XORASANIN ƏHVALI, MƏRHƏMƏTLİ ALLAH-
TƏALANIN TƏQDİRİ İLƏ BAŞ VERƏN DÖVRAN
HADİSƏLƏRİ VƏ O DİYARIN ALIŞAN ƏMİRLƏRİ
ARASINDAKI HADİSƏLƏRİN ZİKRİ
Yuxarıda bəyan qələmiylə qeyd olunduğu kimi,
Mürşüdqulu xan müqəddəs Məşhədi tutub, Xorasan mahalının
üsyankar adamlarının əksəriyyətini öz gələcəyini fikirləşən əqli ilə
yumşaqcasına sakitləşdirdi, özünə tabe və müti elədi. Onun yanına
yığışmış qızılbaş tayfalarından əmirlər təyin edib, həmin vilayəti öz
hakimləri arasında bölüşdürdü və həmin il bu işlərin tənzimlənməsi
ilə məşğul oldu. O, cari ildə baş verən işlərdən Əliqulu xana
məlumat verərək, əlahəzrətin yolunda həyata keçirdiyi məsələlər
barədə ona hesabat keçdi.
Meymun ilinin əvvəlində (miladi 1584) ilk növbədə
əvvəllər İsfərayın hakimi olmuş və Guryan cəngində tutulub İraqa
aparılmış, oradan da fərar edərək sərhəd yoluyla Xorasana getmiş
qardaşı İbrahim xanı Herat darüssəltənəsinə yolladı ki, əlahəzrətin
yanında olsun, Əliqulu xanı əlahəzrətin cahanı tutan ləşkərini
Heratdan çıxarıb müqəddəs Məşhədə və ətraf yerlərə hücumuna
sövq etsin, Damğan, Bəstam və Astrabad darülmömininə qədər
gedib İraq sərhədinədək bütün Xorasan mahallarını əlinə keçirsinlər.
İbrahim xan əlahəzrətin mülazimi olmaq səadətinə çatıb,
cənab Əliqulu xanla görüşdü, məqsəd və mətləbini onlara ərz etdi.
Mürşüdqulu xandan incik olan şamlı tayfasının bəzi ağsaqqaları əks
mövqedə (təqəyyoz) dayanıb onunla danışığa bağladılar.
Müzşüdqulu xanın sözü beləydi: "Hələlik səltənət qəsrinin qayda-
qanunu möhkəmlənmədiyi üçün dövrün məsləhət və dövlətxahlığına
uyğun olaraq hamının fikrini birliyə yönəltmək yolundadır. O, (yəni
Mürşüdqulu xan - Ş.F.) cənab Əliqulu xan təmsilçisi kimi (nəyabət)
belə cəsarət edibdir, öz səyi ilə fəth olunan bəzi məmləkət
məsələlərini öz rəyi ilə də həll edəcəkdir."
Məmləkətlər baradə xatircəm olduqdan sonra ondan
(Mürşüdqulu xandan - Ş.F.) itayət və tabelikdən başqa müxalif bir
əməl görünmürdü. Amma, şamlı və ustaclı əmirləri arasında bu
məsələ xüsusunda danışıqlar uzanır və fitnə-fəsad sahibləri arada
fəsad törədirdilər.
Bu işləri eşidən Mürşüdqulu xan Əliqulu xanı və şamlı
tayfasını özünə tərəf yönəltməkdən ötrü Herata getmək fikrinə gəlib
516
heç nə düşünmədən və qorxu bilmədən şəhərə çatdı, şahzadənin
ayağını öpmək şərəfi ilə müşərrəf oldu. Cənab xan da onun gəlişini
alqışladı, dostluq nümayiş etdirdi. Şamlı tayfasının onun
öldürülməsi xüsusunda cidd-cəhdlə Əliqulu xanı təhrik etməsinə
baxmayaraq cənab xan bununla razılaşmadı, onun Heratda
cəzalandırılmasını qonaqpərvərlikdən uzaq bir əməl sandı, gələcəyi
düşünüb əlini o bədnam hərəkətə bulaşdırmadı. Amma, Mürşüdqulu
xan hər bir tayfa arasında mövcud olan sözgəzdirənlərin sözlərinə
inanıb şamlı əyanlarından şübhələndi. Bir gün o hamama getmişdi.
