485
Qazi Gəray xan Tatarın qacar qaziləri tərəfindən tutulması:
358
Amma Mirzə Salman bu əmirlərin nəvvabla nifaqda
olduqlarını düşünərək, onlarla birmənalı davranmırdı. Onlar da
zamana uyğun hərəkət edərək daha artıq bir söz demədilər.
Hümayun ordu Məzinanda dayanan vaxt xorasanlıların geri
qayıtmaları xəbəri orduya yayıldı. Məsələ belə olmuşdur: Əliqulu
xan və Abbası əmirləri Səbzvara çatıb padşah qoşununun gəlişindən
və İraq ləşkərinin çoxluğundan agah oldular, başa düşdülər ki,
onlarla döyüşmək onların qüvvə və qüdrətlərindən uzaq bir işdir.
Məsləhəti müharibə cilovunu geri çevirməkdə və öz ülkalarına
gedərək qalaları möhkəmləndirməkdə gördülər. Həqiqətən də, o
vaxt bundan yaxşı fikir və düzgün tədbir yox idi. Mürşüdqulu xan
qalaya sığınmağı bəyənib, o tərəfə yollandı. Əliqulu xan və o
hüdudun Herat və Ğuryan əmirləri cahanistan şahzadəsinin səadətli
məiyyəti ilə Herat darüssəltənəsinə getdi, zəfər ayəli qoşun da
onların ardınca hərəkətə gəldi. Mürtəzaqulu xan və Xorasan
əmirlərinin əksəriyyəti gəlib müzəffər məiyyətə birləşdilər. Elə ki,
Mürşüdqulu xanın Türbət qalasına sığınması xəbəri hümayun qulağa
çatdı, qəhredici dövlətin başçıları bunu məsləhət gördülər: Əvvəla,
onun işinin bitməsindən arxayın olsunlar və saniyfən o, nə qədər ki,
həmin qaladadır başqa bir işlə məşğul olmasınlar.
Buna görədə Türbətə tərəf hərəkət edib, elə ki, qala ayağına
çatdılar, qalanın hər tərəfini halqaya alıb əmirlər və oymaq əskərləri
arasında seybə çəkilişi işlərini bölüşdürməyə başladılar. Onlar
qalatutma alətləri hazırlığına girişdilər. Bir neçə gün ərzində böyük
toplar gətirib hündür istehkamlar qurdular. Mirzə Salman, təkəli və
türkman əmirləri başqalarından daha çox səy edirdilər. Mürşüdqulu
xan qala əhli qala mühafizəsinə hazırlaşaraq müdafiəyə cəhd
etməkdəydilər. Onlar şeybə hazırlığına başlayıb özlərindən sücaət
əsəri göstərməyə başladılar. Birdən-birə bir şeybənin üstünə
tökülüşüb təkəli tayfasının mötəbər əmirlərindən olan Ərdoğru
Xəlifə Təkəlini qətlə yetirdilər. Həmçinin Qorxmaz xan Şamlının
oğlu və nəvvabın eşikağasıbaşısı olan Təhmasibqulu bəy də həmin
seybədə qətl olundu.
358
Bu yarımbaşlığın adı kitabda səhv yazılmışdır, çünki Qazı Gəray xan Tatarın bu
bəhsdəki məsələlərə qəliyyət dəxli yoxdur – Ş.F.
486
Xülasə, tərəflər arsında müharibə və sədəmə bazarı altı ay
davam etdi. Qaladakıların bəzilərinin ümid hissi ilə qala
xaricindəkilərlə mərdanə vuruşmalarına baxmayaraq heç bir təsiri
olmadı. Dövlət tərəfdarlarından bəziləri, xüsusən Qulu bəy
Qorçibaşı və Şahrux xan qan axıdılması qorxusundan qalanın zorla
alınmasına razı deyildilər. Onlar söhbət arası oymaq ağaları və
ağsaqqallarına gizlicə dedilər: "Ümidvarıq ki, qızılbaş qılıncı
qızılbaşları qırmayacaq, işlər sülhlə nəticələnəcək və fitnə-fəsad
sülhə səy edənlərin səyləri sayəsində müsbət həll olunacaqdır".
Amma, onlar bəzi düşmənlərinin və həsədkarların
qorxusundan əmirlərin məclisində susur və bu barədə danışmırdılar.
Beləliklə, qış fəslini qala ayağında başa vurdular. Türkicə qoyun
ilinin (qüy yil) aləmi işıqlandıran xoş fallı novruzu gəlib çatdı.
Mühasirənin uzanmasından hər iki tərəf bezmişdi. Qüvvətli dövlətin
hər oymağının, xüsusən şamlı və ustaclı oymaqlarının ağsaqqalları
bu məsələ barədə Mirzə Salman və dövlət əyanlarının hüzurunda
söhbət açırdılar. Amma, az miqdar adam sülhə rəğbətli idi. Belə
söhbətlərin başlandığı ilk vaxtlarda qüdrətli dövlətin əmirlər
zümrəsindən Seyid bəy Kəmunə və Mir Əbülməalinin seyidləri və
üləmaları əsgər qazisini bir neçə ağsaqqalla birlikdə qalaya
yolladılar ki, Mürşüdqulu xana nəsihət verib onu İsgəndər şanlı
nəvvab və nəvvab şahzadə ilə müxalifətdən çəkinsinlər.
Mürşüdqulu xan isə göndərilən elçiləri qalada saxlayaraq
əmisi Şahverdi bəy Yeganın qətlindən incidiyindən şikayətləndi və
bu dövlət adamlarının sözlərinə etimad etmədi. İş o yerə çatdı ki,
Şahrux xan Möhrdar Zülqədər və Fars hakimi Ümmət xan bütün
zülqədər tayfası ilə birlikdə şahdan və nəvvab şahzadədən
Mürşüdqulu xanın təqsirinin əfvini xahiş etdilər. İcazədən sonra
Şahrux xan qalaya gedib Mürşüdqulu xanla görüşdü.
Qaladakılar qalada qalmaqdan təngə gəldikləri üçün dövrün
məsləhətinə uyğun olaraq barışıq və sülh qapılarını açıb cəng və
savaş qapılarını bağladılar. Mirzə Salman və əzəmətli əmirlərin
onunla qala yaxınlığında təkrar görüşündən sonra Mürşüdqulu xan
İsgəndər şanlı nəvvab və nəvvab şahzadə ilə sədaqətli xidmət və
qulamlıq barədə yeni əhd-peyman bağladı, onları buna (iman)
inandırdı. Qərara alındı ki, ali ordu qala ayağından əl götürsün və
ona bir neçə gün vaxt versinlər ki, hədiyyə hazırlayıb ali dərgaha
getsin. Özünün əqrəba və ağsaqqallarından bir neçə nəfərini isə
487
Mirzə Salman və əmirlərlə birlikdə Mürşüdqulu xanın ərvi üçün ali
saraya yolladılar.
O şəxslər əmirlərin və sülh tələbində olanların müşayiəti ilə
nəvvab şahın və şahzadənin səcdlərinə yetməklə şərəfləndilər və
işlərini yerinə yetirib geri qayıtdılar. Bu tərəfdən Mürşüdqulu xanın
adına dostluq məktubları yazıldı, onun etdiklərinin əfvi və İsgəndər
şanlı nəvvabın və səadətli fərzəndlərinin lələsi olmuş atası Şahqulu
Sultan Yeganın bir neçə illik xidmət maaşının ödənilməsi xüsusunda
əmr sadir oldu, xana faxir xələtlər göndərildi.
Onlar qala ayağından çıxaraq Herat darüssəltənəsi və
müqəddəs Məşhəd yolu arasındakı münasib bir yerdə dayanıb
Mürşüdqulu xanın gəlişini gözləyirdilər, amma ixtiyarsız olaraq
Herata yürüş yenidən başlandı.
HÜMAYUN ORDUNUN HERAT DARÜSSƏLTƏNƏSİNƏ
YÜRÜŞÜNÜN ZİKRİ, İRAQ LƏŞKƏRİNİN XORASAN VƏ
ĞURYAN QOŞUNLARI İLƏ HƏRBİNİN BƏYANI VƏ
XORASAN LƏŞKƏRİNİN ALLAH-TƏALANIN TƏQDİRİ
İLƏ MƏĞLUB OLMASININ ZİKRİ
Ali ordu qaladan köçüb Herat və Məşhəd arasında dayanan
vaxt Xacə İxtiyar Münşinin qohumlarından olan Xaca Əhdülmömin
Herəvi Herat darüssəltənəsindən onların yanına gəldi. O, belə bir
xəbər gətirdi: Fəxarətli Herat şəhərində Əliqulu xan, əmirlər və
onların adamları nəvvab şahzadənin, yəni əlahəzrət zilləllah şahın
müqəddəs qoşununun tərkibində şəhərdən çıxıb Guryanda
dayandıqları vaxt ləşkərin keyfiyyət və kəmiyyəti haqda məlumat
istədikdə sayı yeddi-səkkiz min nəfərdən artıq olmadı. Bu Mirzə
Salman və əmirlərin təəccübünə səbəb oldu: Belə az ləşkər necə ola
bilər ki, ondan on dəfə çox olan qalibiyyətli əskərlərin müqabilinə
gələrək Mürşüdqulu xana kömək edə bilsin? Xacə Əbdülmömin
bildirdi ki, qaladakıların məqsədi belədir: Elə ki, hümayun ordu
onlarla döyüşməkdən ötrü Türbət qalasından çıxacaq, o zaman
Mürşüdqulu xan mühasirə halqasından xilas olacaqdır. Padşahın
iqbal qoşunu Guryana yaxınlaşan vaxt qoy onlar oradan keçib Herat
qalasına gəlsinlər. Məlumdur ki, Türbət qalası altı ay müddətində
fəth olunmadığı halda, dünyanın məşhur qalalarından biri olan Herat
qalası heç bir ilə də alına bilməyəcəkdir. İraq ləşkərinin isə,
rumiyyənin istilası və Azərbaycan sərhədinin böyük məsələləri ilə
488
əlaqələr Xorasanda qalmaq imkanı yoxdur və zərrurət üzündən arzu
olunan məqsəd həyata keçiriləcəkdir. Xacənin bu tədbiri ağıl
sahiblərinin xoşuna gəldi.
Amma, Allahın istəyi bu fikirin əksinə oldu və başqa bir
vəziyyət alındı. Məsələnin təfsilatı belədir: Mirzə Salman və nəvvab
şahın tərəfdarları, xüsusən atası Vəli Xəlifənin qətlinə görə Əliqulu
xanla düşmənçilik edən İsmayılqulu xan, həmçinin Vəli xan Təkəli,
şamlılar və ustaclılarla qədimdən ədavət edən təkəli əyanları bir-
birilərinə xoş sözlər dedikdən sonra Abbasi əmirlərinin vəziyyətini
belə düşündülər: Bir halda ki, müzəffər ordunun Türbət qalasından
çıxmasından hələ Əliqulu xanın xəbəri yoxdur, gərək Guryana tərəf
gedib özlərini onlara çatdırsınlar və o müqəddəs zatı (şahzadə Abbas
Mirzənin - Ş.F.) və Əliqulu xanı ələ keçirsinlər. Əgər Türbət
qalasından getmək xəbəri Əliqulu xana çatarsa, ehtimal ki, o Herata
yetişməkdən ötrü Guryanda qalmayacaq, özünü Herat şəhərinə
çatdıracaq, qala ləvazimatının hazırlığı ilə məşğul olacaqdır.
Dərhal bu məsələni nəvvab şahzadə ilə müzakirə etdilər və
qərara alındı ki, elə həmin gün o öz məşhur atası ilə birlikdə hücuma
başlasınlar, çünki bir ləhzə də yubanmaq olmazdı.
Ğuryanda İraq və Xorasan ləşkərlərinin
savaşı və xorasanlıların məğlubiyyəti:
Nəvvab şahzadə əmirlərlə birlikdə bu məsələni İsgəndər
şanlı nəvvaba bildirdi və onlar yürüşə yollandılar. Əmirlər və
dövlət başçıları qorxudan öz narazılıqlarını bildirməyib bu təkliflə
razılaşdılar. Elə o məclisdə Vəlixan Təkəli bir dəstə türkman
əmirləri ilə çərxçi təyin olundular. Bu xəbər orduya yayıldı.
Əskərlər at və başqa zəruri ləvazimat hazırlığına başladılar. Ləşkər
dəryası Əxzər kimi dalğalandı. Əzəmətli əmirlər istər-istəməz
İsgəndər şanlı nəvvabın və aləmlər şahzadəsinin məiyyətində yola
düşüb, Tirpol kənarınadək bütün gecəni yol getdilər və o uzaq yolu
üç gecə-gündüzə keçdilər. Dördüncü günü sübh çağı, o vaxt ki, hava
hələ Abbasilərin libası rəngindəydi, müzəffər ləşkərin qarovulları
Tirpol körpüsü kənarına yetişdilər. Əliqulu xan ordusunun
qarovulları bundan agah olub ordunun gəlib çatma xəbərini ona
bildirdilər. Əliqulu xan o vaxt bu xəbərin yalan olduğunu güman
etdi, çünki İraq ləşkərinin hələ Türbat qalası ayağında olduğunu
489
düşündü və ehtimal etdi ki, qaladan körpüyədək böyük bir məsafə
vardır.
Amma elə ki, sübhi-kazib (yəni yalançı sübh, alatoran sübh
- Ş.F.) sübhi-sadiqə (əsl sübhə - Ş.F.) çevrildi, Tirpolun kənarında
ləşkərin çayı keçmə səsləri eşidildi. Əliqulu xan və onunla yoldaş
olan əmirlər atlara süvar olub qoşuna çərxçi təyin etdilər, sağ vo sol
qolları bəzədilər və döyüşə hazır oldular. Bu tərəfdən də müzəffər
ləşkərin bəzi döyüşçüləri körpüdən, bəziləri isə su keçidindən suyu
(çayı - Ş.F.) keçdilər, hər iki tərəfin mübarizləri bir-birlərinin üstünə
tökülüşdülər. Cəng mərəkəsi qızışdı. Şamlı tayfası və onun təbəələri
bir az müdafiə ilə məşğul olub igidlik göstərdilər, amma İraq ləşkəri
xorasanlılardan on dəfə çox olduğundan, az bir vax içərisində
özlərinin səbat ayaqlarını möhkəmlədib mərdanəliklə vuruşdular.
Amma, İsgəndər şanlı nəvvabın iqbal ulduzu və cahan
şahzadəsinin hümayun fallı çətiri nizamla gələn qoşunlarla
göründükdə Əliqulu xanın və onun döyüşçülərinin gözləri həmin
saysız-hesabsız ləşkərə sataşdı. Əlləri işdən, işləri əldən soyudu.
Nəticədə onlar mübariz döyüşçülərin hücumu ilə darmadağın olaraq
məğlubiyyətə uğradılar, qaçış vadisinə üz tutdular. Ard-ardınca
gələn qızılbaşlar isə qızılbaşiyyə təəssübkeşliyi və qohumluqları
üzündən onları öldürməyə və tutmağa çox da cəhd etmirdilər.
Amma, başqa oymaqların əksinə olaraq təkəli tayfası
qılınclarını şamlı və ustaclı tayfalarının üzərinə çəkərək, onların çox
adamını intiqam qılıncından keçirdilər, qarət və taraca yollandılar.
Türkmanların və təkəlilərin əlləri elə ki, qarət etdikləri mal və
əşyalara dəydi, onları taqib etməkdən vaz keçib öz işləri ilə məşğul
oldular. İsgəndər şanlı nəvvab və cahan şahzadəsi döyüş yerinə
çataraq orada dayandılar. Havanın hərarəti və hücum məşəqqətindən
piyadaların və süvarilarin taqətləri kəsilmiş, heyvanlar hərəkətdan
qalmışdılar. Mürtəzaqulu xan və bir dəstə əmiri elə həmin gecə
Herat darüssəltənəsinə yolladılar ki, Özlərini şəhərə çatdırıb oranı
zəbt edərək cah-calal qoşununun gəlişini gözləsinlər. Amma Əliqulu
xan öz məğlubiyyətindan sonra fələk ehtişamlı şahzadədən, yəni
əlahəzrətdən ayrılıb, başqa bir yolla aradan çıxdı. Əlahəzrət isə
Herata ondan əvvəl digər yolla getdi. O həzrətin maiyyətindəki
əzəmətli əmirlərin əksəriyyəti ölüm şərbətini dadıb bu qanlı
burulğandan çıxa bilmədi. Hamin cəngdə qətlə yetən mötəbərlər
bunlardır: Ağzıvar xanın oğlu Əbülfəth xan Şamlı, Qubad xan
Qacar, "Kutval" təxəllüsü ilə məşhur olan Hacı Sultan Cığatay,
490
həmçinin qələm əhlindən o vaxtlarda əlahəzrətin vəziri olan Sultan
Hüseynxanın vəziri Mirzə Məhəmməd Kirmani, əsir götürülənlər:
Mürşüdqulu xanın qardaşı İhrahim xan, Xoşxəbər xan, Xacə Əli xan
Kələntər və başqaları. Əsir tutulan mirzadələrin çoxunu Mirzə
Salman əmirlərin razılığı olmadan qətl etdirdi, nəfəslərini çəkməyə
belə qoymadı. Ləşkərə qoşulan qohumlarının əfv olunmaları
xüsusunda əmirlərin xahişlərinə məhəl qoymayan Mirzə Salman
onları da qətlə yetirdi ki, buna görə də onunla əmirlər arasında
ədavət tozu göyə ucaldı.
Xülasə, adlı-sanlı şahzadə və fələk iqtidarlı sahibqıran, yəni
əlahazrət və bir neçə öz canlarını fəda etməyə hazır olan fədai Herat
yolunu önə tutdular. Azyaşlı olmasına baxmayaraq, Allahın ona
verdiyi ağıl hesabına özünə sadiq olmayan bir dəstə adamdan
ayrılaraq, yola düşdü və nifaq əhlini geridə qoydu. O həzrətin dövlət
və iqbal sənədi Yaradanın özü tərəfindən imzalandığı üçün onlar
gecə yarısı sağ-salamat Herata daxil oldular. Şəhərdə qalaraq
qalanın kutvallığı ilə məşğul olan bir dəstə şamlı fədaisi hümayun
şahzadəni görüb hədsiz şadiman oldular, o şərafətli zatın səlamət
gəlib çatmasına görə şükürlər etdilər. Amma, o həzrətin şərif xatiri
Əliqulu xanın ayrılığından rahat olmurdu. Onun başına nə gəldiyini
bilmir və narahat halda öz intizar gözünü yola dikmişdi. Elə həmin
gecə qala qapısı gözətçiləri cənab xanın gəlib çatma müjdəsini
gətirib əlahəzrətin şadlığına və xoşhallığına səbəb oldular. Cənab
xan isə şadyanalıqla şəhərə gəlib şahzadənin xidmətinə yetişməklə
şərəfləndi, o şərafətli zatın salamat olmasına görə İlahiyə şükür etdi,
fərəhləndi. Əliqulu xanın vəziri Xacə Əfzəl və mərəkədən qaçan
adamların bir dəstəsi də gələrək Herata yığıldı, bürc və barıların
möhkəmlənməsi ilə məşğul oldu. Onlar qaladarlığa başlayıb qala
ləvazimatının hazırlığına başladılar.
Əlahəzrətin və cənab xanın həmin gecə Herata
gəlmələrindən sonra Mürtəzaqulu xan Pornak və İsmayılqulu xan
Şamlı Herat darüssəltənətinə rəvan olan bəzi əmir və əskərlərlə yola
düşüb axşamüstü Herata gəlib çatdılar, mərhum Sultan Hüseyn
Mirzə mədrəsəsində dayandılar. Uzun yol getməkdən və yürüşdən
atlar yorulub hərəkətdən qalmışdı. Gələnlər sabah qalaya daxil
olmaqdan ötrü Mirzənin mədrəsəsində istirahət etdilər. Onlar sübh
çağı Herata daxil olmaq istəyəndə qapıları bağlı, bürc və barıları
möhkəm gördülər. Məsələ İsgəndər şanlı nəvvaba və əmirlərə ərz
olunduqda onların etiraz dilləri Mürtəzaqulu xana və yoldaşlarına
491
açıldı: "Siz niyə həmin gecə nəvvab şahzadə oraya çatmazdan əvvəl
yuxunu özünüzə haram edib qalaya girmədiniz?" Həqiqətdə isə bu iş
onların imkanları xaricində idi. Çünki atların əksəriyyəti bir neçə
günlük yürüşə, cəngə qatılma, istiliyin şiddəti və havanın hərarəti
nəticəsində yorulub yeriyə bilmirdi. Belə olan halda, bir gecədə
Guryandan çıxıb Herata çatmaq məgər mümkün olası iş idimi?
Xülasə, ali ordu onların ardınca hərəkətə başlayıb Herat
darüssəltənəsinə çatdılar. [Sultan Hüseyn] Mirzənin mədrəsəsi şahın
və nəvvab şahzadənin dövlətxanası kimi hazırlandı. Mirzə Salman
bu dövlətxananın yanında dayandı, hər tayfanın əzəmətli əmirləri isə
öz təbəələri ilə birlikdə darvazalara tərəf gedib atlardan yerə endilər.
Herat şəhəri əhatəyə alındı. Herat qalasını tutmağa çox cəhd edən
Mirzə Salman əmirlərə öz söyüş və danlaq dilini açıb onları nəvvab
şahzadəyə qarşı nifaq etməkdə ittiham etdi. İş o yerə çatdı ki,
əmirlər onun əli və dilindən cana doyub onu qətl etmək üçün bir-
biriləri ilə müttəfiq oldular. Mirzə Salman nəticədə bir neçə günlük
dövlət başçılığı və böyüklükdən başını kənara çəkib əmirlərin əli ilə
qətlə yetdi.
MİRZƏ SALMANIN ÖLDÜRÜLMƏSİ, ƏLİQULU XANLA
SÜLH, ZƏFƏR NİŞANLI ORDUNUN ƏBƏDİ SƏLTƏNƏT
PAYTAXTINA QAYITMASININ ZİKRİ
Mirzə Salman qızının nəvvab şahzadə ilə nigahından sonra
bir qədər təşviş hissi keçirirdi. O, Təbriz hadisələrinin, vəzir Hüseyn
bəyin və bacısının qətlə yetirilmələrinin, həmçinin aləm
şahzadəsinin xoşuna gəlməyən bir sıra başqa işlərin baş verməsində
[kürəkəninin] ondan şübhələnəcəyini güman edirdi. Amma böyük
oğlu Mirzə Abdullah şahzadənin vəziri, kiçik oğlu Mirzə Nizam isə
şahzadənin yaxın dostu olduğuna görə özünü nəvvabın fədailərindən
sanır, ona başqalarından daha cox yaxınlıq və tərəfkeşlik izhar
edirdi. O, həmişə əzəmətli əmirlərdən və bu güclü dövlətin
başçılarını, xüsusiylə Qulu bəy Qorçibaşını, Şahrux xan Möhrdarı və
Məhəmməd xan Türkmanı bir sıra qüsur və nifaqda ittiham edirdi.
Mirzə Salman nəvvab şahzadəyə deyirdi: "Nə qədər ki, bu üç idbar
adam sağdır, nəvvab şahzadə gülşəninin təravəti, suyu və rəngi
olmayacaqdır". Mirzə Salman hərdənbir məclislərdə onların
barələrində xoşa gəlməz əhvalatlar danışır və özünü tərifləyirdi.
492
Ordudakı fitnə-fəsadlı adamlar, xüsusən iddialı taciklər əmirlərlə
gizlicə görüşür, onun sözlərini onlara çatdırırdılar.
Mirzə Salman Guryanın fəthindən sonra öz ağıl ipini
əlindən buraxıb əmirlərə hökmlər edir və onları aşkar şəkildə nifaq
törətməkdə günahlandırırdı. Əmilər də nəvvab şahzadənin onlarla
davranışını seyr edərək, Mirzə Salmanın dediyi sözlərin yaxın
vaxtlarda ona təsir edəcəyini anlayıb baş vəzirin bütün bunların
səbəbkarı olduğu bilir və fürsət gözləyirdilər. Elə bu vaxtlarda Mirzə
Salman gazərgahı
359
seyr etmək fikrinə düşüb oraya çoxlu yaraq-
yasaq və ali bayram ləvazimatı göndərdi. O, bir dəstə nədimi,
mütribi (çalğıçı - Ş.F.), müsahibi (həmsöhbəti - Ş.F.) və ali ordunun
təb əhlini (yəqin ki, şairlər nəzərdə tutulur - Ş.F.) dəvət edib, təyin
etdiyi gün şahanə bir bayram quraraq onlarla görüşəcəyini bildirdi.
Əzəmətli əmirlər ordunun cahil və divanə xislətli üzvləri olan öz
oğlanlarını, qardaşlarını, qardaşı övladlarını bir yerə yığıb qərara
gəldilər ki, Mirzə Salman gazərgahda olanda onlar da oraya gedib
onun işini bitirsinlər. Təyin olunan gün Mirzə Salman öz ləşkəri ilə
atlara süvar olub gazərgaha* yollandı. Dəvət olunan məşhur
əmirlərdən qorçibaşının oğlu Yusif xan, Məhəmməd xanın oğlu
Vəlican xan, Şahrux xanın qardaşı oğlu Xəlil Sultan və onlara tay
başqa adamlar onu qətl etmək üçün ağır qoşunla başqa yolla öz
məqsədlərinə doğru yönəldilər.
O adamlardan biri gazərgahın yaxınlığına gələrək Mirzə
Salmanı məsələdən agah etdi, o da dərhal geri qayıtmaq qərarına
gəlib iztirabla şəhərə üz tutdu. Onunla birgə olan mülazimlərinin
çoxu yolda dağılışdı. Əzəmətli əmirzadələrsə gazərgaha çataraq,
Mirzə Salmanın geri qayıtmasından agah oldular və bir dəstə adam
göndərdilər ki, onu əgər yolda haqlasalar, öldürsünlər, yox əgər görə
bilməsələr bu işin icrasını başqa vaxta saxlasınlar.
Onlar ona çatmadılar. Mirzə Salman yoldan dövlətxanaya
çatıb İsgəndər şanlı nəvvabın və nəvvab şahzadənin yanına gələrək,
əmirlərin niyyətindən onları agah etdi. Nəvvab şah əmirlərin yanına
gəlmələri xüsusunda əmr etdi. Bütün əmirlər və dövlət başçıları
gəlib yığışdıqdan sonra onlardan soruşdu: "Bizim vəzirimiz və
359
Herat şəhərindəki fəxri qəbiristanlıq. Böyük alim və şairlərin - Xacə Abdullah
Ənsarinin", Əbdürrəhman Caminin'", Abdulla Hatifinin'"' və başqalarının qəbirləri
oradadır ki, bu sətirlərin müəllifi XX əsrin son onilliklərində Əfqanıstanda işlərkən
dəfələrlə həmin gazərgahı ziyarət etmişdir - Ş.F.
493
yüksək etimadlı adamımız olan Mirzə Salmana qarşı belə
hərəkətinizin səbəbi nədir?" Əmirlər əvvəlcə bunu inkar edərək
dedilər: "Bizim ondan heç bir şikayətimiz yoxdur. Əgər qızılbaş
cahillərindən kimlərsə onunla ədəbsiz rəftar etsələr, biz onları tutub
fəsada nail olanların cəzalarını verərik".
Mirzə Salmana qarşı olan adamlar bu əsnada Sultan
Hüseyn Mirzə mədrəsəsinə yığışıb böyük qiyam qaldırdılar, saraya
adam göndərib bildirdilər: "Mirzə Salman dövlətin viranlığını istəyir
və qızılbaşların düşmənidir. Qızılbaşların müxalif olmaları və
Xorasan əmirlərinin üsyan və tüğyanlarının səbəbi də onun pis
rəftarından başqa bir şey deyildir. Əgər o aradan götürülməsə,
qızılbaşlar arasında ikitirəlik kənar olmayacaqdır".
İş bu yerə çatdıqda əzəmətli əmirlər də bu barədə danışıb
şaha belə ərz etdilər: "Mirzə Salman tacikdir və hesab işləri və divan
müamilələrindən başqa işlər ona aid deyil və ondan heç nə də
təvəqqə olunmur. Nə gərəkdir ki, o ləşkər və qoşun sahibi olub
səltənət işlərinə dəxalətdə bulunsun, fitnə-fəsada səbəb olsun? Bir
halda ki, indi qızılbaşlar məsələnin üstündən pərdəni götürüb onunla
belə bir pis məqamdadırlar, yaxşısı budur ki, o vəzarət mənsəbindən
və başqa işlərindən uzaqlaşdırılsın".
Mirzə Salman ağıllı adam idi və bilirdi ki, bu işlər əmirlər
tərəfindən qurulmuşdur və onlar onun qətlindən başqa heç nə ilə
razılaşmayacaqlar. Belə düşündü: "Bu məsələ madam ki, şahın və
şahzadənin hüzurunda qaldırıldı, həyatda olan adam həyatdan
getmək istəməz." Buna görə də razılaşdı ki, heç olmasa onu həbs
etsinlər və [müəyyən] bir yerdə saxlasınlar.
Bu əsnada əzəmətli əmirlər padşaha dualar edib
dağılışdılar. Əmirlərin birini bir dəstə adamla bu gecə Mirzə
Salmanın keşiyində qoydular ki, sabah nəvvab şahdan nə əmr və
işarə olarsa, elə də hərəkət etsinlər. Mirzə Salman nəvvab
şahzadənin iqtidarının artmasına çalışdığından, zahirdə özünü
onun fədailərindən sayır və istəmirdi ki, o həzrətin bu məmləkətdə
şəriki olsun.
Bu məsələdən sonra şahın şərafətli xatirinə təşviş düşdü.
Etibarlı bir adamını böyük əmirlərin birinin yanına yollayıb onun
fikrini soruşdu. O, Allah-təalaya and içib bildirdi ki, bizim
tərəfimizdən heç vaxt sədaqətsizlik və bəndəliyə zidd əməl
görünməmişdir, nəvvab şah və şahzadə ilə etdiyimiz əhd-peyman
möhkəmdir. Amma, Mirzə Salman həmişə bizi fitnə-fəsada təhrik
494
edərək, sizin mübarək xatirinizi biz tərəfdarlarınızdan yayındırır.
Qızılbaş ağsaqqalları onun vəzirliyi və iqtidarı ilə razılaşa bilmirlər.
Onun barəsində hər əmr və işarə etsəniz bizlər əməl edəcəyik.
Dostları ilə paylaş: |