Misra
Sən hər nə buyursan hiz ürəkdən ona sadiq.
391
Nəvvab şahzadə buyurdu: "Bizim bu məsələ xüsusundakı
bütün təkidimiz şirin xatirinizə yönəlməyibdir, biz bunu öz
xatirimizə edərik, çünki sizi biz tərbiyələndirib, şəfqətlərə nail
etmişik. Düşmənlər də bu barədə başqa söz deyə bilməzlər. Bu bizə
qarşı olan bir ədəbsizlik (sui-ədəb) və səltənət iqtidarının yoxluğu
deməkdir. Buna görə də, sözümün üstündə durub, ali xatirin razılığı
əleyhinə olan heç bir işə razılıq verməyəcəyəm. Tezliklə hakimlər
hakimi olan Allahın köməyi ilə bizimlə o ədəbsiz haramnəməklər
xüsusunda hökm veriləcəkdir. Siz öz qeydinizə qalın".
Ertəsi gün ali bargahda heyrətamiz bir hadisə baş verdi.
Qızılbaş fitnəkarlarından olan və həmişə fitnə-fəsad törədən Hüseyn
Əli bəy Əlkəsənoğlu Zülqədərin qardaşı oğlu İsmayılqulu özü kimi
bir neçə fitnəkarla, o cümlədən Şahsuvar bəy Qapıçıbaşının qardaşı
Təhmasibqulu bəy Qapıçı Əfsar, Xəlifə Qacar, keşik çəkən bəzi
əzəmətli qorçilər və başqaları əyinlərini dövlətxahlıq libasları ilə
bəzəyib yaltaqlıqla danışıq aparmağa gəldilər.
Xülasə, onlar dedilər: "Padşah dərgahında ən ümdə
mülazimlər əzəmətli qorçilərdirlər və onlar dövlətin hər işinə qarışa
bilirlər və başqalarının onlara tabe olmaqdan özgə əlacları yoxdur.
İndi bizim önümüzə bir çətinlik çıxmışdır. Heç bilmirik ki, niyə
Əliqulu xan Fəthoğlu və Məhəmmədi Sarı Solağı incitməməkdən
ötrü qızılbaş tayfaları iki dəstəyə ayrılmışlar və döyüş baş
verməkdədir. Nə üçün bütünlüklə yığışıb gələn təkəli, türkman və
zülqədər əmirləri xidmətə yetişib rumilərin qalasını tutmaqdan və
sizin köməkçiləriniz olmaqdan ötrü bir yol tapa bilmirlər?"
Qızılbaş sufilərindən "pirə" və "xəlifə" adlanan bəzi ağılsız
və sadəlövh adamlar bu söhbəti "sufigərilik" və "sədaqət"
adlandıraraq, onları alqışladılar, sözü bir yerə qoyub bu qərara
gəldilər ki, nəvvab şahzadənin yanına gedib onun müridləri kimi öz
391
Misranın farscası:
Ma del nehadeim be hər çiz rəye-tost.
556
çətinliklərini ərz və bu işin həllini xahiş etsinlər. Qorçilərin cahil və
müxalif olan bəzi nümayəndələri isə belə fikrə düşdülər ki, əgər
kamkar şahzadədən bir razılıq olmasa, hamılıqla Əliqulu xan və
Məhəmmədinin üstünə gedib onları və bu işə maneçilik edənlərin
hamısını qətl etsinlər. Onlar bu fəsadlı xəyal ilə qışqırıq salıb dedilər
ki, kim şahı sevən və bu dövlətin xeyrxahıdırsa qoy bizə qoşulsun.
Böyük bir dəstə hücuma keçdi. Xalq arasına "şahısevənlik sədası"
düşdü və o adamların böyükləri nəvvab şahzadənin sarayına doğru
yollandılar.