Əlində sıyrılmış qılıncı olan bir adam hamama daxil olub
Mürşüdqulu xana oxşayan bir dəlləyi (dəllak) qətlə yetirərək aradan
çıxdı. Mürşüdqulu xanın adamları belə düşündülər ki, o adam xanı
öldürmək üçün hamama gəlibmiş, həmin dəllək də səhvən
öldürülmüşdür. Bu adamlar dözməyib hamama girdilər və xanı bu
məsələdən şübhələndirdilər. Xanın canındakı qorxu hissi daha da
çoxaldı. Qeyri-ixtiyari hamamdan çıxaraq mənzilinə getdi. Bu
xəbəri eşidən Əliqulu xan Mürşüdqulu xanı inandırmaqdan ötrü
onun evinə yollandı, zəmanənin məsləhətinə uyğun gələn tərzdə
dostluqdan danışdı. Hər iki xan dəlləyin öldürülməsi xüsusunda belə
zənn edirdi ki, o adam dəlləyin düşməni olmuş və fürsət taparaq onu
qətlə yetirmişdir.
Amma, buna baxmayaraq şamlı tayfasının xisləti artıq
Mürşüdqulu xan üçün açıqlanmış və xanın onlara olan etibarı yox
olmuşdu. O, daha Heratda qalmağı məsləhət bilməyib müqəddəs
Məşhəd yolunu önə tutdu. Xan hadisələr burulğanına düşərək
özlərini nicat sahilinə çatdırmaq istəyən dəryada boğulan adamlar
kimi gedişini şiddətləndirdi, özünü müqəddəs Məşhədə çatdırdı.
Xanın qardaşı İbrahim xan isə Heratda qalmışdı. Mürşüdqulu xanın
səbəbsiz yerə çıxıb getməsindən inciyən Əliqulu xan öz incikliyini
bildirib, İbrahim xana iltifatsızlıq nümayiş etdirməyə başladı.
Araqarışdıran adamlar bundan istifadə edib fitnə-fəsad qapılarını
açdılar, Mürşüdqulu xan və Əliqulu xan arasında qorxu-hürkü
başlandı, tərəflər biri digərinə qarşı etimadsız oldular. Şamlıların
qəsdindən vahiməyə düşən İbrahim xan da Heratdan qaçıb
müqəddəs Məşhədə getdi. Xanlar arasında yazışma və elçi gediş-
gəlişinin davam etməsinə baxmayaraq bu hadisə vəhşətin artmasına
səbəb oldu.
Tərəflər arasındakı kin-küdurət günbəgün artırdı. Nəhayət
şamlı ağsaqqalları Əliqulu xanı onun cəzalandırmasına vadar etdilər.
517
Buna görə də o, bir dəstə fitnə-fəsad əhlinin təhriki ilə Xorasan
işlərini yoluna qoymaqdan ötrü əlahəzrətin ordusu ilə Herat
darüssəltənəsindən çıxmağı qərara aldı. Xanın fikri beləydi: Xorasan
işlərini yoluna qoyaraq, Mürşüdqulu xanın adamlarından, əgər hər
hansının vəzifədə qalmasını məsləhət bilməzsə, onun yerinə öz
adamlarını vəzifədar etsin.
Mürşüdqulu xanın fikrincə bu fitnənin hazırlanmasının
səbəbkarı Əliqulu xanın vəziri Xacə Əfzəl idi. O, Əliqulu xana
xatırlatmışdı ki, Qayin hakimi Fulad Xəlifənin qardaşı oğlu
Sultanəli Xəlifə batində Mürşüdqulu xanla müvafiqdir və
ittifaqdadır. Buna görə də Əliqulu xan Qayinə hücuma keçib onu
həbs etdi, var-dövlətini öz əlinə keçirdi. Tərşiz vilayətinə yollandı,
qorçilərlə oradan bütün Xorasan əmirlərinə, istər Mürşüdqulu xanın
əmirləri olsun, istərsə də qeyri xanın, tabeiyyət hökmləri yollayıb
hamını əlahəzrət qarşı əlbir, həmçinin onun lələ və bəylərbəyinə
tabe olmağa səslədi, müzəffər əskərlərə şah bayrağının kölgəsi
altında hazır vəziyyətdə dayanmağı buyurdu.
