Misra
"Xırdaçılıq etməsin kiçiklərə böyüklər"
448
Kəlarına əməl edərək, yar və mədədkar kimi himmət
göstərsinlər, beləliklə də, izzətli olan həzrət Rəbbin köməyi, habelə
ilahi kömək sayəsində bizim xəyal dəftərimizdə (cəridc) yazılan
arzu öz çöhrəsini ən yaxşı şəkildə açsın, qoy kitabın həl
tamamlanmayan ikinci səhifəsi bəyan qələmi ilə, yuxarıda deyildiyi
kimi, göstərilən həmin iki məqsədlə yazılsın. Kamalının vəsfi
kitabın "Dibaçə"sində yazılan o səadətmənd şəxsin vasitəsi ilə
448
Misranm farscası:
Bozorgan xorde bər xordan nəgirənd.
652
(kimin? - Ş.F.) bizim yazdığımız [bu əsər] Cəm qədir-qiymətli [və]
Süleyman İqtidarlı [şahın] xatir əhifəsində yüksək səviyyədə qəbul
olma səadətinə yetişsin, məmləkətlər alan, qanun-qayda öyrədən
məclislər bəzəyi olan [şah] bu bəlağət şəbistanının tazə gəlini ilə
(yəni "Tarixe-Aləmaraye-Abbasi" kitabı ilə - Ş.F.) əqd bağlasın və
əbədi olaraq (əbədüd-dəhr) ondan yaxşıca kam alsın.
Biz yazdıq, əbədi qalsınlar barı
Məşhur adamların məşhur adları
449
İrəc Əfşarın izahatı: İkinci kitabın sonunda verilmiş on bir
məqalə 1099-1116-cı səhifələrdə çap olunmuşdur, lakin həmin
məqalələr 373-cü səhifənin 17-ci sətrindən əvvəl yazılmalıdır.
Əsərin daş basması nüsxəsində o hissə yoxdur.
Qeyd: Biz İrəc Əfşarın məsləhətinə əməl etdik və onun
etmədiyi işi yerinə yetirdik. Möhtərəm oxucular, biz beləliklə ustad
İrəc Əfşar tərəfindən "Tarixe-aləmaraye Abbasi" əsərinin II
kitabının sonunda verilən on bir məqaləni dərc olunduğu yerdən
çıxarıb ardıcıllıq naminə birinci cildin sonunda verməli olduq.
Şahin Fazil
449
Beytin farscası:
Ke bagi bovəd əz səna göstəran
Həmi dər cəhan name-namavəran.
653
İSGƏNDƏR BƏY MÜNŞİ
TÜRKMAN DÜNYANI
BƏZƏYƏN ABBASIN TARİXİ
(Tarixe-aləmaraye-Abbasi)
(İkinci cildin birinci yarısı)
BÖYÜK ŞAH ABBASIN
HAKİMİYYƏTİNİN İLK
OTUZ İLİ
654
Bismillahir-rəhmanir-rəhim!
450
Mülk və din, din və dövlət nizamlayıcılarının, habelə mülk
və millət taxtını bəzəyənlərin görəcəkləri işlər qoşa-şoşa (toəman)
olduğundan kamkar padşahların səltənət və aləm bəzəyən səhifəsi
ədalət, ehsan, mehribanlıq (rafət) və inam yaradılmadan
qiymətləndirilməyəcəkdir. O əzəmətli işlərin hər biri (yəni mülk və
din, din və dövlət, mülk və millət - Ş.F.) Allah əhədiyyət dərgahının
ən öncül himməti olduğu üçün "həmin işləri ədalət və ehsanla
(xeyrxahlıqla - Ş.F.) həyata keçirərək"
451
xilqətin (xəlqullah)
qorunmasında böyük səylər göstərmişdir. [Buna görə də]
padşahların yüksək mənsəb dərəcəsi şöhrətlənmiş və hər iki cahanda
əbədi və izzətli hökmranlıqla işıqlanmışlar. Xilqət karxanasına
bəsirət gözüylə baxan tədqiq aləminin təhqiq ərbabları vahidliyin
sifat* və kamalının təzahürünü görən şəxslərdir. Adil zilləllah
sultanı onlar peyğəmbərliyin və vəlayətin hissələrindən bir hissəsi
saymışlar.
Beyt[lər]
Şəriət sahibi ol, ürəyə gir ədl ilə,
Peyğəmbərlik qapısı döyülsün ədalətlə.
Ədalətin nuruyla cahanı bəzəyir
Haqq, Yeri, göyü qoruyan ədldir, qoruyacaq!
452
Əlhəmdülillah ki, kamil zat (Allah - Ş.F.) cahan padşahı
(xədiv) və zaman pəhləvanına xas olan surət və mənan bəzəmiş,
kamkar, kambəxş və kamran xosrovun adı bu səhifənin ünvanını
450
Qeyd: Tərcüməmizin bu səhifəsindən başlayaraq 773 -cü səhifəsindən
haşiyələrdəki rəqəmlərin sıralanmasında dəyişiklik nəzərə çarpır və s. 249 m-dən 274
m-ə qədər davam edir. Bu hal naşir İrəc Əfşarın "Tarixe-Aləmaraye-Abbasi"nin
başqa nüsxəsindən istifadə etməsi üzündən baş vermişdir - Ş.F.
