ALLAHIN KÖMƏYİ İLƏ HÜMAYUN MƏİYYƏTİN
BİRİNCİ DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜNÜN ZİKRİ
Doqquz yüz qırx yeddinci ildə (miladi 1540) ədalətli şah
tərəfindən qəza və cəhad niyyəti qərara alındı, o nişat, seyr və şikar
məqsədilə Qarabağa tərəf yollandı, oradansa döyüşlər sınağından
çıxmış bir dəstə igid döyüşçü ilə Gürcüstana hücuma keçdi.
Qaranlıq ürəklərdən də qara olan bir gecə vaxtı onlar Tiflis şəhərinə
179
hücuma keçdilər və qaranlıq (zülmətabad) gecə vaxtı kafərlərə qarşı
qarət və qətl alovu yandırıldı. Belə ki, onların kişiləri iti qılınca yem,
qadın və qızları isə müzəffər qazilərə əsir oldular. Luvarsab
tərəfindən Tiflis hakimi olan Kolbad Gürcü bir dəstə gürcü ilə
qalaya sığınsa da, o, islam döyüşçülərinin qorxusundan aman
istəyərək oradan çıxdı, müsəlman olmaq səadətinə yetişdi. Bəzi
gürcü əmirləri isə qələbə nişanlı əskərlərin qorxusundan olduqca uca
və möhkəm olan Berəbs (?)
149
qalasına pənah apardılar, amma
həmin qala fələk məqamlı və dünya ehtişamlı padşahın fərmanı ilə
islam qoşununun mübarizləri tərəfindən mühasirəyə alındı.
Qaladakılara bərk qorxu üz verdiyindən onların qalanı təslim
etməkdən başqa çarələri qalmadı, qalibiyyətli qazilər də o məkanda
sakin olan kafirlərin (gebran) bütün yerlərini zəbt etdilər. Bəxtləri
yar olan və kəlmeyi-şəhadətlərini deyən hər adam nicat tapdı, başqa
kafərlərsə qətlə yetirildilər. Ləvarsab isə özünü başqa bir dəstə ilə o
zəlalətli (zəllal) qaladan Bumədkur (?) adlanan bir dağa çatdırdı.
Həmin dağ ucalıqda Əlborz dağı ilə bərabərlik iddiası edirdi. Dağın
qülləsinə çıxmaqsa təsəvvürə belə gəlmirdi. Mücahid bir qazi olan
padşah tam şövkət və sərəfrazlıqla öz himmət şahbazını o
zülmkarların başçısına (Luvarsaba - Ş.F.) doğru havaya qaldırdı.
İqbal əskərləri o dağa gedərək, Əlvənd dağına bənzər həmin qalanın
qülləsinə çətinliklə qalxdılar və düşmənləri ələ keçirdilər. Alçaq
kafərlərin çoxu həmin çətin keçilən (məzayeq) dağda qətlə yetirildi,
qalan adamlarsa öz idbar diyarlarında sərgərdan oldular. Oradan
qaçan Luvarsab özünü sərt dağlarla və ağaclarla örtülü meşələrə
salmaqla döyüş meşəsi şirlərinin caynaqlarından qurtardı.
Gürcülərin (64) hamısına qulaqburması (gusmalı) verildiyi üçün,
müzəffər hümayun ordu Tiflisə tərəf hərəkətə gəldi, o yerlər
üsyankar kafirlərin çirkin vücudlarından təmizləndi, qələbə cilovu
geriyə tərəf istiqamətləndi.
HÜMAYUN CƏNNƏTMƏKAN ŞAHIN İKİNCİ
DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜNÜN ZİKRİ
Əlqas Mirzədən müxalif hərəkətlərin baş verdiyi doqquz
yüz əlli üçüncü ildə (miladi 1547) baş vermiş dövr hadisələri barədə
[yuxarıda] məlumat verildi. [Yazıldı ki,] onu cazalandırmaqdan ötrü
149
Qalanın adı düzgün yazılmamışdır, oxuya bilmədim - Ş.F.
