Übeyd xanın müqəddəs Məşhədi mühasirə etməsi:
Xülasə, o belə hiyləgərlik və cünunluqla xeyli qızıl (zər)
yığdı. Camaat onun zülmündən cana doymuşdu. Bu əsnada Übeyd
xan çoxlu döyüşçü ilə Amu çayından keçərək doqquz yüz qırx ikinci
ildə (miladi 1535/36) müqəddəs Məşhədin yaxınlığına çatdı, o
şərafətli şəhərin mühasirəsinə başladı. Sufyan Xəlifənin adamları
Məşhəd əhalisi ilə şəhərin bürc və barılarını möhkəmlədib,
mərdanəliklə qorunurdular. Özbəklərin qalanı tutmaqdan ötrü
144
etdikləri böyük səylərə baxmayaraq, bunun nəticəsi az oldu və onlar
şəhərə girə bilmədilər. Məşhədin mühasirəsindən agah olan Sufyan
Xəlifə öz adamlarına belə yazdı: "Mərd olun, tezliklə çataraq,
Übeyd xanı tutacağam, onun dərisini soyub, içinə saman dolduraraq,
şaha göndərəcəyəm".
Xülasə, tamahkarlıqda (tamee) özündən üstün olan Xızır
Çələbi adlı vəkilini Heratda qoyub, adamlarına bacardıqca çoxlu pul
yığmaları əmrini verdi və üç min adamla divanəcəsinə (divanəvar)
özbək padşahı ilə cəng etməkdən ötrü müqəddəs Məşhədə rəvan
oldu. Yolda ikən onun gözünə bir saman topası dəydi. Elə özü oraya
gedib, bir çuvalı samanla doldurdu, "Übeyd xanın dərisinə
doldurmaq üçün lazımdır" deyib, özü ilə götürdü. Məşhəd
yaxınlığında isə özbəklər tapdağından saman qalmamışdı. Xəlifənin
gəlişindən agah olan Übeyd xan təfəkkür bəhrinə girdi, çünki ona ar
gəlirdi ki, belə əzəmətli padşah ikən, o, şah əmirlərinin biri ilə qarşı-
qarşıya dayanıb döyüşəcəkdir. Ona belə söylədilər: "Döyüş vaxtı
xəlifəyə dəlilik üz verir və o, qarşısındakı ləşkərin çoxluğu barədə
heç fikirləşmir də. Belə ki, o, özünü dəfələrlə az saylı qızılbaşlarla
çoxlu özbək dəstəsinə çatdırmış, qalib gəlmiş, özbəklərlə cəng
etməkdə igidlik göstərmişdir. Məbadə yenə belə olsun".
Özbək əmirlərinin heç biri xansız onunla döyüşə girmək
istəmirdi. Übeyd xan zərurət üzündən hərbə hazırlaşıb bir dəstə
adamı qarovul kimi irəli göndərdi, oğlu Əbdüləziz Sultanı, Xarəzm
valisi Əli Sultanı, habelə Ulus Sultanı və Sevincək Məhəmməd
Sultanı qoşuna münqəlay edib, özü də onların ardınca hərəkətə
başladı.
Sufyan Xəlifənin öldürülməsi:
Sufyan Xəlifə özbəklərin ön dəstəsinin hücumuna düçar
oldu və döyüşərək qələbə çaldı, özbək dəstəsinin sərdarı isə qazilər
tərəfindən tutuldu. O, Sufyan Xəlifəyə dedi: "Sən hansı ağılla üç
min nəfər ilə ən azı otuz min adamı olan özbək padşahının
müqabilinə gedirsən. Yaxşısı budur: Sən indi geri qayıt və özünü
Herat qalasına çatdır". Xəlifə qürurunun çoxluğundan, istəyinin
böyüklüyündən və divanəliyi üzündən hərb etməyi məsləhət bildi,
həmin gecə döyüşə hazırlaşdı. Sübh, özbəklərin münqəlayı
göründükdə Sufyan Xəlifə də döyüş səfini bəzədi. Tərəflər əllərini
cəng alətlərinə uzatdılar. Həqiqətən də qızılbaşlar özlərini o ləşkər
145
dəryasının içərisinə ataraq elə vuruşdular ki, fələkdən bu cəngə
nəzər yetirənlər bu adamlara təəccüb və heyrət gözləri ilə baxırdılar.