451
Ərəbcə:
“Məmurun əmrun innə-l-lahə yəmuru bi-l-ədli və-l ihsəni”.
452
Beytlərin farscası:
Ədl kon z-anke dər vəlayəte-del Dəre-peyğəmbəri zənəd adel
Həqq cəhanra be nure-ədl arast,
Aseman-o zəmin ze ədl bepast.
655
gözəlləşdirmişdir. Ədalət və fatehliyin qəsri, sərvərlik taxtının
zinətini daha da artıran, ədalət yayan tac (deyhim), əql və elm
cahanının hökmranı, yaranış (afərineş) dəryasının yeganə gövhəri
hər tərəfin (çahar baleş), dövlət və kamkarlıq sultanı, ədalət (nəsfət)
və bəxtiyarlıq taxtı son Peyğəmbərin qohumu
453
[həzrət Əlinin]
(şahe-mərdan) sədaqətli qulamı [olan şah] öz əqidə bolluğu və saf
etiqadı ilə özünü o həzrətin astanasının iti hesab edir.
Şer
İqbal taxt-tacının dürrü sayılan,
Cah-cəlal şe rinin şahbeyti olan,
Peyğəmbər nəslinin fəxri tək qalan
Abbasdır din şahı, dövr xosrovu.
454
"Allah-təala onun dövlət və xilafətinin bayrağını uca
etsin"
455
kimi kəramətli şivəsi ilə vasil olmuşdur və daxili feyz ilə
doludur. Cahanın məskunlaşan hissəsinin dörddə biri (xolaseye-robe
- məskun) olan və ən gözəl sahəsinə çevrilən İran məmləkətinin
səltənət və şahlıq möhürü bu sülalənin məşhur və yüksək məqamlı
zümrəsindən [dünyaya gələn] həmin uca məqamlı şahın adı ilə
"İstədiyinin həyata keçirən Rəbbinin"
456
uca rüknlər (ərkan)
divanından bəzənmişdir. Aləmin ağıl sahibləri tərəfindən mədh
olunmuş İrəmə bənzər bu məmləkət amma zəmanə quraqlığından
pərişan (pəymorde) hala düşmüş, o diyar sakinlərinin [xoş] əhvallar
gülşəni zəhərli küləyin (səmum) əsməyi nəticəsində öz təravətini
itirməmişdir. Amma, bu ölkəni o, (Şah Abbas - Ş.F.) yenidən
solğunluqdan qurtararaq, oranın sakinlərini bütün acılıqdan, isti
küləklərdən və qəm-qüssədən xilas etmiş və onun xoşbəxtlik və ilahi
inayəti sayəsində məmləkət yenidən təravətlənmiş və yaşıllaşmışdır.
453
Qeyd: Peyğəmbərin əmisi oğlu Əli ibn Əbitaleb nəzərdə tutulur.
454
Bu şer ehtimal ki, İran şairi Ənvəriyə məxsusdur (Bax: Zəhin Səmərqəndi.
Sindbadnamə. Seyid Məhəmməd Bağır Kəmaləddının səyi ilə, Yəzd, 1379)
Farscası belədir:
Dorrətot - tace tareke-eqbal
Şahbeyte - qəsideye – eclal
Fəxre-ale-nəbiye-şər əsas
Xosrove-əhd-o şahe-din Əbbas.
455
Ərəbcəsi: "Ələ Allah-Təalə livaə davlatihi və xilafətihi".
456
Ərəbcəsi: "Rəbbikə yəfəlu ma yəşaə".
656
Birinci səhifədə qələm bəyan etdi ki, gündən-günə
genişlənən (ruzəfzun) səltənət iqamətgahı və möhkəmlənən bu əbədi
xilafət səadətli şahın [hakimiyyətə] gəlişi ilə behiştin (darül-
xüludun) qibtəsinə səbəb oldu, o həzrətin əbədi dövlət gülşəninin
kol-kosları (xəs-o xar) olan alçaq aqibətli düşmənlər zaman
qəhrəmanının qəhr atəşinin alovundan yandılar və ədəm yoluna
yollandılar. O həzrət Allahın ədli ilə öz alişan atasını əvəz edərək
heç bir maneçilik və münaqişə olmadan İran hökmranlığına və öz
aliməkan ata-babasının qələbə bəxtli təxtinə əyləşdi. Heyrət və
sahmansızlıq (bisərəncami) səhrasında qalan bütün qızılbaş tayfaları
o həzrətin qiymətli vücudunu asiman hədiyyələrinin ən seçilmişi
(gəzin) və ilahi ənamlarının (ətaya) ən yaxşısı (behin) bilib, onun
səadətli qədəmlərinin atılmasından şadiman oldular, onların şadlıq
və mübarəkbadlıq səsləri yenidən qalxaraq mələklər aləminə
(mələkut) çatdı. Uca minbərlər, pul və dinarlar onun hümayun adı və
ləqəbiylə bəzəndi, ilahinin seçdiyi [o həzrətin] səltənət və padşahlıq
səsi, xilafət və şahənşahlıq avazı bütün dünyaya yayıldı. Hər
tərəfdən gələn xalqlar (xəlayeq) onun Saturn (Keyvan) bürcünədək
ucalan dərgahına üz tutdular, peşkəşlər yağdırdılar. Adamların
dilləri belə söyləyirdi:
Şer
Bu dövlətdən, bu mülkdən, ey şah, al kam,
Fələk rəhbər olsun sənə, bəxt ram.
