Mürşüdqulu xanın Məşhəd hakimi
Salman xandan üzrxahlıq etməyi:
Hələ Xorasan mülkündəki işlərə bələd olmayan və qoşun-
ləşkər hazırlamayan Salman xanın yanında pərakəndə və istedadsız
az miqdar, adam vardı. Hələ o, Mürşüdqulu xana etibar
etmir, onun yalan sözlərinə inanmır və buna görə də onunla görüşə
razı olmurdu. Salman xan onun barəsində fikrə dalıb, hələ nə onunla
düşmənçilik etmək istəyir, nə də özündə onun gəlişinə mane olmaq
qüdrəti görürdü. Ağıllı insan və köhnə hərbçi olan Şahqulu Sultan
Qarınca isə Cama tərəf yollandığından, hələ Məşhəddə deyildi ki,
Salman xan onunla bu barədə məsləhətləşə bilsin.
Xülasə, Mürşüdqulu xan razılıq və icazə almadan bir neçə
nəfər adamı ilə məqsədinə doğru yola düşdü. Məşhədə yaxınlaşanda,
504
Məşhədin əzəmətli seyidləri və əyanları qaladarlıq edə bilməmək
qorxusundan cənab Salman xanı onunla ülfətə və birliyə
rəğbətləndirdilər, Mürşidqulu xanı qarşılamağa hazırlaşdılar. Xanın
az miqdar adamla gəldiyini eşidən Salman xan zərurət üzündən
dostluq (vedad) izhar etdi, mehmanı gözləməyə başladı. Xanın gəlişi
günü müqəddəs astananın seyidləri, xidmətçiləri, həmçinin
müqəddəs Məşhədin əyanları ilə pişvaza çıxıb xanı şəhərə gətirdilər.
Mürşüdqulu xan onunla ədəb-ərkanla rəftar edib bir nökər kimi
söhbətə başladı. [Sonra] Mürşüdqulu xan müqəddəs astanaya
gedərək, ziyarət şərtlərini yerinə yetirdi, sərkare-feyzasarın
mehmanı oldu. Ehtiyatkarlıq edib bir neçə gün də astanada ləngidi
və oradan heç yana çıxmadı. Hər gün müqəddəs astanada onunla
görüşən Salman xan mizbanlıq mərasiminə qurşandı, rəsmi
ziyafətlər verdi. Onun tərəddüdlü olduğunu başa düşən Mürşüdqulu
xan məkr və hiylə qapılarını açdı, şirin dili və yaltaq davranışı ilə
xanın tərəddüdünün rəf olunmasına çalışdı. Get-gedə şəhərdə
Mürşüdqulu xanın adamlarının sayı çoxaldı. Hətta hələ Salman
xanın yanına gələ bilməyən bölgə adamları da, o neçə gün ərzində
şəhərə gələrək xanla görüşdülər.
Xanın qəlbində həmişə yer tutan müqəddəs Məşhədin
hakimi olmaq həvəsi üzə çıxdı. O, zahirdə Salman xanla görüş,
batindəsə Məşhədi tutmaq istəyi ilə hakimlərin iqamət yeri olan və
Salman xanın da orada qaldığı Çaharbağa gəldi, orada dayandı.
Salman xan ziyafət və mehmandarlığa başladı, müxtəlif söhbətlər
etdi. O, özünün İsgəndər şanlı nəvvabın və şahzadə Sultan Həmzə
Mirzənin dövlətxahı olduğunu ona bildirdi.
Mürşüdqulu xan məsələnin başlanğıcında öz itaətkarlığını
izhar etsə də, nəhayət qəlbindəki sirlərini Salman xana bidirdi və
dedi: "Xorasan əhalisinin rəiyyət və əskərləri əlahəzrətə itaət etməyə
ürək bağlamışlar. Onlar o həzrətin lələsi və Xorasanın bəylərbəyisi
olan Əliqulu xan Şamlı ilə də əhd-peyman etmişlər. İsgəndər şanlı
nəvvab da Xorasan məmləkətini təzədən Xorasanda olan bu əziz və
səadətli oğluna vermişdir. Əgər cənab xanın Xorasanda qalmaq
meyli vardırsa, onun əlahəzrət şahın itaətindən və Əliqulu xanla
razılaşmasından başqa heç bir çarəsi yoxdur. Belə olan bir halda,
cənab xanın hakimi kimi bu vilayəti qorumaq, bölgə sərkeşlərini və
Məşhəd hüdudlarındakı düşmənləri cəzalandırmaqdan ötrü güclü
qoşunu yoxdur. Dövlətin məsləhəti belədir ki, bu vilayət mənim
505
ixtiyarıma verilsin, cənab xan isə mənim olan Xaf və Baxərzə gedib
o vilayətdə rahatlıqla yaşasın".
