Qorçibaşının fərar etməsi və rumilərin qalasına getməsi:
Bu məsələnini yığcam bəyanı belədir: Qulu bəy Qorçibaşı
Məhəmməd xanla və başqa əmirlərlə bütün işlərdə müttəfiq idi.
Nəvvab şahzadənin əzəmətli anası Məhdülyanın qətli, Mirzə
Salmanın öldürülməsi və ali nəvvabın xatirində ikrah hissi ilə qalan
başqa əməllər onların istəyi və məsləhəti əsasında gerçəkləşmişdi.
Nəvvab şahzadə həmişə macal tapan kimi onlardan intiqam almaq
barədə düşünürdü. Rumiyyənin hücumu bu işin yubanmasına səbəb
oldu. Agah və bacarıqlı bir adam olan qorçibaşı məsələni başa
düşdüyündən həmişə həyəcan, qorxu və təşviş içindəydi. Çünki
nəvvab şahzadə də ona pis münasibət göstərməkdəydi.
Fitnəkarlıq niyyətiylə Məhəmməd xan ilə Vəli xanın Əmir
xanın qanını almaqdan ötrü ittifaqa girib ali orduya qayıtmaları vaxtı
onlar Təbrizə yaxınlaşmaqda ikən artıq hər ikisinin üsyankarlıq
əlamətləri zahirə çıxmaqdaydı. Şahzadə xalırladı ki, qorçibaşı dövlət
adamlarının ən ümdə adamı olduğu halda batində türkman və təkəli
383
Şirhacı - "böyük top" mənasını verən istilahdır - Ş.F.
543
fitnəkarları ilə müttəfiqdir, buna görə də yaxın vaxtlarda ondan
ehtimal ki, nəsə bir fitnə-fəsad baş verəcəkdir. Əmir xanının qanının
baiskarları olan Əliqulu xan Fəthoğlu və Məhəmməd Sarı Solaq
fəsad məhlulunu qarışdırıb nəvvab şahzadəyə xatırlatdılar ki, onların
gəlib-çatmalarından əvvəl gərək yubanmadan qorçibaşı dəf olunsun,
çünki o adamlar bir-biriləri ilə görüşüb öz istəklərini həyata keçirə
bilərlər. Şahzadə bu təklifi bəyəndi. O dəstənin gəlmə sədası
eşidiləndə qaladan aşağı düşərək, onların dəf olunmasına başladılar.
Elə həmin günlərdə şahzadə üç yüz ərəşli tayfa üzvləri ilə ali
dərgaha gələn Əmiraslan xan Ərəşli Əfşarın oğlu Təhməsibqulu
Sultanın namizədliyini qorçibaşı vəzifəsinə məsləhət bildi. O,
həmin vəzifəni qəbul etdi. Xain qorçibaşı isə türkman və təkəlilərin
gəlmələri xəbəri yayılan o günlərdə xeyli təşviş hissi keçirməkdəydi.
Seybədən ayrılıb evinə gəldi, xəstələndiyini bəhanə gətirib bir neçə
gün evdən çıxmadı və o adamların gəlişini gözlədi. Təhmasibqulu
Sultan qorçibaşı vəzifəsinə təyin olunan gün qorçibaşının (Qulu
bəyin - Ş.F.) qardaşı oğlu Cabbarqulu bəy ali şahzadənin yanında
behiştayin məclisdə idi. Bu xəbəri eşidib dərhal evə qayıtdı və
[əmisini] məsələdən xəbərdar etdi.
Onlar o zaman rumilərin qalasına qaçmaqdan başqa heç bir
çarə tapa bilmədilər və hər ikisi, Təhmasibqulu Sultanın qoşunla
onların qapısına yaxınlaşdığı vaxt, bağça yolu ilə özlərini eşiyə
atdılar, seybələrinə gedən yolla qalaya üz tutdular. Qala ayağına
yetişdikləri vaxt taclarını başlarından götürüb xəndəyə atdılar.
Qalanın yuxarısından bunu seyr edən rumilər qapını açıb
onları qalaya gətirdilər. Onlar bu əhvalatı qızılbaş tayfası üçün
əskiklik, özləri üçünsə xoş tale kimi qiymətləndirdilər, öz sevinc
sədalarını Keyvan eyvanınadək çatdırdılar. Elə həmin gün
Cabbarqulu bəy lağımatanların yanına gedərək, rumiyyəni
qızılbaşların [qalaya doğru] lağım atmalarından agah etdi, şirhacının
olduğu yerin yarısınadək gəlib çatan lağımı rumilərə göstərdikdə
onlar tüfəng atəşləri ilə lağımı oradakı adamlardan təmizlədilər,
həmin yolla gedib "Həsən padşah mədrəsəsinə çatdılar. Seybədə
bərk saxnaşma yarandı. Bu xəbər nəvvab şahzadəyə və Əliqulu xana
çatdıqda hər tərəfdən hücuma keçdilər və aralarında şiddətli döyüş
başlandı. Hər iki tərəfdən bir neçə adam öldürüldü. Rumilər lağımda
toplaşıb oradan tüfəng ata-ata seybə əhlini xəsarətə uğradırdılar.