Cahil və şər adamlar sözün işə keçməsindən ötrü əvvəlcə,
Əliqulu xanın rikabxanə (qoşunların qaldığı yer - Ş.F.) və biyutatına
(evlərinə - Ş.F.) hücuma keçib, onun sərkarının çoxlu silah-sursatını
qarət etdilər. Onların öldürülmə xəbəri şəhərə yayıldı. Həmin
yerlərdə olan Əliqulu xan, Məhəmmədi və ustaclı əyanlarının
mülazimlərinin əksəriyyətinə məxsus evlər tarac olundu. Bu müjdə
təkəli və türkman əmirlərinə çatdıqda, xeyli sevindilər.
Xülasə, şahısevənlərin üsyan və qovğasından ali məclis
adamlarının əhvalı dəyişdi. Onlar pəncərə önündə yığışdılar.
Üsyançıların mötəbər adamları öz iddialarını ərz etməyə başladılar,
amma üstüörtülü danışıb, kimsənin adını çəkməyə cürət etmədilər.
Nəvvab şahzadə söhbətin başlanğıcında barışıq diləyi ilə ərz etdi ki,
bizim və sizin padşah və mürşidimiz İsgəndər şanlı nəvvabdır ki,
özü də buradadır. Siz onun yanına gedib iddianızı ərz edin. Mən isə
padşahın və mürşidin qayimməqamı və vəliəhdi kimi sizə bildirirəm
ki, bizim əsas mətləbimiz dövlətxahlıqdan başqa bir şey deyildir.
Nəvvab şahzadə İsmayılqulu xan Şamlıya əmr etdi ki,
onların yanına gedib danışıq aparsın və əsas məqsədlərini öyrənsin.
İsmayılqulu xan elə həmin pəncərə arxasından onlarla
danışığa girib təskinedici tərzlə dedi: "Allahın köməyi ilə dövlətin
istəyini həyata keçirib, imkan verməyəcəyik ki, qızılbaş əsgərləri
arasında fitnəkarlıq və döyüş başlasın. Elə nəvvab şahzadə də razı
deyil ki, bir dərgahın mülazimləri olan o iki dəstə arasında fitnə-
fəsad baş qaldırsın. İmkanımız qalana qədər düşmənçilik əhvali-
ruhiyyəsinin dəf edilməsinə çalışacağıq".
O ipəyatmaz adamlar səslərini daha da ucaltdılar. Nəvvab
şahzadə bir daha onların mətləbini öyrənməyə cəhd edib onların kim
ilə işləri olduğunu soruşdu. Əliqulu xan söhbətə başlayıb ərz etdi ki,
onlar üstüörtülü danışırlarsa da işləri mənlədir. Məqsədləri mənim
və Məhəmmədinin arasına düşmənçilik salmaqdır ki, üsyankar
557
əmirlər özlərində təsəlli hasil edib qorxusuz-hürküsüz xidmətə
başlasınlar. Biz dəfələrlə ərz etmişik ki, həyatımızı şahzadənin
mübarək xatirinə görə istəyirik, sözümüz də elə şahzadənin sözüdür.
Nəvvab şahzadə buyurdu ki, belə olan halda onların işi sizinlə yox,
mənimlədir, çünki Əmir xanın qətli mənim fərmanımla olmuş və
sizin hərəkətinizə bais mən olmuşam.
İsmayılqulu xan onları barışıqla xatircəm edib geri
qaytarmağa çox cəhd etsə də, buna nail ola bilmədi və həyasızlıq
daha da çoxaldı. Qalalardan çıxıb uca səslə Əliqulu xan və
Məhəmmədiyə xitabən qışqırıq saldılar ki, nə üçün iki fitnəkar
adamın xətrinə görə əbədi dövlət qəsrinin təməli laxlasın?
Onlar İsmayılqulu xanı təhqirə keçib dedilər: "Öldürülməli
fitnəkarların biri elə son özünsən və əvvəlcə səni qətl etmək
lazımdır".
