Vəzir Mirzə Salmanın Heratda qətli:
Elə ki, İsgəndər şanlı nəvvab və aləm şahzadəsi əmirlərin
xəyanət və nifaqlarının baş verməyəcəyindən xatircəm oldular,
Mirzə Salmandan narazı olduqları üçün razılaşdılar ki, əmirlərin
onun barəsində gəldikləri fikirlə razılaşsınlar. Ertəsi gün bir dəstə
əmir Qulu bəy Qorçibaşının evinə yığılıb, şahın yanına bir adam
göndərdilər, Mirzə Salmanı aparıb qorçibaşının evində məhbus
etdilər, var-dövləti zəbt olundu. Oğlanları Mirzə Abdullah və Mirzə
Nizamı da həbs edib nəzarətdə saxladılar. Bir neçə gün də Mirzə
Salmanın varının axtarışına həsr olundu, xatircəmlik yarandıqdan
sonra, Salman xanın sağ saxlanmasının özləri üçün təhlükəli ola
biləcəyini başa düşərək onu qorçilərə verdilər. Türkman yüzbaşısı
Təhmasibqulu bəy Mosullu onu yaraladı, başqaları isə işini
bitirdilər.
Əcəb soyuqlatdı bu qəsr səni,
İsindin, dedilər: Tərk et məskəni!
360
Sübhanallah! Adəm övladının xeyir güman etdiyi bir iş
şərlə nəticələnir və o öz səyi ilə özünü əməl bostanına yetirməyə
çalışırsa, bəla tikanlığına (xarestan) düçar olur, xəta və zillət gülü
dərir. Mirzə Salman özünün dövlət bünövrəsini güclü təsəvvür
edərək, nəvvab şahzadəni özünə damad seçdi və bu qohumluq
üzündən dövlət gəlininə (ərus) üç dəfə təlaq deyərək həyat ipinin
qırılmasına səbəb oldu. Cəsədi iyrənc halda yoxluq torpağına atılıb-
qalmışdı. Nəhayət, sədr və üləmaların təsiri ilə onun nəşini
müqəddəs Məşhədə aparıb müqəddəs rövzədə dəfn etdilər.
Mirzə
Salman
İsfahan
oyanlarının
cabiriyyə
təbəqəsindəndir və öz şəcərəsini Cabir ibn Abdullah Ənsariyə*
çatdırırdı. Onun həyatının bir dövrü cənnətməkan şahın
360
Beytin farscası belədir:
Əcəb sərd aməd in qəsre-delaviz
Ke, ta ca gərm kərdi guyədət: Xiz!
495
hakimiyyətdə olduğu illərə təsadüf edir. O, həqiqətən də
qabiliyətinin, fəzilətinin və kamalının çoxluğuna görə başqalarından
üstün idi. İsgəndər şanlı nəvvabın vaxtında bəxt ulduzunun köməyi
ilə dövlət və iqbal meracına qədəm basdı, vəzirlər arasında iqtidarı
və istiqlalı artdı. Elə düşünürdü ki, illər ötdükcə, qulam, xidmətçi və
qoşununun çoxluğu sayəsində qəza qılıncını və qədər qalxanını dəf
edə biləcəkdir. Elə bu əbəs xəyalla da ayağını qələm əhlinə xas ədəb
dairəsindən kənara çıxarıb dünya nəfsinə tabe oldu, qoşun, ləşkər,
təbil və bayraqla şərəfləndirildi. O, şan-şöhrətli əmirlərlə qalib bir
şəxs kimi davranır, onlardan üstün olduğunu nümayiş etdirirdi.
Savabdan uzaq əməllərinin nəticəsində onda özündən razılıq
yarandı. Şairlik və söz demək məharətini kamal dərəcəsinə
qaldırmışdı, yüksək fəhmə, sağlam təbə, müstəqim zövqə malik idi,
bədahətən duzlu şerlər deyərdi. Çox vaxt vəzarət işləri ilə məşğul
olduğu əsnalarda ehtiyacı olanların ərizələrinə şerlə cavab yazar,
bədahətən, yüksək bəlağət və gözəlliyə malik qitələr, qəsidələr
qələmə alardı. Qətl olunmazdan bir neçə gün əvvəl bir qəzəl yazdı
ki, məqtə (başlanğıc) beyti belədir:
Beyt
"Ey gözəllər, dediniz qətl eləyək Salmanı
Yaxşıdır ki, bu isi ləngimədən tezcə edin".
