AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Vəzir Mirzə Məhəmmədin qəzəbə düçar olmasının səbəbi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə66/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   62   63   64   65   66   67   68   69   ...   96

Vəzir Mirzə Məhəmmədin qəzəbə düçar olmasının səbəbi: 

 

Budaq  xanın  müxalif  olma  xəbəri  eşidiləndə  başqalarının 

da cəsarətə gəlib belə   hərəkətlər   etməmələrindən ötrü şah ustaclı 

tayfasının  hörmətli  adamlarından  olan  Kor  Həsən  Ustaclını  Budaq 

xana  şahanə  vədlər  verməkdən  və  hüzura  gətirməkdən  ötrü, 

Xəbuşana  göndərdi.  Buna  görə  do,  orada  bir  neçə  vaxt  dayanıb 

Budaq xanın gəlişini gözlədilər. 

O,  vahiməyə  düşərək  şahın  hüzuruna  getməkdən  imtina 

etdi. Elə həmin yerdə vəzir Mirzə Məhəmməd şahın qəzəbinə düçar 


699 

 

oldu.  Onu  Fərhad  xan  vasitəsilə  həbs  etdilər.  Şahın  ondan 



dönməsinə səbəb başqalarına məlum olmasa da, amma aqil şəxslərə 

məlum idi və ağıl bunu təsdiq edirdi: [Şah vəziri ona görə həbs etdi 

ki,]  əvvəla  o,  nəvvab  şahzadə  Sultan  Həmzə  Mirzədən  sonra  Əbu 

Talib  Mirzənin  lələsi  olmuş  və  İraq  əmirləri  tərəfindən  əlahəzrətə 

ədəbsiz sözlər yazıb  Xorasana  yollamışdı.   İkincisi,  o  da  istəyirdi   

ki,  qalibiyyətlə  Mürşidqulu  xanın  yolu  ilə  gedib  məmləkətlərin 

işlərini, şaha ərz etmədən, öz rəyi və məsləhəti ilə həll etsin. Bundan 

başqa o, mirmiran ilə görüşüb belə qərara gəlmişdi ki, Yəzdə çatdığı 

vaxt  Bəktaş  xanla  damad  olsun  və  onu  öz  hamisinə  çevirib  əfşar 

tayfasının  köməyi  ilə  şahanə  bir  şəxsə  çevrilsin.  Budaq  xan  da 

sonradan  təsdiq  etmişdi  ki,  bəs  Mirzə  Məhəmmədin  təhriki  və 

fitnəkarlığı ilə mən də elə bir cəsarətə yol vermişəm. 

Xülasə,   iti   nəfsli,   təhrikci   (mofsed)   və   təşəxxüslü 

(boləndpərvaz) adamdı, lap bu misrada deyildiyi kimi: 

 

Misra 

 

Nəfsin qonan hər bir şeyə meylin vardır.

526

 

 



Mirzə Məhəmməd Vəzirin öldürülməsi: 

 

Xülasə, onun idbar işləri sona çatdı, onu sevməyən və şaha 



yaxın  olanların  təhriki  ilə  həbsə  giriftar  oldu.  Ömür  badəsi 

dolduğundan  yoxluq  (ədəm)  onun  vücudunu  yox  etmək  niyyətinə 

düşdü və o, Fərhad xanın  mülazimi  Pirəli ağa Ərbatanın  (?) əli ilə 

qətl  olundu.  Elə  həmin  məkanda  orduda  olan  Məlik  Bəhmən 

Laricani əsassız yerə qorxuya düşüb Laricana qaçdı. 

Bu  işlərin  baş  verməsindən  sonra  əlahəzrət  şah  əzəmətli 

əmirləri yığıb məclis çağırdı və soruşdu ki, hümayun ordunun İraqa 

getməsi hansı yol ilə daha münasibdir. Bəktaş xanın atası olan Vəli 

xan  Qorçibaşı  ərz  etdi:  "Əgər  hümayun  ordu  Yəzdə  tərəf  gedərsə, 

Bəktaş  xanın  və  mirmiranın  vahiməyə  düşmələrinə  səbəb  olar  və 

onlar şahın yanına gəlməyə cürət etməzlər  və  güman ki, [o zaman] 

böy  ük  hadisələr  törənər.  Yaxşısı  budur  ki,  hər  biri  bu  dərgahın 

mülazimi  və  yetişdirməsi  olan  onlann  adamlarına  güzəşt  edək 

                                                           

526

 Misranın farscası: 



Həm dər səre-an rəvi ke dər sər dari. 

