Beyt:
Saqinin zülfünə əl çəkdi həriflər yaxşı,
Onları qoysa bu halətdə fələk, yaxşı olar.
393
Amma verilən hökmlərdə İsgəndər şanlı nəvvabın tərəfini
tutub, nəvvab şahzadənin qərarı ilə, onun möhrünü məktubların
yuxarısına deyil, aşağısına vururdular.
Elə ki, nəvvab şahzadə qoşununun Taroma çatması və
ləşkərin azlığına görə orada dayanması xəbəri üsyançı əmirlərə
çatdı, əvvəlcə Rudbara, İsmayılqulu xanı dəf etməyə yollandılar və
Vəli xan Təkəlinin sərdarlığı ilə bütün təkəli, türkman və başqa
əmirlər onun üstünə getdilər. İsmayılqulu xan yalnız bircə yolu olan
həmin yerdə dayanıb gözlədi. Hərçənd ki, o yolun üstündə onun
tüfəngçiləri və kamandarları vardı, amma Vəli xan Rudbar
əhalisindən o yerləri yaxşı tanıyan adamlar tapıb, başqa bir yolla
döyüşçülərini qəflətən onun üstünə tökdü. Önünü və sonunu müxalif
ləşkərin əhatə etdiyini görən İsmayılqulu xan çaşbaş qaldı. Amma
Mövlana Nemət Rudbarinin oğlanları dövlətxahlıq edib dedilər ki,
əgər var-yoxlarını burada qoysalar onu meşənin içərisi ilə
müxaliflərin kcçə bilməyəcəyi yerlərdən keçirə bilərlər. İsmayılqulu
xan əlacsızlıqdan bütün var-yoxunu və şamlıların xanəköçünü orada
qoyub, az miqdar adamla Deyləmana gəldi. Şamlı qazilərinin
əksəriyyəti də atlardan yerə düşərək, öz döyüş libaslarını
soyundular, özlərini meşəyə çatdırdılar, yüz cür təşviş hissi keçirə-
keçirə sağ-salamat Deyləmana yetişdilər.
Gilan valisi Xan Əhməd bu məsələdən xəbərdar olub
gələnlərə yemək-içmək və paltar göndərdi və onları bir neçə gün
393
Beytin farscası:
Xoş gereftənd hərifan səre-zolfe-saqi,
Gər fələkşan begozarəd ke qərari girənd.
565
saxladı. Şamlıların bütün var-yoxu isə təkəlilərin əllərinə keçdi,
onların bəzisi həlak oldu, bəzilərini isə tutub şəhərə gətirdilər.
Amma, Məhəmməd xan heç kimi şamlıların xanəköçünə
toxunmağa qoymadı. Vəli xan qayıtdıqdan sonra istədi ki, Qəzvin
ətrafdakı qızılbaşları, Qəzvinə gəlib onlara itaət etmədiklərinə görə
cəzalandırsın. Elə [həmin] məqsədlə də qoşun yolladı. Bu səhv
hərəkəti özünün başqa hərəkətləri kimi düzgün sayan əmir bir dəstə
döyüşçünü əfşarların ovsalı və ömərli eli (tayfası - Ş.F.) üzərinə
yolladı, onları qarət və tarac etdilər. Bu əmələ görə başqa el və
oymaqlar ondan incidilər. Vəli xan istədi ki, bayat tayfası üzərinə də
hücuma keçsin, amma bu vaxt nəvvab şahzadənin Qızılüzəndən
keçib Mahan çəmənliyinə gəlməsi xəbəri onlara çatdı. İkinci qarətə
fürsət tapa bilməyib döyüş əzmi ilə şəhərdən çıxdılar.
Amma nəvvab şahzadə Rudbar hadisəsini eşitdikdən sonra
adam yollayaraq, İsmayılqulu xanı Deyləmandan çağırdı və tapşırdı
ki, o, Paradbaba Mənsuriyolu ilə Taroma gəlib, ali qoşuna birləşsin
və belə də oldu. Nəvvab şahzadə İsmayılqulu xana, onun
qardaşlarına və başqa şamlı ağalarına ali sərkar (sərkare-ali)
tərəfindən xeymə, ev avadanlığı və ehtiyac duyulan başqa şeylər
verdi. Hesablandıqdan sonra atları olmayan şamlı qazilərini atları
çox olan süvarilərdən götürülən heyvanlarla təmin etdilər, onlara
yaraq da verildi, Əliqulu xan Fəthoğlu və başqa əmirlər də onlara öz
kömək əllərini uzatdılar.