Mürşüdqulu xan bu vəziyyətdən xəbər tutaraq elə özü də öz
təbəələrinin yanına adam yollayıb müqəddəs Məşhəddən çıxdı.
Etimadları ona olan etibarlı adamlara məlum oldu ki, Mürşüdqulu
xanın heç bir vəchlə cəng və dava-dalaş etmək fikri yoxdur və
istəyir ki, dövlət adamlarının səyləri ilə bütün məsələlər islah
olunsun, bu xüsusda tərəflərin arasında görüşlər keçirilsin, hümayun
şah ordusunun tərkibində haraya məsləhətsə oraya da getsinlər.
Amma, torəflərin ağsaqqallarının heç biri belə danışıq vadisinə tərəf
qədəm almadı. Baxmayaraq ki, Mürşüdqulu xan adam göndərib
Xacə Əfzəli və bir neçə şamlı ağsaqqalını zəruri danışığa dəvət etdi,
amma buna əməl etmədilər. Çünki, Xacə Əfzəl onun yanına
getməyə cürət etməyib, bu fəsadın islahına baş qoşmadı, bəlkə də
Mürşüdqulu xanın və onun etimad bəslədiyi tərəfdarlarının
cəzalandırmalarının tərəfdarı oldu. İlk ləşkər bir-birinə yaxınlaşdı,
Tərşizin Susfəd (?) adlı kəndində (qorye) üzbəüz dayandılar, orada
xeymə və çadırlar qurub, biri-birlərinə elçi və məktublar yollamağa
başladılar. Günlərin bir günü Mürşüdqulu xanın qohumlarından olan
və onun yanına gəlməsi barədə hökm alan İbrahim Sultan Şərəfli
gəlib orduya çatdı. Mürşüdqulu xanın və ustaclı əmirlərinin
ordusunun əlahiddə bir yerdə dayandığını görüb, onunla olan oymaq
təəssübkeşliyi səbəbindən təbil, bayraq və qoşunla xanın ordusuna
tərəf getdi. Mürşüdqulu xan onun qarşılanmasından ötrü bir dəstə
518
adam da göndərmişdi. Silahlı süvariləri görən və təbil səslərini
eşidən şamlı ordusu seyr etdi ki, Mürşüdqulu xan nizamlanmış
qoşunla silahlanıb döyüşə hazırlaşmış və artıq cəng təbilini
döyməkdə və asimanın təqdiri və qəza məclisinin pərdə açarlarının
səyləri ilə gizli çadırdan (cəlbab) çıxaraq zühur cilvəgahına tərəf
gəlməkdədir. Əliqulu xan da ehtiyat tədbiri görərək qarşı tərəfdə ata
süvar olub ordusunun qol, sağ tərəf və sol tərəfini tənzimlədi və
döyüşə hazır vəziyyətdə dayandı.
Əliqulu xan və Mürşüdqulu xan qarşıdurması:
Bu xəbər Mürşüdqulu xana gəlib çatdı. O da, zərurət
üzündən qoşunu düzüb cəng hazırlığı ilə məşğul oldu. Bu vaxt
bir neçə gün bundan əvvəl Əliqulu xan tərəfindən həbs olunan,
sonra isə günahı bağışlanan və yenidən orduya qoşulan Sultanəli
Xəlifə, Əliqulu xandan incidiyinə görə, hərbin başlanğıcında
qoşunun səfini pozaraq öz adamlarıyla birlikdə Mürşüdqulu xana
birləşdi.