İtaətdən başqa çarəsi olmayan Salman xan buna razı olub o
vilayətə getmək təklifini qəbul etdi və Mürşüdqulu xan onu Xaf və
Baxərzə çatdırmaqdan ötrü etimadlı adamlarına göstəriş verdi.
Məşhəd hakimi kimi Salman xanın başına toplaşmış
adamların əksəriyyəti ondan ayrılıb şəhərdə qaldı, o isə bir neçə
nəfər adamla yola düşdü. Xorasandakı vəziyyət və Mürşüdqulu
xanın hərəkəti onun ürəyindən olmadı, İsgəndər şanlı nəvvab və
şahzadə Sultan Həmzə Mirzənin ona etdikləri haqlı ehtiram
(həqqyozarı) səbəbindən heç Xorasanda qalmaq istəmədi də. Buna
görə də, o, yolda ov bəhanəsi ilə özünün yüngül-ağır əşyalarını atıb
fərar etdi və İraqa yollandı.
Onun gedişindən agah olan Mürşüdqulu xan bu hərəkətin
öz istəyinə uyğun baş verdiyini düşünüb, şövkət və iqtidarla
müqəddəs Məşhəd hakimliyinə başladı, Herata tərəf xəbərçilər
(möbəşşeran) göndərdi, baş vermiş əhvalatın məhz əlahəzrətin
iqbalından yarandığı barədə Əliqulu xana məlumat verdi. O, çoxlu
adamı olan Budaq xan Çekəni və onun övladı, Baba İlyasın övladı,
bayat təbəqəsi, müqəddəs Məşhəd hüdudundakı cığatay
oymaqlarının başqa əmir və qoşun başçıları ilə birləşdi və Budaq
xanın qızına elçi göndərdi, həmin diyarın bütün əhalisinin könlünü
aldı, hökmü həmin vilayətdə həyata keçmiş oldu.
Əmirlərin əksəriyyəti ona itaət etdi. Mürşüdqulu xan bu
hadisələrin baş verdiyi günlərdə ona kömək etmiş ustaclı və başqa
tayfalara, həmçinin yenidən onun əlinə keçən vilayətlərin
camaatına, zəmanəyə uyğun olaraq vilayətlər payladı, onun şövkət
və iqtidarı gün-gündən artdı, nəticədə bunlar şamlı tayfasının
həsədinə səbəb oldu. Amma, o cənab Əliqulu xanla da ülfət, dostluq,
sədaqət yoluyla gedirdi. Həmin qışı asudəliklə müqəddəs Məşhəddə
keçirən Mürşüdqulu xan o vilayət işlərinin nizamlanması ilə məşğul
oldu, Salman xan isə yanındakı mülazimləriylə birlikdə Tun və
Təbəs yolunu keçib İraqa gəldi, Qəzvin darüssəltənəsində İsgəndər
şanlı nəvvab və nəvvab cahanbaninin xidmətinə yetişməklə
şərəfləndi, baş verənləri yuxarıda bəyan olunduğu kimi onlara ərz
etdi.
506
Şah Təhmasibin qızı Şəhrəbanu bəyimin vəfatı:
Onun gəlişindən bir neçə gün əvvəl onun möhtərəm rövcəsi
(həlileye-cəhle), cənnətməkan şahın qızı ülyacənab Şəhrəbamı
bəyim xəstələndi. [Təbiblərin] müalicələrinin nəticəsi olmadı və o,
Haqqın dəvətini qəbul edib bəqa evinə yollandı. Qəzvin
yaxınlığında bu möhnətli xəbəri eşidən Salman xan ondan ötrü çox
məlala batdı. İsgəndər şanlı xaqan ona şahanə şəfqətlər və
xosrovanə mehribanlıqlar göstərib təsəlli verdi, rüzgarın gərdişindən
Salman xanın qəlbinə dolmuş kədərin rəf olunmasından ötrü ona
ürək-dirək (təfəqqoq və delcuyi) verdi.
