Şirzadın qətli:
Amma, Gilan rəiyyəti heç veçhlə qızılbaşlara ram olmur,
meşə və cəngəlliklərə üz tutub müxaliflərə qoşulurdular. Əmirlərsə,
hər gecə biri başqa olmaqla bir dəstə Kuhdəm adamıyla qarovuli
sifətiylə yola düşür, ehtiyat tədbirləri görürdülər. Nəhayət
Məhəmməd bəy və Əli bəy çoxlu nərdivan hazırlatdırıb, Cəmşid
xanın mənzillərinə daxil olmaqdan və Salman xanı qətlə
yetirməkdən ötrü bir gecə şəhərə üz tutdular. Keşik çəkən Qara
Bahadur və Salman xanın mülazimləri onlarla döyüşərək, bir neçə
466
Gilan qazisini ələ keçirdilər. Onlar qarovul ləşkərinin bu
hücumundan xəbər tutub nərdivanlar aşağı endilər. Ertəsi gün isə
əmirlər Şirzadın sağ qalmasını məsləhət bilməyərək onu qətlə
yetirdilər. Bundan şad olan Bayandur xan Talış, Əmir Siyavuş və
Əmir Həmzə xan Kəskər və Tavalişdən Rəştə gəlib Salman xanla
görüşdülər. Onlar zahirdə öz şadlıqlarını gözlətmirdilərsə də,
batində qızılbaş əmirlərinin Gilana dəxalət etmələrinə razı deyildilər
və buna görə də maneçilik göstərirdilər. Meşə və cəngəlliklərə
səpələnmiş rəiyyət geri qayıtmır, əmirlərin mənafeləri üçün cəhd
etmirdilər. Qarət həvəsiylə gəlmiş mülazimlər dağılışmağa
başladılar. Elə dövlət başçıları tərəfindən də heç bir kömək gəlmədi.
Əmirlər qarovuliyə getmək və keşik çəkməkdən təngə gələrək Gilan
işlərini
ürəkləri
istədiyi
kimi
görmədiklərindən,
oranın
hakimliyindən əl çəkib uzaqlaşmaq qərarına gəldilər. Salman xan
bununla razılaşmır, heç bir vəchlə onların Gilanı tərk etmələrinə
razılıq vermirdi. Ağıllı, təcrübəli adam olan Şahqulu Qarınca bu
məsələni müşahidə edərək Gilandan çıxıb-çıxmamağı ustaclı
tayfasının ixtiyarına verdi, bu barədə Mirzə Kamran, Bayandur xan
və Əmir Həmzə ilə məsləhətləşdi, onlar da bu fikri bəyəndilər.
Məsələ əmirlər tərəfindən də bəyənildi. Sübh açıldıqda Kəskər və
Kuhdəm piyadalarını hər tərəfdən gətirdilər ki, meşə və
cəngəllikbrdə gilanlılar tərəfindən qızılbaş süvarilərinə nəsə bir
xətər toxunmasın. Beləliklə, Rəştdən çıxmalı oldular və Gilan
camaatı bu məsələdən elə həmin gecə xəbər tutdu. Sübh çağı bir
tərəfdən qızılbaşlar atlara süvar olub şəhərdən çıxır, o biri tərəfdənsə
gilanlılar şəhərə daxil olurdular. Onlar qızılbaşları təqib edərək,
onlara əl uzatmağa da başladılar. Əzəmətli əmirlər döyüşə-döyüşə
iki-üç fərsəx yol gedib günün axırında Kuhdəmə çatdılar. Elə həmin
gün Mirzə Kamran, Bayandur xan, Əmirə Səyavuş və Qara Bahadur
əmirlərdən ayrıldılar, günün sonunda qorxularından bir-birləriylə
vidalaşmadan belə, münasib yollarla öz yerlərinə çıxıb getdilər,
qızılbaş əmirləri isə pərişan və nizamsız bir halda Qəzvin
darülsəltənəsinə qayıtdılar. Bu sətirlərin müəllifi həmin səfərdə
Salman xanla yol yoldaşı olduğundan, baş verənləri öz gözüylə
gördüyü üçün uzunçuluqdan çəkinməyib onlan təfsilatla qələmə
aldı.