Bu məsələ şamlı qoşununun həyəcanına səbəb oldu və
ustaclı tayfası ürəkləndi. Xülasə, hər iki tərəf qılınc və oxlara əl atdı,
tozun çoxluğundan göyün üzü qaraldı. Əliqulu xanın gözü,
içərisində Mürşüdqulu xanın da olmasını güman etdiyi bir dəstəyə
sataşdıqda, ehtiyatını unudub, özü şəxsən hərbə başladı. Mərəkədə
onunla birlikdə vuruşan şamlı şücaətliləri o dəstənin üstünə at
çəkərək onları dağıtdılar və məğlub etdilər. Əliqulu xanın həmin
dəstənin təqibi ilə məşğul olduğu vaxt başqa tərəfdə dayanan
Mürşüdqulu xan və onun bir dəstə adamı hücuma keçdi və xanın
gözü padşahlıq bayrağına sataşdı, istədi ki, az miqdar adamla
qoşunun qəlb hissəsində dayanan xilafət və şəhriyarlığın o
dürdanəsini
366
(dorre-yekta) özünə tərəf gətirsin. [Buna görə də] bir
dəstə adanımı onun üstünə yolladı. Onlar bu hümayun qoşunun
şamlı döyüşçülərinin arasında olduğunu görüb, fürsəti qənimət
bildilər, şahzadənin zəfər bayrağı kölgəsindəki həmin az miqdar
döyüşçüyə həmlə etdilər. Onlar bu həmləyə tab etməyərək
pərakəndə oldular. Mötəbər əmirlərdən və Mürşüdqulu xanın
yoldaşlarından olan Əbu Müslüm xan Çavuşlu olahəzrətə çataraq,
həmin dövlət və iqbal taxtının fələk (gərdun) kimi sakit dayanmayan
366
Şahzadə Abbası – Ş. F.
519
bozumtul at üstündə əyləşmiş şahzadəni özündə sonsuz hikmət
cəmləşdirən təqdir valisinin (yəni Allahın - Ş. F.) fərmanı ilə ələ
keçirdi.
Əliqulu xanın məğlubiyyəti:
Qəzavü-qədərin xəbər gətirənləri bu səadətli müjdə
xəbərini o tayfaya çatdırdılar, şahzadənin ləyaqətli zatını Allah-
təalanın zəmanəti ilə Mürşüdqulu xanın ordusuna gətirdilər.
Əliqulu xan isə həmin dəstənin təqibinə yollanarkən nə qol
döyüşçülərindən, nə də əlahəzrətin fələyə ucalan çətirindən nişan
gördü. Vəziyyətdən xəbərdar olub heyrət barmağını təəccüb dişi ilə
dişlədi, etdiyi qəflətdən peşman olub gözlərindən peşmançılıq
yaşları axıtmağı başladı, təəssüf və nakamlığının çoxluğundan
hərbdən əl çəkdi, ah-naləyə qərq oldu, xəcalət çəkə-çəkə öz səadət
sərmayəsini əlindən verdi və Herat yoluna üz tutdu.
