qayıtdı. Sultan Heydərin
ortaya çıxmasından (xoruc) vahiməyə düşmüş Sultan Yaqubun
qorxusu aradan getdi.
SULTANƏLİ PADŞAH İBN SULTAN
HEYDƏRİN SƏADƏT MİNVALLI ƏHVALI VƏ
BÖYÜK XALİQİN TƏQDİRİ İLƏ O HƏZRƏTİN
ŞƏHADƏTƏ YETİŞMƏYİNİN ZİKRİ
İradət və sədaqət məmləkətlərinin fatehləri olan bu
xanədanın səadət nişanlı sufiləri alinejad adamların övladı olan o
dindar sultanla (Sultan Heydərlə - Ş.F.) vidalaşdıqdan sonra iradət
təriqətini sədaqət qədəmləri ilə adlayaraq, qalib bəxtinin köməyi
sayəsində Ərdəbildə bir yerə yığılıb, yaşına görə səltənət və irşad
taxtına layiq olan həzrət Sultanəliyə öz əqidə birliklərini izhar və
ona beyət*** edir, hərb alətlərinin tədarükündə olurdular. İftiraçı
adamlar (ərbabe-qəmz və səayət) Sultan Yaquba dedilər ki, Sultan
Heydərin əziz (ərcomənd) oğlu səadətli atasının yerinə qaimməqam
olmuşdur və onun dövlət bayrağı tezliklə göyə ucalacaqdır. Sultan
74
Yaqub Ələmşah bəyim kimi məşhurlaşan və ali mənzilli
şahzadələrin anası olan əzəmətli bacısı Həlimə bəyimin həqpərəst
məsləkini, qohumluğunu və incikliyini (azərm) gördü və ona öz
məhəbbətini göstərdi. Belə ki, sultan məşhur əmirlərdən birini
böyük bir türkman dəstəsi ilə Ərdəbilə göndərib, o kamkarlıq
bəhrinin dürrünün (yəni Sultanəlinin - Ş.F.) ələ gətirilməsini, Farsda
yerləşən Estəxr qalasına aparılmasını, həmin diyarın hakimi Mənsur
bəy Pornaka tapşırılmasını və qalada qalıb yaşamasını tapşırdı ki,
bundan sonra onun iradət əli və sufiyyə təbəqəsinin əlləri o dövlətə
(Ağqoyunlu dövlətinə - Ş.F.) tərəf uzanmasın. Amma, [Sultan
Yaqub] bunu bilmədi ki, Xaliqin istəyi və təqdiri xəlq olunanın
(xəlayiq) tədbir və qüdrətindən yüksəkdir "De: "Ey Malikül-Mulk
(Mülkün Sahibi - Ş.F) olan Allahım! Son dilədiyinə mülkü bəxş
edər, dilədiyindən mülki geri alarsan. Dilədiyini əziz qılar, dilədiyini
zəlil edəlsən."
96
Allah-taala məmləkəti özünün məsləhət bildiyi
adama verəcəkdir. Sultan Yaqubun bu əməli Allaha xoş gəlmədi,
onun dövlət ruxsarına xal vurdu. Xülasə , göndərilən adamlar gedib
Ərdəbilə çatdılar. Sultanəli padşah zəmanəyə görə məsləhət bildi ki,
bir neçə vaxt sağ-salamat qalaraq, zəmanəyə saz olsun.
Çarəsizlikdən, o, hər şeyin Xalqinə təvəkkül etdi, böyük qoşunu,
möhtərəm anası və əziz qardaşları ilə birlikdə Estəxr qalasına doğru
üz tutdu, onlar qorxu və vəhşətlə dolu olan o zindanda yerləşib
ruzigarın cəfa və möhnətinə dözdülər:
Şer
Zindan şan-şərəfdir comərd insana,
Yusif bu səbəbdən düşdü zindana
97
Bu hadisə səkkiz yüz doğsan altıncı ildə (miladi 1490) baş
verdi. Xülasə, həmin qalanın torpağı bir müddət onların etibar
gözləri üçün etibarlı sürmə, o məmləkət isə onların fəzilət
nihallarından ötrü cənnət bağı (xolde-bərin) oldu. Nadir hallardan
96
İfadənin ərəbcəsi: "Qul: Allahummə məliku-l-mulki tuətti-l-mulkə mən təşau və
tunəzziu əl-mulkə mimmən təşau və təuzzu mən təşau və təzullu mən təşau bari
subhanəhu və təala" (Ali-İmran, 26)
97
Beytlərin farscası:
Mərd be zendan şərəf arəd bedəst,
Yusif əz an ruy be zendan neşəst.