467
AZƏRBAYCANDA VƏ ŞİRVANDA BAŞ VERƏN
HADİSƏLƏR VƏ TATAR QAZİ GƏRAY XANIN ALLAHIN
TƏQDİRİ İLƏ MÜZƏFFƏR QAZİLƏR TƏRƏFİNDƏN
ƏSİR ALINMASINA DAİR SÖHBƏT
Bu balıq ilinin qışı qışlaq yerində başa çatdı və türkicə ilan
ilinin aləmi işıqlandıran novruzu yaxşılıqla cilvələndi, baharın ənbər
qoxulu nəsimi rüzgar gülşəninə təravət gətirdi, soyuğun qarət ləşkəri
isə bahar əsgərlərinin gözəl qədəmləri müqabilində məğlub olaraq
geri çəkildi. Yuxarıda yazıldığı kimi, İbrahim xan Tükman sülhü
təzələmək üçün İstanbula göndərildi. Həmişə bu xanədana tabe olan
Gürcüstanın Kaxet vilayətinin valisi Aleksandr xan rumilərlə əlaqə
yaradıb onlarla bağlı olduğunu bildirdi, özünü bu dövlətin
həvaxahlarından sayan Gürcüstanın Kartil
349
valisi Səmayun xan ilə
Aleksandr xan arasında ziddiyyət və inadkarlıq yaranmışdı və
Səmayun xan onu rumilərlə dostluq və xoş münasibətlərdə ittiham
edirdi. Belə töhmətlərdən hərçənd uzaq olan Səmayun xan Lələ paşa
Şirvana hücum edəndə rumilərə qarşı çıxdı, onunla [osmanlı
döyüşçüləri] arasında dəfələrlə böyük hərblər baş verdi.
Bu il [də] rumilər Tiflis, Qori və başqa qalalara ehtiyat
tədarük və silah yolladıqları vaxt Qarabağ bəylərbəyi İmamqulu xan
tərəfindən onların yolu kəsildi, hərblər vaqe oldu, göndərdikləri hər
şey qızılbaşların əlinə keçdi.
Amma, könül rahətliyindən ötrü İsgəndər şanlı nəvvab və
əbədi dövlətin sütunları (başçıları - Ş.F.) Səmayun xanın qızını
nəvvab şahzadə [Həmzə Mirzə] üçün almaq onun sadiq
qalacağından tamamilə arxayınlaşmaq və Aleksandr xan məsələsini
onun rəyi və məsləhəti ilə etmək fikrinə düşdülər və bundan ötrü
Müseyib xan Şərəfəddinoğlu Təkəlini Gürcüstana, Səmayun xanın
yanına yolladılar. Xan zahirən bu qohumluqdan iftixar duyduğunu
və şadlandığını bildirirdisə də, batinən din fərqinə və başqa
xüsusiyyətləri nəzərə alan gürcülər bu qohumluğa razı deyildilər.
Onlar zəruri yaraq tədarükü hazırlamaq bəhanəsi ilə vaxtı
uzadırdılar. Elə o vaxtlarda tatar Qazi Gəray xan və Səfi Gəray
xanın Şirvana gəlmə xəbəri eşidildi. İmamqulu xan tatar ləşkəri
gəlib çatmazdan əvvəl Şirvana - Peykər xana çoxlu kömək
349
Kartli - Ş.F.
