Şer
472
İfadənin ərəbcəsi: "La yəhullu-1-malu əl-məru-n-muslinu illə mən təyyibə
nəfsəhu".
473
İfadənin ərəbcəsi: "Ləysə min əhlikə innəhu əməlun ğeyru-salehin".
677
Hər kimin yaxşılığı yoxsa əgər,
Xeyri varmı o görə peyğəmbər?
474
.
Yazılanlara əsasən, üləma qəzavü qədərə əsaslanıb, onların
alqışlanmasını qadağan etmişdir. Məlumatsızlığa baxmayaraq,
[demək olar ki,] onlar əqidələri puçdur. Yazmışlar ki, rəcəb ayı
haram aylardandır və bu ayda hərb etmək vəziyyətində olmayan
insanlarla hərb etmək cayiz deyil. Cavabı budur ki, haram ayların
haram olunması fikri artıq dəyişilmişdir (mənsux). Məşhur səhih
hədislərə əsasən həzrət əmirəl-möminin Əlinin - Allah onun üzünü
nurlu etsin - etdiyi bəzi müharibələr və o həzrətin döyüşlərə
yollanması bu ayda baş vermişdir. Yazılanlara əsasən, bu ayə -
"İnsanlan və cinləri ancaq mənə ibadət etmələri üçün yaratdım"
475
ayəsi möhkəm ayələrdəndir və ona şəkk yoxdur. Lakin [buna da]
şəkk yoxdur ki, kafirlərlə cəhad böyük ibadətlərdəndir. Vay o
camaata ki, ibadəti tərk edərək böyük səhabələri yamanlayır və küfr
və günahı savab sanırlar. [Hətta] məlun şeytanın lənətlənməsində də
savab yoxdur. Baymayaraq ki, onlardan bəziləri ayə və hədislərin
zahiri mənalarını bilirlər, amma bu batil məzhəbdən dönmürlər, on
iki imama və sələfə (Məhəmməd peyğəmbərə - Ş.F.) tabe olmuşlar.
“Biz ayələri onları dərk edən tayfalar üçün bəyan edirik"
476
. Əgər
bəzi yol azanlar iftira yağdıraraq bəzi imamlardan və sələfdən
özlərinin pis etiqadlarının güclənməsi üçün xəbər çatdırsalar, yaxud
hər kəsin bu deyilənlərə şəkki olarsa, gərək öz rəisləri Abdullahı
(Abdulla xan Özbəki - Ş.F.) kənara göndərsinlər ta aman verilsin ki,
hümayun məiyyət mülazimlərinə nəzər yetirsinlər və haqq məzhəb
hamıya cayiz olsun. Hidayətə tabe olan hər kəsə salam olsun".
477
Mövlana Məhəmməd Müşəkkək Rüstəmdarinin yazdığı
cavab məktubu Mavərənnəhr dərgahının fazillərinin" Allah onları
düzgün yola hidayət etsin və qorusun, bizi də təəssüflənməkdən və
inaddan hifz etsin"
478
, yazdıqları söz və fikirləri diqqətimizə yetişdi.
474
Beytin farscası:
Hər ke u ruy be behbud nədaşt,
Didəne-ruye-nəbi sud nodaşt.
475
İfadənin ərəbcəsi: "Və ma xələfəti-l-cinnə və-l-insə illa li yəbudunə".
476
İfadənin ərəbcəsi: "Qəd bəyyənnə-1-ayati li-qovlin yəqulun".
477
İfadənin ərəbcəsi: "Və-s-səlamu əla mən il-iəbə-əl-huda".
478
İfadənin ərəbcəsi: "Hədə hum Allahu ilə səbili rəşadi və həfəzə-humu-l-lahu-
təalə".
678
Əvvəlki məktubda əcz və savaba səbəb olan düzgün yol zikr
olunmuşdu və o ali həzrətlərin hikmətli nəzərlərindən gizli qalmadı
ki, həzrət seyyidül-mürsəlin (Məhəmməd peyğəmbər - Ş.F.) və əhli-
sünnə kitablarında yazıldığı kimi ümmətin Allahın kitabına və
[peyğəmbərin] pak ailəsinə riayət etməsi buyurulubdur. Həzrət
imaməl-cinn və-l-üns sultan Əbülhəsən Əli ibn Musa Rza - ona
Allahın salamı olsun - əcəm ölkəsində qərib olduğu üçün və bu
məktubu yazan Məhəmməd Xadim o həzrətin qəribliyinə ehtiram
əlaməti kimi, həmçinin o həzrətin pak ruhunun bərəkətindən
feyzlənməkdən ötrü onun mülazimətini ixtiyar etmişdir. [Onun] nə
qızılbaşlara ülfəti, nə də özbəklərə külfəti (qohumluğu - Ş.F.) vardır.
