Beyt[lər]
Fələyin qələmi yazıbsa əgər,
Onun yazdığım kim poza bilər?
Rəbb verdiyi üçün təqdirə qərar,
İtirdi ağlını aqil adamlar.
Onların səyləri xeyirsiz oldu,
Surət aynasında əks pozuldu.
369
Bu yerdə münasib olardı ki, Təbriz və təbrizlilərin
düşdükləri vəziyyətlərin bəzilərini zirək (nokfepərdaz) qələmlə
yazaraq mətləbə başlayaq.
369
Beytlərin farscası:
An ke kelke-qəza qədəm sazəd,
Kəs be təğyire-an nəpərdazəd.
Çon ze təqdire-kerdgare cəhan,
Şod təbəhkar an nekuxeradan,
Səy-o tədbireşan mofid nəbud,
Əndər ayine surəti nənəmud.
525
Aləmin vəziyyətindən xəbərdar (mostəxbər) olanlardan
gizli deyildir ki, fəxarətli Təbriz şəhəri uzun müddət İranın paytaxtı
və fərman verən padşahların səltənət mərkəzi olmuşdur. Orada ali
imarətlər, məscidlər, mədrəsələr, dövran sultanları, vəzirlər və
hakimlərin inşa etdikləri binalar, kəndlər, tarla və tərpənməz əmlak
vəqf olunan xeyriyyə müəssisələri, ürəkaçan bağlar və bostanlar o
qədərdir ki, dili sınıq qələm onların bir neçəsini belə yaza bilməz.
Təbriz camaatı ev və mənzillərinin inşasına, bəzək-düzəyinə,
avadanlıqla təchiz olunmasına və yaraşıqlı görünməsinə o qədər səy
edir ki, ən kasıb bir bazar adamının evi aliqədr bir əmirin orada
qalmasına layiqdir. Cənnətməkan şahın zamanında Rum padşahı
Sultan Süleyman bir-iki dəfə bu mülkü tutmaq üçün gələndə şiəliyə
(təşəyyö - Ş.F.) və müqəddəs səfəviyyə xanədanına ürəkdən
bağlanan Təbriz əhalisi bu dövlətin yolunda çox xidmətlər
göstərdikləri üçün şəhərin bütün xalqı cənnətməkan şahın diqqət və
iltifatına layiq görülmüşdü. Bu fəxarətli şəhər əhalisinin əksəriyyəti
tacir, peşəkar və sənətkar olduğundan [Şah Təhmasib] onların
üzərinə qoyulan male-möhtərifəni* onlara bağışlamış, şəhəri
təkalife-divanidən" azad etmişdir. O, təbrizlilərə o dərəcədə ehtiram
bəsləyirdi ki, onlara "qaziye-ehdas " təyin etmiş və qərar çıxarmışdı
ki, daruğələr hadisələri "qaziye-ehdasın"
370
iştirakı ilə şəri sorğu-
sual yoluyla həll etsinlər, günahkarlara etdikləri günah müqabilində
şəri cəza versinlər və onların heç birindən cərimə almasınlar.
O şəhərin adamları bir neçə il əmin-amanlıq içində
yaşamış, imarətlərin, ev ləvazimatları və bəzək əşyalarının, qadın
zər-zivərlərinin gözəl olması üçün lazım olduğu qədər çalışmışdılar.
Şəhərin abadlığı və əhalisinin çoxluğu elə bir həddə gəlib çatmışdı
ki, bütün İslam şəhərləri arasında o əzəmət, cəmiyyət və abadlıqda
yer yox idi. Amma fələyin yaralı gözü onlara [da] nəzər saldı, o
abad şəhər viranəyə döndü, əhalisi qətl və qarətə giriftar oldu, sağ
qalanları isə yüz həsrətlə vətəndən aralı düşdü. Təbrizin əyan-əşrafi
və əhalisi möcüzbəyan [Quranda] bəyan olunan "Məliklər bir şəhərə
və sairəyə (iləx) girdikdə oranı viran edər, əhalinin əzizlərini zəlil
edərlər"
371
ayəsinə uyğun şəkildə izzət zirvəsindən məzəllət
nöqtəsinə yuvarlandılar.
370
Qaziye-ehdas - mübahisəli işlər qazisi - Ş.F.
371
İfadənin ərəbcəsi: "İnn-əl-mülukə iza dəxəlu qəryətən və iləx..." Qeyd: Qurani-
Kərimin əksər nüsxələrində bu ayənin son sözü "iləx" kimi yox "əfşədənə" şəklində
526
Xülasə, Fərhad paşanın Təbrizə gəlişi xəbəri dəqiqləşəndə
də şahm və adlı-sanlı şahzadənin qızılbaşlara, xüsusilə təkəli və
türkman tayfalarına bu yürüşün dəf edilməsi xüsusunda
məsləhətamiz hökmlər göndərmələrinə baxmayaraq heç bir faydası
olmadı. Təkəli və türkman tayfaları inadkarlıq etdilər və həmin
tayfalar və Fars, Kirman və İraq ləşkərlərindən heç biri gəlib
hümayun əsgərlərə qoşulmadı.
İsgəndər şanlı nəvvab ordu ləvazimatı ilə (əğrəq) Urumdula
və Zemara getdi, şahzadə isə ixtiyarında olan az miqdarda əmirlər,
dövlət başçıları, qorçilər və xasseye-şərifə* mülazimləri ilə birlikdə
rum ləşkəri ilə hərb etmək üçün hümayun ordudan və adlı-sanlı
atasından ayrıldı, [arama] qorçibaşı bir dəstə qorçi ilə İsgəndər şanlı
nəvvabın xidmətində qaldı. Şahzadə sayı on-on iki minədək olan
iqbal əmirləri ilə Təbrizin dağətəyi şəhəri olan Mərənddə dayanıb,
Təsuc yolu ilə gəlib-gedən saysız-hesabsız rum ləşkərini müşahidə
edərək fürsət intizarında idi. Rum ləşkəri həddən ziyadə çox
olduğundan, ali orduda olan belə az döyüşçü ilə onların qarşısına
çıxıb döyüşmək mümkün deyildi. Osman paşa [isə] köç-köç gələrək
Təbrizin Şurab adlı yerində dayandı.
Təbriz əhalisinin gözü o böyük qoşuna sataşdıqda,
onların canına bərk qorxu düşdü. Osmanlılar iki-üç dəfə hücumla
şəhərin küçəbəndinə, dövlətxana yaxınlığına gəlib çatdılarsa da qarşı
tərəfdən müdafiəyə başladılar. Arada kiçik savaş oldu. Rumiyyə
[qoşunu] qələbə çalıb top və zərbzənlə
372
küçəbəndləri dağıdaraq
Sahibabad meydanına gəldilər. [Qızılbaş] döyüşçülərinə və əhaliyə
məlum oldu ki, rumilərin hücumunu dəf etmək onların gücündən
yuxarı bir məsələdir. Buna görə də təlaşa düşdülər və bir yerə
toplaşıb müdafiə oluna bilmədilər. Hüseynqulu Sultan, Pir Qeyb xan
və şəhərdə olan hər qızılbaş kənara çıxıb ali orduya birləşdilər.
Qızılbaşların köməyindən məhrum olan təbrizlilər iztiraba
düşərək, özlərinin və əhli-əyallarının mühafizəsi üçün qazi Kamran
bəy Əvhədini və müfti və şeyxüislam olan Mövlana Məhəmmədəli
Mövlana İnayətoğlunu xahişlə Osman paşanın yanına yolladılar,
itaət və tabeliklərini bildirdilər. Osman paşanın onlara əvvəlcə bir
neçə məsləhət verməsinə baxmayaraq o, sonradan, Təbriz əhalisinin
yazılmışdır: Bax. Qurani-Kərim. Bakı, Şərq-Qərb mətbəəsi, 1996, s. 379; həmçinin
Qurani-Kərim. Tehran, hicri 1376, s. 379 - Ş.F.
372
Qaladağıdan silah - Ş.F.
527
igidliyini çox görmüş olduğundan ehtiyatlandı, onda ağıl və mülk
ələ keçirtmək fikri üstünlük təşkil etdi, [elçilərə] bildirdi ki, qoy
təbrizlilər çox da çaxnaşmaya düşməsinlər, öz qeydlərinə qalsınlar
onlar bundan sonra xondgarın rəiyyətləridirlər.
Elçilər şəhərə qayıdıb bütün görüb-eşitdiklərini Təbriz
əhalisinə danışdılar.
Amma, ağıllı və dərrakəli adamlar bilirdilər ki, rumiyyənin
ürəyində Təbriz əhalisinə qarşı kin vardır və məzhəb ayrı-seçkiliyinə
görə onlar bunlarla barışa bilməzlər. [Buna görə də] onlar öz
haylarına qalıb var-dövlətlərini zirzəmilərdə, evlərdə və quyularda
gizlətdilər, bir-bir, iki-iki öz əhli-əyallarının əllərindən tutaraq gecə
vaxtı piyada-atlı fərar vadisinə tərəf üz tutdular. Belə bir günün
gəlişini gözləyən alçaq adamlar onların yanlarındakı pulları yollarda
əllərindən alır və onları lüt-üryan qoyurdular.
Osman paşa [isə] asudəliklə şəhərə daxil olub, Təbriz
dövlətxanasını qala üçün münasib bildi, Şurabdan keçib, Təbrizin ön
tərəfində yerləşən Cərəndaba gəldi, qala inşa etməyi qərara aldı. O,
[görüləsi işləri] əsgərlərin arasında böldü və iş başlandı. Rumilərin
qala tikməklə məşğul olduqları qırx gün müddətində qızılbaş
qaziləri, Surxab dağını özlərinə dayanacaq yeri seçmələrinə
baxmayaraq, gecələrin və gündüzlərin əksər vaxtında rumiyyə
ordusunun yaxınlığına gəlib, onlara əl uzadırdılarsa (dəstbordi) da,
belə hücumlar rum leşkərinin çoxluğundan nəticəsiz qalırdı. Rumilər
[isə] qalanın inşasını başa çatdırdılar. Onlar şəhərdə əllərinə
keçirtdikləri bol azuqəni, topu, zərbzəni və başqa yaraq-yasağı
qalanın içinə yığdılar və Axta Cəfər paşanı qala mühafizəsinə
təhkim və Təbrizə hakim etdilər.
Qala inşası vaxtı Osman paşa Təbrizdə əhalini qətliam etdi.
Bunun zahiri səbəbi Təbriz əhalisinin rumilərlə yola getməməsində
idi. Gecələr Təbriz yolkəsənləri rumilərin xeymələrinə basqınlar
edir, onların mallarını əllərindən alır, özlərini isə fürsət düşdükcə
öldürürdülər. Qalaya da hücumlar edib, rumilərin gündüz
tikdiklərini gecə uçurdurdular. [Beləliklə] Osman paşaya
təbrizlilərin belə əməlləri haqda məlumatlar verildi. Günlərin bir
günü Pəskuçək hamamında çimənlər bir rumini qətl edib hamamın
quyusuna atmışdılar. Bu xəbəri eşidən Osman paşanın qəzəb atəşi
şöblənmiş və o, türkcə belə demişdi: "Təbriz xalqı əcəb fərəsətli (?)
tayfadırlar", yəni "Təbriz əhli fitnəkar tayfadır və bütünlüklə
qırılmalıdır, çünki üsyan və tüğyan əlamətləri onların üz-
528
gözlərindən (bəşəre) görünür". Bu hökm qəzanın hökmü ilə
imzalandı və Osman paşa tərəfindən sadir oldu. Həmin sözləri
eşidən rumilər qılınclarını çəkərək şəhərə tökülüşüb qırğına
başladılar. Təbrizlilər gizli yerlərdə gizlənməkdən və gecələr öz
başlarına nə isə bir əlac etməkdən başqa bir çarə tapa bilmədilər.
Rumilər isə, çöldə kimi görürdülərsə qətl edirdilər. Rumilər sonra
evlərə hücum edib kişiləri bəla qılıncına yem edir, var-dövlətlərini
talayır, qadın və qızları əsir gölürürdülər. Uşaq və övrətlərin
fəryadları fələyədək ucaldı. Rumi əhalisindən bir dəstə xeyirxah və
Allahdan agah olan adam Osman paşanın yanına gedərək onunla
danışıq apardılar və paşanı bu qəbahətli əməldən çəkindirdilər.
Osman paşa günün axırında əsgərlərə qətl və qarəti
qadağan etdi. Amma, sağ qalan [təbrizlilər] canlarının qorxusundan
mallarını şəhərdə qoyub, öz əhli-əyallarının əlindən tutaraq gecə
şəhərdən çıxdılar, bələd olmadıqları çöllərə, biyabanlara
səpələndilər. O gözəlikdə memarlığı və avadanlığı olan [Təbriz]
şəhəri isə müxaliflərin əllərinə keçdi və rumilər evlərdə və gizli
yerlərdə (nihanxanə) qalan saysız-hesabsız var-dövlətə və dəfinəyə
sahib oldular.
Çoxlu var-dövlət axtarıb-tapmaq naminə bəs qədər təhqiq
və təftiş etdilər. Belə ki, əhalinin ev əşyalarının (əsasəlbeyt)
gizlədildiyi və dərinliyi iyirmi zər olan quyuların üstünü örtüb
üstündə ev tikmələrinə baxmayaraq, rumilər həmin yerlərə də yol
tapır və quyu dibindəki şeyləri ələ keçirirdilər. Amma bu əməllər
Osman paşa üçün yaxşılıqla nəticələnmədi və o, məzlumların və
əhli-beyt şiələrinin
373
ah-nalələrindən Allahın qəzəbinə gəldi, heç bir
xəstəliyi olmadığı halda xonaq
374
xəstəliyinə giriftar olaraq, öz
varlıq libasını fəna küləyinə verdi. Rumilərin Təbriz şəhərində
qaldıqları qırx-əlli gün ərzində künc-bucaqda baş verən kiçik
döyüşlərdən başqa qızılbaşlar və rumiyyə arasında daha üç böyük
hərb oldu və hər üç hərbdə qalibiyyət müzəffər ləşkərə (qızılbaşlara
- Ş.F.) qismət oldu.
373
Qeyd: Məhəmməd peyğəmbərə, onun qızı Fatiməyə və 12 imama beyət edən şiə
əhalisi. Onlara "Peyğəmbər ümməti" də deyirlər – Ş.F.
374
Qeyd: Boğaz xəstəliyi, difterit - Ş.F.
529
QIZILBAŞ VƏ RUMİ LƏŞKƏRLƏRİ ARASINDAKI
HƏRBLƏRİN ZİKRİ. QULU BƏY QORÇİBAŞININ
SƏRDARLIĞI İLƏ BAŞ VERƏN BİRİNCİ DÖYÜŞ
Məsələnin bəyanı belədir: Rumi döyüşçüləri Təbrizi ələ
keçirdikdən, qızılbaşlar şəhərdən çıxıb şahzadənin ali ordusuna
birləşdikdən sonra onların qüvvələri məlum oldu. Müəyyənləşdi ki,
rumilərin güclü olmaları bilindikdən sora bu qədər az adamla o
hədsiz-hesabsız ləşkərlə cəng etmək [qızılbaşların] işi deyildir.
Şahzadə geri qayıdıb Urumdulda hümayun orduya birləşdi. O,
orduda qalan ağıllı və tədbirli Qulu bəy Qorçibaşı Əfşarla
məsləhətləşdi. Başa düşdülər ki, elə məsələnin başlanğıcında şəhərin
əhalidən boşaldılmaması səhv hərəkət olmuşdur. Belə qərara
gəldilər: "Şəhər rumilərin əlində olduğundan təbrizlilər
dağılışmışlar. Belə bir vəziyyətdə ləşkərin və köməyin azlığından və
müxaliflərin çoxluğundan cəngə girişmək sərfəli deyildir. Gözləyək
ki, onlar qalanın inşasını bitirib getsinlər və gediş vaxtı gizlincə
onların arxalarından hücuma keçib, bacardığımız əməliyyatı həyata
keçirək. Onlar çıxıb öz ölkələrinə getdikdən sonra isə biz geri
qayıdıb qalaya hücum edərik, Azərbaycanın rəiyyət və qoşunlarını
toplayıb Allah-təalanın köməyi ilə qalanı ələ keçirərik. Belə bir
vaxtda bundan qeyri bir tədbir düşünmək münasib deyil".
Şahzadə ona xas olan qeyrət və namus hissinin
çoxluğundan özlərinin vaxtı qəflətdə, rumilərinsə istirahət və qala
tikmək ilə keçirmələrinə imkan verilməsinə heç vəchlə razı ola
bilmirdi. Qərara gəldilər ki, onun özü şəxsən müharibəyə yollansın,
"Allahın istəyi ilə çox zaman olar ki, az dəstə çox dəstəyə qələbə
çalsın"
375
ayəsinə uyğun olaraq Allahın inayətinə arxalanıb,
mümkün qədər səy göstərsin.
Qorçibaşı və ağsaqqallar o həzrətin hərbə getməsinə razı
olmurdular. Qorçibaşı xahiş etdi ki, əvvəlcə onun özü (qorçibaşının
- Ş.F.) bir dəfə cəngə gedib ləşkəri çınaqdan keçirsin. Əgər bu
cəngdən sərfəli bir əməl baş verərsə, ikinci dəfə qoy şahzadə döyüşə
getsin və bir qədər döyüşdükdən sonra qayıdıb özünü saray
əsgərlərinə çatdırsın. Ağıl sahibləri bu fikri bəyəndilər. Hümayun
ordu hərəkət edib şəhərdən dörd fərsəx aralıda yerləşən
375
Ayənin ərəbcəsi: "Kəm-min-fiətin qəlilətin ğələbət fi-ətən kəsirətən bi-izn-il-
lahi".
530
Dərənəhəngə gəlib orada dayandı. Şahzadə qorçibaşını ləşkərə
sərdar təyin edib irəli yolladı, Məhəmmədi xan Toxmaq [isə] ali
məiyyətlə qaldı.
Qorçibaşı bəzi əmir və işə yararlı adamları çərxçi sifətilə
irəliyə göndərdi. Onlar yolun şərq tərəfindən Fəhusfənc çayından
keçərək, İraq yolu ilə yuxarı çıxıb özlərinin göstərdilər. Rumiyyə
qızılbaş ləşkərinin gəlişindən xəbərdar oldu. Osman paşa o vaxtlarda
rumilərin on şücaətli döyüşçüsü olan Cığaloğlunu sərdar təyin edib
bir dəstə paşa və sərhəd əmiri ilə onların qarşısına yolladı.
Rumilərin qızılbaş ləşkəri barədə az məlumatları olduğundan,
Cığaloğlu qızılbaş ləşkərinin qolunun çayın ortasında olduğunu
bilmədi, yalnız çərxçilərin qolunu gördü. O, topxana və ərradədən*
ayrılıb cəsarətlə irəli cumdu və döyüşə başladı. Bu tərəfdən də
çaydan keçib yuxarı tərəfə gələn qızılbaş igidləri rumilərin qolunu
görüb atlarının yüyənlərini onlara sarı döndərdilər. Rumilərdən bir
həmlədə on min nəfərədək əsgər qətl edildi. Qızılbaş ləşkərinin
mərdanə sədəmələrindən lərzəyə düşən Cığaloğlunun əsgərləri
məğlubiyyətə uğradılar, qızılbaş qazilərinə isə fəth və zəfər
müyəssər oldu. Rumilərin mötəbər adamlarından bir neçəsi əsir
götürüldü. Cığaloğlu isə, məğlubiyyət vaxtı özünü belə vəziyyətin
ola biləcəyi təqdirdə, amadə olan bir itiqaçan madyana minib aradan
çıxdı.
Kor Seydi Xəbuşlu iddia edirdi ki, mən Cığaloğlunu nizə
ilə yaralamışam, amma onun sözü sübut olunmadı.
Osman paşa cəng barədə hər saat məlumat almaqda idi.
Xəbər aparanlar ona bildirirdilər ki, qızılbaşlar şücaət göstərirlər.
[Buna görə də] Osman paşa qoşun-qoşun kömək yollayırdı.
Qorçibaşı müxaliflərin məğlubiyyətindən və onların sərdarı
Cığaloğlunun fərarından sonra rumilərdən kömək gələcəyindən
çəkinərək, qızılbaşların geri qayıtmalarına əmr etdi. Gün sona
yetdiyindən geri dönərək elə həmin çay kənarında dayandılar. Onlar
ertəsi gün orduya çatıb, kəsilən başları, ələ keçirilən şeyləri və əsir
tutulan adamları aləm şahzadəsinin nəzərinə yetirdilər və şahanə
mükafatlara layiq görüldülər. Osmanlı ordusunun etdiyi qətliamdan
sonra qaçıb [hümayun] orduya gəlmiş təbrizlilərdən belə sözlər
eşidildi: Bu cəngdə rumilər qızılbaşlardan gördüklərini gördülər.
Osman paşa Cığaloğlunu danlayaraq onu qorxaqlıq (cəbən),
ürəksizlik (bəddeli) və sui-tədbirsizlikdə ittiham etdi.
531
ALƏM ŞAHZADƏSİ SULTAN HƏMZƏ MİRZƏNİN
SƏRDARLIĞI ALTINDA BAŞ VERƏN İKİNCİ VƏ
ÜÇÜNCÜ DÖYÜŞLƏR
Dörd-beş gündən sonra, ləşkər bir qədər dincəldikdə,
nəvvab şahzadənin özü ali ordudan on-on iki min döyüşçüsü ilə
birgə rumilərlə hərbə yollandı. Rumilər elə ki, qızılbaş ləşkərini
gördülər, Osman paşa bu dəfə Qaraman bəylərbəyi Murad paşanı və
Diyarbəkr bəylərbəyi Məhəmməd paşanı sərdar təyin edib, Anadolu
ləşkəri ilə qızılbaşlarla döyüşə yolladı. Hər iki tərəfin çərxçiləri
Fəhusfənc çayı kənarında biri-birlərinə yetişdilər, hərb mərəkəsi
qızışdı, qarşılıqlı və ardı-arası kəsilməz həmlələr baş verdi. Rumiyyə
üstünlük əldə etməkdə idi. Şahzadə onların qələbəsinə dözə
bilməyib öz igidlik atını mübarizə meydanına sürdü. Qorçibaşı və
dövlətxah ağsaqqallar ehtiyat üzündən şahzadənin irəli getməsinə
mane olmaq istədilərsə də, bunun faydası olmadı. Şahzadə hümayun
qolu irəli apardı, ali məiyyətin (yekə!) cavanları o dövlət və iqbal
taxtının bəzəyi olan şahzadənin mübarək nəzəri altında canlar üzən
ox və nizələrlə bir çox rumi döyüşçünü yəhər üstündən həlak
torpağına atdılar. Döyüş gün batanədək davam etdi. Aləm şahzadəsi
rumi səfini (tip) dağıtmağa və qırıb-çatmağa bel bağladı (himmət)
Havanın abbasi köynəklərinin rəngi kimi qaralmasına baxmayaraq
qızılbaş ləşkəri hərbdən əl çəkmirdi. Paşalar da öz səbat və qərar
ayaqlarını yerə dirəyib məşəl yandırdılar.
Qızılbaşların rumiyyə ilə ikinci cəngi və
müxaliflərin yeni məğlubiyyəti:
Bu əsnada nəvvab şahzadə Şahrux xanı sol cinahdakı
qoldan ayırdı və müxalifərin sağ qoluna həmlə etməsini əmr etdi. O,
əmirlər, zülqədər, Qaracadağ, şeyxavənd camaatı və sol qoldakı
döyüşçülərlə ali ordudan ayrıldı. Çayın ortasına çatdıqları vaxt artıq
onlar rumi qoşununun qəlb hissəsinin arxasına gəlib yetişmişdilər.
Elə ki, arxadan rumilərin qulaqlarına qızılbaş qoşununun şeypur
(nəfir) səsləri çatdı, ali ordu mülazimləri və şahzadə də atlarını irəli
qovdular. Qızılbaş döyüşçülərinin azlığına və döyüşkən qazilərin
çatışmazlığına baxmayaraq, rumilər hələ nəfir səslənməzdən və
igidlər döyüşmək üçün irəli şığımazdan əvvəl qorxuya düşdülər və
onların qoşun qolları pozuldu. Qolda olan paşalar bir qədər davam
532
gətirib, nə qədər vuruşdularsa da, faydası olmadı, mərəkə
meydanına arxa çevirib fərar etdilər. Amma, onların keçəcəyi yolun
üstündə qızılbaş ləşkəri çox olduğundan fərar vaxtı özlərini onlara
çatdırdılar. Diyarbəkr bəylərbəyisi Məhəmməd paşa və Qaraman
bəylərbəyi Murad paşa əsir götürüldülər. Bərk yaralı olduğundan və
yaşamaq ehtimalı qalmadığından Məhəmməd paşanın başını
kəsdilər, Əlixan bəy Şəmsəddinlinin əsir tutduğu Murad paşanı isə
diri halda başqa əsirlərlə birlikdə şahzadənin yanına gətirdilər. Bu
döyüşdə bir çox rumi ölüm şərbəti içdi. Qızılbaş qaziləri rumiyyə
ordusunun olduğu Cərəndaba qədər onları təqib etdilər, bir neçə
rumini isə yaşadıqları xeymənin içindən çıxarıb gətirdilər.
Elə ki, rumilər, qazilər və döyüşdən qaçanlar arasına
qaranlıq gecə düşdü, əzəmətli əmirlər və intiqama həris əsgərlər
fələk ehtişamlı şahzadənin ali ordusunda döyüşdən kənara çəkildilər,
sabahkı gün üçün [kəsilən] başlar, talan olunan mallar və hər bir
kəsdən zahir olunacaq şücaəti görmək barədə düşündülər. [Mələlik]
hifz olunmaları zəruri olan Murad paşanı və bir neçə başqa əsiri
orduya göndərdilər, oradansa Qəhqəhə qalasına apardılar. Atların bir
qədər dincəlmələri və döyüşçülərin yenidən döyüşə hazırlaşmaları
üçün iki-üç gün Fəhusfənc çayında gözlədilər. Rumilər tərəfdən də,
Osman paşa öz ordusunun önündə keşik çəkmək və irəli getməmək
əmri ilə qırx-əlli min döyüşçü saxladı. Rumilər nəvvab şahzadənin
az adamla onlarla igidlik və mərdanəliklə döyüşməsinə
təəccüblənmişdilər.
Rumilər bir yandan hərb və qətl-qarətlə məşğul olur, başqa
yandan qala tikirdilər. Döyüşçülərin və minik heyvanlarının üç-dörd
günlük dincliyindən sonra yenidən cəng hazırlığına başladılar. Belə
qərara gəldilər: "Osman paşanın özü hərbə getmədiyindən, sultanlıq
cəngi
376
baş tutmayacaqdır, əgər Allahın yardımı ilə bu dəfə də
müxaliflərə qalib gəlsək, düz rumiyyə ordusunun içinədək atımızın
cilovunu geriyə döndərməyəcəyik, orduya şəbxun edəcəyik. Əgər
müxaliflər qələbə əldə edərlərsə, döyüşə-döyüşə özümüzü bir kənara
çıxarıb, hər gün döyüş atəşini alovlandırarıq və düşmənlərə dinclik
vermərik."
Bahadırlar bu məqsədlə "Əliyullaha təvəkkür deyərək
döyüşə yollandılar, fələk kimi hərəkətsiz qalmayan atlarına
(səmənd) süvar oldular, zəfər bayraqlarını yuxarı qaldırdılar.
376
Qeyd: Cənge-soltani - Ölkə başçılarının şəxsən üzbəüz döyüşü – Ş.F.
533
Aləmlər şahzadəsinin başı üstündə hümayun fallı çətir qaldırıldı,
müzəffər məiyyət bahadırları igidlik və atqovma meydanının
(mezmar) süvarisi olan şahzadənin üzərində əjdaha əndamlı
(əjdəhapeykər) [rəsm olan] ələminin kölgəsi altında yığışaraq,
ləyaqətli tərzdə qətl meydanına (mərəkeye-qetal) şığıdılar. Zəfərli
ləşkərin çərxçiləri rumiyyə ordusuna yaxınlaşdılar, amma ordunun
mühafizəsi üçün ayrılmış rumi döyüşçülərinə hücum etməyə cürət
etmədilər, bu tərəfdən də rumilər ehtiyatkarlıq edib işin önünü və
gcrisini fikirləşdilər ki, məbadə qızılbaşlar tərəfdən yeni qələbə əldə
olunsun. Beləliklə, gündüzü axşam etdilər və tərəflər arasında
vuruşma olmadı. Günün sonunda qızılbaşlar həmin yerdən ətrafa
qarovullar yollayıb hökm etdilər ki, bu gecə döyüşçülər qoy istirahət
etsinlər, sübhə yaxın isə rumilərin üzərinə fədailər kimi tökülüşüb,
rumiyyə ləşkərinin bir yerə toplaşmasınadək qətldən bir dəqiqə də əl
çəkməsinlər.
Gecədən bir az keçmişdi ki, qarovuliyə gedən qazilər
igidliklə müxalif orduya çataraq, özlərini rumiyyənin xeymələrinə
vurdular, bir neçə nəfəri tutub qayıtdılar və onları şahzadənin yanına
gətirdilər.
Şahzadə onlardan soruşdu: "Dünən niyə rumiyyə
[döyüşçüləri] döyüş üçün irəli çıxmadılar?"
Onlar cahil adamlar olduqlarından vəziyyətin dərinliyindən
xəbərləri yox idi. Şahzadə belə qərara gəldi: "Ola bilsin ki, bir neçə
məşvərət məclisi keçirən baş sərdar (Osman paşa - Ş.F.) sakitcə
köçməyə hazırlaşır və [buna görə də] paşalar və döyüşçülər ordunu
qorumaqdan başqa heç bir işə baş qoşmurlar.
Elə bu əsnada rumiyyə ordusundan bərk ataş səsləri
eşidildi. Sanki xırmanlara od vurmuşdular. Təcrübəli adamlar
dedilər ki, bu köç əlamətidir və [rumi əsgərləri] öz xeymələrinə
odun yığaraq onları yandırmışlar. Vəziyyətin belə olduğunu əsir
tutulmuş həmin adamlar da təsdiq etdilər.
Dostları ilə paylaş: |