332
Şerin ərəbcəsi:
Va kəm li-l-lahi min lutfin xəfa,
Yəduqqu xəfahu an fəhmi-z-zəka.
Va kəm yəsurru əta min bəda usrin,
Va fərəcun kərbətu-l-qəlbi-ş-şəca.
Va kəm əmrin təsau bihi səbahan
Va tətikə-l-məsərrə tu bi-l-aşa
427
Rübai
Ey şahı-cəhan, kim sənə bədxah oldu.
Dövran elə hökm etdi həyatı soldu.
Çatdırdı fələk kama şühud ərbabını
333
Qeybdən yetişən sirri-əcib
334
oldu bu
335
Əliqulu xan ali bir məclis quraraq xilafət və cahandarlıq
mücrüsünün vahid dürrü olan şahzadəni özünün sədaqət çiyninə
qaldırdı, lələ və xidmətkarlıq işlərinə başladı. Döyüşçü, rəiyyət,
oymaq əmirləri, bəluc və qıpcaq başçıları və başqaları - bütün xalq
kütlələri dəstə-dəstə gələrək mülazimət və təbrik şərəfinə çatdılar,
şahzadə tərəfindən qiymətli xələtlərlə mükafatlandırıldılar, baş
verən matəm və şahzadənin salamət qalması münasibətilə Allaha
şükür etdilər. Amma, Şahqulu Yeganın qatili olub, onun var-
dövlətini zəbt etmiş əfşar əmirləri şəhərin kənarındakı Məlik
darvazasında dayanmışdılar və onlarla [Əliqulu] xanın vəkilləri
arasında həmin var-dövlətin təftiş olunması xüsusunda danışıq
aparılırdı. Onlar bu vaxt rüxsət alaraq özlərinin tiyul yerləri olan
Fərah və Esfezara tərəf getdilər və Əliqulu xan müqəddəs zatın
(şahzadə Abbas Mirzənin - Ş.F.) sağ-salamat olması barədə Qəzvin
darüssəltənətinə müjdə göndərdi.
Məhdülyanın öz qulamı Ağa Nəzəri
şahı Qəzvinə gətirmək üçün Herata yollanması:
İsgəndər şanlı nəvvab Məhdülya və ad-sanlı şahzadələr o
yaxşı xəbərdən şadlığa qərq oldular, o həzrət ilə qarşıdakı isti görüş
şövqünün (eşteyaq) alovu onun valideyinlərinin nurlu qəlblərini
[daha da] işıqlandırdı Onlar istədilər ki, əziz (delbənd) fərzəndi
333
İrfani istilahdır, burada "hər hansı bir işin şahidi olan adamlar deməkdir.
334
Təəccüblü sirr.
335
Rübainin farscası:
Ey şahe-cəhan, hər an ke bədxahe-to bud
Pərdaxt zəmane omrəş əz molke-vocud.
Gərdid fələk be kame-ərbabe-şohud,
Serri-əcəbi ze ğeyb surət benəmud.
428
Heratdan ali taxt ayağına gətirib, gözlərini onun qiymətli görüşü ilə
nurlandırsınlar, cahil qızılbaşlar və fitnə-fəsadlı adlamların
qorxusundan adlı-sanlı şahzadələrdən heç kimi məmləkətlərdə
saxlamayaraq onları ali taxt yanında, valideyinlərin xidmətində
saxlasınlar, qoy bir-birləri ilə bir yerdə qalsınlar. Bundan ötrü,
xüsusi etimad sahibi (mötəmedül-xəvas)* olan və Mir Abdulla
xandan sabiq qulam kimi nəvvab Mədülyaya varis qalmış, həmçinin
İskəndər şanlı nəvvabın yanında etibara layiq görülmüş mötəbər
Ağa Nəzəri Xorasana göndərdilər. Hökm olundu ki, Əliqulu xan
əlahəzrəti yaraqla təmin etsin, onu gəlməyə hazırlasın ki, tezliklə
dövlət başçılarından və etibarlı ağsaqqallardan bir nəfər bu işin
icrasını yerinə yetirmək üçün namizəd təyin olunsun. Elə ki, bu
xəbər Xorasana yayıldı, o vilayətin əzəmətli əmirləri sevimli
şahzadənin uzaq yoldan aparılmasından nigaran oldular və Əliqulu
xana dedilər: "Bu hökmün qəbulundan və icra olunmasından sərf-
nəzər etmək lazımdır. Xorasan məmləkəti Mavərənnəhrin
yanındadır və çox vaxt hadisələrin taptağı altında qalmışdır.