Qızılbaşlar çarəsiz qalıb lağımı bir neçə yerdən deşdilər, açılan
yerlərə saman töküb yandırdılar, sonra lağımın içini su ilə
544
doldurdular. Beləliklə, yol bağlandı, nəticədə isə iki-üç aylıq
zəhmətlə açılan lağım faydasız oldu.
Türkman və təkəli tayfaları gəlib yaxınlaşdıqda günbəgün
onların fitnə-fəsad etmə xəbərləri artdı. Şahzadə qala içindən əl
çəkib onları dəf etmək fikrinə düşdü. Bir dəstə təbrizliyə və
Azərbaycan camaatına tapşırdılar ki, seybədə olsunlar və rumiyyə
qaçmasın deyə, qala qapılarını mühafizə etsinlər, beləliklə, nəvvab
şahzadə və başqa əmirlər onları dəf etməyə girişdilər.
Mir Şəmsəddin Məhəmməd Sədr Xəbisinin vəfatı:
Bu ilin hadisələrindən başqa biri də sədr Mir Şəmsəddin
Məhəmməd Xəbisi Kirmanının vəfatıdır ki, Təbriz qalasının
mühasirəsi əsnasında surül-ğəniyye
384
xəstəliyindən keçindi. O,
böyük, alişan, xoşəxlaq, qabiliyyətli, istedadlı seyid kimi tanınırdı.
Riyaziyyat, heyəf, rəml**, nücum və təbiət elmlərini bilirdi.
Olduqca xoşsöhbət adamdı. Yaxşı şer yazırdı. Təxəllüsü Fəhmi idi.
O, sədarət mizinə əyləşəndə İsgəndər şanlı nəvvab onun ehtiramını
tutmaqda çox təfərrüata vardı, bütün şəri işləri onun rəyinə tapşırdı.
O da öz səxavət (bəzl) və ehsan əlini açdı, məmləkətlərin vəqf
vergilərindən və cənnətməkan şahın nəzirlərindən yığılan yüz min
tümən məbləğində olan qızılı, gümüşü, habelə firuzə mədənlərinin
xümsünü və amirə xəzinəsindəki başqa qiymətli şeyləri iki-üç il
ərzində seyidlərə, üləmalara, səlahiyyətli şəxslərə (soləha), fəqirlərə,
elm öyrənənlərə və həmin zümrədən olan ehtiyaclı adamlara verdi,
onların məşhur şəxslərinə hədsiz hörmətlər etdi, onun köməyi ilə
xeyli adam şahın ehsanından bəhrələndi.
Mir Şəmsəddin Xobeysinin rəngarəng şerləri vardır.
Bu kitabda onun qəzəl və rübailərindən bir neçə beyt səbt
olundu:
Qəzəl
Şərabe-eşqi kim içsə, onun keyfiyyəti vardır,
Şərabda Fərhadın halı və Xosrov haləti vardır.
384
Bu xəstəliyin adını müəyyən edə bilmədik - Ş.F.
545
Başında badə bardağı gedir meyxanəyə Fəhmi, Başı
mehrabinə enmir onun, xoş himməti vardır.
385
Rübai
Eşq meykədəsi içrə şərab başqa cürə,
Sevda kitabında ehtisab
386
başqa cürə.
Məstanələrin Ruze-hesabdan qorxmur,
Məhşər günü onlara hesab başqa cürə.
387
Rübai
Yüz huridən üstündü o tərsa balası,
Atəşlənib hüsnündən o mə bədyanası.
Atəşkədəsində var odunçu – rizvan!
Verməzmi behiştdən ona Tuba ağacı.
388
Mir Şəmsəddin Xəbisi həyatdan köçdüyü vaxt bu rübaini
demişdi:
Rübai
Fani bu cahan deyildir əsla yerimiz,
Yatmaq dilərik qəbirdə süst, taqətsiz.
385
Qəzəlin farscası:
Şərabe-eşq dər hər məşrəbe-keyyfiyyəti darəd,
Ze Şirin Kuhkən hali, ze Xosrov haləti darəd.
Səbuye-bade dər sər mirəvəd Fəhmi be meyxane,
Be mehrabəş nəyayəd sər foru xoş hemməti darəd.
386
Ehtesab - hesablama əməliyyatı - Ş.F.
387
Rübainin farscası:
Dər meykədeye-eşq şərabe-degərəst,
Dər şəre - məhəbbət ehtesabe-degərəst.
Məstane-to fareğənd əz ruze-hesab,
Z-in tayefe dər həşr hesabe-degərəst.
388
Rübainin farscası:
Tərsabəçeist atəşəfruze-keneşt,
K-atəş zəde dər xənnəne-səd hur sereşt.
Çon himekeşan bəraye-atəşkədeəş
Rezvan həme şaxe-Tuba* arəd ze beheşt.
* Qeyd: Şaxe-Tuba - Behiştdəki məşhur ağac - Ş.F.
546
Orda edərik gileyfələk cövründən,
Dilsiz dilimizlə söylərik çox söz biz.
