Misra
Mülkü xərab eyləyən ölsün gərək!
460
Şiraz hakimi Mehdiqulu xanın öldürülməsi:
Əlahəzrət, atası cənnətməkan şahın zamanında Şiraz
hakimi olan, özü isə Xorasanda şahzadənin [Abbas Mirzənin -
Ş.F.] xidmətində dayanan və sonradan humayun məiyyətlə birgə
Xorasandan qayıdan Yaqub bəy İbrahim oğlu Zülqədərə Şiraz
hakimliyini vəd edib, Mehdiqulu xanın işini bitirməyi ona həvalə
etdi. O da, şahın məclisində Mehdiqulu xanın əllərini bağladı,
başındakı tacını çıxardı, şahın işarəsi ilə onu qətl etdi və həmin ləhzə
Şiraz əyaləti ona verildi. Mehdiqulu xanın qətlindən sonra əlahəzrət
[bir vaxtlar] İsgəndər şanlı nəvvabın möhrdan olan, Əbu Talib Mirzə
tərəfdarları tərəfindən vəzifəsindən çıxarılıb cəzalandırılan, var-
dövləti müsadirə olunan Əsəlməs xan ibn Şahrux xan Tatioğlu
Zülqədərə Əliqulu Sultan Möhdarın möhdarlığının inayət etdi,
Xüləfa olmuş Qorxmaz xanın vəzifəsinə dəymədi. İsgəndər xanın
460
Misranın farscası:
Rəxnegəre-molk sərəfkənde beh!
666
qardaşı Bədr xan Əfşarı qorçibaşı təyin edib, onu Yusif xanı, Ədhəm
xan Türkmanı isə Əbülməsum xanı həbs etməyə göndərdi. Ustaclı
əmirləri Pir Qeyb xanı və qardaşlarını dəf etməyə boyun olub,
şahsevənlərlə birlikdə Qorxmaz xanın evinə tərəf üz tutdular.
Fitnəkar əmirlərin fərar etmələri və öldürülmələri:
Heç bunu ağıllarına belə gətirməyən qiyamçı əmirlər
məsələdən agah olub, adamlarının əksəriyyəti dağılışdığından daha
orada qala bilməyib hövlnak halda, hətta bəziləri silahlanmadan
atlara minərək, özlərini bəlkə Gilana çatdırmaqdan ötrü, Qəzvin
dağının ətəklərinə üz tutdular. Əbülməsum xan Türkmanla
türkmanların mirzəsi İmamqulu onlardan ayrılıb, başqa yolla
Həmədana tərəf qaçdılar. Qiyamçıların əksər hissəsi dağa tərəf
getdiklərindən məğlub edilməz tərəflər onları təqib edərək həmin
istiqamətə yollandılar. Heç kim Əbülməsum xanın ardınca getmədi
və o sağ - salamat Həmədana çatıb oradan Bağdada getdi. Dağ
səmtinə qaçan əmirlər hələ şəhərdən çıxmamışdılar ki, ləşkər onlara
çatdı. Cəngə başlayanlar yerlərindəcə öldürüldülər, döyüşməyin
mənasız olduğunu anlayanlarsa əsir alındı. Hal-hazırda Rumda olan
və Mürşidqulu xanla dostluq edən Qulu bəyin oğlu Yusif xan
Qorçibaşının qətlinə Mürşidqulu xan razı olmadı. Şahın şəfqət
bəslədiyi Əmiraslan xan Pir Qeyb oğlundan və Yusif xandan başqa
əmirlərin hamısı qətl olundu, bu iki nəfər isə öldürülmədilərsə də
həbs olunub qalaya salındılar. Qalada bir müddət qaldıqdan sonra
Kirmanda hakim olan əmisi oğlu Vəli xanın xahişi ilə Yusif xan
nicat tapdı, Əmiraslan xan isə öldürüldü.
Bu fitnəkarlığın baiskarı olan Mirzə Abdulla Mirzə Salman
oğlu qardaşı Mirzə Nizamülmülk ilə birlikdə tutuldu. Tacik
olduqları üçün onları fəqət cərimə etdilər. Müəyyən məbləğ pul
ödəməyə boyun olduqdan sonra onlar həmin pulu ödəmək üçün
mühəssillərlə birlikdə Şiraza göndərildilər. Cənnətməkan şahın
zamanında Azərbaycanın və Şirvanın vəziri olmuş Mirzə Ətaulla
İsfahaninin nəvəsi, Mirzə Əhmədin isə oğlu olan Mirzə Şah Vəli,
həmçinin Mirzə Əhməd Mürşidqulu xanın vəziri oldular və Mirzə
Əhməd [sonradan] Türbət qalasında öldürüldü. Mürşidqulu xan
etdiyi xidmətkarlıq müqabilində Mirzə Əhmədi atasının yerinə
vəzir qoymuşdu və o, bu arada şahın şəfqətinə yetişib baş vəzir
rütbəsinə çatmış, etimadüddövlə ləqəbinə layiq görülmüşdü. Əbu
667
Talib Mirzənin vaxtında onun səyi ilə sədr olan Mir Əbülvəli Əncu
baş sədr rütbəsi iə şərəfləndi. Möhrdarlıq vəzifəsi isə cənnətməkan
şahın vaxtında olduğu kimi Seyid bəy Kəmunəyə verildi.