HÜMAYUN MƏİYYƏTİNİN İKİNCİ DƏFƏ AZƏRBAYCANA
YÜRÜŞÜ, ƏMİR XAN TÜRKMANIN ƏSİR ALINMASl,
ƏLİQULU XAN FƏTHOĞLU USTACLININ VƏZİFƏDƏ
YÜKSƏLDİLMƏSİ (TƏRBİYƏT YAFTƏN), TƏKƏLİ VƏ
TÜRKMAN [TAYFALARININJ ÜSYAN VƏ
TÜĞYANLARININ BAŞLANMASININ ZİKRİ
Müzəffər şah məiyyəti Qəzvin darüssəltənəsinə çatdıqda
qış da sona çatdı, türki meymun (pici) ilinə bərabər olan doqquz yüz
doxsan ikinci ilin (miladi 1584/85) dünyanı işıqlandıran novruzu
gəlib yetişdi, cahanın işrətabad yerləri bahar (rəbi) mövsümünün
qədəmlərindən tazə təravət tapdı. Nəvvab cahanbaninin cavanlığının
başlanğıcı, nəfsani ləzzətlərin onun tərəfindən dərk edilməsi və
kama yetişmək dövrü idi. O, öz şərafətli vaxtını, seyr və söhbətə sərf
edir dostları və həmsöhbətləri ilə birlikdə işrət məclislərinin xəlvət
yerlərində şadyanalıq edir, reyhani şərab qədəhlərini (eqdahe-rahe-
reyhani) və sevinc artıran badələri nuş edir vüsal gülzarının lalə
yanaqlı, ay üzlü gözəllərindən şadlıq gülləri dərirdi.
Azərbaycan bəylərbəyi Əmir xan öz vəziri Qasım bəyi
Təbrizdən ali saraya göndərib Azərbaycanın həqiqi vəziyyətini,
rumilərin hücumunu və onların İrəvanı tutmalarını şaha ərz etdi.
Şah, nəsibi qələbə olan qoşunla İrəvan qalasına hücum etməyi
qərara aldı. Əzəmətli əmirlər və dövlət başçıları bir yerə yığışıb
Azərbaycana tərəf getməyə razılaşdılar. Onlar yay fəslinin
əvvəllərində Qəzvin darüssəltənəsindən hərəkət edib Azərbaycana
yollandılar. Məhəmməd xan Türkmana öz ləşkərini hazırlamaq və
müzəffər şah dəstəsinə gəlib qoşulmaq üçün Kaşana getmək izni
507
verildi. Müseyib xan Təkəli də qardaşı oğlu Muxtar Sultanla birlikdə
öz ülkaları olan Reyə yollandılar. Miyanc çəmənliyində onların
iqbal çadırları qurulan vaxt Həmzə Mirzə qiymətli Səfəvi
şeyxlərinin - Allah onların ruhlarını müqəddəs saxlasın -
məqbərəsini ziyarət etmək məqsədilə hümayun ordudan və məşhur
atasından ayrılıb Ərdəbil darülirşadına yollandı.
Şahzadə hələ geri qayıtmamışdı ki, Əmir xan əksəriyyət
qardaşları, övladları, qohumları və öz tayfasının adamlarından ibarət
təxminən on iki min nəfərlik ordu ilə ali şah heyətini qarşılamaq
üçün Təbriz darüssəltənəsinidən çıxıb hümayun ordunun
yaxınlığında dayandı. Şahzadə orduda olmadığından, Əmir xan bir
qədər [onun gəlişini] gözlədi, onun gəlişindən sonra birlikdə getdilər
və xan İsgəndər şanlı nəvvabın ayağını öpmək şərəfinə nail oldu.
Şahzadə Təbrizə getmək meylinə düşdü, Miyanc çəmənindən keçib
bir neçə yer qət edərək xoşbəxt bir saatda Təbriz darülsəltənəsinə
daxil oldu.
Təbrizin əhalisi və sahibləri (əshab), ümumiyyətlə bütün
böyük və kiçik təbrizlilər gələnləri qarşılamaq üçün [evlərdən] çölə
çıxıb şadyanalıq etdilər. İsgəndər şanlı nəvvab və aləm şahzadəsi
həşəmət və xoş təəssüratla Təbriz dövlətxanasına gəldilər, öz ata-
babalarının dövlət və səltənət paytaxtında əyləşdilər. Cənab xan
(yəni Əmir xan - Ş.F.) qonaqlara qonaqpərvərliyə (mizbani)
başlayaraq, olduqca yüksək xidmət edirdi. Onun alnında həmişə
diqqət və iltifat nurları parlamaqdaydı. Buna görə də gün-gündən
inkişaf və tərəqqidə oldu. Amma, fələyin məsləhəti ilə birdən-birə
onun dövlət büsatı dağıldı, xəyalına belə gəlməyən bir vəziyyəti
ibrət görən gözü ilə müşahidə etdi və nəticədə ona olan oldu. Məsələ
belə baş vermişdir: Hümayun şah qoşunu birinci dəfə Təbrizə gələn
il hümayun qışlaq orada olmuşdu və nəvvab şahzadənin yaşı az idi.