468
göndərmişdi. Osman paşa da Dərbəndin Qarabağından bir dəstə rum
döyüşçüsünü Dəlduvançı (?) Rumi ilə birlikdə tatarlara qoşub
qızılbaşlar üzərinə yola salmışdı. Onlar Şamaxıya yaxınlaşdıqları
vaxt, bu tərəfdən Şirvanda olan Peykər xan, qacar, cagirli və
qaramanlı əmirləri tatar və rumiyyə ləşkərindən müdafiə olunmaq
üçün irəli çıxdılar. Şamaxı və Şabran arasında onların arasında
döyüş başlandı. Qızılbaşlarla müharibədə cəsurlaşan və onlardan
qorxmayan Qazi Gəray xan öz igidlik kəhərini şücaət meydanında
cövlana gətirib qəhrəmanlıqla vuruşurdu. Döyüş əsnasında o, qacar
qaziləri tərəfindən hücuma məruz qaldı, onun xilas və nicat qapısı
bağlandı, Allahın təqdiri ilə qəza pəncəsinin əsiri oldu. Onun ələ
keçməsi nəticəsində Peykər xanın qızılbaş əmirlərinin bayrağını fəth
və zəfər küləyi dalğalandırdı, qızılbaşlar qalib, müxaliflər isə
məğlub oldular. Səfi Gəray xan yüz həyəcanla o döyüşdən canını
xilas edə bildi, vətəninə çatanadək əlini atının cilovundan çəkmədi.
Bu xidmətinə görə Peykər xan öz tay-tuşları arasında
başıuca oldu və şah tərəfindən nəvaziş və lütfkarlıqla qarşılandı.
Amma, ona taleyin gözü dəydi və elə həmin il taqətsizlik yatağına
uzandı, təbii əcəllə vəfat etdi. Azacıq sonra isə Xəlifə Ənsar
Qaradağlı [onun əvəzinə] Şirvana vali təyin edildi.
Qazi Gəray xan Tatarın qacar qaziləri tərəfindən tutulması:
Amma, göylərin iradəsi ilə gərək Şirvan vilayəti [yenə
rumilərin əlinə keçəydi və osmanlılar] bir müddət orada hakimiyyət
büsatı quraydılar. [Buna görə də] qızılbaşların cidd-cəhdləri
nəticəsiz qaldı, Xəlifə Ənsar Şirvanda bir iş görə bilməyib tezliklə
vəfat etdi, bəqa aləminə yollandı.
[Misra]
Getdi ki,başqa cahan mülkünü işğal eləsin
350
Xəlifə Ənsarın vəfatına, hümayun şah məiyyətinin İraqa
qayıtmasına və gələcək il baş verən Xorasan səfərinə görə daha
qızılbaşlardan kimsə Şirvanda qalmadı. Osman paşa [isə]
350
Misranın farscası:
Rəft ta molke-an cəhan girəd.
469
Dərbənddən Şamaxıya gələrək qalanı möhkəmləndirdi, həmin
vilayətdə yerləşdi ki, bu hadisələrin hər birinin təfsilatı gələcəkdə
yazılacaqdır.
Xülasə, elə ki, Qazi Gərayı orduya gətirdilər, onu etibarlı
gözətçilərin müşayiəti ilə Qəzvin və Gilanın arasında yerləşən -
dövranın məşhur qalalarından və İsmailiyyə* məliklərinin
iqamətgahı olan – Ələmut qalasına göndərib, qala hakiminə
tapşırdılar.
