AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə69/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   65   66   67   68   69   70   71   72   ...   96

Misra 

 

Gedib öz şəhrinə olsun özü öz şəhriyarı.



537

 

 



Əgər  Bəktaş  xan  Kirmana  gedərsə  bədxahlarının  cəza 

vermək  imkanı  olmayacaq  və  Yaqub  xan  Kirmana  gəlməyəcəkdir. 

Əgər o hətta Kirmana qoşun çəksə belə, orada onu dəf etmək asan 

olacaqdır". 

Bəktaş xan qeyrətə qısılıb arxasını düşmənə tərəf çevirmək 

istəmədi  ki,  xalq  arasında  bir  fərari  kimi  töhmətə  məruz  qalsın. 

Həmin  vilayətdə  ona  yardım  etməklə  şövkət  və  iqtidar  bayrağını 

qaldıran mirmiran da onun getməyinə mane oldu. 



 

Yaqub xanın Bəktaş xan ilə cəngi və  

Bəktaş xanın məğlub olması: 

 

Xülasə,  cahil  və  nadan  adamların  təhriki  ilə  Bəktaş    xan 



yanındakı  adamın  az  olmasına  baxmayaraq,  Yaqub  xanla  hərb 

etməyə hazırlaşıb şəhərdən çıxdı, onun qarşısında döyüş səfi qurdu. 

                                                           

537


 Misranın farscası bebdir: 

"Be şəhre-xod rəvəd o şəhriyare-xod başəd". 



727 

 

Hər  iki  tərəf  hərb  alətlərinə  əl  atdı.  Şiraz  ləşkərinin  çərxçiləri 



aramsız  həmləyə  keçdilər.  Əfşar  qoşununun  dilavərləri  onların 

sədəmələrinə tab gətirə bildi  və Yəzd qoşununa qorxu üz  vermədi. 

Öz  ləşkərinin  mərkəzi  hissəsini  (qəlb)  və  düşmənin  çoxluğunu 

müşahidə  edən  Bəktaş  xan  anladı  ki,  əgər  cəng  qayda-qanununa 

riayət  edərsə,  həmin  saysız-hesabsış  ləşkərə  müqavimət  edə 

bilməyəcəkdir.  Abbas  Sultanla  hərb  zamanı  əl  atdığı  üsula  əməl 

edib, qoşununun hamısını hərəkətə gətirdi və onlar bütövlükdə Şiraz 

ləşkəri  üzərinə  hücuma  keçdilər.  Bəktaş  xan  qoşunun qol  hissəsini 

yürüş üçün öz etibarlı adamlarına tapşıraraq, ləşkərin özünə məxsus 

şücaətli  döyüşçülərini  qoldan  ayırdı,  sürətlə  hücuma  keçdi,  çərxçi 

döyüşçülərinin  səfini  dağıtdı,  Şiraz  əskərinin  səbat  və  dözüm 

bünövrəsinə zəlzələ saldı. Yaqub xan çaş-baş qalıb, əfşar qazilərinin 

məharətli bir sədəməsindən sonra öz əskərlərində acizlik və sınıqlıq 

müşahidə etdi. Elə iztiraba düşdü ki, bayrağının yanından uzaqlaşıb 

ehtiyatını  əldən  vermədi.  Fars  əmirləri  zümrəsindən  olan 

Mürtəzaqulu  xan  Pornakın  oğlu  Məhəmmədqulu  xan  ürək-dirək 

verərək onu səbr və dözümə rəğbətləndirməkdəydi. 

Amma,  Bəktaş  xan  təmtəraqla  irəliləyərək,  Yaqub  xan 

ləşkərinin qoluna yaxınlaşan vaxt əfşar qazilərinin bir dəstəsi onların 

sayının  çoxluğunu  görərək  döyüş  fikrindən  döndü,  Bəktaş  xanın 

cəsarətlənməsinə  mane  oldu.  Onlar  fəqət  qol  ləşkərinin  qarşısında 

bir ləhzə dayandılar. Zülqədərlər onların dayanacaqlarını  müşahidə 

etdilər,  bir  qədər  inamları  artdı,  öz  səbat  qədəmlərini  irəli  atdılar. 

