Beyt[lər]
Elə yürüdülər süvarilər ki,
Silahlar töküldü əyinlərdəki.
İgidlər cumdular vadiyə sarı.
Qaldırdı torpaqdan qanad-oxları.
Qoşuna rəhbərlik edən şəxslər.
İzzət məqamından yerə düşdülər.
401
Ali qoşunun mülazimləri, həmçinin ustaclı camaatının,
türkman təbəqəsinin və şamlı tayfasının əksər döyüşçüləri təkəli
qoşununu təqib etməyə başladılar. Məhəmməd xan Təhmasib
Mirzənin çətirinin yanında dayanmışdı. Söhbət yasovulu Ruhullah
Zülqədər onu atdan yerə saldı. Əliqulu Sultan Zülqədər Məhəmməd
xanın üstünə şığıyıb onu tutdu, tacını, xəncər kəmərini və başqa
silahlarını Ruhullah bəy, xəncər kəmərini və başqa yaraqlarını isə
Əliqulu Sultan götürdü. Atından yıxılan Təhmasib Mirzəni
Mehdiqulu Sultan Talış tutub saxladı. Ustaclı və şamlı tayfa
döyüşçüləri isə müxalifləri qılınclayıb, çatdıqları hər kəsi qətl
edirdilər.
Qələbə və zəfər nəsimi elə əsdi ki, "Allah yardımından
başqa heç bir yardım yoxdur"
402
- ifadəsinə uyğun oldu və həmin
qələbə Allah-taalanın məhəbbəti sayəsində nəvvab şahzadənin
fələyə ucalan bayrağını dalğalandırdı, o, etdiyi əhdə sadiq qalıb öz
şahanə mürüvvətini göstərdi. Ali əmr alan carçılar car çəkdilər ki,
bundan belə qoy heç kimi qətl etməsinlər, əsirləri isə diri halda
şahzadənin şərafətli nəzərinə yetirib, məğlubiyyətə düçar olanlar
401
Beytlərin farscası:
Səvaran ze hər su gorizan şodənd,
Səlah əz təne-xiş rizan şodənd.
To guyi dər an vadiye-səhmnak
Ze tire-yəlan pər bəravərd xak.
Bozorgane - ləşkər, sərane-sepah
Bexari fətadənd əz ezz-o cah.
402
İfadənin ərəbcəsi:
"Və min ən-nəsri ilə mən ində-l-lahi".
574
təqib olunmasınlar. Basılan türkmanların bir dəstəsi dağa tərəf
cumub aradan çıxdı. Ədhəm xan Quma, Sultan Məsum xan Savəyə
qaçdı, Ümmət xan Zülqədər isə Şiraza getmək niyyəti ilə bir neçə
nəfərlə Yəzdə qədər gedə bildisə də, orada əfşarların əli ilə qətlə
yetirildi. Əmir xanın qardaşı İsmayıl Sultan, oğlanları Sultan Murad
xan və Gülabı xan, habelə qohumu Şahbudaq Sultan Rum tərəfə
getdilər. Sultan Murad xan və Şahbudaq Sultan yoldan qayıtdılar,
İsmayıl Sultanla Gülabi xan isə çıxıb getdilər. İsmayıl Sultan
sonradan əlahəzrət zilləllah şahın xoşbəxt hökmranlığı zamanı
Rumdan geri qayıdıb qızılbaşların yanına gəldi, Gülabi xan isə Əmir
xanın damadı Şərəfxan Kürdün yanına - Bitlisə getdi ki, onların hər
biri haqqında əlahəzrətin uğurlu hakimiyyətinin şərhi zamanı
məlumat veriləcəkdir.