Qızının gəlin göndərilmə vaxtının yubadılması səbəbindən
Mirzə Salman sayı iyirmi min nəfəri ötən döyüşçüləri və əzəmətli
əmirləri ilə birlikdə Aleksandr xan və Səmayun xanın arasındakı
məsələləri dövlətin xeyrinə müvafiq həll etmək üçün Gürcüstana
yollandı. Gürcüstan hakimləri qızılbaş ləşkərinin gəlişindən
həyəcanlanıb üzrxahlıq etdilər. Aleksandr xan rumilərə "itaət
cəriməsi": ("tərcumane-etaət") ödəsə də, qızılbaşlara xərac ödəməyi
qəbul etdi, Mirzə Salman və əmirlərlə görüşdü. Onlar məsləhət
gördülər ki, onun da qızını adlı-sanlı şahzadəyə alsınlar, onu
rumilərə müxalif etmək məqsədilə bu sülalə ilə qohum, rumilərəsə
müxalif etsinlər. And içirildi, arada gediş-gəliş başlandı. Aleksandr
xan Mirzə Salmandan və qızılbaş əmirlərindən xatircəm olduqdan
sonra onların yanına gəldi, görüşdü. Səmayun xan da Müseyib xanla
birlikdə oraya təşrif gətirdi və bağlanan əhd-peymandan sonra
əzəmətli əmirlərlə onların arasında sülh yarandı. Onlar məsihi
millətinin təbirincə xaça (xac) - gürcülərin istilahınca səlibə - və
incilə and içib bundan sonra bu sülalə ilə dost olacaqlarına, birlikdə
rumiyyə ləşkərini dəf edəcəklərinə, qızılbaşlarla yoldaş olacaqlarına
and içdilər. Mirzə Salman və əmirlər təkcə onların qızlarının deyil,
hər birinin oğlanlarından birini də şahzadənin mülazimi sifətilə ali
orduya gətirilməsini əmr etdilər. Gürcü xanlarının itaətdən başqa
çarələri qalmadı. Aleksandr xan o zaman on iki yaşı olan oğlu
Kostandil
351
Mirzəni, Səmayun xan isə elə o yaşda olan Luvarsab
Mirzəni ali xidmətə göndərdilər. Mirzə Salman və əmirlər İsgəndər
şanlı nəvvabın və cahan nəvvabı adından onlara şahanə xələtlər
verdilər. Aleksandr xan isə bir neçə il ödəmədiyi borc və xəracı
verdi. Belə ki, üç min tümən İraq şahisini
352
sərkare-xasseye-
şərifəyə, min tümən pulu şahzadəyə, min tümən isə Mirzə Salman,
351
Konstantin - Ş.F.
352
Pul vahidi – Ş.F.
470
əmirlər və dövlət başçıları üçün müəyyən edib, həmin məbləği varlı,
ağıllı və etibarlı vəziri cuhud Yaqubla göndərdi və Gəncədə pulları
təhvil verdilər. Aleksandr xan xahiş etdi ki, qardaşı İsa xanın
Gürcüstanda qalmasına icazə versin. Həmçinin Səmayun xan da
Aleksandr xanın yanında olan qardaşı Davud xanı geri çağırdı və hər
ikisi boyun oldular ki, bundan sonra qardaşları ilə yaxşı rəftar
edəcəklər. Səmayun xan və Aleksandr xan da qardaşlarının hər biri
üçün dolanacaq xərci kimi öz ölkələrində mahal müəyyən etdilər ki,
məişət xərcləri ödənsin və əziyyət çəkməsinlər. Amma onların hər
ikisi qardaşları xüsusunda verdikləri sözdən qaçıb az bir vaxt içində
onları aradan götürməyə çalışdılar və öldüklərini bildirdilər.
Zamanın tələbi (vəqte-moqtəza) olmadığına görə onlar bu
hərəkətlərinə görə cəzalandırılmadılar.