700 

 

(əğmaz), Tərşiz və Səbzvar yolu ilə İraqa gedib səltənət paytaxtında 



əyləşək,  Azərbaycan  sərhədinin  nizamlanması  ilə  məşğul  olaq  və 

rumiləri dəf edək. [Əlahəzrət] qoy bu məsələdə şahanə başısoyuqluq 

(təqofol) edib onların yersiz davranışlarını bağışlasın. Mən qoca qul 

söz  verirəm  ki,  oğlum  Bəktaşın  işi  xüsusunda  əlahəzrətin 

razılığından  sonra  onu  hüzura  gətirim".  Şah  onun  xahişini  nəzərə 

alıb  Yəzdə  getmək  qərarını  ləğv

 

etdi,  Tərşiz  və  Səbzvar  yolu  ilə 



İraqa yollandı. Onlar Damğana gəldikləri vaxt artıq qış qurtarmışdı. 

Üç gün Damğanda qalıb novruzu bayram etdilər, sonra oradan Reyə 

getdilər.  Mürşidqulu  xan  İsgəndər  şanlı  nəvvabın  və  şahzadələrin 

saxlanmalarından ötrü Vəramin qalasını müəyyən etdiyindən və şah 

öz atasının oraya göndərilməsini istəmədiyindən, belə qərara aldı ki, 

o həzrəti həmin qaladan çıxarıb öz həmsöhbəti etsin. Kif (Keyf  - ?) 

qəsrində böyük bir bayram və ali bir məclis düzəldib İsgəndər şanlı 

nəvvabı  gətirməkdən  ötrü  bir  adam  yolladı.  Elə  ki,  İsgəndər  şanlı 

nəvvab  gəlib  orduya  yaxınlaşdı,  əlahəzrət  öz  məşhur  atasının 

məiyyətini  istiqbal  etməkdən  ötrü  ata  süvar  oldu.  Elə  ki,  nəvvabın 

ali  qoşunu  göründü,  əlahəzrət  atdan  düşüb  ədəb-ərkanla  müqəddəs 

atasının  dizlərini  öpdü  və  İsgəndər  şanlı  nəvvab  alişan  oğlunu 

mehribanlıqla  qucaqladı,  onlar  bir-birlərini  gördüklərindən  hədsiz 

sevindilər.  Dövlətxana  xeyməsindən  başlayaraq  hümayun  ordunun 

yanınacan yerə payəndaz döşənmişdi. Qapıya çatana qədər bir neçə 

yerdə  camaata  qızıl  paylandı,  günü  eyş-işrət  və  şadyanalıqla  başa 

vurdular. Şah məclisdən çıxıb müqəddəs hərəmxanaya təşrif apardı, 

öz  möhtərəm  bacısı  Zeynəb  bəyimlə  və  başqa  qohum  qadınlarla 

görüşdü. Sonra oradan çıxıb, birlikdə Qəzvin darüssəltənəsinə çatdı, 

qalibiyyət və iqballa bu əbədi dövlətin paytaxtında əyləşdi. 

 

FƏRHAD PAŞANIN QARABAĞA LƏŞKƏR ÇƏKMƏYİ, 

HƏMİN VİLAYƏTİ FƏTH ETMƏYİ, CIĞALOĞLUNUN 

BAĞDADDAN ƏLİŞƏKƏRƏ QƏDƏR GƏLMƏYİ, 

NƏHAVƏNDDƏ QALA TİKMƏYİ VƏ BAŞQA HADİSƏLƏR 

  