Mürşüdqulu xan isə əbədi bir səadətə yetişərək, Allah
dərgahının ona bəxş etdiyi bu böyük sovqatdan olduqca şadlandı,
onun şadimanlıq papağı fələyin başınadək ucaldı. Əlahəzrətə özünün
can sədəfində qiymətli bir dürr kimi yer verdi, əvvəldən qərara
aldığı kimi müqəddəs Məşhədə qayıtdı. Uşaqlıq vaxtından şamlı
tayfası arasında pəzvəriş tapan və Əliqulu xan və onun adamları ilə
ünsiyyət və ülfət şəraitində yaşayan əlahəzrət baş verən bu
vəziyyətdən incimiş oldu. Amma, iqbalının ilhamlanmasından vəcdə
gələn şahzadənin hümayun çöhrəsində məlaldan əsər-əlamət
qalmadı. O, vəlayət və imamət taxt-tacının sultanı olan cinlərin və
insanların imamı Əbülhəsən Əli ibn Musa-əl Rza salavatullahın –
ona Allahın salamı olsun - ziyarəti şərəfinə yetişdi, həmin müqəddəs
rövzədə gecə-gündüz xidmət səadətinə çatdı, baş vermiş hadisədən
şad oldu. Mürşüdqulu xan da, haqqına qalsa, şamlı tayfası ilə insani
rəftar etdi, günahları üzərindən əfv qələmi çəkdi, onların hamısına
izzət və ehtiram göstərdi. O, hökm etdi ki, orduda öz malını,
dəvəsini və yaraq-əsbabını tanıyan hər birkəs onlara yenidən
sahiblənsin, Herata getmək istəyən qoy getsin, ali hümayun qoşunla
qalmaq arzusunda olanlar isə qalsınlar. İndiyə kimi Əliqulu xanın
vəziri olan Xacə Əfzəl artıq əlahəzrətin vəzarətinə keçirilməklə
şərəfləndi. Şamlı camaatından burada qalan hər bir kəs əlahəzrətin
mülazimi adlandırılaraq qorçilər, yüzbaşılar və şahzadə məiyyətinin
mülazimləri silkinə daxil edildilər. Mürşüdqulu xan Əliqulu xana
520
məhəbbətli bir məktub yazaraq dostcasına gileylərini bildirdi, baş
verən hadisəni qəzavü-qədərə və asiman qüvvəsinə həvalə etdi.
Amma, vəzir Xacə Əfzəl və şamlı ağsaqqalarının fikirləri
Herata getmək olduğundan, ustaclı tayfası içərisində aram ola
bilmirdilər, buna görə də bir neçə gün ərzində dəstə-dəstə Herata
getdilər. Şamlı tayfasında xasseyi-şərifənin cilovdan olan və cəng
baş verən gün şahzadənin ali müəyyətini tərk etməyən Hüseyn bəy
Əbdüllüdən və məğlubiyyət zamanı Əliqulu xandan ayrı düşən və
şahzadənin mülazimi olmaq məqsədilə müqəddəs Məşhədə qayıdan
Şahəli bəy Kəramətlinin oğlu Əli bəydən başqa, müqəddəs
Məşhəddə və ali məiyyətdə bir adam da qalmadı. Mürşüdqulu xan
əlahəzrət üçün səltənət və padşahlıq əlaməti olan əşyaların
hazırlanması əmrini verərək, şahzadənin xidmətinə münasib adamlar
təyin etdi, özü isə müstəqil şəkildə vəkalət və lələlik taxtına əyləşdi.
Bütün Xorasan əhalisi onun yanına gəlib təbrik və mübarəkbadlıq
mərasimini yerinə yetirdi, Xorasanda [şahzadənini] iqtidar və
istiqlalı əvvəlkidən artıq oldu.
AZƏRBAYCAN HADİSƏLƏRİNİN ZİKRİ, RUM SƏRDARI
OSMAN PAŞANIN TƏBRİZƏ HÜCUMU, HƏMİN
CƏNNƏTNİŞAN YERİN ALINMASI, DÖVRANIN TƏLƏBİ
VƏ ALƏMLƏR PƏRVƏRDİGARININ TƏQDİRİ İLƏ
TƏBRİZİN VİRAN EDİLMƏSİNİN ZİKRİ
Bundan əvvəl Azərbaycan hadisələrinin [şərhində] ənbər
ətirli qələm bəyan səhifəsində belə yazdı: Şirvan Dərbəndində olan
Osman paşa xandgara ərz etmişdi ki, bütün Şirvan və Gürcüstanı ələ
keçirmişəm və Sinan paşanın yazdığı guya "Dərbənd qalasından
başqa heç bir yer [osmanlılar tərəfindən] fəth olunmamışdır" sözləri
yalandır. Bu məlumatlar Fərhad paşanın sərdar təyin edilib
Azərbaycana gəlməsinə səbəb oldu.