Xorasan özbəklərin qarətindən əldən düşmüşdür. Xorasanın bu
xilafət dudmanının əlinə keçməsindən bu vaxtadək Herat
darülmülkü dövr sultanlarının və fərman sahiblərinin taxtgahı olaraq
qalmış, bu mülk həmişə alişan şahzadələrin biri tərəfindən idarə
olunmuşdur. İndi də əgər ali rütbəli şahzadələrdən biri bu mülkün
mühafizə və qorunması ilə məşğul olmasa, bu iş biz bəndələr
tərəfindən qoruna bilməz". Xülasə, Xorasan əmirlərindən on çox
Mürşüdqulu xan bu məsələdə israrlı oldu. O, Əliqulu xanla sözü bir
yerə qoydular. Ağa Nəzərin qədəmi Xorasan vilayətinə dəyən
vaxtdan başlayaraq əmirlər elə bu barədə danışırdılar. Məşhəd
hakimi Mürtəzaqulu xan məsələnin əvvəlində Əliqulu xanı heç bir
vechlə şahzadəni şəhərdən kənara çıxarmasına zahirən razı
olmamağa təhrik etsə də, amma batində nifaq yaradaraq Əliqulu
xanın əzəmət və iqtidarını azaltmaqdan ötrü bu işdən boyun da
qaçırmırdı, hətta bunu istəyirdi də. Başqa əmirlər də şahzadənin yola
düşməsinin əleyhinə idilər. Ağa Nəzər onların hər biri ilə söhbət
etdi. Əmirlərin ona çox təzim etmələrinə baxmayaraq, bu ancaq
zahiri bir rəsmi təvazökarlıqdan başqa, bir şey deyildi. Onlar bu işə
dövlətxahlıq libası geydirib, ona xatırladırdılar və xahiş edirdilər ki,
gedib nəvvab Məhdülyaya belə desin: "O, qoy bu istəyindən əl
çəkib, Xorasanı o həzrətin qiymətli vücudundan xali etməsin, çünki
belə bir əməl qüvvətli dövlətə layiq olmaz".
429
Ağa Nəzərin məqsədə çatmadan Xorasandan qayıtması:
Onlar Ağa Nəzərə birbaşa dedilər ki, əgər Məryəm şanlı
nəvvab Məhdülya bu məsələdə israr edər və şahzadəni aparmağa
adam göndərərsə, biz bəndələrin o hökmə qarşı çıxmaqdan başqa
əlacı qalmayacaqdır. Ağa Nəzər Xorasanın vəziyyətini yuxarıda
yazıldığı kimi görüb, o vilayətdən çıxdı, ali saraya gələrək vəziyyəti
ərz etdi. Məhdülya şövq və arzusunun çoxluğu səbəbindən əmirlərin
və Ağa Nəzərin söz-söhbətlərinə qulaq asmayıb, mötəbər
əmirzadələrdən və qızılbaş əyanlarından Heydər Sultan Çabuk
Tərxan Türkmanın oğlu İbrahim bəyi Xorasana rəvan etdi. İbrahim
bəy əlli nəfər türkman ağası ilə Xorasana istiqamət götürdü. Onun
gəlmə xəbəri Xorasanda yayılanda Əliqulu xan və Mürşüdqulu xan
bir-biriləri ilə görüşərək belə qərara gəldilər ki, İbrahim bəyi
məqsədinə çatmadan geri qaytarsınlar. Buna görə də Xorasanın
bütün əmirlərinin yanına öz etibarlı bir adamını yollayıb onlardan
kömək xahişini etdilər, əhd-peyman arzuladılar. Böyüklük xislətinə
sadiq olan müqəddəs Məşhədin hakimi Mürtəzaqulu xan Pornak
qibtə və qürur hissinə qapılmışdı və Əliqulu xanın daha böyük
şöhrətə və iqtidara çatmasını istəmirdi. Amma, Əliqulu xanın adlı-
sanlı şahzadə əlahəzrət zilləllah şahın lələsi olması onun hörmətinin
böyüklüyü və şan-şöhrətinin artmasına və Xorasan əmirlərinin
hamısından üstünlüyünə səbəb olmuşdu. Məsələ yuxarıda deyilən
vəziyyətə çatdıqda Mürtəzaqulu xan ondan dönərək təşkil etmək
istədiyi ittifaqa qoşulmadı, əmirlərlə əlbirlikdən sərf-nəzər etdi,
özünün tabeliyindəki əmirlərə də Əliqulu xanın məsləhətinə qulaq
asmağı qadağan etdi. Bu hərəkət Əliqulu xanın hörmətini sarsıtdı və
get-gedə onların arasındakı ülfət və birlik vəhşət və biganəliyə
çevrildi. İbrahim bəy müqəddəs Məşhədə çatdıqda Heratda olan
Əliqulu xan, Mürşüdqulu xan və başqa əmirlər onun gəlişindən
xəbər tutaraq, ona dostluq məktubları yazdılar, ehtiram göstərdilər.