361
Bu bir neçə beyt şeri də, Türbət [qalasının] mühasirəsi
zamanı demişdi:
Beyt[lər]
"Yardan yenə də vədeyi-didar gəlib-çatır,
Öylə döyünür qəlb, məgər yar gəlib-çatır?
Salman əgər gələrsə bəla, nalə eyləmə,
Əlbət, bəla sən aşiqə besyar gəlib-çatır''.
362
361
Beytin farscası:
Xubruyan ço səre-koştəne-Səlman darənd
Behtər anəst ke, əndişeye-u zud konid.
362
Beytin farscası:
Bazəm ze yar vədeye-didar mirəsəd?
496
Mirzə Salman bu qəzəli[ni] Mövlana Möhtəşəm Kaşinin
qəzəlinə cavab olaraq olduqca yaxşı deyibdir. O qəzəlin mətlə
(başlanğıc) və son beyti (hosne-mətlə) belədir:
Qəzəl
Sən gözəllik cilovun, baxsa fitnəkar, vermə,
Fitnəli kəslərə heç vədə ixtiyar vermə,
Laləgun surətinə pərdə salan zülfündən,
Səadət xəznəsini istəsə də mar, vermə.
363
Əliqulu xanın əmirlərlə sülhə gəlməsi:
Xülasə, bu hadisənin baş verməsindən sonra əzəmətli
əmirlər öz gələcəklərini (aqibət - Ş.F.) fikirləşib nəvvab şahzadədən
xahiş etdilər ki, onların xatircəmliyindən ötrü Mirzə Salmanın qızını
boşasın. Nəvvab şahzadə əmirlərin iltimasını qəbul edib talaqa razı
oldu. Mal və mülkünün bir hissəsi ali divana mənsub edildi, bir
hissəsi isə əzəmətli qorçilərə verildi. Bir-iki ay mühasirə
məsələsinin həll olunmasında hamı tərəddüd edirdi. Elə bu əsnada
Azərbaycandan vəhşətli xəbərlər gəlib çatdı. Rum sultanı tərəfindən
Fərhad paşa adlı bir şəxs o ölkənin sərdarı təyin edilmiş, hal-hazırda
Azərbaycana ləşkər çəkərək sərhəddə qətl atəşini yandırmaqdadır.
Güclü dövlətin başçıları bu xəbərdən narahat olaraq belə məsləhət
gördülər ki, Əliqulu xanla sülh bağlayıb yürüş cilovunu İraq və
Azərbaycana tərəf yönəltsinlər. Şahrux xan Möhrdar təlaşın
(ğayele), kobudluğun (koloft) və dava-dalaşın bitməsi naminə elə
özü birbaşa qala ayağına getdi, Əliqulu xanla görüşdü, sülh
məsələsini ortaya gətirdi. Xanın özü də elə bu işi gözləyirdi. Bir
qədər mübahisədən sonra tərəflər arasında sülh aşağıdakı şərtlərlə
Del dər təpidənəst məgər yar mirəsəd?
Səlman, əgər rəsid bəlayi, əz an mənal,
Gər aşeqi, bəla be to besyar mirəsəd.
363
Beytin farscası:
Ənane-hosn be çeşmane-fetne bar mədeh,
Be dəste-mərdome-porfetne exteyar mədeh.
Ze zolf pərde be roxsare-laləğun mətkən,
Kelide-gənce-səadət be dəste-mar mədeh.
497
imzalandı: Əliqulu xan o vaxt on iki yaşındakı böyük oğlu Vəlixan
Mirzəni bir yalvarış məktubu (zəriətnamə) ərizəsi ilə şahın yanına
göndərsin; ərizədə ərz olunsun ki, bütün bu fitnə-fəsadın mayası
(xəmirmayə) Mirzə Salman olmuşdur, indi ki, o, aradan götürülüb
bizlər yenə də əvvəlki kimi bu dərgahın qulamları və
qulamzadələriyik; [Əliqulu xan] sabiq taxsırlarının [əfvi üçün] üzr
istəsin; ədəbə riayət edilsin, səfəvi [xanədanının] sufiyəsindən
olduğunu sübut etmək yolu (təriq) ilə [Abbas Mirzənin] məşhur
atasının və böyük (bozorqvar) qardaşı [Həmzə Mirzənin] hörmətini
hifz etməkdən ötrü Xorasanda əvvəllər olduğu kimi səltənət və
padşahlıq xütbəsi İskəndər şanlı nəvvabın adına oxunsun və onun
böyük oğlu nəvvabi-cahanbanini şahlığın vəliəhdi bilsinlər; Xorasan
məmləkəti yenə əvvəlki kimi ölkələr tutan (gitisetan) şahzadəyə,
yəni əlahəzrət şaha verilsin və o, layiqli peşkərlər göndərib, hər nə
xahişləri (moltəməsat) olarsa ərz etsin ki, onlar xeyirxah adamlar
vasitəsilə o izzət sahibin (be ezze-əncahe-əqtəran) [padşaha]
çatdırılsın.