75
biri də budur ki, "xolde-bərin" ifadəsi həmin ibrətamiz hadisənin
[əbcəd hesabı ilə] tarixidir.* Bəli, neysan buludundan düşən yağış
qətrəsi** əgər uca asimandan düşməyərək sədəfin köksündəki
zülmətin məhbusu olmazsa, dünya şəhriyarlarının taclarındakı dürrə
çevrilə bilməz, tikanın cövrünü çəkməyən heç bir gül iqtidarlı
padşahların çalmasına (dəstar) sancılmaz. Sınaqdan çıxmış bu misal
həqiqətə çevrildi, hümayün fal sahibi həzrət Süleyman şanlı xaqan
Əbülbəqa Şah İsmayıl Bahadır xan kiçik yaşlarında ikən o məlalla
dolu zindanda Yusif kimi giriftar oldu, nəhayətdə taxta çıxdı, az
vaxt müddətində həşəmət və kamranlıq qapılarını dövlət
övliyalarının üzünə açdı. Xülasə, Mənsur bəy Pornak fərmana tabe
olub, o xilafət dudmanının övladlarına qalada yer verdi, əqidə və
sədaqəti üzündən həmin ali məqam sahiblərinə öz ehtiramını
göstərdi, hər məsələdə onlarla məsləhətləşməyi vacib bildi. Ali
gövhərli şahzadələr bir müddət sədəf içərisindəki dürr kimi qalada
qaldılar, ruzigarın təcrübəsindən çıxdılar, zəmanənin pərvərişi ilə
böyüdülər. Etdiyi hörmətsizliyə görə Sultan Yaqubun həyat ağacı
əcəlin gəlişi ilə yıxıldı, Qarabağda ikən axirət mənzilinə yollandı.
Tarix kitablarında yazılmışdır: Türkman əmirləri iki dəstəyə ayrıldı.
Onların bir dəstəsi [Sultan Yaqubun] qardaşı Məsih Mirzənin, başqa
dəstəsi isə oğlu Baysunqur Mirzənin padşahlığını istədi. İş
tərəflərarası hərblə nəticələndi və Baysunqur səltənət taxtına əyləşdi.
Rüstəm Mirzə ibn Maqsud Mirzə ibn mərhum padşah Həsən bəy öz
əmisinin tərəfdarı kimi "Məsihçilər" silkinə mənsub olmuşdu. O,
Məsih Mirzənin qətlindən sonra həbs edilib Ələnciq qalasına
göndərildi, qala kutvalı* Qırıq(?) Seydi Əliyə tapşırıldı.
Baysunqurun padşahlığından bir müddət ötdü. Əbih Sultan**
Ələnciqə gedərək, Qırıq Seydini hiyləgərliklə özünə müttəfiq etdi,
Rüstəm Mirzəni qaladan çıxarıb padşah etmək fikrinə düşdü.
Qarabağ döyüşündə məğlub olan adamlar və başqaları onlara
qoşulub Təbrizə getmək və Baysunqurla hərb etmək niyyətinə
düşdülər. Onlar Ərəşin*** kənarına gələrək orada dayandılar. Mirzə
Rüstəm fitnəsini dəf etməkdən ötrü Mirzə Baysunqur Təbrizdən
çıxaraq Mərəndə çatdı. Qaravuli**'* etmək üçün göndərdiyi
adamlar ona bifəfalıq edib Mirzə Rüstəmə birləşdilər. Get-gedə
bütün orduya təfriqə düşdü və Mirzə Baysunqurun ordusu elə hala
düşdü ki, o, ordunu bir yerə toplamaqdan aciz qaldı, zərurət üzündən
padşahlıq imtiyazlarından keçib, az miqdar xidmətçiləri ilə fərar
vadisinə üz tutdu, Qaraca dağın Əhər yolu ilə Şirvana getdi, dayısı
76
(xal) olan şirvanşaha birləşdi*. Mirzə Rüstəm isə dövlət başçılığına
nail olub zəfərlə Təbrizə gəldi, səltənət taxtına əyləşdi. Türkman
əmrlərinin hamısı itaət kəmərlərini bellərinə çəkdilər, Rüstəm qoşun
və rəiyyətin işləri ilə məşğul olmağa başladı. Amma, şirvanşah öz
bacısı oğlu və damadının köməyinə başlayıb Mirzə Baysunqurun
səltənətinin davamı üçün çalışırdı. Mirzə Rüstəm isə Mirzə
Baysunqurun işini bitirmək fikrinə düşərək, onun dəf olunması
barədə bayanduri" əmir və dövlət başçıları ilə məsləhətə başladı.
Nəhayət xeyrxah düşüncəli adamların məsləhətləri ilə o, qərara gəldi
ki, xilafət asimanının parlaq ulduzlarını (yəni, həbsdəki Səfəvi
qardaşlarını - Ş.F.) Estəxr qalasından çıxarıb, sərvərlik və sərdarlığa
tam layiq olan Sultanəli Mirzənin şövkət bayrağını şahanə
təmtəraqla göyə ucaltsın, onu Baysunqur fitnəsinin dəfi və baba və
atasının qanını almaqdan ötrü Şirvana yollasın. Belə ki, Sultanəli
Mirzənin qalib gələcəyi, yaxud məğlub olacağının [Rüstəm
padşahdan ötrü] fərqi yoxdur və onun zahiri və batini istəyi [hər iki
halda] yerinə yetəcəkdir. Mirzə Rüstəm bundan ötrü zahirən
möhtərəm bibisinin (əmmə) özü ilə yaxınlığı, qohumluğu və bu
məsələdə razılığından istifadə etdi və şahzadələrin yanına
gətirilmələri hökmünü verdi. Səkkiz yüz doxsan səkkizinci ildə
(miladi 1492), Estəxr qalasında dörd il yarım qaldıqdan sonra
Sultanəli Mirzə yola düşüb, izzət və cah-cəlalla Təbrizə çatdı,
Rüstəm Mirzə o həzrəti öz mehribanlıq qucağına çəkdi, onu
nəvazişləndirdi. Özlərinin şöhrətsizlik (xəmul) və nakamlıq
zaviyələrinə sığınmış olan bu müqəddəs nişan üzvləri və sadiq
tərəfdarları (yekcəhətan) onun yanına gəlməyə başladılar və həmin
əqidəli adamların sayı getdikcə çoxaldı. Bu əsnada Mirzə
Baysunqurun Şirvan qoşunu ilə Azərbaycan səmtinə gəlmə xəbəri
əmirzadə Rüstəmə gəlib çatdı və o, Sultanəli padşahı Əbih
Sultan*** və bir dəstə turkman əsgəri ilə birlikdə Baysunqurun və
şirvanlıların üzərinə yolladı. Onlar Ərəs çayı kənarına çatıb, orada
dayandılar. Hər iki tərəf çayda körpü (cəsr) çəkdi, amma, aralarında
oxdan başqa get-gəl olmadı. Fəthin çöhrəsini görmək heç bir tərəfə
qismət ola bilmirdi. Tərəflər burada dayanmaqdan təngə gəldilər,
Baysunqur Şirvana, Sultanəli padşah və Əbih Sultan Təbrizə
getdilər. Bu hadisələrin baş verdiyi vaxt, İsfahan hakimi Kosa
(Kusə) Hacı Bayandur əmirzadə Rüstəmə qarşı üsyana qalxdı,
dövlət xütbəsini Baysunqurun adına oxudu. Bu məsələ Baysunqurun
yenidən Azərbaycana qayıdışına və oraya saysız-hesabsız ləşkər
77
çəkməsinə bais oldu. Əmirzadə Rüstəm ikinci dəfə sərvərlik
göyünün günəşi olan Sultanəli Mirzəni Əbih Sultan və bir dəstə
sufiyyə və türkman əsgəri ilə onun qarşısına yolladı. Hər iki acıqlı
və kinli ləşkər Əhər və Meşkin yaxınlığında bir-birinə çatdılar,
aralarında qızğın döyüş başlandı. Hidayət taxtının sultanı olan
[Sultanəli] qədəminin yüngüllüyündən, baysunqurlular məğlub
edildilər və Baysunqur öldürüldü, Sultanəli Mirzə zəfər, əzəmət və
iqtidarla Təbrizə gəldi, əmirzadə Rüstəm ona qarşı dostanə etiram
nümayiş etdirdi. [Sonra] Sultanəlini böyük izzət və ehtiramla
Ərdəbilə göndərdi. Dinpərvərlik asimanının o qəməri də, həmin
cənnətmisal məkanda öz ata-babaları kimi, hidayət və irşad taxtına
əyləşdi, [beləliklə də] əqidə və ixlas sahiblərinin onun yanına gediş-
gəlişləri başlandı. Sufiyyə camaatının və iradət ərbablarının çoxluğu
Rüstəm Mirzənin həsədinə səbəb oldu və o, həmin həzrəti
qardaşlarıyla Təbrizə gətirdi. Onlara qarşı zahirən hörmət (18)
göstərməkdəydi, amma bu vəziyyətdən xəbər tutan bəzi paxıl
(hares) adamlar sufiyyə təbəqəsindən olanların şahın yanında
qalmaqlarına imkan vermək istəmədilər. Sufilər və etiqadlı adamlar
yenə də Sultanəlinin yanına gələrək, xəlvətcə ona nəzirlər gətirir, öz
sədaqət sikkələrini (nəqd) onun imtahan məhək daşına vururdular.
Bundan agah olan əmirzadə Rüstəm Sultanəlinin (mətndə səhvən
Sultan Heydər yazılmışdır - Ş.F.) dəf olunması fikrinə düşdü, bir
xəta yola meylləndi.
Amma, o həzrətin məclis dostlarından biri onu padşahın
belə qəddar niyyətindən hali etdi. Bu hiyləgərlik işığı [Sultanəlinin]
ürəyinə çatdıqda, "dözülməz bir işdən qaçmaq peyğəmbərlərin
ənənələrindəndir"
98
fikrinə uyğun olaraq, bir gecə xəbərdarlıq
etmədən ata süvar olub Təbrizdən çıxdı, Ərdəbil yolunu önə tutdu.
Əmirzadə Rüstəm* Mirzə Əbih Sultanı** dörd min suvari ilə o ali
qədrli sultanın təqibinə göndərdi. Onlar Ərdəbil şəhərinə tabe olan
Şəmasbi (?) adlı bir yerdə o həzrətə çatdılar. Deyirlər ki, o vaxt
Sultanəli Mirzənin yanındakı mülazimlərin sayı yeddi yüz nəfərdən
çox deyildi. O, belə az adamla həmin çox adamın qarşılaşması
barədə düşündükdə, o həzrətin bir dəstə tərəfdarı döyüşə mane oldu
və onlar çarə fikirləşməyə başladılar. Özünün şəhadəti ərəfəsində
Allahın təqdirini müşahidə edən o həzrət səfəvi dudmanının sufi və
98
İfadənin ərəbcəsi: "Əl-firar mimmə lə yutaqu min sinəni-l mursəlin"
78
tərəfdarlarını toplayaraq, onlara bu mərəkədə şəhadətə yetəcəyi
xəbərini verdi, hümayun alnında cahandarlıq nuru parıldayan öz
xoşbəxt ulduzlu qardaşını, yəni Süleyman şanlı xaqanı vəliəhd və
qayimməqam elan etdi, ali qədirli atasından və ad-sanlı
əcdadlarından irşad vaxtı bu xanədan mürşidlərinə miras qalan sirr
rəmzlərini ona əmanət (vədiət) verdi və özünün mübarək tacını o
həzrətin başına qoyaraq, [qardaşını] etibarlı adamlarına möhkəm-
möhkəm tapşırdı və dedi: "Mürtəzəvi"*** dudmanın dövlət çırağı
onun üzündə parlamaqdadır və tezliklə onun dövlət asimanının
bayrağı çox yüksəyə qalxacaq, ədalət şüaları bütün adamların başları
üzərində parlayacaqdır". [Sultanəli] vəsiyyətini tamamladıqdan
sonra döyüş meydanına qədəm atdı, eləcə sidq-niyyətlə dediyi, kimi
müxaliflər qalib gəldilər və o həzrət şəhadət şərbəti içdi. Bu canlar
yandıran hadisə baş verəndən sonra əqidə sahiblərinin arasına
parçalanma düşdü və hərə bir tərəfə səpələndi. Hüseyn bəy Lələ - o
zaman Xadim bəy kimi tanınan xəlifətül-xüləfa və Dədə bəy o
həzrətin pak cəsədini darülirşada gətirib nurlu səfəviyyə
məqbərəsində dəfn etdilər.
SÜLEYMAN ŞANLI XAQAN ŞAH İSMAYIL BAHADIR XAN,
ALLAH-TƏALA ONU CƏNNƏT BAĞLARINDA SAKİN
ETDİ
99
, ƏHVALATININ ZİKRİ, O UCA MƏKANLI
XOSROVUN ZÜHURUNUN BƏYANI VƏ ALƏMİ
FƏTH ETMƏYİNİN ŞƏRHİ
Ürəkaçan məclisin nəğməoxuyanları və söz bəzəmə
meydanının mərəkə axtaranları o mənəviyyatlı (sotude seyər),
ləyaqətli (həmide) insanı, fatehlik meydanının səflər bəzəyini
(səfara), axtarış səhrasını (badiyeye-cuyayi) mərhələ-mərhələ qət
edəni, cah-cəlal asimanının dünyanı bəzəyən iqbal günəşinin
məşəldarını, Heydər dövlətinin cahanı göstərən camını, on iki
(isnaəşəri) Haqq məzhəbinin ayinəsini, sultanlar sultanını, Kəyan*
məmləkətləri taxtının sahibini, yəni Süleyman şanlı xaqanı aşağıdakı
təranə ilə bəyana gətirmiş, çox qiymətli və Mürtəza xislət və nəsəbli
o şəhriyarın sücaətini, döyüşkənliyini (rəzmazmayı), cahangirliyini
hədislər bəzəyən məclisdə bu tərzlə (nəmət) söyləmişlər: Saf əxlaqlı
99
İfadənin ərəbcəsi: "Əskənəhu Allah-təalə fi firadisi-l-cinani"
79
(sefvətnehad) qardaşının şəhadətindən sonra pak etiqadlı sufilər
məşhur qardaşının vəliəhdi olan o hökmranlıq bürcünün dürrünü
(yəni İsmayıl Mirzəni - Ş.F.) gizlicə şəhərə gətirmişdilər. O, məxfi
bir yerdə bir neçə gün gizli saxlanıldı. Qırx gündən sonra yüksək
əqidə axtarışında olan (əqidətgəzin) sufilər təbəqəsi düşmən
kələyindən (keyd) qorxaraq, onun Ərdəbildə qalmasını məsləhət
bilmədilər, möhtərəm anası ilə məsləhətləşib vaxta münasib olaraq
Gilana getməyini daha düzgün sandılar. O ismətli (əfife) qadın
fərzəndlərinin ayrılığı ilə razılaşmalı oldu. O əyyamda sufiyyə
əyanları, xüsusilə Hüseyn bəy Lələ Şamlı, sonralar "Xəlifətül-
xühfa"** adlandırılacaq Xadim bəy Talış, Abdal bəy Dədə Zülqədər
və başqaları hər iki məşhur qardaşı götürüb, iki yüz nəfər mülazimlə
Gilana rəvan oldular. Tarix kitablarında, xüsusən "Həbibüs-siyər"də
yazıldığına görə, onlar Gilan vilayətinə gəlib çatdılar və bir neçə
gün Rəştdə dayandılar, oranın valisi onlara xidmət göstərdi. Sonra,
Lahican ölkəsi (xotte) o cənnət bağının bu fidanlarından ötrü
rövzeyi-rizvana (cənnət bağına) döndü. Şan-şöhrətinə və məqamının
ucalığına, əsil-nəsəbinə, xasiyyət və davranışına görə başqa Gilan
valilərindən seçilən və seyidlər dudmanından olan o vilayət valisi
Karkiya Mirzə Əli igidlik bostanının o tər fidanını və onun əziz
qardaşı Seyid İbrahimi izzət və ehtiramla qarşıladı, onlara səmimi
(19) ehtiram və mehriban insanlıq münasibəti göstərdi. [Amma] o
həzrətin qardaşı Seyid İbrahimə anasının yanına getmək istəyi üstün
gəldi. O, dərvişliyə və dərvişanə xislətə malik olduğundan, başına
türkman papağı qoyub Ərdəbilə qayıtdı, o həzrət isə onun yolunda
canlarını fəda etməyə hazır olan az miqdar xidmətçi ilə həmin
vilayətdə qalaraq, qeybdən gələsi hadisəni gözləməyə başladı. O
vaxt o həzrətin şərafətli sinni yeddi yaşdan çox deyildisə də, fəhm
və fərasətdə, ağıl və bilikdə fərqlənirdi. Cahandarlıq ayini onun
hümayun alnında zahir olunmaqdaydı. Xilafət çəməninin bu fidanını
özlərinin etiqadıyla bəzəyən mülazimlər qeybdən gələn ilhamla onu
"şah" adlandırır, yaşının azlığına baxmayaraq, düzgün əqidəsinə və
iradəsinə görə ona "kamil mürşid" ("mörşide-kamel") və "padşah"
deyirdilər. Söylənilənə görə, o, Gilanda altı il yarım qaldı. Bəzən
Biyəpəsdə*, bəzi vaxtlarda isə Lahicanda vaxt keçirirdi. O, Mövlana
Şəmsəddin Lahicinin yanında "Qurani-məcid"i öyrəndi. Karkiya
Mirzə Əli və qardaşı Karkiya Sultan Həsən onun xidmətində
dayanmışdılar. Əhali arasında gedən sözlərə və "Tarixi-cahanara"
kitabında yazıldığına görə, ilk vaxtda həmin bəxtiyarlıq dəryasının
80
qiymətli dürrünü geri aparmaqdan ötrü türkman padşahı əmirzadə
Rüstəm tərəyindən Gilana tez-tez adam gələrdi. Karkiya Mirzə Əli
isə onlarla ağıllı davranıb, gələn adamları üzrxahlıqla geri
qaylarmaqdaydı. Belə vəziyyət mərhum Həsən padşahın övladı olan
türkman sultanzadələri arasında hərc-mərclik (extelal) düşənədək
davam etdi. Onların başı bir-birinə qarışmışdı. O sülalə [üzvləri öz
aralarında] elə iğtişaş (şureş) və ayrılığa düçar oldular ki, başqa
adamlarla düşmənçilik etməyə girişmədilər. O həzrətin [Gilanda]
qaldığı müddətdə sufi və iradət əhlinin gediş-gəlişi onun kəramətli
dərgahını boş qoymurdu. Böyüyə-böyüyə o, gah şikar nəşəsi ilə
məşğul olur, gah da o vilayətin görməli yerlərini gəzirdi. Alın
lövhəsində cahandarlıq nəqş olunduğundan, onun ənginliyə uçan
himmətinin şahin quşu məmləkət qartalını ovlamaq məqsədilə daim
pərvaza gəlməkdəydi.
Beytlər:
Ona qətilik himməti yar idi,
Niyyətinə həxti mədədkar idi.
Istədi olsım cahana şəhriyar,
Eylədi yardım ona Pərvərdigar.
Yardı ona ədl ilə din işləri,
Fikri bu idi doğulandan bəri.
100
Türkman Ağqoyunlu* sultanları dövlətində baş verən
iğtişaş və çaxnaşma xəbərini eşidən Süleyman şanlı xaqanın cahanı
bəzəyən fikri Gilandan çıxmaq oldu. Ev sahibinə xas olan
qonaqpərvərlik və dövlətxah ehtiyatkarlığı nəzərə alan Karkiya
Mirzə Əli onun bu istəyinə qarşı çıxıb dedi: "Hələlik dövlət
gülüstanının çiçəklənmə vaxtı gəlib çatmamışdır, yəni ali nəvvabın
(İsmayıl Mirzə - Ş.F.) zühur etmək vaxtı sinninin az, düşmənlərinin
çox, yar-yoldaşının seyrək olması səbəbindən yetişməmişdir. Qoy
100
Beytlərin farscası:
Be əzme-qəvi hemmətəş yar bud,
Dər an kar bəxtəş mədədkar bud.
Bexater hədise-cahandariyəş
Ze Dadar darənde bod yariyəş...
Be del budəş əz atəşe-dad-o din
Ze ruze əzəl bud fekrəş həmin.
81
bir müddət fürsət gözləsin ki, bu ali mətləbin həyata keçməsinin
şəraiti Allahın təsdiqi (təyid) ilə lazimi səviyyədə yaransın". O
həzrət bir müddət də Karkiyanın xatirinə gözlədi. Doqquz yüz
altıncı ildə (miladi 1500) Həsən padşahın nəvələri Sultan Murad ibn
Yaqub və Mirzə Əlvəndin Yusif Mirzə arasında mübarizə
getməkdəydi. Nəhayət, həmin mübarizə sülh (müsalehə) ilə
nəticələndi və İran məmləkətləri iki əmioğlu arasında bölündü.
Gilanda qalma müddəti altı il yarım olan Süleyman şanlı xaqanın
orada dayanmaq səbri tükəndiyindən, qeybdən gələn ilhamla həmin
mülkdən çıxmağa hazırlaşdı, Karkiya ilə vidalaşaraq, kiçik bir dəstə
əqidəli xidmətçi və tərəfdarlarıyla birlikdə, münasib bir saatda
məqsədə doğru hərəkətə başladı. İmkanı daxilində əli çatan vəsaiti
ona verən Karkiya Mirzə Əli öz layiqli xidmətini başa vurdu və onu
bir neçə fərsəx* müşaiyət etdi. Güclü dövlətin iqbal əncüməni
(cəmiyyət - Ş.F) taxtının mülazimətindəki ağsaqqallar öz
vəsiyyətlərini edərək, həzrət Allah-təalanın amanına sığınıb, mətləbə
doğru rəvan oldular. Amma, o il Astara vilayətinin Ərcivan
kəndində şaxta və soyuq (bord) qoşununun hücumuna məruz qalıb
orada qışladılar. Təvalış (talış - Ş.F) camaatı onların xidmətində
dayandılar. Baharın başlanğıcında yer səfəvi dudmanın
tərəfdarlarının ümid bağçası kimi İlahi lütfün bulud damcıları
(rəşəhate-səhab) sayəsində yaşıllaşan vaxtda qışlaq yurdundan
hərəkətə gələrək ikinci dəfə Ərdəbil darülirşadına təşrif gətirdilər.
Əvvəlcə, həzrət sultanül-övliyanın" rövzəsini və yerləri cənnətlik
olan əcdadlarının qəbirlərini ziyarət etməklə şərəfləndilər. Duaların
yerinə yetirilmə (estecabət) məkanı və uca Allahın ehtiramına layiq
olan o yerdə özlərinin Haqq sevən batinlərindəki ali mətləblərinin
icrasını Allah-təaladan xahiş etdilər. Ziyarət qayda-qanununu yerinə
yetirdikdən və dualarının müstəcəb olma parıltılarını gördükdən
sonra, o həzrət möhtərəm ana və qardaşının görüşü ilə şadiman oldu.
Baş vermiş hadisələrin, o həzrətin hümayun fallı zühurunun
hakimiyyətə gəlişinin və fatehliyinin müfəssəl təsvirini vermək,
həmçinin onun üzünə (20) zəfər və yardım açan ilə fəth qapılarının
necə açıldığını yazmaq bizim sınıq qələmimizin imkanından çox,
bəlağətli tarixçilərin yazı məharətindən yuxarı olan bir işdir.
"Həbibüs-siyər" kitabının məlumatları, rumlu tarixçi Həsən bəyin*
"Əhsənüt-təvarix"ində dərc olunanlar və Mir Yəhya Seyfi
Qəzvininin* "Lübbət-təvarix"ində söylənənlər baş verənlərin onda
biri (əşri əz əşar), bəlkə də mindən biridir. Bizim yazdığımız bu
82
kitab dünya fatehi (gitisetan) o şəhriyarın müfəssəl tarixini özündə
yerləşdirə bilmədiyindən, o barədə müxtəsər və icmal (mücməl)
şəklində məlumat verəcəkdir, çünki əsl mətləbimiz əlahəzrət
zilləllah şahın cülusundan etibarən baş verən hadisələri yazmaqdır.
Xülasə, [o həzrət] böyük əcdadlarının və kəramətli şeyxlərin
müqəddəs ruhlarından kömək xahiş edib, Ərdəbil darülirşadından
Qarabağa yollandı. Dünyanı tutan orduya iradət sahibləri
toplanmaqdaydılar. O, Qarabağda Mirzə Cahanşahın nəvələrindən
olan və hələ də üzə çıxmaq və yüksəlmək xəyalıyla yaşayan
Sultanhüseyn Barani*** ilə görüşdü. Onun hərəkətlərində kələk və
amansızlıq müşahidə edən o həzrət ondan ayrılaraq Gögcə
Təngizə**** təşrif apardı və Ərzincanadək irəlilədi. Orada üç-dörd
minə qədər sufi və başqa əqidəli adamlar Şam, Diyarbəkr, Sivas,
Bayburd və oraya yaxın yerlərdən o həzrətin yanına gəlib çıxdılar.
Xan Məhəmməd Ustaclı çoxsaylı adamla bellərinə ehram bağlayıb,
aləmpənah dərgahın mülazimi kimi gələrək, xidmət etmək səadətinə
yetişdi, o həzrət tərəfindən qiymətləndirildi. Ərzincanda məsləhət-
məşvərətdən sonra Şirvana yürüş etmək və şirvanlılardan intiqam
almaq onun nurlu qəlbinə yol tapdı, səkkiz min nəfər sadiq və
əqidəli sufi ilə Şirvana tərəf yollandılar. İyirmi min süvarisi və bir
neçə min nəfər də piyada döyüşçüsü olan Şirvan valisi Fərrux
Yəsarla Gülüstan qalası yaxınlığında döyüş başlandı. O həzrət
qələbə çaldı, Fərrux Yəsar isə şir ovlayan qazilərin intiqam qılıncı
ilə bir çox Şirvan böyükləri və o diyarın piyada və süvarilərindən
ibarət çoxlu adamlarıyla birlikdə axirət evinə yollandı, o diyarda o
həzrətin (İsmayılın - Ş.F.) səltənət və şəhriyarlıq təbili uca səslə
çalınmağa başladı. O qış Şirvanın Mahmudabad adlı yerində
qaldılar. Şirvanşahın "Şeyxşah" ləqəbli oğlu Şeyx İbrahim gəmiyə
minib dərya yoluyla Gilana gəldi. Şirvan vilayətinin əksəriyyəti [o
həzrətə] itaət etdi, ölkədə və qalalarda saxlanılan bütün xəzinə və
dəfinələr Süleyman şanlı xaqanın sərkarına* verildi. Bəzi qalaların,
xüsusilə Bakı qalasının əhalisi xilaf məqamına gələrək, bir az
itaətsizlik (sərkeşi) və qaladarlıq (qələdari) etdilərsə də, qala
dövlətin gücü ilə zavalsız fəth olundu.
Bakı qalası üç tərəfdən dərya suyu ilə əhatələnmiş qaladır.
Heç bir şan-şöhrət sahibinin əli hələ onun ətəyinə (xakriz) dəyə
bilmirdi. Qalanın torpaq olan tərəfində aqillərin fikri kimi geniş
dərin xandaq (xəndəq) qazılmışdır.
83
Şirvan əhalisinin bəzi hissəsi Gülüstan qalasında
olduğundan [o həzrət] Bakı qalasından çıxaraq, Gülüstan qalasının
yaxınlığına gəldi.
Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala
mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən
mələk (soruş) o həzrətə Azərbaycanın səltənət taxtına və
padşahlığına yetişmək müjdəsi verdi. Həmin mələk röya aləmində
ona belə demişdi: "Həqir bir alacəhrə quşu (sə ve) iqbal ənginliyinin
uca uçan şahbazını ovlaya bilməz". O həzrət əzəmətli əmirləri
çağırıb onlara dedi: "Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan
taxtı?". Müqəddəs Səfəvi xanədanına etiqadı olan adamlar sədaqət
və müdriklik aləminə qapılıb, ilham dilinin sidq sözlərini bəyan
edərək, bu fikri düzgün sandılar, Azərbaycan taxtının müjdəsi ilə öz
sevinc sözlərini Keyvan** eylamnadək (eyvane-Keyvan) ucaltdılar.
Bu əsnada əmirzadə Əlvəndin*** artıq türkman əsgərləri ilə
Naxçıvana gəlmə və Süleyman şanlı xaqanla döyüşməkdən ötrü
türkman döyüşçü dəstələrini təyin etmə xəbəri gəlib-çatdı.
O həzrətin işıqlı qəlb ocağında (kanune-zəmire-monir)
qeyrət şöləsi alovlandı və Gülüstan qalasını tutmaqdan birdəfəlik əl
çəkərək, qeyb aləminin xəbərgətirənlərinin (monhiyane-aləme-ğeyb)
işarəsi ilə qala ayağından qalxdı və Azərbaycana yollandı.
Dostları ilə paylaş: |