Übeyd qələbənin qızılbaş qoşunu tərəfindən ola biləcəyi
qorxusundan özü ləşkərin qəlb hissəsi ilə hərəkətə başladı, ağır
dəstəsi ilə özünü qızılbaş səfinə vurdu. Qazilər bacardıqları qədər və
qüvvələri çatınca özbək bahadırların hücumlarını dəf edirdilər,
nəhayət müqavimət göstərməkdən aciz qalaraq fərar yoluna
düşdülər. Sufyan Xəlifə təzə bir divanəliyə başlayıb özünü
yanındakı bir neçə nəfər qazi ilə döyüş meydanının yaxınlığında
olan xaraba bir qalaya (hisar) saldı, silah-sürsatsız halda mühasirəyə
düşdü. Übeyd xan isə gəlib qala ayağında dayandı.
Qazilər otuz beş gün at əti ilə birtəhər dolanaraq özbəklərə
müqavimət göstərdilər. Özbəklər isə şeybələrini
135
qabağa çəkib,
torpaq dolu çuvalları üst-üstə yığdılar və nəhayət o qalanı tutdular,
Sufyan Xəlifəni tutub qətlə yetirdilər. "Əhsənüt-təvarix" müəllifi
yazır: "Xorasanda hakimiyyətdə olduğu az vaxt müddətində Süfyan
Xəlifə dörd min yeddi yüz nəfər özbəyi qətlə yetirmişdi".
Xülasə, bu xəbər Herata çatdıqda Xəlifənin vəkili Xızr
Çələbi qızılbaşlarla birlikdə şəhərdəydilər. Onlar şəhərin və ətraf
yerlərin adamlarını qaladarlıq silahları hazırlığına başlamağa
çağırdılar. Bu tapşırıqla şəhər ətrafındakı yerlərin sakinləri
razılaşmadılar. Onlar Xızr Çələbi və adamlarının zülmündən cana
doyduqları üçün şəhərlilərlə ixtilafa başladılar, Übeyd xanı şəhərə
dəvət etmək üçün məxfi surətdə (48) onun yanını adam yolladılar.
Xan şəhər xaricinə çataraq, mühasirə işinə başladı. Qazilər və şəhər
sakinləri olduqca nizam-intizamsız halda əlli günədək Übeyd xana
müqavimət göstərib şəhəri qorudular. Axırda şəhər əyanlarından biri
Übeyd xanın yalan vədlərinə inadıb, bir gecə özünün qoruduğu
bürcdən üç yüz özbəyi yuxarı çəkdi və özbəklər şəhərə tökülüşdülər.
Çoxlu döyüşdən və səylərdən sonra qazilər məğlub olaraq,
İxtiyarəddin qalasına qaçdılar, özbəklərsə o fəxarətli şəhəri ələ
keçirdilər. Əhali arasına bəla tufanı düşdü və özbəklər
müsəlmanların mallarına əl uzadaraq, onların xəzinə və dəfinələrini
işgəncə və zorla əllərindən aldılar. Übeyd xan qalaya adam göndərib
135
Qeyd: Seybə - Döyüşçülərin mühasirəyə aldıqları qalanı tutmaqdan ötrü qala
istiqamətinə qazdıqları dərin xandaq. Onlar xandaqdan çıxan torpağı, özlərinin qarşı
tərəfdən atılan oxa, ya qülləyə tuş olmamalarından ötrü, çuvallara doldurur və xandaq
qalaya çatanadək çuvalları irəli aprırdılar - Ş.F.
146
onlarla belə şərtləşdi: "Əgər Xızr Çələbi Sufyan Xəlifənin varlı və
yoxsul adamlardan (xacəgan) yığdığı var-dövləti gətirib təhvil
verərsə, o və yoldaşları qətl-qarətdən uzaq olacaqlar". Əhd-
peymandan sonra qazilər qaladan çıxdılar. Özbəklərsə onları lüt-
üryan edərək Buxaraya rəvan etdilər, amma elə yoldaca qətlə
yetirdilər. Übeyd xan özbəklərə bundan sonra qətl və qarəti qadağan
etdi və məmləkətdarlıq işlərinə başladı. O, on dörd ay Herat
darüssəltənəsində hakimiyyət taxtında əyləşərək kam almaqdaydı,
lakin hər gün bir neçə günahsız adamı rəfz və şiəlikdə ittiham edib
iki nəfər cahil və nadan adamın şahidliyi ilə şəhərin dörd yol
ayrıcında (çəharsovq) qətlə yetirirdi.