Təkəli əmirlərinin, xüsusilə Vəlixanın narazılığına
baxmayaraq bu sülh sənədində bir çox məsləhətli (səlahəndişi)
məqamlar olduğundan, təkəli tayfasının ağsaqqalı və böyüyü,
nəfsitox və sülhpərvər nümayəndəsi Müseyib xan Şərəfəddinoğlu
Təkəlini həmin sülhə rəğbətləndirdilər, o da öz növbəsində Vəlixanı
inadından çəkindirdi.
Atası Vəli Xəlifənin qətli xüsusunda İsmayılqulu xanla
Əliqulu xan arsında düşmənçilik olduğu üçün Əliqulu xanın atası
Sultan Hüseyn xan da ona əvəz olaraq qətlə yetirilmiş, Guryan
cəngində çoxlu adam öldürülmüşdü. Bir-biriləri ilə qohum-əqrəba
olan şamlıların ovçu, qəbiləsinin bir çox üzvü həmin öldürülmüşlər
zümrəsinə daxil idilər və onların inadkarlıqları fitnə-fəsaddan başqa
heç bir nəticə vermirdi. Buna görə də İsmayılqulu xan və Əliqulu
xan da bu sülhü faydalı bilib onun şərtlərini qəbul etdilər. Amma,
Əliqulu xan xahiş etdi ki, onlarla Mürtəzaqulu xan arasında
inadkarlıq öz həddini aşdığı üçün vəziyyətin düzəlməsi mümkün
deyildir. Qoy onu İraqa aparıb, müqəddəs Məşhəd hökumətini
dövlətin xeyirxah əmirlərindən birinə versinlər.
Xülasə, Şahrux xan sülh meydanına qədəm atdı. Əvvəlcə
əmirlərin vasitəçiliyi ilə ağılabatan dəlillər söyləyib, nəvvab
İsgəndər şanlı xaqanın və nəvvab şahzadənin sülhə qaytarmalarını
və Azərbaycan işlərinin dövlətin məsləhəti ilə qaydaya salınmasını
498
faydalı əməl saydılar. Sonra Şahrux xan icazə alaraq İsmayılqulu
xanı qalaya apardı və onları Əliqulu xanla sülhə gətirdi. Ertəsi gün
Əliqulu xan şahzadəyə özünün sadiqliyi, həmçinin keçmiş
xidmətləri və hüququ barədə bir məktub göndərib, öz yazısında baş
vermiş hadisələr xüsusunda ondan üzr istədi, bu güclü dövlətin
başçıları tərəfindən ona şəfəqqətin olmamasından gileyləndi,
Mirzə Salmanın müdaxiləsindən, Mürtəzaqulu xanın bəd
rəftarından cümlələr yazdı, sülh şərtlərinin zəruriliyini təsdiqlədi.
Amma, əlahəzrət zilləllah şahın xilafət və hökmranlığı hələ divanda
padşah tərəfindən qəbul edilmədiyi üçün sülhün şərtləri yerinə
yetirilmədi, quru söz və səsdən başqa bir şey olmadı.
Şah Sultan Məhəmmədin Heratdan qayıtması:
Sözün qısası, əmirlərin və dövlət başçılarının xahişləri ilə
Əliqulu xanın mətləb və iltimasları onun istəyinə uyğun şəkildə
qəbul olunma şərtinə yetişdi, ona fəxarətli ziyafətlər verildi.