180
qoşun göndərildi və o, anasını aləmpənah dərgaha göndərərək,
yalvarış məqamında oldu. Buna görə də, cənnətməkan şah Şirvan
yürüşündən imtina edərək, başı asimanadək ucalan bayrağın kölgəsi
altında yığışmış ağır bir ləşkəri qışın ortasında günəşin ceddi
bürcündə* olduğu vaxt Gürcüstan qəzasına, imansız gürcülərin
cəzalandırılması üçün Şurəgildən rəvan etdi. İqbal ordusu Bəhram
qəzəbli döyüşçülərlə irəliləyib həmin şəhərdə dayandıqda, Kaxetin
Zekəm və Kerəminin hakimi Ləvənd xan, həmçinin əhali arasında
"Boqrat" kimi məşhur olan Məlik Boqrat Başıaçıq cahanpənah
dərgaha gələrək, peşkəş və bac-xərac gətirirdilər.
Həmin iqbal yürüşündə o, bir qul kimi zəfər şüarlı
məiyyətin mülazimi sifətində iştirak etdi. O vaxtlarda qışın sərtliyi
və soyuğun şiddəti (sovrət) elə bir həddə gəlib çatmışdı ki. Kür
çayının suyu donmuş və həmin donmuş su möhkəmlikdə sonqe-xara
(qranit — Ş.F.) ilə bərabərlik iddiası etməkdəydi gecə-gündüz yağan
qarın çoxluğundan Gürcüstanın dağ və düzənlikləri gözlərə eyni
səviyyədə görünürdü.
Belə bir vəziyyətdə İslam döyüşçüləri küfr və zülm
adamlarının üzərinə hücuma keçdilər. Onlar imansız gürcülərin
yaşadıqları yerlərə çatdıqda, qazilərin Yəmən qılıncı parlamağa
başladı və həmin ölkənin döyüş meydanlarını kafər və keşişlərin
qanı ilə qızartdılar, o bədməzhəblərin evlərini qəhr atəşlərinə
yaxdılar, kinli qoşunun əlinə bol qənimət keçdi, qalibiyyət və bol
qənimətlərlə həmin iqbal yürüşündən qayıdaraq, Bondiyə (?)
gəldilər. Yol əsnasında Məlik Başıaçıq izn alıb, qiymətli xələtlər və
bol nəvazişlərlə öz ölkəsinə getdi. Amma, Ləvənd xan bir neçə gün
kamyab şahın ordusunda mülazimətdə qaldı. Gəncə şəhərində onun
sədaqəti və bəndəliyi (qolamı) yenidən şahın darülzərbində (pul
kəsilən emalatxanasında — Ş.F.) sikkə hüququ qazandı və şah onu
[da] qiymətli xələt, bol ənam, qızıl iplərlə toxunulmuş paltar
(səyab), tazı at və daş-qaşla işlənmiş silahlarla sərəfraz edərək, öz
vilayətinə göndərdi. Doğrusunu Allah bilir!
FƏLƏK QƏDİR-QİYMƏTLİ VƏ BAŞl GÖYLƏRƏ UCALAN
ŞAHIN ÜÇÜNCÜ DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜ
Şəki vilayətinin bu güclü dövlət övliyalarının əlinə keçdiyi
doqquz yüz əlli səkkizinci ildə (miladi 1551), hələ fələk əzəmətli
ordu o vilayətdə olarkən, Qərqərənin oğlu Keyxosrov aləmpənah
181
dərgaha belə bir məktub göndərdi: "Luvarsab, Valhuş və Şərmzan
Gürcü onun diyarına öz əzab əllərini uzadaraq, bəzi ölkələrini
əlindən almışlar. Oraya Rumdan gələn İsgəndər paşa da Ərdvanuh
(?) qalasını fəth etmişdir". Keyxosrov o həzrətə tabe olan və xərac
verən adamlardan olduğundan, şah öz zərrin iqballı [şahin] quşunu
ona kömək etmək və cəhad mərasiminə başlamaqdan ötrü həmin
səmtə pərvazlandırdı, Şəkidən hücuma keçdi, onlar eniş-yoxuşlu
nahamvar yollardan keçərək, Gürcüstan vilayətinə daxil oldular.