Din məsələsində inadkarlıq etmədən təhqiq və təftişdən sonra yəqin
etdim ki, Quran və hədisin lazım bildiyinə və həzrət məlikin əmrinə
müvafiq olaraq belə qərara gəlmişəm ki, insaf üzündən bir neçə
kəlmə ərz edim. Bu məktub əgər siz həzrətlərə çatarsa və onu
oxuyarsınızsa, bu bizim murada yetməyimiz demək olar, yoxsa
Şer
Mən bəlağətlə sanə söyləyirəm sözlərimi,
İstəsən kəlmələrimdənya sevin, ya qamlən.
479
Bu sözün nə demək olduğunu başa düşən şəxs kamil dərkə
və şamil (aidiyyətli - Ş.F.) insafa malik şəxs ola bilər.
Mavərənnəhrdən buraya gələn adamlardan eşitdiyimiz fikir belədir
ki, bizim ali nəvvab xaqanımız (Şah Abbas - Ş.F.) hər iki gözəl
fikirlə bəzənmişdir və həmçinin sizin əmirlərinizdən Kukəltaş
bahadır və başqaları da fəzilət fənlərini mənimsəmişlər.
Amma onların indiyədək Mavərənnəhr üləmaları
barəsindəki hekayətləri öz təsdiqini tapa bilməmişdir. Belə bir
məşhur məsəl var: "Tək qazinin sözü ilə bir razılığa gəlmək kifayət
etməz". On iki imam məzhəbinin fazil adamları hələ onların yüksək
məclislərinə getməklə müşərrəf olmamışlar, çünki sünni üləmaları
xatırladırlar ki, şiə məzhəbi yeni bir məzhəbdir və onun əsası
yoxdur. Biz hər iki firqənin nəzər və üsullarının təhqiqindən sonra
479
Beytin farscası:
Mən ançe şərte-bəlağəst bato miquyəm,
To xah əz söxənəm pənd gir, xah məlal.
679
bildik ki, hər iki məzhəb rəhbərləri [Allahın] kəlamı ilə hökm etsələr
faydalı olar. Bunlar şiə və sünnülərin bir çox hədis kitablarına
yığcam şəkildə [möcməl] qeyd olunmuşdur. Hər iki firqənin qəbul
etdiyi hədislər etimada layiqdir. Ehtiyatkarlıq odur ki, hər iki firqə
tərəfindən qəbul olunanlar
müxtəlif
hədislərin [düzgün
söylənilməməsi üzündən] unudulmasm. Çünki islam əhli bu iki firqə
ilə məhdudlaşmır. Əgər peyğəmbərdən (s.) sonra fasiləsiz olaraq
Əbubəkri haqq xəlifə bilsələr onlar əhli sünnüdürlər və əgər həzrət
əmirəl-möminin Əli ibn əbu Talebi [haqq xəlifə] bilsələr şiədirlər.
[Bu barədə] üçüncü fikir yoxdur. Yox, əgər bu iki firqə müştərək bir
nöqteyi-nəzərə gələrlərsə, bu islam əhlinin ümumi rəyi olar, onu tərk
etmək batil [bir əməl] sayılar. [Bu məktubun] müqəddiməsindən
sonra, ərz edirəm ki, ali həzrətlərin araşdırmadan sonra yazdıqları
sözlər ale-peyğəmbər şiəsinin küfrünə fitva verməkdir. Müxtəlif
dəlillərlə siz buyurursunuz ki, əvvəla həzrət peyğəmbər (s.) üç
xəlifəni mədh etmişdir. O həzrətin sözü kəramətli ayəyə əsasən "O,
keyfi istəyəni danışmır, bu ancaq [ona] nazil olan bir vəhydir"
480
. Üç
xəlifəni məzəmmət edən şiə [belə çıxır ki,] vəhy ilə müxalifət edir,
vohy ilə müxalifət etmək isə küfrdür. Cavab budur ki, üç xəlifənin
mədhinə və onların xəlifəliklərinin batil olmasına dair dəlil gətirmək
lazım gəlir. Əhli-sünnənin böyük alimlərindən olan Amədinin
"Şərhe-məvaqef əsərində nəql olunur ki, həzrət peyğəmbərin
dünyadan köçməsinə (rehlət) yaxın bir vaxtda islam əhli arasında bir
neçə ixtilaf yarandı. Birinci ixtilaf budur ki, o həzrət ölüm ayağında
buyurdu: "Mənə bir kağız (qərtas) verin, sizin üçün bir şey yazım ki,
məndən sonra yolunuzu azmayasınız"
481
. Ömər buna razı olmayıb
dedi: "Bu kişi qızdırmalıdır. Bizə Allahın kitabı (yəni Qurani-Kərim
- Ş.F.) kifayət edər"
482
. Səhabələr arasına ixtilaf düşdü, səslər ucaldı,
həzrət peyğəmbər (s.) inciyərək buyurdu: "Durun gedin ki, mənim
yanımda mübahisə etmək [mənim şənimə] layiq deyil"
483
. Bu hədis
Buxarinin "Sihah" kitabının əvvəlində və əhli-sünnə kitablarının
əksəriyyətində müxtəlif cür zikr olunmuşdur.