Yusif  xan  mülazimlərinin  bir  dəstəsi  döyüş  vaxtı  döyüşçülərin 

arasında olan Bəktaş xanı tanıyıb, Yaqub xana xəbər verərək xanın 

orada  olduğunu  bildirdilər.  Bəktaş  xanın  qolda  olduğunu  güman 

edən  Yaqub  xan  isə  bir  qədər  təşviş  içərisindəydi.  Amma,  xanın 

qoldan uzaq düşdüyünü və irəli gəldiyini öyrəndi, döyüşçülərini onu 

mühasirəyə  almağa  və  qaçış  yolunu  bağlamağa  rəğbətləndirdi. 

Döyüşçülər Bəktaş xanın hər tərəfindən gəlib onu araya aldılar. Xan 

vəziyyəti  belə  görüb  özünün  artıq  bəla  dəryasında  batacağını  başa 

düşdü,  səbəbsiz  yerə  ləngiməyindən  pərt  oldu  və  peşimançılıq 

barmağını  həsrət  dişi  ilə  dişlədi,  əgər  cəngi  davam  etdirərsə  ələ 

keçəcəyini  anladı,  məcbur  olub  meydandan  qaçmaq  və  qola 

birləşmək istədi, amma buna fürsət tapa bilmədi. Səflər yaran igidlər 

müxaliflərin  səflərini, Bəktaş xanınsa ön  və  arxasını dövrələdikləri 

üçün  o,  qorxudan  şəhər  yolunu  önə  tutdu,  döyüşçüləri  də  onun 

məğlub  olduğunu  görüb  fərar  yoluna  rəvan  oldular.  Bəktaş  xan 



728 

 

şəhərə  daxil  olub,  öz  etibarlı  adamlarına  darvazaları  bağlamağı 



tapşırdı, Kirmana getmək, yaxud Yəzddə dayanmaq və qaladarlıqla 

məşğul  olmaq  barədə  məsləhətləşməkdən  ötrü  mirmiranın  yanına 

getdi. 

Bəktaş xanın şəhərə gələn xeyrxahlarının bir dəstəsi onun 



gəlişini  bəyəndilər  və  dedilər:  "Gərək  elə  indi  Kirman  yoluna 

getmək  lazımdır,  çünki  həqiqətən  də  əqlin  məsləhəti  belədir.  İndi 

ləngimək vaxtı deyil və səhərədək ön fərsəx yol getmək olar. Gərək 

elə  bu  ləhzə  çıxıb  gedək".  Bəkdaş  xan  qeyrətləndi,  çünki  o, 

mirmiranın  qızı  olan  möhtərəm  hərəmini  Yəzddə  qoyub  aradan 

çıxmaq istəmirdi. Onu özü ilə aparmaq da çətin idi. Başqa yandansa, 

Yaqub xan böyük bir dəstə adamını Kirman yoluna yollaya bilərdi. 

Bundan  başqa  xan  öz  adamlarından  da  şübhələnərək,  onlara  etibar  

edə bilmirdi. 

Amma,  Yaqub  xan  və  zülqədər  ləşkəri  Bəktaş  xan 

ləşkərinin  məğlubiyyətini  müşahidə  etdikdən  sonra  bir  qalib  kimi 

zəfərlə şərəfləndilər. Artıq axşam düşdüyü üçün məğlubiyyətə düçar 

olanları  təqibə  başlamadılar,  gecə  qaranlığı  [məşəqqətinə]  giriftar 

olmadılar  və  elə  orada  da  qaldılar.  O  gecə  Bəktaş  xanın  şəhərə 

getdiyi aydınlaşdı. Yaqub xan onu hiyləgərliklə ələ gətirmək fikrinə 

düşdü,  çünki  onun  elə  bu  gecə  Kirmana  gedəcəyindən  qorxurdu. 

Buna görə də o, elə həmin ləhzə özünün iki-üç ağsaqqal adamını elçi 

sifətlə  mirmiranın  yanına  şəhərə  göndərdi.  Yaqub  xanın 

məktubunun  qısa  məzmunu  beləydi:  "Bəktaş  xan  dövlətə  müxalif 

olduğu üçün aləmpənah şahın dustağıdır. Biz onu sizə tapşırmışıq. 