Əmir xandan və əmirlərdən üz verən bəzi bəyənilməz hərəkətlər
adamların gözündən yayınırdı. Amma, bu dəfəki gəlişdə onun
şərafətli ömrü on səkkiz yaşına girmiş, şahzadə özünün inkişaf
sərhədinə gəlib çatmışdı. Gənclik qüruru səltənət və hökmdarlıq
badəsini doldurmuş, qıpqırmızı şərabın nuş edilməsi isə yuxarıda
göstərilən hər iki ilahi keyfiyyətin üstünə əlavə olunmuşdu. Hər
hansı mülayim olmayan hərəkət onun mübarək hafizə aynasının
üstünü tərlədirdi.
Təbrizə gəlişinin ilk vaxtlarında ayaqlarını ədəb
dairəsindən kənara qoyan və tərslik edən və onun şərafətli xatirini
508
incidən bəzi fitnəkar qızılbaşlar öz yollarını azmışdılar. Şahzadə
onları aradan götürmək qərarına gəldi. Bu hadisələrin baş verməsi
zamanı (güman ki, anası Məhdülya ilə bağlı hadisələr - Ş.F.) Əmir
xan ali orduda olduğundan belə görünürdü ki, onun sədaqət ətəyi
həmişə ədəbsizliyə bulanmamışdır. Şahzadə onu bütün işlərdə özünə
müttəfiq etmək və bütün gizli işlərini onun vasitəsilə həyata
keçirmək istəyirdi. Buna görə də ona və onun adamlarına
əvvəlkindən daha çox ifrat diqqət və nəvazişkarlıq (təzimat və
təkrimat) göstərirdi.
Amma, Əmir xan həqiqətən də xeyirxah
və
məsləhətləşməyə layiq bir adam olduğundan və Rum sultanının
həmin mülkü ələ keçirmək arzusuna düşdüyündən bu [bəylərbəyi]
hər biri böyük oymaqlara (tayfalara - Ş.F.) mənsub olan ağsaqqal
adamları cəzalandırılmalarını, vaxta münasib olaraq münasib
bilmədi, [şahzadə ilə] razılaşmadı. O, bu vaxtadək şərab içilməsinin
qadağan edilməsinə səy etməkdəydi. Əmir xan, işrət günlərinin və
cavanlığın təsirindən şahzadənin şərab içməyini bəyənilməz
(məkruh) sayır, hərdənbir ona dövlətxahlıq baxımından bir atalıq
kimi (ətaliqanə) nəsihət edir, bu əməldə şahzadəni müdafiə edən
əmirləri və dövlət adamlarını (ərkan) töhmətləndirirdi (sərzəneş). Bu
vaxt, hamısı cəhalət və qürur badəsindən məst olan [Əmir xanın]
qardaşlarından, övladlarından və qohum-əqrabalarından ibarət [bir
dəstə adam] ədəbsizliyə başladılar. O həzrət [Həmzə Mirzə]
hövsələsinin genişliyi, dövlətin qorunması (pase-dovlət) və [Əmir
xanın] məqam və mərtəbəsinin hifz edilməsindən ötrü onların
hərəkətləri üzərinə hicab pərdəsi çəkirdi.
Amma Əmir xanın kobud hərəkətləri şahzadənin nurlu
xatirini dumana bürüyürdü. Hamısı cahil cavanlar olan və dövlət
işlərindən xəbərləri olmayan ali məclis iştirakçılarından Əliqulu bəy
Fəthoğlu və ustaclı oymağından olan onun qohumu Məhəmmədi bəy
Sarı Solaq şahzadəyə yaxın idilər və türkman tayfasına qədimdən
bəri ədavət bəsləyirdilər. Onlar, şərab nuş edilməsi və qəlyan
çəkilməsi vaxtı, fitnə-fəsad yaratmaq fikrinə düşüb şahzadəyə onun
ürəyinə yatan bəzi sözlər ərz edir, o həzrətin şərafətli xatirini pərişan
hala salırdılar. Şahzadənin qəzəbinə səbəb olan bəyənilməz
hərəkətlərdən biri bu idi: [Əmir xan] şahın icazəsi olmadan öz
məsləhəti ilə evinin qapısı önündə bir qala bina etmiş, ətrafında
bürclər yüksəltmiş, evini xeyli möhkəmlətmişdi. Onun bu hərəkətini
üsyan və tüğyan əlaməti kimi düşünüb şahzadəyə qorxulu sözlər ərz
509
etdilər, fitnə yaratmağa başladılar. Get-gedə səyçilərin (saiyan) səyi
ilə arada küdurət yaranmağa başladı. Əmir xan şahzadənin özünə
münasibətinin dəyişdiyini duydu, vüqar ayaqlarını ətəyinə çəkib
şahın mülazimi olmaqdan kənarlaşmaq qərarına gəldi, arada olan
gediş-gəlişi kəsdi.