Təxtü tacın olsun sənin mübarək,
Kəyan taxtına vurmusan bər-bəzək.
Bəzə şahlıq taxtını, ey hökmdar,
Şahənşah olmağa ləyaqətin var.
İnayət edərsə Pərvərdigarın,
Qəza zamin olar; qədərsə yarın.
Təbii ömr qismət olsun sənə,
İşıq səpsin həxtin cahan üstünə.
Nəsibin ola səadət, cah-cəlal,
Yüz iyirmi il padşahlıqda qal
457
457
Şerin farscası:
Şəha, molk-o dovlət bekame-to bad,
Fələk peyrov-o bəxt rame - to bad.
657
O həzrətin parlaq (mənus) cülusunun tarixini İraqın istedad
sahibləri (mostoedan) "zilləllah" sözündə tapmışlar və cülusun
[maddeye-] tarixini nəzm ipinə belə çəkmişlər:
[Maddeye-] tarix
Elə ki, səltənətin taxtında
Gəlib etdi cülus o şahənşah,
Allahın kölgəsi idi sanki,
Gördü ol kölgəni ibadullah*
Qəlb həmin tarixi bilmək dilədi,
Eşidildi bu səda: "Zilləllah ".
458
O [həzrətin] şərafətli adını ifadə edən "Əbbase-bahadur
xan" [ifadəsi] də onun hümayun cülusunun [maddeye-] tarixidir,
Allah tərəfindən qeybdən gələn sədadır (elhamate-qeybi), rəmzdir,
Rəbbin mütləq buyruğudur:
[Maddeyi-] tarix
Mobarək bovəd bər to tace-şəhan,
Ke bər tost zibənde təxte-Kəyan.
Bər aray ovrənge-fərmandehi,
Ke həsti sezavare-şahənşəhi.
Bovəd əz enayate - Pərvərdigar
Qəza ba to ram-o qədr ba to yar.
Be omre-təbii rəsəd sale-to,
Bovəd gitiəfruz eqbale-to.
Bemani befərxondegi-yo cəlal
Bər ovrənqe-şahi səd-o bist sal.
Qeyd: Bu şerin son misrasındakı "yüz iyirmi il" rəqəmi məni çox düşündürdü.
Fikirləşdim və yadıma məşhur ərəb tarixçisi ibn-Xəldunun hansı əsərindəsə
oxuduğum bir fikir düşdü. Onun yazdığına görə hər hakimiyyətin ömrü yüz iyirmi il
kimi müəyyənləşdirilmişdır - Ş.F.
458
Maddeyi-tarix
Kərd bər məsnəde-şəhənşahi
Çon colus an şəhe-hümayungah
Bud çon sayeye-xodaye-cəhan,
Saye əndaxt bər ibadullah.
Sale-tarix del tələb mikərd,
Hatefi bang zəd ke "Zilləllah".
658
İran şahı xaqanlıq taxtında cülus etdi,
Tarix bu kəlam oldu: "Əbbase-bahadurxan".
459
Ümüdvarıq ki, onun səadət peyvəndli hakimiyyəti həzrət
sahibül-əmrin (İmam Mehdinin - Ş.F.) zühur vaxtına qədər davam
edəcəkdir. Qoy onun ədalətinin nuru bütün dünyaya yayılsın
(gostərde bad). Qoy onun xilafət qəsri dövran hadisələrinin
zərbələrindən qorunmuş olsun. Qoy onun dövlət baharına xəzan
afəti toxunmasın. İxlas yolunun yolçuları, həmçinin ata-babaları ilə
birlikdə bu qiymətli astanənin iradət sırğaları qulaqlarında və
xidmətkarlıq köynəkləri əyinlərində olan bu uca ziyarət evinin
dövlətxahları bu zamanə padşahının xidmətində yüksək divan
vəzarəti vəzifəsi ilə şərbülənd olmuşlar. Bu kitabın iqbal dibaçəsi o
səadətmənd [şahın] məşhur adı ilə bəzənmiş və birinci səhifənin
yuxarısında onun kamalı vəsf olunmuşdur. Qoy o sultanlar sultanına
xas bolluq bağının səmərəli nihalı və ədalət bağçasının səadət
meyvəli ağacı barlı-bəhərli olsun o dünya xosrovu izzətlənsin və
afiyətdə olsun.