Yuxarıda  yazılmışdı  ki,  hələ  mərhum  nəvvab  şahzadə 



Sultan Həmzə Mirzənin sağlığında rumilərlə sülh danışığı başlanmış 

və  razılıq  alınmışdı.  [O  zaman]  Mürşidqulu  xan  bu  məqsədlə 

Rumdan gələn  Vəli ağa Çaşnigirbaşını  orduya çağırıb bu  məsələni 

bitirmək  istəyirdi  ki,  mirzənin  qətl  qəziyyəsi  baş  verdi  və  həmin 

məsələ  həyata  keçmədən  təxirə  salındı.  Rumilər  zəfərli  ordunun 


701 

 

Xorasana  yürüşünü fürsət bilib, Ərzrumda dayanan Fərhad paşanın 



saysız-hesabsız  əsgəri  ilə  Şirvan  vəAzərbaycan  arasında  yerləşən 

Qarabağı tutmaq üçün yürüşə başladılar. 

Həmişə  bu  tərəfin  (qızılbaşların  -  Ş.F.)  tərəfdarlarından 

olan və rumilərlə dəfələrlə bərk döyüşlər edən gürcü hakimlərindən 

Səmayun xan onunla mülayim davranan Fərhad paşanın ümidverici 

vod  və qiymətli hədiyyələrinə aldandı. Ağıllı və işgüzar adam olan 

və  qızılbaşların  düşündükləri  vəziyyəti  müşahidə  edərək  onların 

köməyindən  məyus  qalan  Səmayun  xan  rumilərlə  ixtilafa  girmək 

istəməyib  onlara  yol  verdi  və  bir  kənarda  dayandı.  Fərhad  paşa 

ondan xatircəm olub, asanlıqla Gürcüstan torpağını keçərək Qarabağ 

vilayətinə  qədəm  basdı.  O  zaman  əyalət  əmirliyi  rütbəsinə  çatan, 

lakin  hələlik  doğru-düzgün  istiqaməti  olmayan  Məhəmməd  xan 

pərişan  oldu,  Qarabağ  əmirlərindən  Nəzər  Sultan  Qazaqlar  özünün 

bütün  eli  ilə  [qızılbaşlardan]  dönüb  rumilərə  birləşdi  və  paşa 

rütbəsinə  layiq  görüldü.  Qarabağın  qacar  tayfası  və  başqa  el  və 

oymaqları elə bir-birinə dəydilər ki, nəticədə birləşə bilmədilər, rumi 

ləşkərinə  müqavimət  göstərmədilər,  öz  məmləkətlərindən  əl  üzüb 

pərişanlıqla  Araz  çayını  keçdilər,  Arasbara  gəldilər,  onların  var-

dövləti və başqa malları qarət olundu. Fərhad paşa Gəncə şəhərində 

bir  neçə  gün  qalıb,  orada  möhkəm  bir  qala  inşa  etdi,  bacarıqlı 

əsgərlər,  döyüş  ləvazimatı  və  azuqə  qoyub  geri  qayıtdı.  Təbriz 

qalasında olan Cəfər paşa, həmin vilayətin hər tərəfinin qızılbaşların 

əllərində olduğu üçün, o yerləri ələ keçirmək məqsədi ilə Təbrizdən 

çıxıb Ərdəbilə yollandı, amma Səraba çatdıqda özündə irəli getmək 

qüvvəsi görməyib geri qayıtdı. 

Lakin, Qaracadağ hakimi Xəlifə Ənsarın oğlu Şahverdi xan 

onun  itaətinə  keçib  oğlunu  onun  yanında  [girov  qalmaq  üçün] 

Təbrizə  göndərdi,  talesizliyindən  öz  dövlət  başını  tacdan  məhrum 

edib rumilərin papağını başına qoydu. Bu hadisədən sonra qızılbaş 

əmirləri Təbriz ətrafından əl çəkib, Ordubada, Mərəndə, Dizmara və 

Zünuza  tərəf  çəkildilər,  ətraf  yerlər  Cəfər  paşanın  əlinə  keçdi. 