Birdən-birə işin üstündən pərdəni açmaq istəməyən
şahzadə qaranlıq məsələnin aydınlaşması üçün Əmir xanın
hərəmxanası və qalası olan Sahibabad meydanında çovkanbazi və
qəbəqəndazi [oyunları] keçirmək üçün işrət məclisi qurdu. Bütün
qızılbaş əmir, əyan və əmirzadələri gələrək şadyanalığa başladılar.
Evinin yaxınlığına baxmayaraq Əmir xan həmin məclisə gəlmədi və
bu hal vəhşətə səbəb oldu. Elə o günlərdə Məhərrəm ayı və aşura
günləri yetişdi. Vəlayətnisan bu xanədanın belə bir qaydası var ki,
aşura günü padşah, bütün əmirlər və qoşun başçıları seyyidəş-
şühədanın
365
Kərbəla mərəkəsində qətl olunanların təziyəsini keçirir,
əza tuturlar. [Əzadarlar] hökmdarın yanında əza həndaməsi qurur,
göz yaşları tökürlər. Bu aşura günü təziyə məclisi Sahibabad
meydanının yanındakı mərhum Həsən padşahın məscidində tərtib
olundu. Bütün əmirlər gəldilərsə də, Əmir xan qəflətə qapılıb
gəlmədi. Əzəmətli əmirlər bu qəfləti qəbahət bilib onun ardınca
adam yolladılar. O, öz evində təziyə məclisi qurmuş və türkman
tayfa üzvlərindən böyük bir yığıncaq təşkil etmişdi. Bu məsələ
şahzadəyə ərz olundu və onun mübarək xatirindəki pərişanlığın
artmasına səbəb oldu.
Qulu bəy Qorçibaşı batində Əmir xanla müttəfiq idi və
əmirlərin əksəriyyəti biri-birilərinə kömək edirdilər. Qorçibaşı
şahzadə ilə Əmir xan arasındakı vəziyyəti yoluna qoymaq istədi. O,
Əmir xanın adından sədaqət izhar edərək, şahzadədən xahiş etdi ki,
Əmir xanın evinə öz səadət qədəmlərini ataraq oranı öz gəlişi ilə
nurlandırsın. Şahzadə qorçibaşı və əmirlərin xahişlərini nəzərə
alaraq onun evinə təşrif apardı. Əmir xan ali bir məclis düzəldib
şahanə qonaqlıq verdi, şahzadənin yaxınlarına, xüsusən Əliqulu
xan Fəthoğluya insanlıq və ata- oğulluq ehtiramı göstərdi.
Amma əksəriyyəti əzəmətli əmirlər silkinə mənsub və
qoşuna malik olan Əmir xanın qardaşları, oğlanları və qohumları
(əqvam) cahillik və qürur badəsindən sərxoş olub kobud hərəkətlər
etdilər, o həzrətin yaxınlarına, xüsusilə ustaclı və şamlı əyanlarına
365
İmam Hüseyn – Ş. F.
510
kinayəli, yaxud aşkar şəkildə təhdidedici sözlər dilə gətirdilər, elə
onlar da pərdəaltı tərzdə danışıb bunlara qarşı ehtiramsızlıq
göstərdilər. Bu gediş-gəlişin heç bir faydası olmadı, əksinə vəhşətin
yaranması üçün səbəblər ortaya çıxdı.
Badə məclisi davam etdiyindən, həmin ali məclisin
masabəyi (hərife-bəzme-piyale) olan Şahrux xan şahzadənin ona
göstərdiyi iltifatın təsiri ilə sərxoş olmuşdu. Şahzadənin şərafətli
xatirinin Əmir xan və onun sülaləsinə qarşı kin ilə (neqar) dolub
kamal nöqtəsinə yetişdiyini və təbiət camının Əmir xana
münasibətdə qəhr baxışı ilə dolduğunu görən Şahrux xan bu işə
(Əmir xanın cəzalandırılmasına - Ş.F.) razı oldu, bu məsələdə başqa
adamlarla birləşdi və şahzadənin etdiyi niyyətin icrası məsələni
qorçibaşı ilə məsləhətləşdi. [Qorçibaşı] şahzadəni bu fikrindən kənar
etməyə və Əmir xanın cəzalandırılmasının başqa bir vaxta
keçirilməsinə cəhd etdisə də, bunun heç bir faydası olmadı. Əmir
xan, həmçinin qürur və təkəbbür şərabı ilə məst olan başqa
türkmanlar hələlik gizli saxlanılan bu məsələdən xəbər tutub,
mənasız hərəkətlər etmək qərarına gəldilər və Əmir xanın evində
toplaşdılar. Öz oymaqlarının təəssübünü çəkmək bəhanəsilə onların
sırasına hətta qorçilər, yüzbaşılar və ordu mülazimləri də daxil
oldular. On min nəfərlik adam silahlanıb üsyan və fəsad qapılarını
açdılar.