Əmma bəd (amma sonra - Ş.F.), əbədi dövlətin ən kiçik və
sədaqətli qulamlarından olan bu kitabın müəllifi həzrət Allah-
təalanın köməyi ilə İranda baş verən hadisələri bu vəlayətnişan
xanədan hakimiyyətinin zühurunu məna aləminin şəhriyarları olan
əlahəzrət zilləllah şahın ali məqamlı əcdadının əhvalatlarını, onun
səadətli doğuşu (vəladət) zamanı baş verən hadisələri, həmçinin
hicri tarixlə doqquz yüz doxsan altıncı (miladi 1587/88) ilə bərabər
olan bu donuz ilindəki hadisələrin qısa icmalını ki, birinci cilddə
münşiyanə ibarəsiz və istiarələrsiz deyimlərlə yazılmışdır, başa
çatdırdı. Həmçinin birinci səhifədə işarə olunduğu kimi, [bu kitabın
müəllifinə] əgər ömür vəfa eləsə və əlinə fürsət düşsə, hekayətlərin
rəmzi olan bu kitabı o, şərafətli idarələr və ləyaqətdi istiarələrlə yazı
ipinə düzərək qələmə alacaq və kitabın yazılışı vaxtı biixtiyar oraya
düşmüş yararsız yazıları (zəvayed) ki, tarix fənni üçün vacib
deyildir, atacaq, nəzm və nəsrlə elə bir nüsxə yazacaqdır ki, həmin
nüsxə kamil nəzərli (balegnəzər), yetkin təbiətli (sahebtəbiət) və ali
459
Maddeye-tarixin farscası:
Bər məsnəde-xaqani zəd təkye şəhe-İran,
Tarixe-colusəş şod "Əbbase-bahadur xan".
659
xasiyyətli (alifetrət) adamlar tərəfindən qəbul olunacaqdır. İndi isə,
sabiqdə vəd etdiyimiz kimi bizim məqsədimiz budur: Bu səhifədə
bir qərnlik səadətə malik olan, həqiqətən [o həzrətin] hakimiyyətinin
başlanğıcı və xilafət taxtına cülusunun birinci ili hesab olunan
vaxtdan başlayaraq, onun dövründə İran səltənətində baş vermiş
hadisələr əks olunacaqdır. Müəllif öz-özünə belə fikirləşdi:
Ərəblərdə ilin başlanğıcı hicri tarixlə məhərrəm ayının birindən
başlayır və əcəm əhli bu tarixi başa düşməz. Türklər (ətrak) və əcəm
əhli üçün ilin başlanğıcı novruzun başlanmasıdır. Novruzun
başlanması isə aləmi bəzəyən baharın əvvəlidir. Yeni novruzun
gəlməsindən ötrü gərəkdir ki, dörd fəsl bitmiş olsun və yeni il
başlansın. Məhərrəm ayı isə türk ilinin [əvvəlində yox],
içərisindədir. İstedad sahiblərinin yazdıqları tarixlər isə türk ilinin
[başlanğıcı ilə] uyğun gəlmir, yəni o tarixlərin bəzisi sabiq hicri
tarixi ilə düz gəlir, bəzisi isə yox. Yəni ya azdır, ya da çox. Bu həqir
zərrə (yəni İsgəndər bəy - Ş.F.) borcludur ki, "Aləmara" kitabı
anlaşılmazlıqdan və müşkülatdan uzaq olsun və hamı tərəfindən
başa düşülsün. Biz həmin ixtilafın olmamasından ötrü, hamı
tərəfindən daha aydın anlaşıları türk ilini əsas götürdük ki, həm
hadisələr əhatəli, həm də cahandarlıq yolunun yolçuları üçün aydın
olsun.
Qoy bu dövran yeganəsinin (Şah Abbasın - Ş.F.)
hakimiyyəti dövründə ilbəil baş verən hadisələr həzrət Allahın
köməyi və bu şəhriyarın səyi ilə din və dövlət işlərindəki tərəqqi
ilbəil göstərilsin. Baxmayaraq ki, zəfər amallı dövlətin başlanğıcının
iki-üç ili dövründə iranlıların bəxt ulduzu hələ parlamamışdı və qəza
lövhəsindəki şəriətə görə bəzi bəyənilməz hərəkətlərin qarşısı alındı,
amma Allahın köməyi ilə pis dövr keçdi və zəmanə bu zavalsız
övliyaların üzünə səadət və iqbal qapılarını açdı, hümayun bəxt və
yuxarıdakı himmət qüvvəsinin səadətindən (meymənət) məmləkət
bağı ilahi lütfün buludları (səvab) və padşahın hüsni-etinası ilə
təzədən yaşıllaşmağa başladı, elə o vaxtdan etibarən də, əgər
məsələlərə bəşirət gözü ilə baxılarsa, xoş əməllər göründü. Əlbəttə,
bunun səbəbkarı həzrət Yaradan və cahan sultanlarının gördükləri
işlər (kar-name) və padşahların dəsturül-əməlləridir.