Amma, onların hamısı birlikdə ona bildirdilər ki, əgər həmin
məqsədlə Herata gələrsə, qoy gəlsin, lakin bilsin ki, onun istədiyi iş
baş tuta bilməyəcək, onun gəlişinin faydası olmayacaqdır.
430
İbrahim bəyin də məqsədə çatmadan geri qayıtması:
Onlar bu barədə ali saraya da bir məktub yazaraq
bildirdilər: "Şahzadənin İraqa aparılması özbək müxaliflərinin
cürətlərinin artmasına səbəb ola bilər və belə hərəkət bu əzəmətli
dövlətə məsləhət görülmür. Buna görə də biz dövlətxahlar cəsarət
edib o işə razı olmadıq".
İbrahim bəy Qəzvin darüssəltənətinə gedən məktubdan
cavab gələnədək Məşhəddə qalmaq istəyirdi. Amma Mürtəzaqulu
xan padşah hökmünün icrasında və İbrahim bəyə kömək
edilməsində israrlı oldu. Ağıllı, nəfsitox, məsləhət eşidən adam olan
İbrahim xan Əliqulu xana qarşı Mürtəzaqulu xanın hərəkətlərində
nifaq rayihəsinin olduğunu hiss edir və bilirdi ki, bu məsələdə xanın
israr etməsi nəhayət böyük fitnə-fəsadın baş verməsinə səbəb
olacaqdır. Buna görə də o, Guryana gəlib orada bir neçə gün
gözlədi, sonrasa Əliqulu xanın və mirlərin məsləhətinə əməl edib
cahanpənah dərgaha yollandı, məsələni padşaha və Məhdülyaya
çatdırdı. Nəvvab Məhdülya hirslənib təvaçibaşı, mötəbər əmir və
əzəmətli dövlətin sütunlarından biri olan Hüseyn xanı - Əliqulu
xanın atasını ali dərgaha çağırdı, bol nəsihətlər verdi, təhdidlər etdi.
O, öz oğlu adından üzürxahlıq edib dedi: "Əgər bütün Xorasan
əmirləri birləşib o işi etmək istəyirlərsə, mənim oğlum nə edə bilər?"
Xülasə, Məryəm şanlı nəvvab Məhdülya Əliqulu xanı öz
nəzərindən saldı. Belə qərara gəldilər ki, onu və mənsub olduğu
adamları etibar nəzərindən düşürsünlər, Mürtəzaqulu xanı onun
əvəzinə yuxarı çəksinlər. Sultan Hüseyn xanın isə dövlətin bu kimi
məsələlərini qaydaya salmaq fikirlərinə qulaq asılmadı. Nəhayət
qərara alındı ki, qoy onun özü Xorasana gedib bu məsələni həll
etsin. Ona Xorasana gedərək oğlunu o cəsarət və özbaşınalığından
uzaqlaşdırmağı, xilafətin qünətüleynini (gözünün nurunu - Ş.F.) yəni
əlahəzrət zilləllah şahı özüylə götürüb İraqa gətirməsini tapşırdılar.
Yox, əgər bu dəfə də Əliqulu xan və onunla müttəfiq olan Xorasan
əmirləri üsyan edərək şah fərmanından boyun qaçırarlarsa, qoy
Sultan Hüseyn xan da Xorasanda qalsın, bir daha ali saraya
qayıtmasın, çünki, onlar artıq bu dövlətin düşmənləri sayılacaqlar.
Sultan Hüseyn xan bu məsələdə padşahın və nəvvab Məhdülyanın
cidd-cəhdinin qəti olduğunu başa düşdü, naəlac üz tutub Xorasana
rəvan oldu. Onun gəlmə xəbəri Xorasanda eşidildikdə Əliqulu xanla
431
ittifaqda olan Xorasan əmirləri yenidən qilü-qal edərək əlahəzrətin
Xorasandan aparılmasına heç vəchlə razı olmadılar.