Təkəli tayfası Əbhər səhrasına dağıldı. Əbu Talib Mirzənin
lələsi Xəlil bəy və təkəlilərin əksər arif adamları öldürüldülər,
ləşkərlərinin sağ qalan döyüşçüləri Həmədana üz tutdular, onların
böyük bir hissəsi isə Bağdada getdi. Müseyib xan Şərəfəddinoğlunu
İsmayılqulu xanın qardaşı Mürşüdqulu bəy tutub gətirdi. Məğlub
olanların çoxusunu o yerlərin rəiyyəti elə atsız və paltarsız qoydu ki,
qoy heç kim onların günündə olmasın. Onlar sağ qalmağı qənimət
bilib, üryan-üryan nicat yolu ilə getməyə başladılar. Türkman və
təkəlilərin dağ peykərli dəvələrin üstünə yüklənmiş və döyüş yerinin
yarım fərsəxliyində saxlanılmış bütün malları və yaraqları qazilər
tərəfindən tarac edildi. Vəzir və etimadüddövlə olmuş Şah
Qəvaməddin Hüseyn İsfahani döyüşdə öldürüldü, amma onun qatili
məlum olmadı. Məhəmməd xanı hər tərəfdən araya alıb lənətləməyə
başladılar. Yüz nəfərədək adam qılınclarını çəkərək, onu qətl etmək
üçün hazır dayanmışdı. Nəvvab şahzadə vaxtında yetişib həmin
adamları ondan uzaqlaşdırdı, ona əfv nəzəri saldı və etibarlı
adamlara tapşırdı ki, aparıb orduya çatdırsınlar.
Xülasə, qələbədən sonra nəvvab şahzadə özünün xəzinə
müşrifi olan Xacə Ağaşah Əbhərini qələbə muştuluğu (moştoloqe-
fəth) almaq üçün orduya - Bilqeys* məkanlı ali möhtərəm bibisinin
və başqa səltənət xanımlarının yanına yolladı. O, elə bir vaxt orduya
gəlib fəth və zəfər xəbərini gətirdi ki, şahzadənin bibisi və başqa
qadınlar əvvəllər gəlib-çatan dəhşətli xəbərlərdən oldunca pərişan
idilər. Ali orduda şadmanlıq nağaraları çalındı. Novvab şahzadə
Allahın lütfünə şükr edib, şövkət və şan-şöhrətlə ali orduya gəldi.
Asiman-dan və yerdən bu fəthi münasibətilə "Mübarək olsun"
575
səsləri gəlir, yer kürəsinin sakinlərinin qulaqlarına və fələklərdə
yaşayanlara "Əhsən" və "Afərin" sədaları gedib yetişirdi. Bu böyük
qələbənin əldə olunmasında nəvvab şahzadəyə Allahın lütf və
inayətindən savayı, heç bir əmirin və müzəffər əsgərin köməyi
dəyməmişdi.
Elə ki, ali dövlətxanaya gəlib çatdılar, nəvvab şahzadə
hərəmxanaya təşrif apardı. Müqəddəs dudmanın xanımları o
müqəddəs zatın sağ-salamat və qələbə ilə dönüşünü şükrlə
qarşıladılar, şad və xoşhal oldular. İki gecə və gündüz yatmadıqları
üçün bir qədər istirahət etdilər. Günün sonunda eyş-işrət məclisi
qurub, görənlərə ibrət dərsi verməkdən ötrü müxaliflərin başlarını
sarayın önündə yerə düzdülər.
Həmin gecə söhbət yasovulu Şahverdi bəy Bayburdlunu,
bu zəfər xəbərini Təbrizə - İsgəndər şanlı nəvvaba aparmaq üçün
yola saldılar. Ertəsi gün də böyük bir məclis qurdular. Nəvvab
şahzadə qiymətli daş-qaşlarla örtülmüş taxtda əyləşdi, əmirlər və
alişan xanlar, xüsusilə Əliqulu xan, İsmayılqulu xan, Pir Qeyb xan
və Əsilməs xan onun sağ-solunda qərar tutdular. Müzəffər dilavərlər
və qalib həvaxarlar başları, tacları və əsirləri bir-bir ona göstərdilə r.
Şahzadə əvvəlcə günahsız tifil olan qardaşı Təhmasib
Mirzəni öz mehribanlıq ağuşuna aldı, ona öz yanında yer verdi.
Sonra ali əmrə görə bağlı əlləri açılan Məhəmməd xan və Müseyib
xana oturmaq üçün məclisdə yer verdilər və şahzadə onları əfv etdi.