Zəlalət şüarlı kafirlər dağ kəmərbəndlərini və darısqal mağaraları
özlərinə aramgah etdilər, onların bir dəstəsi keçilməz meşələrə
pənah apardı, böyük adamlardan və aznaurlardan ibarət olan başqa
dəstə isə qalalara sığındılar. İslam qoşununun mücahidləri öz igidlik
və mərdanəlik qədəmlərini həmin müşriklərin* olduqları yerlərə
çatdırdılar və bir neçə min günahkar (fəccar) adam qazilərin ox və
qılınc zərbələri ilə gedər-gəlməz yola (bəsəl-məsir) yollandı, o
vilayətin bir neçə qalası fəth olundu, çoxlu gürcü nejadlı hurilər və
Yusif çöhrəli qılmanlar əsir götürüldü, müzəffər qoşunun əlinə bol
qənimət keçdi. Gürcü böyükləri uca bir dağ ətəyindəki sal daşlar
üzərində inşa olunmuş Dərnar (?) qalasına və oranın kilsəsinə
sığındılar. Qalanın hündürlüyü Çərxi-Əxzərb** bərabər,
möhkəmliyi isə qəleyi-Xeybər*** kimidir. Ali məqamlı,
cənnətməkan həzrət şah Bədr xan Ustaclı və Şahverdi Sultan
Ziyadoğlunu qüvvətli bir dəstə ilə həmin qalanın üstünə yolladı,
onlar da gedib oranı mühasirəyə aldılar. Bekar qala bilməyən
bahadırlar və ad-san axtaran mübarizlər bellərində qılınc, başlarında
qalxan qalaya mərdanə bir hücum edərək, həzrət Pərvərdigarın
köməyi ilə hasarın başına (65) çıxdılar. Bunu görən nəsarilər
(xristianlar - Ş.F) çaşbaş qaldılar, aydın dinin (islamın) ecazı ilə
onların gediş-gəliş yolları bağlandı, özlərində nə qaçış yolu, nə də
döyüş qüdrəti tapa bildilər. Onların kişiləri qılınca yem, qadın və
qızları isə əsir oldular. Həmin qaladakı kilsə Pərvərdigarın sənət
əsərlərindəndir. Bəşər övladından kiminsə elə sənətkarlıq edə
bilməsi əqlə sığmır. Xüsusilə, o qalanın ortasında bir dağın içərisi on
gəz hündürlüyündə kəsilmişdir və orada böyük adamların
yaşamaları üçün dörd ədəd geniş otaqdan (soffe)**** ibarət (bir
kilsə) düzəldilmişdir. Çöl və daxili divarlar üzərində qızıl və mavi
lacivərdlərlə bütlərin (əvsan və əsnam) şəkilləri həkk olunmuşdur.
İkinci otağın ortasında bir taxt vardır və o taxt üzərində qırmızı qızıl
və gözəl cavahirlərdən düzəldilən bir büt əyləşmişdir ki, həmin
182
cansız bütün gözlərində iki qiymətli və parlaq ləl vardır. Qiymətləri
yaxşı bilən cəvahirşünaslar (cövhəryan) o ləllərin hər birinin
qiymətini əlli tümən məbləğində qiymətləndirdilər. Kilsənin
içərisində, kilsə evləri istiqamətinə, yüz əlli zər istiqamətinə yaxın
olduqca darısqal və ensiz bir qranit (cənge-xara) yol gedir. Zaman
hadisələri və dövran işlərinin dəyişməsi (enqelab) nəzərə alınaraq,
burada gizlənməkdən ötrü, iki gizli yer (köşk) də hazırlanmışdır.
Kilsənin çöldəki evlərində polad qapılar, daxildə isə bir qızıl qapı
düzəldilmişdir.
Cənnətməkan şah bu kilsənin tamaşasından sonra, küfr
ayinli həmin məbəddə dinsiz keşişlərin iyirmi nəfərini atəşyağdıran
şəmşirlə qəbr evinə göndərdi. Yetmiş mən* ağırlığında olan və
yeddi dəfə qaynadılmış misdən tökülən kilsə zəngini [qızılbaşlar]
gürcülərin həyat şüşəsi kimi sındırdılar, qızıl qapılarını zəbt etdilər,
o həyatı puç düşmənlərin xəzinələrindəki başqa şeyləri və ziynət -
cəvahiratı xozaneye amereyə** apardılar, qalanı dağıdaraq, hasarını
yerlə yeksan etdilər. Qala deşiklərinə soxulmuş və gizli yerlərdə
(nehanxanə) gizlənən Ənan bəy, Ləvay, Şərmzan və başqa gürcü
əmirləri dəfələrlə gələrək, şahın ayağı altındakı yeri öpmək
səadətinə yetişdilər. Hümayun ordunun gəlişinə görə İsgəndər
paşanın və Rum əsgərlərinin müdaxiləsindən rahət olmuş
Qərqərənin oğlu Keyxosrov cahanpənah dərgaha gələrək, layiqli
peşkəş gətirdi, şahanə şəfəqqətə və iltifata layiq görüldü. İki idbar
müxalifətçi olan Valhuş və Şərmzan isə qətlə yetirildilər, onların
Lumək (?) və Ağşəhr [adlı] ülkalan Keyxovrova verildi.