389
TƏKƏLİ VƏ TÜRKMAN TAYFALARININ TƏBRİZƏ
GƏLMƏLƏRİ, O FİTNƏKARLARIN GERİ QAYITMALARI
VƏ O ZAMAN BAŞ VERƏN BAŞQA HADİSƏLƏRİN ZİKRİ
Yuxarıda sınıqdilli qələm öz bəyan səhifəsində yazmışdı
ki, Məhəmməd xan Türkmanın oğlu Əmir xan bu məsələlərdən,
Əliqulu xan Fəthoğlunun tərəqqi və inkişafından, şamlı və ustaclı
tayfalarının etibarının yüksəlişi və iqtidarda olmasından fikir-xəyala
dalmışdı. O, Kaşandan Həmədana getdi. Əmir xanın qardaşları və
övladları da orada toplaşdılar. Vəli xan Təkəlini müttəfiq edib onu
fitnəkarlığa yönəltdilər, o iki tayfanı etibardan salmağa
başladılar. Rum qoşununun hücumu və fəxarətli Təbriz şəhərinin
onlar tərəfindən tutulmasına baxmayaraq, səltənət tərəfindən onların
hüzura gəlmələri barədə hökmlərin getməsinə məhəl qoyulmadı.
Onların (Əmir xanın və Vəli xan Təkəlinin - Ş.F.) hərəkətləri barədə
belə xəbər yayıldı: Türkman və təkəli əmirləri və əyanları bir-biriləri
ilə əhd-peyman bağlayıb belə qərara gəliblər ki, birlikdə ali orduya
gedib nəvvab şahzadəni öz fikirlərinə tabe etməyə çalışsınlar,
Əliqulu xan Fəthoğlunu, Məhəmmədi Sarı Solağı və Əmir xanın
başqa müddəilərini (saiyan) qisas alınmasından ötrü onun
övladlarına versinlər, şamlı və ustaclı tayfalarını etibardan salsınlar,
saray xidmətində bu iki oymaqdan heç bir kəsi şahzadənin yanında
xidmət etməyə qoymasınlar və dövlət işləri fəqət onların (türkman
və təkəlilərin - Ş.F.) rəyi və razılığı ilə həyata keçirilsin.
Belə batil xəyallar və bihudə razılıqla onlar bir-birilərindən
ayrılıb qoşun toplamaq və təyin olunan yerdə cəmləşmək niyyəti ilə
hər biri öz ülka və iqtalarına qayıtdılar ki, qoşunlarını və ləşkərlərini
hazırlasınlar, müəyyən vaxtda bir yerə yığışsınlar.
O tayfanın mötəbər əmirlərindən və Əlişəkər sərhəddində
ülka sahibi olan Solaq Hüseyn Təkəli bununla razılaşmadı. O, Vəli
xana türkmanların fitnəsinə uyub fəsada yol verməyi qəti qadağan
389
Rübainin farscası:
Xahim əz in cəhane-fani rəftən,
Dər zire-ləhəd benatəvani xoftən.
Dər guşe-zəmin ze bivafaiye-fələk
Hərfi be zəbane-bizəbani göftən.
547
etdi, onu sədaqət ipini əldən verməməyə çağırdı. Dedi ki, Bağdad
sərhədini qorumağa yollandığından, əgər şahın hökmü sadir olmasa
və onu geri çağırmasalar, Məhəmməd xanın sözünə uyub öz yerini
tərk etməsin. Padşahların əsgərlərin işlərinə qarışmalarına ixtiyarları
çatır. Belə olan halda, sədaqətdən uzaq bir əməl ola bilər ki, padşah
və padşahzadəyə etiraz dilini açıb Əmir xanın qətli barədə onlara
nəsə bir söz deyək.
Vəli xan bundan vahiməyə düşdü, başqa təkəlilərin arasının
onunla vurulacağını və onların onunla inadkarlıq məqamında
duracaqlarını düşündü. Araya qarışıqlıq düşdü. Nəhayət Vəli xan
təkəli tayfasının əksəriyyətini özünə müttəfiq edib Məhəmmədi
xanla birgə [Solaq Hüseynin] üstünə yollandı.
Arada cəng baş verdi. Solaq Hüseynin adamları süst
toplanıb özlərinin müdafiəsi ilə ciddi məşğul olmadılar. Döyüş
əsnasında Solaq Hüseyn bərk yaralandı, müdafiə oluna bilmədi, əsir
düşdü. Vəli xan onu tutub, Təbrizə hücum zamanı aradan götürdü.
Xülasə, Osman paşanın geri dönməsi, Təbrizdə qala inşa
etməsi və cah-calallı ordunun qala ayağına yığışıb onu mühasirə
etməsi xəbəri İraqa çatanda, türkman və təkəli əmirləri zahirən öz
itaət paltarını geyib, batindəsə öz mətləblərini həyata keçirtmək
diləyib, Təbrizə tərəf hərəkət etdilor. Məhomməd xan Kaşan, Qum
və Savədən olan türkman tayfaları ilə, Müseyib xan Şərəfəddinoğlu
Təkəli Tehrandan, onun qardaşı oğlu Muxtar Sultan Vəramindən,
Vəli xan Təkəli və oğlu Əli Sultan Pakmal, həmçinin Əmir xanın
qardaşları, övladları və yaxınları Həmədandan gəlib bir yerə
toplaşdılar. Onlar İraqın hər tərəfinə adam yollayıb oralarda yaşayan
türkman və təkəli tayfa üzvlərinin hər birini öz yanlarına çağırdılar.
Ordularına çox adam yığıldı. Fars əmirülümərası Ümməl xan
Zülqədər Xorasan yasağından qayıdıb Azərbaycan yasağına
yollanmaqdan ötrü öz ülkalarına gedən özünə tabe əmirlər ilə
birlikdə İraqa çatdı. Məhəmməd xan onunla görüşüb zülqədər
tayfası ilə dostluq qapılarını açdı, həmkarlıq təklif etdi. Ümmət xan
baş vermiş fitnə-fəsadı onun köməyi ilə aradan qaldırmaq,
şahzadənin diqqətini özünə cəlb etmək üçün onun yoldaşlıq təklifini
qəbul etdi və onlar birləşdilər yoldaşlıq etməyə başladılar. Amma,
Məhəmməd xan və yoldaşları get-gedə Ümmət xanın adamlarını
hiyləgərliklə və öz xeyirlərindən ötrü özlərinə müttəfiq etdilər.
Ağıllı, bacarıqlı və tədbirli adam olan Ümmət xan sanki
əfsunlanıb öz savab yolundan azdı, xəta yoluna düşdü, onlara yoldaş
548
oldu. Bu xəbər Təbriz darüssəltənəsinə yetişdikdə, baxmayaraq ki,
onların ittifaqının fitnə-fəsada dəlalət edəcəyi məlum idi, nəvvab
şahzadə onları yoxlamaq və bir-birləri ilə razılıq və narazılığını
müəyyən etmək üçün yanlarına bir adam yolladı və arada yazışma
başladı. O, əvvəlcə İsgəndər şanlı nəvvab tərəfindən bir şəxsi
yolladı, belə bir istimalətnamə göndərdi: Onlar bu uca xanədanın
dövlətxah bəndələridirlər, bir neçə il xidmətdə olmuşlar, Osman
paşa və rum ləşkəri bura gələndə və bu xanədanın qədim paytaxtı
olan Təbrizi tutmaq istəyəndə dərhal bu xəbərdən rahatsız olub, hələ
onlara hümayun hökm göndərilməzdən əvvəl sədaqət üzündən, bir-
biriləri ilə birləşməyi gözləmədən, onların hər biri sürətlə səltənət və
iqbal taxtgahına tərəf getmiş və öz fədakarlıqlarını zahirə
çıxarmışlar. Dövlət düşmənlərinin şəri dəf olunandan sonra əgər
istəsələr öz fikirlərini açıq bildirsinlər və öz mətləblərinə yetişsinlər.
İndi ki, onlar hümayun orduya tərəf gedirlər, saylarının çox olduğu
eşidilməkdədir. Bu hərəkətdən fitnəkarlıq və nifaq görünür. Əgər
hal-hazırda onlar sədaqət və məhəbbətdə sabitqədəmlik və bizə itaət
yolundadırlarsa, məsləhət belədir ki, şübhənin qaldırılmasından ötrü
qoy bir-birləri ilə birləşməyərək, hər birisi öz qoşun ləşkəri ilə
əlahiddə halda ali saraya xidmətə üz tutsunlar və yanımıza gəlməklə
şərəflənsinlər. Elə ki, gəlib yetişdilər, hər biri desin ki, bizə qarşı
iltifat və şəfqətdən başqa qeyri bir iş görməyəcəklər.
Müseyib xan Şərəfəddinoğlu Təkəliyə belə [məzmunlu] bir
məktub yolladılar: Onun hümayun nəvvab ilə yaxınlığın vardır.
Əgər türkman əmirləri Əmir xanın qətlində mənim əziz
fərzəndimdən şübhələnirlərsə, onun bu işə heç bir dəxaləti yoxdur.
Varisliyə sədaqət (exlase-movrusi) və padşahlıq səxavəti (estena)
tələb edir ki, onlar özlərini o tayfaya birləşdirməsinlər və böyük
sürətlə saraya gəlsinlər.
Adları çəkilən əmirlər də ali dərgaha məktub yolladılar,
qulamlıq və fədailik izhar etdikdən sonra belə ərz etdilər: "Şaha
məlumdur ki, təkəli, türkman, şamlı və ustaclı oymaqları arasında
hələ sabiq zamanlardan inadkarlıq olmuşdur. Xorasanda nəvvabi-
cahanbaninin hakimiyyətə gətirilməsi üstündə o iki tayfanın çoxu
türkman və təkəlilərin əlləriylə qətlə yetirilmişdir. Bir halda ki, onlar
ali xidmət tərəfindən tərbiyə olunmuş və şəfqətə layiq görülmüşlər,
amma nəvvabi-cahanbanini biz dövlətxah adamlara qarşı şübhəyə
salmışlar. Elə Əmir xanın başına gələnlər də onların fitnə-fəsadının
nəticəsidir, yoxsa ondan elə bir əməl görünməmişdi ki, qətlə
549
gətiriləydi. Bizim xahişimiz budur ki, qoy o tayfalar nəvvabi-
cahanbaninin nəzərindən düşsünlər və qədir-qiymətləri olmasın.
Bizim bir yerə toplaşmağımız isə bizim ziddimizə olanlardan
qorxumuz üzündəndir." Müseyib xan da onların vəziyyətinə uyğun
sözlər söylədi.