Amma günahkar olan bəzi adamlar mallarının müsadirə olunub
götürülməsindən ötrü, mühəssillərə* tapşırıldı, amma bəziləri azad
buraxılaraq intiqama məruz qalmadılar. Məhəmməd xanı Əliqulu
xana, Müseyib xanı isə İsmayılqulu xana tapşırdılar ki, onları
mehman kimi izzət və ehtiramla saxlasınlar. Onlar xəcalət dənizinə
qərq olub, etdiklərindən peşiman halda alişan əmirlərin evlərində
yaşamağa başladılar. Əliqulu xan Məhəmməd xanla ata-oğul kimi
davranırdı. Şamlı oymağından olduğu üçün müxalif ləşkərdə olan
Bilməz bəy Asanoğlu Eynallı və nəvvab şahzadənin qorçibaşılığını
tərk etmiş Keçəl Mustafa Əfşar cəzalandırıldılar. Onlara inək yağı
çəkdilər və neçə gün yağ içində qaldılar, amma ölüm sərhədinə
yaxınlaşdıqda Bilməz bəy – İsmayılqulu xan Şamlının şəfaəti və
Keçəl Mustafa - Əliqulu xanın xahişi ilə ölümdən xilas oldular.
Bütün kama yetən sultanların fəthlərinə bərabər olan bu
məşhur fəthdən sonra nəvvab şahzadə dövlətin paytaxtına doğru
yola düşdü və xoşbəxt bir saatda hümayun dövlətxana aləm
576
şahzadəsinin qədəmlərindən cənnət bağına döndü. Həmin döyüşdə
igidlik göstərən və vəfadar olan adamlara bol nəvazişlər olundu,
onlar çoxlu ənamlarla mükafatlandırıldılar.
Bir neçə gündən sonra Ədhəm xan Qumdan, Sultan Məsum
xan isə Savədən paytaxta gəlib, boyunlarına qılınc qoyaraq,
günahkarlar kimi nurlu nəzər önündə dayandılar.
Həmişə Ədhəm xana xüsusi şəfqətlə baxdığından şah
(şahzadə?) arabir deyirdi ki, Ədhəm xan o üsyankarlara ikrah hissi
ilə qoşulubdur. Buna görə də, onun keçmişdəki sədaqətini və layiqli
xidmətini nəzərə aldılar və onu əfv edərək bu beytin məzmununa
əməl etdilər.
Beyt
Dəstlarından niyə oldun məhrum?
Niyə düşmənlərə meyl eylərsən?
403
Amma, hələ bu hadisələr baş verməzdən əvvəl yasaqdan
yayınan, qəbahətli işlər görən və Savənin rəiyyəti, aciz adamları və
əlinin altındakılarla pis davranan Sultan Məsum xan cəzalandırıldı,
onun bütün var-dövləti və mülkləri divana verildi. İraqın ən yaxşı
yerlərindən olan Rey ülkası Təbriz əvəzinə Əliqulu xana, Həmədan
ülkası Pir Qeyb xan Ustaclıya verildi.
Beyt
Baş şəhərdir və səxavətli şəhər Reydir, Rey,
Bütün aləmdə Reyin bənzəri yoxdur şəksiz.
404
Başqa ustaclı əmirlərindən Əliqulu xanın qardaşı
Hüseynqulu Sultan, Cəfər Sultanın oğlu Allahqulu Sultan Kəngərli,
Əhməd Sultan Asayişoğlu, Ənut (Ayqut) Sultanın oğlu Mehdiqulu
Sultan Çavuşlu və başqalarına ülka və yaxşı vilayətlər inayət
olundu. "Yoldaş" adlanan və ali təvaçibaşı mənsəbində olan
403
Beytlərin farscası:
Dustan-ra koca koni məhrum?
To ke ba dəşmənan nəzər dari.
404
Beytlərin farscası:
Mədəne-mərdəmi-yo kane-səxa, şahe-belad
Rey bovəd, Rey ke ço Rey dər həme aləm nəbovəd
577
İsmayılqulu xana isə, qərara görə divan sənədlərinin və hökmlərin
üstündə möhür vurmaq vəzifəsi (möhrdar - Ş.F.) verildi. Onun
qardaşı Mürşüdqulu Sultana Fərahan ülkası mərhəmət olundu.
Möminlər şəhəri Qum isə Şahqulu Xəlifə Möhrdarın nəvəsi Əliqulu
Sultan Quroğluya çatdı. Sabiqdəki kimi Fars əmirülüməralığı Əlixan
Şadi Təkəlı Zülqədərə şəfqət olundu. Qərara alındı ki, əzəmətli
əmirlər tezliklə ləşkər bəzəyib müzəffər orduya birləşsinlər.