İkinci ixtilaf [isə] budur: "O həzrət ölüm ayağında ikən bir
dəstə adamın Usamə bin Zeyd ilə səfərə çıxmasını buyurdu.
480
İfadənin ərəbcəsi: "və ma yəntiqu əni-l-həva irınə həvan lə vəhyun yuhə".
481
İfadənin ərəbcəsi: "İtuni bi-qirlasin huaktubu ləkum şeyən lə -n-təzullu bədi".
482
İfadənin ərəbcəsi: "İnn-əl-rəculə ğələbət-əl-vəcə və indəna ketabullahi həsəbnə".
483
Cümlənin farscası: "Bər xizid ke, pişe-mən neza səzavar nist".
680
Yanındakılardan bəziləri bundan boyun qaçırdılar. Bu söhbət [o
həzrətə] çatdırıldı və o buyurdu: "Mən Usamənin ordusunu təchiz
etmişəm. Sözümdən boyun qaçıranlara Allahın lənəti olsun"
484
. Hər
üç xəlifə də Usamənin ordusunda idilər və [peyğəmbərin əmrinə]
tabe olmadılar. Mən (yəni Məhəmməd Xadim Ş.F.) deyirəm ki,
peyğəmbərin vəsiyyət yazmaq istəyi, qeyd olunmuş kəramətli ayəyə
əsasən vəhydir, amma Ömərin etirazı həmin vəhyi rədd etmək oldu,
vəhyin rədd olunması isə küfrdür. Bildiyiniz kimi, Allah
buyurmuşdur ki, "Hər kim Allahın nazil etdiyinə əsasən hökm
etməzsə, o, kafirdir"
485
. Kafir isə xilafət etməyə layiq deyil. Hərçənd
Ömərin küfrü və xilafətə layiq olmaması sübut olundu, sizin
dəlillərinizə əsasən Əbubəkr və Osmanın da xəlifə olmaları lazım
deyildi ki, cəmiyyət parçalanmasın. Əhli-sünnənin bütün
məzhəblərinin nöqteyi-nəzərincə onların hər üçü xəlifədir, amma şiə
məzhəbinə görə onların heç biri xəlifə deyil. Ömərin xəlifə
olmaması və Əbubəkrlə Osmanın [həmçinin] xəlifə olmaları islam
əhlinin heç birinin rəyinə uyğun deyildir. Habelə Usamənin
ordusundan boyun qaçırmaq [yuxarıda] deyilən dəlilə əsasən
küfrdür. Üç xəlifənin Usamə ordusundan boyun qaçırmaları
[yuxarıda] zikr olunan iki rəvayətə görə şiə məzhəbində müfəssəl
şəkildə isbat olunmuşdur, bu fikrin əksi də gərək [tərəfinizdən]
sübut olunsun. Bu məsələnin təfsili bu səhifəyə sığmaz. Şiə əhlinin
öz məzhəblərinin isbatında, o camaatın isə təkzibində (nəfy) bir neçə
ağlabatan (məqul) və nəql olunan dəlil vardır ki, onu Allah-təala
bilir. Bu səhifələrdə yuxarıda deyilən fikirlərə [cavab] yazılması
mümkün deyildir, [çünki] "Allah haqqı bərqərar edir və doğru yola
yönəldir"
486
. Siz ali həzrət öz şərafətli məktubunuzda etiraf etdiniz
ki, həzrət peyğəmbərin əməli də vəhydir. Buna əsasən də biz deyirik
ki, həzrət rəsulun Mərvanı* Mədinədən çıxarmağı (ixrac) da
vəhydir. Osmanın onu Mədinəyə gətirib böyük vəzifəyə qoyması
həzrətin (Məhəmməd peyğəmbərin - Ş. F.) sözünün rədd edilməsidir
və küfrdür. Bu da iki dəlilə əsaslanır. Birinci dəlil sizin
buyurduğunuz dəlildir. İkinci dəlil isə Allah-təalanın buyurduğu bu
ayədir: "Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və
484
İfadənin ərəbcəsi: "Cəhhəzu ceyşə Usamə lən-əl-lahu mən təxəlləfə ənhu".
485
5
İfadənin ərəbcəsi: "Mən ləm yəhkumu bimə ənz-əl-Allahu fəulaikə humu-1-
kafərunə"
486
İfadənin ərəbcəsi: "və Allahu yəhuqqul-həqq və yuhdi ilə səbili-r-rəşad".
681
onun peyğəmbəri əleyhinə çıxanlarla dostluq etdiyini görməzsən
487
".
Bu ayə İmamət məsələsində haqqın öz yerini tapması və batilin
aradan getməsində ən tutarlı dəlildir. Sübut və mübahisə çoxdur.
Xorasanda məşhur bir məsəl var: "Buse be peyğaməst" (yəni sənin
dediyini qəbul edirəm - Ş.F)" Əgər sizin yanınıza gəlmək mənə
müyəssər olsa, bu barədə sizə xəbər verərəm.