İndi, söhbətimizin əvvəlinə qayıdaraq, qələmin bundan
əvvəl yazdığı hadisə bir də nəzərə çatdırılır: Mürşidqulu xan İran
əmirlərindən xatircəm olduqdan sonra vəkalət vəzifəsini müstəqil
şəkildə öz əlinə aldı, divanın bütün işlərini idarə etməyə başladı.
660
Əlahəzrət zilləlah şah səltənət qəsrinin və dövlət məsələlərinin
qayda-qanunlarını
möhkəmlətmək naminə Mürşidqulu xanı
cahandarlıq işlərinin nizamlanması yolunda qüvvətli və mütləq bir
şəxs hesab etdiyindən, onun əzəməti və iqtidarı gün-gündən artırdı.
O, ilk vaxtlarda mübarək dövlətxanada yaşayırdı və əmirlər,
vəzirlər, dövlət başçıları hümayun dövlətxanada onun yanında olur,
divanın böyük və kiçik işlərinin hamısını onun məsləhəti ilə idarə
edirdilər. Bir neçə gündən sonra o, dövlətxanadan çıxıb,
cənnətməkan şahın mərhum qızı Pərixan xanımın dövlətxanaya
bitişik olan evində yerləşdi. Ətrafda yaşayan əmirlərdən Kirmandan
Vəli xan Əfşar, Əbrquhdan Qulu bəy Qorçibaşı Əfşarın oğlu Yusif
xan, Şirazdan Mehdiqulu xan Zülqədər və Mirzə Salmanın oğlu
Mirzə Abdulla, Qumdan Şahqulu Xəlifə Zülqədər Möhrdarın nəvəsi
Əliqulu Sultan, Astaradan Əmir Həmzə xan Talış, Ərdəbildən
Məhəmməd xan Türkman saraya gəlib ayaqöpmə şərəfi ilə müşərrəf
oldular. Qızılbaş əyanları hər gün ətraf yerlərdən şövq və
məhəbbətlə saraya gəlir, şaha mülazim olmaq istəyir, dünyanı
bəzəyən bu yeni gün doğuşundan onların gözləri parlayırdı.
Bu hadisələrin baş verdiyi vaxtlar təbiətin mənəvi
şadyanalıq əyyamı idi və bir toy mərasimi də araya çıxdı, şərafətli
nəvvaba evlənmək təklif olundu. Bu pak xanədanın şahzadələrindən
və hörmətli banulardan olan və indiyədək heç kimə ərə getməyən
Sultan Mustafa Mirzənin (Şah Təhmasibin oğlu - Ş.F.) qızını və
həmçinin rəhmətlik şahzadə Sultan Həmzə Mirzənin arvadı olmuş
Sultan Hüseyn Mirzə (Şah İsmayılın nəvəsi - Ş.F) ibn Bəhram
Mirzənin qızını mübarək zata (Şah Abbasa - Ş.F.) münasib gördülər.
O, həzrətin icazəsindən sonra əzəmətli üləmalar və möhtərəm
fəqihlər gözəl bir saatda səltənət asimanının iki Zəhrasının səadət
zirvəsinin Müştərisi (Yupiteri - Ş.F.) ilə kəbinini kəsdilər.
Cənnətməkan şahın "Səadətabad bağı" və "At meydanı"nda şahanə
bir bayram və padşanə bir məclisi qurub üç gecə-gündüz toy etdilər.
Əhalinin üzünə eyş-işrət qapıları açıldı, müəyyən (vəzi) şərafətli
insanlar, yaxın və uzaq (xəvas və əvvam) adamlar şadimanlıq
etdilər. Üçüncü gecə müqəddəs hərəmxana otağı o iki xanımla
bəzəndi və onlar səadətə yetişdilər.
Bu şadmanlıq məclisləri bitdikdən sonra [şah] yüksək qədr-
qiyməti olan əmirlərin hər birinə münasib mənsəblər və böyük
tiyullar verdi. Yusif xan - qorçibaşı, Əli Sultan Zülqədər isə möhrdar
661
oldu, Şiraz əyaləti Mehdiqulu xana çatdı, Dəli Budaqın oğlu Kor
Qorxmaz xüləfa mənsəbinə layiq görüldü.