Şah Təhmasibin Übeyd xanı dəf etmək üçün Xorasana gəlişi:
O
zalım adamm zülmü günbəgün artır, qəlbisınıq adamların
ah-nalələri və haqsız öldürülənlərin varislərinin fəryadı göyə
ucalırdı. Bu xəbərlər nəhayət Azərbaycanda Cəm məqamlı şaha
gedib-çatdı və o, özbəklərin dəf edilməsi qərarına gəldi. Doqquz yüz
qırx üçüncü ildə (miladi 1536) adlı-sanlı əmirlər və şüarları zəfər
olan əskərlərlə yola düşdü, [qızılbaşlar] köç-köç rəvan oldular. Bu
elə bir vaxt idi ki, Übeyd xan o vaxtadək qızılbaşların əlində olan
müqəddəs Məşhədi almaqdan ötrü Heratdan çıxmış və məqsəd
istiqamətinə yollanmışdı.
Übeyd xanın Heratdan fərar etməsi:
Şah ordusunun gəlişi xəbəri həmin diyarda eşidilməyə
başlayanda, Übeyd xan Baxərzdə idi, eşitdi ki, həzrət şah artıq Nisa
və Əbivərdə gəlib çatmış və tezliklə onun hümayun qəməri Herat
darüssəltənəsinin üfüqündə parlayacaqdır.
Übeyd xan elə həmin gün Baxərzdən Herata qayıtdı,
həmrahı olan böyüklü-kiçikli bütün çingiziyyə sultanlarını bir yerə
topladı, kənqaş məclisi çağırdı, getmək ya qalmaq barədə onlarla
məsləhətləşdi, belə dedi: "Qızılbaşlar bu qış fəslində səfər
məşəqqətinə dözə-dözə uzaq yoldan gəlmişlər və bərk əziyyət
çəkmişlər. Biz say etibarilə onlardan çox və üstünük. Əgər
döyüşsək, etimal ki, bu dəfə onlara qalib gələ bilərik". Özbək
sultanlarının və böyük adamlarının hamısı birlikdə dedilər ki, bizim
həzrət şahla hərb etmək taqətimiz yoxdur. Bu haqda Übeyd xanın
147
çox danışmağına baxmayaraq irəli sürdüyü təklif keçmədi, zərurət
üzündən qışın ortasında, günəşin dəlv bürcündə* olduğu vaxt giryan
və nalan halda Pole-Malan ilə vidalaşdı, Bəlx yoluyla Buxaraya
yollandı, dünya xosrovunun günəş şüalarının kölgəsi isə Herat
sakinlərinin üzərinə düşdü. Şah gələrək, əzəmət və cah-cəlalla o
irəm (cənnət - Ş.F.) timsallı şəhərdə dayandı. Ölkənin məlal və
çarəsizliyə qərq olmuş biçarə adamları onun ədalət və cahanbanlıq
kölgəsi altında aram oldular, özbək hücumuna dözməkdən
qurtuldular.
Şah Təhmasibin Qəndəharı tutmaqdan ötrü yürüşə başlaması
Sam Mirzə Təbəsə gedərək orada qalaya sığındığı üsün,
Şahqulu Xəlifə Möhrdar Zülqədər ədalətli şəhriyarın fərmanına
əməl edərək, bəzi əmirlərlə oraya getdi və onu tutub aləmpənah
dərgaha gətirdi. Sam Mirzə şahın yanında öz xəcalət başını aşağı
dikib gözlərindən peşimanlıq yaşları yağdırmağa başladı. Həzrət
Cəm məqamlı cənnətməkan şah onun taxsırlarını padşahanə əfv
etdisə də, bəzi mülazimlər, fitnə küləyi və fəsad sahibi olduğu üçün,
onu qətl etdilər, Xorasan hakimliyi cavanbəxt şahzadə Sultan
Məhəmməd Mirzəyə verildi, Məhəmmədxan Şərəfəddinoğlu Təkəli
onun lələsi və əmirül ümərası oldu.