Xülasə, Mirzə Salman və əzəmətli əmirlər Gürcüstanla
bağlı işləri, yuxarıda yazdığımız kimi, yoluna qoyub, Gürcü
hakimlərindən xatircəm oldular və geri qayıtdılar. Onlar yuxarıda
barələrində söhbət gedən oğlanlar və qızlarla ali orduya çatıb, baş
verənlər barədə İsgəndər şanlı nəvvaba və aləmdəkilər şahzadəsinə
məlumat verdilər və onların qəlbi rahat oldu. Oradan Meydancuq
yaylağına gedib bir müddət istirahət etdilər. Sənan paşanın
İstambula qayıtması xəbəri eşidildi. Həmin il rumilər tərəfindən heç
bir narahatlıq olmadı. İbrahim xan sülh məsələsi ilə bağlı [İstanbula]
getmişdi. Gürcüstan işləri isə, yuxarıda yazıldığı kimi, həll
olunmuşdu. Həmin il qızılbaş ləşkəri Şirvanda qaldı. Xorasandan
şamlı və ustaclı əmrlərinin üsyanı haqqında xəbərlər gəlirdi. Narahat
(dəğdəğe) idilər ki, məbadə Gilandan çıxmış ustaclı əmirləri
Xorasana gedib orada fitnəkarlıq edərlər. [Buna görə də,] hümayun
məiyyətin dövlət paytaxtına (məqəre-səltənət) qayıtması vəziyyətə
münasib bilindi, yaylaq havasının soyumağa başladığı payız
[fəslində] qalibiyyətli qoşunlar İraqa qayıdaraq, sağ-salamat dövlət
paytaxtına yetişdilər. O qışın qışlağı Qəzvin darüssəltənətində oldu.
KUH-GİLUYƏDƏ BİR QƏLƏNDƏRİN QİYAM (XORUC)
QALDIRMASI VƏ O BƏD TALELİ ADAMIN ALLAHIN
TƏQDİRİ İLƏ CƏZALANDIRILMASININ ZİKRİ
Bu ilin hadisələrindən biri də Kuh-Giluyədə bir qələndərin
xüruc etməsidir. Bu qəribə hadisənin qısa təsviri belədir: İlin
başlanğıcında olduqca İsmayıl Mirzəyə oxşayan və onun kimi cəmi
471
iki dişi olan bir qələndər, bəlkə də adamları özünə inandırmaqdan
ötrü dişlərini özü çəkmişdir, Kuh-Giluyə əlvarının (lurlarının –
Ş.F.)* yanına gedib hiylə və yalan qapılarını açdı, hamıya belə dedi:
"Mən İsmayıl Mirzəyəm. Bir dəstə haramnəmək adam birləşib məni
öldürmək istədilər. Məsləhətə qulaq asıb qaçmaq və qeybə
çəkilməkdən başqa çarə görmədim. Ramazan ayı gecələrinin birində
mən Halvaçıoğlu ilə dostcasına yatmışdım, gördüm ki, mənə qarşı
ürəklərində ədavətləri olan bir dəstə adam mənim yataq otağımı
dövrəyə alıb içəri soxulmaq istəyirlər. Mən otağın pəncərəsini
sındırıb özümü çölə atdım və səllənət və şahlıq libasından üryan
olub dərviş və qələndər geyimində bir guşədə gizləndim. O adamlar
mənə oxşayan bir adamı öldürüb qışqırdılar ki, "Şah İsmayıl vəfat
etmişdir" Mən İrandan çıxaraq iki il qələndər libasında dünyanın
müxtəlif yerlərində xüsusilə, Rum vilayətində yaşadım, həmin
vilayətin yaxşılıq və pisliklərini öz gözümlə seyr etdim. Amma öz
sirrimi gözlədib heç kimə bildirmədim, çünki düşmənlərimin
əksəriyyətinin bir-bir aradan çıxmalarını və əməllərinin cəzasına
çatmalarını gözləyirdim. Elə ki vaxt yetişdi və düşmənlərimin
məkrindən xatircəm oldum, özümün kim olduğumu elan etdim.
İnşallah, sağ qalan düşmənlərimdən də intiqam alıb Rum ölkəsinin
hər tərəfində yaşayan özümə sadiq və müfaviq adamlarla Rum
mülkünü fəth edəcəyəm və filan-filan işlər görəcəyəm".