Sultan Hüseyn xan Herat darüssəltənəsinə gəlib çatdıqda
ata-oğul görüşdü, amma atasının gözlədiyi oğlunda görünmədiyi
üçün əmirlər yenidən qətiyyətlə bir yerə yığışdılar. Heratdakı şamlı
tayfasının ağıllı və ağsaqqal adamlarının əksəriyyəti padşahın
əmrinə itaət etməyi, Sultan Hüseyn xanı məqsədinə çatdırıb geri
yollamağı, şamlı tayfasını müxalifət və üsyan damğası ilə müttəhim
etməyi məsləhət bildilər. Amma türk və taciklərin bir dəstəsi isə bu
fikrə qarşı çıxaraq belə deyirdilər: "Əgər bu əzəmətli dövlətin
dövlətxah adamları etdikləri işi dövlətin xeyrinə edirlərsə, bu niyə
üsyan kimi anlaşılmalıdır? Əksinə belə hərəkət dövlətxahlıq və duz-
çörəyə ehtiram əlaməti kimi başa düşülməlidir".
Xülasə, belə söz-söhbət çox davam etdi. Get-gedə ata-oğul
arasında pis münasibət çoxalırdı. Hüseyn xan deyirdi: "Əgər mən
məqsədə yetmədən geri qayıtsam, dərgahın qapıları üzümə
bağlanacaqdır. Elə halda qayıtmamağını məsləhətdir".
Amma, Mürşüdqulu xan və onunla sözü bir olan əmirlər
Əliqulu xanın atasının təkidi və şamlı ağsaqqallarının məsləhəti ilə
savab
yoldan
dönəcəyindən
qorxdular.
Onlar
Səbzvar
darülmömininə - əmirlərlə sözü bir olan oranın hakimi Qubad xan
Qacarın yanında toplaşdılar, cənnətməkan şahın zamanında
Azərbaycan və Şirvanın mötəbər vəziri Mirzə Ətaullahın oğlu, indi
isə Mürşüdqulu xanın vəziri, mütləq ixtiyar sahibi və bu hadisələrin
iştirakçısı olan Mirzə Əhmədi Herat darüssəltənəsinə yolladılar,
əzəmətli xanlara və mötəbər şamlılara bir daha tapşırdılar: "Başqa
fikri başınızdan silib atın, faydasız yerə səy etməyin. Əgər bütün
şamlı tayfası xoşbəxt şahzadənin Qəzvinə göndərilməsinə razı olsa
belə, biz canımız və bütün var-dövlətimizlə qoymarıq ki, bu iddia
baş tutmasın. Biz İraq yolunun ortasında olan Səbzvarda qətiyyətlə
dayanıb müntəzir olaraq ki, əgər şamlı tayfası səltənət mücrüsünün o
qiymətli gövhərini əldən vermiş olsa, biz himmətin və iqlalın
qüvvəsi ilə onu əlimizə alaq, Xorasanda iftixar bayrağı qaldıraq".
Əliqulu xan bu sözlərdən narahat olub, atasını məqsədinə
yetmədən geri qaytarmağa çalışdı. Oğlunun və Xorasan əmir və
döyüşçülərinin bu məsələdə israrlı olduqlarını görən Sultan Hüseyn
xan məcbur olub geriyə dönmə yüyənini ələ alaraq istər-istəməz
yola üz tutdu. O, Səbzvarda əzəmətli əmirlərlə görüşüb xeyli
söhbətləşdi, bu məsələnin xeyir və zərəri barədə danışıqlar apardı,
432
ali dərgaha çatandan sonra məsələni narazılıq olmadan necə ərz
edəcəyi xüsusda düşüncələrə daldı ki, özünün və oğlunun etibarı
aradan getməsin. Əmirlərlə onun arasında davam edən bu söhbətlər
hələ bitməmişdi ki, Məryəm şanlı Məhdülyanın zəif əhd və sınıq
peymanlı əmirlər tərəfindən qətlə yetirilməsi xəbərini çatdırdılar.
