Osman paşanın xonaq (difterit) xəstəliyindən ölməsi:
Gecə yarısı rumiyyə ordusundakı tanışının himayəsi altında
olan və həmin tanışı tərəfindən rumi sədəməsindən qorunan bir
təbrizli şəxs gələrək dedi: "Osman paşa iki gün idi ki, boğaz
tutmasından evdən eşiyə çıxa bilmirdi. Keçən gecə əcəli gəldi və
onu apardı. Bu məsələni bir gün xalqdan gizli saxladılar. Cığaloğlu
534
sərdarlığa boyun oldu və günün sonunda paşaları və ağsaqqaları
yığıb baş verən qəziyyəni onlara danışdı. Hamının rəyi belə oldu ki,
gərək köç etsinlər və sabah köçüb gedəcəklər".
Amma [Osman paşa] Cəfər paşanı bir neçə gün əvvəl
qalaya göndərmiş, ona illik ərzaq tədarükünün miqdarını
müəyyənləşdirməyi tapşırmışdı. Bir dəstə paşa dedi: "Hələ qalanın
təchizatı başa çatdırılmayıb. Biz [buradan] gedəndən sonra
qızılbaşlar qalanı asanlıqla alacaqlar. Nə üçün iki-üç min adamımızı
ölümə verək?".
Cığaloğlu, Cəfər paşanı qalada qalmağa ixtiyar sahibi
etmişdi. Cəfər paşa isə ona belə dedi: "Əgər mən qalaya daxil
olmasaydım, yəqin ki, oraya bundan sonra getməzdim. İndi ki, daxil
olmuşam, oradan çıxmaq Osman paşanın vəfatından sonra dövlətin
və padşahımızın ziyanına yönələ bilər. Mən Allahın təqdiri ilə
razılaşıb qalada qalıram, siz isə köç edin".
O şəxs (təbrizlinin rumi dostu - Ş.F.) bunları eşitdikdən
sonra öz evinə gəlib, məsələni təbrizliyə danışdı və dedi ki, biz
sabah köçüb gedirik, çünki qızılbaş ləşkəri yaxınlıqdadır və ehtimal
ki, sabah böyük bir cəng baş verəcəkdir. Sən isə orada öldürüb
bilərsən. Əgər imkan edə bilsən, bu gecə vaxtı özünü qızılbaş
ordusuna çatdır.
[Təbrizli deyir ki] o, bir neçə başqa adamı da mənə
qoşmuşdu. Elə ki, qızılbaş qarovullarının qaraltısı göründü, onlar
geri qayıtdılar.
Təbrizli [əlavə edib] dedi: "Rumilər Osman paşanın
vəfatından, şahzadənin cəsarətindən və qızılbaşların məharətindən
qorxuya düşmüşlər. Yeniçərilərin və qala müdafiəçilərinin qalada
qala biləcəkləri çətin məslədir. Əgər onlar qaladan çıxsalar, Cəfər
paşa da məcbur olub qalanı tərk edəcəkdir".
Bu xəbər həqiqətdən uzaq olmadığından, bəyənildi, ləşkər
arasında şadyanalıq başlandı. Sübh cəng hazırlığı göründü.
Humayun qol (yəni şahzadənin olduğu qol - Ş.F) az miqdar qazilərlə
hərəkət edib çox miqdar müxalif döyüşçüləri ilə döyüşə yollandı.
Sərdarlıq etməyə vəzifədar edilən Cığaloğlu ölkəsinə
qayıdış əzmi ilə köçməyə hazırlaşdı, önə çoxlu, arxaya isə az sayda
əsgər düzüb, tam ehtiyatla qayıdış yoluna düşdü.
Rumilərin dayanacaq yerləri olan Çərəndabdan keçən
müzəffər ləşkərin çərxçiləri Şənbqazan yaxınlığında rumilərə çatıb
535
silaha əl atdılar. Qarşı tərəf də dəstə-dəstə irəli çıxdı və döyüşə-
döyüşə irəliləməyə başladı.