Təhmasib Mirzəni bir neçə müddət qalmaqdan ötrü kütvalı Əliqli
xanın qohumlarından olan və qicli (?) tayfası tərəfindən qorunan
Ələmut qalasına yolladılar.
İt ilinin novruzundan iki-üç ay keçmişdi və Rum ləşkərinin
hərəkətə başlamasından isə daha bir iki ay keçirdi ki, nəvvab
şahzadə müdam Təbriz qalası barədə fikirləşirdi və narahat idi. O,
məmləkətlərdən gələcək ləşkərlərin toplanmasını gözləmədən atının
yüyənini Təbriz darüssəltənəsinə doğru çevirdi.
NƏVVAB ŞAHZADƏNİN TƏBRİZ TƏRƏFƏ YÜRÜŞÜ, RUM
LƏŞKƏRİNİN GƏLİŞİ, CALAL ORDUSUNUN QARABAĞA
GEDİŞİ, ORADAN İRAQA QAYIDIŞI VƏ BAŞ VERƏN BƏZİ
HADİSƏLƏRİN ŞƏRHİNİN ZİKRİ
Nəvvab şahzadə iki aya qədər Qəzvin darüssəltənəsində
zəruri işləri nizama salmaq və müzəffər ləşkərin vəziyyətini
yaxşılaşdırmaqdan ötrü qaldıqdan sonra Təbrizə təşrif buyurdu. O
ali himmətli şəxsin bütün fikri-zikri oraya Rum ləşkəri gəlməzdən
əvvəl Təbriz qalasını tutmaq və oranı yerlə-yeksan etməyə
yönəlmişdi. Bu arada qızılbaş tayfaları gərək öz qeyrət və
birliklərini üzə çıxarıb din və dövlət düşmənlərinin dəfini öz
qayələri edə biləydilər, bir-biriləri ilə mütəffiq olub bellərinə
himmət kəməri bağlayaraq o güclü düşməni əzəydilər. Belə bir
niyyətlə ləşkərin şahzadənin istəyincə bir yerə toplanmasından ötrü
onlar bir neçə gün Sultaniyyə çəmənliyində gözlədilər. Amma,
hələlik qızılbaşların bəxt ulduzu parlamadığmdan, iqbal səadəti
onlardan kənar idi. Mirzənin arzuladığı ləşkər yığılması mümkün
olmadı, çünki şahzadə ilə yaxşı münasibətələri olan türkman və
təkəli tayfaları üzvlərinin bir hissəsi ya öldürüldülmüş, ya da əsir
düşmüş, başqaları isə şahzadənin mürüvvət və əfvinə baxmayaraq,
dağışılıb ətraf yerlərə səpələnmişdilər.
578
İsfahan, Yəzd, Əbrkuh, Kirman, Kuh-Giluyə və o
ətraflardakı əfşar əmirləri və tayfası Qulu bəy Qorçibaşının xəyanəti
və qalaya fərarından sonra qorxuya düşmüşdülər. Onların bəziləri
ayaqlarını rahatlıq və əmin - amanlıq ətəyinə yığmışdı və
başqalarının da gəlişi gözlənilirdi. Amma vaxtın darlığı dayanıb
onlan gözləməyə imkan vermirdi. Buna görə də şahzadə onların
qayıdışını və ləşkərə birləşmələrini gözləmədən, ali orduda toplanan
on min nəfərlə Sultaniyyə çəmənindən çıxıb köç-köç Təbriz
darüssəltənəsi yaxınlığına çatdı, xoşbəxt bir saatda sağ-salamat
həmin cənnətməkən yerə yetişdi.
İsgəndər şanlı nəvvab öz səadət nişanlı fərzəndini istiqbal
etmək ücün şəhərdən çıxıb bir fərsəx yol gəldi. Əvvəlcə qiymətli
şahzadə Əbu Talib Mirzə irəli çıxdı, atından düşdü, öz böyük
qardaşı ilə görüşmək səadətinə çatdı. Elə ki, nəvvab şahzadənin
gözü İsgəndər şanlı padşahın hümayun çətirinə düşdü, ədəblə atdan
yerə düşərək alimiqdar atasının əl-ayağını öpdü. Şahzadə hümayun
məiyyətlə birgə şəhəra gəlib Pirə Məhəmməd xan Çavuşlunun
mənzilinə düşdü. İsgəndər şanlı nəvvab isə ertəsi gün həmin şərafətli
evə təşrif gətirdi, oğluna mehribanlıq göstərdi. Nəvvab şahzadə
şahanə bir məclis qurdu, layiqli tərzdə payəndazlar, müxtəlif
yeməklər, növbənöv içkilərdən ibarət ziyafət və mehmannəvvazlıq
ləvazimatlarını gətirdib "Bəndə və ona məxsus hər şey onun
mövlasından ötrüdür"
405
misalına uyğun olaraq atasına qiymətli
hədiyyələr təqdim etdi. Amma o həzrət özünün iltifat alicənablığına
(hemməte-eltefat) görə hədiyyələrə diqqət yetirmədi, öz səadətli
fərzəndi inciməsin deyə çox az hədiyyə ilə kifayətlənib, yerdə
qalanını isə ali sərkara verilməsini buyurdu.
Bayram, şadyanalıq, eyş-işrət bitdikdən sonra qalanı
tutmağa yollandılar. Həsən padşah türbətinin yanına böyük bir top
gətirdilər və topçular top atmağa başladılar.
Qızılbaş qoşunun rumilərin qalasına
yürüşü və məqsədə yetə bilməmələri:
Sahibabad səmtindən hücuma keçib, gecə-gündüz qalanı
tutmaqdan ötrü çoxlu səylər etdilər. Amma, uruşu və məqsədə rum
405
İfadənin ərəbcəsi:
"Əl-abd və mə fi yədihi kənə mavləhu".
579
ləşkərinin sərdarı olan Fərhad paşaya aləm şahzadəsinin təkəli və
türkman tayaları üzərində qələbəsi, onun Azərbaycana qayıdışı və
Təbriz qalasını ələ keçirmək naminə səyi xəbəri gəlib çatan kimi, o
qalanın tutulacağından narahat oldu, Cəfər paşaya kömək və imdad
göstərməsindən ötrü sürətlə tez-tələsik Təbrizə doğru üz tutdu.
Müzəffər ləşkər qalanı tutmaq üçün əlləşən zaman rum ləşkərinin
hərəkətə başlayıb Təbrizə yaxınlaşma xəbəri gəlib çatdı. Qalibiyyət
əsgərləri fikir və təlaşa düşdülər. Qalaya yürüşün ləşkərin boş yerə
vaxt itirməsinə səbəb olacağını bildiklərindən, bunu məsləhət
bilmədilər, çünki yürüş ləvazimatı hələ hazır deyildi. Amma, rəy və
tədbir sahibləri vaxtın darlığından yürüşə keçməyə razılıq verdilər.
Belə qərara alındı ki, qalaya hər tərəfdən ümumi bir hücum həyata
keçirilsin. Əgər [belə olan halda] fəth və zəfərin çöhrəsi murad
güzgüsündə görünərsə, ağıllı adamlar və döyüş meydanının igidləri
[sonradan] onları heç cür günahlandıra bilməzdilər. Hamının
razılaşmadığı bu xam istəklə, istər-istəməz, ertəsi gün sübh tezdən
nəvvab şahzadə şərafətli Həsən padşah məscidinə təşrif gətirdi,
döyüşçülərin, razılaşdıqları kimi yürüşə başlamaları əmrini verdi.
Şüarları sədaqət olan igidlər özlərinin həyat nəqdini qurbanlıq
sikkəxanasına gətirərək əllərinə, igidlik nərdivanlarını isə çiyinlərinə
götürdülər və hər tərəfdən qalaya üz tutdular.
Amma rumilər əvvəlki günlərdən başlayaraq daha çox
ehtiyatkar olmağı nəzərdə tutaraq qala yolunu bir ləhzə də olsun
nəzarətsiz qoymurdular. Onlar bürc və barılar üstünə çıxaraq
müdafiə olunmağa və döyüşməyə hazır idilər.
Hər tərəfdən tüfəng güllələri yağmağa başladı.
Tüfənglərdən çıxan tüstü havanı qap-qara qaraltdı. İgidlərin bu
nərələrindən səsləri fələklər qalasınadək gedib çatırdı Ölənlərin və
daş, nizə ilə yaralananların çoxluğundan xəndəklər büsbütün
dolmuşdu. Qaniçən Bəhram heyrətlə o meydanın bütün
döyüşçülərinə baxırdı. Güllə dəyməyən bir dəstə şücaətli əsgər qala
ayağına nərdivanlar gətirərək onlan dikəldib divara qalxmağa
başladılar. Onlar qala qoruyucularının silahlı müqaviməti ilə
rastlaşıb nərdivanın başından xəndəyə dığırlanırdılar. Xülasə
müzəffər əsgərlərin coxusu bu yürüşdə aciz qalıb yoxluq (ədəm)
yoluna düşdələr və yürüşdən heç nə əldə olunmadı.
Qüvvətli dövlətin övliyaları küskün və pərişan oldular,
Təbriz əhalisi iztiraba düşdü. Cinlərin və insanların xaliqi bu göylərə
baş vuran qalanın alınmasını xoşbəxt, səadətli və zəfərli əlahəzrət
580
şəhriyarın (Şah Abbas - Ş.F.) hakimiyyət vaxtına saxladığından,
aləm şahzadəsinin və zəfər nişanlı qazilərin heç bir səyi baş tutmadı.
Xülasə, qalanın fəth oluna bilməməsinə görə ləşkərə böyük
dərd və ümidsizlik üz verdi. Rum qoşununun şəhərə girməsinə az
məsafə qalmışdı. Buna görə də ali əmr olundu ki, şəhərin əhalisi
çıxarılıb Qəzvin darüssəltənəsinə aparılsın, ali ordunun əmir və
əyanları isə dəvələr və ulaqlarla onlara köməklik etsinlər. Əmrə tabe
olan sahibkar və əyanlardan ibarət bir dəstə adam (ərbabe-yəqin)
fərmana əməl edib Qəzvinə rəvan oldular, çox miqdar ortabab adam
isə şəhər və mahallara elə səpələndilər və şəhər elə boşaldı ki,
"evdən başqa diyar yoxdur"
406
deyimi həmin cənnət misal yerin
halına münasib oldu, bir gecə-gündüz müddətində həmin
cənnətməkan şəhər boşaldı.
Təbrizlilər şəhərdən çıxdıqdan sonra cah-calal ordusu da
Urumdul və Zəmmar tərəfə yollandı ki, rum ləşkərinin kəmiyyəti və
keyfiyyəti barədə məlumat alandan sonra vaxta münasib və dövlətin
istəyinə müfaviq olaraq onlarla hərb etmək üçün geri qayıtsınlar.
Ertəsi gün Fərhad paşa şəhər ətrafına çatıb Çərəndabda
yerləşdi, özü ilə gətirdiyi illik azuqəni və silahı qalaya yığdı. Qalaya
edilən hücumlardan təngə gələn bir dəstə əsgəri yeniləri ilə əvəz
etdi. Qalanı lazımi hər şeylə təmin edərək, ləngimədən geriyə
qayıtdı. O, Təbrizdə olduğu bir neçə gün ərzində ali orduya elçi
göndərib Əliqulu xana və qızılbaş əmirlərinə sülh barədə məktub
çatdırmışdı.
Sülh barədə Fərhad paşanın Əliqulu xana naməsi:
Məzmunu belədir: "O gündən ki, fəsad əhli olan müfsid
adamların hərəkətləri nəticəsində padşahlar arasında çaxnaşma
(şureş) başlandı, bir neçə min adam həlak olmuşdur. Bizim
tərəfimizdən sülh məsələsi ortaya gətiriləndə. Xatırlatmışıq ki,
Osmanlı padşahlarının qanununa əsasən ale - osmanın əlinə keçən
hər bir yer onun olmalıdır və həmin yerlərdən əl çəkmək bu
sülalənin qanunu deyildir, siz isə çalışın ki, yerləriniz əlinizdən
çıxmasın. Amma, inadkar qızılbaşlar bununla razılaşmırdılarsa da,
hər il bir vilayəti əldən verirdilər və nəhayət onlar İran padşahlarının
paytaxtı olan Təbriz şəhərini əldən çıxardılar. Əgər inadkarlıq həmin
406
İfadənin ərəbcəsi: "Leysə fi-d-dari qeyruhu diyarun".
581
qaydada davam edərsə, gələn il Ərdəbil və İraqı itirəcəksiniz. Sizlər
o xanədanın (səfəvilərin - Ş.F.) yetirdiyi adamlar olduğunuzdan,
bizim xeyirxah nəsihətimizi qəbul edib, sülhə razı olun və adlı-sanlı
şahzadəni də sülhə rəğbətləndirin. Ona bildirin ki, qızılbaş tayfaları
arasında birliyin olmaması və onların vəziyyətinin pisləşməsi rum
əhlinə məlum olmuşdur. Buna görə, belə güman edirik ki, İran
mülkünü almaq bizə asan bir işdir. O böyük xanədanın rəhbərlik
etdiyi dövlətin ağıllı işi bu ola bilər ki, inadkarlıqdan əl çəkib, həzrət
xandgar ilə dostluq sazişi bağlasınlar. Onlar gərək nə yolla olursa-
olsun özlərindən dəstluq əlaməti zahirə çıxarsınlar ki, bu tərəfin
xeyirli düşüncəsi olan adamları da dotluğa razı olsunlar. Biz gərək
Allah qullarının və əhalinin asayişi naminə xeyirxahlıq nümayiş
etdirib sülh müamiləsini qüvvətləndirək ki, bundan sonra dava-dalaş
və inadkarlıq tərk olunsun".
Fərhad paşanın naməsi çatdıqda qürurlu və cahil olan bəzi
əmirlər dedilər: "Belə söhbətdən Fərhad paşanın mətləbi budur ki,
əgər rum ləşkəri geri qayıtsa, qızılbaşlar Təbriz qalasına hücum
etməsinlər və qala bu tədbirin sayəsində onların əllərində qalsın.
İndi biz gərək fürsəti əldən verməyək və onlar geri qayıdanda qala
ayağına gedib, onu ələ keçirməyə cəhd edək. [Təbriz] qalasının
fəthindən sonra, rumilərin qalalarda daldalandıqları qış fəslində
onların vilayətlərinə hücuma keçib, o diyara qətl-qarət atəşi vuraq".
Qızılbaş tayfaları arasında razılaşmanın və biri-birinə
ehtiramın olmamasından incik qalan nəvvab şahzadə məsələyə
tədbir və səbir gözü ilə baxıb dedi: "O zamandan bəri ki, rumilər
üzümüzə dava-dalaş qapılarını açmış və bizim hər il bir
məmləkətimiz əldən getmişdir, qızılbaş tayfaları bir-birilə nifaqda
olmuşlar. Onlar rumilərin fəth etdikləri bircə yeri belə geri qaytara
bilməmişlər. Əgər bu minval ilə bir-iki il də keçsə, bu dövlətdə tam
zəiflik (fotur) olacaqdır" O, gələcəyi nəzərə alıb inadkarlığa yol
verməyərək əmirlərin məsləhətinin əksinə getdi. Elçilərlə dəstcasına
danışdı, cavab məktubu yazdı, sülh sazişinə razı oldu, amma belə
şərt qoydu: "Təbriz vilayəti qızılbaşların qədim gurxanəsi (gor evi -
Ş.F.) olduğundan, rumilərin o şəhərdən ötrü gücləri çatınca
vuruşacaqlarına baxmayaraq, biz də bacardığımız qədər çalışacağıq
ki, onlar oradan əl çəksinlər".
Fərhad paşa yenidən adam yollayıb izhar etdi: "Qoy
kamkar şahzadələrdən birini dostluğumuzun möhkəmləndirilməsi
naminə xandgarın hüzuruna göndərsinlər ki, o, padşahın başqa
582
fərzəndləri silkinə qatılsın. Əgər belə olarsa mümkündür ki, Təbriz
vilayətini həmin şahzadəyə verələr, yox əgər belə olmazsa, sizin
təklifiniz qəbul olunmayacaq".