İsgəndər şanlı nəvvab tərəfindən şahzadə "fərzənd" (burada
"vəliəhd" - Ş.F.) kimi uca ləqəbə layiq görüldü və əlahəzrət üçün öz
qiymətli atasından yaxşı hədiyyələr və sovqatlar göndərildi. Əliqulu
xanın oğlu Vəlixan Mirzə nəvvab şahzadənin ali sarayının
mülazimləri silkinə daxil olundu. Həmin novruzdan dörd aya yaxın
bir vaxt keçmişdi ki, onlar köç təbilini çalıb Herat
darüssəltənəsindən çıxdılar. Elə ki, müqəddəs Məşhədə gəlib
çatdılar, gedib mələklər yuvasının astanası olan rövzənin sultanı
İmam Rza əleyhüssalamın - ona və əcdadlarına salam olsun –
məzarını ziyarət etməklə şərəfləndilər. Əliqulu xanın razılığından,
Mürşüdqulu xanın və ustaclı tayfasının qəlbini ələ almaqdan ötrü
Mürtəzaqulu xanı Məşhəd hakimliyindən çıxarıb, bu vəzifəni o
tayfanın böyüklərindən Abdulla xanın nəvəsi Salman xana verdilər,
Astrabad əyalətinin idarəsi isə Mürtəzaqulu xana tapşırıldı, Damğan
vilayəti, Bostam, Biyaremənd Ərəbamiri və Hezarcərib də Astrabad
əyalətləri də Astrabadə əlavə olundu. Ustaclı tayfasının
böyüklərindən olan ağıllı və işbilən Şahqulu Sultan Qarıncaya
Salman xanın lələliyi və atalığı vəzifəsi tapşırıldı və Cam vilayəıi
ona verildi.
Xülasə, güclü dövlətin başçıları Xorasanı və xorasanlıların
işlərini zəmanəyə uyğun tərzdə həll edirək İraqa yola düşdülər.
Uzaqgörən və agah adamlar şahın geri qayıtmasından belə nəticə
499
çıxardılar ki, Xorasan mülkünün sultanlığı yenidən cahanıstan
şahzadəsinə, yəni əlahəzrətə aid olacaq, onun dövlət bayrağı yaxın
vaxtda ucalacaq, iqbal günəşi bütün məmləkətlər üzərində
parlayacaqdır. İsgəndər şanlı nəvvabın cəlal qoşununun yürüşü
zamanı şaha meyllənmiş Xorasan əmirləri və əhalisi onun
imdadından məyus olaraq, öz işlərinin aqibətini fikirləşib hazırlıq
işləri görməyə başladılar. Şaha itaət və bağlılıq qapılarını bağlayan
və müxalifət edən ilk şəxs Səbzvar darülmömininin hakimi Sevindik
bəy Qorçibaşının oğlu Hüseyn bəy Əfşar oldu. O, hümayun ordu
Səbzvara yaxınlaşan vaxt şahsevənlik izhar edib pişvaza çıxmış,
İsgəndər şanlı nəvvabın və aləm şahzadəsinin diqqətini cəlb etmiş,
Qulu bəy Qorçibaşının səyi ilə Səbzvar əyaləti əvvəl olduğu kimi
ona verildi. Lakin, elə həmin vaxtda da o, üsyan edib şəhər və qala
qapılarını möhkəmləndirdi, tüfəng ələ götürüb qaladarlıq etməyə
başladı. Nəvvab şahzadə əzəmətli əmirlərə xitabən hökm etdi ki,
Xorasan işləri barışıqla həll olunmalıdır, gəlin sülh yolunu tutaq. Bir
halda ki, Hüseyn bəy kimi bir kişi padşaha ağ olub qalanı
bağlayaraq cəsarət və ədəbsizlik əlini uzada və hümayun orduya
top-tüfəng atmağa başlaya,biz ona diqqət yetirməliyik. Yox, əgər
ona göz yumsaq, bu hərəkət dövlətə layiq səltənət namusuna
münasib məsələ olmaz. Əfşar tayfasının ağsaqqalı, əzəmətli dövlət
başçılarından biri və həmin bəxti dönük, səadətsiz adamın (Hüseyn
bəyin - Ş.F.) vəzifə sahibi olnıası öhdəçiliyini öz üzərinə götürmüş
Qulu bəy Qorçibaşı öz xəcalət başını aşağı əyib, o həzrətin ürək
sözlərini dinlədi, həmin ağılsız adamın cəzalanmasına razılığını
verdi. Nəvvab şahzadə məşhur əmirləri və bütün müzəffər
əsgərləri, xüsusiylə Vəli xanı və təkəli əmirlərini o şəhərin və
qalanın fəthinə yolladı. Onlar fərmana əməl edib elə həmin gün
şəhərə və qalaya yürüşə başlayaraq hər tərəfdən hücuma keçdilər.