Bu hadisələrdən sonra Mürşidqulu xanın başı əlahəzrətin
şəfqəti və iltifatı ilə göylərə ucaldı və o, ali divanın müstəqil vəkili
kimi dövlət işlərinin nizamlanmasına başladı. Əlahəzrət
zilləllah şah bu güclü dövlətin məsləhəti ilə onun qüvvətlənməsi və
işlərinin nizamlanmasından (ləmsiyət) ötrü daim onu təltiflərə layiq
görürdü.
İmamqulu xan Qacarın vəfatı:
Qarabağ bəylərbəyisi İmamqulu xan Qacar Gəncədə təbii
ölümlə bu il vəfat etdi. O vilayətin idarə olunması isə cənnətməkan
şahın zamanında Qarabağın bəylərbəyi olan Şahverdi Sultan
Ziyadoğlu Qacarın nəvəsi Xəlil xanın oğlu Məhəmməd xana
tapşırıldı. Qacar tayfasının yəvə oymağından olan İmamqulu xanı
İsmayıl Mirzə yetişdirmiş (tərbiyət) və onu Qarabağa hakim
göndərmişdi. İsgəndər şanlı nəvvabın və onun əziz oğlu Sultan
Həmzə Mirzənin hökmranlığı zamanında, birinci səhifədə yazıldığı
kimi, o, rumiyyə ilə döyüşlərdə igidliklər etmişdi. [Sonradan] on il
Qarabağın müstəqil əmirülümərası oldu.
HUMAYUN CÜLUSUN İKİNCİ İLİ OLAN DOQQUZ YÜZ
DOXSAN YEDDİNCİ (MİLADİ 1588/89; SİÇAN İLİNDƏ BAŞ
VERƏN HADİSƏLƏRİN ZİKRİ, ÖZBƏKLƏRİN GÖZƏL
HERAT ŞƏHƏRİNİ İSTİLA ETMƏLƏRİ, ƏLİQULU XAN
OVÇUNUN ÖLDÜRÜLMƏSİ, ŞAMLI TAYFASININ
CƏZALANDIRILMASI VƏ XORASANIN
SAKİTLƏŞMƏSİNİN BƏYANI
Qış sona yetdikdə aləmi işıqlandıran novruz xoşbəxtlik
(fərroxi) və mübarəkbadlığa başladı.
Şer
Şadlığa üz tutdu bahar yelləri,
Qızdı hava, etdi sevincək yeri.
Şeh o təhər qondu yerin üstünə,
668
Bağe-behist oldu çəmənlər yenə.
461
Mürşüdqulu xan Xorasana yürüş üçün silah tədarükünü
edib, hər gününü döyüşçülərin yanında keçirirdi. Qızılbaşların
fitnəsindən uzaq olmaq üçün İsgəndər şanlı nəvvabın və Əbu Talib
Mirzənin qalına yerini vəziyyətin başlanğıcında Təhmasib Mirzənin
də salındığı Ələmut qalasında müəyyənləşdirdilər ki, [şah] Xorasan
səfərindən qayıdana qədər qoy orada yaşasınlar. Amma, sonradan,
Gilan bu qalaya yaxın olduğu üçün, ora məsləhət görülmədi və
onları İraqın ortasında yerləşən və yaxşı evləri olan Reyin Vəramin
qalasına apardılar. Ustaclı tayfasının hörmətli adamlarından və
etibarlı şəxs olan Əhməd bəy Kərampanı həmin qalanı qorumaq və
onlara xidmət etmək üçün Vəraminə göndərdilər. Mürşidqulu xan
isə zahirdə Xorasan yasaqı və Herat qalasındakı mühasirədə
qalanların xilas olmaları barədə hər gün söhbət etməsinə
baxmayaraq, batində isə Herat hakimi olan və şahın ehtiram etdiyi
Əliqulu xanın yenidən vəkil və rüknüssəltənə ola bilmək və ondan
intiqam almaq ehtimalını düşünüb Xorasan yürüşünü gün-gündən
təxirə salırdı.