Qələndər tiryəkin (bəng) təsiri vaxtı lotuluq edir, beyninə
çirkin xəyallar doldurub boş-boş danışır, adamlara gözəl vədlər edir,
onların hər birinə İran, Turan və Rum ölkələrində vəzifələr boyun
olurdu. Həmin səhra nadanları da ağlı başından çıxmış əbləh
qələndərin sözlərinə inandılar, düz yoldan çıxıb aldandılar. Elə ki,
İsmayıl Mirzənin ölüm xəbərinin yalan olduğu hər yana yayıldı, işin
düzgünlüyündən xəbərdar olmayanlar o yalanları həqiqət kimi qəbul
etdilər. Bu xəbər get-gedə bütün lur (mətndə əlvar - Ş.F.) tayfaları
arasında yayıldı, "İsmayıl Mirzə" üzə çıxdı və o yerlərin adamları
gəlib nəzir və peşkəş gətirdilər. Qələndər öz işinin o ağılsız adamlar
arasında keçdiyini görüb şahanə büsatlar qurdu. Onun xidmətinə çox
adamlar gəlir, səcdə edir, ayağını öpürdülər. Hər tayfanın ən gözəl
qızlarını nəzir kimi ona gətirib, onları fərraşlıq şərəfinə nail
edirdilər.
Xülasə, o ağıllı görünən divanə adam əbləhliyi üzündən öz
səltənət və şahlıq dükanını bəzəyərək, müxtəlif təbəqələrdən olan
şəxsləri ali vəzifələrə namizəd etdi və qoşun yığılması üçün fərman
472
verdi. Caki, cəvanki, bəndani və başqa lur tayfalarından yığılan
döyüşçülərin sayı iyirmi min nəfərə çatdı. Qələndər bu ordu ilə Kuh-
Giluyənin paytaxtı Dehtəştə gəldi.
Əfşar tayfası qələndərin xürucu barədə həqiqəti o zaman ali
orduda olan Kuh-Giluyə vilayətinin hakimi Xəlil xana bildirdi və
qələndəri dəf etmək məqsədilə əfşarlar, sərkərdəsi Rüstəm bəy olan
Xəlil xanın övladlarının ətrafına yığıldılar. Tərəflər arasında bir neçə
hərb oldu. Qələndərin adamları gah qələbə çalır, gah da məğlub
olurdular. Əfşar və əlvarlardan çox adam bu döyüşlərdə öldürüldü.
Allahdan gələn qəza nəticəsində Xəlil xanın oğlu Rüstəm bəy də
öldürüldü və onun ölümü qələndərin qalib gəlməsinə səbəb oldu.
Əfşar tayfası müqavimət edə bilmədi, əksəriyyəti öldürüldü.
Qələndərin adamları əfşarların çoxlu qız və qadınlarını əsir
götürdülər və Fars Xuzistanının hər tərəfinə hökm və məktublar
yollayıb, tərəfdarlarını öz yanlarına çağırdılar. Şahın hümayun
məiyyəti və özü uzaq Azərbaycan sərhədində böyük tədbirlərlə
məşğul olduqlarından, qələndərin hökmü hər yana göndərildi, əksər
yerlərin əhalisi itaətdən başqa çarə görməyib ona peşkəşlər
yolladılar. Amma, qələndər ağılsız və əbləh adam olduğundan
Misra
Yalan çırağının işığı olmaz
353
misrasında deyildiyi kimi onun yalan sözləri gündən-günə bütün
Əlvar tayfası arasında şübhəyə səbəb oldu, onların ağıllı adamları
onun barəsində tərəddüdə düşdülər.
Xəlil xanın qələndər qoşunu ilə cəngi ilə öldürülməsi:
Bu arada Xəlil xanın gəlişi xəbəri də ətrala yayıldı.
Qələndər luların bəzi adamlarından biguman və etimadsız olaraq
hərbdən əl çəkib yardım almaq məqsədilə o vaxtlarda müşəşə ata-
babaları Həvizə və ətrafının valiləri olmuş ərəb Seyid Şücaəddinin
yanına - Həvizə və Dizfula getdi, əlvar əhalisinə isə onun əmrini
gözləyərək öz evlərində qalmaq icazəsi verdi. Amma ali sarayda
353
Misranın farscası:
Çerağe kəzb-ra nəbovəd foruği.