Qış fəsli sona çatdığı üçün ürəkaçan bahar öz təravəti və
yaşıllığı ilə cilvələndi. Şam Mirzənin, xilaf səhrasına düşərək,
özbaşına Qəndəhara gedib bir iş görə bilmədiyinə baxmayaraq,
qardaşına görə o həzrətin üzündə qeyrət (həmiyyət) təri görünməyə
başladı. [Şah] qızılbaşlarla cəngdə qorxmazlıq nümayiş etdirmiş
cığatay əskərlərinə qarşı intiqam məqamında dayandı, Qəndəhara və
Zəmindəvarə yürüşə keçdi, Hirmənd* çayı kənarında Əmir Sultan
Rumlunu çoxlu əskərlə irəli göndərdi. Qəndəhar hakimi Xacə Kəlan
hümayun şəhriyarın hücumundan xəbərdar olduqda, onun səbat
kökü əsməyə başladı, öz qohumlarından olan Gənci Xacə adlı bir
adamı qalada saxladı və özü Sində tərəf getdi. Başı fələyə ucalan
hümayun şah çətirinin günəşi Qəndəhar diyarının üfüqündə
göründükdə, Gənci Xacə şahənşahın hücum qorxusundan (nəhib)
itaət və tabeçilikdən başqa çarə tapmayıb, cahanpənah dərgaha gəldi
və şəhərlə qalanın açarlarını şah sarayının xidmətçilərinə təhvil
verdi. Həzrət şah o vilayətin idarə olunmasını Budaq xan Qaraca
tapşıraraq, yürüş cilovunu zəfərlə Herat səmtinə döndərdi.
148
Özbək padşahı Übeyd xanın vəfatı:
O həzrətin Qəndəhar yürüşündən qayıtması xəbəri
Buxaraya çatdıqda, Übeyd xan və özbək sultanları bərk qorxuya
düşdülər, özlərinin dilli-dilavər elçilərini töhfə və hədiyyələrlə Bəlx,
Səmərqənd və Buxaradan uca məkanlı xosrovun dərgahına
yolladılar, ona Qəndəharın fəthi münasibətilə öz təbriklərini
(təhniyət) göndərdilər.
O həzrət bir neçə gün ehtiyacı olan adamların mətləb və
istəklərini həll etməklə məşğul oldu, o vilayətin zəruri işlərini
məğlubedilməz dövlətin məsləhətinə uyğun tənzimlədi və doqquz
yüz qırx dördüncü ildə (miladi 1537/38) "İlahini (malikül-mülk)
hidayəti ilə" İraqa tərəf rəvan oldu. Məhəmməd xan Şərəfəddinoğlu
[isə] məşhur şahzadənin (Məhəmməd Mirzənin - Ş.F.) xidmətində
duraraq, Xorasanın məhzun və qəlbisınıq adamlarının işləriylə tanış
oldu, rəiyyətin vəziyyətinin yaxşılaşmasına çalışdı. Übeyd xan bu
hadisədən sonra ayağını ədəb ətəyinə qoyub, bir daha faydasız
yürüşlərə çıxmadı, ondan bir-iki il heç bir hərəkət görünmədi.
Doqquz yüz qırx altıncı ildə (miladi 1539/40) məzlum və dərdli
adamların etdikləri ahların təsirindən xəstəlik yatağına düşdü və ağır
(səb) xəstəliyə düçar oldu, Herat arzusu və Pole-Malanın seyrinə
getmək diləyi ilə can verib üqba aləminə yollandı, Xorasan əhalisi o
imansız adamın cövr və tüğyanından xilas oldu. Bu səhifədə
Xorasan hadisələrindən bir neçəsi yazıldığından, Xorasanda baş
vermiş başqa əhvalatlardan danışılmadı. İndisə, Azərbaycan
sərhədindəki qəribə hadisələrdən, Rum sultanının o yerlərə qoşun
çəkməyindən yazmaqla Xorasan əhvalatlarının şərhini tamalayaq.
RUM XANDGARI SULTAN SÜLEYMANIN ƏCƏM
DİYARINA LƏŞKƏR ÇƏKMƏYİ VƏ ONUN XOSROV VƏ
CƏM TAXTINI BƏZƏYƏN [ŞAH İLƏ] HƏRBİNİN ZİKRİ
Yuxarıda deyildi ki, Cəm qədrli hümayun şah Sultan
Süleyman padşah öz hakimiyyəti zamanı alçaq fitnə-fəsadlı
adamların təhriki ilə dörd dəfə əcəm diyarına (Azərbaycana - Ş.F.)
ləşkər çəkərək Cəm məqamlı cənnətməkan şahla döyüşə başladı.
Birinci yürüş Əllamə Təkəlinin təhriki ilə baş verdi. Bu hadisənin
icmalı belədir: Əllamə Təkəli Süleyman şanlı xaqanın dövründə
yasovullar silkinə mənsub idi. Tədricən nökərlik (hərbi xidmət
149
nəzərdə tutulur - Ş.F.) mərtəbələrini keçdi və qoşunundakı yaxşı
xidmətlərinə görə əmirlik (əmarət) rütbəsinə yüksəldi, Cuhə
Sultanın iqtidarı dövründə Azərbaycanın əmirülmərası oldu. Cuhə
Sultanın öldürülməsindən sonra təkəbbür (nəxvət) və qürur onun
beynini dumanlandırdı və Cuhə Sultanının yerinə qüdrət sahibli
vəkil və dövlət işlərinin nizamlayıcısı olmaq fikrinə düşdü. Məqsədi
yerinə yetmədiyindən, yuxarıda yazıldığı kimi, bu xanədanın təlim-
tərbiyəsini unudub bu əbədi dövlətdən üz döndərdi və Rum
[ölkəsinə] getdi, orada fitnəkarlığa qurşanaraq xandgarı əcəm
vilayətinə
yürüş
etməyə
qızışdırdı.
Xandgar
məsələnin
başlanğıcında Fil paşanı əlli min döyüşçü ilə bu diyara yolladı.
Təblis hakimi (Bidlis olmalıdır) Şərəfxan Ruzəki Kürd bu səadətli
dudmanın təbəələrindəndi. Fil paşa əvvəlcə onun üzərinə hücuma
keçdi, onu həmin vilayətdən çıxardı və Van bölgəsinə ləşkər çəkmək
istədi. Cənnətməkan şah bir neçə qəhrli qoşunla onun üstünə
yürüdü. Fələk həşəmətli şəhriyarın qorxusundan Fil paşa müqavimət
göstərə bilmədi, toplarını ataraq qaçdı. Onun fərar etməsindən sonra
zəfər ayəli ordu Übeyd xan Özbəkin fitnəsini dəf etməkdən ötrü
Xorasana tərəf hərəkət etdi, Herat darüssəltənəsindən Mavərənnəhrə
yollandı. [O vaxtlarda] Əllamə xandgarın yanına ardıcıl olaraq
elçilər yollayıb, ona belə ərz etdi: "Qızılbaşların padşahı Xorasandan
Mavərənnəhrə ləşkər çəkmişdir, orada özbək döyüşçüləri ilə
savaşmaqda, moğol və tatarlarla döyüşməkdədir. [Buna görə də,]
Azərbaycan və İraq boşalmışdır". Sultan Süleyman onun sözlərinə
əməl edərək, saysız-hesabsız ləşkərlərlə İstanbuldan Azərbaycana
hücuma keçdi. Baş vəzir İbrahim paşanı həştad min döyüşçü ilə
münqəlay edərək, özü onların arxasınca hərəkətə başladı. İbrahim
paşa Əllaməyə qoşulub, onu Ərdəbilə, başqa paşaları isə
Azərbaycanın başqa şəhərlərinə yolladı. Onlar əksər yerləri tutdular.
Bu xəbər Ələngneşində o Keyxosrov (əzəmətli) şəhriyara
çatdıqda Mavərənnəhrə yürüşünü dayandırıb, Xorasandan İraqa
yollandı, iyirmi bir köç məsafəni arxada qoyaraq, Reyin
Kəbudgünbəd adlı yerinə gəlib çatdı. Hümayun şah ordusunun
[Mavərənnəhr yürüşündən] geri qayıtması xəbəri İbrahim paşaya
çatdıqda ləşkərin çoxluğuna və döyüşçülərin bolluğuna baxmayaraq,
lərzəyə düşdü və Sultan Süleymana yazdı: "Qızılbaş padşahı
Xorasandan iyirmi bir köç məsafəni qət edərək Reyə gəlmişdir, [hal-
hazırda] mənim üzərimə hücum etməkdədir. Biz nökərlərin isə
padşahlar əzəmətinə (şokuh) tab etmək gücümüz yoxdur".
150
Beyt
Özün gəlməlisən şəhriyar kimi,
Özün olmalısan onun qənimi.
136
Sultan Süleyman sürətlə Təbrizə çataraq, İbrahim paşaya
birləşdi.
Uzun yol keçdikləri üçün qazilərin atlarının əksəriyyəti
işdən düşmüşdü. Xorasan yasaqından* [təzəcə] qayıtdıqlarından
ləşkərdə nizam-intizamsızlıq vardı. Buna görə də qazilər
Azərbaycan yasağını təşkil etmək və rumilərlə hərbə
hazırlaşmaqdan ötrü öz yerlərinə qayıtmışdılar, belə ki, Qəzvində
hümayun orduda yeddi min nəfərdən artıq əskər yox idi. Bəhram
Mirzə və Əlqas Mirzəni Hüseyn Şamlı və bəzi əmirlərlə birilikdə
münqəlay təyin etdilər və Təbriz tərəfə göndərdilər. Zəfər ayəli ordu
isə onların ardınca gedərək Əbhərə çatdı. [Bu vaxt] xandgarın
Təbrizdən İraqa yollanması xəbəri gəldi. Qızılüzən çayının bu
tərəfində Bəhram Mirzə və qızılbaş əskəri ilə rum ləşkərinin
münqəlayı olan İbrahim paşa arasında döyüş oldu. Bəhram Mirzə və
əmirlər döyüşə-döyüşə özlərini dağa çatdırdılar, amma saysız-
hesabsız rumlu ləşkəri hücumla dəstə-dəstə gəlməkdəydi. Bu xəbəri
eşidən müzəffər əskərlərin canına bərk qorxu düşdü, [əlbəttə] sadiq
adamlar öz iqballarının gücü ilə bu dövlətin zavalsız olduğuna
inanırdılar, nifaq əhli isə artıq başqa cür düşünürdü.
Bu əsnada Kuh-Giluyə hakimi Əlvəndxan Əfşar döyüşkən
qoşunla çataraq səf bəzədi və şahın yanına gəldi, hər tərəfdən də
qoşun dəstələri gələrək hümayun orduya qoşuldu. Cənnətməkan şah
Bəhram Mirzə və əmirlərin köməyinə getmək istəyirdi ki, Sultan
Süleymanın
saysız-hesabsız
əskərlə
Miyanədən
keçərək,
Sultaniyyəyə yetişməsi xəbəri gəlib çatdı. Bəhram Mirzə və əmirlər
də geri qayıtdılar və hümayun orduya birləşdilər. Bu vaxt şahın
yanında boya-başa çatmış və oğulluq mərtəbəsinə yüksəlmiş
Əlaüddövlə Zülqədərin oğlu Kor Şahruxun oğlu Məhəmməd xan
Zülqədər özünün batinindəki inadını zahirə çıxarıb, atasının
136
Beytin farscası:
Məgər həm to ayi benavərde-u,
Bemeydan to başi həmavərde-u.
151
qızılbaşlarla olan əhvalatını xatırladı, Burun Sultan Təkəli və başqa
adamlarla şahdan döndü, gedib müxaliflərə qoşuldu. Cənnətməkan
şah elə onsuz da bir dəstə nifaq əhli olan Hüseyn xan Şamlı, Qazi
xan Təkəli və Məlik bəy Cüveyni kimi bəd əməlli əmirlərin
hərəkətlərini müşahidə etməkdə və onlara qarşı etimadsızlıq
göstərməkdəydi. Buna görə də canlarından keçən mübarizələri
toplamaqdan ötrü bir neçə gün döyüşü yubatmaq qərarına gəldi,
"göylərin və yerin qoşunları Allahındır"
137
kimi kəramətli sirr zahir
oldu və birdən-birə sanki qeybdən zahir olan döyüşçülər rum
qoşununun dəfinə başladılar. Əqrəb bürcünün* on üçündə
Sultaniyyəyə qalın qar yağdı. Elə qar ki, Kamal İsmayıl belə
demişdi:
Beyt:
Pambıq içində gizli qalan pənbədanətək
138
Qaldı qarın altında yenə dağ cismləri.
139
Sultaniyyədə rumi ləşkərinin çadırları qar altında qaldı və
rumi döyüşçülərdən çoxlu adam qarın içərisində görünməz oldu,
şaxtadan dondular. Bir şair həmin hadisə haqqında belə demişdir:
Beytlər:
Sultaniyə səmtinə səfər eylərikən
Gördüm iki min cəsəd, nə gor var, nə kəfən.
Sordum ki, "Kim öldürüb bu osmanlıları?"
Dilləndi səhər yeli, cavab verdi ki, "Mən!"
140
137
İfadənin ərəbcəsi: "...və lillahi cünudu-s-səmavati və-l-ardi".
138
Pənbədanə - pambıq toxumu, çəyirdəyi - Ş.F.
139
Beytin farcası:
Manənde-ponbedane ke dər pənbe təbiyəst
Əcrame-kuhhast nehan dər miyane-bərf.
140
Beytlərin farscası:
Rəftəm ço be Sultaniye-an torfe çəmən,
Didəm do hezar morde bi gur-o kəfən.
Goftəm "Ke bekoşt inhəme osmani-ra?
Bade-səhər əz miyane bərxast ke: "Mən!".
152
[Daha] İraqda qalmağa Sultan Süleymanın imkanı olmadı.
Azuqə qıtlığından Azərbaycan yolu ilə geri qayıtmaq mümkün
olmadığı üçün, abadan yer olan Şəhrizura getdi ki, bu qışı Mosul
yaxınlığında qışlasın. O, Əllaməni Zülqədərlə Təbrizə yolladı,
cənnətməkan şah da onlara hücum etdi. Qazi xan Təkəli duz-çörəyi
unudub hümayun ordudan qaçdı, Təbrizə getdi, Əllaməni və onun
yoldaşlarını şəhriyarın hücumundan xəbərdar etdi, [nəticədə] onlar
Vana qaçdılar, həmin qalaya sığındılar.
Sam Mirzə ilə dost olduğu üçün cənnətməkan şahın
Hüseyn xan Şamlıdan xoşu gəlmirdi. O bu arada fərar etdi və şah
tərəfindən qətlə yetdi. Şah [sonra] Van qalasına hücuma keçdi və
onları (Əllaməni və yoldaşlarını - Ş.F) qalada mühasirəyə aldı,
həmin qışı qala ayağında dayandı.
Sultan Süleyman Mosula rəvan olan vaxt İbrahim paşa
Bağdad hakimi Məhəmməd xan Şərəfəddinoğlunun və təkəli
əmirlərinin yanına bir adam yolladı, onların xandgara tabe
olmalarını və Bağdad qalasını təhvil vermələrini məsləhət gördü.
Məhəmməd xan onun məsləhətinə əməl etmədi. Amma, böyüklər və
ağsaqqallar Cuhə Sultanın qətli və təkəli əmirləri olan Əllamənin və
Qazi xanın fərarı səbəbindən, həmçinin cənnətməkan şahdan
qorxduqları üçün, xandgara itaət etməyi özlərinə məsləhət bildilər,
qalanın açarını xandgara göndərib onu qalaya dəvət etdilər. Xandgar
Mosul qışlağından qayıdıb Bağdada yollandı. Sufi və dövlətxah
adam olan Məhəmməd xan Şərəfəddinoğlu şahın əmrinə əsasən
şəhər və qaladan əl üzüb, çay üzərindəki körpünü (cəsr) kəsdi,
"şahısevən" olan özünün təxminən üç yüz nəfər qohum-əqrabası ilə
Bəsrə yoluyla Düzfula gəldi, oradan da Şiraza gəlib-yetişdilər.
Başqa təkəlilər isə Sultan Süleymanı istiqbal edib Bağdada
gətirdilər. Sultan həmin qışı Bağdadda qışladı.
Dostları ilə paylaş: |