[Beyt]
Mən səninlə görüş istəsəm əgər,
Ola bilsin bizi Rəbb görüşdürər.
488
Amma, bu şərtlə ki, bəhsin (mübahisənin - Ş.F.)
müqəddiməsi qılınc gücünə deyil, elmi tərzdə olsun, yəni məsələ
qələm və qələmtəraşla (bükdə və qələmtəraş) icra edilsin. Və
həmçinin bu mənada üç xəlifənin mədh edilməsi hər iki firqənin
bunu qəbul etməsi demək deyildir. Bundan şiə kitablarında əsər-
əlamət yoxdur. Onların məzəmmətlənməsi üçün qeyd olunan
rəvayət xüsusiyyətli dəlillər hər iki firqə kitablarında yazılmışdır.
Həmçinin əhli-sünnədən bəziləri məsləhətlə hədis yazmışlar.
[Amma] müştərək olmayan hədisə etimad yoxdur. Xüsusilə o vaxt
ki, onu nəql edən kəs hədis yaratmağı cayiz bilmişdir, yaxud, onun
özü adil adam olmamışdır, yalnız o halda ki, hamının fikri bunun
əksinə olmasın. Vahid məlumata əsasən razılaşmamaq, yuxarıda
qeyd olunan xüsusiyyətlərə görə küfrdür.
Misra
Gər olsa o cür, Yerdə müsəlman qalmaz.
489
[Məlumdur ki,] tək-tük müctəhidlər müxalifətə yol
vermişlər. Üç xəlifənin müxalifətindən öncə peyğəmbərin onları uca
487
İfadənin ərəbcəsi: "Qəvluhu təalə lə yəcidu qovmən yuminunə li -l-lahi və-l-
yovmil-axeri yuəddinə mənhadə-l-lahu və rəsuləhu".
488
Bu beytin fars və ərəbcə yazılmış misralarının tərcüməsi:
Be hər cəmiyyəti vəsle-to cuyəm,
Ləəllə-lahu-yəcməuni va iyyəkə
489
Misranın farscası:
Pəs dər həme dəhr yek mosəlman nəbovəd.
682
tutması onların aqibətlərinin gözəl və sağlam olmasına dəlaləl etmir.
Cinayətdən əvvəl cəzalandırılma rəva deyildir!
Buna görə də, həzrət Əli (ə.) ibn-Mülcəmin-lənət olsun ona
- əməlindən xəbər tutdu, amma onu cəzalandırmadı. Xüsusi bir
əməlin düzgün olmasına dəlalət edən rəvayətin faydası yoxdur, necə
ki, bu hal "Allah razı qaldı"
490
ayəsində zikr olunmuşdur.
İkinci dəlil budur: "And olsun ki, ağac altında sənə beyət
etdikləri zaman Allah möminlərdən razı qaldı
491
" ayəsinə əsasən üç
xəlifə Allah-təalanın cənnətini qazandılar və onların yamanlanması
küfrdür. Cavab budur ki "uğurun gerçəkləşməsində Allahın razılığı
vardır"
492
deyimi həmin ayənin dəlalətidir. Beyət olan o xüsusi
əmələ heç kimin etirazı yoxdur. Onların bəzi qəbul olunmuş gözəl
işlər görmələrinə heç bir söz ola bilməz, amma etdikləri bəzi
qəbahətli əməllər əhdin və beyətin xilafınadır. Necə ki, xilafət işində
müxaliflik etmək peyğəmbərin əzminə müxalif olmaqdır ki, bu
haqda hər iki firqə kitablarında zikr olunmuşdur. Onlar xilafəti qəsb
etdilər və həzrət Fatimə səlamullahi əleyhanı - ona salam olsun -
incitdibr. Buxarinin "Səhih" kitabında yazılanlar aşağıdakı rəvayəti
tamamlayır: "Çıxdı və öbnədək onunla danışmadı".
493
Bunu mən
özüm [adı çəkilən] "Səhih" kitabında oxumuşam. Həmçinin
"Səhihe-Buxari"də həzrət Fatimə (s) haqqında belə zikr olunur ki,
"onu qəzəbləndirən məni qəzəbləndirmişdir"
494
. "Mişkat" kitabının
"Mənaqeb" bölməsində o həzrət haqqında nəql olunur ki, "onu
incidən moni incitmişdir və məni incidən Allahı incitmişdir"
495
. Bu
məzmunlu düzgün kəlamı "Allahı və peyğəmbərləri incidənlərə
dünya və axirətdə Allahın lənəti olsun"
496
ayəsi də ifadə edir. Belə
məlumdur ki, elə əməllər vasitəsilə həzrət [peyğəmbərin]
vəsiyyətinin yazılmasının qadağan edilməsi, Usamə ordusundan
boyun qaçırılması və sair kimi məsələlər saysız-hesabsız (ehsa) baş
vermişdir ki, elə bunlar da məzəmmətə səbəb oldu. Onlar bəs
490
İfadənin ərəbcəsi: "Lə qəd radiyə-l-lahu".