473
olan Kuhgiluyə hakimi Xəlil xan qələndərin peyda olmasını eşidib
onun üstünə yollandı. Əlvarın səmayəndani camaatı qələndərin
ətrayına yığışıb Xəlil xanın önünə çıxdılar və cəngə başladılar.
Onlar təkcə bir yolu olan dağın dərəsində pusqu qurub, Xəlil xan
göründükdə dağdan onun qoşununun üstünə daş yuvarlatmağa və
ox-tüfəng atmağa başladılar. Qəza nəticəsində Xəlil xana bir ox
dəydi və o, öldü. Onun ölümündən əfşar döyüşçüləri çox pərişan
oldular və əlvar camaatı qətlə və qarətə başladı. Xəlil xanın qətli
xəbəri qələndərə çatdıqda təzədən Dizfuldan Kuh-Giluyəyə getdi,
yenidən onun başına çoxlu adam toplaşdı, Dehdəştə gəldilər.
Qələndər orada bir neçə müddət də qalıb işinin üstünün açılacağı
günədək bir neçə gün də nəfsani ləzzətlə ömür sürmək istədi. Amma
Xəlil xanın qətli və şücaətli əfşar xanədanına qarşı qırğın
törədilməsi xəbəri hər tərəfə yayıldı və xəbər şaha da yetişdi. O
Xəlil xanın qardaşı İsgəndər xanı Kuh-Giluyəyə hakim təyin edib,
oraya yolladı. O həmçinin Fars bəylərbəyi Ümmət xanı və Fars
hakimləri olan zülqədər əmirlərini də qələndərin fitnəsini aradan
qaldırmaqdan ötrü İsgəndər xanın köməyinə rəvan etdi.
Kuh-Giluyə hakimi İsgəndər xanın qətli:
Ertəsi il padşah Xorasana yollananda Ümmət xan bir dəstə
Fars döyüşçüsünü Duraq Xəlifənin sərkərdəliyi ilə Kuh-Giluyəyə
yolladı. İsgəndər xan və əfşarlar onunla birləşib Dehdəştə üz
tutdular. Əvvəllər qələndərin ətrafına toplaşanlar arasında indi ixtilaf
və dağınıqlıq düşmüşdü. Fars ləşkəri gəlib çatdığı zaman qələndərin
fitnəsinin üstü artıq açılmışdı və onun barəsində əlvar camaatının
rəyi dəyişilmişdi. Daha qələndərin köməyinə ətrafdan heç kəs
gəlmirdi. Naəlac qalıb qalaya girərək qapıları bağladı. Onunla olan
bir neçə adam bir neçə gün əhəmiyətsiz cəhdlər etdilər, zülqədər
qazilərinin hücumu nəticəsində qala içindəkilərin hamısı qətlə
yetirildi. Qələndəri isə tutub çəkə-çəkə çölə çıxardılar. Zülqədərlər
qələndəri diri halda saraya aparmaq istəyirdilər, amma əfşar qaziləri
hücum edib, zülqədərlərin razılığı olmadan onu qətl etdilər, başını
kəsib ali dərgaha yolladılar. Hümayun şah və məiyyəti Xorasanın
"Heydəriyyə türbəsi"nə gəlib çatdıqda, oranın mühasirəsinə
başladılar. Orada şaha dedilər ki, Kuh-Giluyədə o tiryəkinin
[qələndərin] fitnə atəşi söndürülmüş və İsgəndər xan Kuh-Giluyənin
müstəqil hakimi olmuşdur.
474
Amma, az vaxtdan sonra əfşarlar bir dəstə fitnəkar adamı
Xəlil xanın oğlu Şahqulu bəyin ətrafına toplanaraq Kuh-Giluyəni ələ
keçirmək üçün İsgəndər xana qəfil hücum etdilər. Şahqulu bəy
özünü "Şahqulu xan" adlandırıb, hakimlik bayrağını yuxarı qaldırdı.