Elə ki, əmirlərin məktubu gəlib-çatdı, bu İsgəndər şanlı
nəvvabı və aləm şahzadəsini qayğılandırdı. Onlar yenidən əmirlərə
belə itaət məktubu yazdılar: "Bütün sadiq qızılbaş tayfalarının
hamısı bu dövlətə xidmət etməlidirlər. Sədaqətli adamları padşah
ehsanının nemətlərindən (məvayed) məhrum etmək müruvvət
ayininə əks (xelal) olan bir məsələdir. Əgər şamlı və ustaclı
tayfalarının bir hissəsi zəmanəyə baxıb üsyana qalxırlarsa və
Xorasanda fitnəkarlıq törədirlərsə, onların başqa hissəsi isə İraq və
Azərbaycanda itaətkar (ğaşiyə) və mütidirlər, onlar, xüsusən ustaclı
tayfasının böyüklərindən Məhəmməd xan Toxmaq və şamlı
mötəbərlərindən
Vəli
Xəlifənin
övladları
bizə
xidmət
göstərməkdədirlər. Buna görə də, o camaat [Quranda deyildiyi kimi]
"Kimsə başqasının günah yükünü öz çiynində daşımaz"
390
ifadəsinə
uyğun cəzaya məruz qalmayacaq. [Tərəfimizdən] tərbiyət olunan
Əliqulu xan Fəthoğlu hümayun cülusun əvvəlindən möhtərəm
fərzəndin (nəvvab şahzadənin - Ş.F.) ali ordusunun mülazimi olmuş,
[yaxşı] xidmətlər göstərmiş və sədaqətə xilaf olan heç bir iş ondan
görünməmişdir. Əgər o, bizim
məhəbbətimizlə (atefət)
tərbiyətlənibsə, onun nə qüsuru vardır? Onun tərbiyətləndirilməsi
neçin başqa tayfaya qarşı iltifatsızlıq kimi anlaşılmalıdır. Əmir xanla
əlaqədar məsələ isə məhz ondan incik olan nəvvab şahzadənin istəyi
ilə baş vermişdir. [Belə olan halda,] sizin bu xüsusda söz deməyiniz
əqidəyə və sədaqətə zidd bir hərəkətdir. Təbriz şəhərinin əldən
çıxdığı belə vaxtda gərək fitnə-fəsad yaranmasın, gərək hamı
birləşib oranın qalası üzərinə yollansın, yoxsa, bu məsələyə qarşı
olan mübahisələrə və fitnəkarlığa bizim səyimizlə son qoyulacaqdır.
Siz nə üçün bizə qarşı etdiyiniz işlərin aqibətini düşünmürsünüz?".
Adları çəkilən əmirlər bu dəfə də birlikdə cavab yazıb
bildirdilər: "Biz yenə də öz iradə və sadiqliyimizdə varıq. Amma,
biz düşmənlərin zərər və şərinin dəf olunması naminə birləşmişik.
Ali saraya gəlsək, ali padşahın və nəvvab şahzadənin razılığı və
düşmənin nakamlığı naminə hərəkət edəcəyik". Onların
390
Ayənin ərəbcəsi: "La təzruvu uzrətən vazrən uxra".
550
məktublarından və o adamların əməllərindən hamıya nifaq qoxusu
gəldiyindən, nəvvab şahzadə tərəfindən Fars əmirülümərası Ümmət
xana və onunla həmkar olmuş zülqədər tayfasına hüsn-rəğbət və
iltifatla dolu inayət hökmü göndərildi: "Onu biz yetişdirmişik, Şiraz
əyalətini, həmçinin Fars məmləkətinin mirülüməramlığını ona lütf
etmişik. Zülqədər tayfası da həmişə vəlayət nişanlı bu xanədanın
sufisi və tərəfdarı olmuşdur. Onlar heç vaxt təkəli və türkman
tayfaları ilə ülfət, onların əleyhinə gedənlərlə nifrət mövqeyində
olmayıblar. Əgər onlar (təkəlilər və türkmanlar - Ş.F) bir yerə cəm
olmaq və birləşmək qərarındadırlarsa və birlikdə buraya gələrlərsə
zülqədər tayfasının bu məsələyə nə dəxaləti? Bəs siz onlarla
yaxınlıq (morafeqət) edirsiniz? Əgər baş verən fitnə-fəsadın aradan
qaldırılması və bu məsələnin həll olunması üçün məsləhətə və
ağsaqqaların köməyinə lüzum varsa, ali dərgahda oymaq
ağsaqqalları və xeyirxah insanlar az deyillər. Qoy onlar (əmirlər -
Ş.F.) cahanpənah dərgaha gələrək, oymaq ağsaqqaları ilə
görüşsünlər və bu güclü dövlətin məsləhətiylə işləri yoluna
qoysunlar. Belə etmək daha düzgün olar! Əgər Ümmət xan və Fars
zülqədərləri tayfası da sədaqət yolundan üz döndərib onların fitnə-
fəsadlarına şərik olsalar, belə bir halda tezliklə öz nəməkharam
olmalarının cəzasını çəkəcəklər".
Bu hökm nəvvab şahzadənin "Kor Həbib " adı ilə məşhur
olan söhbət yasovulu Həbib bəy Zülqədər vasitəsiylə göndərildi.