Bu məsələ ağla sığdığı üçün nəvvab şahzadə bir şahzadənin
gönlərilməsinə razılıq verdi, Əliqulu xan Fəthoğlu da bu xüsusdan
onunla həmfikir oldu. Qərara aldılar ki, nəvvab şahzadənin lələsi
Fəthoğlu olan on kiçik oğlunu - sultan Heydər Mirzəni xandgarın
yanına yollasmlar. Baxmayaraq ki, bu qərar şahın və ordunun
istəyinə müfaviq deyildi, amma o vaxtlarda şiələrin vəziyyətlərinin
mühafizəsi və pərişanlığı son həddə çatan başqa rəiyyətin asayişi
naminə buna razılıq verildi.
Elçi qayıtdıqda, Fərhad paşa onlan öyrəndi ki, nəvvab
şahzadə qızılbaşların əks rəylərinə baxmayaraq, xondgarla dostluq
və birlik məqamına gəlib çatmışdır. O həzrətin hərəkətini bəyənib
belə dedi: "Kaş ki, Təbriz fəth olunmazdan əvvəl bu məqama
gələydilər".
Fərhad paşa işin belə gedişini özünə iftixar sərmayəsi zənn
edib düşünürdü ki, məhz onun vasitəsilə müqəddəs Səfəvi
xanədanının bir şahzadəsi rum padşahının xidmətində qalaraq ale-
Osman şahlarının ucalığını və əzmini daha da artıracaqdır. O, bu
məsələdə israr edib mötəbər rum ağalarından olan Vəli ağa
Çaşnigirbaşını alimiqdar şahzadənin gətirilməsi və sülh
bağlanmasından ötrü nəvvab şahzadənin xidmətinə yolladı.
Vəli ağa Gəncə şəhərində ali saraya gəlib elçi olduğunu
bəyan etdi. Onu Əliqulu xanın evində yerləşdirərək izzət və ehtiram
göstərdilər. Fərhad paşa Ərzruma qayıdıb orada qışladı. O, elçinin
geri qayıdışını və şahzadənin gəlişini gözləyirdi. Fərhad paşa
dəfələrlə məktub yazıb belə göstəriş verdi: "Gələn il rum ləşkərinin
yürüşü başlamazdan əvvəl elə olmalıdır ki, elçi dostluq naməsi,
töfhə və hədiyyələrlə birgə adlı-sanlı şahzadəni də özü ilə gətirsin
ki, biz ali padşahın dərgahına gedərək sülh danışıqlarını
qüvvətləndirək və çalışaq ki, həzrət xandgar Təbriz vilayətini təhvil
versin".
Nəvvab şahzadə, yuxarıda qeyd olunduğu kimi, faydalı
sülh işinə meyilli olduğundan belə qərara gəldi ki, İraqa gedib orada
şahzadənin yar-yarağının və əşyalarının tədarükünü görsün və onu
sədaqət izhar edən namə ilə məqsədə doğru rəvan etsin.
O, özünün ali sərkarına tapşırılan və cahanın pak, İranınsa
məşhur şəhərlərindən olan İsfahanı görməyə çox meyil edirdi. Buna
583
görə də oraya yollanmaq istədi. İstədi ki, o ürəkaçan yerdə bir neçə
gün eyş-işrətə qurşanıb özünü həyat qayğılarından azad etsin. İstədi
ki, əfşar və zülqədar tayfalarının iqtidarı altında olan Fars, Kirman,
Yəzd və ətraf yerlərin işlərini nizama salsın, çünki həmin yerlərdə
hər cür pozğun (moxtəll) əməllər baş verir, həmin mahalların
özlərindən razı hakimləri öz başlarını özbaşınalıq və üsyan
yaxasından yuxarı qaldırmışlar.
O, İmamqulu xanı gözəl xələtlərlə nəvazişləndirib
Qarabağın bütün işlərinin icrasını onun öhdəsinə qoydu.
Azərbaycanla bağlı başqa məsələlərin icrası isə faydalı sülh
sazişlərinin imzanlanmasına qədər saxlanıldı ki, sonradan din və
dövlətin razılığı ilə həyata keçirilsin. Beləliklə, o, Gəncə şəhərindən
çıxaraq Əbu Şəhmə adlı bir yerdə dayandı. Həmin əsnada isə,
şəbədbaz fələyin kələyi sahəsində o kamkar şahzadə şəhid edildi.
Dostları ilə paylaş: |