[Şah] oradan çıxaraq, zəfərlə Kartil ölkəsinə gəldi,
müzəffər qoşun o vilayətin ətraf yerlərini tarac edərək Luvarsabın
təbəələrindən olan və ələ keçən hər bir adamı cəhad qılıncına
tapşırdı. Həmin vilayətdən çoxlu mal ələ keçdi, saysız-hesabsız əsir
götürüldü, əzəmətli qazilərin əllərinə xeyli mal-qara və qənimət
düşdü. [Sonra] yürüş cilovu Qarabağa istiqamətləndi və hümayun
qışlaq orada oldu.
HƏZRƏT CƏNNƏTMƏKAN ŞAHIN DÖRDÜNCÜ
DƏFƏ GÜRCÜSTANA LƏŞKƏR ÇƏKMƏYİ
Xeyirli bu yürüşün və dördüncü dəfə keçirilən bu gözəl
səfərin şərhi belədir: Həzrət cənnətməkan şah və Rum, Misir və Şam
məmləkətlərin hökmranı Sultan Süleyman arasında doqquz yüz
183
yetmiş birinci ildə (miladi 1554) sülh sazişi (mosalehe) bağlandıqda
sərhədlər belə müəyyənləşdirildi: Hər iki tərəfdən qətl və qarətə
məruz qalan Gürcüstan vilayətlərindən Mesq, Kartil və Kaxet bu
tərəfə aid edildi, Başıaçıq, Dadyan və Kuryan Trabzon və Trablisə
qədər Rum hökmranına verildi. Qızılbaş mübarizlərinin qılınclarının
qorxusundan uca dağlara pənah aparan Kartil valisi Luvarsab əlinə
fürsət düşdükcə ayağını ədəb dairəsindən kənara çıxarır, yaramaz
hərəkətlər edir, Tiflis vilayətinə və qızılbaşların əllərinə keçmiş
mahallara əl uzadırdı. O yerlərin əhalisi də məzhəb və millət
baxımından bir olduqlarından onun tərəfinə keçirdi. [Buna görə də,]
cahanı bəzəyən şah məsləhəti belə oldu ki, fəth ayəli bayraqlar o
tərəfə dalğalansın, o bədməzhəb və alçaq fikirli adamları dəf edərək,
Luvarsabın bütün məmləkətlərini İslam məmləkətləri sırasına daxil
etsin. Qərara alındı ki, Yəcuc və Məcuc kimi imansız müşriklərdən
olan hər kəs, "Yəcuc və Məcuc yer üzündə fəsad edir"
150
[ayəsində]
deyildiyi kimi əgər cizyə verməzsə, "müşriklər [sizinlə müharibəyə
gəldikləri kimi] siz də onlarla müharibəyə gedin"
151
[ayəsinə] uyğun
olaraq, iti qılıncın hökmü ilə onun həyat kökü o vilayətdən
təmizlənsin. Bu cür haqlı niyyətlə də fəth ayəli ordu o tərəfə doğru
hərəkətə başladı. Tərablu (?) islam qoşununun dayanacaq yeri
olanda o diyarın kafirləri zəfər nişanlı qazi qılınc və oxlarının
qorxusundan, piyadaların və süvarilərin get-gəlləri olduqca çətin
olan meşə və çəngəlliklərə səpələndilər, onların bir dəstəsi isə uca
dağlara və möhkəm qalalara sığındılar. Cihad meydanının
mübarizləri döşlərinə təvəkkül və mərdanəlik qalxanları tutaraq,
meşə və çəngəlliklərə üz tutdular və onları dəstə-dəsğə ələ keçirərək,
təəssüf bilməz qılınclardan keçirdilər. Onların qadın və övladlarını
əsir götürüb, xeyli mal-qaraya və qənimətlə sahibləndilər. Luvarsab
yüz hiyləgərliklə canını bu təhlükədən qurtarıb özünü qorxusuz bir
yerə çatdıra bildi. Tərablu vilayəti o müşriklərin şəriklik
vücudlarından pak olduqdan sonra iqbal ordusu Luvarsabın paytaxtı
olan Qoriyə tərəf yönəldi. [Onlar] çətin və ağaclarla dolu yollardan
keçdilər və o vilayət də həmin yaramaz kafirlərin tör-
tökündülərindən təmizləndi. Gürcü aznaurlarının böyükləri bir neçə
qala və hasarı möhkəmlədərək, o yerlərə döyüşkən dəstələr
topladıqları üçün, ölkələr fəth edən bayraqlar qalalar səmtinə
150
İfadənin ərəbcəsi: "İnnə Yəcucə və Məcucə mufsidunə fi-l-ardi".
151
İfadənin ərəbcəsi: "Qatilu-l-müşrikinə kaffətən..."
184
dağlalandı. Əvvəlcə Mərdabut qalasını mühasirəyə aldılar. Bu qala
mühafizəçiləri hasarın möhkəmliyinə arxayın, olub döyüşə iqdam
etdilər. Şüarları qəhrəmanlıq olan qazilər hasarın hər tərəfindən
cəngə
başlayaraq,
mühasirəyə
düşənlərin
vəziyyətlərini
çətinləşdirdilər. Bədməzhəb gürcülər öz acizliklərini müşahidə edib,
"əl-aman" deyərək fəryad etməyə başladılar. Qala kutvalı Parsədan
bəy çölə çıxıb qalanı təslim etdi. O qalanın fəthindən sonra o yerin
ən möhkəm qalalardan olan və Luvarsabın anasının yaşadığı Amdin
qalası üzərinə yürüş etdilər. Amdin elə hündür qaladır ki, sanki onun
memarı həmin qalanı göyün dairəvi səthində, hətta xəyal quşlarının
belə onun hündürlüyünə uçub çata bilməyəcəyi bir yerdə bina
etmişdir və əgər dövran hadisələrinin əli oraya uzansa belə heç onun
toz-torpaqlı ətəyinə də çata bilməzdi. O möhkəm qalanın
qoruyucuları qazilərin dəfinə yönəldilər və döyüş tonqalı alovlandı.
[Amma,] iqbal qüvvəsi sayəsində həmin Xeybərə bənzər qala da
kiçik bir səy ilə fəth olundu. Luvarsabın anası aznaurların
əksəriyyəti kimi əsir alındı və o dinsizləri cahad qılıncı ilə
cəhənnəmə göndərdilər. Bir neçə qala və hasar da Şahverdi Sultan
Ziyadoğlunun səyi və mərdanəliyi ilə dövlət övliyalarının əlinə
keçdi. Bu yürüş zamanı dərya kimi dalğalanan döyüşçülər tərəfindən
otuz min nəfərdən çox əsir götürüldü, onların arasında əyanların və
aznaurların qadınları, qızları və oğlanları da vardı ki, onları xüms*
əvəzinə şahın sərkarına verdilər. Luvarsab bu dəfə özünü elə gizlətdi
ki, onun olduğu yer barədə heç nə məlum olmadı. Buna görə də,
gözəl xüsusiyyətlərə malik (səfvətneşan) dindar padşah yürüş
cilovunu Gürcüstandan Qarabağa döndərdi, o hüdudda seyr və
şikardan sonra paytaxtı [Təbriz] zavalsız dövlətin dayanacaq yeri
oldu.
SƏBƏBLƏR SƏBƏBİNİN (ALLAHIN - Ş.F.) İRADƏSİ VƏ
İSTƏYİ, HƏMÇİNİN KAMYAB ŞAHIN İQBAL GÜCÜ İLƏ
LUVARSABIN ÖLDÜRÜLMƏSİNİN ZİKRİ
Gürcüstan valiləri zümrəsindən olan Luvarsab öz şücaət və
dilavərliyi, habelə köməkçilərinin (əvan) və təcrübəli adamlarının
çoxluğu ilə [başqalarından] üstün idi. Elə buna görə də, ondan daim
əmrə tabe olmamaq və lovğalıq əlaməti zahir olmaqdaydı, itaətə
gəlmir və xərac verməkdən boyun qaçırırdı. Həzrət cənnətməkan
şah onun dəfi üçün səy göslərmiş, yuxarıda yazıldığı kimi, bir neçə
185
dəfə Gürcüstana yürüş etmişdi, amma, Luvarsabın həyat qədəhi
(peymane) hələlik dolmadığından, o, ələ keçmirdi. Həzrət
cənnətməkan şahın Gürcüstandan dördüncü qayıdışından sonra
Luvarsab yenidən Qoriyə gəldi və müşriklərin qalıqları onun
yanında toplaşdılar, bir-iki il ömür sürdülər. Luvarsabın ömrü başa
çatdığından o, yenidən itaətsizliyə başladı, dinpənah şahla müxalifət
məqamında israrlı oldu. Doqquz yüz altmış üçüncü ildə (miladi
1555) Qoridən çıxaraq, bu divanın əlində olan Luhəs (?) qalasına
gəldi, üsyana və tüğyana başladı. O sərhədin mühafizəsi ilə məşğul
olan Qarabağ bəylərbəyi Şahverdi Sultan Ziyadoğlu Qacar onun
tüğyanından xəbər tutan kimi Qarabağ döyüşçülərini topladı və onun
dəfinə yollandı. Yaşadığı qalaya yaxınlaşanda Luvarsab müqavimət
gücünə malik olmadığı üçün hiyləgərliklə fərar etməyi qərara aldı.