O dəstənin həyasızlığı və qiyamının belə həddə çatdığını
görən nəvvab şahzadə əzəmətli anasının qətlində səyı olan
Hüseynəli
Əlkəsəndən
tamamilə
üz
döndərdi,
onların
ədəbsizliklərindən onun qəzəb atəşi zəbanə çəkdi, həmin
fitnəkarların cəzalanmaları üçün eşiyə çıxdı, əlini qılınca atıb o
dəstənin arasına gəldi. Əvvəlcə gözlərini qan tutan Hüseynəli irəli
çıxdı və şahzadə bir Heydəri
392
zərbəsi ilə onun işini bitirdi. Bu
qətldən sonra Təhmasibqulu bəy Qapıcı və mat-məəttəl qalan hər bir
kəs həmin şərbətdən içdi. Yerdə qalanlar peşiman olub pərtlik
zaviyəsinə qaçdılar.
Bu hadisədən sonra, şahzadə Əliqulu xanı yenidən şahlıq
nəvazişi ilə sərfəraz etdi. Nəvvab şahzadə rikabxanədə tac və dostarı
(çalması) taraca gedən Əliqulu xana öz qızıl tikməli tacını, zərli
çalmasını və ciqqəsini inayət etdi. Hökm olundu ki, bütün ustaclı
əmirləri və əyanı Əliqulu xanla birlikdə atlanıb şəhərin bütün
məhəllələrinin yan-yörəsini düz xiyabanın başınadək seyr etsinlər.
Əliqulu xan şadyanalıqla hovaxah adamların bir dəstəsini də götürüb
şəhriyar lütfkarlığından vəcdə gəldi, bir qədər seyrdən sonra geri
qayıtdı. Ertəsi gecə çox əcayib bir hadisə və olduqca qəribə bir
qəziyyə baş verdi ki, onun şərhi qısaca olaraq belədir:
Məhəmməd xan öz niyyətinin baş tutmadığını görərək,
adlı-sanlı şahzadələrdən birini hiylə yolu ilə ələ keçirib İraq səmtinə
qayıtmaq, orada səltənət havası ilə nəvvab şahzadəyə qarşı
392
Qeyd: "Heydər" - Əli-əleyhüssəlamın kiinyələrindən (adlarından) biridir - Ş.F.
558
müxalifət bayrağı qaldırmaq qərarına gəldi. Öz adlı-sanlı anası və
böyük qardaşının yanında Əmir xan qalasında yaşayan Əbu Talib
Mirzə və Təhmasib Mirzə gündüzlər mülazimlik edir, axşamlar isə
öz lələ və dədələri ilə birlikdə İsgəndər şanlı nəvvabın
xəlvətxanasına yaxın otaqlarda dincəlirdilər. Baxmayaraq ki, Əbu
Talib Mirzənin lələ və dədəsi təkəli tayfasından idi, lakin mirzənin
lələsi Xəlil bəy Təkəli İraqda qalmışdı və hadisələr zamanı o
camaatın (əmirlərin - Ş.F.) arasındaydı.
Üsyankar əmirlərin şahzadə Təhmasib Mirzəni oğurlamaları:
Amma cənab mirzə ağıl və düşüncə sahibi olduğundan, onu
aldatmaq çətin məsələ idi. Təhmasib Mirzənin lələsi Keyxosrov bəy
Gürcü sadəlövh və kütbeyin, mirzə isə azyaşlı olduğundan, bir-iki
türkman qorçisi ələ alındı, onlara dedilər ki, hümayun
dövlətxanadan Keyxosrovu çağırıb ona əyalət, yüksək mənsəb və
bol ənam vəd etsinlər, fürsət olan kimi bir gecə qoy mirzəni də özü
ilə götürüb əmirlərin yanına aparsın.