Qala camaatı gün qürub edən vaxta qədər müdafiə ilə məşğul oldu.
O bəxtiqaraların və qaragünlərin şam yeməyinin vaxtı yetişəndə
onlar döyüşdən yoruldular. Ali ordunun bahadırları isə qala ayağına
yanaşıb bürclərə və barılara dırmaşdılar, gecə qaranlığında sel kimi
şəhərə doldular, qalanı da tutdular. O tayfaya idbarlıq üz verdiyi
üçün onların çoxu fəna qılıncına tuş oldu.
500
Səbzvar hakimi Hüseyn bəyin qətli:
Hüseyn bəy qala qapısında yaxalandı. Ali qoşunun
mülazimlərindən olan səbzvarlı bir beldar (bel ilə işləyən şəxs -
Ş.F.) ona belin arxası ilə elə bir zərbə endirdi ki, hərəkət qüvvəsi
qalmadı, öz xəcalət başını bir bel zərbəsi ilə aşağı əydi. Onun
cəzalanmasına hökm olundu və baxanlara ibrət olunsun deyə
364
Hüseyn bəyi şəhər darvazasından asdılar. Amma, nə deyim ki, o
ağılsız adamın küfrü və sui-tədbirinə görə, həmin hövlnak gecə,
ordunun müxtəlif siniflərdən olan üzvləri tərəfindən Səbzvarın şiə
əhali və əyanlarının başına nələr gətirilmədi?!.
Xülasə, qarət və tarac, həmçinin başqa əməllərdən, bircə
dəqiqə də əl çəkilmədi. Nəvvab şahzadənin qəzəb məşəlinin
alovlanmasının sönməsinə baxmayaraq, o, əmr etdi ki, heç kim
Səbzvar rəiyyət və əhalisinə sədəmə yetirməsin. Amma, artıq gecə
düşdüyündən döyüşçülər rəiyyət evlərinə soxulur, aciz və biçarə
adamlar çoxlu əzab-əziyyətə düçar olurdular. Şahzadə ertəsi gün
rəiyyətin vəziyyətini öyrənməyə yollandı, onların mətləb və
şikayətlərini dinlədi. O vilayətin idarəsi Əhməd Sultan Təkəliyə
tapşırıldı. Köç-köç oradan çıxıb İraqa yollandı. Astrabad işlərini
yoluna qoymaqdan və sonra onlara gəlib çatmaqdan ötrü
Mürtəzaqulu xanı Damğanda qoydular. Hümayun məiyyət qələbə və
iqballa Qəzvin darüssəltənəsinə çatıb əbədi səltənətin paytaxtında
dayandı. Şiraz hakimi Ümmət xan, həmçinin Kirman hakimi
Vəlixan, Həmədan hakimi Vəlixan, habelə Xorasan səfərinə
yığışmış başqa əmir və hakimlər izn alıb hər biri öz ülkasına
yollandı.
İSGƏNDƏR ŞANLI NƏVVABIN HÜMAYUN MƏİYYƏTİNİN
OLMADIĞI MÜDDƏTDƏ AZƏRBAYCANDA BAŞ VERƏN
HADİSƏLƏR VƏ İRƏYANIN RUMİLƏR TƏRƏFİNDƏN
FƏTH OLUNMASI BARƏDƏ SÖHBƏT
Huşyarlıq məclisinin bəzəyənlərdən gizli qalmasın ki,
əvvəlki səhifələrdə yazılmışdı: Sərdar Sənan paşa, yuxarıda
deyildiyi kimi, sülh yaratmağa cəhd etmiş, İbrahim xan Təkəli bu
364
"İbrətu-n-nazirin" (ərəbcə).