Bu iş o qədər davam etdi ki, daha taqət tükəndi, Herat
qalasında mühasirədə qalanlar azuqə çatışmazlığı, havanın üfunəti
və xəstəliklər üzündən tabdan düşdülər, onlarda müqavimət və
qaladarlıq imkanı qalmadı, özbəklər qalanı tutdular və o gözəl
məkan düşmənlərin əlinə keçdi.
Bu hadisənin yığcam şərhi belədir: Abdulla xan [Özbək]
Əliqulu xanın itaət etməsindən məyus olub, Herat qalasının fəthi
üçün belinə himmət kəmərini bağladı. Özbək tayfası qalanın
mühasirəsinə başlayaraq oranı mərkəz kimi əhatəyə aldı. Əliqulu
xan və şamlı tayfası öz səbat ayağını möhkəm şəkildə yerə dirəyib,
qaladarlıq ləvazimatının tədarükünə başladılar. Hər gün tərəflər
arasında atışma olur, savaş bazarı qızışırdı. Ox və tüfəng səfiri əcəl
salamı yetirməkdəydi. Ali hümayunun (yəni Şah Abbasın - Ş.F.)
Xorasandan İraqa getməsi və o həzrətin İranda öz irsi səltənət
taxtında əyləşməsi xəbəri şamlı tayfasına gəlib yetişdi. Əliqulu xan
461
Şerin farscası:
Bade-bəhari tərəbəngiz şod,
Ruye-həva ləxləxeamiz şod.
Əz əsəre-jaleye-Kovsərsereşt.
Səhne-çəmən gəst ço bağe-beheşt.
669
aralarında olan inadkarlıq səbəbindən Mürşidqulu xandan imdad
gözləmədiyinə baxmayaraq, bu uca dövlətə mümkün qədər xidmət
etdiyinə görə cəhd-cəhd edərək, özbəklərin buraya qədəm
basmalarının qarşısını alırdı. Bir neçə dəfə hücuma keçib xəndəqə
çatmış, üç-dörd dəfə də üç-dörd yüz özbək şəhərə girə bilmişdi.
Amma, qaladakılar müdayiyəyə qalxmış, adlı-sanlı bahadırların bir
çoxunu yerə sərərək, şəhəri əldə saxlaya bilmişdilər.
Mühasirə müddəti çox uzandı və heç yandan imdad küləyi
əsmədi. Azuqənin çatışmaması və havanın üfunətindən şəhərdə bərk
xəstəlik yarandı, mülki adamlar və ləşkər də xəstəliyə yoluxdular.
Türk və taciklərdən hər gün dəstə-dəstə adam yoxluq yoluna
yollanırdı. Buna görə də qaladakıların arasına çaxnaşma düşdü,
savaşa bilmədilər. Qalada olan bəzi xorasanlılar, xüsusilə illərlə bu
dövlətin çörəyini yeyən Molla Mir Baxərzi haramnəməklik edərək,
qorunması ona tapşırılan şəhər bürclərindən birini boş qoydu, gedib
qala eşiyindəkilərə qoşuldu. Qalanın idarə olunması, döyüşçülərin
acizlik və iztirabları, qüvvət və qüdrətin yoxluğu onların yadına
Abdulla xanı saldı. Onlar özbəklərə dövlətxahlıq izhar etdilər.
Qalanın fəth edilməsinə cəhd artdı. Əliqulu xan şamlı tayfası
əyanlarından Pirbudaq Sultanı özünə yaxın adam olan müstövfi Əbu
Talib bəy Ordubadi və daha bir neçə nəfərlə birlikdə Abdulla xanla
sülh bağlamaqdan ötrü qaladan eşiyə çıxardı, qızılbaşlara
məmləkətdən çıxmaları üçün yol verməsini və əhl-əyalları ilə çıxıb
getmələrini xahiş etdi. Buraya hücumunun ilk vaxtlarında bunu
istəyən Abdullah xan indi Molla Mirin və haramnəmək fəsad əhlinin
təhriki, xüsusən ərbabların mirzəsi və Əbülhəsən Guryaninin təsiri
ilə bu təkliflə razılaşmadı.
Şer
Padşah ayinləri, Kəyan adəti
Yol vermir elçiyə zülm-əziyyəti
462
Hər zaman elçilərin öldürülməsi yolverilməz sayılmış,
şövkətli sərkərdələrin heç biri bu işə baş qoşmamış, bunu edənləri
462
Beytin farscasr.
Dər ayine-şahan-o rəsme-keyan
Pəyamavəran eymənənd əz zeyan.
670
məzəmmət etmişlər. Amma, Abdulla xan isə bu qəbahətli əmələ
iqdam edərək qaladan yanına göndərilən adamları topun ağzına
qoyub, qalaya tərəf atdı, o biçarələrin ömür xərməninə zülm atəşi
vurdu, əslində belə hərəkətlə öz namusunu yandırmış oldu.