Baş verən bu hadisədən sonra dövlət başçıları məsləhət gördülər ki,
əlahəzrət şahzadənin gətirilməsi dayandırılsın və o, qoy hələlik
Herat darüssəltənəsində qalsın. Sultan Hüseyn xana məktub yazaraq
onu baş verən məsələdən agah etdilər və geri qayıtması haqda
sərəncam göndərildi. Səbzvarda məktubu alan Hüseyn xan İraqa
yollandı, əmirlərinsə hər biri çıxıb öz yerinə getdi. Amma, Əliqulu
xan və Mürşüdqulu xan bu vaqiəni eşitdikdən sonra əksəriyyəti
şamlı və ustaclı tayfasından olan bütün Xorasan əmirləriylə məclis
(kənqaş) qurub yeni əhd-peyman bağladılar, əlahəzrəti Xorasanda
özləri üçün sərmayə kimi hifz etdilər, çünki o vaxt əksəriyyəti təkəli
və türkman tayfasından olan dövlət adamlarının şamlılar və
ustaclılarla ədavətləri olduğundan şahzadəni onlara etibar etmək
olmazdı. Qoy Əliqulu xanın söz və məsləhətindən kənara
çıxmasınlar, onu xanlar xanı, özlərinin böyüyü və ağsaqqalı
bilsinlər.
Mürtəzaqulu xan və adamlarından başqa Xorasan
əmirlərinin əksəriyyəti öz itaət qədəmlərini irəli ataraq iki dəstəyə
bölünüb, Heratda və müqəddəs Məşhəddə iki alişan xanın ətrafına
toplaşdılar, onların arasındakı vəhşət və düşmənçilik gün-gündən
çoxaldı. Nəticədə, aşağıda yazılacağı kimi, onların arasında dava-
dalaş başladı. Bu haqda, yeri çatanda məlumat veriləcəkdir.
ALÇAQ BİR HADİSƏNİN BAŞ VERMƏSİ - MƏRYƏM
ŞAN-ŞÖVKƏTLİ MƏHDÜLYANIN FİTNƏ-FƏSAD
NƏTİCƏSİNDƏ ÖLDÜRÜLMƏSİNİN ZİKRİ
Qəzanın məsləhəti, asimanın təqdiri və ruzigarın
təcrübəsindən məlum olur ki, hər kamalın öz zavalı və hər nişatın öz
məlalı vardır.
Cənnətməkan şahın hakimiyyəti zamanı qoşunun və
rəiyyətin rahatlıq və rifahının təmin olunduğu ölkənin abadanlığı,
şəhərlərin sakitliyi, qulamların asayişinin olduqca yüksəldiyi bir
vaxtda dövlət hadisələrinin nəhsliyi və əhalinin qudurğanlığı
üzündən bu vəziyyət zavala uğradı. Qızılbaş tayfası müqəddəs
433
səfəvi xanədanı üzvləri ilə mürid və pis münasibətlərdə olub sədaqət
yolunun yolçuları kimi hərəkət etsələr də, şeytani fitnəkarlığa
uyaraq, öz nəfsani istəkləri və üstün olmaları kimi arzuları
səbəbindən birlik və ittifaq yolundan kənara çıxdılar, get-gedə
həmin vəfalı insanlara və saf əqidəli sufilərə sədaqətsizlik meyli
sirayət etdi. Onlar ədəbə və sədaqətə zidd olan işlərə cəsarət edib,
cahilliyə, fitnə-fəsada və xətakarlığa başladılar, nəticədə özləri də
müxtəlif bəlalara məruz qaldılar. Onların pis xasiyyətli cahil və
fitnəkarlarından əqidə və sədaqətə zidd olan işlər göründü, nəticədə
isə elə bu səbəbdən də öz əməllərinin cəzasına giriftar oldular,
müxtəlif bəlalar gördülər. onların nemətə ağ olmaları (kofrannemət)
bu şerdə deyildiyi kimi:
Nəsildə ağılsızlıq etsə kimsə,
Şərəf qalmaz böyükdə və kiçikdə
336
sələflərdən xələflərə keçərək bütün oymaqlara yayıldı. Elə
buna görə də o tayfaya böyük qarışıqlıq düşdü.
Hal-hazırda, hicri tarixlə min iyirmi beşinci ildir (miladi
1616) və həmin hadisələrin üstündən qırx beş il keçmişdir, lakin
(miladi 1616) o adamların ədəbsiz hərəkətlərindən onların sağ qalan
adamları hal-hazırda da danışırlar və bu adamlar öz atalarının
günahkar əməllərindən əzab-əziyyət içindədirlər. Həmin fitnə-fəsad
əhli olan kinli adamların ən qəbahətli əməli zamanın mələkəsi
dövranın iffətlisi, Zəhranın Zöhrəsi, seyyidə qadınların gözəl
törəməsi (zürriyyə) Məryəm şanlı Məhdülya Xeyrənnisa bəyimin
qətlidir.