Əmir xan Türkmanın Azərbaycan əmirül-üməralığı
vəzifəsindən kənar olunması:
Türkmanların irəli sürdükləri iddialar bunlar idi:
Şahzadənin xidmətində olan bəzi cahillər onun qılığına girmiş və o
həzrətin mübarək xatirini bu dövlətxah adamlardan döndərmişlər,
xüsusilə Əliqulu xan Fəthoğlu, Məhəmmədi Sarı Solaq, İsmayılqulu
xan Şamlı və onlara bənzəyən başqa əmirlər o həzrətə xidmət
etməyə layiq deyillər, gərək [şahzadə] arxayınlıq naminə onları
özündən kənarlaşdırsın.
Belə cəsarətli əməl sədaqət və bəsirət sahiblərin nəzərincə
ədəbsizlik olduğundan, türkmanların bu kəbid əməli şahzadənin
kinini daha da artırdı. Qəlbində alovlanan qəzəb atəşi daha da
çoxaldı. Artıq işin üstündən pərdə götürülmüşdü. Şahzadə
ürəyindəki gizli niyyətini zahirə çıxarıb onların cəzalandırılmasını
qəti qərara aldı.
511
İlk tədbir kimi Əmir xanın şan-şöhrətinin azalması üçün
onu vəzifəsindən kənar edib, Təbriz ülkasının əlindən alındığını
Təbriz əhlisinə bəyan etdi. Türkmanların istilasından və Əmir xanın
istəklərindən cana doymuş təbrizlilər də razılaşdılar və onun
vücudunun yox edilməsinə tərəfdar olduqlarını bildirdilər.
Əmir xanın evinə gediş-gəliş kəsildiyindən, o, xəyalında
belə təsəvvür etmədiyi vəziyyəti görüb qəflət yuxusundan ayıldı,
bürclərə və barılara sığınıb özünü müdafiə etmək qərarına gəldi,
bürclərə və barılara top-tüfəng yığıb, Sahibabad meydanı səmtindəki
bürcdən hümayun dövlətxanaya tərəf bir neçə top atəşi açdı. Bu
minvalla bu top-tüfəng atəşləri üç gün davam etdi.
Şahzadənin üzündə bu cəsarətdən məsuliyyət təri
görünürdü, "şahsevənlik" elan etdi. Hökm olundu ki, türkmanlardan
bu sülalənin və xanədanın qulamı olan hər kəs qoy dövlətxanaya
gəlsin, əksinə, kim ki, Əmir xanla dostdur və onun istəyi ilə hərəkət
edir, bu dövlətdən əlini üzüb Əmir xanın ətəyindən yapışsın.
Şahsevənlik çağırışını eşidən türkman tayfası arasına
çaxnaşma düşdü, onlar bu hökmə qarşı çıxa bilməyərək, dəstə-dəstə
hümayun dövlətxana qapısına gəlir və şahsevənlər silkinə daxil
olurdular. Axırda Əmir xan da öz oğul və qardaşlarını göndərdi ki,
onlar da şahsevənlər zümrəsindən xaric olmasınlar. Amma onun özü
gəlməkdən imtina etdi. Buna görə də türkmanlar arasına təfriqə və
dağınıqlıq düşdü. Əmir xanın özü də öz işinə heyrətdə qalmışdı.
Onun yaxın adamları və nədimləri cürətə gəlib dedilər: "Bir halda
ki, şahsevənlərin dövlətxaya getmələrinə hökm olunmuşdur, gərək o
(Əmir xan - Ş.F.) heç kimin vasitəçiliyi olmadan xidmətə gedib
özünü bu yolla hicab pərdəsi arxasından üzə çıxarsın".
Əmir xan onun yaxşılığını istəyən bu şəxslərin təklifini
rədd etdi və onun [dövlətxanaya] getməyə cürəti olmadı. Hümayun
dövlətxanaya toplaşan əzəmətli əmirlər onun yanına adam yollayıb
qalaya sığınmağı və top-tüfəng atmağı ona qadağan etdilər və
dedilər: "Əgər Əmir xan öz fikrində israr edərsə,
[Misra]
"Bizlər hamımız zərrələrik şahın önündə"
512
deyərək, onun qalasını tutmağa səy etməyimiz lazım gələcək.
Qalanın fəthindən sonrasa bunun nəticəsinin necə olacağını özün
göz qabağına gətir".