Həmin qorçilər mübarək dövlətxanada o əbləh və talesiz
adamı əfsunlu dillə yoldan çıxarıb, razılaşdırılan bir gecədə
şahzadənin yataq otağına yaxın qala bürclərinin birinin yanına iki
baş at çəkdilər. Keyxosrov isə o vaxtlarda on yaşı olan mirzəni uşaq
təbiətinə xas olan yuxu məstliyi zamanı, yaxud oyaq vaxtı, yataq
otağından cəfa bürcünə qaldırdı, sonrasa çuval və kəndir vasitəsilə
yerə endirib, özü də aşağı düşdü. Onlar belə işi görməklə izzət və
dövlət zirvəsindən zillət quyusuna yuvarlandılar və qorçilərlə
birlikdə həmin atlara minib mirzəni qucağa oturtdular və nabələd
yolla təkəli və türkman əmirlərinin yanına apardılar.
Bəzi adamların fikrincə Məhəmməd xan bu hadisədən
xəbərsizdi və bu iş qorçilərin düzüb-qurduqları bir əməliyyat idi.
Amma heç ağıla sığışmır ki, əgər bu əmirlərin tədbiri olmasaydı,
belə böyük bir hadisə baş verə biləydi. Ola bilsin ki, müxalif və
inadkar olmaları üzündən onlar bu işi düşünmüş və elə bir düşüncə
ilə gecələrini gündüzlərə qatmışlar.
Məhəmməd xan elə o gecə özünə yoldaş olan əmirləri
məsələdən xəbərdar etdi və onlar bu işi öz dövlətlərinin uğuru və
bəxtlərinin təsdiqi sandılar. Şahzadənin qədəmini alqışlayıb,
şadyanalıq etdilər. Onunla (şahzadə Təhmasiblə - Ş.F.) eyni adda
olan cənnətməkan şahın da on bir yaşında səltənət və şahlıq
559
rütbəsinə çatmış olduğunu xatırlayıb, onu taxta çıxarmaq qərarına
gəldilər. Onlar bu məsələdən qafil oldular ki, cənnətməkan şah yeri
cənnət olan Süleyman şanlı xaqanın (Şah İsmayılın - Ş.F.) böyük
oğlu idi, öz atasının vəfatından sonra irsi səltənət taxtına çıxmışdı.
Bu şahzadəninsə adlı-sanlı atası sağdır, dövlət və şahlıq taxtında
əyləşmişdir. Vəliəhdlik rütbələri olan ondan böyük qardaşları da
sağ-salamatdırlar. Belə olan halda elə bir iddia nə təhər həyata keçə
bilər, əql mürşidi və zəka piri (yəni Şah Məhəmməd Xudabəndə -
Ş.F.) nə yolla və hansı qayda-qanunla bu işə razılıq verə bilər?
Xülasə, elə ki, şahzadə onların yanına gətirildi, ləngimədən
köç təbili çalındı, İraqa tərəf üz tutdular. Sübh açılanda İsgəndər
şanlı nəvvab, aləm şahzadəsi və səadətli saray əhli hadisədən xəbər
tutdular, əhvalları kədərli və pərişan oldu. Bəzi dayaz düşüncəli
adamlar elə təsəvvür etdilər ki, bu iş İsgəndər şanlı nəvvabın rəyi və
məsləhəti ilə həyata keçmişdir. Ustaclı və şamlı əmirləri bu batil
təsəvvürü təsdiqlədilər və bununla da nəvvab şahzadəni öz böyük
atasına qarşı bədgüman etdilər.
Bunun səbəbi aşağıdakı kimi idi: İsgəndər şanlı nəvvabın
əzəmətli anası türkman tayfasının hörmətli qızlarından olduğundan,
onun çoxlu qohum-əqrəbası həmin tayfa içərisində yaşayırdı, onların
İsgəndər şanlı nəvvabla qohumluqları vardı və şah həmişə onlara
diqqət yetirir, lütfkarlıq edirdi. Müseyib xan Təkəli o həzrətin xalası
oğlu, atası Məhəmməd xan Şərəfəddinoğlu isə Heratda şahın
(Məhəmməd Xudabəndənin - Ş.F.) hələ mirzə olduğu illərdə onun
lələsi idi. Buna görə də, o həzrət həmin tayfa içərisində boya-başa
çatmışdı. Harada Məhəmməd xan Təkəlinin adı çəkilirdisə İsgəndər
şanlı nəvvab ondan razılıq edirdi, amma bunun əksinə olaraq şahın
Məhəmməd xan Təkəlidən sonra lələsi olmuş Şahəli Sultan
Ustaclıdan xoşu gəlmirdi. Buna görə də o, təkəli tayfasını özünə
yaxın tayfa hesab edirdi. O iki tayfadan belə pis işlərin baş verdiyi
vaxtda İsgəndər şanlı nəvvab yuxarıda söylənilən qohumluq
əlaqələri üzündən və həmçinin mötəbər qızılbaş oymağının o iki
dəstəsinin ondan narazı qalmalarını istəmədiyindən, ara-sıra
tərəfkeşlik havası duyulan sülhamiz sözlər dilə gətirirdi. Bu bir-iki il
ərzində dəlğunlaşıb kamal yaşına yetişən nəvvab şahzadə də dövlət
və cahandarlıq işlərinə başlayıb bütün işləri öz rəyinə müvafiq
olaraq, yəni cavanlıqdan irəli gələn tərzdə və hətta öz böyük atasının
razılığı olmadan həyata keçirirdi. Hamı elə təsəvvür edirdi ki,
İsgəndər şanlı nəvvab bu cəhətdən öz əziz fərzəndlərindən incikdir.
560
Amma həqiqət belədir: Baş verən bu hadisələr zamanı
İsgəndər şanlı nəvvabın nəvvab şahzadəyə məhəbbəti o qədər
çoxalmışdı ki, o, heç bir böyük işin həllində öz razılıq ifadə edən
fikrini bildirmir və elə özü də öz parlaq düşüncəsini bütün dövlət
işlərinə yönəldirdi. Belə olan halda, yəni bütün ata-oğul münasibəti,
vəliəhdlik rütbəsinin verilməsi və əziz fərzəndindən bu qədər razılıq
etməsi onların arasında nifaq olduğuna şübhə yaratmaya bilmir.
Bu hadisələrin cərəyan etdiyi vaxt müddətində nəvvab
şahzadə və əzəmətli əmirlər baş verənlərin fikir və əndişəsinə
dalaraq, böyük fəsadlar törədən o adamların fitnə-fellərinin
qarşısının alınması və Təbriz qalasının geri qaytarılmasını ən
mühüm və başlıca məsələ hesab etdilər. Buna görə də, o həzrətin
məqsədyönlü fikri belə oldu ki, ləngimədən o aqibətsiz adamların
üzərinə hücuma keçsin və onlar hələ öz məqsədlərinə yetişməmiş
şərlərini dəf etsin. Belə halda, öz böyük atasının xidmətində dayanıb
şüarı zəfər olan bütün ordunu onların ardınca yollamaq zəruri idi,
çünki o dəstənin yolunu elə yolda ikən kəsmək lazımdı. Onların
əlaqəsini Təbriz məmləkətindən, bəlkə də bütün Azərbaycandan
kəsmək gərəkdi, çünki calal bayraqları İraqa tərəf qaldırılan
təqdirdə, Azərbaycan əmirlərindən bir nəfər də o diyarda qala
bilməyəcəkdi. Yox, əgər ordunun bir hissəsini əmirlərlə birlikdə
qala mühasirəsində saxlayıb özü o dəstənin ardınca yollansaydı, o
adamları cəzalandırmaqdan ötrü hümayun ordudakı əsgəri qüvvə
kifayət etməzdi.
Zərurət üzündən savablı rəy belə oldu ki, əziz qardaşı Əbu
Talib Mirzəni öz adlı-sanlı atasının xidmətində Təbrizdə saxlayıb,
Məhəmmədi xan Toxmağı, Qarabağ bəylərbəyisi İmamqulu xam və
başqa Azərbaycan əmirlərini də bütün əzəmətli qorçilərlə birgə
qalanın mühasirəsi üçün onların yanında qoysunlar, şahzadənin özü
isə öz xüsusi mülazimləri, Əliqulu xan və İraqda ülkaları olan
əmirlərlə birlikdə Ərdəbil və Xalxal yolu ilə hücuma keçib İraq
düzəngahına getsin, oradakı tərəfdarlarını toplayıb üsyançıların
fitnəsini dəf etsin. Şahzadə həmin məqsədlə İsgəndər şanlı nəvvabın
icazəsindən sonra elə o gün İsmayılqulu xan Şamlını alitəbar
şahzadə İsmayıl Mirzənin lələsi təyin etdikdən sonra onu Qəzvinə
gedən üsyançıları qabaqlamaq məqsədilə Tarom və Xalxal yolu ilə
irəli göndərdi ki, onlardan daha tez özünü Qəzvinə çatdırsın. Əksər
qızılbaş tayfa ailələri o şəhərdə yaşadıqlarından, qızılbaşlar tez-tez
onları yoluxmaqdan ötrü ora üz tuturdular. Buna görə də qərara
561
alındı ki, İsmayılqulu xan hamını öz başına toplayıb məhəllələrdə
səngər qazsın, ali ordunun gəlişinədək şəhəri və mübarək
dövlətxananı qorusun. Belə bir ehtimal da var idi ki, əgər
İsmayılqulu xanın gəlişi xəbəri Qəzvində üsyançılara çalarsa, onlar
İraqa getməkdən vaz keçər və əmirlərin hər biri öz ülkalarına üz tuta
bilərlər.
İsmayılqulu xan ali işarədən sonra elə o günün axırında
şamlı tayfası ilə yola düşdü, amma şahzadəni (İsmayıl Mirzəni -
Ş.F.) özü ilə aparmadı. Beləliklə ali məiyyət "Allaha təvəkkül"
deyərək onun ardınca hərəkət etdi.
ALƏM ŞAHZADƏSİNİN (HƏMZƏ MİRZƏNİN - Ş.F.)
ÜSYANÇILARIN FİTNƏSİNİ YATIRMAQ ÜÇÜN
İRAQ SƏMTİNƏ GETMƏSİNİN, HƏMİN QƏDDAR
(ŞƏQAVƏTNİŞAN) ADAMLARLA HƏRBİNİN
VƏ ALLAHIN İNAYƏT KÖMƏYİ İLƏ
QƏLƏBƏ ÇALMASININ ZİKRİ
İraq səmtinə hücuma keçilməsi və o nifaq əhlinin
cəzalandırılması qərara alındıqdan sonra nəvvab şahzadə
Məhəmmədi xan Toxmağı Təbriz hakimliyinə təyin edib, Qarabağ
bəylərbəyisi İmamqulu xan və başqa Azərbaycan əmirlərini qalanın
mühasirəsinə yolladı. O, qorçiləri və dərgah mülazimlərininin bir
dəstəsini İsgəndər şanlı nəvvabın və dövlətxananın keşiyini çəkmək
üçün təyin edib, Əbu Talib Mirzəni böyük atasının yanında saxladı.
Bu səfər, qalanın alınmasını təxirə saldığından, təbrizlilərin bərk
narahatlıqları başlandı. Nəvvab şahzadə ürəkaçan vədlərlə onlara
ürək-dirək verib söylədi ki, Allahın köməyi ilə üç aydan sonra
üsyançıların işini bitirib Təbrizə qayıdacaqdır.