Cığaloğlu  kimi  tanınan  Bağdad  hakimi  Sinan  paşanın  beyninə 

Əlişəkəri  tutmaq  fikri  düşdüyündən  oraya  yürüşə  keçdi.  Həmədan 

hakimi  Qorxmaz  xan  Şamlı  o  yerlərin  əmirlərinə  xəbər  göndərib 

rumilərlə  döyüşməyi  qərara  aldı.  Amma,  hələ  qoşun  toplamazdan 

əvvəl  Cığaloğlu  o  vilayətə  gəlib  qalibiyyətlə  Həmədan  yaxınlığına 

çatdı. Qorxmaz xan qafillik  və qürur üzündən ehtiyatsızlıq edərək, 


702 

 

ləşkərin  gəlib  toplaşmasını  gözləmədən  özünün  az  miqdarlı 



döyüşçüləri ilə düşmənlə döyüşə cumdu. 

Qorxmaz xanın yanına gələn Luristan hakimi Şahverdi xan 

Abbasi  döyüşçülərin  azlığını  görüb  onu  hərbdən  çəkindirməyə 

çalışdısa da ona etimadı olmayan Qorxmaz xan Şahverdinin təklifini 

bəyənməyərək ehtiyatı əldən verdi və döyüşə başladı. Şahverdi xan 

Luristan  ləşkəri  ilə  birlikdə  müharibəyə  başlamayıb  bir  kənarda 

dayandı.  Rumilər  azsaylı  qızılbaş  qoşununa  həmləyə  keçib  onları 

mühasirəyə  aldılar.  Çərxçiləri  cəngə  rəğbətləndirməkdən  ötrü  bir 

neçə şamlı döyüşçüsü ilə qoşundan ayrılan Qorxmaz xan rumilərin 

bir dəstəsi ilə qarşılaşdı. O vilayətin rumilərə birləşmiş olan bir neçə 

döyüşçüsü onu [üzdən] tanıyıb, bu barədə düşmənlərə xəbər  verdi. 

Hər  tərəfdən  üstünə  at  sürdülər,  qol-qanadını  sındırıb  onu  əsir 

aldılar. Onun ələ keçirilməsindən sonra qızılbaş döyüşçüləri hərbdən 

əl  çəkib  qaçış  yolunu  önə  tutdular.  Şahverdi  xan  Luristana  qaçdı. 

Rumilər  qarətə  başladılar.  Həmədan  əhalisi  və  o  vilayət  biçarələri 

bir-birlərinə  dəydilər,  öz  əhl-əyalı  ilə  birlikdə  əlçatmaz  yerlərə 

qaçdılar.  Cığaloğlu  Həmədandan  keçib  Nəhavəndə  tərəf  üz  tutdu. 

Bir tərəfi Luristana birləşən Nəhavənddə bir qala tikməyi qərara aldı 

ki,  həm  Əlişəkəri  zəbt  etsin,  həm  də  Lulistan  ülkasını  rumibrin 

itaətində saxlasın. 

Xülasə,  o,  Nəhavənd  qəsəbəsində  bir,  Səd  Vəqqasda  isə 

başqa  qala  inşa  etdi,  oraya  mühafizəçi,  azuqə  və  yaraq-yasaq  yığıb 

geri qayıtdı. Əksəri şiəməzhəb olan Nəhavənd camaatı isə rumilərlə 

birlikdə  olmaq  istəmədədiklərindən  öz  ev-eşiklərini  xaraba  qoyub 

ətrafa  dağılışdı.  Bu  gediş-gəliş  nəticəsində  Əlişəkər  böyük  bir 

viranəyə  çevrildi,  tamamilə  qarət  olundu.  Cığaloğlu  Qorxmaz  xanı 

özü ilə Bağdada aparıb  vəziyyət barədə xandgara  məlumat yolladı, 

etdiyi  əməllər  bəyənildi.  Bu  məqalələrin  müəllifi  bu  vaqiələri 

Qorxmaz  xanın  sərkarının  katibi  olan,  döyüşdə  vuruşub  onunla 

birlikdə  Bağdada  gedən  və  oradan  geri  qayıdan  Xacə  Əbdürrəhim 

Dərmənidən eşidib qələmə aldı. 