Əmir xan əvvəlcə onlara kobud sözlər yolladı. Bütün
qızılbaşlılara və təbrizlilərə yaraqlanıb və yürüş ləvazimatını
hazırlayıb gecə qalaya hücuma keçməyi əmr edən şahzadənin
sözlərini qəbul edən camaat hümayun dövlətxanaya gəldi. Şahzadə
yürüşə hazır idi ki, İsgəndər şanlı nəvvabın mərhəmətinə ümid edən
əmirlər Əmir xanın kobud hərəkətləri barədə padşahın yanına bir
adam yollayıb bu cümə gecəsi çoxlu qan töküləcəyini və böyük fitnə
yaranacağını nəzərə alaraq şahzadəni bu əməldən çəkindirməyi
xahiş etdilər və bildirdilər ki, əgər sabah Əmir xan şahın xidmətinə
gəlməzsə, qoy onda ona nə edirlər etsinlər.
İsgəndər şanlı nəvvab öz böyük övladını (Həmzə Mirzəni -
Ş.F.) yanına çağırıb onu törədəcəyi hərəkətlərdən çəkindirirdi. Ertəsi
gün həmin adamlar hümayun dövlətxanaya toplaşdılar, əmirlər və
Əmir xan arasında yenidən gediş-gəliş başlandı. Əmir xan itaətdən
başqa çarə görməyərək qaladan çıxmağı qərara aldı. Onun
adamlarından olan və "Kiçik həkim" adlanan həkim Əbülfət Təbrizi
gəlib xanın qaladan çıxması xəbərini gətirdi. Qorçibaşı, Şahrux xan
və əmirlər qalanın yaxınlığına getdilər. Əmir xanla onların arasında
Sahibabad [meydanına] yaxın yerdə yerləşən şah məscidinin qapısı
ağzında görüş baş tutdu, əmirlər onu hümayun dövlətxanaya
gətirdilər.
Elə ki, dövlətxanaya daxil oldular, Əmir xan qılıncını
belindən açıb boynundan asdı. Bir yanından qorçibaşı, o, biri
yanından isə Şahrux xan onu araya alıb günahkar kimi ali nəvvabın
yanına gətirdilər. Xan onun ayağını öpməklə şərəfləndi. Ali nəvvab
ona ali əcdadından yadigar qalan ədalətli xislətlə dərhal qılıncı onun
boynundan götürdü. Əmir xan isə bu vaxt riqqətə gəlib ağladı.
Padşah onu bağışladığını bildirib dedi ki, etdiyin bütün kobud
hərəkətlər müqabilində sənə qarşı [bizim tərəfimizdən] mərhəmət və
iltifatdan başqa heç bir hərəkət baş verməyəcəkdir. Hökm olundu ki,
gecə şahzadənin divanxanasında qurulacaq məclisdə Şahrux xan
Əmir xanın şərəfinə qonaqlıq versin. Türkman əmirlərindən olan
Ədhəm xanı Əmir xanın evini, namusunu və adamlarını mühafizə
etməkdən ötrü qalaya göndərdilər.
Əmir xan gecəni divanxanada keçirdi. Ertəsi gün
"Həştbehişt" imarətinin yuxarı evində onun üçün yer təyin olundu,
513
bütün var-dövləti isə tarac edildi. Bu neçə gün ötdü və Əmir xan
Qəhqəhə qalasına göndərildi.
Əmir xanın Binəzir adlı çox sevdiyi bir məhbubəsi var idi.
Xan onun da qalaya gətirilməsini, ondan ayrı salınmamasını xahiş
etdi. Şahzadə onun xahişini qəbul etdi və Binəziri ona təhvil
verdilər.
Bütün bu hadisələrin Əliqulu bəy Fəthoğlunun səyi ilə baş
verdiyini nəzərə alan şahzadə bəyi nəvazişləndirdi, ona xan rütbəsi
verib, Təbriz darüssəltənəsinin hakimi təyin etdi və Əliqulu bəy
beləliklə bütün əmir və dövlət başçılarının həsədinə səbəb oldu.
Onun belə yüksəlməsi əzəmətli əmirlərin xoşuna gəlməsə də, buna
etiraz etməyə cürətləri olmadı. Hamı onun yanına gedib öz
dostluğunu ərz etməkdə idi.