O, qadir Allah dərgahına təvəkkül edib öz xüsusi
mülazimləri və sayı üç mindən çox olan əmir və qorçilərlə birlikdə
niyyətə doğru üz tutdu. Yeddi mənzil yol gedib Ərdəbil
darülirşadına gəldi, həzrət övliya sultanının, əzəmətli şeyxlərin və
ali məqam əcdadının qəbirlərini ziyarət etməklə şərəfləndi. İl başa
çatdıqdan və doqquz yüz doxsan beşinci (miladi 1585) hicri ilinə
bərabər olan it ilinin novruzu yaxınlaşdığından, bir həftə o şərafətli
yerdə gözləyib, novruz günlərini işrət və şadlıqla keçirdi. İlahi
dərgahı bəndə dualarının müstəcəb yeri olan həmin müqəddəs
astanada üsyan və tüğyan edənlərin cəzalandırılmasını niyyət
562
(məsələt) etdi, ilin başlanğıcında o müqəddəs adamların ruhlarından
kömək istədi. Xalxal yolu ilə İraqa yollandı. Ali, əsgərlər olduqca
az, üsyançılar isə sox olduqlarından, sürətlə getmək, vaxtın və
dövlətin məsləhətinə görə münasib bilinmədi və dövlətxahlarını və
şücaət sahiblərini toplamaq məqsədi ilə qorçiləri irəli yollayıb özü
isə yavaş-yavaş irəliləməyə başladı.
Amma, onlarla yoldaşlıq etmək arzusunda olan az adam
tapıldı. Sayca çox olan şeyxavənd camaatı da bu xidmətə gəlməkdən
boyun qasırdı, hətta onların cahil adamları ayaqlarını ədəb
dairəsindən kənara çıxarıb, arxadan gələn bir çox saraya xas (xassə)
tövlə atlarına tamah salaraq onları oğurladılar. Tarom ülkasına
çatdıqda əsgər toplamaqdan ötrü bir neçə gün gözlədilər. Orada
Tarom hakimi Pir Qeyb xan Ustaclını körpü başının mühafizəsindən
ötrü təyin etdi. Qızılüzən çayı suyunun aşıb-daşmasına görə ali ordu
xidmətinə az dehqan gəlirdi. Azuqə də azlıq etdiyindən, əsgərlər bir
neçə gün qıtlıqdan əziyyət çəkdilər. Buna görə də, nəvvab şahzadə
ali sərkarın bütün qızıl və gümüş silah alətlərini sındırıb qızılbaş
qaziləri arasında payladı.
O əsnada Təhmasib Mirzənin və əmirlərin Qəzvinə
çatmaları, İsmayılqulu xanın Rudbara yürüşü və məğlub olub
Deyləmana fərarı xəbəri şahzadəyə gəlib çatdı. Məsələ belə
olmuşdu: Elə ki, İsmayılqulu xan, öhdəsinə görürdüyü kimi, Tarom
və Xalxal yolu ilə gedib Qəzvin darüssəltənəsinə çatdı,
döyüşçülərdən və şəhər əhalisindən ibarət adamları bir yerə toplayıb
məhəllələrdə küçəbənd düzəltdi, hər küçəbəndə işə yararlı
qızılbaşlardan, şəhərdəki tüfəngçi və kamandarlardan ibarət adamlar
müəyyənləşdirdi. Elə ki, Təhmasib Mirzə ilə təkəli və türkman
əmirləri Əbhərə yaxınlaşdılar, eşitdilər ki, İsmayılqulu xan artıq
Qəzvinə daxil olmuşdur və müdafiəyə hazırlaşmaqdadır. Üsyançılar
dəftərxana daruğəsi Əlixan Sultan Türkmanı elçi sifətilə şəhərə
yollayıb İsmayılqulu xana təslim olmaq təklifi etdilər və dedilər:
"Allaha həmd olsun ki, bizim şah və mürşidimiz İsgəndər şanlı
nəvvabdır və dövlət və səltənətə o başçılıq edir. Bizim o dərgaha
dövlətxahlıq etməkdən və sədaqət göstərməkdən başqa yadımıza heç
nə gəlməz. O əziz adamı da (İsmayılqulu xanı - Ş.F.) sərvətli,
xeyirxah, düzgün düşüncəli şəxs kimi tanıyırıq. Ondan (İsmayılqulu
xandan - Ş.F.) xahişimiz bu idi ki, bizim aramızda baş verən
məsələni Təbriz yaxınlığında gərək elə həll edəydi ki, nəvvab
şahzadə bizim təvəqqe sinəmizə əl vurmayaydı. Həmin həzrətdən
563
məyus olub o dərgaha yol tapa bilmədiyimizə görə çarəsiz qaldıq və
zərurət üzündən geri qayıtdıq. İndi də o əzizdən (İsmayılqulu
xandan - Ş.F.) xahiş edirik ki, aramızda barışıq büsatını razılıq
qapılarının işığı ilə elə açsın ki, bir-birimizi dostcasına qarşılayaq,
əgər din, dövlət və o əzizin hər cürə məsləhəti olmuş olarsa, həyata
keçirək. Məqsədimiz vəfa və ittifaqdan başqa heç nə deyil və onun
məsləhətinə əməl edəcəyik".
Adı çəkilən elçi öz işini bitirdikdə əmirlər onu yola saldılar,
dayanmadan onun ardınca at sürüb şəhərin bir fərsəxliyində
dayandılar.
O dəstənin əməl və fellərinin dedikləri sözlərin əksi
olduğunu görən İsmayılqulu xan daha onlara etimad etmədi amma
özündə o camaata müqavimət göstərmək gücünü də görmədi. Onlar
Əlixan Sultanı yenidən göndərib sülhpərvər və dostanə sözlər
danışdılar. Amma, həmin gecə İsmayılqulu xan öz fərzəndləri, əhli-
əyalı və şamlı tayfasının qüdrətli adamlarını Rudbar meşəsinə
gətirib yaxşı bir yerdə iqamət etdi. Qəzvin mütəssədisi* Mir Cəfər
Qəzvini və Qəzvinli pəhləvanların başçısı Pəhlivan Sultan Mahmud
nəvvab şahzadənin dövlətxahlığı və İsmayılqulu xanın razılığı ilə
ona qoşulub getdilər.
Türkman və təkəli camaatı isə maneçilik görmədən və
dava-dalaşsız Qəzvin darüssəltənəsinə daxil olub hümayun
dövlətxananı Təhmasib Mirzənin iqamət yeri etdilər. Əmirlərinsə
hər biri layiqli evlərdə yerləşdilər, xoş bir saat seçib Təhmasib
Mirzəni hakimlik məqamında əyləşdirdilər və onu atasının vəliəhdi
adlandırdılar. Fərraşxanada, padşaha xas yaraq-yasaq ambarlarında,
nəvvab şahzadənin şəhərdə və dövlətxanasında qalan hər şeyi tarac
etdilər. Onlar həmçinin nəvvab şahzadənin mülazimətindəki
əmirlərin, vəzirlərin və əyanların bütün əşyalarını tapıb zəbt etdilər.
Cənnətməkan şahın vəziri olmuş Qazi Cahanın qız nəvəsi
Şah Təqiəddin Məhəmməd Sədr İsfahaninin oğlu Şah Qəvaməddin
Hüseyn elə o vaxtda nəvvab şahzadə ilə görüş üçün İsfahandan ali
orduya gəldikdən sonra Qəzvinə çatdı. Ona dərhal təzim və ehtiram
edib Təhmasib Mirzəyə vəzir təyin etdilər, "etimadüddövlə" ləqəbi
verdilər. Cənnətməkan şahın müstovfisi Mirzə Şükrüllahın oğlu
Mirzə Məhəmməd Hüseyni müstovfi etdilər və başqa adamlara da
müxtəlif vəzifələr verdilər. Amma vəkalət mənsəbi üstündə
türkmanlar və təkəlilər arasında dava-dalaş oldu. Nəhayət
564
Məhəmməd xan lələ olduqdan sonra vəkalət vəzifəsinə Müseyib xan
Şərafəddinoğlu Təkəli keçdi.
Amma mütləq ixtiyar sahibi Məhəmməd xan idi. İsfahan
darülsəltənəsinə, İraqın hər tərəfinə və başqa yerlərə adam yollayıb
şahzadə Təhmasib Mirzənin cülus etməsi xəbərini çatdırdılar.
Dostları ilə paylaş: |