 

XORASAN ƏMİRLƏRİNİN VƏZİYYƏTİNİN ZİKRİ  



VƏ MÜZƏFFƏR ORDUNUN QAYITMASINDAN  

SONRA BAŞ VERƏN BƏZİ MƏSƏLƏLƏR 

 

Hümayun ordunun Xorasandan qayıtmasından sonra Budaq 



xan  və  onun  övladları  əmirülüməralıq  dükanını  açaraq  vicdan 

703 

 

xəzinələrində  olan  mətləb  əşyalarını  satmağa  başladılar.  Onlar 



şahzadə  Sultan  Həsəni  özlərinə  vasitə  seçərək,  işdən  çıxarılan  və 

Xorasanda  qalan  bəzi  əmirləri  öz  yanına  çağırıb  əhaliyə  dedilər: 

"Əlahəzrət  zilləllah  şah  İraqa  təşrif  aparmışdır  və  daha  onun 

rumilərin istilası səbəbindən Xorasana gəlmək fürsəti olmayacaqdır. 

Şahzadə  isə  əlimizdədir.  Onu  müqəddəs  Məşhədə  aparıb  dövlət 

taxtına  əyləşdirək,  başına  Toplaşaq,  Xorasan  mülkünü  zəbt  edək, 

düşməndən qorunaq. Bizə itaət etməyən hər bir kəsi dəf edib, onun 

ülkasını başqasına verək". Ortada şahzadənin adı hallandığı üçün bir 

dəstə  adam  ona  tərəf  meyllənib  Budaq  xanın  əmirülməralığını  və 

ağsaqqallığını qəbul etdi. Nişapur hakimliyindən çıxarılan Mahmud 

xan  Sufioğlu  Ustaclı  xan  ilə  birləşdi,  onun  razılığı  ilə  Nişapura 

gəldi.  Ümmət  xanın  qohumu,  Nişapurun  hakimi  Şahnəzər  Sultan 

Kuşəkoğlunun  mülazimləri  olan  ustaclı  qaziləri  Mahmud  xanın 

qədim mülazimləri olduqları üçün xana qarşı rəğbətlənərək Nişapur 

vilayətini onun ixtiyarına verdilər. 

Şahnəzər Sultan  müqəddəs Məşhədə  Ümmət xanın  yanına 

getdi,  Mahmud  xan  isə  Nişapur  hakimliyinə  qayıtdı.  Həmçinin 

özünün  pis  davranışına  və  rəiyyətin  şikayətinə  görə  Səbzvar 

hakimliyindən  uzaqlaşdırılan  İmamqulu  xan  ibn  Qubad  xan  Qacar 

öz yerinə hakim təyin olunmuş Məhəmməd Sultan Çavuşlu ibn Ənut 

(Ayqut?)  Sultanın  üzərinə  Səbzvara  gələrək,  o  vilayəti  adı  çəkilən 

Məhəmməd  xanın  adamlarından  alıb  işğal  etdi.  Əsfərayin  hakimi 

Əli  Müslim  xan  da,  onlarla  müttəfiq  oldu.  Müqəddəs  Məşhədin 

hakimi olan  və əlahəzrət zilləllah şah tərəfindən əmirülüməra təyin 

edilən xan adam  yollayaraq onların özbaşınalıq  və xüdpəsəndliyini 

qadağan  etdi,  amma  onlar  ona  tabe  olmayıb  müqəddəs  Məşhədə 

hücum  edərək  onu  şəhərdən  çıxarmaq  fikrinə  düşdülər.  Elə  bu 

məqsədlə  bir  yerə  toplaşdılar  ki,  Əbdülmömin  xanın  Xorasana 

hücumu  başlandı,  Ümmət  xan  mühasirəyə  alındı.  Onların 

vəziyyətləri  barədə  gələn  il  hadisələrin  şərhində  məlumat 

veriləcəkdir. 