İsmayılqulu xanın ləqəbi "Yoldaş" olduğundan, şahzadə
Əliqulu xanı yüksək "Qardaş" ləqəbi ilə şərəfləndirdi. Bu işlərin
əsas aparıcısı və məxfi əməllərin icraçısı olan Məhəmmədi Sarı
Solaq isə "Sirdaş" adlandırddı. Unudulma bucağına düşən ustaclı
tayfa üzvləri isə başlarını öz vücud ciblərindən çıxardılar və inayət
və iltifata layiq görüldülər. Bu tayfanın böyük bir hissəsi Təbriz
darüssəltənəsinə gəlib Əliqulu xana mülazim olmağı öz izzət və
etibarları üçün sərmayə bilərək, mötəbər ustaclı əmirzadələri onun
bəndəsi (qulu - Ş.F) olmağı öz üzərlərinə götürdülər. Əmir xanın
oğlanları, qardaşları və təbəələri şahzadənin onlara diqqətsizliyindən
məyus olurdular, çünki onlara müxalif olan ustaclı tayfasının
etibarının yüksəlməsini görüb, daha özləlinə qarşı məzəmmət və
bədnamçılıqdan başqa heç nə gözləmirdilər. [Buna görə də] onların
hər biri öz künclərindən çıxıb İraqa üz tutdu.
Bu xəbərlər Kaşanda Məhəmməd xan Türkmana çatdıqda
heyrət dənizinə qərq olub öz hayına qaldı. Əmir xanın qızı Vəli xan
Təkəli ilə nikahda idi. Əmir xanın qardaşları, övladı və qohumları
tədricən Həmədana gedərək, onun (Vəli xan Təkəlinin - Ş.F.)
ətrafında toplandılar. Məhəmməd xan fitnəkarlığa əl ataraq
Kaşandan Həmədana getdi, Vəli xanla görüşdü və onu aldadıcı
sözlərlə sədaqət yolundan döndərdi. Onun istəyi belə idi ki, bütün
türkman və təkəli tayfalarını bir yerə yığsınlar, Təbriz üzərinə
hücuma keçsinlər, Əmir xanın düşmənlərindən intiqam alsınlar,
Əliqulu xan Fəthoğlunu və Məhəmmədi Sarı Solaqı şahzadənin
yanından uzaqlaşdırsınlar, ustaclı tayfasını qəzəbə düçar etsinlər.
514
Belə xəbərlərin Təbrizə çatması, Əmir xanın öldürülməsinə
səbəb oldu. Qəhqəhə qalasına bir adam göndərib onu qətlə
yetirdilər. Əmir xanın qətli xəbəri İraqda eşidiləndə Vəli xan,
Məhəmməd xanı şirnikləndilib Əmir xanın qanını tələb etməyə
başladı və onlar Müseyib xanı da bu məsələdə özlərinə müttəfiq
etdilər, dava-dalaş qapılarını açdılar. Bu hadisələrin gedişində,
inkişaf edib dövlət və padşahlıq işlərinin icrasına başlayan şahzadə,
yuxarıdakı məsələnin özünə doğru yönəldiyini başa düşdü. [Buna
görə də o,] onların bu kobud hərəkətlərinə dözmədi, Əliqulu xanla
və onun məiyyətindəki dövlətxah şəxslərlə özünün iqtidar
əlamətlərini zahirə çıxardı.
Məhəmməd xan fitnəkarlığa başlayıb Həmədana gedərək,
təkəli tayfası ilə yeni əhd-peyman bağlayıb boş-boş xəyallara
düşdüyündən, şamlı və ustaclı əmirləri belə məsləhət gördülər ki,
onun halını pərişan etməkdən ötrü Kaşan vilayətini onun əlindən
alsınlar.
Belə qərara alındı ki, [o zaman] məşhur əmirlərdən biri
olan Şahverdi Xəlifə Şamlı Kaşana gedib oranı öz əlinə alsın. Ali
divanın dəvatdarı* və Kaşanda atasının canişini olan Yusif bəy
Məhəmməd xan oğlu qalaya sığındı, aralarında hər gün döyüş baş
verdi. Nəticədə Yusif boəy öldürüldü.
Bu xəbərdən narahat olan Məhəmməd xan işin üzərindən
pərdəni birdəfəlik götürmək məqsədi ilə oğlu Vəlican xanı həmin
hadisəni dəf etmək üçün Kaşana göndərdi. Şahverdi Xəlifə qalanı
ala bilmədi, axırda qayıdıb Nətənzə getdi. Məhəmməd xan [isə]
yaralanmış şikar kimi əsmə-titrəməyə düşdü, fitnə-fəsad qapısını
açdı. Təkəli və türkman fitnəkarlığı bir müddət davam etdi və onlar
şahzadə ilə müxalifcəsinə davrandılar. Nəticədə iş hərb ilə
nəticələndi, həmin tayfalar özlərinin günahkar əməlləlinin cəzasını
aldılar. Onların vəziyyətləri haqqında bir azdan Xorasan və
Azərbaycanda baş verən hadisələrin zikrindən sonra məlumat
veriləcəkdir.
|