Qızılbaş döyüşçüləri gürcüləri təqibə yollanıb, həmin vilayətin hər
tərəfinə səpələndilər, qarətlə məşğul olmağa başladılar. Bu əsnada
Luvarsab məkr və hiyləgərlik pusqusundan (kəmin) çıxdı, bir dəstə
aznaurla Şahverdi Sultan ləşkərinin mərkəzinə (qəlb) doğru hücuma
keçdi. Qızılbaşların əksəriyyəti pərakəndə olduğundan, Şahverdi
Sultanın yanındakı az miqdar döyüşçü, mərdanə döyüşmələrinə
baxmayaraq, məğlub oldular. Döyüşçülük qayda-qanununa əməl
edən Ziyadoğlu özünü meydandan sağ-salamat çıxardı, gürcülərsə
qaziləri təqib etməyə başlayaraq, səkkiz yüzədək qızılbaşı şəhadət
dərəcəsinə yetirdilər. Bir dəstə incil* oxuyan (incilxan) keşişlə
birlikdə Luvarsab bir qayaya qalxaraq, orada dayanmışdı.
Məhəmməd Sultan Mirçəni bir dəstə qazi ilə gedib onlarla rastlaşdı
və zərurət üzündən döyüşə başladı. Luvarsab öz igidlik və
mərdanəlik atını irəli sürərək, Məhəmməd Sultan Mirçəniyə həmlə
etdi. İlahinin təqdiri ilə onun atı yıxıldı və Luvarsab atından ayrılmış
oldu. Çəni qazilərindən olan Zakir adlı bir adam ona bir neçə ağır
yara vurdu və kafərlər onun üzərinə hücum etdilər. Luvarsabın atını
tutan Məhəmməd Sultan ona süvar olub aradan çıxdı, gürcülər adı
çəkilən Zakiri bir neçə çəni qazisi ilə birlikdə qətlə yetirdilər.
Luvarsalın da ömrü və dövləti devrildi, elə o ləhzə keçindi. Gürcülər
Luvarsabın cəsədini götürüb onun mədfən yerinə arararaq dəfn
etdilər, oğlu Səmayunu (Səmayun-Ş.F.) onun yerinə hakimliyə
çıxartdılar və Qoridə yaşamağa başladılar.
186
LUVARSABIN ÖLDÜRÜLMƏSİNDƏN SONRA
GÜRCÜLƏRİN VƏZİYYƏTLƏRİNİN QISA TƏSVİRİ VƏ
ONUN OĞLU SƏMAYUN XANIN ƏBƏDİ DÖVLƏT
ÖVLİYALARININ ƏLİNƏ DÜŞMƏSİ
Səmayun xan atasının yerinə Kartil xristianlarının hakimi
olub, dörd-beş il Qoridə hakimiyyət sürdü, gürcü didərginləri
(pərakəndegan) hər tərəfdən gəlib ona qoşuldular və onun ətrafına
çoxlu əhali yığıldı. Səmayun da elə atası kimi xilaf və üsyan yolunu
tutdu. Doqquz yüz altmış səkkizinci ildə (miladi 1560) boş xəyala
düşərək, Tiflisin fəthindən ötrü özünün qaldığı yerdən hərəkətə
başladı. Başqa xristian hakimlərindən də kömək istədiyindən,
ətrafına çoxlu döyüşçü topladı. Ləvənd xanın oğlu Gorgin də
atasının izni ilə Kaxetdən çıxdı, məzhəb təəssübü və xalqın tələbi ilə
ona çox adam qoşuldu. Xülasə, gürcü əskərlərinin sayı olduqca
çoxaldı. Bu xəbər Ziyadoğluya çatdıqda, o, Qarabığın əmirlərini və
ora yaxın yerlərin döyüşçülərini toplayaraq, müşriklərin üzərinə
yürüş etdi. Qazilər gürcülərin qazdıqları arxı torpaqla doldurub,
oradan adladılar, müşriklərə çataraq, həmin zəlil adamların önündə
döyüş səfi qurdular. İslam dəstələrinin çərxçiləri gürcülərin üstünə
tökülüşdülər və cəng başlandı. Hər iki tərəfin igidləri dilavərlik
edirdilər. Şüarları zəlalət olan kafərlər öz səbat ayaqlarını yerə
dirəyərək, qazi həmlələrinin dəfinə başladılar. Kafərlərin hərbini və
döyüş meydanında göstərdikləri səbrini müşahidə edən Şahverdi
Sultan Ziyadoğlu birdən-birə mərkəz qoşunu ilə atını gürcü
qoşununun səfinə sürdü. Meydanın tozu iti fırlanmaqda olan çərxi-
fələyədək ucalırdı. Onun hücumuna tab gətirə bilməyən gürcülər
qaçmağa başladılar. Ləvənd xanın oğlu Gorgin min nəfər zəlil
kafərlə birlikdə qətlə yetirildi, qalan gürcülərsə pərakəndə oldular.
Səmayun az miqdar adamla Qoriyə tərəf qaçdı, Ziyadoğlu isə zəfərlə
Gəncəyə qayıtdı.
Mötəbər gürcü əmirlərindən olan Xəcnə (?) bəyi bir dəstə
aznaurla əsir götürmüşdülər. Onları aləmpənah dərgaha göndərdilər.
Ləvənd xan oğlunun təziyəsini saxlamaqdan ötrü çiyninə qara bir
yun arxalıq (pəlas) saldığına görə aznaurlar və Kaxetin mötəbər
şəxsləri [də] qaraya büründülər, matəmə qərq oldular. Baş verən
hadisədən sonra Luvarsabın Davud adlı oğlu bir dəstə aznaurla
atasına qarşı çıxaraq, əqlinin göstərişi və Allahın hidayəti ilə
dünyaya pənah verən dərgaha üz tutdu, Qəzvin darüssəltənəsində
187
ədalət və din padşahının ayağı altdakı torpağı öpməklə səadətləndi,
müsəlman olmaq şərəfinə yetişdi. Cənnətməkan şah Davudu
nəvazişləndirib tərbiyə etməyə başladı, onu fərzəndlik mərtəbəsinə
qaldırdı, ali divanın əlində olan Tiflis vilayətini və oranın ətraf
təbəələrini ona bağışladı. [Beləliklə,] bir neçə müddət dərgah
əmirlərinin biri Tiflis qalasının kutvalı kimi Davud xanın lələsi və
işlərinin icraçısı (rateq və fateq) oldu. Anıma Səmayun xan və
adamları da əvvəlki kimi müxalifətdə və inadkarlıqda qaldılar. Onlar
Tiflis qalasını və onun ətraf yerlərini ələ keçirməkdən ötrü öz puç
fikir və xəyallarından ayrıla bilmirdilər, elə buna görə də oraya iki-
üç dəfə hərəkətə başladılar, amma heç bir iş görə bilməyərək geri
qayıtdılar. Doqquz yüz yetmiş beşinci ildə (miladi 1567/68)
Səmayun kafir döyüşçülərini toplayıb, çoxlu süvari və piyada
əskərlə Tiflisə yollandı, Davud xan da özünün tabeliyindəki
aznaurlar və müsəlman döyüşçüləri ilə birlikdə şəhərdən çıxaraq,
qardaşı ilə hərbə yollandı. Tərəflər döyüşə başladılar. Qızılbaşlar və
aznaurlar düşmənin çoxluğuna tab gətirə bilməyərək, vuruşmağı
məsləhət bilmədilər, geri qayıtmaq və qalanı qorumaq fikrinə
düşdülər. Qızılbaş dəstəsinin sərdarı İbrahim Xəlifə Qaramanlı öz
cəhaləti və qüruru üzündən döyüşü davam etdirərək, meydanda
şəhid oldu. Davudun adamları "[Ey David], bu gün bizim gücümüz
Calut və onun ordusuna yetişməz"
152
deyərək fəryad etdilər, ondan
dönüb, zərurət üzündən qaçış yoluna düşdülər, Tiflisə gəldilər.