Xülasə, Əliqulu xan və şamlı əyanları sülhdən məyus olub,
xilas qapılarını bağlı gördülər. Daha iki ay həmin qaniçən ləşkərə
müqavimət etdilər və qalanı qorudular. Amma, qala bürclərinin
əksəriyyəti qoruyucularsız qalmışdı. Ayın on birində, bir gecə,
Əliqulu xan öz bürcünü tərk edib evinə getmiş, qızılbaşların
əksəriyyəti də elə həmin gecə öz mənzillərinə qayıtmışdı.
Adamlardan kimsə bürclərin birindən özbəklərə qışqırdı ki, bu bürcü
qoruyan yoxdur. Həmişə hücuma hazır olan özbək bahadırlarının bir
neçə nəfəri bürc ayağına çataraq kəndirlə yuxarı dırmaşdılar,
başqalarını da yuxarıya çəkdilər.Onlar habelə daha iki bürcün başına
bu işi gətirdilər. Əliqulu xan və qızılbaş ləşkəri hələ məsələdən
xəbərsiz idilər. Birdən-birə qəfildən bürc və barılardan kərənay
səsləri gəlməyə başladı. Özbəklər şəhərə tökülüşdülər. Çaşqınlıq və
qüvvətsizlikdən mühafizəçilərin bircəsi də müdafiəyə qalxmadı,
çarəsizlikdən bürc və barıların qorunmasından ol üzüb, iztirabla
şəhərin orta hissəsindəki Qum məmləkətinin qalası olan
İxtiyarəddinə gedib çatdılar, Herat şəhəri özbəklərin əlinə keçdi.
Şəhərdə qətl, qarət və tarac başlandı, nə başlandı. Zülmkarlıq atəşi
elə alovlandı ki, odun dili fələyə ucaldı.
İxtiyarəddin qalasına pənah aparan Əliqulu xan, şamlı
tayfası və başqa adamlar orada pərişanlıq və iztirab içərisində iki
gün vaxt keçirdilər. Qalada azuqə və qaladarlıq ləvazimatı
qalmadığından bu günlərinə heyran qaldılar. O qalanın
vəziyyətindən məlumatı olmayan Abdulla xan elə təsəvvür edirdi ki,
onların sayı orada çox, azuqələri isə boldur, buna görə də həmin
qalanı ələ gətirmək çətin olacaq, məsələ uzanacaqdır. Atalığı
Məhəmməd Baqinin, Qulbaba Kukəltaşın və mötəbər özbək
əmirlərinin vasitəçiliyi ilə Əliqulu xana bildirdi: "Əgər
qaladarlıqdan əl çəkib qalanı təslim etsə, ona bütün var-yoxunu
peşkəş verəcək, qızılbaşlarla birlikdə istədiyi yerə getməsindən ötrü
izn almış olacaqdır. Şərt isə budur ki, yanımıza gəlib bizimlə
görüşsün".
Əliqulu xan və yoldaşları, hərçənd ki, Abdullah xanın
özbək tayfasının sözlərinə inanmırdılar, amma əzəl qüdrətin
(Allahın – Ş.F.) istəyi onların şəhadətə yetmələri olduğundan və
671
azuqənin olmadığından qalanı tərk etməkdən başqa çarə tapmadılar,
Yaradanın qəza-qədərinə razılıq verdilər, üçüncü gün qaladan çıxıb
Abdulla xanın əmirləriylə birlikdə, Sultan Hüseyn Mirzə
mədrəsəsində iqamətgah olan yerə yollandılar və özbəklər
İxtiyarəddin qalasını işğal etdilər.
Abdulla xanın oğlu Əbdülmömin xan şəhər bağında
(Bağşəhr) idi. Onunla görüş üçün əmirlər Əliqulu xanı oraya
apardılar. O peymanı süst olan oğlan, ya öz istəyi, yaxud atasının
işarəsi, ya da oğul-uşaqları və qohumları mühasirə zamanı
qızılbaşların əlləri ilə öldürülmüş özbək bahadırlarının təhriki
nəticəsində qızılbaşlardan intiqam aldılar. Əliqulu xan və adamları
Abdulla xanın olduğu yerə çatdıqda əmirlər onlara xanın yanına
silahla getməyin məqbul olmadığını bildirib, qılınclarını onların
bellərindən açdılar. Elə o əsnada da bir-iki nəfər özbək şəmşirini
çıxarıb şamlılara tərəf atdı. Şah Məhəmməd Çəyan əlini Əliqulu
xanın məndilinə (çalma - Ş.F.) apardı ki, onu çıxarsın. Qazi Sultan
Şamlı onun əliuzunluğuna mane olaraq xəncərini ona çəkdi.