Həbib bəy əmirlərin ordusuna çatdıqda Ümmət xan fərmanın
məzmunundan xəbərdar oldu, Məhəmməd xanla etdiyi əhd-peymana
sadiq qalıb onun və yoldaşlarının məsləhətinə əməl eldi, şah əmrinə
boyun əymədi. Məhəmməd xan və onunla yoldaş olan əmirlər
bununla kifayətlənməyərək, Ümmət xanın özləri ilə səmimiyyətinə
əmin olmaqdan ötrü ona belə təklif etdilər ki, Həbib bəyi qətl etsin.
Amma bəzi, gələcəyi fikirləşən zülqədərlilər Ümmət xanın bu işi
etməsinə razı deyildilərsə də, Məhəmməd xan öz sözündə israr etdi.
Ümmət xan məcbur olub Sultaniyyə çəmənində o bigünahın qətlinə
iqdam etdi, sonra çıxıb köç-köç Təbrizə yollandılar.
Həbib bəyin qətli xəbəri calal sahibinə (Həmzə Mirzəyə -
Ş.F.) çatdıqda və əmirlər şəhərə yaxınlaşdıqda, nəvvab şahzadə ata-
babası qədimdən bəri bu dövlətin xidmətində durmuş Fəthi bəy
Pərvanəçioğlunun övladı və həmin nəslin böyük adamlarından olan
dəftərxana darüğəsi Əlixan bəy Türkmanı elçi sifətiylə Məhəmməd
xanın yanına yollayıb ərz etdi ki, onu nəsihətlə yola gətirsin və
551
desin: Sədaqət yolunun yolçusu olun! Nəvvab şahzadənin razılığı ilə
hərəkət edin! Əmir xanın qətli barədə heç nə danışmayın! Bu məsələ
ilə əlaqədar Əliqulu xan Fəthoğlu və Məhəmməd bəy Sarı Solaqla
da inad və ziddiyyət izhar etməyin! Təbriz qalasının ələ
keçməsindən sonra Əmir xanın qohumları (bazmandegan) barədə nə
istəsəniz, o da olacaqdır".
Əlixan bəy əmirlərin ordusuna çatdı və onlar şəhərə yaxın
bir yerdə dayandılar. Türkman mötəbərlərindən olan, nəvvab
şahzadənin yanında hörmət-izzətli bir şəxs sayılan və Əliqulu xan
ilə də ülfət edən Heydər Sultan Cabuq oğlu Ədhəmxan Türkman ali
məclisdə həmişə türkmanların yersiz hərəkətlərindən xəcalət çəkirdi.
Nəvvab şahzadə onu xəcalət və başıaşağılıqdan xilas etmək məqsədi
ilə o camaatın yanına yolladı ki, nəsihət yolu ilə onların fəsadlarını
rəf etsin. [Dedi ki,] əgər nəsihət onlara təsir edərsə qoy geri qayıtsın,
əgər təsir etməzsə öz oymağında qalsın. Belə olan halda əgər əmirlər
öz inadkarlıqlarından əl çəkməsələr, onu da Əlixan bəy və başqaları
kimi öz yanlarında saxlayacaqlar.
Ədhəm xan Türkman bu təklifə əməl edib məqsədə doğru
rəvan oldu və o da dostlarının getdikləri yolla getdi. Onun sözlərinin
əmirlərə təsiri olmadı. Məhəmməd xan onun gəlişini qənimət sayıb
öz yanında saxladı. Təbrizin dörd fərsəxliyinədək Səidabada
çatdıqları vaxt artıq onların üsyan xəbəri aşkar oldu. Orduda olan
təkəli və türkmanların hər biri təşvişə düşüb qaçdılar və onlara
birləşdilər. O tayfa əmirzadələrindən olan Keçal Mustafa Əfşar ki,
Cabbarqulu bəyin qalaya fərarından sonra, yuxarıda yazıldığı kimi,
onun yerinə nəvvab şahzadənin qorçibaşısı olmuşdu, səbəbsiz yerə
qaçıb üsyankar əmirlərə qoşuldu. Həmin neçə gün ərzində nəvvab
şahzadədən narazı olan hər kəs gecələr bir-bir, iki bir fərar edib
həmin üsyankarlara birləşdilər və düşmənçilik əhvali-ruhiyyəsi get-
gedə qüvvətləndi.
Nəvvab şahzadə onlardan hər hansı bir qəfil əməlin baş
verməsindən ehtiyat edərək, əksər vaxtını Əliqulu xanın məskəni və
rumilərin qalasının yanında və nəvvab şahzadənin seybəsi tərəfində
olan Əmirxan qalasında keçirirdi. O, İsgəndər şanlı nəvvaba da
qalaya gəlməsini təklif etdi. O həzrət, şahzadələr və hərəmxana əhli
bütünlüklə Əmirxan qalasına köçdülər, hümayun dövlətxana orada
yerləşdi. Əliqulu xan da xidmət etmək və keşik çəkmək niyyəti ilə
orada mizbanlıq və xidmətkarlıq işlərinə başlandı. Bütün əzəmətli
əmirlərə, qiymətli qorçilərə və xassə mülazimlərə əmr edildi ki,
552
daim hümayun dövlətxananın keşiyini çəksinlər. Başqa bir dəstəni
də, İraq yolu ilə gəlib-gedənlərin yeri olan xiyaban başına
göndərdilər ki, qarovullar vasitəsiylə əmirlərin hərəkətlərindən agah
olsunlar.
Səidabaddan çıxıb şəhərin iki fərsəxliyindəki Fəsuhfənc
adlı yerə çatdıqları vaxt əmirlərin bir neçə döyüşçüsü yaraqlanıb
qarovul kimi irəli çıxdılar və müşahidə etdilər ki, qarşı tərəf də
döyüş və ehtiyat tədbirləri görməkdədir. Ertəsi gün nəvvab
şahzadənin yanına bir adam yollayıb öz əvvəlki tələblərini ərz
etdilər. Onların iddiaları belə idi: "Ustaclı tayfası heç bir cinayəti
olmadan Əmir xanı qətl etmişdir və biz Əliqulu xan Fəthoğlunu
onun qanlısı hesab edirik. Qoy nəvvab şahzadə qanlı sayılan
adamları həbs edib, qisas alınmasından ötrü onları Əmir xanın
övladlarına versin, əks təqdirdə daha bizim elə tab-taqətimiz yoxdur
ki, ali xidmətdə olan ustaclıların hörmət və etibarlarını müşahidə
edək".
Nəvvab şahzadə də onlara öz əvvəlki cavabını verdi. Get-
gəl təkrarlandı, məlum oldu ki, o dəstənin adamları öz tələblərinin
icrasını görməyənəcən itaətə gəlməyəcəklər, hətta ola bilsin ki,
gəlmək məqsədi ilə şəhərə girib öz istəklərini həyata keçirmək
iddiasında olacaqlar. Onların tələbələrinin yerinə yetirilməsi şahlıq
qeyrətindən və ağıl mizanından uzaq olduğu üçün nəvvab şahzadə
barışıq yolunun vaxtın tələbinə müvafiq olduğunu düşünüb
danışıqlar vasitəsiylə öz mübarək dilinə nəsihətamiz sözlər gətirdi.
O dəstə gündüzü Fəsuhfəncdə keçirərək yola düşdüklərinin
üçüncü günü hamılıqla atlanıb, əvvəlcə çərxçiləri irəli göndərdilər,
döyüşmək üçün silahlanıb xiyabanın başınadək gəldilər. Onların
belə halda atlara süvar olub gəlmələri xəbəri şəhərə çatan vaxt
aydınlaşdı ki, mövüzə etmək və nəsihət verməkdən heç nə
çıxmayacaqdır və onların fitnə atəşlərini və ədəbsizliklərini qılınc və
ox yağışından başqa, heç nə ilə söndürmək mümkün olmayacaqdır.
Səltənət namusu belə tələb edir ki, bu tərəfdən də iqbal əsgərləri irəli
çıxıb o dəstəni cəzalandırsınlar. Əzəmətli əmirlərin bir dəstəsini,
xüsusilə ustaclı əmirlərini və Əliqulu xanın dostlarını onların
qarşısına yolladılar. Əmirlər tərəfindən zəfərşüar əsgərlərə qələbə
çalınmasından ehtiyatlanıb ali qoşun da onların ardınca hərəkət etdi.
İsgəndər şanlı nəvvaba da atlanmaq təklif olundu. Öz böyük atasının
hümayun qoşununda qələbə və calal bayraqları qaldırıldı və həmin
rəzillərin qarşısına cumdular. Əmirlər dəstəsinin ədəbsizliyi və
553
təəccübü həddən çox artdığından, şahanə qəzəb atəşi
qüvvətlənməkdə idi. Səltənət əmirlərinin, dövlət adamlarının və
ağsaqqalların heç birinin qüdrəti çatmadı ki, nəvvab şahzadə atlanan
vaxt həmin yürüşün qarşısının alınması barədə bir söz desinlər.
Qələbə ayəli qoşun xiyabanın başına çatanda qaravul olan ustaclı
süvarilərinin biri hərb ahəngini qızışdırdı və irəli şığıdılar.
Qarşı tərəfdən də cəhalət və qürur badəsindən məst olan o
bədməstlər igidlik göstərib qorxmazlıq atını irəli sürdülər. Əllər
açılıb, iki-üç nəfər yaralanandan sonra Qarabağ bəylərbəyi
İmamqulu xan Qacar, Məhəmmədi xan Toxmaq, Seyid bəy Kəmunə
və Şahqulu Xüləfa Rumlu Əliqulu xanla birlikdə adlı-sanlı
şahzadənin müqəddəs qoşununun başında atlardan düşüb, öz istək
və sədaqət izhar edən başlarını mütilik torpağına sürtdülər, kama
yetən şahzadənin səbarəftar atının yüyənini özlərinin dövlətxahlıq
əllərinə alıb ərz etdilər: "Alimiqdar padşahların öz üsyankar
qullarının qarşısına çıxmaları dövlətə layiq iş deyildir, bundan
başqa, gün də başa yetmişdir. Əgər ali qoşun bir qədər də hərəkət
edib irəliləsə, çətin ki, bu qaranlıq gecədə çox qan tökülsün. O
dəstənin də məqsədi budur ki, onları cəzalandırmaqdan ötrü
hümayun şahın özü döyüşə çıxsın. Amma, biz dövlətxah adamların
xahişi budur ki, qoy bu gün geri dönsünlər və üsyan əhlinin
cəzalandırılması üçün bir-iki gün səbir etsinlər. Belə olan halda ola
bilsin ki, onlar biz dövlətxahlar vasitəsiylə özlərinin səbir və
təkəbbür atlarından düşüb təslim olalar. Yox, əgər bu dəfə də biz
bəndələrin məsləhətindən çıxsalar, onda ali qoşunun mülazimlərinin
hücumuna heç bir ehtiyac yoxdur, onları biz qulamlar öz səyimiz ilə
məğlub edəcəyik". Nəvvab şahzahdə dövlətxah adamların
məsləhətinə əməl etdi və qarovulların yanına adam yollayıb hücumu
təxirə saldı. O, əmirlərin xahişini adlı-sanlı atasına ərz etdikdən
sonra şəhərə qayıtdı.