Kamyab nəvvabın (Məhəmməd Xodabəndənin - Ş.F.)
möhtərəm hərəmi və ali nəsilli şahzadələrin məşhur (macedə) anası
olmasını nəzərə almayan [canilər] əql və salamatlığın (afiyət)
düzgün yolundan çıxdılar, öz vəziyyətlərin düzəlməsi və müvəqqəti
rütbələrinin qorunmasından ötrü etdikləri əməlin alçaqlığını
görmədilər, dünya və axirətdən mədəd (xezlan) aramadan və
etdikləri ədəbsizliyin nəticəsindən qorxmadan elə bir qəbih əmələ
336
Beytin farscası:
Ço əz qovmi yeki bidaneşi kərd,
Nə keh-ra mənzelət manəd, nə meh-ra.
434
cəsarət etdilər. Hadisənin təfsilatı belədir: Nəvvab Məhdülya öz
adlı-sanlı ərinin gözlərinin zəifliyi və şahzadələrin yaşlarının az
olması səbəbindən səltənət və şahlıq namusunun işini özünün qeyrət
işi bilərək, dövlət işlərinin aparılmasında, mülk və millət qayda-
qanununun nizamlanmasında iştirak edir, mülk və millət
məsələlərinin nizama düşməsi üçün çalışır, iqtidarlı sultanların
qanun-qayda və ədab-ərkanına uyğun cah-cəlal sahibi (şah - Ş.F.)
tərəfindən sadir olan hər əmr və fərmanın vaxtında yubadılmadan
icra olunmasını istəyirdi. Bu işin, özləri haqqında yüksək fikirdə
olan əmirlərin məzaclarına uyğun olmaması, həmçinin Şahrux
xanın, Pirə Məhəmməd xanın və Qorxmaz xanın Mazandaranda baş
verən hadisələrdən narazılıqları, onların məsləhəti olmadan Mirzə
xanın öldürülməsi sabiq narazılıqları daha da artırdı. Əmirlər öz
izzət və etibarlarını çoxaltmaq, azalmaqda olan qüdrət və
iqtidarlarını isə artırmaq fikrində idilər. Bu vaxt Kasan əhalisi
divana gələrək, orada hakim olan və tamahkarlığı həddən aşan
Məhəmməd xan Türkmanın kobud (nahəmvar) rəfdarından
şikayətləndilər. Səltənət idarəsindən onun müamilə məsələlərinin
araşdırılması xüsusunda hökm verildi. Divan işçiləri araşdıraraq
xanın zülmkarlıq və yekəxanalığını ifşa etdilər. Danlağa məruz
qalan xanın ülkasının dəyişdirilməsi haqqında ali hökm sadir oldu.
Məhəmməd xan böyük əmirlərdən və dövlətin sütunlarından biri idi.
Bu məsələnin baş verməsi onun etibarının aradan getməsi deməkdi.
Xan bitab olub bu hadisədən qurtulmağa xeyli çalışsa da, nəvvab
Məhdülya da dövlət və səltənət namusu naminə onun
bağışlanılmasının dövlətin naqisliyi və padşahın iqtidarının
karsızlığı əlaməti hesab etdi, xanın xahişi nəzərə alınmadı. Bu
hadisədən əzilən Məhəmməd xan başqa fitnəkar əmirlərlə əlbir oldu.
Onlar hiyləgərlik və nifaq qapılan açdılar. Dövlətin dayaqlar dayağı
(rokne-rəkin) olan və əhali arasında nəfsinin sağlamlığı,
məsləhətinin faydalılığı, əql və bacarığının [çoxluğu] ilə şöhrət
(eştehar) tapan Qulu bəy Əfşar Qorçibaşını da düzgün yoldan
azdırıb bu məsələ xüsusunda tədbir fikirləşməyə başladılar. Onlar
bilirdilər ki, nə qədər ki, nəvvab Məhdülya sağdır, onu öz ad-sanlı
fərzəndlərindən və ərindən uzaqlaşdırmaq mümkün olmayacaq. O,
nə öz hərəkətindən (tövr), nə də öz iqtidarından əl çəkməyəcəkdir.