Özbəklərin başqa bir dəstəsi də yoldaşlarını himayə etmək niyyəti
ilə öz şəmşirlərini ələ götürdü. Vəziyyəti belə görən qızılbaşlar
məsələnin nə yerdə olduğunu bildilər, öz kəlmeyi-şəhadətlərini
oxuyub fəna qılıncı ilə öldürdülər.
Xülasə, qaladan çölə çıxanların hamısı şirin canlarından əl
üzüb həmin vəhşətli hadisə günü şəhadət şərbəti içdilər. Bundan
sonra Abdulla xan bütün qızılbaşların qətli xüsusunda hökm verdi.
Özbəklər belə qətllərdə elə canfəşanlıq etdilər ki, tazik (tacik - Ş.F.)
adamlarının çox hissəsi də qızılbaş övliyalarının məzhəbi ilə
razılaşdığına görə öldürüldülər. Özbəklər şamlı tayfasının qız-
qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri
ələ keçirməkdən ötrü əzəmətli şamlı xatunlarına işgəncə verib, bu
işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu
mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az
adam nicat tapa bildi. Künc-bucaqda gizlənən az miqdar adam
gecələr, olduqları yerlərdən çıxaraq, piyada və üryan halda səhraya
üz tutub fərar yolunu qət etdilər. Rafezilər (qızılbaşlar - Ş.F.) bir
müddət həmin mülkdə adam öldürməyə izn verdikləri üçün, kimin
kiməsə qədimdən ədavəti vardısa özbəklər onu rafeziliyə mənsub
edir, iki cahil və nadan adamı şahid kimi çağırır, hənəfi məzhəbli
din qazisi dərhal o biçarənin yandırılması və qətli xüsusunda hökm
çıxarırdı. Azacıq varlı olmağı güman olunan həp kəsin var-dövləti
672
özbəklər tərəfindən müsadirə edilirdi. Xülasə, rəiyyət və aciz
adamlar bir müddət əzab-əziyyətə düçar oldular, o vaxta qədər ki
Abdulla xan o vilayətin hakimliyini Səmərqənd əyanlarından olan
fəzilətli, qabiliyyətli, xana qarşı köhnə xidmətlərinə görə etibar
sahibi olub əmirliyə və ali sədarət vəzifəsinə layiq görülən Mir
Qulbaba Kukəltaşa verdi. O da get-getə mülkdarlıq və
rəiyyətpərvərlik yolunu davam etdirib zülm və tarac qapılarını
bağladı, məzhəb təssübkeşlərini incitməyi və başqa camaata əzab
verməyi qadağan etdi, biçarələrin qeydinə qaldı, həmin mülkdə
nizam-intizam yaratdı.
Xülasə, Heratın fəthindən sonra Abdulla xan atının
yürüş cilovunu müqəddəs Məşhədə tərəf yönəltdi. Mürşidqulu xanın
qardaşı olan Məşhəd hakimi İbrahim xan hüsni-tədbirlə özbəklərin
şərini bu il o şərif məscidin sakinlərindən uzaqlaşdırmaq məqsədiylə
xanın vəkillərinin üzünə ülfət və tanışdıq qapılarını açdı, xana töhfə
və hədiyyələr yollayaraq belə ərz etdi: "Özbək ləşkəri uzun müdətdir
ki, vətənlərindən uzaq düşmüş və Herat qalasının fəthində çox
əziyyət çəkmişdir. Onlar əgər müqəddəs Məşhədin mühasirəsinə
başlayarlarsa, bilsinlər ki, bu vilayət adamlarının qaladarlıq
istedadları böyükdür. Buna görə də onlar həzrət imamın müqəddəs
rövzəsini hifz etməkdən ötrü qaladarlıqda Herat camaatından da çox
səy edəcəklər. O zaman gərək sizin ali ordunuz bu vilayətdə uzun
müddət dayanmalı olsun. Belə olası halda ləşkərlər xeyli zəhmət
çəkməli olacaqlar. Bundan başqa bizim padşahımız artıq irsi səltənət
və şahlıq taxtındadır və o, bütün qızılbaş qoşunlarıyla birlikdə
hümayun paytaxtdan çıxıb Xorasana gəlməkdədir. Əgər müqəddəs
Məşhədin mühasirəsi zamanı o, bu vilayətə qədəm basarsa, hələ
məlum deyildir ki, özbək tayfası bu il Xorasana qoşun çəkərək
qızılbaşların saysız-hesabsız ləşkərinə müqavimət edə biləcəklər, ya
yox? Məsləhət belədir ki, onlar bu il buradan çıxıb öz səltənət
paytaxtlarına getsinlər və bizə möhlət versinlər və gələn il əgər
bizim padşahımız Xorasanda olarsa, onlar öz dövlətlərinin
məsləhətinə uyğun hərəkət etsinlər. Buna görə də ali qoşununuzun
buraya yürüşə ehtiyacı yoxdur. Qoy özbək əmirlərindən kimi
istəsələr göndərsinlər və biz məmləkəti onlara verib öz yolumuzla
gedək".
Bu sözlər Abdulla xanın beyninə batdı. Çünki, artıq
hümayun ordunun buraya yürüş xəbəri də gəlib ona çatmışdı.
Təkrar-təkrar məsləhətləşmədən (kənqaş) sonra qayıtmağı məsləhət
673
bilərək, müqəddəs Məşhədin mühasirəsindən əl çəkdi, göndərilən
peşkəşlərlə kifayətlənib qayıdış təbilini çaldı, Sərəxsə yollandı. Elə
ki, Sərəxs qalasının yanına gəlib çatdı, şəhər darvazalarının
yaxınlığında dayandı. O vilayətin hakimi Mir Hüseyn Sultan
Firuzcəngin oğlu Mir ibn Hüseyn xan cənnətməkan şahın
hakimiyyəti zamanı Xorasanın cığatay əmirləri silkindən idi və elə o
vaxtlarda da Sərəxsin hakimi olmuşdu. O, şəhər və qala qapılarını
bağlayaraq müdafiəyə başladı. Onun cığatay mülazimləri böyük
mərdlik göstərərək özbəkləri şəhər qapılarına yaxın qoymadılar.
Abdulla xan orada qırx günədək dayandı və heç nə edə bilmədi. Ara
yerdə onun özbək döyüşçülərinin çoxu öldürüldü və onlar döyüşü
gələcək vaxta saxladılar. Abdulla xan azacıq peşkəşlə qənaətlənib
köç təbilini çaldı.
Onun gedişindən sonra qızılbaş əmirləri o yerləri Ğuryana
kimi zəbt etdilər, amma Guryandan Mürğabın yanına qədər olan
yerlər özbəklərin əlinə keçdi, Mir Qulbaba hakim və fərmanlar oldu.
Abdulla xan müqəddəs şəhərin (Məşhədin - Ş.F.) yanında olan vaxt
özbəklər öz adətlərincə məmləkəti qarətə və dağıntıya məruz
qoydular. Müqəddəs Məşhədin sülh tərəfdarları və nəqibləri ona
nəsihətamiz məktub göndərdilər və ola bilsin ki, elə buna görə də
xan dağıntılardan əl çəkdi, əksər hissəsi sərkara və müqəddəs rövzə
işçilərinə mənsub olan məhsullara dəymədi. Özbəklərin alim və fazil
adamları onların məktubuna cavab olaraq nəqiblərə məktub
yollayılar. Mövlana Məhəmməd Müşəkkək Rüstəmdari də cavab
naməsi yazdı. Hər iki məktubu bu kitabda dərc edirik ki, ağıllı və
pak adamlar onları oxuyub faydalansınlar, kimin haqq, kimin nahaq
olması aşkara çıxsın.
MÜQƏDDƏS MƏŞHƏD RÖVZƏSİNİN XADİM VƏ
NƏQİBLƏRİNİN MƏKTUBUNA MAVƏRƏNNƏHR
ÜLƏMASININ CAVAB MƏKTUBU
"Gizli deyildir ki, gözəl "Lailahə üləl-l-lah və
Muhəmmədən rəsuli-l-lah" deyən dünya möminləri başqa yerin var-
dövlətinə və əhalisinə zərər yetirməz, onlardan küfrə səbəb ola
biləcək əməl baş verməz, öz sələf və imamlarının ləyaqətli işlərini
davam etdirərlər. Amma, sünnət əhli məzhəbindən bu gözəl
kəlamdan, həmçinin üləmaların sözlərindən kənar düşən kəslərə,
möminləri öz ilk imanlarından sapdıranlar, küfrə uyub iyrənc şiə
674
təriqətini izhar edənlər, gecə-gündüz şərafətli iki şeyxi (yəni həzrət
Əbubəkri və Öməri - Ş.F.), həmçinin iki nur sahibini (zi-n-nureyn)
yəni xəlifə Osmanı - Ş.F.) və peyğəmbərin bəzi pak zövcələrini
yamanlayanlar gərək islam padşahı və başqa möminlər tərəfindən
hökmən qətlə məruz qalsınlar. Habelə gərək onların evləri
uçumlsun, var-dövləti əllərindən alınsın. Əgər dövrün padşahı və
dövranın xəlifəsi cəhad vaxtı üləmaların ittifaqından və həzrət
risalətpənahın (Məhəmməd Peyğəmbər - Ş.F.) təriqətindən öz
qüdrəti və imkanı ola-ola üz döndərərsə, Allahın (yəni mütəal
məlikin) sual-cavabının "Qorxun o gündən ki heç kəs heç kəsin
karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən
fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin"
463
və bu
şərafətli ayənin "[özlərinə] peyğəmbər göndərilən ümmətləri sorğu-
suala çəkəcək"
464
öhdəsindən necə gələ bilər?
Ağlın ardınca gedən ayələrə və hədislərə əməl edən hər bir
ağıllı adama bəllidir ki, risalət söhbətini dinləmək şərəfi ilə
şərəflənənlər, beyət və xidmət yolunu tutanlar illərlə "haqq" kəlməsi
ilə o həzrətin yanında (rikab) kafirlərlə döyüşmüşlər, nöqsansızdırlar
və cənnətə (cinan) layiqdirlər, xüsusən bu ayədə - "And olsun ki,
ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı
qaldı"
465
- işarə olunan insanlar Allahın (məliki-mənnanın) rizvan
şərəfi ilə müşərrəf olublar. Xüsusən bu şərafətli ayədə buyurulduğu
kimi: "Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir, sən də
onların haqq yolunu tutub get"
466
. Şəkk yoxdur ki, həzrət şeyxlər və
iki nur sahibi onlardandırlar. O əziz və kəramətli sərvər (yəni
Məhəmməd peyğəmbər - Ş.F.) siddiqe-əzəmi (yəni həzrət Əbubəkri
- Ş.F.) "kəlam bilicisi və sahib" adlandırmışdır. Necə ki, Quran
buyurur: "Hər ikisi mağarada olduğu vaxt və öz dostuna "Qəm
yemə, Allah bizimlədir!"
467
dediyi zaman, həmçinin "O, keyfi
istəyəni danışmır. Bu, ancaq nazil olan bir vəhydir" ayəsinə əsasən o
həzrətin bütün əməl və sözləri vəhy əsasında deyilmişdir. O həzrət
463
"Yovmun la təcza nəfsun ən-nəfsi şeyən və la yuqbəilu minhə şəfaətən və lə
yuxəzu minhə ədlun minhə və la hum yunsərunə".
464
Ərəbcəsi: "və linəsələnnələ əlləzinə irsilə ileyhim və ğeyruhə"
465
İfadənin ərəbcəsi: "və ləqəd radiyəllah əni-l-mömininə əzibən yənnukə təhtə-l-
şəcərəti"
466
İfadənin ərəbcəsi: "Ulaikə-l-ləzinə hədiyəhum-əl-lahu fə bi hədidihim iqtədəhu".
467
Ərəbcə: "Kəmə yəqulu iz yəqulu li-sahibihi lə təhzin innə-l-lahu məanə və bi
moqtəda və mə yəntiqu əni-l-həva iz həva-l-ovha yuhi əqval və əfal".
675
onların kəmalı və ehtiramıdır, onların hər birinin vəsfində çoxlu
hədislər vardır. Demək, onların kamalını inkar edən kəs tamamilə
azğınlıqda və zəiflikdədir, həqiqətən Quranı inkar edir. İns və can
sərvərinə (Məhəmməd peyğəmbərə - Ş.F.) naqislik nisbəti verən
adam azğındır, onu sevən və ona etiqad bəsləyən isə o sərvərin
mütisidir və ondan razı olan şəxsdir. Allah-təalanın - "De, əgər siz
Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və
[günahlarınızı] bağışlasın"
468
buyruğuna əsasən ümid vardır ki,
Sübhanın (Allahın - Ş.F.) məhbubiyyət şərəfinə yetişsinlər və onun
tərəfindən bağışlansınlar. Həmçinin həzrət əmirəl-möminin Əli
kərəmullahın - Allah onun üzünü nurlu etsin - Allah məqamınadək
yüksəldilməsi hamıya məlum olan məşhur bir əməldir. O, cənab
xalqın ona beyəti və tabe olması zamanı xalqla birlikdə idi və elə
onun özü də bəyan etmiş və tabe olmuşdur.
O həzrətə naqislik nisbəti verən adamlar o cənabın
naqisliyini gərək sübut etsinlər, amma bundan qafildirlər. Həmçinin,
hamı tərəfindən qəbul olunmuşdur ki, [Ayişə] Siddiqə - Allah ondan
razı olsun - o həzrətin xanımı olmaqla şərəflənmişdi, onun sevimlisi
(məhbubə) idi. Eşidilməsi cayiz olan bəzi işlər, Qurani-məciddə
deyildiyi kimi "Xəbis qadınlar xəbis kişilər üçün, xəbis kişilər xəbis
qadınlar üçün, pak qadınlar pak kişilər üçün, pak kişilər pak qadınlar
üçün"dür.
469
Mülahizə etmək lazımdır ki, ona xəbislik nisbəti
vermək düzgürdümü? Həmçinin əgər bazar qulunun zövcəsinə
"iyrənc iş görən qadın" nisbəti verilsə həmin qul dəhşətə gələr. Belə
olan halda necə ola bilər ki, insanların ən yaxşısının zövcəsinə və
onun kimi olanlara şiə məzhəbindən olan bəzi adamlar yaxşı fikir
söyləmirlər?
[Bu deyilənlərdən] Allaha pənah aparıram. İbrət alın, cy
ağıl sahibləri!
470
Bəziləri deyirlər ki, bizdən belə iş baş verməyib və
verməyəcəkdir də. Şəkk yoxdur ki, onlar bu bihudə danışıqları eşidir
və bunu qadağan etmirlər. Yuxarıdakı hökm onlara da şamildir.
"Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin"
471
ayəsinin hökmü "müsəlman şəxsin nəfsi paklanmazsa onun malı
468
İfadənin ərəbcəsi: "Qul: İn kuntum tuhibbunə -1-lahə fə-t-təbini yuhibbikum-ul-
lahu və yəğfir ləkum".
469
İfadənin ərəbcəsi: "Əl-xəbisatu l-il-xəbisinə və-l-xəbisunə l-il xəbisati, və-1-
təyyibatu l-il-təyyibinə, və-t-təyyibunə l-it-təyyibati"
470
İfadənin ərəbcəsi: "Nəuzu bi-l-lahi min zalikə fəitəbəru, ya ovlə-l-əlbab!"
471
İfadənin ərəbcəsi: "Və la təkulu əmvaləkum beynəkum bi-l-batel".
676
halal olmaz"
472
hədisinə əsasən müqəddəs Məşhədin məhsullarını
necə yemək olar? Cavabı budur ki, bu ayə və hədisdə müsəlmanların
və möminlərin mallarından söhbət gedir. Geniş şəkildə sübuta yetib
ki, rəzil şiələr islam və iman əhli olmaqdan xalidirlər.
Bəzi üləma tərəfindən etibar olunan bu ayə və hədisin
müxalif məfhumuna və yazılmasına ehtiyac olmayan başqa hədis və
ayələr buna dəlalət edir ki, küfr əhlinin mallarının qarət olunması,
onların bağ və əkinlərinin, imarətlərinin yandırılıb viran edilməsi
cayizdir və heç kim bunun əleyhinə deyil. Həmçinin islam padşahı
və xəlifəsinə beyət etməyən kəslərlə hərb etmək cayizdir. Üləmanın
nəzərincə, o camaatın tövhid kəlməsini söyləmələrinə və müsəlman
olmalarına baxmayaraq, onlar yuxarıda deyilənlərlə razıdırlar.
Allahın qalib şiri (əsədüllahül-ğaleb) olan Əli ibn əbi-Talebin -
Allah onun üzünü nurlu etsin - öz xilafəti dövründə etdiyi bəzi
müharibələr də bu qəbildəndir. Əlahəzrət xaqanın (yəni Şah Abbasın
- Ş.F.) bəzi müsəlmanlarla etdiyi müharibələr [də bu qəbildəndir].
Yazılanlara əsasən, müqəddəs Məşhədin ətrafındakı bağlar və əkin
sahələri "faizül-ənvar sahibinə" (İmam Rza əleyhüssalama - Ş.F.)
həzrətül-xaqaninin əcdadları tərəfindən vəqf edilmişdir. Bu diyar
"darül-hərb" ("hərb diyarı" - Ş.F.) olduğundan və islam ordusunun
müəyyən vəqfləri olmadığından o ərazi də başqa bağ və əkin
yerlərinin hökmündədir. [O yerlərin] taleyi və imtiyazının təyin
olunmasından sonra onların istifadəsi müsəlmanlara aid olacaqdır.
Əgər o yerlər istifadə olunmazsa xəlifənin haqqı vardır ki, onları
islam ordusuna və döyüşçülərinə halal etsin. Yazılanlara əsasən, bu
diyar sakinlərinin əksəriyyəti peyğəmbər (s.) nəslindəndirlər.
Onların guya ki, bu ayədən xəbərləri yoxdur: "O, sənin əhlindən
deyil və saleh olmayan əməl sahibidir".
473
Yazılanlara istinadən məlumdur ki, onların hamısı saleh
adamlardır və səlah islamın qullarındandırlar. Yazırlar ki, Məkkədə,
Mədinədə və Şamda üləma ilə onların söhbətləri olmuşdur.
Dostları ilə paylaş: |