Şah Təhmasibin özbək padşahı Übeyd
xanı cəzalandırmaqdan ötrü Xorasana gedişi:
Amma Übeyd xan fəxarətli Herat şəhərini artıq tutduğu
üçün özünü Xorasan mülkünün maliki kimi görürdü. O Fərəh
qalasının [da] fəthinə yollanaraq Əhməd Sultan Əfşarın üstünə
qoşun çəkdi və qalanı mühasirəyə aldı. Oranı tutmaqdan ötrü çox
cidd-cəhd edən Übeyd xan heç bir iş görə bilməyib, mühasirədən əl
çəkdi və Herata qayıtdı. Elə ki, iqbal ordusu günəşinin görünmə
xəbəri (yəni şah ordusunun Xorasana gəlməsi - Ş.F.) o vilayətə gəlib
çatdı, Übeyd xanın səbat kökünə zəlzələ düşdü və o, Heratdan
Mərvə tərəf getdi, dilləri yağlı elçilərini çingiziyyə xanlarının yanına
yollayıb təcili olaraq onun köməyinə yetişmələrini xahiş etdi.
Xan elə oradan həzrət cənnətməkan şaha kobud (nahəmvar)
məktublar yazıb göndərdi, Mərvdə əyləşib kömək gözləməyə
başladı. Turan sultanları [tezliklə] Mərvdə toplaşaraq qızılbaş
padşahı ilə yeni hərbə başlamaq barədə hər sülalənin aqilləri və
atalıqları* ilə kənqaş** keçirdilər, amma onların əksəriyyətinin fikri
cəng etməmək oldu. Sultanların ən yaşlısı və Səmərqənd hökmdarı
olan Kucəm xan elə həmin il ölmüş, oğlu Əbu Səid xan onun
qaimməqamı olmuşdu. O, Übeyd xana qəti etirazla dedi: "Biz bu
müddət ərzində Xorasana [dəfələrlə] gəlib, qızılbaşlarla cəng
etmişiksə də, xəsarətdən başqa heç bir fayda görməmişik. Yox, əgər
sən onlara müqavimət göstərmək istəyirsənsə ixtiyar sahibisən,
amma biz qızılbaşlarla cəngdə [daha] səninlə yoldaşlıq etmirik.
Məsləhətdir ki, sən də öz məmləkətinlə kifayətlənib bu faydasız
cəhddən əl çəkəsən".
135
Cuci [xan] pejadlı* sultanların çoxu onun sözünü
dəstəkləyib köməyinə getmədilər. Übeyd xan sultanlar köməyindən
məyus oldu. Onun göndərdiyi elçi isə şahın yanına yetişib, ləşkərin
toplanması və kəmiyyəti barədə məlumat verdi, ondan şaha
yazdıqları üslubda kobud tərzli cavab məktubu aldı. Həmin namədə
bu beyt [də] yazılmışdı.
Beyt
Ey özil kar, bəxti kor insan, bəli,
Kar və korun güclü olarmı əli?
131
Nəticədə [Übeyd xan] həsrətli könül və naləli xatir ilə
Xorasanla əlaqəsini kəsərək, Buxaraya rəvan oldu. Cənnətməkan
şah isə səadət və iqballa Xorasana gəldi və həmin vilayətin bütün
yerlərinə sahibləndi. O, Herat darüssəltənəsində əyləşib, o diyarın
ürəkləri şikəst və narahat adamlarının yaralarına rahətlik məlhəmi
çəkdi, Xorasan hakimliyini öz əyan qardaşı Bəhram Mirzəyə inayət
etdi, Qazi xan Təkəli mirzənin lələsi və Xorasanın əmirülümərası
oldu. Şah o vilayətin hər yerinə əmirlər və hakimlər təyin edib,
bütün təbəələrinin işlərini yenidən nizama saldı. Özbək qarətçi
qoşunun gediş-gəlişindən Xorasana dəymiş dağıntını sahmana
salmaq və zəfərli əsgərlərin maaş qıtlığını (zeyqi-məaş), həmçinin o
diyar əhalisinin vəziyyətini nəzərə alaraq, İraqa qayıtmağı məsləhət
bilən müzəffər dünya şəhriyarı atının cilovunu o səmtə yönəltdi.
ÜBEYD XANIN XORAŞANA BEŞİNCİ
GƏLİŞİ VƏ FƏRAR ETMƏSİNİN ZİKRİ
Cənnətməkan şahın geri qayıtmaq xəbəri Buxarada Übeyd
xana çatdı. O, doqquz yüz otuz yeddinci il (miladi 1530/31) olan
ertəsi il Qamış Oğlanı bəzi özbək əmirləriylə bu xəbərin
dəqiqləşdirilməsindən ötrü Xorasana göndərdi. Onlar Amu çayını
keçib Sərəxs yoluyla müqəddəs Məşhədə gəldilər. Məşhəd hakimi
Müntəşa (mətndə səhvən "Müsənna" yazılıb - Ş.F.) Sultan Ustaclı
131
Beytin farscası:
To kəri-vo həst tora bəxte-kur,
Kur-o kəri-ra ce bovəd dəste-zur?
136
və Nişapur hakimi Ağzıvar xan Şamlı bir-birləriylə birləşib, Qamuş
Oğlanın və özbəklərin üstünə yeridilər və aralarında kiçik bir cəng
oldu, qazilər müxaliflərin bir neçə nəfərini öldürdülər. Özlərində
müqavimət gücü görməyən özbəklər hərbdən əl çəkərək geriyə,
əmirlərsə öz məkanlarına qayıtdılar.
Übeyd xanın Herat qalasını mühasirə etməsi:
Doqquz yüz otuz səkkizinci ildə (miladi 1531/32) Ubeyd
xan yenidən saysız-hesabsız döyüşçü yığıb Xorasana üz tutdu. O,
Herat şəhərinin xaricində dayanıb mühasirə işinə başladı, Xorasan
vilayətinin hər yerinə öz əmirlərini göndərdi. Oğlu Əbdüləziz
Sultanı müqəddəs Məşhədə, Qamış Oğlanı Astrabada, Xangəldi
bahadırı Səbzvara və başqa bir dəstəni Bəstam vilayətinə yola saldı.
Müntəşa Sultan, Ağzıvar xan və başqa Xorasan əmirləri öz
yerlərində qalmağı məsləhət bilməyib, hakimlik yerlərini
(hökümətgah) boş qoydular və kənara çəkildilər. Amma Damğan
hakimi Zülqədər Sultan özbəklərin gəlişindən xəbərdar olaraq
gəraylı tayfasının Miyanə adlı yerinə bir adam göndərdi, kömək
xahiş etdi. Gəraylı hakimi Mirzə Əli xan Xəlifə çoxlu qoşunla gəlib
ona birləşdi. Onlar Bəstamın kənarında özbəklərlə qarşılaşıb cəngə
başladılar, qazilər qalib, özbəklərsə məğlub oldular, bir dəstə özbək
öldürüldü, başqa dəstə isə əsir alındı. Amma, Astrabada göndərilən
Qamış Oğlan özünün cəsarət və bahadırlıq addımını irəliyə atıb
Savucbulağın Məhur adlı yerinədək çoxlu döyüşçü ilə yola düşdü,
orada Məhəmməd xan Zülqədəroğlunun ordusu üzərinə tökülüşüb
onun əgrəqini* qarət edərək geri qayıtdı. Übeyd xan isə Herat qalası
ayağında dayanıb qalaalma vəsaitinin hazırlığına başladı.
Qazilər bacardıqları qədər özbəklərdən müdanə olunmağa
başladılar. Azərbaycanda [qızılbaşlara] yağı olan Əllamə Təkəli
Ruma gedərək orada, fitnəkarlıq etdi və həmin sərhəddə üsyan və
qarışıqlıq odu şölələndi. Buna görə də cənnətməkan şah üçün böyük
bir iş başlandı və onun Xorasan yasaqına başlamaq imkanı olmadı.
Elə buna görə də Übeyd xan arxayınlıqla qala [ayağında] əyləşib,
qaladakılara təzyiq etməyə başladı.
Mühasirə müddəti il yarım çəkdi. Mühasirədə qalanlar
azuqə çatışmazlığından cana doydular, qazilərsə şəhər əhalisini
şəhərdən eşiyə qovdular, onların olub-qalan azuqələrini əllərindən
alıb bir qədər də dolandılar. O müddət ərzində təkəli tayfası rəiyyətə
137
olmazın zülm edərək, onların əlindəki pul və mallarını götürdülər,
özlərini isə eşiyə qovdular, sonra gizlətdikləri şeylərin də axtarıb-
tapılmasına başladılar. Təkəlilər [hətta] şəhərlilərin çölə
qovulmalarından sonra onların ev və məskənlərini də dağıdıb,
topladıqları xəzinələri də mənimsədilər.
Xülasə, ərzaq get-gedə tükəndi, qazilər it və pişik ətini
yeməyə başladılar ki, bunlar da qurtardı.
Söyləyirlər ki, Qazi xanın iki mötəbər ağası bir itin üstündə
dalaşmağa başladılar və isbat üçün Qazi xana üz tutdular. Onların
hər biri deyirdi ki, it onun tərəfindən yaralanmışdır və onun əti ona
düşür. Qazi xan nəhayət həmin itin leşini iki hissəyə bölərək, onların
hərəsinə bir pay verdi.
Bəhram Mirzə və Qazi xan üçünsə hər gün bir boşqab düyü
və [bir tikə] at əti ayrılır, bu xörəyin də yarısı məclisdə mötəbər
ağalara qaşıq-qaşıq paylanırdı. Ağalar isə özlərinə çatan yeməyin
yarısını xidmətçiləri arasında bölürdülər.
Azuqə azlığından elə zəiflədilər ki, adamlar əsa ilə
gəzməyə başladılar. Übeyd xan [vəziyyəti bilərək] qalaya adam
göndərdi, sülh barədə danışıq aparmağa başladı.
Şah Təhmasibin Xorasan səmtinə hücumu:
Qazi xan bu şərtlə razılaşdı ki, qoy Übeyd xan bir neçə köç
geri çəkilsin və o, Bəhram Mirzə və qızılbaş döyüşçüləriylə birlikdə
sağ-salamat çıxıb şəhəri [özbəklərə] təhvil versin. Übeyd xan isə
razılaşmayıb deyirdi: "Qoy onlar gələrək, mənim xeyməmim
kəndirinin (tənab) altından keçsinlər və sonra getsinlər". Bəhram
Mirzə və Qazi xansa bu təkliflə razılaşmırdılar. Bir neçə gündən
sonra Səmərqəndin padşahı olan Əbu Səidxan ibn Kucəm xanın
atalığı sülhə razılıq almaqdan ötrü şəhərə gəldi, amma, sülh baş
tutmadı. Qazi xan öz gücsüzlüyünə baxmayaraq, din və dövlət
düşmənləri ilə vuruşub, qalanı qorumaqdaydı. Bu xəbərin
dürüstlüyü və yaramaz (nabekar) özbəklərin hücum xəbəri
Azərbaycanda cah-cəlal sahibinin (Şah Təhmasibin - Ş.F.) qulağına
çatdıqda, artıq Əllamənin fitnəsi tamamilə yatırıldığından,
cənnətməkan şah Xorasana tərəf getmək fikrinə düşdü və doqquz
yüz otuz doqquzuncu ildə (miladi 1532/33) müzəffər ordu hərəkətə
başladı. Şah bu xəbəri çatdırmaqdan ötrü dərhal bir qasidi Herata
yolladı. Qasid Heratın ac-yalavac adamlarının ah-nalə alovunun
138
ruzigar xırmanını yandırdığı bir vaxtda şəhərə çatıb müzəffər
ordunun yola düşmə müjdəsini çatdıraraq, onlara yemək, ürəklərə
qüvvət verdi, şadmanlıq səsləri asimana ucaldı, şənlik nağaraları
çalınmağa başladı. Übeyd xan şair təbiətli bir adamdı. O həmin bir
neçə gün ərzində bu beytləri yazıb, Qazi xanın vəziri məşhur
möhrdar Xacə Əmir bəyə göndərdi:
Beytlər
Getsən Xorasan səmtinə hərgah, ey nasim,
Çatsın Xorasan əhlinə bizdən salamımız.
Lütf eylə, bizim fikrimizi bildir onlara,
Bildir ki, sizə yoxdu bizim ehtiramımız.
Cahilsiniz deyə yazırıq biz bu sözləri,
İmza elədi naməyə izzətli namımız.
Ey Xacə, bu gündən belə sağ qalma dünyada,
Təsbit olunubdur deyə xanlıq məramımız.
132
Xacə [Əmir bəy] söz deməyə qabil və zəmanənin istedadlı
adamlarından idi. O, [xanın] cavabında bu beytləri yazıb göndərdi.
Beytlər
Ey iddialı adam, bilmədinmi sən
132
Beytlərin farscası:
Ey bad, əgər bər əhle -Xorasan gozər koni,
Zinhar, ərze deh bərayeşan səlame-ma.
Vangəh ze ruye-lotf begu an goruh-ra
K-y dəste kinexahe-şoma xas-o ame-ma.
Kelke-qoruro-cəhle-şoma kərdeəst səbt
Dər roqeyi ke bude dər an roqe name-ma.
Key Xace, bəd əz in təməəz zendegi bebər
Z-an ru ke, gəşt sekkeye-xani bename-ma.
139
Şah gəlmədə artıq, çoxalır ehtişamımız.
Biz bəndəsiyik həzrəti-şahın ki, yazılmış,
Rəhmət varağında əbədiyyət davamımız.
“Xan” söyləmisən isminə, olsun cavab sənə,
Bunlar ki, yazıb, Hafizi-şirinkəlamımız:
"Dilbərlərin ədası, nazı öylə olmalı
Dəycək gözə ol sərvi- sənubərxüramımız".
133
Bəlxdən Ülbeyd xanın köməyinə gələn Kəskən Qara Sultan
və Canı bəy Sultan gizlicə olaraq qızılbaşlarla dostluq edərək,
Bəhram Mirzə üçün bar biş körpə quzu və at yağı göndərdi. Kəskən
Qara Sultanın adamları gecələr arıq yabıları pünhan şəkildə
xandağın kənarına gətirib baha qiymətə satırdılar və həzrət ərzaq
paylayıcısı [olan Allah] (qasimül-ərzaq) o yabıların əti ilə qaziləri
bir neçə müddət dolandırdı.
Xülasə, həzrət cənnətməkan şah Xorasana yola düşdükdə
Əlqas Mirzəni Bədr xan Ustaclı ilə Astrabada tərəf yolladı. Onlar
Bəstama çatdıqda, Bədr xan yoldaşlarıyla canəqi edərək*, belə
qərara gəldilər ki, Astrabada hücuma keçib qəfildən Qamış Oğlana
hücum etsinlər. [Elə də oldu]. Cənab mirzənin (Əlqas Mirzənin -
Ş.F.) qoşunundakı sayı min beş yüz nəfər olan döyüş meydanı
mülazimləri ilə Bəstamdan hücuma keçdilər. Onlar sübh tezdən,
özbəklərin əksəriyyəti hamamda olarkən, şəhərə girdilər,
şadyanalıq nağaralarını çalmağa başladı. Hər hansı bir özbəyə çatan
kimi onun bədənini baş yükündən yüngülləşdirirdilər. Hamamdan
133
Beytlərin farscası:
Ey müddəi, məgər nəşenidi ke, mirəsəd
Şahe-setareheşməte-Cəmehtirame - ma?
Ma bəndegane-həzrəte-şahim-o əz əzəl
Səbt əst bər cərideye-rəhmət dəvame-ma.
Başəd cəvabe-dəviye-xani ke, kərdeyi
Beyti ze Hafeze şirinkəlame-ma:
"Çəndan bovəd kereşme vo naze-səhiqədan
K-ayəd be celve sərve-sənubərxorame-ma".
140
lüt-üryan çıxan hər adam özünü fəna bəhrində qərq olmuş görür,
ədəm yoluna göndərilirdi. Bu hadisənin baş verməsindən çaşbaş
olan Qamış Oğlan şəhərdə o yan-bu yana qaçırdı. [Nəhayət,] o, yüz
təşvişlə yeddi-səkkiz adamıyla şəhərdən çıxıb Mərv səmtinə qaçdı,
dörd qardaşı və beş yüz nəfərədək döyüşçüsü qətlə yetirildi, onların
başlarını hümayun məiyyət qarşısına yolladılar. Sufyan Xəlifə
Rumlu üç yüz rumlu qazisi və bir dəstə kubiklu (?) döyüşçüsüylə
birlikdə Səbzvara göndərildi.
Übeyd xanın Heratdan fərar etməsi və
mühasirədə qalanların rahatlanmaları:
O, Səbzvarda dörd min özbək əskəri ilə birlikdə olan
Xangəldi bahadır üzərinə şəbxuna keçərək, onların mühasirədə
qalanların hamısını qətlə yetirdi. Nişapura tərəf götürüldülər. O
əsnada həzrət Cəm məqamlı şah özbəklərin çox olmasından xəbər
tutub, Hüseyn xan Şamlını, Ağzıvar xan Şamlını və Əmmə (?)
Sultan Rumlunu Sujyan Xəlifənin köməyinə göndərdi. Onlar
Nişapur yaxınlığında birləşərək, elə oradaca özbəklərlə cəngə
girdilər, qalib gəldilər və müqəddəs Məşhədə tərəf rəvan oldular.
Yeddi min nəfərlə Məşhəddə olan Əbdüləziz xan hümayun ordunun
gəlməsi xəbərini eşitdi. O, əmirlərin yaxınlaşmasını bilərək, orada
dayana bilmədi, Herata tərəf qaçdı, atasına qoşuldu, dünya
xosrovunun günəş kimi yandırıcı xüsusi qoşununun (rayat) gəlib-
çatdığından xəbərdar olaraq, Herat yoluyla fərar etdi, Buxara yoluna
üz tutdu, özbək sultanlarının da hər biri öz yerinə qayıtdılar
[Beləliklə] şah çətirinin zərnigar günəşi Herat darüssəltənəsinin
üfüqündə göründü. Doqquz yüz otuz doqquzuncu ilin cəmadüs-sani
ayının iyirmi ikisində (miladi 1533, 19 yanvar) şah "Bağşəhr"də
enib cahanbanlıq taxtına əyləşdi. O diyardan pərakəndə olmuş əyan-
əşraf hümayun iqbalın kölgəsinə sığınaraq ülfət gördülər.
Məzlumların mallarını əllərindən alan Qazi xan cəzalandırıldı, fəqir
və zəif adamlara dövlət xəzinəsindən pul paylandı. Şah həmin ili
Heratda qışladı və bir müddət sonra Mavərənnəhrə gedib, Übeyd
xanın və özbəklərin cəzalandırılmasından ötrü şəhərdən çıxdı,
Ələngneşin [şəhəri] ədalət və din xosrovunun ordugahına çevrildi.
Mavərənnəhrə yürüş xəbəri Xorasana yayıldı. Hüseyn xanı
və Müntəşa Sultanı bəzi əmirlərlə Gorcestanı tutmağa göndərdilər
və onlar həmin vilayəti alıb geriyə döndülər. Məşhur əmirlər
141
Mavərənnəhrə yürüş hazırlığını bitirməkdən ötrü topxana və yaraq-
yasaq hazırlığına başladılar ki, orduya Azərbaycandan və İraqdan
Rum ləşkərinin yürüşü və Sultan Süleymanın həmin yerlərə gəlişi
barədə qorxulu xəbərlər yetişdi. [Buna görə də] Mavərənnəhr səfəri
təxirə salındı və hümayun ordu İraqa tərəf döndü. Təkəlilərdə qüdrət
və qaladarlıq qalmadığından, rəiyyət və aciz adamlar Qazi xanın və
onun adamlarının kobud rəftarından şəkk və qorxuya düşmüşdülər.
Şah Herat darüssəltənəsinin hakimliyini kamlı şahzadə Sam
Mirzəyə verdi, Ağzıvar xan Şamlını onun lələsi, atalığı və Xorasan
əmirülümərası vəzifəsinə qoyub, yürüş cilovunu İraq istiqamətinə
döndərdi və tez-tələsik yola rəvan oldu. Allahın izni ilə
134
!
XORASANIN VƏZİYYƏTİ, ÜBEYD XANIN ALTINCI
DƏFƏ SƏADƏT NİŞANLI O DİYARA GƏLİŞİ, HÜMAYUN
MƏİYYƏTİN ONUN ÜZƏRİNƏ YÜRÜŞÜ, ÜBEYD XAN
ƏHVALATININ SONU VƏ RƏNGİNİ TEZ-TEZ DƏYİŞƏN
(BUQƏLƏMUN) FƏLƏYİN İRADƏSİYLƏ BAŞ VERƏN
MÜXTƏLİF HADİSƏLƏRİN ZİKRİ
Xəbərlər məclisinin (əncumən) söz söyləyənləri və
müşahidəçi rəvayət danışanlar belə buyurdular: Cəm məqamlı
cənnətməkan şahın geriyə qayıtmasından sonra Şam Mirzə və
Ağzıvar xan bir neçə vaxt Heratda qaldılar və Xorasan mülkünün
işlərinin tənzimlənməsi, habelə aciz və müti adamlar arasında
düşmüş qarışıqlığın (extelal) aradan qaldırılması ilə məşğul oldular.
Übeyd xan isə Buxarada ayağını şöhrətsizlik (xəmül) ətəyinə
bürüyüb, Xorasandakı vəziyyəti öyrənməyə başladı. Hüseyn xanın
öldürülməyi və şamlı tayfası arasındakı çaxnaşma xəbəri gəlib
Herata çatdıqda [bu hadisələr] Şam Mirzəni və Ağzuvar xanı
vahiməyə saldı. Onlar bir dəstə fitnəkar adamın təhrikinə baş
qoşaraq, baş tutmaz müxalifət və itaətsizlik xəyalına düşüb əllərini
varlı adamların varlarına uzatdılar, əzab vermək və işgəncə etməklə
müsəlmanlardan xeyli pul yığdılar, Qəndəhan tutmaq istəyi ilə o
istiqamətə doğru hərəkət etdilər. Fərahda Murad Sultan Əfşarı
özlərinə birləşdirib, Qəndəharın kənarına gəlib-çatdılar, qalanı
mühasirəyə aldılar. Hümayın padşahın* qardaşı Mirzə Kamran
tərəfindən Qəndəhar hakimi olan Xacə Kəlan Cığatay
134
İfadənin ərəbcəsi: "Bi iznillahi!"
142
özünümüdafiəyə və qaladarlığa başladı, onların arasında həngamə,
döyüş, mərəkə, hərb və qətl bir neçə ay davam etdi, qala xaricində
onların arzu əlləri içəridəkilərin məqsud ətəyinə çatmadı. Mirzə
Kamran Lahurda iyirmi min nəfər döyüşçü toplayaraq Qəndəhara-
mühasirədə olanların köməyinə gəldi. Sam Mirzə və Ağzıvar xan
Mirzə Kamranın yaxınlaşdığını görüb, qala ayağından bir-iki mənzil
geriyə çəkildilər. Mirzə Kamrana məlum oldu ki, ali nəsəbli şahzadə
şahdan icazəsiz Qəndəhar qalasının fəthinə gəlmişdir. Buna gönə də,
onlarla hərb etmək fikrinə düşərək, hərb meydanına yollandı. Sam
Mirzə və Ağzıvar xan yanlarındakı iki-üç min adamla Mirzə
Kamranın önündə döyüş səfi bəzədilər və onların arasında qızğın
döyüş başlandı. Qızılbaşlar igidlik və mərdanəliklə cığatay
qoşununun bərəngar və cəvangarını (şağ və sol qol) tarmar etdilər.
Vuruş əsnasında Ağzıvar xanın atının ayağı bir çökəyə düşdü, atı
kəlləsi üstə yıxıldı və Ağzıvar xan da yerə sərildi. Cığatay
qoşunundan bir şəxs vaxtlı-vaxtında özünü ona yetirərək tutdu, onun
Ağzıvar olduğunu bilən kimi dərhal qətlə yetirdilər. Cığatay ləşkəri
ürəkləndi, qızılbaşlarsa əldən düşdülər. Buna görə də Sam Mirzə
hərbdən çəkilib Gərmsirə tərəf gəldi, etdiyi əməldən peşman olub,
orada onu Cəm məqamlı şaha qarşı müxalif olmağa təhrik etmiş bir
neçə fitnəkar adamı qətl etdi, başlarını cahanpənah dərgaha
yollayaraq, etdiyi günahın əfvini şahdan xahiş etdi.
Sam Mirzə qoşununun pozulması (extelal) və Ağzıvar
xanın qətli Buxarada Übeyd xana çatan kimi, əvvəlcə, Seyyidəm
Mirzəni bəzi özbək əmirləri və beş-altı min döyüşçü ilə Xorasana
hücuma göndərdi. Seyyidəm Mirzə dörd-beş yüz döyüşçü ilə Cam,
başqa döyüşçülərsə özbək sərdarları ilə Xaf istiqamətinə yollandılar.
Müqəddəs Məşhədin hakimi Sufyan Xəlifə Rumlu ağır qoşunla
Seyyidəm Mirzənin dəfinə getdi və Camda iki dəstə arasında güclü
döyüş oldu. Özbəklər məğlub edildilər. Sufyan Xəlifə onların
məğlubiyyəti və fərarından sonra Xafa gələn özbəklərin üzərinə
hücuma keçdi, onları da məğlubiyyətə uğratdı.
[Beləliklə] çoxlu özbək qətlə yetirildi. Kəskən Qara Sultan
ibn Canı bəy Sultan tərəfindən Ğorcestanda hakim olan Bayram
Oğlan yürüşlə Herata gəldi. Sam Mirzə və Ağzıvar xan tərəfindən
Heratın müdafiəsi üçün şəhərdə saxlanılan həştad yaşlı Xəlifə Sultan
Şamlı şəhər sakinlərini və ətrafa səpələnmiş döyüşçüləri başına
yığaraq özbəklərin qarşısına cumdu.
143
Xəlifə Sultan Şamlınun öldürülməsi:
Onlar on fərsəxə qədər yol getdikdən sonra gəlib özbəklərə
çatdılar və aralarında döyüş başlandı. Əksəriyyəti taciklərdən (tazik)
və hərcayı adamlardan ibarət olan və sərdarla da bir o qədər də
hesablaşmayan Herat ləşkəri heç bir iş edə bilməyib məğlub oldu.
Təhlükəli vaxtda sağ-salamat aradan çıxmaq imkanı olmayan Xəlifə
Sultanı qətlə yetirdilər. Qalan adamlarsa qaçmağı qənimət bilərək,
şəhərə gəldilər. Bol qənimət ələ keçirən Bayram Oğlan oradan geri
qayıtdı. Heratda qalan qızılbaşlar, şəhər sahibsiz qaldığı üçün,
çöldəki adamların məsləhəti ilə özbəklərin qorxusundan müqəddəs
Məşhədə adam göndərib, Sufyan Xəlifəni Herata çağırdılar. Xəlifə
oğlunu müqəddəs Məşhəddə qoyaraq, özü Herata gəldi. Sufyan
Xəlifə şücaətli, igid, mərdanə və bu müqəddəs sülalənin xalis sufisi
idi. Amma təbiətində cünunluq vardı və onun xasiyyətində
divanələrə xas bir çox xüsusiyyətlər görünürdü. Bəzi ağıllı adamlar
onu əbləh kimi tanıyırdılar. O, Heratda bir dəstə şərəşur adamın
sözləriylə əhalinin üzünə cövr və zülm qapılarını açdı, kömək
(estesfa) və xahiş qapılarını isə bağladı. Azacıq varlı olan hər bir
şəhərli, yaxud ətraf yerlərin təbəəsi onun müsadirə və cəzasına
giriftar oldular. Cünunluğunun çoxluğundan hiyləgərcəsinə və
əbləhliklə söyləyirdi: "Dünən on iki imam əleyhüssəlam həzrətləri
mənə dedilər ki, filan şəxsdən bir məbləğ pul al, qazilərə ver və
düşmənlərimizi dəf et. İmam hökmünə əməl etməkdən başqa çarə
yoxdur". Onu şəhərə hakim vəzifəsinə gətirmiş dostlarına isə hökm
edərək, məclisdə ağlaya-ağlaya belə söyləyirdi: "Hərçənd ki, həzrət
imamlardan filan şəxsin mənim dostum olduğu üçün ondan pul
alınmamasını xahiş etdim, razılaşmayıb dedilər ki, imamların sözləri
birdir və dəyişilməzdir".
Dostları ilə paylaş: |