Amma Xəlil xanla qohum və əfşar əmirzadələrindən olan Əbdüllətif
bəy Əfşarın oğlu Həsən bəy, Şahqulu xanın hakimliyinə razı
olmayıb, onunla düşmənçiliyə başladı. O özünü "Həsən xan"
adlandıraraq bir dəstə əfşarla Kuh-Giluyəyə gəldi. Arada inad
yarandı, hər ikisi göstərilən vilayətdə biri-digərinə tabe olmayaraq
hakimlik etməyə başladılar. Amma, padşah Şirazda olan vaxt
onların hər ikisi onun xidmətinə gəldilər və Şahqulu, Həsən xan
tərəfindən öldürüldü, Kuh-Giluyə hakimliyi ona verildi.
Xülasə, yuxarıda adı çəkilən qələndərin başına gələn
hadisədən sonra başqa tiryəki qələndərlər də İsmayıl Mirzə olmaq
həvəsinə düşdülər və bir neçə yerdə vaxtaşırı yeni İsmayıl Mirzələr
peyda olmağa başladı. Camaat da onların ətrafına yığılır və yenidən
dağılışırdılar. Onların biri Luristan və Çəmçalda ortaya çıxdı və
Əlişəkərin tabeliyindəki kürdlər və lurlar (əlvarlar) onun yanına
yığıldılar. [Yeni qələndərin] döyüşçülərinin sayı on minə çatdı. O da
əmirləri və başqa adamları müxtəlif vəzifələrə təyin edərək, o
yerlərdə fitnə qaldırdı. Qələndər Solaq Hüseyn Təkəlinin yanına bir
adam yollayıb onu tabe olmağa dəvət etdi. Ona hətta vəkalət
hökmünü də yolladı və onu Çuhə Sultan Təkəlinin yerinə vəkil və
rüknüssəltənə təyin etdi. Solaq Hüseyn əqlinin çoxluğundan, guya
onun dəf olunmasını deyil, ona itaət etməyi və vəzifə almağı üstün
sayıb razılaşdı, sanki qələndərin İsmayıl Mirzəliyini qəbul etdi. O,
ardı-ardınca qələndərə barxanələr
354
göndərib onun təşrif gətirməsini
xahiş etdi, xeymə, yaraq və başqa şahanə mallar yolladı. Biçarə
qələndər də ona inanıb tam şan-şöhrət ilə Çəmçala yollandı. Solaq
Hüseyn və təkəli əyanları onun xidmətinə gəlib səcdəyə və ayaq
öpməyə başladılar. Ağıl və biliyinə arxalanaraq Solaq Hüseyn
qələndərin adamlarını tezliklə dağıtdı. Belə ki, fürsət tapıb onu həbs
etdi. Müzəffər şah ordusu Xorasan səfərindən qayıdıb Qəzvin
darüssəltənəsinə gəldikdə Solaq Hüseyn qələndəri ali dərgaha
yolladı. Şahzadə (Həmzə Mirzə) "Meydane-əsb" xiyabanında ona
barıt doldurulmuş libas geydirdi və partlatdı.
354
Müxtəlif mallar - Ş.F.
475
Buna baxmayaraq, yenə də avara qələndərlərə ibrət dərsi
olmadı. Talışda başqa bir qələndər da həmin arzuda oldu və onun
ətrafında bir dəstə nadan adam toplaşdı. Həmin qələndəri də tutub
Ərdəbil darülərşadına gətirdilər və cəzalandırdılar. Başqa bir
qələndərsə Gurda və Xorasanın Fərah adlı yerində zühur etdi. Onun
dövrəsinə fitnəkar bır çox adam yığıldı, fitnə-fəsad başlandı.
Dostları ilə paylaş: |