Ertəsi gün təkəli və türkman əmirləri adam yollayıb xahiş
etdilər ki, onlarla bəzi məsələlər xüsusunda danışıq aparmaq üçün
iki-üç etibarlı ağsaqqal göndərsinlər. Nəvvab şahzadə kimsəni
yollamaq istəmədi, çünki onlarla bir daha danışıq aparmağı səltənət
və şahlıq rütbəsinə layiq və münasib görmədi. İsgəndər şanlı nəvvab
isə onlarla danışmağı məsləhət bilib, o zaman zəfərli əsgərlərin
qazisi olan seyid Mir Əbülvəli Əncu Sədri xeyirxah əmirlərdən
Seyid bəy Kəmunə və Şahqulu Xüləfa Rumlu ilə birlikdə onların
yanına yolladı.
554
Amma, onların da Ədhəm xan və başqaları kimi orada
saxlanmamasından ötrü qərara alındı ki, bu tərəfdən onlar xiyabanın
başında qarovullardan bir azacıq aralanıb irəli getsinlər, qarşı
tərəfdən isə Məhəmməd xan və əmirlər öz döyüşçülərindən ayrılıb
irəli gəlsinlər, nə söhbətləri varsa, eləcə at üstündə həll edib geriyə
dönsünlər. Bu qərara əməl olundu.
O camaalın sözünün qısası bu oldu ki, nəvvab şahzadə nə
üçün Xorasanda fitnəkarlıq edən və etməkdə davam eləyən iki fitnə-
fəsad əhli olan adamdan ötrü qızılbaşların təkəli, türkman və
zülqədər kimi üç mötəbər oymağını özündən narazı salmış, rumilər
Təbrizdə qala tikəndə o soyuq havada oraya yasaq üçün yollanmış
on min nəfəri pərən-pərən salmışdır?
O həzrət vaxta münasib olaraq təskinedici cavablar verdi.
Çox qiylü qaldan sonra razılaşdılar ki, bundan sonra Əmir xanın
qətli xüsusunda heç bir söhbət və danışıq olmasın.
Amma, həmin fəsad xəmirinin mayası Əliqulu xan və
Məhəmmədi Sarı Solaq olduqlarından, bu tərəfin əmirləri öz
arzularını belə bildirdilər: "Əgər səltənət və iqtidar işlərinin intizamı
naminə o iki nəfərin etibar dərəcələrini aşağı salmasalar da, onları
heç olmasa türkman tayfasının və Əmir xan övladlarının ürək
təskinliyindən ötrü hümayun ölkə vilayətlərindən birinə göndərsinlər
ki, ali dərgahda qala bilməsinlər. Bir müddət keçəndən və qəlbimiz
onlardan arxayın olandan sonra xatircəmlik yarandıqda, onları
cahanı bəzəyən padşahın rəyinə müvafiq olaraq dərgaha çağırmaq
olar".
Sülh danışıqları aparan adamlar yenidən geri qayıdıb bu
təklifi ərz etdilər. Bu fikir və əndişə ilə iki-üç gün də keçdi. Amma,
qəzavü-qədər pərdəsinin arxasında bəzi işlər gizləndiyindən və
qəzanın yəqinliyi və taleyin gərdişindən çarə olmadığından, həmin
danışıqların heç bir təsiri olmadı, ağıllı və xeyirxah adamların
səyləri faydasız qaldı.
Elə ki, Əliqulu xan və Məhəmmədi barəsində nəvvab
şahzadənin qərarı aşkar oldu, yuxarıda adları çəkilən əmirlər ali
məclisdə ali sözlər ərz etdilər. Şəhriyara şükr etdikdən və iltifat
göstərdikdən sonra belə dedilər: "Biz qulamların razılığı mübarək
şah fikrinin razılığı deməkdir. Biz dövlətin zərərinə yönələn heç bir
işlə razılaşa bilmərik. On min nəfər adamın iki nəfərlə
bərabərləşdirilməsini indiki vaxta və bu dövlətə münasib görmərik.
555
Biz dövlətin və ali şahın fikrinə müvafiq olan heç bir işdən
müzayiqə edə bilmərik və ona dərhal əməl edərik.
Dostları ilə paylaş: |