Xülasə, onun gəlişindən sonra ali məiyyət çayı keçib
Mahan çəmənində dayandı. Xalxal və Taromdan gələn ustaclı
tayfaları oraya toplaşdı və Sultaniyyə çəmənliyinə gəldilər.
Məhəmməd Hüseyn Sultan ilə Rey və Rudbardan gələn Eylur
camaatı həmin yerdə qoşun bəzəyib ali orduya qoşuldu. Türkman və
təkəlilərin qarətkarlıq xəbəri başqa el və oymaqlara gəlib
çatdığından, hamı qorxuya düşüb öz elləri və uluslarıyla birlikdə
Sultaniyyə çəmənliyinə gələrək ali orduya birləşdi. Nəvvab
şahzadənin qorçisi olan Dövlətyar Siyahmənsur zəfərli qoşun əmiri
vəzifəsinə layiq görüldü. Onu ləşkər toplamağa göndərdilər.
Sultaniyyəyə çatıb özü ilə bir dəstə siyahmənsur kürdlərini götürüb
qayıtdı. Onlar heyvandarlıqla məşğul olduqlarından yaraqlı olanları
az idi, buna baxmayaraq ləşkərin sayını artırırdılar. Sultaniyyədə
şahzadənin ordusunda bu minvalla yeddi min döyüşkən süvari
toplandı ki, onların beş min nəfəri işə [döyüşə] yararlı adamlardı.
Amma, sayları on min nəfəri keçən yaraq-yasaqlı, döyüşkən və
566
yaxşı atları olan türkmanlar, təkəlilər və onlara qoşulanlar Təhmasib
Mirzənin xidmətində durub Bamləvar (?) çəmənliyinə çatdılar.
Xülasə, onların gəlişi xəbəri ali şahzadəyə yetişəndə tərəflər bir-
birinə yaxınlaşdılar. Nəvvab şahzadə Sultaniyyədən çıxıb
Sayınqalanın Dufərsəxi adlı yerində dayandı. Elə həmin gün
qarovullar üsyançıların gəlmə xəbərini ona çatdırdılar. Nəvvab
şahzadə Pirqeyb xan Ustaclını ləşkərə çərxçi təyin edib, ona sayı iki
min nəfərə çatan döyüşə yararlı ustaclı və başqa əsgərləri təhkim
etdi. Sayı iki min nəfər olan döyüşçünü Əsilməs xan Möhrdar, Əli
Sultan Tatioğlu və zülqədər möhrdan Şahqulu Xəlifə ilə birlikdə
Əliqulu xana verdi və onları çərxçi qoşununun sol cinahında
yerləşdirdi. İsmayılqulu xan, Qorxmaz xan, Şahverdi Xəlifə Eynallı
sayı min iki yüz nəfər olan şamlı qoşunu ilə sağ cinahda durdular.
Nəvvab şahzadənin və onun xüsusi mülazimlərinin zəfərpeykər
hilalı (mahçe) qəlb səmti üfuqündə (ofoqe-qəlb) göründü. Şahqulu
Sultan Xüləfa, Seyid bəy Kəmunə və Dövlətyar xan Siyahmənsur
nəvvab şahzadənin yanında, mərkəzdə döyüşə hazır vəziyyətdə
dayandılar. Yaxşı atları olmayan heyvandar camaatın əksəriyyəti
ləşkərin sayının çox görünməsi məqsədi ilə qəlbdə yerləşdirildi. Elə
ki, hümayun şahzadənin qolundakı döyüşçülərin sayı iki-üç min
nəfərə çatdı, o, döyüş tərtibatına gözəl tərzdə rövnəq verib, ordudan
ayrlaraq, bir fərsəx yol getdi ki, axşam düşənə kimi atlanıb
üsyançıların hücumunu gözləsin. Axşam vaxtı üsyançılar ordusunun
gəlib Miyankuh çayına çatmaları xəbəri eşidildi. Buna görə də
döyüş ertəsi günə saxlanıldı. Qeyb aləmindən mələk (sürüş) qulağa
belə bir nida çatdırırdı:
Beyt[lər]
Düşmənlər verdilər belə bir qərar:
Döyüşə qoy sabah rəvan olsunlar,
Hücum eləsinlər kin meydanına,
Mərhəmət olmasın düşmən canına.