Səmayun xan qardaşına və onun adamlarına iki dəfə qalib gələrək,
öz üsyan və tüğyanını artırdı. Elə güman edirdi ki, Tiflis əhalisi ona
itaət edəcək və o, qalanı asanlıqla ələ keçirəcəkdir. [Buna görə də,]
gürcü döyüşçülərini topladı, çoxlu adamla Tiflisə hücuma keçdi,
qalanı mühasirəyə aldı. [Amma,] qızılbaşlar qalanın mühasirəsi və
kutvallığına başladıqlarından, Səmayun xan özündə qüvvət
görməyərək, qalanı fəth etmək niyyətindən daşındı. O, şəhər
əhalisinin onu müdafiə edəcəklərinə də ümid bəsləməyib, qayıdış
təbilini döydürərək Qoriyə getdi.
Səmayunun tüğyanı və onun İslam sərhədlərindəki böyük-
kiçiyə əl uzatma xəbəri dərgaha çatdıqda belə bir fərman verildi:
Şəki hakimi Şamxal Sıütan Çərkəs qacar və başqa tayfa əmirləriylə
birlikdə Davud xana kömək məqsədiylə Gürcüstana gedərək, o
yerləri Səmavunun şərindən təmizləsin. Əzəmətli əmirlər fərmana
152
İfadənin ərəbcəsi: "La laqətə lən-əl-yovmə bi Calut və cünudihi".
188
əməl edib, doqquz yüz yetmiş altıncı ildə (miladi 1568) Gürcüstana
ləşkər çəkdilər. Səmayun məsud döyüşçülərin gəlişindən agah oldu,
özündə müqavimət gücü görmədiyindən, özünü o yerlərin uca
dağlarına çatdırdı. Müzəffər qazilər də, Əlborz dağına bərabər olan
və Qaf dağının qülləsi ilə yarışan o dağa tərəf hərəkətə keçdilər və
onu hər tərəfdən mühasirəyə aldılar. Həmin möhkəm məkanı
özlərinə pənah və kömək yeri seçən imansız kafərlər qazilərlə hərbə
başladılar və cəng atəşi alovlandı. Səmayun bir neçə adamla cəhalət
və qürura qapanıb qazilərə hücum edərək, onların bir-iki nəfərini
şəhadət izzətinə yetirdi. Şamxal Sultanın qulamlarından Cəmşid adlı
bir döyüşçü yaxınlaşıb, canüzən oxla Səmayunu zillət torpatına
sərdi, qazilərin başqa birisi isə köməyə gələrək, onu əsir etdi. Öz
sərdarlarını kəməndə giriftar görən gürcülər qaçışı qənimət bildilər
və meydandan üz döndərdilər. Səmayunun ətrafındakı döyüşçülərin
bəzisi öldürüldü, bəziləri isə əsir olundular. Əzəmətli əmirlərsə
zəfərlə Gürcüstan qəzasından geri dönərək, Səmayunu başqa
əsirlərlə birlikdə ali dərgaha yolladılar. Səmayun Qəzvin
darüssəltənəsində müzəffər və kamkar xosrovun nəzərinə yetirildi.
Onu bir neçə vaxt islama dönəcəyi niyyəti ilə hümayun sarayda
(dövləlxane) saxladılar, amma o, öz xristian məzhəbindən (kişe-
nəsara) dönmədi. Nəhayət, Səmayunu Ələmut qalasına saldılar. O,
cənnətməkan şahın sağlığında həmin qalada qalmaqdaydı. İsmayıl
Mirzənin hakimiyyəti vaxtı onu qaladan azad etdilər. Mərhum
İsgəndər şanlı nəvvabın dövründəsə, o, səadətli islam məqamına
(müsəlmanlığa - Ş.F.) gəldi və möminlərin qərarı və o həzrətin
təsdiqiylə uca “qardaş” (“bəradər”) ləqəbi ilə sərəfraz oldu, irsi
mülkü ona qaytarıldı və bir müddət sonra Gürcüstana rəvan oldu. O,
həqiqətən də İsgəndər şanlı nəvvabın haqqını unutmayaraq
dövlətxahlıq etdi ki, bu haqda gələcəkdə bəyan olunacaqdır.
Dostları ilə paylaş: |