Buna görə də, onlar Məhdülyanı aradan götürmək məqsədi ilə
gizlicə ayrı-ayrı oymaqların qürurlu əmirlərini gözəl-gözəl vədlərlə
aldadıb özlərinə əlbir etdilər.
435
Xülasə, xudpəsənd və sadəlövh qızılbaş tayfa əmirləri
yersiz bəhanələrlə, o cümlədən mazandaranlıların tərbiyət
olunmaları, vilayət hakimlərinin dəyişilməsini (təvfiz), onlara vəzifə
və ənamlar verilməsini, hərəmxana xəzinələrinin Mazandarana
aparılması kimi töhmət və iftiralarla dolu və həqiqətdən uzaq olan
yalanları əsas tutaraq bir-biriləri ilə birləşdilər, Məhdülyanı yox
etmək fikrinə düşdülər.
Bu qəsdi həyata keçirilməkdən ötrü hər tayfanın əyan
əmirləri və böyük adamları mübarək dövlətxanın Çehelsütun
sarayında toplaşıb şahın hüzurunda ərz etdilər: "Məryəm şanlı
Məhdülyanın əmirlər və dövlət başçıları ilə kobud davranışı,
mazandaranlıları himayə etməsi, dövlət işlərinə müdaxiləsi sədaqətli
tayfa ağsaqqalları tərəfindən bəyənilmir. Hər tayfadan olan cahil və
fitnəkar adamlar daim ona qarşı çıxır, tədbir edirlər. Qoy kamyab
nəvvab bu haqda savablı fikir sahibi olsun, əks halda tezliklə böyük
fəsad yarana bilər." Bu xəbər hərəmxanaya məhrəm adamlar
vasitəsilə
Məhdülyaya çatdıqda o da qeyrətinin və od-alovunun
çoxluğundan əmirlərə sərt cavablar verdi. Əzəmətli əmirlər bu
söhbətdən pərişan olub qəzəblə dövlətxanadan çıxdılar və fitnəkar
bir tədbir görməyə başladılar. Xainlərdən biri elə
həmin gün
nəvvabın vəziri Əmir Qəvaməddin Şiraziyə yaxın adam olan Mirşah
Qazi Müstovfini məvacib almaq bəhanəsi ilə yaraladı. Ertəsi gün
təkəbbürlü və fitnəkar əmirlər Qəzvinin Səadətabad bağında yığışıb
Məhdülyanı aradan götürmək barədə əlbir oldular. Əmirlərdən
İsgəndər şanlı nəvvabın xalası oğlu (xalezade) və şahın etimadlı
adamı, həmçinin təkəli oymağının ağsaqqalı, dövlət başçılarından
biri olan Müseyib xan Şərəfəddinoğlu Təkəlini də bu işdə özlərinə
müttəfiq etdilər. Bu ittifaq barədə xəbər yayıldıqda İsgəndər şanlı
nəvvab və Məryəmməkan Məhdülya onu hümayun dövlətxanaya
çağırıb dedilər: "Əgər əmirlər hücum edərlərsə, o, şah
dövlətxanasındakı sadiq adamları öz ətrafına toplayıb, onlara qarşı
qoy tədbir görsün". Müseyib xan həlim xasiyyətli və gözütox adam
olduğundan bu işin qarşısını ala bilmədi, gedib öz evində sakit gün
keçirməyi qərara aldı. Sədaqətsiz əmirlər Çələbi bəy Mehmandar
Təkəlini onun ardınca yolladılarsa da, o, əvvəlcə bir neçə üzürxahlıq
edib onların yanına getməkdən imtina etdi. Əmirbr israr etdikləri və
yanına çoxlu adam göndərdiklərinə görə Müseyib xan onlarla
razılaşdı, bağa gedib, onlara qoşuldu. Bütün müttəfiqlər bir nəfəri
hümayun dövlətxanaya göndərib şaha belə ərz etdilər: "Şaha
436
məlumdur ki, qadınlar öz ağıllarının azlığı, rəylərinin zəifliyi və
inadkarlıqları ilə məşhurdurlar. Nəvvab Məhdülya da həmişə biz
dövlətxah
adamların
əleyhinə
gedərək,
dövlət
işlərinin
nizamlanması xüsusundakı məsləhətlərimizə razılıqla yanaşmamış,
əzamətli dövlət ağsaqqalarının göstərişlərinə əməl etməmiş və bizi
təhqir etmişdir. Bizdən indiyə kimi bir ədəbsizlik və qorxaqlıq baş
verməmişdir və bundan sonra da biz qorxmaz olacağıq. İndı tərəflər
arasında inadkarlıq yaranmış, aradan pərdə götürülmüşdür və
Məhdülya tayfa ağsaqqalarını məzəmmət etmişdir. O, bizi nifaq əhli
sayıb, müxtəlif təhdidlərə əl atır. Belə olan halda biz necə arxayın
ola bilərik? Biz istəmirik ki, "səltənətdə olan qızılbaş xanları
arasında bir adam yoxdur ki, övrətlərin dövlət işlərinə dəxalət
etməsinin qarşısını ala bilsin" xəbəri başqa padşahlar arasında
yayılsın. Sözün qısası budur ki, Məhdülyanın dövlət və şahlıq
işlərinə dəxaləti və idarəçiliyi bütün qızılbaş tayfalarının əleyhinə
yönəlmişdir və biz heç bir vəchlə buna razı ola bilmərik".
İsgəndər şanlı nəvvab öz alicənab əcdadından ona yadigar
qalan mülayim təbiət, dərvişanə xislət, nəfs toxluğu və məsləhətə
qulaq asmaq xasiyyətinə malik olduğundan, övliya və Allah əhlinə
xas mülayimliklə əmirlərə dedi: "Əgər siz onun dövlət işlərinə
dəxalət etməsini istəmirsinizsə, belə razılaşaq ki, o, bundan sonra
qoy mülki işlərə qarışmasın. Əgər, Məhdülya bununla razılaşmazsa,
mənim şah atamın anamı Quma yollayıb uzun vaxt orada saxladığı
kimi hərəkət edərik və onu Quma yollayarıq ki, gedib orada bir
müddət öz oğlunun yanında yaşasın. Əgər onun Qumda qalması da
mümkün olmazsa, onu öz mülkü və atasının evi olan Mazandarana
yollayarıq. Əgər bu da olmasa, mən öz xoşumla səltənəti tərk edib
öz azyaşlı övladlarımla Şiraza gedərəm və siz kimi istəsəniz
özünüzə şah təyin edərsiniz. Mən o günahsız seyid qadının edamına
razı ola bilmərəm".
Həmin insafsız fitnəkarlar zülm qapılarını açıb, həddən
artıq yaramaz sözlər dedilər. Amma nəvvab Məhdülya qeyrət və
tündməcazlığının çoxluğundan İsgəndər şanlı nəvvabın bu mülayim
hərəkəli ilə razılaşmadı. O, əmirlərin qarşısından geri çəkilmədi və
dedi:
"Nə qədər ki, sağam öz xasiyyətimi dəyişməyəcəm və
tutduğum yoldan geri çəkilməyəcəm. Əgər qızılbaşlar padşahın
dedikləri ilə razılaşmayıb, onun möhtərəm hərəmini zülmlə qətl
437
etməyə iqdam edərlərsə, hökm böyük Allahındır,
337
mən dörd
şahzadə anası öz qanımın sizdən alınmasını Allah-təalanın izni ilə
övladlarıma tapşıraram".
Düzgün danışan adamlardan eşitmişəm ki, o vaxt
Məhdülyanın vəziri Qəvaməddin Hüseyn Şirazi gəlib ona ərz etdi:
"Gərək Məhdülya əmr etsin ki, xəzinələrdən Çehelsütun
sarayına qızıl kisələri gətirilsin və qorçilərə qızıl paylanacağı halda
xəbər verilsin. Qorçilər qızıl almaqdan ötrü dövlətxanaya gəldikləri
zaman əmirlərin arasına təfriqə daşı düşəcək" (yəni onlar bir-
birilərindən ayrılacaqlar - Ş.F.).
O şir ürəkli qadın qeyrətlə cavab verdi: "Ey gözəl tədbirli
Asəf! Sizin ki, saraydan xaricdə baş verən məsələdən xəbəriniz
vardır. Gərək elə tədbirə əmirlərin [bizim əleyhimizə]
birləşməsindən əvvəl əl atılaydı. İndi ki, iş belə vəziyyətə gəlib
çatıb, bu mümkün olan tədbir deyildir. Qızıl gücünə şahlıq iqtidarını
ələ almaq alçaqlıqdır. Mən buna razı deyiləm. Hər şeyi Allahın
qəza-qədəri həll edir".
Dostları ilə paylaş: |