Cəlal bayraqları [qızılbaş ordusu - Ş.F.) Xorasanda olan
vaxt, yuxarıda yazıldığı kimi [osmanlılar] İrəvanı zəbt etmiş, qala
qurmuş, Osman paşa bütün Şirvan vilayətini və Şəkini ələ keçirmiş,
o yerləri öz adamlarına vermiş, özü isə İstanbula rəvan olmuşdu. O,
(Fərhad paşa - Ş.F.) xandgara bütün Azərbaycanı, hətta İraqı da
almağa söz verdi, vəzarət rütbəsi aldı, sərdarlığa yetdi.
Fərhad paşa Azərbaycanı fəth etmək üçün saysız-hesabsız
qoşunla Ərzruma yollandı. Meymun (piçi) ilinin qışı sona yetdiyi,
521
türkicə xoruz (təxaquy) ilinə bərabər olan doqquz yüz doxsan
üçüncü (miladi 1585/86) ilin novruzu gəldiyi üçün, novruz
məclisinin şahidləri Xəta türkləri kimi vəfa ərbablarının ürəklərini
ələ almaqdan ötrü bəzənib-düzənməyə, yeniyetmə cavanlar isə bahar
məclisini qurmağa başladılar. Nəvvabe-cəhanbani bahar əyyamının
gəlişinə və özünün cavanlığına görə laləüzlü gülruxlardan kam
almaqda idi. O, baharın fərəhli günlərini Təbriz işrətabadında
şadyanaqlıqla keçirib, Əliqulu xan Fəthoğlunun İsfahandan gətirdiyi
üzü gözəlikdən dəmirçi kürəsi kimiyanan Şeytan adlı bir dəmirçi
oğlu ilə eşqə qurşanmış və vüsal bağından arzu gülləri dərməkdə idi.
Onun [Şeytanın] barəsində Şahqulu bəy Ərbaoğlu (?) Rumlu türkcə
bu beytləri gözəl demişdir:
Könlüm quşun ol nərgize-fəttan apara,
Kimdir ki, onun qəmzəsidən can apara?
Şeytan, şeytan dedikləri gər bu isə
Mən razıyam imanımı şeytan apara.
367
Zarafatcıl şairlərin başqa biri [isə] demişdir.
Rübai
Aşıq gözü dəycək sənə, ey şux pesər,
Kiprik oxuna tuş oluban can verər.
Şeytanla adaş xəlq edib Allah səni,
Şəkk yox ki, o, şeytan günahın əfv eləyər
368
Xülasə, bahar əyyamı və gül-çiçək mövsümü başa çatdı,
hava istiləşməyə, hər tərəf yaşıllaşmağa başladı. Hümayun ordu
Əşkənbər və Gülənbər yaylağına yollandı, oradan [isə] Bazarcahiyə
təşrif gətirdilər. Yayın üç ayını yaylaqlarda keçirdilər. İşrət və şadlıq
367
Bu şerin ikinci və üçüncü misralarında onıın vəzninə uyğun kiçik düzəliş etməli
olduq - Ş.F.
368
Rübainin farscası:
Aşeq ço roxe-to binəd əz can gözərəd,
Tire-mojeət ze sine pərran gözərəd.
Əz dövləte-həmnamiyət ey sone-Xoday,
Şəkk nist ke Həqq ze-corme-şeytan qozərəd.
522
qapıları şahın və ordunun üzünə açılmışdı. Çuxur-Səd vilayəti ilə
heç bir əlaqəsi qalmayan və oraya yaxın yerlərdə sərgərdan olan
Məhəmmədxan Toxmaq fələk əzəmətli orduya qoşuldu.