394
394
Beytlərin farscası:
Çenin yaft dər qəlbe-dəşmən qərar:
Ke, cuyənd fərda rəhe-karzar.
Be meydane-kin torktazi konənd,
Bekuye-səre-xiş bazi konənd.
567
Nəvvab şahzadə bu xəbərin səhihliyini öyrənib, onların
hiyləgərliklə şəbixun etmələrinin qarşısını almaq məqsədi ilə iki-üç
min adamı səhrada qoyaraq, özü orduya qayıtdı. O gecə o da, bütün
fədakarlar kimi oyaq qaldı, dəfələrlə dua etdi: "Xudaya, o donmuş
ürəkləri yumşalt, bu fitnəni xeyirlə aradan qaldır". "Rövzətüs-səfa"
kitabını açıb sabahkı gün özləri və üsyankarların vəziyyətləri
barədə, nəvvab şahzadənin əmrinə görə fal açdılar. Kitabın
təsadüfən Sultan Əbu Səidin* Ulcaytu xana** qarşı üsyan etməsi,
onların döyüşü və Sultan Əbu Səid xanın zəfəri yazılan hissəsi
açıldı. Nəvvab şahzadə səcdəyə gəlib nəzir-niyaz etdi ki, əgər
üsyançılar üzərində qələbə çalsalar, qayda-qanunun əksinə olaraq
fəthdən sonra bir nəfəri belə qətl etməsinlər, tutulan əsirlərin
günahlarını bağışlasınlar, öz əcdadları kimi hərəkət edib əfv və
mürüvvət yolunu tutsunlar.
Nəvvab şahzadənin yağı olmuş əmirlərlə hərbi:
Xülasə, sübhi-sadiqin
395
açılmasından bir qədər əvvəl
nəvvab şahzadə özünün möhtərəm bibisi və ali dövlətxana banusu
olan Bilqeys məkanlı Zeynəb bəyim ilə, habelə başqa hərəmlər və
fərzəndlərlə vidalaşıb Ağacan bəy Əfşara hərəm qorçiləri ilə birlikdə
ali dövlətxananı qorumağı tapşırdı, ilahi iltifat dəqiqələrində
düşmənlərlə qarşılaşmağa üz tutdu. Keçən gün etdiyi kimi sağ
qolun, sol qolun və mərkəzin çərxçi və döyüşçülərinin hər birini öz
yerində yerləşdirdi. Günortaya yaxın üsyançıların ləşkəri göründü,
hava tozanaqdan qap-qara qaraldı.
Beyt
Hava təpiklərdən elə qaraldı,
Gün səkkiz pay oldu, yer isə altı.
396
Qoşunlar dağ arxasından çıxandan sonra yüksək bir yerdə,
sanki iyirmi min nəfərlik böyük bir qaraltı göründü. İqbal ordusunun
395
Qeyd: Sübhi-sadiq və sübhi-kazib sübhün açılmasının iki mərhələləridir. Sübhi-
kazib (aldadıcı sübh) alatoranlığa işarədir – Ş. F.
396
Beytlərin farscası:
Ze gərde-səvaran dər an pəhn dəşt,
Zəmin şeş şod-o asiman gəşt həşt.