Şahzadə hümayun qolu Çərəndabdan keçirib qaziləri hərbə
rəğbətləndirdi və iqbal ordusunun bahadırları müxaliflərin ardına
düşərək mərdanəlik göstərdilər, onları arabalara və dəvələrə tərəf
qovdular.
Doğrudan da, Osman paşanın vəfat etdiyi və rum
ləşkərinin sərdarsız qaldığı bu gün, əgər qızılbaş qoşununun sayı bir
qədər çox olsaydı, cəngi tamamilə başa çatdıra bilər, müxalifləri
böyük məğlubiyyətə uğradar, birdəfəlik qələbə əldə edərdilər.
Məsələnin belə şəkil ala bilməməsinə üç şərt mane oldu: Birinci,
qızılbaş ləşkərinin sayı çox az idi və qarşı ləşkərin keyfiyyət və
kəmiyyəti barədə rumilərin məlumatları var idi. Onlar bilirdilər ki,
nəvvab aləm şahzadəsinin on-on iki mindən çox döyüşçüsü yoxdur.
Bundan əlavə, əzəmətli əmirlər arasında nifaq bazarı
rövnəqlənmişdi. Əmirlərin əksəriyyəti şahzadənin iltifatına layiq
görülən Əliqulu xan Fəthoğlunu sevmirdi və [əsla] istəmirdilər ki,
qızılbaşların arasında onun adamlarının nüfuzu çoxalsın, onlar
qələbə əldə etsinlər. İkincisi, qızılbaşlar qorxusuz-hürküsüz özlərini
müxaliflərin dəvələri və malları içərisinə vurub onlardan xeyli
qənimət ələ keçirdikdən sonra, həmin ləşkərin (qızılbaş ləşkərinin -
Ş.F.) təbiətinə xas olan tamahkarlıq çoxaldı, var-dövlət, dəvə və
yaraq-yasaq əldə etmək üçün hücumlar başlandı və onlar əllərini
döyüşdən çəkdilər. Beləliklə, get-gedə ləşkərin sayı və uğurları
azaldı. Üçüncüsü, yarım fərsəx yol qət edən Cığaloğlu Çərəndabdan
Şənbqazana gəldikdə, qızılbaşların rumiyyə qoşunu üzərində tezliklə
qələbə əldə edəcəyini görüb, özünün kamil əqlinə və tədbirinə
rəğmən dərhal həmin yerdə dayandı, ordusunun ətrafına xeymə və
arabalardan səf çəkdi, arabaların önünə yeniçəriləri düzərək müdafiə
işləri görməyə başladı. [Amma] qızılbaşlar heç bır hərəkət
etmədilər, araba cənginə (cənge-ərrabə) yollanmadılar və əzilməkdə
olan rumilər cürətə gəlib qorxu-təlaş içindən çıxdılar. Nəvvab
şahzadə vəziyyəti belə görərək, qızılbaş ləşkərinin dağılmasından
agah oldu. Buna baxmayaraq, o, ordunun qəlbindəki ləşkərlə
qəfildən irəli cumub döyüşə başlamaq fikrinə düşdü. Əzəmətli
əmirlər və dövlətxahlar araba döyüşünü məsləhət görməyib
şahzadəni bu hərəkətdən çəkindirdilər. Şahzadə dövlətxah adamların
onun qorunmasına yönəlmiş bu məsləhətinə əməl edib, cəngdən əl
çəkdi, gəlib Çərəndab yaxınlığında dayandı. Bu cəng zamanı kəsilən
536
başlar az oldusa da, bol qənimət ələ keçdi. Rumiyyə Şənbqazandan
köçdükdən sonra nəvvab şahzadə ali ordunun mülazimləri ilə
dayandığı yerdən atlanıb heç bir yerdə rumilərə asudəlik verməmək
niyyəti ilə rum ləşkərinin qəlb hissəsinə hücum və onları Təsuc
qəsəbəsinədək təqib etdi. Qazilər fürsətdən istifadə edərək özlərini
rumiyyə döyüşçülərinə çatdırıb döyüşür, çoxlu adam həlak edir,
kəsilən başları şahzadənin xoşbəxt nəzərinə yetirirdilər. Mayan adlı
bir yerdə böyük cəng baş verdi. İsmayılqulu xan və şamlı tayfası
özlərinin igidlik atlarını irəli sürüb cəngə girişdilərsə də, rumilər
üstün gəldilər, onları geri döndərdilər. İlahidən gələn bəla kimi
həmin səhrada sulu bir yer vardı. Şamlı tayfasının yolu həmin su
içərisindən keçdi və atlar döşlərinədək palçığa batdılar. Rumilər
hücuma keçdilər. Əgər qızılbaşlara bir ləhzə belə gec kömək
gəlsəydi, şamlıların ən bacarıqlı cavanları palçıq içində qətl
olunacaqdılar. Ali ordunun mülazimlərindən Zeynal bəy
Şərbətdaroğlunun oğlu Şahhüseyn bəy və saraya yaxın adamlardan
olan Div Sultan Zülqədərin oğlu Qorxmaz xan Cəbadar
377
qətlə
yetirildilər. Xülasə, [qızılbaşlar] həmin gün elə bir iş edə bilmədilər.