Cəzaya məruz qalmış və vəzifədən çıxarılmış bəzi Xorasan 

əmirləri,  o  cümlədən  Sultan  Əli  Xəlifə  Şamlı,  Süleyman  Xəlifə 

Türkman və bir dəstə fitnə-fəsadlı adam Bəst və Zəmindavər hakimi 

olan  və  Qəndəharda  öz  böyük  qardaşı  ilə  vuruşub  ona  qalib  gələn 

Rüstəm  Mirzə  ibn  Sultan  Hüseyn  Mirzənin  yanına  gəlməyə 

meylləndilər.  Onların  bəziləri,  xüsusiylə  Süleyman  Xəlifə  Şamlı, 

Qəndəhara  getdilər  ki,  onu  aldadıb  Xorasana  gətirsinlər.  Hər 



704 

 

tayfadan  olan  Xorasan  döyüşçülərinin  çoxu  adı  çəkilən  mirzənin 



mülazimi  olmaq  istəyi  ilə  bellərinə  himmət  kəməri  bağladılar  və 

Qəndəhara yollandılar. Onun və qardaşı Müzəffər Hüseyn Mirzənin 

vəziyyətləri, həmçinin Qəndəharda və Sistanda baş verən məsələlər, 

habelə  Sultan  Hüseyn  Mirzənin  övladları  haqqında  məlumat 

əvvəldən  axıradək  gələcək  illərin  hadisələrinin  şərhində  əlahiddə 

şəkildə veriləcəkdir, inşallah. 



 

 

 

TÜRKİCƏ ÖKÜZ İLİNDƏ, DOQQUZ YÜZ DOXSAN 

SƏKKİZİNCİ İLDƏ (MİLADİ 1589/90), ŞAHIN CÜLUSUNUN 

ÜÇÜNCÜ İLİNDƏ BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ 

 

Yenə yaz gəldi ki, biz bir daha bostanə gedək, 



Yenə mey rəngi görək, bağü gülustanə gedək.  

Bütləri yad eləyib, gah baxaq sərvə tərəf  

Şövqdən gah da ələ almağa peymanə gedək.

527


 

 

Bu il Aləmi bəzəyan novruz səadət ilə doqquz yüz doxsan 



yeddinci ilin cəmadül-əvvəl ayının 3-də (miladi 1589, 3 mart) gəldi 

və ulduzlar xosrovu dünya şahı öz  məiyyəti arasında əyləşdiyi kimi 

şərəf bürcündə öz yerini tutdu. 

 

Şer 

 

Yenə gül şövqü ilə naləyə gəlmiş bülbül,  



Qoca dünya bu cahan şahı kimi oldu cavan.

528


 

 

                                                           



527

 Beytlərin farscası: 

Bəhar şod ke degər rahe-busitan girim,  

Ze badeye-ünəba* rənge-golostan girim.  

Gəhi be yade-botan sərv-ra nəzare konim,  

Gəhi ze şovq ləbe-came-ərğəvan girim.  

* Enəb-üzüm; ünəba-üzümlər 

 

528



 Şerin farscası: 

Ze şovqe - qol be səd əfgan keşid morğe-səfir,  

Ço əhde-şahe-cəhan taze gəşt aləme-pir. 


705 

 

Zilləllah  şahın  hümayun  qoşunu  ədəbi  olan  səltənət 



paytaxtına çatıb, kamranlıqla dövlət və iqbal taxtında yerləşdi. O, ali 

divanın  qədr-qiyməti  yüksək  olan  vəzarət  mənsəbini  mərhum 

nəvvab  şahzadənin  vəziri  olmuş  Mirzə  Lütfulla  Şiraziyə  verdi. 