Bu əsnada Osman paşanın gəlmə xəbəri eşidildi, araya
çaxnaşma düşdü. Əmirlərin və əsgərlərin çağırılmaları xüsusunda
məhrusə məmləkətlərə itaət hökmləri göndərildi. Bəhram təbiətli
qorçilər müəyyənləşdirdilər ki, İraq, Fars və Kirmandan qələbə əsər-
əlamətli qızılbaş əsgərləri qeyrət və mərdliklə ali saraya yollanıb
fələk şövkətli orduya birləşmişlər. Şahzadənin şərafətli fikri belə idi
ki, təkmilləşmə (nəşv-o noma) dövrü dövlət və hökmranlığın
başlanğıc dövrüdür. Sədaqətli tayfalar və müzəffər qızılbaş əsgərləri
din təəssübü və məzhəb qeyrətinə qapılaraq qoy əvvəlki illərdəki
kimi, o həzrətin qoşununda sıralanıb müxalif qoşunla mərdanəliklə
döyüşsünlər. [Buna görə də] Məhəmməd xan, Vəli xan, Müseyib
xan və bütün təkəli və türkman tayfa əmirlərinə bu məzmunda
məktub və istimalətnamələr göndərildi: "Qızılbaş tayfaları bu
vəlayətnişan xanədanın sufiləri və yekdil adamlarıdırlar. Vəlinemət
[şah] uğrunda candan keçməyi özlərinə sədaqət mərtəblərinin aşağı
pilləsi sanırlar. Əmir xan sədaqət yolundan sapdığı üçün ondan bir
neçə kobud iş baş verdi ki, bunlar da onun (şahzadənin - Ş.F)
şərafətli xatirini qəzəbləndirdi və o öz cəzasına çatdı. Daha başqa
heç bir əmir və türkman qazilərindən [bizim] narazılığımız yoxdur.
O tayfa böyüklərindən Ədhəm xan Türkman o hərzrətə xidmət edən
izzətli (moəzzez) və möhtərəm bir şəxs kimi şəfəqqət nəzərləri
altındadır. Qoy onlar (təkəli və türkman tayfa əmirləri - Ş.F.) puç
xəyalları beyinlərindən çıxarsınlar, özlərini iztiraba (dəğdəğe)
salmasınlar. Elə davranış tərzi ilə irsi istək və sədaqət iddiası
arasında ziddiyyət vardır. Buna görə də, müxaliflər İran mülkünü
tutmağa və qızılbaş tayfalarını yox etməyə (estisal) meyillənmişlər.
Hazırda qızılbaşların yüz illik gurxanəsi nə İran sultanlarının
təxtgahı olan məşhur Təhriz şəhəri üzərinə hücuma keçmək
istəyirlər. Uzaqgörən əqlin tələbinə (eqteza) əməl edərək öz
vəziyyətinizə nəzər salın, istək, sədaqət, dövlətxahlıq və əlbirliklə
bir yerə yığılıb səltənət taxtına tərəf yola düşün. Özünüzün yüz illik
istək və sədaqət ətəyini üsyan çirkabına (lovs) bulamayın. Fələk
əzəmətli qoşunlarınızla döyüş meydanına atılıb, müxaliflərin
[tamamilə] dəf olunmalarına səy edin. Biganə düşmənin
məğlubiyyətindən sonra mətləblərinizin icrasından (əncah) ötrü hər
nə xahişiniz olarsa, həll etməyə çalışaraq. Məlumdur ki, əgər Təbriz
523
şəhəri və vilayəti qızılbaşların əlindən çıxarsa, həmçinin İran
məmləkətinin əsas ləşgər yığımının mərkəzi olan Azərbaycan
məmləkəti müxaliflər tərəfindən alınarsa, o zaman bu dövlətə böyük
ziyan dəyəcək, elə fitnəkarlıq başqa məmləkətlərə də sirayət edəcək.
[Əgər] elə olarsa qızılbaşların halının necə ola biləcəyi məlumdur".
Qorçilərin və məktubların göndərilməsindən sonra Osman paşanın
Qarabağa hücumu ehtimalının qarşısını almaq məqsədilə o
yerlərdə üç ay gözlədilər. Bir aydan sonra onun (Osman paşanın -
Ş.F.) Təbrizə hücum xəbəri məlum oldu. Əzəmətli əmirlər behişt
ayinli şahın məclisində cəmlənib Təbrizin mühafizəsi və
müxaliflərin dəf olunması barədə məsləhətləşməyə başladılar.