491
İfadənin ərəbcəsi: "Lə qəd radi-l-lahu ənil-mömininə əzibən yəunnukə təhtə-ş-
şəcərə".
492
İfadənin ərəbcəsi: "İnd-ə-t-tovfiq ridau-l-lahi"
493
İfadənin ərəbcəsi: "Fəxərəcəl ənhu və ləm yətukəlləm məəhu hətta matət".
494
İfadənin ərəbcəsi: "Mən əqzəbəhə fəqəd əqzəbəni"
495
İfadənin ərəbcəsi: "Mən əzəhə fəqəd əzəzəni və mən əzəni fəqəd əzə-l-lahə"
496
İfadonin ərəbcəsi: "İnn-əl-ləzinə yuzunə-1-lahə və rəsuləhu lənə-humə-1-lahu fi-d-
donya və-1-axirəti".
683
əməllərinin yaxşı bitməsinə, əhdə vəfa etmələrinə, aqibətlərinin
salim olmasına və həzrət rəsula (s.) beyət etmələrinə necə iddia edə
bilərlər? Beyətin pozulması və həzrət rəsul ilə müxalifət etmələri
üzündən hər kəs aqibətinin salim olması səadətinə yetməzsə
cəzalanmalıdır. Necə ki, kəramətli ayə həmin məsələyə dəlalət
edir: "Hər kəs beyəti pozsa ancaq öz əleyhinə pozmuş olar. Kim
Allahla etdiyi əhdi yerinə yetirsə [Allah] ona böyük mükafat
verər"
497
.
Üçüncü dəlil budur ki, həzrət Allah-təala Əbubəkri
peyğəmbərin dostu adlandırır və dost məzəmmətə layiq deyil. Cavab
budur ki, ayənin "[bunu] öz dostuna dediyi zaman o danışırdı"
498
hissəsində deyildiyi kimi bu da ona dəlalət edir ki, söhbət müsəlman
və kafir arasında vaq edir, hər iki tərəfin razılığı ilədir. Məlum
olduğu kimi, hər bir qardaş başqasına nisbətdə qardaşdır - istər
müsəlman olsun, istərsə kafir - qardaşlardan hər biri digəri ilə yoldaş
(həmrah) və müsahibdir - istər müsəlman olsun, istərsə kafir. "Ey
mənim iki zindan yoldaşım, ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa
bir olan qadir Allah?"
499
ayəsi deyilən sözlərin məzmunu bildirir.
"Kəşşaf kitabının müəllifi, həmçinin Beyzavi bu ayənin təfsirində
belə yazmışlar: "Ey mənim zindanda olan iki yoldaşım, Yusif
əleyhissəlam peyğəmbər idi və iki bütpərəsti "yoldaş" adlandırırdı,
necə ki, zikr olunan bu ayə aşkar surətdə buna dəlalət edir." Buradan
məlum olur ki, peyğəmbərin yoldaşı olmaq [heç də] yaxşı dəlil
deyil. [Aşağıdakı beyt] həzrətlərin səadətli qələmi ilə necə də gözəl
yazılmışdır:
Şer
Hər kimin yaxşılığı yoxsa əgər,
Xeyri varmı o görə peyğəmbər?
500
497
İfadənin ərəbcəsi: "Fo mən nəkəsə fə innəmə yonkusu ələ-nəfsihi və mən ovfo
bimə ahədə əleyhə-1-lahu"
498
İfadənin ərəbcəsi: "İz qalə li-sahibihi və huva yuhaviruhu".
499
İfadənin ərəbcəsi: "Ya sahibeyi-s-sicin, ərbabu mutəfərriqunə xəyru-ummil-lahil-l-
vahed-əl qəhhar?"
500
Beytin farscası:
Hər ke u ruy be behbud nədaşt,
Didəne-ruye-nəbi sud nədaşt.
684
Amma o həzrətlər ki, Quranı dəqiq dərk etmişlər, qeyd
olunan bu beytdə "hər ke-ra" əvəzinə "hər ke u" ("hər kimi" əvəzinə
"hər keo" - Ş.F.) yazmaqla həmin zikr olunan misraların rabitəsini
pozmuşlar və [bununla da] hər iki misranı natəmam qoymuşlar və
indiki dəqiqəyədək Molla Caminin (Əbdürrəhman Cami - Ş.F.) hələ
soyumamış ruhunu incitmişlər". Lakin bütün Xorasan əhlinə qarət
və talan üz verdiyi vaxt evlər viran oldu. Həzrət mövləvi də o
camaatdandır. Əgər onun başqa bir beyti də dəyişilərsə, bunun heç
bir qorxusu olmaz, çünki bir ərəb şerinin bu misrası da buna bir
sübutdur:
Misra
Hamılıqla gələn bəla xoş olur".