Əliqulu xan Fəthoğlu vəzifəli ərbabların və dövlət adamlarının bir-
birinə qarşı bəslədikləri paxıllıq və həsəd ucbatından İsmayılqulu
xana kin bəsləyirdi. O, Pir Qeyb xana küdurətlə dedi: "Sən niyə
şamlı[lara] imdad edib qoymadın ki, [İsmayılqulu xan] öz adamları
qabağında xəcalətlə məğlubiyyətə uğrasın? Əgər ləşkər başçıları
arasında belə nifaq və ittifaqsızlığın mövcud olması belə davam
edərsə, vəziyyətin nə ilə nəticələnəcəyi məlumdur".
Nəvvab şahzadə isə Təsuca qədər rumiləri təqib etməkdən
dayanmadı. Həqiqətən də bu savaşlarda onun heç bir taxsırı yox idi.
Şahzadə cəngə yollandığı on dörd gün müddətində libasını
soyunmayıb hər gün sübhdən axşamadək vaxtını insan ovuna sərf
edərək o tayfanı (rumiləri - Ş.F.) ədəmə yollayırdı.
Amma, müxaliflərin sayı hədsiz-hesabsız olduğu üçün
həmin müqayisəolunmaz ləşkərlə qarşı-qarşıya gəlmək ali ordu
mülazimlərinin imkan xaricində idi. Qızılbaşlara xas olan nifaq
barədə isə deyə bilərəm ki, onların bəsirət gözü belə halın malı ilə
qapanmışdı. Onlarda şeytanı ürəklərindən qovub-çıxarmaq və
377
Div Sultanın bu oğlunun adına əlavə kimi yazılan "Cəbadar" ifadəsinin mənası
bizə məlum olmadı - Ş.F.
537
sədaqət yoluna qədəm basmaq əlaməti yox idi. Məhz
inadkarlıqlarına görə də onlar bu hadisələr zamanı biri-birləri ilə
yoldaşlıq etmədilər, biri-digərinə həmrah olmadılar.
Xülasə, rumilər öz ölkələrinə yaxınlaşmaqda idilər ki,
onlarda [qızılbaşlarda] geri qayıtmaq, qala almaq həvəsi yarandı və
geri qayıtdılar, Təbriz yaxınlığındakı Şənbqazın yaxınlığına gəlib
şəhərin xaricində dayandılar.
Şahzadə adlı-sanlı atasının yanına bir adam yollayıb
vəziyyəti ona ərz etdi. İsgəndər şanlı nəvvab əğrəq ordusu ilə şəhərə
çatıb Mir Əsədulla Şüştəri Sədrin evində yerləşdi. Hümayun
dövlətxana orada qərar tutdu. Əmirlərin və dövlət başçılarının hər
biri də şəhərin xarababad (uçuq-sökük - Ş.F.) mənzillərində
yerləşdilər. Bu sətirlərin müəllifi (İsgəndər bəy Münşi Türkman -
Ş.F.) [də] ali orduda idi. Mən şəhərə gələndə şəhərin acınacaqlı
vəziyyəti nəzərimi cəlb etdi. Qızıl və lacivərdlə örtülü olan bütün
evlər dağıdılmış, naxışlı qapı-pəncərələr çıxarılıb odun əvəzinə
yandırılmışdı. Ağaclar kəsilmiş, bağlar, bağçalar viran edilmiş,
qalaya bir illik odun yığılmışdı. Bir neçə min yaraşıqlı evdən
yaşamağa yararlı olan bircəsi də salamat qalmamışdı. Bütün
dükanlar, ikimərtəbəli kaşı evlər, hamamlar dağıdılmış, öldürülən
təbrizlilərin cəsədləri küçələrdə, evlərdə və bazarlarda tökülüb
qalmışdı. Xülasə, fərəhnak Təbriz şəhəri tamamilə viran olmuşdu ki,
belə mənzərəni müşahidə edərkən adamın halı pərişan olurdu.
Mövlana Foruği Təbrizi bu beyti o vəziyyətə münasib demişdir:
Beyt:
Mənim dərdimə təskinlik edir bəxş Kərbəla dərdi,
Ürək Təbriz üçün viran olub Təbrizdən artıq.
378
İsgəndər şanlı nəvvab və aləm şahzadəsi tərəfindən
möhtəsəbül-məmalik olan Mir Cəfər Mir Rasti oğluna bir neçə gün
ərzində vaxtını qətl olunanların kəfənlənmələrinə və dəfnlərinin
təşkilinə sərf edilməsi tapşırıldı. Küçə və məhəlləri yem
378
Beytin farscası:
Voque-Kərbəla təskine-dərdəm midəhəd v-əz ne,
Deləm dər həsrəte-Təbriz virantər ze Təbrizəst.
538
yoxluğundan ölmüş və bir-birinin üstünə qalaqlanmış heyvanların
leşlərindən təmizlədilər.
Kənd və çöllərə dağılışan Təbriz əhalisi tədriclə şəhərə
qayıdıb, öz evlərini viran və talan edilmiş gördülər. Hərəsi bir evdə
yerləşən əmirlər, dövlət başçıları və başqa şəxslərin hər birisi evlərin
təmirinə girişib onları yaşamaq üçün yararlı hala gətirdilər və
beləliklə Təbriz şəhəri ordu üzvlərinin və əhalinin səyi ilə başdan-
başa təmir olundu. Həmin qış hümayun qışlaq o cənnətəbənzər
yerdə oldu.
TƏBRİZ QALASINDA SAVAŞ VƏ BU İLİN SONUNADƏK
QALA ƏTRAFINDA VƏ ONUN MÜHASİRƏSİ ZAMANI
ALLAHIN TƏQDİRİ İLƏ BAŞ VERƏN HADİSƏLƏRİN
ZİKRİ
Allah-təalanın əzəli iradəsi buna yönəlmişdi ki, Təbrizin
fərəhlər yağdıran torpağı gərək rumilərin işğalına keçsin, o gözəl
şəhərdə çoxlu dağıntılar (xərabi) baş versin, bir neçə il orada əmin-
amanlıqla vaxt keçirib qürur və təkəbbür badəsindən məst olmuş
əhali vətəndən ayrılıb müxtəlif möhnətlərə düşsünlər, elə bərbad
şəraitin (extelal) necə olacağını o zaman bilməyən adamların başına
gələnlər başqalarına ibrət dərsi olsun. Bu gün İranın qələbə bəxtli
taxtının işıqlı vücudu ilə asimana qədər ucalan və iki cahanlıq
ziynəti olan həzrət zilləllah şahın hakimiyyəti və cahangirliyi
nəticəsində, o qarmaqarışıqlıq aradan götürülmüş, hadisələr çör-
çöpünün axını ilə öz paklıq və yaşıllığını itirən həmin ürəkaçan
məkan, o hökmdarın iqbalı sayəsində yenidən canlanmış, yenidən bu
zavalsız dövlətin əlinə keçmiş, fitnəkarlıq zülmətabadı [o padşahın]
atəşlər yağdıran qılıncının şöləsi ilə [təzədən] işıqlanmış, əmin-
amanlıq aləmi daha da aydınlaşmışdır. Baxmayaraq ki, o zaman
fəlakətlərin dəfi xüsusunda çox cəhd edilmişdi, amma nəticəsi az
olmuşdu. Nəhayət ki, pərdə ilə örtülmüş bəzi işlər üzə çıxdı ki, layiq
işlərə maneçilik (ayeq) yaratmış oldu.
Xülasə, hümayun ordu Təbrizə yetişəndə əzəmətli əmirlər
qalanın dörd tərəfini ehtiyat üzündən yoxladılar, bir neçə yerə sebə
çəkilişi müəyyənləşdirdilər. Qalanın Sahibabad meydanı və Həsən
padşah məscidi istiqamətində olan şərq hissəsinin seybəsi cahan
nəvvabının, o həzrət mülazimlərinin, Əliqulu xan Fəthoğlunun,
keşikçilərin və Təbriz camaatının öhdəsinə qoyuldu. Qalanın
539
Səhharan məhəlləsinə və Təcunə kəndinə baxan ön hissəsində
qorçibaşının,
qorçilərin
və
bəzi
əmirlərin
seybələri
müəyyənləşdirildi. Şahrux xan, zülqədər tayfası, Məhəmməd xan
Toxmaq, İmamqulu xan Qacarın adamları və Qarabağ camaatı da bir
seybəni öhdəyə götürdülər.
Amma, əsgərlərin azlığı üzündən qalanın qərb və şimal
hissələri boş qaldı və mühasirə baş tutmadı. Hərdənbir türkman,
təkəli və fars zülqədər qoşunlarının gəlmələri barədə səslər
eşidilirdi. Belə qərara alındı ki, əgər gəlib çatarlarsa, onları qalanın
boş qalan səmtlərinə də seybələr çəkilsin. Azərbaycan
torpaqlarından [çoxlu] əli bel və külünglü adam yığışdı. Top
hazırlığına başladılar və Murad bəy Topçubaşı toptökmə işinə
girişdi. Topun hazırlanması bitənədək qərara alındı ki, Həsən padşah
mədrəsəsindən qalanın ortasına qədər dəmir biləkli nəqbəçilər
379
lağım atmağa başlasınlar və lağım qalanın ortasına çatdırılsın.
Amma, həmin mühasirə vaxtı bütün qoşunun vahiməyə
düşməsinə və bədbinliyinə səbəb olan qəribə hadisələr baş verirdi.
Şahı və döyüşçüləri qəmləndirən, qızılbaşları sarsıdan və
mühasirədə qalanları cürətləndirən məsələlərdən biri dövlətin adlı-
sanlı adamlarından və zülqədər tayfasının böyüklərindən olan
Şahrux xan Möhrdarın [rumilər ərəfindən] ələ keçməsi oldu ki, bu
ibrətamiz hadisə Allahın təqdiri ilə baş verdi. Bu ibrətli hadisə belə
olmuşdur:
Şahrux xanın rumiyyə tərəfindən əsir alınması:
Şahrux xan şücaətli, igid və mərd bir adam idi. Onun
qeyrətinə toxunurdu ki, qızılbaşların yüz ildən bəri evi olan Təbriz
şəhərinin mərkəzində, eyni zamanda bütün əzəmətli dövlət
başçılarının bir yerə toplaşdıqları bir zamanda axta və səfeh bir
adam olan Cəfər paşa kimi bir şəxs padşah sarayında və "Həşt
heheşt" imarətində oturub, Rum xandgarının adına xütbə oxutdurur.
Buna görə də o, oranı ələ keçirtmək fikrinə düşərək, hər
gün deyirdi ki, bu qalanı fəth etməsək, qoy yuxumuz, həyatımız və
asayişimiz bizə haram olsun. O, çılğınlığının çoxluğundan
ehtiyatsızlıq edərək, elə ilk həftə seybəni mərtəbə-mərtəbə irəli
aparıb qala divarlarına yaxın bir yerə çatdırdı. Nəvvab şahzadə bu
379
Nəqbçilər, yaxud nəqbəçilər - lağımatanlar - Ş.F.
540
cəsarət, mərdanəlik və səbirsizliyi bəyənmədi, iki dəfə adam
göndərib bu işi ona qadağan etdi, seybəni asta-asta aparıb,
irəlilədikcə öz arxasını tüfəngçilərlə möhkəmlədərək arxayınlıqla
getməsini məsləhət gördü. O, xana adam yollayıb cahanı bəzəyən
şahzadənin bu təklifini məqbul sandığını bildirdi, amma dedi ki, bir
halda ki, qalaya gəlib çatmışıq, geri qayıtmağı özümə
yaraşdırmıram. Bu iki-üç gündə
Beyt
Ya bas əyəcəyik çərxin hökmünə,
Ya da düşəcəkdir düsmən pis günə.
380
Şahrux xanın əsir düşəcəyi qəza lövhəsində yazıldığı üçün,
o, orada qalmaqda israr elədi. Nəvvab şahzadə ertəsi gün onu
nəsihətlə oradan geri qaytarmaqdan ötrü eşikağasıbaşı Piri bəy
Şamlını göndərdi. O, Şahruxun yanına gəlib onunla söhbət etməkdə
idi, lakin əksər döyüşçülərin və gecə keşikçilərinin dağılışdıqları və
gündüz keşikçilərinin hələ gəlmədikləri bir vaxtda rumilər qəfildən
qaladan çıxıb o seybənin üstünə hücum etdilər. Bir dəstə yeniçəri
gediş-gəliş yeri olan küçənin ağzını tutub, tüfəngdən atəş açaraq
buraya gələsi kömək yolunu bağladı, başqa dəstə isə o evi əhatəyə
aldı. Qapı-pəncərələrdən çoxlu atəş açıldı, nəhayət evə daxil oldular.
Şahrux xan və mötəbər igid əmirlərdən sayılan
"Zəhrmar" ləqəbli oğlu Əbülqasım Sultan, həmçinin eşikağasıbaşı
Piri bəy və orada olan başqa bir neçə nəfər mərdanə döyüşdülərsə
də, Şahrux xan yaralanıb əsir düşdü, qalanları isə şəhadət şərbəti
içdilər. Rumilər onun Şahrux xan olduğunu bildikdə, dərhal geri
qayıdıb qalaya apardılar. Rumilərin hücumu və Şahrux xanın
seybəsinin cəngi xəbəri şəhərdə yayılan vaxt qızılbaşlar hər tərəfdən
hücuma keçdilər. Onlar gəlib çatanadək rumilər qayıdıb Şahruxu
qalaya çatdırmışdılar. Buna görə də qaladan scvinc sədaları ucaldı,
çöldəkilərin isə məlalı çoxaldı. Mühasirəçilər ürəkləndilər,
qızılbaşlar pərişan oldular. Nəvvab şahzadə isə bu məsələdən özünü
sındırmayıb dedi: "Kim ki, inadkarlıq edib vəlinemətin sözünü
380
Beytin farscası:
Ya bər morad bər səre-gərdun nəhim pay,
Ya mərdvar bər səre-hemmət konim sər.
541
eşitməzsə, bu inadkarlığın nəticəsi peşimançılıqdan başqa bir şey
olmayacaqdır". Amma, Şahrux xan din və dövlət yolunda
vuruşduğundan onun yerdə qalan adamlarına ehtiram göstərdi:
"Möhrdarlıq vəhifəsini onun oğlu Əsilməs xana
381
inayət etdi.
Həmçinin Əbülqasım Sultanın vəzifəsi onun oğlu Təhmasibqulu
Sultana verildi. Gözəl bir oğlan olan Rzaqulu bəy Piri bəy oğlu
atasının yerinə eşikağasıbaşı oldu. Əmrə görə zülqədər tayfası elə
həmin seybədə qaldı, lakin onlar keşik çəkməkdən və seybəni
mühafizə etmək işlərindən başqa heç bir işə baş qoşmamalı idilər.
İcrasına izn verilməyən məsələlərdən biri də bu idi ki, on
beş mən
382
ağırlığında daş atan və cənnətməkan şahın qalalarının
birindəki topxanasında olan "Kəlləguş " adlı məşhur topu qala
ayağına gətirib ön tərəfdəki bürclərin birində yerləşdirərək ondan
atəş açırdılar. Nəticədə bürcün yarısı o topun gülləsinin lərzəsindən
uçulmuşdu. Rumilər günorta çağı seybəyə hücuma keçib, adamları
tüfəng zərbələri ilə pərakəndə saldılar, topun halqalarına kəndir
salıb, qarşı tərəfdən kömək gələnədək topu divarın ayağına tərəf
çəkdilər və dartıb qalaya apardılar.
Baş verən başqa hadisələrin biri də bu idi ki, toptökmə
alətlərinin hazırlanmasından iki ay keçəndən sonra qızılbaş əyanları
yığışıb əmr gözləyirdilər. Qış soyuğunun şiddəti və günəşin
çıxmamasına görə topun qəlibi hələ yaxşı qurumadığı vaxt kürəyə
tökülən misi qəlibə axıtdılar, məhlul qaynadı və qəlibdən çıxıb
havaya sıçradı, ətrafa dağıldı. Nəticədə müqəddəs zati-alinin gözü
yaralandı və beləliklə misdən fəqət zərər gəldi və Allah-təala bu
dəfə onu qorudu. Amma, ona yaxın adamlardan bir neçəsi misdən
qopan qəlpələrdən bərk sədəmə gördülər. Beləliklə, top tökülməsini
iki ay gözlədikdən sonra bu iş baş tutmadı. Bu hadisədən sonra
saraya yaxın adamlardan Heydər bəy Ənisin oğlu Bərxurdar bəy
Topçubaşı toptökmə işinə təyin olundu. O, qırxəlli gün ərzində bu iş
üçün lazımi ləvazimat hazırladı. Münəccimlərin müəyyən etdikləri
xoş bir saatda ali məclis yığıldı. İyirmi beş mən daş (mərmi) atmaq
imkanına malik yeni tökülmüş böyük bir topu nəvvab şahzadənin
381
Qeyd: Ehtimal ki, "Əzilməz xan" olmalıdır - Ş.F.
382
Mən: Batman (3 kq-dan 12 kq-a qədər ağırlıq ölçüsü - Ş F.)
542
seybəsinə aparıb yerləşdirdilər və topçular öz işləri ilə məşğul
olmağa başladılar.
Lağım atmaq işi də irəliləyirdi. Həmin işdən agah və hali
olan adamlar belə təklif etdilər ki, artıq qalayadək lağım atılmışdır.
Şahzadə, gecə, işə yararlı adamlardan üç yüz nəfərini seçdi və divarı
yarıb qalaya daxil olmaqdan ötrü onları irəli yolladı.
Kərəney çalındı. Elə ki, səs ətrafa yayıldı, seybələrin hər
yönündən yürüş başlandı. Qalanın ələ keirilməsi bu zaman qəzavü-
qədərin qələmi ilə hələ yazılmadığından və bu məsələnini icrası
kamyab hümayun zilləllah şahın hökmdarlığı və cahanı bəzəməsi
vaxtına qədər təxirə salınmalı olduğundan o zaman böyük hadisələr
və qalanın alınmasının yubadımasına səbəb olan işlər baş verirdi.
Xülasə, elə ki, lağım atan əsgərlər lağım dəliyini açdılar, gördülər ki,
onların təxmini hesabları düzgün çıxmamışdır. Şirhacını
383
hazırlayıb qalaya çatdırmaqdan ötrü hələ bir neçə gün də işləmək
lazımdır. Əmr alaraq lağımın başını müəyyən vaxtadək bağladılar.
Elə o vaxt dövlət böyüklərindən biri olan Qulu bəy Qorçibaşı
Əfşarın və onun qardaşı oğlu Cabbarqulu bəyin - nəvvab şahzadənin
qorçibaşısının - qalaya getmələri, qalanın fəth olunma işini ləngitdi.
Dostları ilə paylaş: |