568
mülazimləri onların döyüşçülər olduğu təsəvvür edib bir qədər
narahat oldular, ürəklərinə bərk qorxu düşdü. Elə ki, həmin qaraltı
dağın yamacından düşüb irəli gəldi, güman etdilər ki, bu qaraltı
onların ordusunda olan yüklənmiş dəvələrin qaraltısıdır. Ürəklər bir
qədər arxayınlaşdı. Həqiqətən də, əgər o gün cəngi təxirə salıb orada
dayanmasaydılar, düşmənlərin çoxluğu qorxusundan aləm
şahzadəsinin ali ordusunun mülazimlərinin canı lərzəyə düşərdi. Bu
sətirlərin müəllifi deyir ki, o zaman ömrünün
397
həyat
mərhələlərindən iyirmi altısı ötmüşdü və o, nəvvab şahzadənin
qələm ərbabı silkindən olub divana mənsub şəxslərdən biri idi.
İyirmi altı yaşlı adamlara xas olan nəfs cəhaləti və dərrakəsizlik
(gusalegi) üzündən əyninə zireh geyinib, silaha sarılıb, sivri nizə
tutub, igidlik ərbabı zümrəsinə daxil olub, nəvvab şahzadənin
müqəddəs xidmətindən ayrılmayıb fəthə qədər onunla birlikdə oldu,
hadisələri öz gözləri ilə gördü, gördüyü kimi də yazdı.
Xülasə, üsyançılar irəli gəldikdə aydın oldu ki, onlar iki
qola ayrılmışlar.
Qolun birində Müseyib xan, Vəli xan və çərxçisi Əli Sultan
Pakmal olan təkəli ləşkəri, ikincisində isə çərxçisi Əmir xanın oğlu
Gülaba xan olan Məhəmməd xan, Ümmət xan Zülqədər, Ədhəm
xan, Əmir xanın qardaşı İsmayıl xan, Sultan Mosum xan Tərxan və
başqa türkmanlar, habelə Əmir xanm qardaşı Şahqulu Sultan və
Şahqulu Sultan Piyada Türkman dayandılar. Şahzadə Təhmasib
Mirzənin başı üstündə qızıl çətir tutub onu türkman qoşununun
mərkəzində yerləşdirmişdilər. Tərəflərin qarşılaşması başlandıqda
hər iki qoşunun çərxçiləri döyüş alətlərinə əl atdılar. Şamlıların
müqabilində olan təkəli ləşkəri və ustaclıların qarşısındakı türkman
camaatı bir-birinə qarışdı, tozanaq qalxdı. Hər iki tərəfin cavanları
igidlik göstərirdilər. Döyüşün başlanğıcında iqbal əsgərlərinin şamlı
tayfası təkəli çərxçilərinə qalib gəldilər. Əli Sultan Pakmal qətlə
yetirildi və İsmayıl xanın vəziri Həmzə bəy nəvvab şahzadənin
yanına gəlib Əli Sultanın öldürülməsi xəbərini çatdırdı. Həmçinin
ustaclı tayfası da türkman çərxçilərinə qalib gəldi. Özünü adlı-sanlı
döyüşçü sayan Əliqulu xan Fəthoğlu cəhaləti üzündən öz qolunda
dayanmayıb hərbə atılaraq çərxçilərin arasında döyüşürdü. Türkman
çərxçiləri ustaclı qoşunu tərəfindən əziləndə Əmir xanın qardaşı
Şahqulu Sultan qətlə yetdi. Onun başını öz nağaraxanası və
397
Yəni, İsgəndər Münşinin öz ömrünün - Ş.F.
569
yaraqıyla birlikdə gətirdilər. Qarşı tərəfdəki təkəli qolundan saysız-
hesabsız əsgər irəli şığıyıb özlərini ildırım kimi şamlı tayfasına
vuraraq onları "Bənatün-nəş" ulduzları kimi pərakəndə etdi.
Qəzvinin daruğəsi olan Şahkərəm bəy Lənkər bir neçə yararlı
cavanla qətl olundu, vəzir Həmzə bəy tutuldu. Həmçinin türkman
qoşunundan Əmir xanın bütün qardaşları və dəstləri, Şahqulu Sultan
Piyadə və başqaları qəzəbli ləşkərlə Əliqulu xanı aradan götürmək
və Əmir xanın intiqamını almaq üçün dayandıqları qoldan çıxdılar.
Türkman qoşununun həmləsi nəticəsində
ustaclı ləşkərinin məğlubiyyəti:
Onlar Pir Qeyb xanın ustaclı çərxçilərini şücaətli bir
həmlədə dağıdıb özlərini Əliqulu xanın qoluna çatdırdılar. Əliqulu
xan o vaxt öz qolunda olmadığından, qoldakılar bir-birinə dəyib
xanı axtarmağa başladılar. Türkman qoşunu onlara döyüşmək
macalı verməyib, bütün ustaclıları və Əliqulu xanın adamlarını bir-
birindən ayırdılar, onun və ustaclı əmirlərinin ələm və nağaralarını
götürüb apardılar. Əliqulu xan çox döyüşdükdən sonra dörd-beş
nəfərlə birgə özünü dağın ətəyinə çəkdi. Onların və şamlıların
məğlubiyyəti xəbəri nəvvab şahzadəyə çatdıqda hümayun qolun sol
cinahında olan və Əliqulu xana kömək eləyən zülqədər tayfasının
möhrdarı Əsilməs xan və zülqədər əmirlərinin bir neçəsi döyüşə
şığıdılarsa da bir iş edə bilmədilər. Əliqulu Sultan Tatioğlu Zülqədər
qətl olundu və onun bütün adamları türkman qoşununun
həmləsindən əzildi. Hümayun qoldakı əsgərlər də daha orada qala
bilməyib qaçdılar.
Belə vəziyyətdə ali şahzadənin məzacı pisləşdi, hümayun
qoldakılar da biri-birinə dəydilər. Müxalif tərəfdən külək əsdiyindən
göyə toz qalxmaqda idi. Nəvvab şahzadənin çətiri də tozla
örtüldüyündən hücumdakı üsyançı dəstə onu görmədi. Müxalif
ləşkər qolu keçərək, mərkəzə yönəlmədən geri döndü. Nəvvab
şahzadə ləşkərin dağınıqlığına və yanında az adamın qaldığına
baxmayaraq əzmlə mərəkəyə girmişdi. O, müqəddəs xidmətdə
olmasından ötrü Əliqulu xanı gətirmək üçün Mirzə Hidayət Nəcme-
saniye-İsfahanini göndərdi. Mirzə geri qayıdıb Əliqulu xanın dili ilə
dedi: "Nəvvab şahzadənin xidmətinə qayıtmağa üzüm yoxdur. Daha
iş-işdən keçmişdir. Düşmən öz kamına yetdikdən sonra zillətdə
alçaqcasına yaşamaqda da məna görmürəm. Hərb dünyasına baş
570
vurub fəna suyunda batmaq üçün mərəkədə dayanmışam". Nəvvab
şahzadə onu bir daha Əliqulu Sultan Zülqədər Qoroğlu ilə Əliqulu
xanın yanına yolladı, öz etirazını bildirdi: "Sən düşünürsənmi ki,
mən mərəkədən üz çevirib iki günlük saxta bir həyatı özümə
qənimət bilim və fərar edim?
Misra
Necə də səhv təsəvvür və xəyal namümkün
398
Gəl ki, bizim başımıza gələn sənin də başına gəlsin". Onlar
çox söhbətdən sonra Əliqulu xanı gətirdilər. Bu əsnada müxaliflərin
qolu irəliləməyə başladı. Təhmasib Mirzənin əyləşdiyi yerdən gələn
türkman qolunun sürətlə gəldiyinə baxmayaraq, Əli Pakmalın
qətlindən sinələri dağlı olan Vəli xan və təkəli ləşkəri onlara
üstünlük qazandı. Vəli xanın önündə rüfəng atmaqda olan dörd-beş
yüz tüfəngçi hümayun qola doğru yüyürdü. Məğlubiyyətə uğramış
şamlı ləşkəri onların arxa tərəfində qaldı. Üç-dörd yüz əsgərdən
ibarət qoşunu olan Məhəmməd xan və Ədhəm xan Türkman geridə
qalan şamlılardan xoşagəlməz bir hərəkət baş verə biləcəyindən
ehtiyatlanaraq təkəli ləşkərinə kömək etməyə tələsdilər. Əliqulu xan
və Əliqulu Sultan Zülqədər ali orduya gəlib çatdıqları vaxt artıq
təkəli ləşkəri elə irəli gəlmişdi ki, tüfəngçilərin güllələri iqbal
qoşunu mülazimlərinə gəlib çatırdı. O, mərəkədə nəvvab şahzadə
sərkarının xəzinədarının qulamı olan Şahqulu bəy ayağından
yaralandı. Nəvvab şahzadə öz hümayun çətirini, bu hərbdən sonra
"Fərrux Yekətaz" adı ilə məşhur olan xasseyi-şərifə qulamı Fərrux
bəyə verdi, ona çətiri öz başı üstündə saxlamağı buyurub, ali
məiyyətdən aralanmamağı əmr etdi.
Amma qolda olan ləşkər bir-birinə dəydi, çünki təkəli
qoşununun hücumundan və tüfəng atəşlərindən sağ qalan az idi ki,
onların əksəriyyəti də müxaliflərin hücumundan qorxuya düşüb,
fərar etməyə başladı. İlahinin himayəsinə ümid edən nəvvab
şahzadə, güllə ona dəyməsin deyə, hümayun çiynindəki günəş
misallı qalxanını öz mübarək əli ilə tutub gah önündə, gah da
arxasında saxlayırdı. Ali məiyyətdəki mülazimlər də döyüşə-döyüşə
398
Misranın farscası:
Zəhi təsəvvəri-balel, zəhi xəyale-məhal!
571
hərəkətləri fərarı andıran tərz ilə bir neçə qədəm geri çəkildilər.
Artıq hamı məğlub olacaqlarını yəqinləşdirmişdi. Buna görə də
qələbə ümidi yoxa çıxdı. Döyüş meydanı atılan güllələr nəticəsində
mübarizlərdən xali oldu. Nəvvab şahzadədən təxminən bir fərsəx
aralı olan yol boyunca məğlubiyyətə düçar olmuş iqbal əsgərləri
həmin səhrada pərakəndə olub səpələnməkdəydi. Amma ali
məiyyətin belə iztirablı bir vaxtında Əlixan bəy Carçıbaşı Rumlu
tez-tələsik atdan endi, nəvvab şahzadənin mindiyi atın yüyənindən
tutub dedi: "Cəng həmişə eyni minvalla davam etmir. Mərd kişilər
və döyüş dilavərləri bəzən qələbə çalırlar, bəzən də məğlub olurlar.
Əgər bu döyüşdə işdi-şayəd qəzavü-qədər nəticəsində biz zəfər çala
bilməsək və iş yaxşılığa doğru getməsə, gecə düşənədək on fərsəx
yol getmək olar. Biz bəndələrin işi çətin deyil. Nəvvab şahzadə isə
tezliklə sağ-salamat Azərbaycana öz alişan atasının yanına çatar,
oranın dövlətxah adamlarını toplayır, yenidən mülk tutma bayrağını
yuxarı qaldırar".
Nəvvab şahzadə ona etiraz edib hirslə dedi: "Belə fərar
yolu ilə yaşamaqdan nə çıxar? Bütün aləm deyəcək ki, filan kəs öz
kiçik qardaşı tərəfindən məğlub edildi. Mən bu döyüşdə şəhadət
şərbəti içməyə razı olaram, amma belə əskiklik yükünü çəkə
bilmərəm". O, belə deyib atının yüyənini carçının əlindən çəkdi,
nizəsini öz mübarək əlinə götürdü və ilhamlı bir dillə buyurdu:
"Şəhid olmaq istəyən hər kəs mənə yoldaşdır, kim ki, canını
qorumaq istəyir, qoy Allah ona yar olsun". Belə deyib,
məhmizləyərək atını cövlana gətirdi, özünü köpək balığı kimi döyüş
atəşi dəryasına atdı və ona doğru bir göz qırpımında "Allahın
mərhəmətindən ümidinizi kəsməyin"
399
[ayəsinə] uyğun zəfər küləyi
əsdi. Allahın inayəti ilə baş verən maraqlı hadisələrdən biri də budur
ki, Vəli xan və təkəli ləşkəri aləm şahzadəsinin qoluna hücum
edəndə, məğlub olub dağıdılan İsmayılqulu xanın və şamlı
tayfasının qoşunu müxalif ləşkərin arxa tərfində qalmışdı. Onlar bu
vəziyyəti seyr edib birləşdilər və müxaliflərin arxa tərəfinə həmlə
etdilər. Pərakəndə vəziyyətdə olan şamlı ləşkərinin cəndavəlu
400
Ədhəm xan Türkman onlara müqavimət edə bilməyib məğlub oldu,
şamlı tayfası isə bu qələbədən sonra özünü təkəli ləşkərinə çatdırdı.
Elə ki, onların gözləri önündə nəvvab şahzadənin özü şəxsən
399
İfadənin ərəbcəsi: "La təyəsu min ruhi-l-lahi".
400
Qeyd: Bu istilahın mənası bizə məlum olmadı - Ş.F.
572
hücuma keçdi, bu sətirlərin müəllifi ali mülazimətdə idi və nəvvab
şahzadənin yanında, onun müşahidəsinə görə, təxminən əlli nəfər
süvari vardı.
Amma yaxşı müşahidə etdiyimdən, mən bütün məğlub
olanların necə qeybdən gələn bir ilhamla döyüşə cumduqlarını
görürdüm. Təkəli ləşkərinin tüfəngçiləri tüfəng atan əsnada İlahinin
məsləhəti ilə məğlub olunanların içərisindən bir güllə açılıb Vəli
xana dəydi. Solaq Hüseynin Bayram xan adlı bir oğlu bundan
xəbərdar olub irəli cumdu. Elə ki, gözü hümayun nəvvaba sataşdı,
atdan düşdü. Nəvvab şahzadə onun gəlişini zəfərin başlanğıcı bilib,
ona dayanmaq imkanı vermədi və səvar olması əmrini verdi,
həmçinin at çapıb özünü təkəli döyüşçülərinin mərkəzi hissəsinə
çatdırdı. Düşməni məğlubiyyətə uğratdıqdan sonra beyin sarayını
qürur buxarı dolduran təkəli ləşkəri tam qalibiyyətlə gəlməkdə idi və
güman etmirdi ki, kimsə onların önünə çıxa bilər. Elə ki, zirzibil
dəryasının bu köpək balıqları özlərini fəna bəhrində qərq olan və
başçılarını isə yaralanan gördülər, bir-birlərindən aralandılar, böyük
məğlubiyyətə uğrayıb fərar vadisinə üz tutdular. Ustaclı qorçisi
Ümmət bəy Qarxəs Vəli xana bir nizə vurub onu atından yerə saldı,
tüfəng yarasından taqətsiz vəziyyətdə olan Vəli xanın başını
bədənindən ayırdı. O vəziyyəti müşahidə edən Məhəmməd xan və
türkman tayfası hamılıqla bu tərəfə cumdular. Qoşunlar bir-birinə
elə yaxınlaşmışdılar ki, meydanın darlığından nizə atmaq imkanı
qalmamışdı. Üzbəüz vuruş başlandı. Sayca çox olan döyüşçülərin
arasına düşən iqbal əsgərlərinin üzərinə ox yağdırıldı.
Nəvvab şahzadənin qalibiyyəti, türkman
və təkəli qoşunlarının məğlubiyyəti:
Allahın izzətinə and olsun ki, bu qalibiyyəti, türkman
sətirlərin müəllifi o vaxtadək hələ qorxuya düşməmişdi. Amma
vəziyyəi belə görüb bərk vahimələndi, çünki az adam çox adamın
arasında qalmışdı. Nəvvab şahzadə və müqəddəs məiyyətin
mülazimləri yarım ləhzədən də az bir vaxtda irəli şığıdılar. Ali
ləşkərdə olanlar bərk heyrətdə idilər ki, elə bu zaman Tanrı onların
indadına çatdı. Allahın köməyi ilə o igidlik meydanının şahsüvarı
igidcəsinə həmlə edib atının cilovunu türkman qoluna dəğru
yönəltdi, özünü onların mərkəzinə (qəlb) çatdırdı. Oxatanların
573
bəziləri bir-iki ox atdılar, qalanları isə ox atmağa macal tapmayaraq,
kamanlarım yerə tullayıb (dağılışdılar və) fərar etdilər.
Dostları ilə paylaş: |