501
Elə ərəb şeirlərində (əşar) belə fikirlər vardır. Amma bu
misranı burada zikr etmək məsləhət deyil. Bu məktubu
ünvanladığımız həzrətlərdən iltimas olunur ki, hər hansı bir sözün
düşünülmədən mənalandırılmasına meyl etməsinlər.
Dördüncü dəlil budur ki, həzrət mürtəza əleyhissalam (yəni
İmam Əli - Ş.F.) ona xas şücaətinə baxmayaraq, xalqın üç xəlifəyə
beyət etdiyi vaxt orada olmuşdur, amma bu işi qadağan etməmişdir.
Bunun özü də beyətin həqiqətinə bir sübutdur. Əgər bu belə deyilsə,
o həzrəti məzəmmət etmək lazım gəlir. [Sizin bu fikrinizə] cavab
belədir: Həzrət əmir (yəni İmam Əli - Ş.F.) rəsulun
təkənlənməsindən əvvəl üç xəlifə "Səqifeye-bəne-Saidə"də
səhabələri yığıb, Əbubəkrin xəlifə olmasından ötrü onun haqqı
olmadığı beyəti həyata keçirdi. Amma, o əhvalatın şərhi bu səhifəyə
yerləşmir. O həzrət bundan xəbər tutduqdan sonra, tərəfdarlarının
azlığından, haqq əhlinin həlak ediləcəyi qorxusundan, yaxud da
başqa səbəbdən hərbə başlamadı. Bu heç də qarşı tərəfin haqlı
olmasının sübutu deyildir. Həzrət əmir böyük şücaətlə həzrət
peyğəmbərin mülazimətində dayanmışdı və heç də qüvvət və şücaət
baxımından o camaatdan əskik deyildi. Məlumatlar və kitablar buna
dəlalət edir ki, həzrət peyğəmbər (s.) və həzrət Əli (ə.) və digər
501
Misranın ərəbcəsi:
"Əl-bəliyyətu izə ammət tabət".
685
səhabələr Qüreyş ilə döyüşmədilər və Məkkeye-müəzzimədən hicrət
etdilər.
Bir müddət keçdikdən sonra Məkkəyə gələrək onlar
Hudeybiyyə sülh sazişini bağlayıb geri qayıtdılar. [O vaxt] həzrət
peyğəmbərin (s.) və digər səhabələrin cəng etməmələrinin səbəbini
həzrət əmirin (İmam Əlinin - Ş.F.) də cəng etməməsinə şamil etmək
olar. [Bu məsələdə] qüreyş kafərlərinin haqlı olmaları mütləq
surətdə təsəvvürə gəlmir. Bu nöqsan təhqiq əhlinin nəzəri kimi
yuxarıda da qeyd olunmuşdu. Baxmayaraq ki, firon allahlıq iddiası
ilə dörd yüz il hakimiyyətdə oldu, [o cümlədən] Şəddad, Nəmrud və
başqaları da həmin batil iddiada idilər. [Amma,] həzrət Allah-təala
öz kamil qüdrəti ilə onları həlak etmədi, bir çox adamlar isə onların
batil iddialarına inandılar. Əgər hər vaxt Allahın düşməni dəf etməsi
təxirə salınarsa, bu bəndənin fikrincə, bu əməl elə əvvəlki qayda
üzrə həyata keçiriləcəkdir. Necə ki, buyurulubdur, həzrət əmir
onlara beyət etdi və həmin beyət ikrah edilmədən oldu, çünki
təqiyyə
502
qadağandır ki, təqiyyənin təhqiqi bu səhifəyə sığmaz.
Necə ki, Nəcəfi
503
əqidələrinin şərhçisinin dediyinə görə Şeyxeyni
(iki şeyxi - Ş.F.) yamanlamaq küfrdür ki, həmin fikrin özü batildir.
"Camiətül-üsul" kitabının sahibi şiələri islam firqələrinin kübar
adamlarından sayır, "Məvaqif kitabının müəllifi də o yolla gedərək,
şiənin təkfirindən ötrü toplanılan məbləği (vocuh) rədd edir. İmam
Məhəmməd Qəzali də şeyxeynin yamanlanmasını küfr bilməmişdir.
[Siz cənabın isə] şiəni təkfir etməyiniz nə möminlərin xatirinədir, nə
də Qurana və hədislərə uyğundur. "Təşəyyə" məfhumu bu məktubun
əvvəllində açıqlandı və şiələri yamanlamaq əsaslı sayılmadı. Üç
xəlifənin adları heç vaxt [ağıllı] şiənin dilindən cari olmur, amma
əgər cahil şiələr lənət oxumağın vacibliyi hökmünü verərlərsə,
onların sözləri mötəbər deyildir, necə ki, cahil sünnilər şiələrin
öldürülməsinin vacibliyi hökmünü verirlər. Bu hökm mütləq surətdə
sələfin (Məhəmməd peyğəmbərin - Ş.F.) və ondan sonrakıların
fikirlərinə uyğun gəlmir. Sizin isə buyurduğunuz "bəzi hekayətləri
502
Təqiyyə - Hər hansı bir şəxsə mali, cani və ərzi zərər dəyə biləcəyi halda əqidə və
məzhəb axtarışı (Bax: D-r M.Moin. Göst. Lüğət, c. I, səh. 1123).
503
Nəcəfi - Adı Ömər ibn Məhəmməd ibn Əhməd Nəcəfi Səmərqəndi Hənəfi (hicri-
qəməri tarixlə 461-537) olmuşdur. Ləqəbi Nəcməddin olan Nəcəfi məşhur alim,
fəqih, müfəssir (təfsirçi - Ş.F.) və mühəddis (hədisçi - Ş.F.) idi. Fiqh mübahisələrinə
dair yüzədək risalə yazmışdır ki, onlara misal olaraq "Əkmələt-lul", "Və-t-təysir fi-t-
təfsir", "Əl-əqayed ən-Nəsifə, "Tarix-Səmərqənd" kitablarını göstərmək olar.
686
eşidib onları qadağan etməyən şəxs kafərdir" fikri şəriət və əql
sübutuna müvafiq deyildir. Şeyx ibn Sina buyurmuşdur: "Dəlilsiz
bir fikri təsdiq edən kəs insanlıq fitrətindən kənar olmuşdur"
504
.
Ayişə barəsində şiəyə nisbət edilən xəbislik və pis
söylənilən fikirdən (fəhşa) əlhəzər, əlhəzər! Ayişə xüsusunda
qətiyyən elə fikir deyilməmişdir. İnsanları söymək (fəhş) haramdır,
illah ki, həzrət rəsulun xanımı ola. Amma Ayişə "Evlərinizdə qərar
tutun, ilkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın"
505
əmrinə itaət etməyərək Bəsrəyə gəldi və həzrət imamla (Əli ilə -
Ş.F.) müharibə etdi. "Sənin döyüşün mənim döyüşümdür"
506
hədisinə əsasən hər iki firqədən olanlar o həzrətin hərbini noql
etmişlər. Həzrət peyğəmbərlə hərb edən kəs heç vaxt məqbul sayıla
bilməz. [Ayişə] buna görə də tənəyə məruz qalmışdır. Bu zəif şəxs
(yəni) məktubu yazanın müəllifi - Ş.F) şiə kitabları arasındakı bir
hədis kitabında oxumuşdur ki, Ayişə həzrət əmirin yanında
müharibədən tövbə etmişdir. Baxmayaraq ki, müharibə hadisəsi
mütəvatirdir
507
, tövbə hekayəti də vahid xəbərdir.
508
Amma baş
verən hadisədən sonra Bəsrənin dağıdılmasından və səhabələrdən
qırx min nəfərinin və başqa adamların qətl olunmalarından sonra,
əgər o, tövbə qəbul olunarsa, müharibə üçün lənət yağdırmaq lazım
gəlmir. "Allah bütün işlərin həqiqətini bilir və sur çalınacağı gün
haqq ilə hökm edəcəkdir"
509
. Habelə "Xəbis qadınlar xəbis kişilər
üçün, xəbis kişilər xəbis qadınlar üçün, pak qadınlar pak kişilər
üçün, pak kişilər pak qadınlar üçündür"
510
ayəsi bu mənada deyil ki,
ər-arvad (zövceyn) bütün mədh və məzəmmətlərdə şərikdirlər, yəni
əgər onlardan biri cənnətlik və cəhənnəmlik olsa, digəri də elə
olmuş olsun. Yoxsa, həzrət Nuh və Lut və onların zövcələri -
504
İfadənin ərəbcəsi: "Mən tuəvvidu ən yusəddiqə min ğeyri dəlilin fəqəd ənsələxə
ən-i-l-fitrətil insaniyyəti".
505
fadənin ərəbcəsi: "və qərrin fi biyutukunnə və lə təbərrəcənnə".
506
İfadənin ərəbcəsi: "Hərbukə hərbi".
507
Mütəvatir - hədis istilahı olub hamı tərəfindən eyni cür qəbul edilən fikir
mənasındadır (Bax: D-r M.Moin. Göst. Lüğət, cild III, səh. 3842).
508
Tövbə - Bu da hədis istilahıdır, günahdan əl çəkməkdir ki, hamı bunu "vahid bir
xəbər", yəni günahdan əl çəkmək kimi başa düşməlidir. Tövbəni pozmaq olmaz!
(Bax: D-r M.Moin. Göst. Lüğət, cild III, səh. 1160).
509
Ərəbcəsi: "və əl-lahu əiəmu bi həqayeq-əl-ümuri və huvə yəhkumu bi-l-həqqi
yövmun yənfəxu fi-s-sur".
510
Ərəbcəsi: "əl-xəbisatu l-il-xəbisinə və-l-xəbisinə l-il xəbisat, və-l-təyyibatu l-il-
təyyibin, və-l təyyibunə l-il-təyyibat".
687
Asiya
511
və Firon
512
kimi ola bilərlər. Yuxarıda zikr olunan ayə
başqa bir ayədə belə şərh olunmuşdur: "Zinakar kişi evlənməz
zinakar, ya müşrik qadınla, zinakar qadın isə evlənməz zinakar, ya
müşrik kişi ilə"
513
. Seyyidül-ənamın (islam peyğəmbərinin - Ş.F.)
övladları olan böyük seyidləri təkfir etmək təəccüblüdür. Hərgah
peyğəmbərin xanımı o həzrətin əmri xilafına olaraq səfərə çıxsa və
müsəlmanların qəbul etdikləri bir şəxs xəlifə olsa və həmin şəxs də
həzrətdən (Məhəmməd peyğəmbərdən - Ş.F) eşidərək nəyisə nəql
etsə [və peyğəmbərin xanımı o şəxslə müharibə etsə] hədisin bu
hökmünə əsasən peyğəmbərlə müharibə etmiş sayılır. Həmçinin
Ayişə qırx min səhabə və tabeinin (səhabələri görən şəxslərin - Ş.F)
qətlinə bais olmuş kimidir. Peyğəmbər övladı bəzi müsəlmanlara
xəlifə olan bir şəxsi yamanlayarsa və həmin peyğəmbər övladının
yanında o şəxsin müxalifəti sübut olunarsa belə görünür ki, həmin
şəxs peyğəmbərə müxalif olmuş, o həzrətlə aralarında olan əhdi
pozmuşdur. Həmçinin peyğəmbər övladının sözündən kimsəyə mali
və cani cəhətdən əziyyət gəlməz və əgər səhv (xəta) olsa haqqında
danışılan adam üçün savab hasil olar.
Bu iki əməldən hansı daha pisdir? Birinci əməl qətiyyən
tənəyə (qədh) səbəb olmur. İkinci əməl isə əgər küfr olarsa bundan
nə kimi hadisə baş verər? Əgər şeyxeyni yamanlamağın küfr olması
yalançı hədisə arxalanarsa, bunun savab olması yuxarıda yazıldı.
Yox, əgər bundan başqa bir şey ifadə olunursa, [qoy bizə bildirilsin
ki,] biz də eşidib ondan faydalanaq. Hər halda, insaf yaxşı şeydir.
Şiə kitablarında belə nəql olunur ki, iki gözündən kor olan ibn
Əmmi Məktum Əma peyğəmbər salavatullahın yanında idi. Bu vaxt,
o həzrətə məhrəm olan ailə üzvlərindən biri (qadın - Ş.F.) onların
yanından keçdi. Peyğəmbər (s.) həmin qadına etiraz etdi. Qadın
dedi: "Ya rəsulallah, bu şəxs kordur". Peyğəmbər buyurdu: "Sən (ki)
kər deyilsən".
511
Asiya - XIII Ramsesin oğlunun xanımı idi və tək Allaha iman gətirmişdi. O, dörd
"cənnət xanımı"nın (Asiya, Məryəm, Xədicə və Fatimə) biri idi.
512
Musa peyğəmbərin müasiri olmuş Misir padşahının vəzifə adıdır və XIII Ramsesin
oğludur. Bu padşahın hakimiyyəti dövründə Misirin şöhrət və iqtidarı azalmışdı. Elə
buna görə də o, özü üçün tikdirməyə başladığı aramgahın inşasını bitirməyə müvəffəq
olmamışdır (Bax: D-r M.Moin. Göst. Lüğət, cild VI, s. 1341-1342).
513
İfadənin ərəbcəsi: İa yənkəhu-1-əzəniyət ov muşrikətun və-z-zaniyətu lə
yənkəkuhə-1-əzənu ov muşrikun".
688
Əhli sünnə alimləri danışırlar ki, həzrət peyğəmbər küçədə
çalıb-oxuyan çalğıçılara tamaşa etsinlər deyə Ayişəni öz çiyni (kətf)
üstünə qaldırdı. Bir müddətdən sonra buyurdu: "Ya Homeyra,
baxmaqdan doymadın?"
514
. Sünnilərin yazdıqları belə qəbahətli işi
(yəni, peyğəmbərin guya Ayişəni çiyni üstünə qaldırmasını - Ş.F.)
[nəinki peyğəmbərə, hətta] ən rəzil adama belə aid etmək olmaz. Bu
qəbahət elə dərəcədədir ki, onu heç açıq-aşkar danışmaq da olmaz.
Bu əhvalatdan hasil olan odur ki, əgər hər bir şəxsin etiqadı olarsa
[aləmdə] kafər tapılmaz. Hər halda biz həzrət Allahdan sonra
peyğəmbər kimi heç bir şərafətli və kamil varlıq tanımırıq və o
həzrətin şərəfinə zidd olan heç nəyi qəbul etmirik. Amma, fəryad
ondan ki, o həzrətin etdiyi cürətdən bəzi təəssübkeşlər [yalançı]
hədislərə arxalanıb şəriət və din mövzusunu:
Dostları ilə paylaş: |