Tədbirli və ağıllı adamların bir dəstəsi belə məsləhət
gördülər ki, cənnətməkan şahın zamanındakı kimi Təbriz şəhərinin
və müxalif qoşunun keçəcəyi istiqaməti boşaldıb rəiyyəti və şəhər
əhalisini təhlükəsiz Qaracadağa köçürsünlər, şəhərdə azuqə
saxlamasınlar, türkman və təkəli ləşkərinin gəlişinə qədər döyüşü
təxirə salsınlar, müxaliflərin ordusuna azuqə daxil olmamasından
ötrü yolları bağlasınlar, ləşkər gəlib çıxandan sonra döyüşsünlər.
Qürur badəsindən məst olan bəzi adamlar və cahillər bu düzgün rəyi
qüsurlu sanıb belə məsləhət gördülər: "Təbriz şəhərində səkkiz min
[döyüşçü] vardır ki, onların ən azı yarısı hazırlıqlı və çevik
gənclərdir. Onlar çalışacaqlar ki, öz əhli-əyalını qorumaqdan ötrü
şəhərdə səngər qurub döyüşsünlər, təbrizlilər hər küçə başında
müdafiə olunsunlar, müxaliflərin şəhərə giriş yollarını bağlasınlar,
şəhərin daxilində Təbriz əhli, xaricində isə qızılbaş [döyüşçüləri]
onları dəf etsinlər.
Bu rəyi adamların əksəriyyəti bəyəndi. Şahzadənin
xidmətində hörmətləri olan bəzi divanə təbiətli şəxslər Təbriz
şəhərini boşaltmağa qoymadılar. Hamılıqla bu səhv fikri düzgün
sandıqları üçün Təbriz əhlinin [şəhərdə] qalmalarına razılıq verdilər.
Təbrizin əyan və şərəfli adamlarına şərafətli hökm verildi ki,
düşmənlərin dəfində mərdanə olsunlar, öz övladlarını, adamlarını,
can və mallarını onların şərindən qorusunlar. Ev ləvazimatı və
ailənin şəhərdən çıxarılması şəhərdə [həmişə] çaxnaşmaya səbəb
olduğundan, heç kim öz ailəsini kənara çıxarmadı və [düşündülər
ki,] biz də daxildən ləşkər düzəldib, onlarla döyüşə hazırıq və
qoymarıq ki, müxaliflərin sizə zərəri dəysin.
Əzəmətli əmirlərdən bir-iki nəfəri, xüsusən Pir Qeyb xan
Ustaclını öz qoşunuyla şəhərə göndərdilər ki, Əliqulu xanın qardaşı
524
olan və qardaşı tərəfindən şəhərin hakimi və məmələkətin
qoruyucusu təyin edilən Hüsenqulu Sultanla birgə küçə yollarını
kəssin, şəhəri möhkəmlətsin, əhalini küçəbəndlərin müdafiəsinə
tərğib etsin, heç kimin öz ailəsini kənara aparmasına icazə verməsin.
Əgər belə vəziyyət aşkar olarsa ev sahibi cəzalandırılsın və onun
var-yoxu qarət edilsin. Yuxarıdakı məzmunda ali hökm Təbrizə
çatdıqda həmin böyük osmanlı ordusunun hücumla gəlişindən
yaranan çaxnaşma və narahatlıq bir qədər sakitləşdi və təbrizlilər öz
əqidə və sədaqətlərinə görə o böyük işə girişdilər, küçəbəndlər
qurmağa, məhəllələri bölməyə girişdilər. Hər bir yolu məhəllə
pəhləvanlarına tapşırdılar, hər küçəbəndə nəzarəti mötəbər
qızılbaşların birinə və çevik adamlara həvalə etdilər.
Amma bəla selinin və inad atəşinin qarşısının alınmasını
asan sandılar, əzəli qüdrətin (Allahın - Ş.F.) rəyi o şərif şəhərin
dağıdılması, məkanın və Təbriz əhalisinin çaşqınlığını, pərişanlığını
və pərakəndəliyini artıq müəyyənləşdirdiyindən onların bu
səylərinin heç bir təsiri olmadı.
Dostları ilə paylaş: |