Amma, ali divan vəzarətini, məktub göndərərək, Mirzə
Salmanın oğlu Mirzə Abdullaya verəcəyini vəd edən şah fikrini
dəyişdi və həmin vəzifəni Mürşidqulu xanın vəziri olmuş və qalada
öldürülmüş Mirzə Əhmədin oğlu Mirzə Şahvəliyə verdi. Xalq
arasında "Nisfi-cahan" ("Cahanın yarısı" - Ş.F.) adlanan gözəl
İsfahan vilayətini ki, cənnətməkan şahın xüsusi mülklərinin
əksəriyyəti orada idi və İsgəndər şanlı nəvvabın dövründə əvvəlcə
rəhmətlik Sultan Həmzə Mirzəyə, sonra iso Əbu Talib Mirzəyə
verilmişdi, Mürşidqulu xan özünə götürdü. Bu onun İraqda etdiyi
birinci ədəbsizliyi və səhvi idi. Qum ülkası Süleyman Xəlifə
Türkmana, Həmədan Qorxmaz xan Şamlıya verildi. Başqa vilayətlər
isə Mürşidqulu xanın istəyi və təklifi ilə əzəmətli əmirlər arasında
paylandı. Ülka, el və oymaq sahibi olmuş hər bir əmirdən Xorasan
səfərinə (yürüşünə - Ş.F.) hazırlaşmaqdan ötrü ləşkər və qoşun
yığmaq barədə sənəd aldılar. Belə qərara gəldilər ki, baharın
əvvəlində şahın dünyalar alan ordusu Xorasana tərəf hərəkət edib,
İraq və Xorasan ləşkərləri ilə birlikdə Abdulla xana hücuma
keçərək, Herat darülsəltənəsində mühasirədə olanları azad etsinlər.
DONUZ İLİNDƏ, ALİ HÜMAYUNUN CÜLUS ETMƏSİNİN
BİRİNCİ İLİNDƏ (HİCRİ 996, MİLADİ 1587/88) BAŞ VERƏN
BAŞQA VAQİƏLƏRİNİN ZİKRİ VƏ ALİ SARAYDA
ƏMİRLƏR ARASINDA OLAN VƏ BİR DƏSTƏ ƏMİRİN
QƏTLİ İLƏ NƏTİCƏLƏNƏN FİTNƏKARLIĞIN BƏYANI
Əlahəzrət zilləllah şah hələ uşaqlıq əyyamından Herat
darülsəltənəsində Əliqulu xan Lələnin və şamlı tayfasının yanında
yaşayıb-böyüdüyündən tamamilə onların tərəfində idi. Kitabın
birinci səhifəsində yazıldığı kimi Əliqulu xanla Mürşüdqulu xan
arasında mübahisə yarandığından məsələ müharibə ilə nəticələndi. O
həzrət (Abbas Mirzə - Ş.F.) isə Mürşidqulu xanın ixtiyarına verildi,
onlar müqəddəs Məşhədə gəldilər. Mürşidqulu xan ustaclı
tayfasından olduğu üçün o həzrətin xoşuna gəlmirdi, amma dövlətin
nizamından ötrü onun lələ olmasına razılıq vermişdi. O, varisliyin
qələbə bəxtli taxtına cülus etdiyi vaxt Mürşidqulu xanın qədr-
qiyməti Keyvan cyvanına (Saturn bürcünə - Ş.F.) qədər ucaldı,
şöhrət və iqtidarını xeyli çoxaltdı. Müqəddəs Məşhəddən gələn və
662
işin incəliklərindən xəbərdar olan əzəmətli əmirlər, xüsusilə Pir
Qeyb xan Ustaclı və qardaşları [xanın] şövkət və iqtidar məsələsinə
şahın münasibətini əvvəl bilirdilər. Buna görə də onlar onun
iqtidarına tab gətirmədilər, ürəklərində həsəd atəşi alovlandı. Hamısı
onu dəf etməyə girişdi. Ali divanın vəzarətini ələ keçirtmək
həvəsinə düşən, lakin niyyəti həyata keçməyən Mirzə Salman oğlu
Mirzə Abdullanın təhriki ilə onlar Şiraz hakimi Mehdiqulu xan,
qorçibaşı Yusif xan, möhrdar Əliqulu Sultan Zülqədər, Əbülməsum
Türkman və Kor Qorxmaz Xüləfa ilə əlbir olub Mürşidqulu xanı
aradan götürmək barədə əhd-peyman bağladılar və fürsət gözləməyə
başladılar. Alişan seyidlərdən olan Mirmiran Sədrin oğlu Mirzə
Məhəmməd Əmin İsfahandan gələrək Qəzvinə yaxınlaşdığı vaxt
Mürşidqulu xan əmirlərlə birlikdə onu istiqbal etmək qərarına
gəlmişdi. Əmirlər isə sui-qəsd hazırlayıb belə rəyə gəldilər ki, atını
dövrəyə alıb, onu qətlə yetirsinlər.
O günün ertəsi sui-qəsddən xəbərdar olan iki-üç adam
Mürşidqulu xanın yanına gələrək onu vəziyyətdən xəbərdar etdi.
Mürşidqulu xan da öz havadarlarını toplayıb "At meydanı" yolu ilə
hümayun dövlətxanaya gəldi, əlahəzrət şaha əmirlərin fitnə-fəsadı
barədə məlumat verdi.
Yusif xan Qorçibaşının evində toplaşan üsyankar əmirlər
Mürşüdqulu xanm artıq onların niyyətindən xəbər tutduğunu və indi
dövlətxanada şahın yanında olduğunu bilib hamılıqla dövlətxana
qapısına gəldilər. Mirzə Məhəmməd Əlini istiqbal etmək bəhanəsi
ilə onların əksər mülazimləri və qoşunları yaraqlanmışdılar.
Eşikağası və qapıçılar onların döyüşçülərinin içəriyə girişinə mane
olmaq istədikdə dərhal hücuma keçdilər, ləngimədən dövlətxananın
əndərun hissəsinə, "Çehelsütun" sarayına yar-yaraqla daxil oldular.
Onlar belə düşünürdülər ki, bu iş şahın məzacına müvafiq ola bilər
və onlar da o həzrətin köməyi ilə Mürşidqulu xanı asanlıqla dəf
edərlər. Əlahəzrət, baxmayaraq ki, Mürşidqulu xanın davranışından,
onun bir çox məsələlərə qarışdığından və iqtidarından narazı idi,
lakin hüsni-tədbirlə Mürşidqulu xanın tərəfini tutaraq, dövlətxanaya
icazəsiz gələn, əksəriyyəti qiyam yolu ilə əyalət hakimliyinə və
böyük mərtəbəyə qalxan və tayfa başçıları kimi özünəxas rəftara
malik olan həmin üsyankar əmirləri aradan götürməyi qərara aldı,
çünki o camaatı dəf etməkdən ötrü bundan yaxşı bəhanə ələ düşə
bilməzdi.
663
Xülasə, əlahəzrət əmirlərin
"Çehelsütun" qəsrinə
gəlişlərindən xəbər tutduqda onların yanına adam yollayıb bu
hücumun nə üçün edildiyini və bu qovğaya kimin bais olduğunu
soruşdu. Onlar isə ağılsızlıq edib azacıq da olsa qorxmazlıq
göstərmədilər, irəli getməyə cürət etmədilər, öz niyyətlərinin həyata
keçməsini isə başqa bir vaxta saxladılar. Cavabında ərz edib dedilər
ki, Mirzə Məhəmməd Əlini qarşılamaq istəyirik, buna görə də
gəlmişik ki, əgər xanın da onu istiqbal etmək meyli varsa, onunla
birlikdə pişvaza gedək, əgər şah buna razı deyilsə mürəxxəs olub
geri qayıdaq.
Onların başqa sözləri olmadığından şərafətli nəvvab
getmələrinə izn verdi və dedi ki, siz gedin, çünki xan şahın
hüzurunda vacib işlərlə məşğuldur və gedə bilməyəcək. Əmirlər öz
səhvləri üzündən geri qayıdıb, istiqbaldan sonra hamılıqla
"Səadətabad" bağına getdilər və anladılar ki, bundan sonra
Mürşidqulu xan tərəfindən arxayın ola bilməyəcəklər, çünki artıq
işin üstündən pərdə götürülmüş, onların müxalifəti zahirə çıxmışdı.
[Buna görə də] əmirlər ləşkər toplamaqla məşğul olmağa başladılar.
Beləliklə, vəziyyətin başlanğıcında həlli asanlıqla müyəssər ola
biləcək bir məsələni özləri üçün çətinləşdirdilər.
Şah sonradan Qorxmaz xan Şamlını əmirlərin yanına
göndərib bu qiyamın səbəbini və onların iddialarını soruşduqda
onlar dedilər ki, Mürşidqulu xanın hakimiyyətdə olması və iqtidarı
ilə razı deyillər və onun tərəfindən əlahəzrət şahın bəndələrinə,
olduqca pis qarşı münasibət görürlər ki, belə hərəkətlə qızılbaşlar
razılaşa bilməzlər və biz onunla əlbir ola bilmərik.
Əlahəzrət buyurdu ki, sizlər bu dərgahın mülazimlərisiniz.
Əgər dövlətxanə barədə bir fikir xatirinizə düşərsə, yaxud
Mürşidqulu xanın, ya başqa adamların iş rəftarından nəsə bir
şikayətiniz olarsa, qayda belədir ki, yalnız bizə ərz etdikdən sonra
fərmanınıza uyğun olaraq nəyinsə icrasına başlaya bilərsiniz.
Özbaşınalıq edib qızılbaşların arasına fitnə-fəsad salmaq və qoşun
çəkmək isə üsyan və tüğyan deməkdir. Onların başqa fikirlərə düşüb
qeyri bir əmələ əl atmamalarından ötrü [şah] onları dəf etmək fikrinə
düşdü. Əmirlərin bir yerə toplanmalarının qarşısını almaq niyy’ti ilə
[şah tərəfdarları] "şahsevən" deyə-deyə car etdilər ki, kim ki, şahın
mübarək başını sevir, qoy humayun dövlətxanaya gəlih hizə
qoşulsun. Qızılbaş tayfalan dəstə-dəstə gəlib dövlətxanaya və "At
meydanı"na doldular. Əmirlərin dəstəsi get-gedə azalmağa başladı
664
və onlar niyyətlərinin baş tutmamasından məyus oldular. Qorxmaz
xanı yanlarına çağırıb, onun dili ilə şaha ərz etdilər: "Bizim sədaqət
və qulamlığımızda heç bir qüsur ola bilməz, nəvvab şahdan da
olduqca razıyıq, amma biz Mürşüdqulu xandan incimişik. O,
bizimlə yersiz rəftar etmişdir. Bizim hər birimiz yüksək divanın ali
mənsəblərinə münasib adam olduğumuza baxmayaraq, bizi həmin
mənsəblərə münasib bilmir və heç birimizə öz işimiz verilməyibdir.
Ondan [Mürşidqulu xandan - Ş.F.] çoxlu hörmət-izzət görmək
istəyimizə baxmayaraq, bunu az hiss edirik. Xahişimiz budur ki,
əlahəzrətin biz bəndələri onun yanına gedək və məğlubedilməz
dövlətin ləyaqətinə uyğun olaraq aramızdakı bütün narazılıqlar həll
edilsin".
Xahişlərinin hələ şaha ərz olunmasından əvvəl belə əmirlər
bu qərara gəldilər ki, Qorxmaz xanın evinə gedib bu gecə onun
mehmanı olsunlar, ertəsi gün isə Mürşidqulu xan onları yanına
çağırar və hamını hər cəhətdən arxayın edər, beləliklə də Qorxmaz
xan sülh bağlanmasından ötrü vasitə olar, onları bir-birləri ilə
barışdırar.
Qorxmaz xan əmirləri öz evinə dəvət etdi. Günün sonunda
əmirlər talelərinin uğursuzluğundan "Səadətabad bağından çıxaraq
onun evinə getdilər, gecəni orada qaldılar, Qorxmaz xan da onlara
mehmannəvazlıq etdi.
Amma, dövlətxanaya yığışan şahsevənlər o gecə sübhə
qədər gözləyib ehtiyat yolunu tutdular. Ertəsi gün, sabit və səyyar
ulduzlar xosrovu [günəş] mina rəngli və dörd payəli fələyin taxtında
əyləşdiyi vaxt Qorxmaz xan dövlətxanaya gələrək, zülqədər
tayfasının ən ağıllı adamı olan Şiraz hakimi Mehdiqulu xan
Zülqədərlə görüşüb özünün və əmirlərin adından baş verən
ədəbsizliyə görə üzr istədi. O giley-güzara başlayıb belə ərz etdi:
"Mürşüdqulu xan şaha heç nəyi bildirmədən öz xeyri naminə
məmləkətin bütün işlərini aparır, şahın mübarək möhürlərini
boynundan asıb, hər şeyi öz bildiyi kimi həll edir. Qayda isə belə
olmalıdır ki, bundan sonra Mürşidqulu xan möhürləri öz yanında
saxlamasın və onları cənnətməkan şahın dövründə olduğu kimi
şahın bəndələrinə versin və möhürlər hərəmxanada saxlanılsın, hər
həftədə iki gün divan çağırılsın, divanda hər birinin öz mənsəbi olan
və öz oymaqlarının ağsaqqallığını edən əzəmətli əmirlər
toplaşsınlar, hər tayfanın ülka və qoşun işləri tayfa ağsaqqallarının
məsləhəti və təsdiqi ilə həyata keçsin ki, qorçibaşının, əzəmətli
665
qorçilərin, dövlətin sürunları olan hər bir əmirin öz el və oymaqları
içrisində izzəti və ehtiramı olsun". Şahın bəndələri [habelə] dedilər:
"İsgəndər şanlı nəvvabın dövründə də əmirlərin iqtidarı, onların
işlərə dəxalət etmələri və bir-birilərinə qarşı olan narazılıqlarının
qarşısının alınmasından ötrü qızılbaşların arasında bir neçə dəfə
fitnə-fəsad törəndi ki, hal-hazırda elə işləri unutmaq lazımdır.
Çünki, hər işin ixtiyarı padşahın əlindədir. Biz isə Mürşidqulu xanı
etimad sahibi kimi qəbul edib, işlərin icrasını ona tapşırmışıq".
Danışıq zamanı Mehdiqulu xan səsini yuxan qaldırıb Mürşidqulu
xana əsəbanə sözlər dedi, buna görə də, əlahəzrətin qəzəb atını
şölələndi və belə buyurdu: "Ey fitnə-fəsad sahibi olan kişicığaz, biz
səni Şiraz əyalətinə göndərib, xan rütbəsinə layiq görmüşük. Bundan
artıq nə istəyirsən ki, qızılbaşlar arasında fitnə-fəsad törədirsən?
Özbaşınalıq edən siz kimi adamların vücudları dövlət gülzarının
tikanlandırlar.
Dostları ilə paylaş: |