Mirzə o  vaxtlar ali sərkarın  vəziri  vəzifəsində işləyirdi, amma yeni 

uca  mərtəbəyə  yüksəldi,  divan  işlərinin  cilovu    onun    əlinə  

tapşırıldı.      Əlahəzrət      zilləllah      şahın  zəmanə  məkrinin  rəf 

olunması  və  "həyatın  baharı"  adlanan  yenilik  dövrünü  başa 

vurmasından ötrü gedərək bahar əyyamını Qəzvin darülsəstənəsində 

şadmanlıqla  keçirməsinə  və  bağ-bostanlar  içrə  gül  üzlü  gözəllərlə 

söhbərləşərək  kama  yetməsinə  baxmayaraq,  o,  agahlıq  çöhrəsi 

üstünə işrət və zahiri (suri) nigab  çəkmiş, ağıllı  və hüşyar adamlar 

kimi, 


olduqca 

qarışıq 


hala 

düşən 


məmləkət 

işlərinin 

nizamlanmasından  ötrü  çalışır,  dövlət  işlərinin  aparılmasında  bir 

ləhzəni  belə  əldən  vermirdi.  Amma,  rumilərlə  sülhün  bağlanması, 

şahzadənin

529


  o  ölkəyə  göndərilməsi  və  münaqişənin  saxlanılması 

[bəzi  yerlərin]  osmanlıların  zəbtində  olduğu  bir  vaxtda  çətin  bir 

məsələ  idi.  Belə  vəziyyət  şah  və  ordu  üçün  olduqca  ağır  idisə  də, 

əlahəzrət öz hədəfə dəyən  rəyi  və uzaqgörən əqlinə söykənərək bu 

məsələlərin  icrasına  öz  razılığını  verdi,  çünki  iki  yüksək  məqamlı 

padşah  iki  tərəfdən  İran  ölkələrinə  hücuma  keçmişdi,  qızılbaş 

tayfaları arasında hələlik birlik yox idi, Yəzd hakimi Bəktaş xandan 

müxalifət  əlaməti  zahir  olmuşdu,  fars  zülqədərləri  tayfası  Bəktaş 

xanın  təhriki ilə  qiyama  qalxmışdı,  o  zamana  qədər  Kuh-Giluyədə 

yaşayan  və  şaha  itaət  edən  bəzi  ərəşli  əmirləri  Kuh-Giluyədə 

özbaşına  hakim  vəzifəsini  qəsb  edən  Həsən  xan  Əfşarın  təsiri  ilə 

yenidən cahana pənah  verən dərgahdan üz çevirmişdi, qulaqlarında 

həmişə  itaət  sırğaları  olan  İran  məmləkətlərinin  ətraf  yerlərində 

yaşayan bəzi adamlarının hər biri cənnətməkan şahın vəfatından bu 

günədək  keçən  on  beş  il  müddətində  öz  yerlərində  iqtidar  bayrağı 

qaldırıb istiqlal və istibdaddan dəm vururdular. Belə olan halda o iki 

qüvvətli düşmənə müqavimət göstərmək qorxulu idi və onların biri 

ilə  barışıq  etməkdən  başqa  çarə  yoxdu.  Zəmanə  ilə  ayaqlaşmaq 

məqamı  idi.  Əgər  şaha  pərvərdigarı  yar,  bəxt  və  iqbal  ulduzu 

mədədkar olarsa, haqq öz yerini tutacaqdır. 

  

Şer 

                                                           

529

  Qeyd: Rum ölkəsinə girov göndəriləcək şahzadənin - Ş.F. 



706 

 

 



Əql yol göstərdi vəfalı kimi,  

"Tək əldən səs çıxmaz "  sualı kimi.  

Kimləsə döyüşmək bacarıq deyil,  

Düşmənlə barışıq əql işidir bil.

530

 

 



Zərurət üzündən əlahəzrət zillallah şah sülhə razılıq verib, 

şahzadənin özü ilə [Ruma] aparacağı silah və sursatın hazırlanması 

ilə  məşğul  olaraq,  o  zaman  Ərdəbil  darülirşadının  hakimi  olan  və 

ağlı,  biliyi,  fəhmi,  bacarığı  və  həşəməti  ilə  başqa  əmirlərdən 

fərqlənən Səmayun (?) Sultanın oğlu Mehdiqulu xan Cavuşlunu elçi 

təyin  etdi.  O,  mirzəni  ləyaqətlə  yola  salaraq  həzrət  xandgara 

dostcasına,  sədaqətamiz  məktub,  layiqli  töhfələr  və  hədiyyələr 

göndərdi. Şah bu işlərin əncamından ötrü gəlib, iki il gözləyən  Vəli 

ağa Çaşnigirbaşıya da inayət nəzəri yetirdi qayıtmasına icazə verdi. 