501
tərəfdən elçi sifətilə Rum məmləkətlərinin hökmdarı Sultan Murad
xanın yanına İstanbula yollanmışdı. Osman paşa [isə] Dərbənddən
sultana ərz etmişdi: "Sinan paşanın qorxaqlıq üzündən Azərbaycana
gəlmək cürəti yox idi, mən isə bütün Şirvanı ələ keçirmişəm və [bu
ölkə] hal-hazırda osmanlı əsgərlərinin əlindədir. Sinan paşanın
dediyi "Dərbənd qalasından başqa, rumilərin əlində heç bir yer
yoxdur" sözləri həqiqətə uyğun deyildir. Əgər qızılbaşlar şahının
Xorasanda olduğu bu il ərzində siz bu tərəfə başqa sərdar yollasanız,
əlinizə həm yeni məmləkət keçər, həm də Şirvan vilayəti qızılbaş
hücumundan qurtular".
Rum sultanı Sinan paşanı məzəmmət edib, ikinci vəzir olan
Fərhad paşanı sərdar təyin edərək, ağır qoşunla bu tərəfə yolladı. O,
İbrahim xanı [isə] İstanbulda saxladı. Sultan sülh bağlanmasını bu
şərtlərlə məqbul saydı: Osmanlı əsgərlərinin daxil olduqları və Rum
padşahı adına xütbə oxunan hər yer ale-Osman adamlarının yeri
sayılır və [qızılbaşlar] həmin yerlərdə münaqişəyə yol verməsinlər.
Əgər qızılbaşların padşahı bu şərtlə razılaşmazsa, biz [başqal
məmləkətləri də almaqdan əl çəkməyəcəyik.
Xorasana, şah sarayına İbrahim xanın bir adamı gəlib
elçinin yuxarıdakı məzmunlu məktubunu şaha təqdim etdi. İbrahim
xan bu dövləti istəyən bir şəxs kimi aydın şəkildə yazmışdı: "Bu
işdə inadkarlıq etmək əql müftisinin mühakiməsinə görə dövlətin
nöqsanına və nəticədə müxtəlif peşmançılığa səbəb olacaq, ilbəil
məmləkətlər əldən gedəcəkdir. Sülh şərtləri dəyişilməz qalır. Nə
qədər ki, vilayətlərin əksəriyyəti əlimizdədir, ale-Osman əsgərləri
tərəfindən zəbt edilən Şirvan məmləkətindən əl çəkib sülh bağlamaq
bizim dövlətimiz üçün sərfəli və məsləhətli olar". Xudpəsənd
qızılbaş əmirləri tayfalar arasında çəkişmələr, nifaq və ittifaqsızlıq,
özlərində isə birlik olmamasına baxmayaraq sui-tədbirləri üzündən
həmin şərtə razı olmadılar və İbrahim xana belə cavab yazdılar:
"Əgər sülh bundan əvvəlki şərtlərimiz nəzərə alınmaqla bağlanarsa,
biz razıyıq, yox əgər elə olmazsa, onda qismətimizə əzəli yazılan
yazı necədirsə elə də olacaqdır".
Xülasə, Fərhad paşa çoxlu qoşunla Ərzuruma gəldi, sərhəd
ləşkərini və kürd tayfa əmirlərini [öz ətrafına] toplayıb, Qars yolu ilə
Çuxur-Sədə yollandı. Çuxur-Səd bəylərbəyi olan Məhəmməd xan
Toxmaq hücumu dəf etməkdən ötrü Əmir xanı və İmamqulu xanı bu
vəziyyətdən xəbərdar etdi, əmirlər öz tabeliklərində olanları və
sərhəddə yaşayan adamları topladılar. Azərbaycanda və
502
Qarabağdakı əzəmətli xanlar və qızılbaş bəylərbəyiləri üçün
osmanlıların saysız-hesabsız döyüşçüləri ilə döyüşmək qüvvət və
qüdrət imkanından xaric olduğundan, habelə İraqdan qüvvə
gələcəyinə ümı etmədiklərindən, heç bir vəchlə baş verəcək o
hadisəni də edə bilmədilər, onların heç bir tədbiri uğurla
nəticələnmədi. Məhəmmədi xan İrəvandan çıxıb öz adamları ilə
rumi qoşununun həndəvərində bir sıra igidlik göstərir, onlara tez-tez
faydasız hücumlar edirdisə də bunun təsiri olmadı.
Fərhad paşa İrəvana çataraq, orada bir neçə gün qaldı,
qalanı olduqca möhkəmləndirdi, ehtiyaca uyğun miqdarda gözətçi
və yeniçəri qoydu, bir illik azuqə, yaraq yığdı, topxana düzəltdi və
geri qayıtdı. Məhəmmədi xan istər-itəməz həmin məmləkətlərdən əl
çəkərək Naxçıvana gəldi, qazilərin əhl-əyalını Ələnciq qalasına
köçürdü. O zaman Əmir xandan və türkman əmirlərindən ona heç
bir köməklik göstərilmədi. Onlar Təbriz darüssəltənəsinin
mühafizəsini hər şeydən mühüm bilib, kürdələrin yaxınlaşdığını
görərək Təbrizdən kənara addım atmadılar.
Kiçik Erməniyyənin* böyük və abadan vilayəti olan
Çuxur-Səd müxaliflərin əlinə keçdi. Şirvan vilayətində də qızılbaş
əmirlərindən heç kim qalmadı və o vilayət tamamilə rumiyyənin
əlində qaldı.
Bu ilin hadisələrindən biri də budur: Əmir xan Türkmanın
arvadı cənnətməkan şahın qızı Fatimə Sultan həyim bu il xəstələnib
vəfat ctdi, onun nəşini Ərdəbil darülirşadına aparıb öz ata-
babalarının pak rövzəsində dəfn etdilər. Bu hadisə Əmir xanın
pərişanlığına səbəb oldu.
İSGƏNDƏR ŞANLI NƏVVABIN HÜMAYUN MƏİYYƏTİNİN
QAYIDIŞINDAN SONRA XORASANDA BAŞ VERƏN
HADİSƏLƏRİN ZİKRİ
Hadisələrdən bəhs edən qələm bu kitabın yuxarıdakı
səhifələrində yazdı ki, Əliqulu xanın iltimasına əsasən və
Mürşüdqulu xan ilə Xorasan əmirlərinin könlünün alınması naminə
Mürtəzaqulu xanı müqəddəs Məşhəd hakimliyindən kənar edilmiş,
həmin vilayətin idarə olunmasını cənnətməkan şahın bacısı oğlu və
ustaclı tayfasının məşhur böyüklərindən olan və bu dudmana xidmət
etməklə şərəflənən Abdulla xanın nəvəsi Salman xan ibn Şahəli
Mirzəyə verilmişdi, həmin tayfa böyüklərindən Şahqulu Sultan
503
Qarıncanı isə onun lələsi və atalığı təyin edib Cam vilayətinin
hakimi elan etmişdilər ki, o, müqəddəs Məşhəddə həmişə Salman
xanl birlikdə olsun ki, hər nə baş verərsə, Şahqulu Qultan onları
xanın adından həyata keçirsin.
İsgəndər şanlı nəvvabın hümayun ordusunun Xorasandan
İraq yürüşünə yollanmasından sonra, Mürşüdqulu xan Mürtəzaqulu
xanın getməyindən və Salman xanın [onun yerində] qalmağından
şad oldu, heç bir qorxu bilmədən müqəddəs Məşhədə gedərək,
cinlərin və insanların imamı olan (imaməl cenn və-l-ons) İmam
Rzanın behiştə bənzər rövzəsini ziyarət etməklə şərəflənmək istədi.
O, sədaqət diliylə Salman xana belə yazdı: "Bu müddət ərzində o,
Mürtəzaqulu xan və tayfasının uğursuzluğu (şəamət) və inadı
üzündən himmətli imamın mələklər yuvası olan rövzəsinin ziyarəti
şərəfindən məhrum olmuşdur. Hazırda isə, Allahın həmdi ilə,
Xorasan işləri dostların ürəkləri istəyincə öz yoluna düşmüşdür.
Buna görə də bu xeyirxah bəndəniz İsmayıl Mirzənin hakimiyyəti
dövründə baş verən hadisələrin güdazına gedən və məğlub olan
ustaclı el və əşirətinin izzət və etibarının qorunmasından ötrü şamlı
el və əşirətindən olan Əliqulu xana xidmət edirdim. O cənab isə
(Salman xan - Ş.F.) qədim vaxtdan bəri bütün ustaclıların rəhbər
oğludur (məxdumizadə). Mən ona xidmət etməyimi özümün iftixar
və etibar sərmayəm hesab edib, nökərlik və xidmətçilik yoluna
düşmüşəm, o cənabın razılığı, el və oymağın asudəliyi naminə sizin
məsləhət bildiyiniz hər istəyinizi yerinə yetirməyə hazıram".
Dostları ilə paylaş: |