Əgər  çıxıb  hansı  bir  tərəfə  gedərsə,  siz  cənab  şah  tərəfindən 

cəzalanacaqsınız". Məktub bir qədər təhdidamiz tərzdə yarılmışdı. 

Alişan seyid  və  ehtiramlı adam olan  mirmirana qarşı əmir 

və  əyanlar  heç  vaxt  ədəbdən  kənar  bir  hərəkət  etməmişdilər.  O, 

bilirdi ki, Yaqub xan cahil bir cavan  və  məğrur bir şəxsdir, onunla 

mübahisə məqamında dayanmaq olmaz. Mirmiran onun təhdidindən 

qayğılandı  və  elə Bəktaş xanın  yanına  gələn  elçilərə dedi:  "Bəktaş 

gördüyünüz  kimi  mənim  yanımdadır  və  heç  yana  getməyəcəkdir, 

inşaallah. Xeyirli və məsləhət görülən bu təklifə əməl olunacaqdır". 

O,  Bəktaş  xanın  aradan  çıxacağından,  özününsə 

cəzalandırılacağından  qorxub,  ona  nəzarət  etmək,  əgər  şəhərdən 

çıxmaq  istərsə  mane  olmaq  məqsədiylə  bir  neçə  adama  əmr  verdi. 

Bununla  kifayətlənməyib,  öz  adamları  tərəfindən  qorunan  darvaza 

mühafizəçilərinin  yanına  adam  yollayaraq,  Yaqub  xanın  bir  dəstə 



729 

 

adamını  şəhərə  gətirdi,  evinin  qapısını  onların  üzünə  açdı. 



Mirmiranın  bivəfalığını  müşahidə  edən  Bəktaş  xan  ona 

güvənməkdən  əlini  üzdü  və  başa  düşdü  ki,  bürc  və  barıların 

möhkəmləndirilməsi  və  qaladarlıq  daha  mümkün  deyildir,  bunun 

heç  faydası  da  yoxdur.  Bundan  başqa  o,  öz  adamlarından  da 

şübhələnmişdi  və  onlara  etibar  etmirdi.  İztirab  işgəncəsinə  qapılıb 

nə  edəcəyini  bilmədi.  Nə  qalmaq  fikri,  nə  də  getmək  ayağı 

qalmamışdı.  Mirmiranın  adamları  onun  hər  tərəfini  kəsmişdilər, 

gediş-gəlişinə göz qoyurdular. Həyat badəsi dolduğundan əcəl onun 

ətəyindən tutub, heç yana hərəkət etməyə qoymurdu. 

 

Bəktaş xanın öldürülməsi: 

 

Adamlarının  hərəsinin  öz  hayında  olduqları  o  qaranlıq   



gecə çağı Bəktaş xan bərk iztirab hissi  ilə evdən eşiyə çıxır, yenə də 

içəri qayıdırdı. Hər dəm bir xəyal, hər ləhzə bir fikir edirdi. Var-qəl 

edə-edə  gördü  ki,  bir  neçə  nəfər  biganə  adam  yaraqlanıb  evin 

qapısını  qorumaqdadır.  Onların  Yaqub  xanın  adamları  olduqlarını 

anladı. Başa düşdü ki, onlar mirmiranın işarəsi ilə buraya gəlmişlər. 

Əlini qılınca atıb onlara tərəf getdi.  Elə bu əsnada qoluna bir güllə 

dəydi və əli hərəkətdən qaldı. Məlum oldu ki, ya onun fikrini bilən 

kimsə  onu  yaralamışdır,  ya  da  əli  tüfəngli  öz  xidmətçilərindən 

birinin  əlindən  təsadüfən  güllə  açılmış  və  onun  həyat  xırmanını 

yandırmışdır. 

Xülasə,  o  adamlar  onu  yaralayaraq  özlərini  çatdırıb  həbs 

etdilər.  Bəktaş  xan  özünü  dost  və  düşmənə  giriftar  gördü,  qeyrətə 

sığınıb  əli-qolu  bağlı  halda  Yaqub  xanın  yanına  aparılmasını 

istəmədi.  Onları  əfşar  tayfası  ilə  qorxudaraq,  onu  qətl  etmələrini 

xahiş  etdi,  həmin  adamlar  da  dərhal  Bəktaş  xanı  qətlə  yetirib, 

arxayınlaşdılar. Bu hadisə gecə  yarısı baş  verdi. Bəktaş xanın qətli 

xəbəri Yaqub xana çatdıqda, onun şadlığı əndazəyə sığmadı, əzəmət 

və iqtidarı asimana yüksəldi. Bəktaş xanın başını ali dərgaha yolladı, 

məsələnin  necə  baş  verdiyini  məktubla  ərz  etdi.  Bəktaş  xanın 

mülazimləri  və  yoldaşları  öz  hallarının  qeydinə  qalıb  arxayın 

yerlərdə  gizləndilər.  Hələ  sübhi-sadiq  açılmamışdı  ki,  zülqədər 

ləşkəri  şəhərə  tökülüşdü,  onların  qarət  və  tarac  əlləri  əfşarların 

evlərinə uzatdı. Müxalifətə qarışmayan və dostu düşməni ayırmayan 

avara  adamlar  da  əl  atdıqları  hər  yeri  qarət  süpürgəsi  ilə 

süpürürdülər. 


730 

 

Xülasə,  bu  qəziyyələr  zamanı  Yəzd  camaatını  müxtəlif 



sıxıntılar və təşvişlər bürüdü, qarmaqarışıqlıq və qovğalar iki-üç gün 

çəkdi. Yəzd əhalisinin çox evi tərac olundu, mir-miranın təbəələri də 

qarət  edildilər.  Onun  böyük  Övladı  olan  cənab  Şah  Xəlilullah 

həmişə  atasının  ziddinə  gedirdi,  Bəktaş  xana  qarşı  da  müxaliflik 

edirdi.  Onunla  Yaqub  xan  arasında  yazışma  vardı.  O,  o  zaman 

Yaqub  xanın  yanına  gəlib  izzət  və  ehtirama  layiq  görüldü.  Amma, 

Yaqub  xan  mirmiranı  və  onun  başqa  övladını  Bəktaş  xanla 

müvafiqət, özünə qarşı ilə üsyankarlıq və müxalifətdə ittiham edib, 

onlara ehtiram  göstərmədi, hətta onlara təhqir  məqamında dayandı, 

Bəktaş  xanın  xəzinələrinin  zəbti  üçün  göndərdiyi  adamlara 

mirmiranın  da  evinə  göz  yetirmlərini  tapşırdı.  Mirmiranın  evində 

bir-iki  qız  görən  qızılbaşlar  onlara  qarşı  çox  da  nəzakətsizlik 

etmədilər,  mirmiran  xanədanına  mənsub  olan  evlərə  çox  da  əl 

uzatmadılar. Amma, ona çoxlu xiffət və üzgünlük nəsib oldu. Yaqub 

xanın  təvəqqəsi  ilə  rəsme-peşkəş  və  rəsme-tərcüman  vergisi  adı 

altında  ondan  küllü  miqdarda  pul  alındı.  Bu  sətirlərin  müəllifi  bu 

qəziyyələr  baş  verən  zaman  orada  olmuş  cənab  Asəfsifət  Hatəm 

bəydən  baş  verənlər  barədə  məlumat  aldığına  görə,  ondan 

eşitdiklərinə  və  həmçinin  sözlərinə  şübhə  olmayan    adamların  

təsdiqinə  əsaslanıb,  mətləbi  uzatmaq istəməyərək həmin hadisələri 

qısaca  və  nöqsansız  qələmə  aldı.  Xülasə,  Yaqub  xan  Yəzd 

darülibadəsində  və cənnət  kimi  gözəl bağ-bostanlarda bir neçə  gün 

eyş və xürrəmlikdə gün keçirdi. Şah Xəlilullah ona şahanə ziyafəllər 

verirdi. Yaqub xan təbiətən xəsis bir adamdı. Bəktaş xanın iyirmi il 

ərzində  topladığı  xəzinə  və  mallara  göz  dikdi,  onlara  heyran  oldu, 

sədaqət  və  bəndəlik  yolundan dönərək onları özünə  götürdü. Nəfis 

malları  özünə  ayırdı,  onların  az  bir  hisəssini  ali  dərgaha  göndərdi. 

Əgər  sədaqətli  adam  olsaydı,  belə  bir  xidmət  etdiyinə  görə  iftixar 

hissi keçirməklə kifayətlənər, dünya xəzinələrini “səadətli adamların 

ən  aşağı  mərtəbəsi  (ədna)  sədaqət  mərtəbəsidir”  [deyərək],  böyük 

razılıqla  öz  vəlineməti  ilə  bərabər  bölüşdürməzdi,  gözünü  onun 

dirhəm  və  dinarına  dikməzdi.  Əgər  doğru  hərəkət  etmiş  olsaydı, 

şahm  nəzərində  bir  zərrə  də  olmayan  Bəktaş  xanın  sərvətinin 

hamısını  şaha  göndərərdi.  Onda  belə  bir  səadətli  əməlin  bəhrəsi 

olmadığı üçün, dünya malına aldandı, özünü hər cəhətdən təmin etdi 

və qəflət badəsindən  elə  məst oldu ki, gözü  etmiş oduğu qəbahətli 

əməlləri  görə  bilmədi,  qürur  nəşəsindən  sərxoş  olmağa  başlayıb, 

hətta cürət edərək bəzi işlərə də baş qoydu. Məsələn, Yusif xanı öz 



731 

 

məsləhəti  ilə  Kirmana  hakim  etdi,  onunla  şərtləşdi  ki,  sözündən 



çıxmasın  və  oranın  bütün  var-dövlətini  ona  versin;  Əbrquhu  öz 

qardaşı  oğlu  Bəndər  xana  verib,  şaha  xidmət  etmək  səadətindən 

uzaqlaşdı;  İstiqlal xülyası  ilə  Şiraz darülmülkünə gedib cəhalət və 

xudpəsəndlinə  görə  sultanlardan  fərqləndi;  Bəktaş  xanın  zövcəsi 

olan mirmiranın qızına evlənməyi vəd etdi, onu zorla Şiraza aparıb 

kəbin  kəsdirdi;  Əmirlərin  ülkalarında  dəyişiklik  aparıb  bütün  Fars 

məmləkətini  özünün  irsi  mülkü  güman  etdi.  Öldürdüyü  bütün 

zülqədərlərin  əmlakını  təmamən  zəbt  edib  özünə  götürdü.  Beyni 

bərk  pozulmağa  başladı.  Cah-cəlalı  elə  həddə  gəlib  çatdı  ki,  Lar 

valisi  üçün  xələt  yolladı.  Adamlar  Yaqub  xanda  şahanə  kamal 

dərəcəsi nıüşahidə edib, onun böyük olduğunu qəbul etdilər  və hər 

fərmanına  tabe  oldular.  Lar  valisi  özünü  onun  nökəri  kimi  təqdim 

edərək, göndərdiyi xələti əyninə geydi. 

Xülasə,  Yaqub  xan  bir  neçə  vaxt  Şirazda  kama  yetdi, 

günlərini eyş  və  şadyanlıqla keçirdi. Elə bir gün gəldi ki, ruzigarın 

ona gözü dəydi, alçaq əməlləri və ədəbsiz hərəkətləri onun qədrinin 

bilinməməsinə  gətirib  çıxardı,  cəzasına  çatdı.  Bu  haqda  gələn  ilin 

hadisələrinin təsviri zamanı, inşaallah, bəyan ediləcəkdir. 

 

HÜMAYUN ZİLLƏLLAH ŞAH ORDUSUNUN BEHİŞTNİ-

ŞAN İSFAHANA YÜRÜŞÜNÜN ZİKRİ, HƏMİN XEYİRLİ 

SƏFƏR VAXTI BAŞ VERƏN HALLAR VƏ 

QƏLƏBƏLƏRİN BƏYANININ ZİKRİ 

 

Bundan  əvvəl  sözümüzün  dibaçəsi  əhvalatlar  yazan 



qələmlə  belə  bəzəndi:  Bəktaş  xanın  üsyanı  nəticəsində  Yəzd  və 

Kirman  vilayətlərində  baş  vermiş  qarışıqlıq  xəbəri  şahın  cəlal 

qulağına  gəlib  çatdığından,  hümayun  ordunun  oraya  yürüşü  lazım 

gəldi.  Buna  görə  də  hərəkətə  başlayıb,  iqbalının  həmrahlığıyla 

səltənət  paytaxtından  İsfahan  darüssəltənəsinə  yollandı.  Bu  xeyirli 

səfərdə  İsgəndər şanlı nəvvaba da  yoldaşlıq etmək təklif olundu. O 

həzrət buna raztlıq verdi və birlikdə yola düşdülər. 

 

Misra 



 

"Ay ilə günəşin yolu bir oldu".

538

 

                                                           



538

 Misranın farscası belədir: 



732 

 

 



İsfahan hakimi olan xasseyi-şərifə qulamı Yolu bəy həmin 

vilayətin  aqibətini  həyacanlı  görərək  Təbərrük  qalasını  təmir  etdi, 

bürc  və  barıları  möhkəmlətdi,  qaladarlıqdan  ötrü  qalanın  ehtiyacı 

miqdarında  azuqə  və  yaraq  topladı.  Səfehliyinin  çoxluğu  və 

ağılsızlığının  bolluğundan  özünü  cənnətnişan  İsfahanın  mülkədarı 

güman  edib,  müstəqillikdən  dəm  vurmağa  başladı.  Qoşun-ləşkər 

bəzəyərək onlan özünün  müdafiəsindən ötrü nizama  saldı,  iqtidar 

bayrağını  göyə  qaldırdı.  Zəfər  ayəli  xanın  öldürülməsi  xəbəri, 

yuxarıdı  yazıldığı  kimi,  gəlib  çatdı  və  dövlətxah  adamlarının 

ürəklərini coşdurdu. Yaqub xan faxir xələt, celdu (?) və başqa gözəl 

şeylərlə  şərəfraz  oldu.  İsfahana  adam  yollayaraq  Yolu  bəyə 

mehmanların qəbuluna hazırlaşmasını tapşırdılar ki, elə indicə onun 

mehmannəvazlığından  danışılacaqdır.  İstimalətnamələr  və  ardı-

ardınca  xələtlərin  göndərilməsi  onu  ürəkləndirdi  və  həmin  tərəfə 

rəvan  oldu.  Bəktaş  xanın  öldürülməsindən  və  müzəffər  ordunun 

yürüşündən  xəbərdar  olan  Yolu  bəyin  itaətdən  başqa  yolu 

qalmamışdı,  buna  görə  də,  qalanı  etibarlı  adamlarına  tapşırıb  özü 

tək-tənha hümayun məiyyətin istiqbalına yollandı. Kaşan və İsfahan 

arasında  şahla  görüş  şərəfinə  yetişib  hədsiz-hesabsız  şəfəqqətlərə 

layiq görüldü.  Elə həmin gün  izn alaraq, xasseyi-şərifə sərkarının 

zəruri mallarının və mehmandarlıq ləvazimatının tədarükündən  ötrü  

İsfahana  qayıtdı.   Müzəffər  ordu  isə xoşbəxt bir saatda İsfahana 

yetişdi  və  o  mülkün  əhalisi  tərəfindən  istiqbal  olundu.  Şəhərin  üç 

fərsəxliyində 

yerləşən 

Dövlətabaddan 

Nəqşi-cahanın

539


 

dövlətxanasına  qədər  xalılar  döşənmişdi.  Bir  neçə  yerdə  hümayun 

orduya  qızılla  dolu  tabaqlar  səpələyirdilər.  Əlahəzrət  böyük 

şadyanlıqla  şəhərə  daxil  olub,  dövlətxanada  dayandı.  O  mübarək 

məkan  qürurlanıb    hümayun    qədəmin    oraya  dəydiyinə  görə 

cənnətin həsədinə gəldi, eyş  və şadyanalıq qapıları bu güclü dövlət 

adamlarının  amal  və  əmin-amanlıq  çöhrəsinə  açıldı.  Yolu  bəy  də 

onlara xidmətkarlıq mərasiminə hazırlaşdı. 

 

 

 

                                                                                                               

"Qran kərde bahəm məh-o afitab" 

539


 İsfahanın adlarından biri - Ş.F. 

733 

 

Yolu bəyin Təbərrük qalasına fərar etməsi: 

 

Amma,  o,  Təbərrük  qalasını  möhkəmlədərək,        oranı  öz 



etibarlı  adamlarına    tapşırmışdı,    heç    kimi  qalaya    qoymurdu.  

Alnında  bəndəlik  möhürü    (dağ)    olan  Yolu  bəyin  bu  hərəkəti 

bəyənilməzdi.  Əlahəzrət  şah  bu  barədə  ona  heç  bir  söz  demir,  hər 

gün  ona  yeni-yeni  lütfkarlıq  göstərirdi.  Yolu  bəy  hümayun  şahın 

işarəsi ilə evinə gedib bayram və şadimanlıq mərasimi tərtib etməyə 

başladı  ki,  o  ali  məclisin  qonaqlığını  ləyaqətlə  yerinə  yetirsin. 

Əlahəzrət öz yaxın adamları ilə birlikdə təşrif gətirib, onun evini öz 

gəlişi ilə işıqlandırdı. Şahanə bayram və padşahanə söhbət başlandı. 

Şah  büsatına  və  müqəddəs  məclisə  təşrif  gətirən  yaxın  adamlar 

Zöhrə  hüsnlü  saqilərin  əllərindən  mey  alıb  onu  özlərinin  arzu 

kamına  süzürdülər.  Yolu  bəy  xainliyindən      şahın      ona      etdiyi   

lütfkarlığa   baxmayaraq, qorxu hissindən uzaqlaşa bilmirdi.  Həmin 

məclisdə  ona  bərk  vahimə  üz  verdi  və  o,  iki-üç  gündə  bir  dəstə 

etibarlı adamı ilə qalaya qaçdı, top-tüfəng gətirərək bürc və barıları 

möhkəmlətdi,  qaladarlıq  etməyə  başladı.  Onun  ağılsızlığına  dəlalət 

edən  bu  yersiz  hərəkəti  hamının  təəccübünə  səbəb  oldu.  Əlahəzrət 

onun  lütfkarlıq  və  bəndəpərvərliyinə  görə  bir  dəstə  əmiri,  xüsusən 

həzrət  cənnətməkan  şahın  vaxtında  əzəmətli  əmirlərin  ən  böyüyü 

olan  Seyid  bəy  Kəmunəni,  Yolu  bəydən  ona  üz  verən  vahimənin 

səbəbini  soruşmaq,  xoş  nəsihətlərlə  müxalifət  vadisindən  geri 

qayıtmaq  və  düzgün  sədaqət  yoluna  gətirməkdən  ötrü,  qalaya 

göndərdilər. Yolu bəy qulağına qəflət və nadanlıq pambığı basaraq, 

həmin  xoş  nəsihətləri  qulağardına  vurdu,  gələn  elçiləri  həbs  edib, 

onları etibarlı adamlarına tapşırdı. Elə nadan bir qulamın müxalifət 

xəbəri cahan şahının iqamət etdiyi İsfahan şəhərində dövlət əleyhinə 

yönələn  nöqsan  və  fitnəkar  bir  əməl  idi.  Onunla  hərb  etməkdən 

çəkinmək, şahanə qəflətə qapılmaq, ona şəfəqqət  göstərib günahını 

bağışlamaq dövlətə sərf etməyən bir iş idi. Yaxınlarının arasında öz 

yaxınlığı  ilə  seçilən  və  hələ  mərhum  Sultan  Həmzə  Mirzə 

zamanında Yolu bəylə sədaqət və dostluqdan dəm vuran Fərhad xan 

Qaramanlı  qalaya  gedib  şahdan  onun  nəsihət  yolu  ilə  aradan 

çıxarmasını xahiş etdi. Onun xahişi qəbul olundu və Fərhad xan bir 

neçə  mülazimi  və  xidmətçisi  ilə  birlikdə  qalaya  getdi.  Yolu  bəy 

birinci  gün  Fərhad  xanla  dostanə  söhbət  etdi  və  qonaqpərvərlik 

qayda-qanununu  yerinə  yetirdi.  Amma,  ertəsi  gün  yanındakı  bir 

dəstə  fintəkarın  təsiri  ilə  Fərhad  xanı  qalada  həbs  etdi,  onun  və 



734 

 

mülazimlərinin  qılınc    və  başqa  alətlərini  bellərindən  çıxardı, 



mülazimlərini  hüsyar  adamlarının  nəzarəti  altında  saxladı,  amma 

Fərhad xanla onun arasında bir neçə gün görüş davam etdi. Fərhad 

xanın həbs olunma xəbəri əlahəzrətə gəlib yetişəndə, belə bir cəsarət 

və ədəbsizlikdən onun şahanə qeyrət məşəli alovlandı. Hökm olundu 

ki, əzəmətli qorçilər, dərgah mülazimləri və İsfahan əyanları qalanı 

mühasirəyə alıb qalatutma ləvazimatı hazırlasınlar. Fərmanı alanlar 

padşah fərmanına  əməl edərək qalanın hər tərəfinə  əhatəyə  aldılar. 

Hər iki tərəf arasında bir neçə gün hərb qapıları açıldı. Bəsirət gözü 

xarab  (xərabül-bəsrə)  olan  Yolu  bəy  çox  götür-qoydan  sonra  öz 

aqibətini fikirləşib, anladı ki, onun bu rəftarı neməti tapdamaqdır, o, 

bu  dünyada  və  axirətdə  lənətlənəcəkdir.  Buna  görə  də,  qalada 

Fərhad  xanla  görüşüb  dedi:  "Əgər  əlahəzrət  bu  qulamın  etdiyi 

rəzalətə  əfv  qələmi  çəkib  İsfahan  hakimliyini  fərmanla  mənə 

verərsə,  qaladarlıqdan  əl  çəkərək  qaladan  çıxaram".  Fərhad  xan 

zəmanəyə uyğun olaraq, onun xahişini qəbul edib, dediyini şaha ərz 

etdi.  Əlahəzrət  zilləllah  şah Fərhad  xanın  məsləhətiylə  Yolu  bəyin 

iddiası  ilə  razılaşdı  və  ona  faxir  xələt  yolladı,  cürbəcür  şahanə 

vədlərlə  arxayın  etdi.  Yolu  bəy  Fərhad  xanın  onunla  etdiyi  əhdə 

etimad  göstərib,  qaladan  çıxdı,  şahın  yanına  gəlmək  şərəfi  ilə 

şərəfləndi.  Əlahəzrət  zahirdə  ona  diqqət  yetirib  izzət  və  ehtiram 

göstərdisə  də,  mübarək  xatiri  batində  onun  yersiz  hərəkətlərindən 

incik idi. Necə də incik olmasın? Vəlinemətə qarşı üsyana qalxmaq, 

elə pis əmələ cəsarət etmək, sonra nicat tapmaq [şaha  görə] böyük 

səfehlik və ağılsızlıqdır. 

 

Şer 

 

"Üzünə ağ olmaq vəline mətin  

Göydən düşmək kimi bir işdir çətin ".

540


 

 

Nəticədə    bu    şerin    mənası      onun    vəziyyətinə      uyğun 



gəldi.  Yolu  bəyin  başında  bir  neçə  gün  İsfahan  hakimliyi  havası 

dolandı, qalanı verməklə şahın incikliyinin rəf olacağına düşündü və 

qalanı  təhvil  verdi.  Qala  zəbt  olunduqdan  sonra  İsfahanın  əhalisi 

                                                           

540

 Beytin farscası belədir: 



"Ba vəlinemət ər borun ayi,  

Gər sepehri ke, sərnegun ayi" 



735 

 

onun  hakimliyi  ilə  razılaşmayaraq  deyinməyə  başladı.  Yolu  bəy 



çarəsizlikdən  İsfahan  hakimliyindən  gözünü  çəkdi,  özünün  sağ-

salamat  qalması  ilə  razılaşdı,  Fərhad  xana  ümid  etdi,  öz  aqibətini 

ona  tapşırdı.  Fərhad  xan  bir  müddət  onunla  insan  kimi  davrandı. 

Aralarında bərk dostluq da  vardı.  Amma, bu  gün neməti tapdamağı 

Yolu bəyin  vəziyyətinə uyğun oldu  və onun həyat ipi fələyin qəhr 

qılıncı ilə qırıldı. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin