Beyt[lər]
Əgər indi mənə bəxtim olsa yar,
Ədəb mücrüsündən qıfılı açar.
Cavan şahzadəyə bəsləyib inam,
Alimlik mülkündə təxt ucaldaram.
31
Məna güllərindən yığıb rəngbərəng,
Hikmət dükanına verərəm bəzək.
Çoxlu dürr çıxarıb elm bəhrindən
Caham dürr ilə dolduraram mən ".
53
Qələmim "Tarixe-aləmaraye-Abbasi" üzərində tərcümə
işimi bitirdikdən sonra İsgəndər bəyə bir qəsidə də yazdı. Qədim
şairlərin yazdıqları qədim şerlər üslubunda bir qəsidə. Məncə, bu
kiçik qəsidə böyük tarixçimizin həyatı haqqında yazılan ilk şerdir.
Ola bilsin ki, gələcəkdə onun kitabını tərcümə edən və canında
şairlik cövhəri olan mütərcimlərdən kimsə ona şer yazacaq. Bu isə o
böyük tarixçiyə həsr olunan ilk şerdir.
Yaşa, İsgəndər bəy Münşi. Yaşayacaqsan!
Qəsidə
Hədərə verməyərək bir anı İsgəndər bəy
Etdi təsvir Azərbaycanı İsgəndər bəy.
Çox kitab yazmış olan çoxlu yazar var, amma
Bir kitab ilə tapıb ad-sanı İsgəndər bəy.
İranın tarixinə nəsr ilə "Şahnamə " yazıb
Bir də tərif elədi İranı İsgəndər bəy.
Əllərində qələmi tutması məlum məsələ,
Həm də tutmuşdu qılınc-qalxam İsgəndər bəy.
Var idi bir neçə tarixçi Həsən Rumlu kimi,
Oldu tarixçilərin aslanı İsgəndər bəy.
Qazi Əhməd var idi, vardı Budaq Qəzvini,
Yaxşı ki, qoymadı boş meydanı İsgəndər bəy.
Topladı tarixi məktublarını şahlərin,
Münşi təkyazdı neçə fərmanı İsgəndər bəy.
53
Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I kitab, səh. 4,
32
Üləma əhli var idi o dövrdə - mahir,
Oldu bir çox üləma sarbanı İsgəndər bəy.
Meyli çox olsa da, məhdudidi imkanı fəqət,
Meylə uyğun elədi imkanı İsgəndər bəy.
Yazdı Hafiz ilə Sədi və Nizami babadan,
Oxudu məsnəvini, divanı İsgəndər bəy.
Sevdi çox fənni, bilib cəbri, nücum elmini də,
Gözəl öyrəndi gözəl Quranı İsgəndər bəy.
Söz bağından dəmət hazırladı bağban sayağı,
Yığaraq dəstəhdi reyhanı İsgəndər bəy.
Arabir yazdı coşub sevgi-məhəbbətdən də,
Hurini yad elədi, qılmanı İsgəndər bəy.
Etməmişdən hələ dünya evini tərk, əhsən,
Oldu üqba evinin heyranı İsgəndər bəy.
Şah Xətai - Səfəvilər bağının bağbanı!
Oldu tarix bağının bağbanı İsgəndər bəy.
Özü haqqında xəsisliklə yazıbdır, lakin
Gözləyibdi ədəbi-ərkanı İsgəndər bəy.
"Çox gəzən çox da bilər" söylədi əcdadlarımız,
Neçə yol gəzmədimi Şirvanı İsgəndər bəy?!
Vəsfini eylədi türk ellərini sevgiylə,
Şəruru yazdı, Baki-Şabranı İsgəndər bəy.
Qəndəhar torpağını seyr eylədi rəğbətlə,
Gördü Gürcüstanı, Luristanı İsgəndər bəy.
Gəzdi dərviş sayağı çox yerini Qafqazın,
Süzdü tarixçi kimi çox yanı İsgəndər bəy.
33
Təhrizin təsvirini verdi, Bəmə söz yazdı,
Xatirə saldı Reyi, Tehranı İsgəndər bəy.
Yazdı Dərbənd qalasından, ehdi Gəncəni vəsf
Muganı, Naxçıvanı, Arranı İsgəndər bəy.
Şəkidən, Qəhqəhədən, Kiş qalasından yazdı,
Qələmə aldı neçə üsyanı İsgəndər bəy
Qanalardan danışarkən o Gülüstan yazdı,
Sürxabı vəsf ehdi, Sindanı İsgəndər bəy.
Yazdı cürətli qələmlə tatar həngaməsini
Tuş edib tənqidə bir çox xanı İsgəndər bəy.
Qələmə aldı Moğol dövlətinin tarixini,
Səy ilə izlədi Hindistanı İsgəndər bəy.
Necə osmanlı-qızılbaş savaşından yazdı,
Yazdı onlarla qopan tüğyanı İsgəndər bəy
Çox səfərlərdə ki, Şah Abbasa həmrah oldu,
Tərif etdi o böyük sultanı İsgəndər bəy.
Bilmirəm etdi ürəkdənmi Şah Abbasə dua?
Olmağa hazır idi qurbanı Isgəndər bəy.
Ordubad əhli olan var idi hir Hatəm bəy,
Etdi təqdir o böyük insanı İsgəndər bəy
Sufi tək girdi təsəvvüf deyilən ümmanə,
Bildi arif oluban irfanı İsgəndər bəy.
Təqdim etdi neçə xəlqi oxucu kütləsinə —
Ərəbi, həm giləki, əfqanı İsgəndər bəy.
Ölməyibdir, kitabı etdi onu var Şahin,
Demirəm qeyrisi tək mən "Hanı İsgəndər bəy? "
* * *
34
Tərcümə prosesində tərəfimizdən anlaşılmaz olduğu üçün
bəzi şeir nümunələrini (cəmi 5-10 beyt) ixtisar etdik. Əsərdə bir
neçə cümlədən ibarət cüzi ixtisarada yol verilmiş, tərcümə
olunmayan yerə nöqtələr qoyulmuşdur. Tərcüməmizin səhifələrinin
haşiyələrindəki rəqəmlərə gəldikdə isə onlar əsərin 2003-cü il
Tehran nəşrinin və İrəc Əfşar tərəfindən istifadə olunmuş "Tarixe-
aləmaraye-Abbasi"nin Tehran əlyazma nüsxəsinin səhifələrini
göstərir. Məsələn, 1(2) rəqəmlərindəki" 1"- Tehran nəşrinin, ("2")
isə əsərin Tehran əlyazma nüsxəsinin səhifələridir. Tarixe-
aləmaraye-Abbasi" kitabının hazırlanmasında göstərilən diqqət və
qayğıya görə AMBA A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Yaqub Mahmudova,
elmi işlər üzrə direktor müavinləri t.ü.f.d. Cəbi Bəhramova, t.ü.f.d.
Tofiq Nəcəfliyə, elmi katib l.ü.f.d. Gövhər Məmmədovaya, rəyçilər
akademik Vasim Məmmədəliyevə, t.e.d., prof. Vaqif Piriyev
Buduqluya və f.ü.f.d., dos. Tofiq Cahangirova, həmçinin kitabdakı
Qurandan gətirilən ərəbcə surə və ayələrin, o cümlədən ifadələrin
tərcüməsində köməklik göstərən Bakı Dövlət Universiteti
Şərqşünaslıq fakültəsi Ərəb dili kafedrasının baş müəllimi Valeh
Tağıyevə minnətdarlığımı bildirirəm.
Müəllif kitabın hazırlanmasında zəhməti olan AMEA Tarix
İnstitutu İnformasiya Mərkəzinin
müdiri, t.ü.f.d. Elmar
Məhərrəmova, işçiləri Nuranə Əhədovaya, Nailə Məmmədovaya,
Səbinə Məmmədovaya, Ramilə Şıxəliyevaya, İradə Əliyevaya,
"Şərq-Qərb" Nəşriyyat evinin əməkdaşları Rasim Müzəffərliyə,
Hacı Quliyevə, Rövşən Ağayevə, Allahverdi Kərimova, Sevinc
Yusifovaya və Gültəkin Yusifovaya təşəkkür etməyi özünə borc
bilir.
Şahin Fazil
35
İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN
DÜNYANI BƏZƏYƏN
ABBASIN TARİXİ
(Tarixe-aləmaraye-A bbasi)
36
Bismillahir-rəhmanir-rəhim!*
Ağıl (oqul) və xəyal (ovham) dairəsindən kənar olan
əzəmətli İlahinin gözəl xüsusiyyətləri barədə yazmaq bəşər
səviyyəsindən (məhamed) və insan zəkasından (modrek) uzaq
olduğu üçün vahidlik (əhədiyyət) sarayının (bargah) mədhi (səna)
təsəvvürə sığmazdır və Onun mərhəməti haqqında yazmaq isə
barmağın (bənan) və qələmin qüdrəti ilə mümkün olan iş deyildir.
Elə bir gözlənilməz (qəflətəfza) arzunu həyata keçirməkdən ötrü
özlərinin məqsəd yoluna cəsarət addımını atan adamlar fəqət heyrət
çölünün sərgərdan adamlarındandırlar ki, elə ilk təmənna və
minnətdarlıq addımında palçığa batıb qalmışlar. Onlar huşyarlıq və
zəka cahanından uzaq düşərək, nadanlıq məhəlləsinin (kuy) başında
əyləşən şəxslərdirlər. Onlar [Allah-təalanın] əbədilik (səmədiyyət)
nəşəsini qavramaq gümanı ilə bilik məclisində fərziyyə qilü-qalı
içərisində qalmışlar və yəqinlik şamı yandıraraq, bu beytin
məzmununda deyildiyi kimi:
Beyt
Ağlın gücü çatmaz Səni isbat eləyim,
Mahiyyətini məgər bilən vardırmı?
54
çox çətin xəyala düşüb dayanmışlar. Mən də naqis ağlımı və
biliksizliyimi nəyəsə yararlı hesab edərək istədim ki, öz fikir
(əndişe) qədəmimi axtanşdan (təkapu) uzaqlaşdırım və onu sükut
(xamuşi) ətəyinə bürüyüm, bilik bazarmda yeri və əlində mayası
olmayan hövsələsiz adamlar kimi sakitcə əyləşim, ürəyimə ədəb
möhürü vurum, acizlik və çarəsizlik əlimi üzrxahlıq ətəyindən
asaraq, öz tərif dilimi bu beytlərin məzmununa uyğunlaşdırım:
Beytlər:
Əzminlə kamal bəxş edibsən bizə Sən,
54
Beytin farscası:
Konhe-xerədəm dor xore esbate - to nist,
Danəndeyi-zate-to becoz zate-to nist.
(Qeyd: Kitabdakı bütün ş'erlərin tərcüməsi bu sətirlər müəl-lifinindir - Ş.F.)
37
Aləm özü nəmdir o əta bəhrindən.
Bizlər nəçiyik qüdrətini vəsf eləyək?
İndi Sənə layiq nə deyim, ya Rəbb, mən?
55
Şah sarayını (bargah) bəzəyən seçkin (estefa) və
qənaətbəxş istiqamətin (erteza) mürşidləri olan müqəddəs
peyğəmbərin (nəbəvi) peyğəmbəranə cah-cəlalı, [həzrət Əlinin]
tərifəlayiq (mənaqeb və eftexar) fəaliyyəti, həmçinin pak imamların
tərifi Allahın sifətlərini əks etdirir. Elə buna görə də, mən özümü
savad kəsb etməməkdə bəhrəsiz görməmək, heyrət və nadanlıq
səhrasında sərgərdan etməməkdən ötrü çətinlikdən çəkinməməyin
gərəkli, məqsədə uyğun və biədəblilikdən xali olduğunu düşündüm.
Bu [kitabdakı] məqalələri (məqalat) yazmaqdan məqsəd budur ki,
mən, yəni [Allah] qullarının kiçiyi olan və Münşi kimi tanınan
İsgəndər* cavanlıq nəşəsinə daldığım vaxtlarda ağlı gödək
dünyapərəst adamların təhriki ilə, öz xislətimə Liyğun gələn dəbdə
olan elmləri (olume-motədavele) öyrənməkdən əl çəkib siyaq
elminə** (dəqiq mühasibat elmi - Ş.F.) həvəs göstərdim, bir müddət
bu natamam peşə (şöğle-natəmam) ilə məşğul oldum, naqis
etiqadımla özümü kamal rütbəsinə çatdırdım. [Bir müddət] dəyərli
vaxtımı dövlət adamlarına [xidmətdə] sərf etdikdən sonra uzaqgörən
ağlım məni qəflət yuxusunun xumarlığından (sokr) oyatdı və öz-
özümə dedim: "Qurşandığın bu kiçik (xəsis) iş səni fəzilət və
kamaldan yüz mərtəbə uzağa atdı. Sən ki, mənalar dalğaları ilə dolu
olan dənizdə üzgüçülük etmisən, heç rəvadırmı ki, mərəkə axtaran
şəxslərin yoluyla gedib surətpərəstliyə aldanasan?" Ətraflı düşünüb
bildim ki, vaxtım boş-boşuna keçmiş, mənim vücudum
peşimançılıqla dolmuşdur. [Amma], qabiliyyət və istedada malik və
inşa elminə (məktub və başqa sənədlərin fəsahət və bəlağətlə
yazılması - Ş.F.) bələd olmuş bəzi izzətli adamların feyzli
söhbətlərindən işıqlandım, həmin adamlarla həmsöhbət olduğum
vaxtlarda onların nəzm və nəsrdə zərnigar qələmlə bəyan səhifəsinə
yazdıqları faydalı və şirin sözləri dinlədikdə, mənim yoxsul
55
Beytlərin farscası:
Anca ke kəmal kebriyaye-to bovod,
Aləm nəmi əz bəhre-ətaye-to bovəd.
Ma-ra çe hədd həmd o sənaye-to bovəd?
Həm həmd-o sənaye to səzaye-to bovəd.
38
(doryuze) ilhamım həmin şəxslərin tərifəlayiq fikirlərinə
rəğbətləndi:
Misra
Ürəyimdə o həvəs canlandı
56
Ətəyimi əvvəlki işimdən üzərək, ürək tarlasına [yeni]
həvəsin toxumunu səpdim, şövq əli ilə o əziz adamların ətəklərindən
yapışdım. Beləliklə də, mən hümayun ləqəbləri "bəşər övladının
(xeyrül-bəşər) ən xeyirlisi olan həzrət Məhəmmədin - ona və nəslinə
salam olsun
57
- astanasının torpağı", "on iki umamın haqlı
məzhəbinin rəvac verəni (mərəvvəc) möminlər əmiri həzrət
Heydərin - ona və onun pak övladlarına Allahın salamı olsun -
sədaqətli qulamı"
58
kimi dürr səpən (dornesar) sözlərdən ibarət olan
və bununla da hər iki dünyanın bəzəyi olan, pak əhli-beytə xidmət
edən və bunu özü üçün iftixar sayan, özünü mələklər yuvası Nəcəf
bölgəsindəki (şəhərindəki - Ş.F.) [İmam Əli] astanasının iti bilən, iki
nisbətdən - [yəni] əzəmət və fayda (movhəbət) [baxımından] dünya
başçıları (sərvərane-aləm) və başqa sabiq padşahlarla müqayisədə
[böyük] sərvərlik rütbəsinə malik olan, mübaliğəsiz deyə bilərik ki,
Allahın kölgəsi olmaq nuru (zilbllahi) hümayun alnında (nasiye)
parlayan və ədalət günəşi hamının üstündə işıq saçan uca məqamlı
padşah, səfəvilərin ən çox fərqlənəni (səfvətnehad), musəvi və
hüseyni nəsilli, Heydər nəsəbli*, ölkələr tutan xaqanın (Şah Abbasın
- Ş.F.) sarayında xidmətə götürüldüm. Bu varaqlarının yazılmasının
əsas məqsədi o sultanlar sultanının mübarək əhvalatlarının əks
etdirilməsidir.
Şer
Dinli bir şahdır ədalətəsas,
Xəbfe-sedqe-Mortəza-Abbas.**
56
Misranın farscası:
An həvəs dər deləm pədid aməd
57
İfadənin ərəbcəsi: "xeyru-l-bəşəri salla-1-lahu aleyhi və alihi".
58
İfadənin ərəbcəsi: "Həzrətu əmiru-1-momininə Heydər səlamu-1-lahi əleyhi və
ovladihi-əl-əthəri murucu məzhəbi həqqi əimməti isna əşər əleyhim salavatu-1-lahi
əl-məliku-1-əkbəru həzrətu əmir-ul-mömininə Heydər səlamu-1-lahi əleyhi və ovladi-
l-əthəri".
39
Sayəsində nə kədər, ah olsun,
Aləmə bir əbədi şah olsun
59
Beləliklə, mən xilafət nişanlı sarayın münşilər silkinə qəbul
olundum. Bu böyük vəzifədə (moşgəleyi-əzim) gecə-gündüz
çalışdım və bu ləyaqətli işə bağlandım. Cidd-cəhd (himmət) istəyən,
fəhm və istedad (fetrət) tələb edən bu işi öyrənmək hələ mənə
müyəssər olmurdu, amma xəcil kamal və böyük çalışqanlıqla onu
öyrənmyə giriftar oldum.
Lakin, bu böyük vəzifədə (məşğoleye-əzim) hər gecə-
gündüz davam edən məşğuliyyətim mənim istəyimə (hemmət),
dərrakəmə (fəhm) və istedadımın ləyaqətlə davam etməsinə mane
oldu. İşin gedişində fürsət tapan kimi seyr və xəbərlə dolu kitabların
mütaliəsi ilə məşğul olub, həmin şərafətli peşədən bəhrələnməyimi
arzuladım:
Beyt:
Hər zərrəsində hava olan bir ürəyim var,
Dilənçi paltarı tək ürəyimdə yamaqlar.
60
Sözün qısası, bütün xidmətim (molazimət) müddətində
Cəm məqamlı o padşahın (Şah Abbasın - Ş.F.) sələfləri haqqında
yazılan kitablardan və onun özünün bəyənilən hərəkətlərindən öz
gözlərimlə müşahidə etdiklərimi ağıl tərəzisinin gözünə qoydum,
fəzilətli alimlər və bəlağətli tarixçilər tərəfindən bizim əvvəlki
sultanlarımızın yaxşı xüsusiyyətlərindən və vaqiələrindən bəhs edən
və maraqlı ibarə və istiarələrlə* zəngin olan neçə-neçə kitabı cidd-
cəhdlə oxudum, öyrəndim ki, yüksək qədir-qiymətli cahangirlərin
heç biri ona (Şah Abbasa - Ş.F.) bərabər olmamışlar. Düşündüm ki,
59
Beytin farscası:
Şahi bi din-o dade-ədlosas,
Xələfe-sedqe-Mortəza-Əbbas
Ke əz-u ruzgar xorrəm bad,
Ta əbəd padşahe-aləm bad.
60
Beytin farscası:
Darəm deli ke darəd hər zərreəş həvayi,
Çon xerqeyi-gədayan hər pareyi ze cayi
40
mən əgər bu yüksək məqamlı padşahın qulamı olmaq şərəfinə layiq
görülmüşəmsə, nə üçün kamal fənləri üzrə başqa istedad
sahiblərindən üstün olmayım? Nə üçün dünyanı özündə əks etdirən
güzgünün müqabilində dayanıb öz şer təbimin tutisini
dilləndirməyim? Niyə xəyal səhifəsində misilsiz (bihemal) ali nəsilli
şəhriyarın gözəl amallı əhvalatlarını gövhərlər səpən qələmlə öz
bəyan səhifəmə yazmayım? Neçin müqəddəs aləmin və pak ünsiyyət
sarayının ən yaxşısı və ən çox seviləni olan, cahanı bəzəyən və
məclislərə (bəzm) yaraşıq verən söz şahidlərinin qulaq və
boyunlarını şaha layiq dürlərlə bəzəməyim ki, əgər yüksək istedad
sahibi olan adamlardan üstün olmasam da, bu səadətli əməyin uğur
qazanmasından ötrü başqalarından üstün olmayım?
Beytlər:
Bax əvvəlkilərin əsərlərinə
Cahanda qalacaq sözdən başqa nə?
Şahdan yazacağın bu kitab ki var,
Nə üçün qalmasın səndən yadigar?
61
Bəzən uzaqgörən əqlin ədəb sahibi (yəni İsgəndər bəy
Münsi - Ş.F.) hərdənbir bu arzunun hələ tifil olan rüxsarını şillələyib
(təpançə) deyirdi: Sən hələlik elm dəbistanının* əbcədxanısan,**
belə olan halda ruzigar alimləri ilə bu nə şəriklik cəfəngiyyatı və
özbaşınalığıdır? Nə üçün bihudə yerə özünü istedad sahiblərinin
danlağına gətirirsən? Hansı yüksək sözün mərtəbələri daha uca ola
bilər ki, himməti qısa olan hər adamın əli onun izzət libasının
ətəklərinə çata bilsin? Məna bəzəyən hansı bəlağət və fəsahət
(soxənsəra) sahibinin [söz] təkyəgahı*** daha gözəl ola bilər ki, hər
hansı bir nadan və ad-sansız adam oraya daxil ola bilsin?
Sözün bənzəri var təmiz cövhərə,
Söz səmadan enib gəlmişdir yerə.
61
Beytin farscası:
Bebin ta ze asare-pişiniyan,
Çe baqi bovəd coz soxən dər cəhan?
Çera vəsfe-an namvər şəhriyar
Nəmanəd be qiti ze to yadigar?
41
İstəsə əsrarı edə aşikar
Müqəddəs kəslərlə ülfət bağlayar.
Əlçatmaz bir çölün ürkək ahusu
Hər kəslə ünsiyyəl etməz doğrusu.
Söz elə quşdur ki, uçuş zamanı
Ondan yerə düşər tace-Kəyani.
Hər kimin başına qonsa bu hüma
İsgəndərdən üstün olar daima
62
Heyhat, heyhat! Bu həqir zərrə, yəni hərflərin və nöqtələrin
təcəssümü olan [İsgəndər Münşi] məna aləminin günəşi ilə necə
eyni səviyyədə dura bilər? Qədir-qiymətsiz səhradakı balaca saxsı
parçasının (xəzəfrize) dərin ümmanın mirvariləri ilə bərabərlik
iddiası ola bilərmi?
Misra
"De görüm, sən hara, bəs xam olan bu arzu hara? "
63
Haqlı sual olduğuna görə mən bu fikirdən çəkinirdim,
hərdənbir də ümid gülşənimdə yuva quran qəlbimin şövqlü bülbülü
min bir dillə belə nəğmə oxumaqda idi: Hərçənd ki, məhd etməkdə
və qabiliyyət səhifəsinin yazılmasında sənin fikir qələmin kütdür,
amma mədh etdiyin şəxsin dünyanı dolaşan ləyaqət [kəhəri],
keyfiyyət və fəxarət covlangahında sürətlə addımlamaqdadır [sənin
bu sahədə qələm itiləməyin] bəd bir xislət və himmətsizlikdir.
62
Şerin farscası:
Zəhi qədre-soxən k-an covhəre-pak
Ze ərş aməd be suye-aləme-xak.
Ço xahəd xəlvəti ba kaşefe-raz
Nəgərdəd coz be əhle-qods dəmsaz.
Key in vəhşi ğəzale-dəşte olya
Begirəd ons ba hər xakpeyma?
Soxən morğıst k-əndər porfeşani
Foru barəd əz-u tace-Kəyani.
Kəsi-ra k-in homa bər sər neşinəd,
Be bala dəste-Eskəndər neşinəd.
63
Misranın farscası:
To koca-vo arizuye-xam kordən əz koca?"
42
Beyt
Səni Allah yaratmış və təbin var sənin,
Bil ki, minlərlə hünər var elm yurdunda
64
Sən niyə belə bəd xasiyyətə və sadəlövhlüyə razılıq
verirsən və qələm seyrinin cilovunu əyri yola yönəldir və onu ümid
yolu axtarışından çəkindirirsən? Sağlam düşüncəli adamlar
tərəfindən hamıya məlum olan tarix kitablarının oxunmasının
faydasını, xüsusilə yaxın vaxtlarda baş vermiş hadisələrə onların
böyük rəğbətlərinin mövcudluğunu və söz ustadlarının bu sahədə
imkanlarının çoxluğunu nəzərə aldıqda, [məlumdur ki,] daha
gözləmək vaxtı deyildir. [Buna görə də,] son öz qədəmini himmətin
istəyinə uyğun at və Allahın sənə uğur gətirməsini və Allah
tərəfindən diləyinin qəbul olunmasını istə:
Bu yola himmətlə qədəmini at,
Sənə şah iqbalı versin qol-qanad.
Elə hir xəzinə görünə sənə,
Şahanə mirvari gələ əlinə.
Cahanda dönəsən məşhur adama,
Allahın lütjuylə yetəsən kama
65
Bu fikirlərlə günlərimi başa vurdum. Mən öz bəhanə
axtaran təbiətim (məzac) və inadkar təbimlə çarpışmaqdaydım.
Nəhayət uzaqgörən rəyim belə qərarlaşdı ki, padşahlıq taxt-tacını
(deyhim) bəzəyən hökmdarın (Şah Abbasın - Ş.F.) qiymətli ömür
rəmzlərini (romuzat) ibarə səlisliyi, münasib sözlər, habelə bəzəkli
ifadə və mənalara qapılmadan yazım və yazılanları fikir və amal
dəftərində qeyd edim ki, əgər ömür vəfa edərsə, aidiyyətli (təəlləq)
64
Beytin farscası:
To-ra ke çide be balay həm bovəd dər təb
Hezar cense-honər əz diyare-danayi.
65
Beytlərin farscası:
Ze hemmət qədəm neh dər in şahrah
Be niruye-bəxt-o be eqbale-şah.
Ze gəncur-o gəncineye-ruzgar
Be dəst ar in loloye-şahvar
Ke, ta bər zəbanha rəvəd name-to,
Bərayəd ze lotfe-Xoda kame-to.
43
adamların ruzigarın müxtəlif işləri ilə məşğul olmaqdan başqa
çarələri qalmadığı kimi, vaxt tapıb fürsət əldə edim. Belə ki, Gəncəli
arif (Nizami Gəncəviyə işarədir - Ş.F.) bu iki beyt [şeri] ilə sirri
aşkara (kaşefi-raz) çıxaran bir adama çevrildi:
Dostları ilə paylaş: |