Vəli  ağa  belə  deyirdi  ki,  Cığaloğlunun  İraqa  qoşun  çəkməyi 

xüsusunda  xandgar  tərəfindən  heç  bir  hökm  verilməmişdir  və 

Cığaloğlu özbaşına gəlib Nəhavənddə qala inşa etmişdir. Buna görə 

də, şahın nurlu düşüncəsi belə məsləhət bildi ki, həmin qalanı fəth 

etməkdən  ötrü  bir  dəstə  döyüşçü  göndərərək,  şahzadənin  İstanbula 

çatmasına  qədər  oranı  yerlə  yeksan  etsin,  beləliklə  də  sülh  sazişi 

bağlanarkən Nəhavənd qalası rumilərin əlində olmasın. O, Həmədan 

vilayətinin  əyalətlərini  Təhmasibqulu  Sultan  Ərəşlıyə  inayət  edib, 

onu  Nəhavənd  qalasını  tumağa  yolladı,  bayat  əmirlərini  ona 

köməkçi  təyin  etdi,  onlar  da  şahın  əmrinə  müvafiq  həmin  yerə 

yollanaraq qalanı mühasirəyə aldılar, və oranı bir neçə gündən sonra 

fəth etməyə başladılar. 

O   əsnada Əbdülmömün xanın Xorasana gəlişi xəbəri gəlib 

çatdı,  hümayun  ordunun  Xorasana  yollanması  vacib  bilindi.  Adı 

çəkilən əmirlər Nəhavənd qalasını ələ keçirə bilmədilər və Cığaloğlu 

ikinci dəfə Nəhavəndə gəlib, qalanın ehtiyacı olan azuqə və sursatı 

Bağdaddan gətirdi, orada yeni mühafizəçilər yerləşdirib geri qayıtdı. 

                                                           

530


 Şerin farscası: 

Xerəd şod be in nokteəş rəhnəmun,  

Ke avaz n-ayəd ze yek kəf berun.  

Setize bekəs n-əz təvanayi əst,  

Modara be doşmən ze danayi əst. 

 


707 

 

Sülh  sazişi  bağlandıqdan  sonra,  bu  iş  sülh  maddələrində 



əks  olunduğundan  İraqın  ortasında  yerləşən  həmin  qalanın  ələ 

keçirilməsinə  cəhd  edilmədi  və  beləliklə  qala  rumilərin  əlində 

qalmış  oldu,  onun  geri  alınması,  başqa  yerlər  kimi,  başqa  vaxta 

saxlanıldı ki, tezliklə bu barədə Allahın iltifatı və padşahın qüvvəti 

ilə öz məqamında yazılacaqdır. 

Ağıllı  adamlar  tərəfindən  bəyənilən  həmin  sülh  sazişi  bir 

dəstə  nadan,  cahil  və  ağızsız  adamın  təəssübkeşliyinə  səbəb 

olduğundan,  onlar  məsələdən  uzaq  fikirlər  söyləyirdilər.  Şərafətli 

kamyab nəvvab, cavanlara xas qəzəbə, tündməzaclığa və hirsə malik 

olsa  da,  ağıllı  və  tədbirli  qocalar  kimi  hərəkət  edib,  o  adamların 

yersiz  sözlərinə  əhəmiyyət  vermədi.  Doğrudan  da,  həmin  sülh  və 

barışıq  nəticəsində  dinə  və  dövlətə  külli  miqdar  fayda  oldu,  çünki 

artıq  rumilər  tərəfindən  xatircəmlik  hasil  olundu  və  şah 

məmləkətlərinin  qarışıqlığını  aradan  götürməyə  başladı,  nəticədə 

bəxtin gücünə, tədbirin gözəlliyinə və ağıllı rəyə uyğun olaraq fitnə-

fəsad İran mülkündən uzaqlaşdırıldı, tezliklə üsyankar tayfaların hər 

biri və ev düşmənləri dəf olundu, inadkar adamların başları elə itaət 

çənbərinə gətirildi ki, bu əməl bəsirət gözü olan adamların heyrətinə 

səbəb oldu, həmin qala və düşmənlərin əlinə keçən başqa yerlər geri 

alındı,  onlara  bir  neçə  tutulmuş  qala  və  şəhər  də  əlavə  olundu. 

Beləliklə, məmləkətlər düşmənlərdən elə təmizləndi ki, hal-hazırda 

İran  mülkünün  ərazisi  rövzeyi-rizvana  çcvrilmişdir  ki,  tezliklə  bu 

barədə yazılacaqdır. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin